Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 2-1(3-10)-348/2026 22.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Mustafayev Etibar Mustafa oğlu (sədrlik edən və məruzəçi), Musayev Vüqar Ələkbər oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Sədiyev Elvin Ilham oğlunun katibliyi ilə, Iddiaçının nümayəndəsi Nümayəndə Əlihuseyn oğlunun iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Aparatı Nəzdində Veteran Adlarının və X1 Üzrə Komissiyasına qarşı «müharibə veteranı adı və vəsiqəsinin verilməsi» tələbinə dair Şəki Inzibati Məhkəməsinin ## ##### 2026-cü il tarixli *-*(***)-****/**** nömrəli qərarından iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Işin halları:
1. ##.##.2001-ci il təvəllüdlü iddiaçı ##.##.2019-cu il tarixdə səfərbərliklə əlaqədar hərbi xidmətə çağırılmışdır.
2. N nömrəli hərbi hissə komandirinin ##.##.2019-cu il tarixli *** nömrəli əmrinə əsasən iddiaçıya əsgər rütbəsi verilməklə hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş və bütün növ təminatlara qoyularaq təmir bölüyünün 1-ci təmir taqımının 2-ci təmir manqasının çilingəri vəzifəsinə təyin olunmuşdur.
3. N nömrəli hərbi hissə komandirinin ##.##.2020-ci il tarixli *** nömrəli əmrində əsasən iddiaçı döyüş tapşırığının yerinə yetrilməsi məqsədi ilə Yevlax rayonu (İ istiqamət üzrə ) N nömrəli hərbi hissəyə 2 (iki) günlük quru ərzaq payı ilə təmin edilməklə ezam olunmuşdur.
4. N nömrəli hərbi hissə komandirinin ##.##.2020-ci il tarixli *** nömrəli əmrinə əsasən iddiaçı N nömrəli hərbi hissənin qazan təminatından çıxarılmış, ## ###### 2020-ci il tarixdən gəlmiş hesab edilərək, hərbi hissənin qazan təminatına qoyulmuşdur.
5. N nömrəli hərbi hissə komandirinin ##.##.2021-ci il tarixli *** nömrəli əmrindən görünür ki, iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş hərbi xidmət müddətini başa vurduğuna görə ## #### 2021-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, ərzaq və əşya təminatından, pul təminatından isə ## #### 2021-ci il tarixdən çıxarılaraq qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qurumlarına göndərilmişdir.
6. Iddiaçı ## #### 2021-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon şöbəsində hərbi qeydiyyata alınmış, onun hərbi biletinin qeydiyyat kartasında “müharibə dövrü hərbi xidmətkeçmə haqqında məlumat” qrafasında heç bir qeyd aparılmamışdır.
7. Iddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh isə təqdim olunmuş arayış-məlumatda iddiaçının iştirak etdiyi Yevlax rayon ərazisinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli *** nömrəli Qərarında göstərilən ərazi meyarlarına uyğun olmadığına görə ##.##.2024-cü il tarixli iclasının protokoluna əsasən komissiya tərəfindən “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. Birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:
8. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şəki Inzibati Məhkəməsinə müraciət edərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
9. Iddia tələbi onunla əsaslandırılmışdır ki, “iddiaçı ## ###### 2001 -ci il tarixdə Göyçay rayonu Qarayazı kəndində doğulmuşdur. Orta məktəbi həmin rayonda bitirdikdən sonra ## ####### 2019-cu il tarixdə SHXÇDX-nin Göyçay rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağrılmışdır. N nömrəli hərbi hissənin - təmir bölüyündə çilingər vəzifəsində xidmətə başlamışdır. 2020-ci ilin sentyabr ayının 27-də Vətən müharibəsi başlayanda texniki təminat və təmir məntəqəsinin tərkibində zədələnmiş maşınları və toplanma məntəqəsində nasaz vəziyyətə düşmüş avtomobiləri təmir edərək döyüş hazırlığına gətirmişdir. Yəni, Vətən müharibəsində döyüşlərdə fəal iştirak etmişdir. II Qarabağ müharibəsi bitdikdən sonra xidmətini başa vurub 2021-ci ildə doğma rayonuna qayıtmışdır. Xidmətinə və döyüşdəki iştirakının qiymətləndirilməsi məqsədilə xidmətdə olduğu hərbi hissənin komandiri tərəfindən müsbət şəkildə xasiyyətnamə yazılmış və bu barədə xüsusi qeyd aparılmışdır. Bu qeyd “döyüş əməliyyatlarında iştirak etdiyinə görə təşəkkür edilir’' və ya oxşar məzmunludur. Xasiyyətnaməni təhvil alanda diqqətlə oxumuş və görmüşdür ki, həmin xasiyyətnamədə onun döyüş əməliyyatlarında iştirak etdiyi qeyd olunub. Sevinmişdir ki, haqqı tapdalanmayıb və Vətən qarşısında borcunu yerinə yetirməyi hərbi biletində əks olunub. Evə qayıtdıqdan sonra hamı kimi öz şəxsi qayğıları ilə məşğul olmuşdur. Qohum-qardaş, həmçinin əsgər yoldaşları ondan müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün nə üçün müraciət etmədiyini soruşduqda, həmişə demişdir ki, xidmətdə olduğu hərbi hissənin komandiri tərəfindən ona verilmiş xasiyyətnamədə olan qeyd ona kifayətdir. Sonradan Dövlət tərəfindən müharibə veteranlarının, Şəhid ailələrinin, Qazilərin sosial qayğılarının mümkün olan qədər, imkan daxilində həll edilməsi yönündə addımlar atıldığını görmüşdür. Dövlətin qanunlarına uyğun Müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün cavabdeh inzibatı orqana ##.##.2024-cü il tarixdə müraciət etsə də, sözügedən inzibati orqan müraciətinə heç bir münasibət bildirməmişdir. Halbuki, cavabdeh inzibati orqan etdiyi müraciəti ##.##.2024cü il tarixdə almış, lakin 1 ay 11 gün keçməsinə baxmayaraq, heç bir cavab verməmişdir.”.
10. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək etirazı onunla əsaslandırmışdır ki, “Müdafiə Nazirliyinin veteran adlarının və X1 üzrə Komissiyasının imtina məktubunda qeyd olunmuşdur ki, N nömrəli hərbi hissənin təqdim etdiyi arayışməlumatda iştirak etdiyi etdiyi ərazi (Yevlax rayonu) Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli *** №-li Qərarında göstərilən ərazi meyarlarına uyğun gəlmədiyinə görə, ona “Müharibə veteranı" adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədilə, sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2021-ci il tarixli 420 NQ-li Qərarına əsasən döyüş əməliyyatlarının maddi-texniki təminatı üzrə tapşırıqlarının yerinə yetirmiş şəxslərə o şərtlə "müharibə veteranı" adı və vəsiqəsi verilir ki, onlar qeyd olunan tapşırıqları Əsasnamənin 1- ci hissəsinin 10-cu abzasında qeyd olunan ərazilərdə, yəni (Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il ## ######## tarixinədək işğal altında olmuş əraziləri) yerinə yetirmiş olsunlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli *** №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamənin 1-ci hissəsinin 10-cu abzasına əsasən: "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il ## ######## tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında Müharibə veteranı” adı verilir”. Həmçinin bildirilmişdir ki, iddia tələbi "Müharibə veteranı adının və vəsiqəsinin verilməsi” vəzifəsinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması ilə bağlıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2021-ci il tarixli *** №-li Qərarı ilə “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının venlməsı qaydası və şərtləri haqqında” Əsasnamənin “Müharibə veteranları" hissəsinin on dördüncü abzasına yeni məzmunda “Qeyd” əlavə edilmişdir. Həmin Qeydə əsasən: bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Yuxarıda qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir.”.
11. Şəki Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarı (hakim G.S.Şirinova Əsədova) ilə iddia təmin edilməmişdir.
12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “Azərbaycan Ordusunun “Vətən müharibəsi” zamanı döyüş fəaliyyətlərində iştirak edən hərbi hissə və bölmələrin müəyyənləşdirilməsi haqqında Azərbaycan Respublikası Müdafiə nazirinin ## #### 2021-ci il tarixli müvafiq əmrinə əsasən 275 və N nömrəli hərbi hissələr döyüş əməliyyatlarında iştirak etməmişdir. Göründüyü kimi, iddiaçı döyüş əməliyyatları gedən zamanı -##.##.2020-##.##.2020- ci il tarixlərdə N nömrəli hərbi hissədə hərbi xidmət keçmişdir. Yəni, iddiaçı döyüş əməliyyatları zamanı döyüşən hərbi hissənin tərkibində hərbi xidmət keçməmişdir.”.
13. Iddiaçı birinci instansiyası məhkəməsinin qərarından apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinin dəlilləri:
14. Iddiaçının apellyasiya şikayətinin dəlilləri aşağıdakılardan ibarətdir: “Məhkəmənin sözügedən qərarını əsaslı və qanuni hesab etmirəm və aşağıda göstərilən əsaslara görə qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş edirəm. Şəki Inzibati Məhkəməsinin mənim iddiamın təmin edilməməsinə dair qəbul etdiyi qərarı qanunsuz, əsassız və işin faktiki hallarına zidd olduğundan həmin qərardan Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 81, 82, 83 və digər aidiyyəti maddələrinə əsasən apellyasiya şikayəti verirəm. Birinci instansiya məhkəməsi işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, təqdim etdiyim sübutlara düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarını kobud şəkildə pozmuşdur. Belə ki, mən ## ####### 2019-cu il tarixdə müddətli həqiqi hərbi xidmətə çağırılmışam və N nömrəli hərbi hissədə xidmət etmişəm, ## ######## 2020-ci il tarixdə başlanmış Vətən müharibəsi zamanı texniki təminat və təmir məntəqəsinin tərkibində sıradan çıxmış hərbi texnikaların və avtomobillərin təmiri ilə məşğul olmuşam və onların yenidən döyüş hazırlığı vəziyyətinə gətirilməsini təmin etmişəm. Bu fəaliyyət birbaşa döyüş əməliyyatlarının təmin edilməsi və döyüş tapşırıqlarının icrası xarakteri daşımışdır. Döyüş şəraitində hərbi texnikanın bərpası və təminatı döyüş əməliyyatlarının ayrılmaz hissəsi hesab olunur və bu fəaliyyətin özü faktiki döyüş iştirakının tərkib hissəsidir. Xidmətdə olduğum hərbi hissənin komandiri tərəfindən verilmiş xasiyyətnamədə mənim döyüş əməliyyatlarında iştirak etdiyim xüsusi olaraq qeyd edilmişdir. Həmin qeyd təsadüfi və formal xarakter daşımır. Belə qeydlər yalnız hərbi hissə komandirliyinin rəsmi məlumatları və xidmət göstəriciləri əsasında aparılır. “Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etmiş şəxslər müharibə veteranı hesab edilirlər. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamədə isə açıq şəkildə göstərilmişdir ki, döyüş əməliyyatlarında iştirakı təsdiq edən digər sənədlər də müharibə veteranı adı verilməsi üçün hüquqi əsas hesab olunur. Mənim təqdim etdiyim, hərbi bilet, komandir tərəfindən verilmiş xasiyyətnamə, döyüş əməliyyatlarında iştirak barədə qeyd, hərbi xidmət sənədləri qanunvericilikdə nəzərdə tutulmuş sübutlar hesab olunur. Lakin birinci instansiya məhkəməsi həmin sübutları formal şəkildə qiymətləndirmiş, onların hüquqi mahiyyətini araşdırmamış və yalnız cavabdeh inzibati orqanın mövqeyinə üstünlük vermişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinə əsasən məhkəmə işin hallarını tam və obyektiv araşdırmağa borcludur. Lakin məhkəmə bu vəzifəsini yerinə yetirməmişdir. Məhkəmə aşağıdakı halları ümumiyyətlə araşdırmamışdır. Xidmət etdiyim hərbi hissənin döyüş bölgəsində fəaliyyət göstərməsi, texniki təminat fəaliyyətinin döyüş təminatı hesab olunması, komandir tərəfindən verilmiş qeyd və xasiyyətnamənin hüquqi qüvvəsi, faktiki döyüş iştirakının digər sübutlarla təsdiqlənməsi cavabdeh inzibati orqanın müraciətimi cavabsız saxlamasının qanuni və yaxudda, ümumiyyətlə cavabdeh inzibati orqan mənim ##.##.2024-cü il tarixli müraciətimə qanunla müəyyən edilmiş müddətdə cavab verməmişdir. Həmin müraciətlə bağlı sənədləri məhkəməyə təqdim etmişəm. Qeyd etməyi zəruri hesab edirəm ki, mənimlə birlikdə xidmət edən döyüşçü yoldaşlarım müvafiq komissiya tərəfindən onlara müharibə iştirakçısı adı verilmişdi. Əgər məhkəmə tərəfindən ehtiyac olarsa onlarda mənim döyüşlərdə iştirak etdiyimi təsdiq edə bilərlər. “Hərbi xidmət dövründə döyüş əməliyyatlarında iştirak etməyimə baxmayaraq, aidiyyəti hərbi hissə və cavabdeh1 tərəfindən mənim döyüşlərdə iştirakımla bağlı xidməti sənədlərimin rəsmiləşdirilməsi, şəxsi işimə daxil edilməsi, xidmət keçməyimi və döyüş tapşırıqlarında iştirakım barədə məlumatlarımın rəsmi uçota alınması və aidiyyəti sənədləşdirmə işləri aparılmamışdır. Yəni mənim döyüşlərdə iştirak etməyimi (sənədləşdirilməsində) inzibati orqan hər hansısa səbəbdən bu vəzifəni yerinə yetirməyibsə bu bir başa həmin orqanın məsuliyyətidir. Halbuki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinə əsasən hərbi hissələr və vəzifəli şəxslər tabeliklərində olan hərbi qulluqçuların xidmət fəaliyyəti, xidməti vəzifələrinin icrası və xidmətlə bağlı məlumatların uçotunun aparılmasını təmin etməyə borcludurlar. Lakin aidiyyəti hərbi hissə və Müdafiə Nazirliyi tərəfindən qanunvericiliklə üzərlərinə düşən rəsmi uçot və sənədləşdirmə işləri aparılmamış, mənim döyüşlərdə iştirakım lazımi qaydada rəsmiləşdirilməmişdir. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbyacan Respublikası Nazirlər Kabnetinin Qərarına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il ## ######## tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə — hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında— 2020-ci i! sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçuş aparatları, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. "Inzibati icraat haqqında" Qanun: Maddə 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Məcəllənin 24.3-ci maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Məcəllənin 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Mənimlə eyni şəraitdə xidmət etmiş və döyüş təminatında iştirak etmiş çoxsaylı şəxslərə müharibə veteranı adı verildiyi halda mənə həmin hüququn verilməməsi hüquqi bərabərlik prinsipinin pozulmasıdır. Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71ci maddəsinə əsasən dövlət orqanları insan və vətəndaş hüquqlarını təmin etməyə borcludurlar. Birinci instansiya məhkəməsi isə bu konstitusion prinsipləri nəzərə almadan formal və səthi yanaşma nümayiş etdirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə inzibati orqanlar və məhkəmələr şəxsin hüquqlarına təsir edən məsələlərdə formal deyil, mahiyyət üzrə araşdırma aparmalı, bütün sübutlara birlikdə hüquqi qiymət verməlidirlər. Məhkəmə isə sübutları tam araşdırmamış, iş üzrə bütün halları müəyyən etməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş prosessual pozuntulara yol vermişdir. Nəticə etibarilə qəbul edilmiş qətnamə qanunsuz və əsassızdır. “Inzibati icraat haqqında" Qanunun 67.1-67.3-cü maddələrinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Göstərilənlərə əsasən, Şəki Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2- *(**)****/**** saylı qərarının ləğv edilməsini və cavabdeh1 aparatı yanında Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyası üzərinə İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş edirəm.”. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
15. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tərəflərin izahatları
16. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə Əlihuseyn oğlu apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişlər. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsının Inzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
17. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il ########ın #-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə 7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”
1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il ######ın #-dən 1994-cü il ###ın ##-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım Ismayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il ## ### tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X3 Xidməti, Azərbaycan Respublikasının Strateji X4 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında;Qeyd.
1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il ########ın #-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur.Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X3 Xidməti və Azərbaycan Respublikasının Strateji X4 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir.
19. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər.
20. “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 19.1. Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 52.1. Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. Maddə 52.5. Inzibati aktın qəbul edilməsi də daxil olmaqla hər bir halda inzibati icraatın ümumi müddəti 90 gündən çox ola bilməz.
21. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 14.2. Inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 14.3. Inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 58.7. sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.5. Məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Apellyasiya şikayətinin mümkünlüyü.
22. Iddiaçı apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (IPM-in 85.2 və 85.3cü maddələri). Məhkəmə kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə cavabdeh qismində iştirak edən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Aparatı Nəzdində Veteran Adlarının və X1 Üzrə Komissiyası əsl cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə əvəz edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi.
23. Məhkəmə kollegiyası işin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin əsassızlığını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
24. Işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, N nömrəli hərbi hissə komandirinin ##.##.2019-cu il tarixli *** nömrəli əmrinə əsasən iddiaçıya əsgər rütbəsi verilməklə hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş və bütün növ təminatlara qoyularaq təmir bölüyünün 1-ci təmir taqımının 2-ci təmir manqasının çilingəri vəzifəsinə təyin olunmuş, həmin hərbi hissə komandirinin ##.##.2020-ci il tarixli *** nömrəli əmrində əsasən döyüş tapşırığının yerinə yetrilməsi məqsədi ilə Yevlax rayonu (İ istiqamət üzrə ) N nömrəli hərbi hissəyə ezam olunmuşdur.
25. ##.##.2021-ci il tarixdə tərxis edilmişdir.
26. Işin müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi nəticəsində hərbi xidmətə çağırılmış və ##.##.2019-##.##.2021-ci illər tarixlərində hərbi xidmətini əsgər rütbəsində olmaqla N nömrəli hərbi hissənin avtomobil, təmir və maddi-texniki təminat bölüklərində “çilingər” vəzifəsini icra etmişdir.
27. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, hərbi hissə tərəfindən verilmiş xasiyyətnamə “müharibə veteranı” adının verilməsi üçün əsas olan sənəd kimi qəbul edilə bilməz.
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il ## ######## tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”də müharibə veteranı adının verilməsi qaydası müəyyən edilmiş və müvafiq adın verilməsi zamanı nəzərə alınan sənədlər qismində hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər qeyd edilmişdir.
29. Azərbaycan Respublikası Ali Məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu yarımbəndə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il ## ######## tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Göründüyü kimi, qanunvericilikdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçularla yanaşı, döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçular, həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər də müharibə veteranı hesab edilirlər. Bu zaman həmçinin şəxsin işğal altında olmuş ərazilərin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən müvafiq medal ilə təltif edilməsi də nəzərə alınmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı).
30. Hazırkı iş üzrə iddiaçının qulluq keçdiyi hərbi hissənin “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”ndə qeyd olunan ərazi meyarlarına uyğun gəlmədiy aşkardır.
31. Bu səbəbdən kollegiya hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur.
32. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
QƏRARA ALDI:
Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmir. Şəki Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılır. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.