Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 2-1(3-10)-357/2026 09.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), X2 və Mustafayev Etibar Mustafa oğlundan ibarət tərkibdə, Isayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərq məbləğinin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı ## ####### 1954-cü il tarixdə doğulmuş və ## #### 1971-ci il tarixdən əmək fəaliyyətinə X9 başlamışdır. O, həmçinin ## ###### 1974-cü il tarixdən # ###### 1976-cı il tarixədək həqiqi hərbi xidmətdə olmuş, hərbi xidmətdən sonra müxtəlif idarə və təşkilatlarda çalışmışdır. Həmçinin, 1980-ci ilin fevral – noyabr aylarında isə Balakən şəhəri *** nömrəli orta kənd texniki peşə məktəbində təhsil almışdır.
2. İddiaçı 2-ci qrup əlil kimi əlilliyə görə əmək pensiyası təyin edilmiş və əlillik müddəti # ##### 2021-ci il tarixdə başa çatmışdır. Həmin əlillik başa çatdıqdan sonra ona yaşa görə müavinət təyin edilmişdir.
3. 2022-ci ilin fevral ayında İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir.
4. Mərkəzi Filial # #### 2022-ci il tarixli məktubla məsələnin həllindən imtina etmiş və imtinasını onun sığorta stajının 23 il 1 ay 17 gün, yəni 25 ildən az olması, fərdi hesabının sığorta hissəsində qanunla tələb olunan həddə sığorta kapitalının toplanmaması, 2006-cı ilin yanvar ayının 1-dən 2018-ci ilin iyul ayının 1-dək hər hansı məbləğdə sığorta kapitalının qeydə alınmaması ilə əsaslandırmışdır.
5. Sonradan İddiaçı yenidən DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət edərək, təhsil və hərbi xidmət illəri də nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etsə də, qurum # #### 2022-ci il tarixli məktubunda göstərilən əsasları təkrar qeyd etməklə məsələnin həllindən imtina etmişdir. Bundan sonra iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilmiş müavinət məbləği nəzərə alınmaqla yaranmış fərq məbləğinin ödənilməsi» tələbini irəli sürərək Şəki Inzibati Məhkəməsinə iddia ərizəsi təqdim etmişdir.
6. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1954-cü il təvəllüdlüdür, yaşa görə əmək pensiyası hüququ ## ##### 2018-ci il tarixdə (63 yaş 6 ayda) yaranmışdır. 2016-cı ildə 5 illik müddətə əlillik təyinatı aparılmış və # ##### 2021-ci il tarixdə əlillik müddəti başa çatmışdır. Həmin vaxtdan ona sosial müavinət ödənilir. Ona yaşa görə əmək pensiyası təyin olunması ilə bağlı müraciəti cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən təmin edilməmişdir. Cavabdeh imtinasında bildirmişdir ki, onun sığorta stajı 23 il 1 ay 17 gün, fərdi hesabının sığorta hissəsində toplanmış sığorta kapitalı isə 18.806 manat təşkil edir. Iddiaçının növbəti müraciətinə (bu müraciətdə o, təhsil və hərbi xidmət dövrünün nəzərə alınmalı olduğunu qeyd etmişdir) də imtina cavabı verilmiş, lakin bu dəfə onun sığorta stajının 8 il 9 ay 26 gün olduğu göstərilmişdir. Cavabdeh onun sığorta stajının qeyd olunan müddətdə qəbuluna əsas kimi 1986 – 2000-ci illərdə X14 müəssisəsinin sənədlərinin arxivdə aşkar olunmaması və bu səbəbdən də onun əmək haqqı alıbalmamasının müəyyən olunmasının mümkünsüzlüyünü göstərmişdir. Iddiaçı cavabdehin imtinası ilə razılaşmır və onun sığorta stajının 27 il 4 ay olduğunu iddia edir.
7. DSMF Məhkəmə Mübahisələri ilə Iş üzrə Mərkəzi Filialı iddiaya etiraz etmiş və mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı ərizə ilə Mərkəzi Filiala müraciət edərək ona yaşa görə pensiyanın təyin olunmasını xahiş etmişdir. Mərkəzi Filialın ## ### 2025-ci il tarixli məktubuna əsasən məsələnin həllindən imtina edilmişdir. Iddiaçının təqdim etdiyi sənədlərdə qeyd olunan malumatlara əsasən sığorta stajı əmək fəaliyyəti dövrləri, o cümlədən ## ###### 1974-cü il tarixdən # ###### 1976-cı il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla ümumilikdə 8 il 9 ay 26 gün təşkil edir. Həmçinin, ## ### 2025-ci il tarixədək qüvvədə olmuş «Işçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları»na əsasən əmək kitabçasının surətində qeyd edilmiş # #### 1986-cı il tarixdən ## ###### 2000-ci il tarixədək olan dövrlərin doldurulma qaydası pozulduğundan (# #### 1995-ci il tarixdə işdən azadolma qeydində qaralamalar var) X14 müəssisəsində # #### 1986-cı il tarixdən ## ###### 2000-ci il tarixədək olan əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurəti yaranmışdır. Balakən rayon Dövlət Arxivinin # ##### 2025-ci il tarixli arayışına əsasən həmin müəssisənin sənədləri arxivə təhvil verilmədiyindən, onun # #### 1986-cı il tarixdən ## ###### 2000-ci il tarixədək əməkhaqqı alıb-almamağını müəyyənləşdirmək mümkün olmamışdır. Bu səbəbdən sözügedən dövrlərin sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. Nazirliyin elektron informasiya sistemindəki məlumatlara əsasən # ###### 2006-cı il tarixdən # #### 2018-ci il tarixədək iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanları nəzərə alaraq, iddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulan müddətdən (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmiş və # ##### 2021-ci il tarixdən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Iddia tələbi əsassız, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı verdiyi imtina qanunauyğun olmuşdur. Odur ki, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur.
8. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
9. Şəki Inzibati Məhkəməsinin (hakim Rüstəm Kərimli) ## ##### 2026-cı il tarixli *-*(***)- ****/**** nömrəli qərarı ilə iddia təmin edilmişdir.
10. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI
11. Cavabdehin apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçının pensiya işi qovluğuna daxil olan ******* nömrəli hərbi biletin surətində qeyd olunan məlumata əsasən ##.##.1974-cü il tarixindən ##.##.1976-cı il tarixinədək hərbi xidmətdə olduğu dövr, Balakən Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli qətnaməsinə əsasən ##.##.1972-ci il tarixindən ##.##.1974-cü il tarixinədək olan dövr, həmçinin iddiaçı İddiaçı təqdim etdiyi əmək kitabçasının surətində qeyd olunan məlumata əsasən ##.##.1971-ci il tarixindən ##.##.1972ci il tarixinədək, ##.##.1978-ci il tarixindən ##.##.1979-cu il tarixinədək, ##.##.1980-ci il tarixindən ##.##.1982-ci il tarixinədək əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla ##.##.2006-cı il tarixinədək 8 il 9 ay 26 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. Eyni zamanda ##.##.2025-ci il tarixinədək qüvvədə olmuş “Işçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”na əsasən əmək kitabçasının surətində qeyd edilmiş ##.##.1982-ci il tarixindən ##.##.2000-ci il tarixinədək X14 müəssisəsindəki əmək fəaliyyəti dövrü üzrə əmək kitabçasının doldurulma qaydası pozulduğundan (##.##.1995-ci il üzrə işdən azadolma qeydində qaralama var) qeyd edilən dövrlərin sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Balakən rayon Dövlət Arxivinin ##.##.2025-ci il tarixli arayışına əsasən X14 müəssisəsinin sənədləri Dövlət Arxivinə təhvil verilmədiyindən iddiaçının ##.##.1986-cı il tarixindən ##.##.2000-ci il tarixinədək əməkhaqqı alıb-almamağını müəyyənləşdirmək mümkün olmamışdır. Bu səbəbdən sözügedən dövrlərin sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən iddiaçının ##.##.2006-cı il tarixindən ##.##.2018-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Iddiaçının ##.##.1982-ci il tarixindən ##.##.2000-ci il tarixinədək X14 müəssisəsində işləməsinə dair təqdim etdiyi əmək kitabçasının surətinin araşdırılması zamanı həmin sənədin müəyyən edilmiş qaydaların tələblərinə uyğun tərtib edilmədiyi müəyyən edilmişdir. Belə ki, əmək kitabçasında ##.##.1995-ci il tarixli işdən azadolma qeydi üzrə qaralama mövcuddur. ##.##.2025-ci il tarixinədək qüvvədə olmuş “Işçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”na əsasən əmək kitabçasına daxil edilən qeydlər dəqiq, aydın və müvafiq əmrlərə uyğun aparılmalı, qeydlərin məzmununda düzəlişlər və dəyişikliklər müəyyən edilmiş qaydada rəsmiləşdirilməlidir. Əmək kitabçasında təsdiqlənməmiş qaralama və ya düzəlişlərin olması həmin sənədin sübutetmə qabiliyyətinə və hüquqi etibarlılığına xələl gətirir. Hazırkı halda əmək kitabçasındakı qaralama məhz əmək münasibətlərinin xitamına dair qeyddə mövcud olduğundan, əmək fəaliyyətinin fasiləsizliyi, başa çatma tarixi və sonrakı qeydlərin hüquqi əsasları barədə şübhələr yaranır. Bu səbəbdən təqdim edilmiş əmək kitabçasının surəti əsasında ##.##.1982-ci il tarixindən ##.##.2000-ci il tarixinədək olan dövr üzrə sığorta stajının dəqiq və etibarlı qaydada müəyyənləşdirilməsi mümkün olmamışdır. Bundan əlavə, inzibati orqan tərəfindən iddiaçının təqdim etdiyi sənədlər qiymətləndirilərkən yalnız formal çatışmazlıq deyil, sənədin sübut kimi etibarlılığı nəzərə alınmışdır. Iddiaçı tərəfindən mübahisəli dövrün əmək stajını təsdiq edən qanunvericiliyin tələblərinə cavab verən digər mötəbər sübutlar təqdim edilməmişdir. Bu səbəbdən mübahisəli dövrün sığorta stajına daxil edilməsindən imtina edilməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, əmək kitabçasında qeyd olunan dövrdə iddiaçının əmək haqqı almamasına gəldikdə isə, məhkəmə vurğulayır ki, müvafiq dövrdə əmək haqqı verilməsə belə iddiaçının işdən azad olunmaması onu başqa qurumda işlə təmin olunma imkanından məhrum etmişdir və belə halda işlədiyi müddət onun sığorta stajına daxil edilməlidir. Onun müvafiq dövrdə əmək haqqı almaması işləməməsi kimi birmənalı şəkildə qəbul oluna bilməz və belə hal iddiaçının iradəsi ilə bağlı olmadığından və məsuliyyət sferasını əhatə etmədiyindən, onun üçün hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Məhkəmə diqqətə çəkir ki, iddiaçıya məxsus əmək kitabçasında həmin qeydin müvafiq hissəsində əmrin tarixi qaralanmamış və sıra ardıcıllığını pozmur. Qaralama aparılan hissə də əmrin tarixinə uyğunlaşdırma cəhdinə yönəlir. Odur ki, məhkəmə cavabdehin bu dəlilini formal mülahizələrə söykənən xüsusat qismində qiymətləndirir və hesab edir ki, imtina üzrə belə hal «Inzibati icraat haqqında» Qanunun 19 və 24.2-ci maddələrinin tələblərinə birbaşa ziddir. Belə ki, sığorta stajının müəyyən edilməsi şəxsin işdən azad olunub-olunmaması faktına deyil, əmək fəaliyyətinin və həmin fəaliyyətə dair hüquqi faktların qanunvericiliklə müəyyən edilmiş qaydada mötəbər sübutlarla təsdiq edilməsinə əsaslanır. Işçinin əmək münasibətlərində formal olaraq qalması özlüyündə onun faktiki əmək fəaliyyəti ilə məşğul olmasını və həmin dövrün sığorta stajına daxil edilməli olmasını təsdiq etmir. Məhkəmə iddiaçının mübahisəli dövrdə faktiki əmək funksiyasını yerinə yetirməsini təsdiq edən sübutlar olmadan, yalnız əmək haqqı almaması və işdən azad edilməməsi hallarına əsaslanaraq nəticəyə gəlmişdir. Halbuki, əmək haqqının ödənilməməsi halı özlüyündə həmin dövrün sığorta stajı kimi tanınması üçün hüquqi əsas yaratmır. Bundan başqa, iddiaçının başqa işlə təmin olunmaq imkanından məhrum olması barədə məhkəmə nəticəsi hər hansı sübutla təsdiq edilməmiş, ehtimala əsaslanmışdır. Inzibati mühakimə icraatında isə məhkəmə qərarı ehtimallara deyil, iş üzrə müəyyən edilmiş hallara və sübutlara əsaslanmalıdır. Məhkəmənin əmək kitabçasında aparılmış qaralamanı “formal mülahizə” kimi qiymətləndirməsi və bunun imtinanın qanuniliyinə təsir etmədiyi barədə nəticəsi hüquqi baxımdan əsaslı deyildir. Belə ki, əmək kitabçası əmək fəaliyyəti barədə əsas ilkin sübut kimi çıxış etsə də, onun sübutedici qüvvəsi yalnız qeydlərin qanunvericiliyin tələblərinə uyğun, dəyişdirilməmiş və etibarlı şəkildə aparıldığı halda mövcuddur. Qeydlərdə hər hansı qaralama və ya müdaxilə mövcud olduqda həmin sənədin məlumatlarının dəyişdirilmə ehtimalı yaranır və bu hal sənədin bütövlükdə mötəbərliyinə təsir göstərir. Hazırkı halda qaralamanın yalnız “formaya aid texniki düzəliş” olub-olmaması inzibati orqan tərəfindən qiymətləndirilmiş, lakin həmin düzəlişin mahiyyəti və onun qeydin dəyişdirilməsinə təsirinin olmadığı etibarlı şəkildə təsdiq edilməmişdir. Bu şəraitdə əmək kitabçasının müvafiq hissəsinin şübhəsiz və dəyişdirilməmiş sübut kimi qəbul edilməsi mümkün deyildir. Çünki inzibati orqan məhz sənədin etibarlılığına dair şübhələrin mövcudluğu şəraitində qərar qəbul etmişdir və bu yanaşma qeyd olunan maddələrin tələblərinə zidd deyil, əksinə onların icrasına xidmət edir. Nəticə etibarilə, əmək kitabçasında mövcud olan qaralamanın “sıra ardıcıllığını pozmaması” və ya “əmrin tarixinə uyğunlaşdırma cəhdi olması” barədə məhkəmənin qənaəti sübutların ekspert və ya digər mötəbər üsullarla təsdiqinə əsaslanmadığından, inzibati orqanın qərarını şübhəsiz təkzib etmək üçün kifayət hesab oluna bilməz. Ona görə də Şəki Inzibati Məhkəməsini ## ##### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRIN IZAHATLARI
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin təmin edilməsini, Şəki Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
TƏTBIQ EDILƏN HÜQUQ
14. Inzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
15. «Əmək pensiyaları haqqında» Qanunun: 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #dək, qadınların yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. 22-1.1-ci maddəsinə görə 2019-cu il ######ın #-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin # #### tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il ######ın #-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2-ci maddəsinə görə 2019-cu il ######ın #-dən etibarən sağortaolunanın 2006-cı il ######ın #-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 221.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: (22-1.2.1) 2019 – 2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır; (22-1.2.2) əlilliyi müəyyən edilmiş şəxsə əlilliyə görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il ######ın #-dək olan sığorta stajı həmin dövrə olan əmək qabiliyyətli yaş dövrünün hər ili üçün 4 ay götürülməklə hesablanır; (22-1.2.3) ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərkən pensiyaçı olmayan vəfat etmiş şəxsin 2006-cı il ######ın #-dək olan sığorta stajı bu Qanunun 22-1.2.2-ci maddəsinə uyğun olaraq hesablanır.
16. # ###### 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 67-ci maddəsinin 1–3-cü hissələrinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. 67-ci maddəsinin 8-ci hissəsinə görə əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla # ###### 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. # ###### 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. «Əmək pensiyaları haqqında» Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 37.7-ci maddəsinə görə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir.
17. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 13-cü maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur (maddə 13.1). Inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır (maddə 13.2). 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır (maddə 15.1). Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz (maddə 15.2). 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Inzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. 46.3-cü maddəsinə əsasən, maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.
APELLYASIYA ŞIKAYƏTININ MÜMKÜNLÜYÜ
18. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının IPM və ya IPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (IPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
19. Iddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (IPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət IPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (IPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). Iddiaçı mahiyyət üzrə “Inzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
20. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (IPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin IPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.
21. Iddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edibetməməsidir. Iddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
23. Ilk növbədə qeyd edilməlidir ki, hazırki iş üzrə iddiaçının hüquqi marağı yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərq məbləğinin ödənilməsindən ibarətdir.
24. Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
25. Məhkəmə kollegiyası qeyd edir ki, 25 il ümumi iş stajına və ya fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına, yaxud # ###### 2006-cı il tarixdən # #### 2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmış, # #### 2017-ci il tarixdən ## #### 2018-ci il tarixədək 63 il 6 ayı tamam olmuş kişilərin həmin tarixdə yaşa görə əmək pensiyası hüququ yaranır.
26. Iş materiallarının tədqiqi zamanı müəyyən edilmişdir ki, iddiaçı İddiaçı ## ####### 1954-cü il tarixdə doğulduğunu və 25 il sığorta stajına malik olduğunu əsas gətirərək 63 yaş 6 ayına çatmış şəxs kimi ona yaşa görə əmək pensiyasının təyinatı ilə bağlı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir.
27. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Balakən rayon Dövlət Arxivinin ##.##.2025-ci il tarixli arayışına əsasən X14 müəssisəsinin sənədləri Dövlət Arxivinə təhvil verilmədiyindən iddiaçının ##.##.1986-cı il tarixindən ##.##.2000-ci il tarixinədək əməkhaqqı alıb-almamağını müəyyənləşdirmək mümkün olmamışdır. Bu səbəbdən sözügedən dövrlərin sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən iddiaçının ##.##.2006cı il tarixindən ##.##.2018-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Iddiaçının ##.##.1982-ci il tarixindən ##.##.2000-ci il tarixinədək X14 müəssisəsində işləməsinə dair təqdim etdiyi əmək kitabçasının surətinin araşdırılması zamanı həmin sənədin müəyyən edilmiş qaydaların tələblərinə uyğun tərtib edilmədiyi müəyyən edilmişdir. Belə ki, əmək kitabçasında ##.##.1995-ci il tarixli işdən azadolma qeydi üzrə qaralama mövcuddur. ##.##.2025-ci il tarixinədək qüvvədə olmuş “Işçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”na əsasən əmək kitabçasına daxil edilən qeydlər dəqiq, aydın və müvafiq əmrlərə uyğun aparılmalı, qeydlərin məzmununda düzəlişlər və dəyişikliklər müəyyən edilmiş qaydada rəsmiləşdirilməlidir. Əmək kitabçasında təsdiqlənməmiş qaralama və ya düzəlişlərin olması həmin sənədin sübutetmə qabiliyyətinə və hüquqi etibarlılığına xələl gətirir. Hazırkı halda əmək kitabçasındakı qaralama məhz əmək münasibətlərinin xitamına dair qeyddə mövcud olduğundan, əmək fəaliyyətinin fasiləsizliyi, başa çatma tarixi və sonrakı qeydlərin hüquqi əsasları barədə şübhələr yaranır. Bu səbəbdən təqdim edilmiş əmək kitabçasının surəti əsasında ##.##.1982-ci il tarixindən ##.##.2000-ci il tarixinədək olan dövr üzrə sığorta stajının dəqiq və etibarlı qaydada müəyyənləşdirilməsi mümkün olmamışdır.
28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, əmək pensiyasının təyinatında şəxsin # ###### 2006-cı il tarixədək əmək fəaliyyətinin qarşılıqlı yoxlamasının hər hansı səbəbdən baş tutmaması, habelə müəssisənin müvafiq sənədlərinin (əməkhaqqı cədvəlləri, əmrlər və s.) aşkarlanmaması, arxivə təhvil verilməməsi onun təqsiri ilə bağlı olmayan haldır və hətta mövcudluğu təsdiqlənməsindən asılı olmayaraq, bu hal özlüyündə müvafiq dövrdə qüvvədə olmuş qanunvericiliklə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən xüsusat kimi təsbit edilməmişdir.
29. Belə ki, müvafiq dövrdə əmək haqqı verilməsə belə iddiaçının işdən azad olunmaması onu başqa qurumda işlə təmin olunma imkanından məhrum etmişdir və belə halda işlədiyi müddət onun sığorta stajına daxil edilməlidir. Onun müvafiq dövrdə əmək haqqı almaması işləməməsi kimi birmənalı şəkildə qəbul oluna bilməz və belə hal iddiaçının iradəsi ilə bağlı olmadığından və məsuliyyət sferasını əhatə etmədiyindən, onun üçün hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır.
30. Inzibati orqan apellyasiya şikayətində iddiaçıya məxsus əmək kitabçasında # #### 1995-ci il tarixdəki qeydini həmin hissədə qaralama aparılması səbəbindən mötəbər saymamış və 1986 – 2000-ci illər üzrə dövrü sığorta stajına daxil etməmişdir.
31. Bununla bağlı birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçıya məxsus əmək kitabçasında həmin qeydin müvafiq hissəsində əmrin tarixi qaralanmamış və sıra ardıcıllığını pozmur. Qaralama aparılan hissə də əmrin tarixinə uyğunlaşdırma cəhdinə yönəlir. Odur ki, məhkəmə cavabdehin bu dəlilini formal mülahizələrə söykənən xüsusat qismində qiymətləndirir və hesab edir ki, imtina üzrə belə hal «Inzibati icraat haqqında» Qanunun 19 və 24.2-ci maddələrinin tələblərinə birbaşa ziddir.
32. «Inzibati icraat haqqında» Qanunun 15 və 19-cu maddələri müvafiq sənədlərdə, hazırkı iş üzrə əmək kitabçasında olan məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən inzibati orqan isə, öz mövqeyini əsaslandırmaq, daha dəqiq desək sübut etmək yükü daşıyır. Əmək kitabçasının dublikat olmasına gəldikdə isə, bu institut müvafiq dövrdə mövcud olmuş inzibati praktika üzrə yolverilən hal olduğundan imtina üçün formal xarakterli dəlil kimi qiymətləndirilməlidir.
33. Bundan başqa, iddiaçı İddiaçı işlədiyi və sığorta stajı kimi nəzərə alınmasını tələb etdiyi əmək fəaliyyəti # ###### 2002-ci il tarixədək dövrə aid olduğundan, həmin müddətin sığorta stajı kimi hesablanması üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti də qoyulmur.
34. Məhkəmə kollegiyası həmçinin, apellyasiya şikayətinin dəlillərinə münasibətdə iş üzrə obyektiv qərar qəbul edilməsi baxımından iddiaçı ilə eyni dövrlərdə X14 müəssisəsində işləmiş şəxsləri məhkəmə kollegiyasının iclasında şahid qismində dindirmişdir.
35. Məhkəmə kollegiyasının iclasında şahid qismində iştirak edən X4 ifadəsində bildirdi ki, o, 1987-ci ildə “xxxx”na (X14 müəssisəsi) işə qəbul olanda İddiaçı orada işləyirdi. O, 1998ci il tarixində işdən çıxanda belə iddiaçı orada işləyirdi. İddiaçı həmin müəssisədə sürücü vəzifəsində işləmiş və “moskviç” markalı maşın sürürdü.
36. Məhkəmə kollegiyasının iclasında şahid qismində iştirak edən X3 ifadəsində bildirdi ki, o, 1987-ci ildə X14 müəssisəsinə işə qəbul olanda İddiaçı orada sürücü işləyirdi. 2005-ci ildə həmin müəssisədə işdən azad edilmişdir. İddiaçı işdən azad olanda o, həmin müəssisədə işləyirdi. İddiaçı bir neçə il sonra işdən azad olmuşdur. İddiaçı pikap və “moskviç” markalı maşın sürürdü.
37. Bununla yanaşı məhkəmə kollegiyasının sorğusuna cavab olaraq təqdim edilmiş ##.##.2026-cı il tarixli məktubundan görünür ki, Nazirliyin elektron informasiya ehtiyatlarında X4 yaşa görə əmək pensiyası təyin edilməsi barədə məlumat aşkar edilməmişdir. Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumata əsasən X3 ##.##.2021-ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir.
38. Həmçinin, iddiaçının əmək kitabçası üzrə əmək fəaliyyəti dövrü, təhsil və hərbi xidmət müddəti ümumilikdə 25 ildən artıq müddəti əhatə edir. Nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqan iddiaçının X14 müəssisəsindəki 1986 – 2000-ci illər üzrə fəaliyyət dövründən başqa əmək kitabçasındakı digər qeydlər üzrə dövrlərin mötəbərliyinə toxunmamışdır.
39. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək belə hesab edir ki, cavabdeh tərəfindən iddiaçı İddiaçı əmək kitabçasındakı qeydlər üzrə dövrlərin, o cümlədən 1986 – 2000-ci illər üzrə dövrün onun sığorta stajına daxil edilməməsi üçün əsaslar mövcud deyil. Həmin staj da nəzərə alınmaqla iddiaçının sığorta stajı 25 ildən artıqdır. Həmin dövrlər də sığorta stajı kimi nəzərə alındıqda «Əmək pensiyaları haqqında» Qanunun 27 və 29-cu maddələrinin tələblərinə müvafiq pensiya kapitalının hesablanması və indeksləşdirilməsi məsələsinə baxılmasına zərurət yaranmır, çünki, sözügedən illər staja daxil edildikdə pensiya kapitalının tələb olunan məbləğdən az olması işin mübahisələndirilməyən halıdır.
40. Əvvəlki dövr üzrə yaranmış fərq məbləğinə gəldikdə isə birinci instansiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçıya pensiya təyinatı aparılarkən keçmiş dövr üzrə ödənilməmiş məbləğdən ona verilmiş müavinət məbləği çıxılmaqla yaranmış fərq məbləği ötən dövr üçün ayların sayına bölünməklə aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməlidir. Pensiya təyinatı # ##### 2021-ci il tarixdən aparılarsa, iddiaçının inzibati orqana müraciəti 2022-ci ildə olunduğundan, keçmiş müddət üç illik dövrü aşmır. Odur ki, # ##### 2021-ci il tarixdən ödənilmiş sosial müavinətin məbləği çıxılmaqla, keçmiş dövr üzrə pensiya məbləği ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməlidir.
41. Yuxarıda qeyd olunan işin hallarını, tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatları, şahid ifadələrini nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır.
42. Belə olan halda iddiaçının məhkəmə araşdırması zamanı müəyyən edilən əmək stajı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olduğundan birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı IPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
43. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası
QƏRАRА АLDI:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. .