Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 2-1(3-10)-372/2026 06.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), Səmədov Xəqani Hacı oğlu və Mustafayev Etibar Mustafa oğlundan ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, iddiaçı İddiaçı, cavabdehin nümayəndəsi X6 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “əlilliyə görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: işin halları:
1. ******* nömrəli əmək kitabçasına əsasən iddiaçının əmək fəaliyyəti aşağıdakı kimidir: ##.##.1999 – ##.##.2005; ##.##.2009 – ##.##.2017; ##.##.2024.
2. Iddiaçının Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəsinə dair məlumatdan görünür ki, ona ##.##.2003-cü il tarixdən müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir.
3. iddiaçı İddiaçı cavabdeh orqana müraciət edərək ona ##.##.2017-ci il tarixədək qüvvədə olan qanuna əsasən əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
4. Cavabdehin ##.##.2025-ci il tarixli, *-**-*/*-B-*****/**** nömrəli məktubundan görünür ki, İddiaçı əmək kitabçasında qeyd olunan X1 Zaqatala ** №-li aptekdə ##.##.1999-cu il tarixindən ##.##.2005-ci il tarixinədək işlədiyini iddia etdiyi dövrə münasibətdə əmək kitabçasının doldurulma qaydaları pozulmuşdur. Belə ki, titul vərəqində qeyd olunmuş əmək kitabçasının doldurulduğu tarix onun əmək fəaliyyətinə başladığı tarixdən sonraya qeyd edilmiş, eləcə də əmək kitabçasının dublikat olması ilə bağlı heç bir məlumat qeyd edilməmişdir. Eləcə də, Mərkəzi Filial tərəfindən Zaqatala rayon Dövlət Arxivinə göndərilmiş sorğuya cavab olaraq təqdim olunmuş ##.##.2025-ci il tarixli *-**-**DA/*/**/**** saylı məktubda X1 Zaqatala ** №-li aptekin sənədlərinin arxivdə saxlanılmadığı qeyd edilmişdir. Belə ki, Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən ##.##.2017-ci il tarixinədək (İddiaçı pensiya hüququ yaranan tarixədək) cəmi sığorta stajı 7 il 2 ay təşkil edir ki, bu qanunvericiliklə tələb olunan 9 ildən (42 yaşına uyğun olaraq) azdır. Qeyd olunanlara əsasən ƏPHQ-nın 12.1-ci maddəsinin hazırda qüvvədə olan tələblərinə əsasən də OFP-nin 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs kimi əlilliyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.
birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:
5. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “əmək kitabçasında təsdiqlənmiş 5 illik stajın rəsmi olaraq tanınaraq ümumi sığorta stajının 12 il kimi hesablanması və əmək pensiyası hüququn tanınması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Məhkəmə iclasında iddiaçı tələbini dəqiqləşdirərək, cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının tanınmasını və onun üzərinə əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Şəki Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
8. Iddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - O, ##.##.2003-cü ildən etibarən 3-cü qrup əlillik pensiyası alır. Əlavə olaraq əmək pensiyası almaq məqsədilə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna (DSMF) müraciət etmişdir. DSMF tərəfindən ona ## #### 2025-ci il tarixli, N° 3-17-1/2- /3- *****/**** saylı məktubla əmək pensiyasının təyinindən imtina edilmişdir. Imtinanın əsas səbəbi kimi sistemdə onun yalnız 7 il sığorta stajının olması və bu müddətin əmək pensiyası almaq üçün qanunvericilikdə müəyyən edilmiş minimum 9 illik staj tələbinə cavab verməməsi göstərilmişdir. Lakin onun əmək kitabçasında qanuni qaydada təsdiq olunmuş 5 (beş) illik əlavə əmək stajı mövcuddur. Bu staj 2005-ci ildən əvvəlki dövrü əhatə edir və əmək kitabçası Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən əmək stajının hüquqi sübutudur. Əgər bu 5 il də DSMF tərəfindən nəzərə alınarsa, onun ümumi sığorta stajı 12 ilə çatır və bu da əmək pensiyası almaq hüququnu tam təmin edir. DSMF tərəfindən bu stajın rədd olunması onun konstitusion sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
9. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - Işin faktiki hallarına əsasən İddiaçı orqanizmin funksiyasının 31-60 faiz pozulmasına görə ##.##.2003-cü il tarixdən əlilliyə görə sosial müavinət təyin olunmaqla ödənilir. Bundan sonra İddiaçı əlilliyə görə sosial müavinətin əlilliyə görə əmək pensiyası ilə əvəz olunmaqla ödənilməsi üçün Mərkəzi Filiala müraciət etmişdir. Mərkəzi Filial tərəfindən ona ##.##.2025-ci il tarixli *-**-*/*-B-*****/**** nömrəli imtina məktubu ünvanlanaraq bildirilmişdir ki, İddiaçı əmək kitabçasında qeyd olunan X1 Zaqatala ** №li aptekdə ##.##.1999-cu il tarixindən ##.##.2005-ci il tarixinədək işlədiyini iddia etdiyi dövrə münasibətdə əmək kitabçasının doldurulma qaydaları pozulmuşdur. Belə ki, titul vərəqində qeyd olunmuş əmək kitabçasının doldurulduğu tarix onun əmək fəaliyyətinə başladığı tarixdən sonraya qeyd edilmiş, eləcə də əmək kitabçasının dublikat olması ilə bağlı heç bir məlumat qeyd edilməmişdir. Eləcə də, Mərkəzi Filial tərəfindən Zaqatala rayon Dövlət Arxivinə göndərilmiş sorğuya cavab olaraq təqdim olunmuş ##.##.2025-ci il tarixli *-**-**DA/*/**/**** saylı məktubda X1 Zaqatala ** №-li aptekin sənədlərinin arxivdə saxlanılmadığı qeyd edilmişdir. Belə ki, Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən ##.##.2017-ci il tarixinədək (İddiaçı pensiya hüququ yaranan tarixədək) cəmi sığorta stajı 7 il 2 ay təşkil edir ki, bu qanunvericiliklə tələb olunan 9 ildən (42 yaşına uyğun olaraq) azdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1996-cı il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalan”nın 3.5- ci bəndinə əsasən işə qəbul, daimi başqa işə keçirmək barəsində səhv və qeyri-dəqiq yazılar aşkar edildikdə düzəliş işəgötürən tərəfindən aparılır. Iş yerini dəyişdikdə belə hallar aşkar olunarsa, yeni iş yerindəki işəgötürən bu barədə işçiyə lazımi köməklik göstərməlidir. Qaydaların 5.1-ci bəndində bildirilir ki, əmək kitabçası (əlavə içlik) itirildikdə, oğurlandıqda və ya yararsız hala düşdükdə, işçi işə bərpa edildikdə işçinin xahişi ilə ona əmək kitabçasının (əlavə içliyin) dublikatı verilməlidir. Bu halda işçi sonuncu iş yeri üzrə işəgötürənə müraciət etməlidir. Işəgötürən 15 (on beş) gün müddətində bu müraciətə baxıb onu həll etməlidir. Qaydaların 5.2-ci bəndində Işçiyə verilən yeni əmək kitabçasının (əlavə içliyin) birinci səhifəsinin yuxarı sağ tərəfində iri hərflərlə “DUBLIKAT” sözü yazılır. Qaydaların 5.4-cü bəndində isə Əmək kitabçasının (əlavə içliyin) dublikatı verildiyi zaman həmin vaxta qədər əmək stajına malik olan işçilərin əmək stajı müvafiq sənədlərə əsasən müəyyənləşdirilir və dublikatda qeyd olunur. Göründüyü kimi iddiaçıya məxsus əmək kitabçasındakı qeydlərin uyğunsuzluq təşkil etməsi, o cümlədən əmək kitabçasının doldurulma tarixi ilə işlədiyini iddia etdiyi dövrlər üzrə uyğunsuzluq əmək kitabçasının dublikat olmasına əsas verir ki, bu zaman isə əmək kitabçasının dublikat olması ilə bağlı heç bir qeydin aşkarlanmaması, eləcə də müəssisə ilə bağlı arxiv sənədlərinin tapılmaması özlüyündə həmin dövrün cavabdeh tərəfindən sığorta stajına daxil edilməməsinə əsas vermişdir. “Əmək pensiyaları haqqında" qanunun 12.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən olunmuş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən olunmuş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Belə ki, iddiaçının 9 il 3 ay sığorta stajına uyğun olaraq pensiya kapitalı 5674,69 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 32256,00 manat pensiya kapitalından (50 yaşına uyğun olaraq) azdır və minimum pensiya təminatına (320 manat) imkan vermir. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş edilmişdir.
10. Şəki Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2- *(***)-****/**** nömrəli qərarı ilə (hakim X4) iddia tələbi təmin edilmiş, cavabdehin üzərinə iddiaçı İddiaçı ##.##.2017-ci il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi və ##.##.2022-ci il tarixdən hesablanmaqla müraciət tarixindən əvvəlki son 3 il üçün üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi qoyulmuşdur.
11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Dövlət Vergi Xidməti ** saylı ərazi vergilər idarəsinin ##.##.2026-cı il tarixli məktubundan görünür ki, Zaqatala ** saylı Mərkəzi Rayon Aptek (VÖEN: **********) ##.##.2004-cü il tarixdən vergi orqanında vergi ödəyicisi kimi qeydiyyatdadır. Hüquqi ünvanı Zaqatala şəhəri, Imam Şamil, ev 5 0ünvanında yerləşir. Hüquqi şəxsin rəhbəri (qanuni təmsilçisi) X2r (telefon məlumatı- **********). Zaqatala ** saylı Mərkəzi Rayon Aptekin (VÖEN: **********) sahibkarlıq üzrə fəaliyyəti hazırda dayandırılmış vəziyyətdədir. Sahibkarlıq fəaliyyətini dayandırdığı dövrlər barədə məlumatı qoşma faylında Sizə təqdim edirik. X3 (VÖEN:**********) ##.##.2005-ci il tarixdən vergi orqanında vergi ödəyicisi kimi uçotdadır. Iş materiallarında olan Zaqatala Rayon Statistika Idarəsinin ##.##.2026-cı il tarixli məktubundan görünür ki, Zaqatala ** №-li Aptel (Zaqatala ** saylı Mərkəzi Rayon Aptek) (5100010471) ##.##.1996-cı il tarixdən Zaqatala rayonu üzrə statistik vahidlərin Dövlət reyestrində qeydiyyatdadır. Belə ki, işin mahiyyəti üzrə həlli ilə bağlı məhkəmə iş materiallarında olan sübutları tədqiq edib hüquqi qiymət verərək işin faktik halları kimi müəyyən etmişdir ki, iddiaçınıntəqdim etdiyi sənədlərdə əksini tapmış ##.##.1999-cu il tarixdən ##.##.2005-ci il tarixədək Zaqatala ** №-li Aptekdə işlədiyi dövrü cavabdeh əmək stajı kimi qəbul etməmiş və bu mövqeyini onunla əsaslandırmışdır ki, Zaqatala rayon ** №-li aptekin sənədləri Dövlət Arxivində saxlanılmadığından iddiaçının işlədiyi həmin dövrün sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Iş materiallarından müəyyən olunur ki, iddiaçıya ##.##.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinin tələblərinə əsasən əlilliyə görə əmək pensiyasının təyin olunmasından cavabdeh orqan ona görə imtina etmişdir ki, iddiaçının həmin tarixə sığorta stajı qanunvericiliklə tələb olunan sığorta stajından az olmuşdur. Beləki, iddiaçının 42 yaşına uyğun olaraq qanunvericiliklə tələb olunan sığorta stajı 9 ildir, iddiaçının cəmi sığorta stajı 7 il 2 ay təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinin ##.##.2017-ci il tarixindən qüvvədə olan tələblərinə əsasən iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir ona görə ki, sığorta stajı və pensiya kapitalı qanunvericiliklə tələb olunanlardan azdır. Iş materiallarından görünür ki, iddiaçı ##.##.2003-cü il tarixdən müddətsiz üçüncü dərəcəli əlildir. ******* nömrəli əmək kitabçasına əsasən iddiaçının əmək fəaliyyəti aşağıdakı kimidir: ##.##.1999 – ##.##.2005; ##.##.2009 – ##.##.2017; Məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında" qanunun 12.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən olunmuş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən olunmuş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Qeyd edilən normanın məzmunundan göründüyü kimi, II və III qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün iki şərtin mövcud olması mütləqdir: Ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olması; Əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olması. Bu şərtlərdən hər hansı birinin olmaması əlilliyə görə pensiya təyin edilməsini istisna edir. Ona görə də əlilliyə görə pensiya təyin edilməsi üçün bu şərtlərin hər ikisinin mövcudluğu araşdırılmalıdır. Adı çəkilən Qanunun 12.1 -ci maddəsində göstərilən “əmək qabiliyyətli yaş dövrü” ifadəsi şəxsin qanunla əmək fəaliyyət qabiliyyətli yaşa çatdıqdan sonrakı dövrü əhatə edir. AR Əmək Məcəlləsinin 42-ci maddəsinin 3-cü hissəsinə əsasən, on beş yasına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Həmin maddənin ##.##.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən Əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Göründüyü kimi 2017-ci il tarixinə əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə pensiya kapitalı nəzərdə tutulmamışdır. Əliliyə görə əmək pensiyasının təyin olunması üçün “Ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olması” şərti vardır. Bu halda iddiaçının ##.##.1974-ci il təvəllüdlü olması və ona ##.##.2003-cü il tarixdə III dərəcə əlillik müəyyən edilməsi nəzərə alınmaqla, ona əlilliyə görə əmək pensiyası hüququ yaranması üçün 9 il sığorta stajı tələb olunur. Iddiaçı İddiaçı münasibətdə qanunla tələb olunan sosial sığorta stajı aşağıdakı kimidir: 42 il (yaş) - 15 il (əmək qabiliyyəti olmadığı yaş dövrü) = 27 il (əmək qabiliyyətli yaş dövrü); - 27 il x 4 ay (əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün) = 108 ay; - 108 ay: 12 ay = 9 il. Qeyd edilən hesablamadan da göründüyü kimi iddiaçı İddiaçı əlilliyə görə əmək pensiyası hüququnun yaranması üçün sözügedən qanuna müvafiq olaraq tələb olunan sosial sığorta stajı 9 ildir. Hazırki işdə isə iddiaçının tələb olunandan artıq sosial sığorta stajı var. Göründüyü kimi, iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan şərt mövcuddur. Məhkəmə hesab edir ki, iddiaçıya “Əmək pensiyaları haqqında" qanunun 12.1-ci maddəsinin ##.##.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasə pensiya hüququnun yarandığı ##.##.2017-ci il tarixindən əlilliyə görə əmək pensiyası təyin edilməlidir. Iş materiallarından görünür ki, cavabdeh orqanın iddiaçıya “Əmək pensiyaları haqqında" qanunun 12.1-ci maddəsinin ##.##.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən əlilliyə görə əmək pensiyası təyin etməkdən imtinasının əsasını onun sığorta stajının qanunvericiliklə tələb olunan 9 ildən (42 yaşa uyğun) az olmasıdır. Belə ki, cavabdeh orqan hesab etmişdir ki, iddiaçının 42 yaşına uyğun cəmi sığorta stağı 7 il 2 aydır. (42-15)=27×4=108:12=9) Cavabdeh orqan iddiaçının X1 Zaqatala 90Ns aptekdə ##.##.1999-cu il tarixindən ##.##.2005-ci il tarixinədək işlədiyi dövrü əmək kitabçasının doldurulma qaydalarının pozulmasını əsas gətirərək nəzərə almamışdır. Cavabdehin mübahisələndirdiyi iddiaçının ##.##.1999- ##.##.2005-ci illərdəki X1 Zaqatala 90Ns aptekdə işlədiyi dövrə münasibətdə nəzərə alınmalıdır ki, məhkəmə araşdırması zamanı qeyd olunan müəssisənin ##.##.1996-cı il tarixdən fəaliyyət göstərməsi (hazırda fəaliyyəti dayandırılmışdır) aparılan araşdırmalar nəticəsində təsdiqini tapdığından və iddiaçının qeyd olunan illərdə işləməsinə dair əmək kitabçasında müvafiq qeydlər aparıldığından, sözügedən müəssisənin arxiv sənədlərinin arxivdə saxlanılmaması, eləcə də əmək kitabçasının doldurulma qaydalarının pozulması iddiaçının məsuliyyət sferasına aid olmadığından onun pensiya hüququnun məhdudlaşması ilə nəticələnə bilməz. Yuxarıda qeyd edilən maddi hüquq normalarına əsasən, əmək kitabçası şəxsin əmək stajını müəyyən edən mənbələr sırasındadır. Iddiaçının iş illəri onun əmək kitabçası ilə təsdiq olunduğundan digər sənədlərlə yenidən sübut olunmasına ehtiyac yoxdur. Belə ki, mötəbər hesab edilmiş sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Hazırki tələb üzrə cavabdeh iddiaçıya məxsus əmək kitabçasının özünün və oradakı qeydlərinin mötəbərliyini istisna edən hər hansı bir sənəd təqdim etməmişdir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, iddiaçı Iddiaçı İddiaçı ##.##.1999-cu il tarixindən ##.##.2005-ci il tarixədək X1 Zaqatala 90Ns aptekdə işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi inzibati orqanın üzərinə qoyulmalıdır. Iş materiallarından göründüyü kimi, iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl ##.##.2025-ci il tarixdə analoji tələblə cavabdeh orqana müraciət etmişdir. Odur ki, müraciət tarixindən əvvəlki son 36 ay ##.##.2022-ci il tarixdən hesablanmaqla ödənişlər həyata keçirilməlidir
12. Cavabdeh orqanın nümayəndəsi apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) apellyasiya şikayətinin dəlilləri
13. Cavabdeh inzibati orqan apellyasiya şikayətinin dəlillərini ilkin iddia ərizəsinə etirazın dəlilləri ilə əsaslandırmış, maddi hüquq normalarını sadalamış və əlavə olaraq qeyd etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi qeyd etdiklərinin əksinə olaraq iddiaçının mübahisələndirilən əmək fəaliyyəti dövrlərini ətraflı araşdırmamış, bununla da maddi hüquq normalarını pozmuşdur. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
14. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
tərəflərin izahatları
15. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdehin nümayəndəsi Şəki Inzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etdi.
tətbiq edilən hüquq
16. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... III. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. ...
17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 12.1. Əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edili Maddə 22-1.2.2. Əlilliyi müəyyən edilmiş şəxsə əlilliyə görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il ######ın #-dək olan sığorta stajı həmin dövrə olan əmək qabiliyyətli yaş dövrünün hər ili üçün 4 ay götürülməklə hesablanır. Maddə 27. Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il ######ın #-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi şəxsi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi şəxsi hesablarının sığorta hissəsində 2006cı ilin # ###### tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il # ###### tarixindən 2017-ci il # #### tarixinədək olan dövr üzrə fərdi şəxsi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il # #### tarixinə fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınır.
18. Azərbaycan Respubilkası Əmək Məcəlləsi: Maddə 87.1. Işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Işçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1992-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. Iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
20. “Inzibati icraat haqqında” Qanun: Maddə 19.1. Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
21. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12. Işin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri.
22. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. Cavabdeh orqan onun üçün əlverişsiz olan məhkəmə aktından bütövlükdə şikayət verdiyindən verilmiş apellyasiya şikayəti üzrə hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyinə və əsaslılığına qiymət veriləcəkdir.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsaslıdır və təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
25. IPM-in 12.1, 12.2, 58.7, 82-ci maddələrində təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.
26. Iş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı əlilliyə görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdır.
27. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisənin həlli üçün ilk növbədə iddiaçının ##.##.2017-ci il tarixədək qüvvədə olmuş qanunvericiliyə əsasən əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan sığorta stajına malik olub-olmaması müəyyən edilməlidir.
28. “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinin ##.##.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün sığortaolunanın ümumilikdə azı 5 il sığorta stajına malik olması və əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajının mövcudluğu tələb edilirdi. Həmin dövrdə əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün ayrıca pensiya kapitalı şərti nəzərdə tutulmamışdı.
29. Iddiaçı ##.##.1974-cü ildə anadan olmuşdur. Əmək pensiyasının ##.##.2017ci il tarixdən təyin edilməsinin tələb olunduğu nəzərə alındıqda, həmin tarixdə onun 42 yaşı olmuşdur. Əmək qabiliyyətli yaş dövrü 15 yaşdan hesablandığından iddiaçının 27 tam əmək qabiliyyətli yaş ili olmuş və buna uyğun tələb olunan sığorta stajı 108 ay, yəni 9 il təşkil etmişdir (42 - 15 = 27; 27 × 4 = 108 ay; 108 : 12 = 9).
30. Iş materiallarına əsasən iddiaçının ##.##.2017-ci il tarixədək 7 il 2 aylıq sığorta stajı tərəflər arasında mübahisə doğurmur. Buna görə ##.##.1999–##.##.2005-ci illərə aid dövr nəzərə alınmadıqda onun sığorta stajı qanunla tələb olunan 9 ildən 1 il 10 ay azdır. Odur ki, iddiaçının əmək pensiyası hüququnun mövcudluğu mübahisəli dövrün sığorta stajına daxil edilib-edilməməsindən asılıdır.
31. Iddiaçı bu dövrdə X1 Zaqatala ** nömrəli aptekində işlədiyini ******* nömrəli əmək kitabçasındakı qeydlə əsaslandırır. Əmək kitabçasında onun ##.##.1999-cu ildən həmin müəssisədə işə qəbul edilməsi və ##.##.2005-ci ildə işdən azad edilməsi göstərilmişdir. Cavabdeh orqan əmək kitabçasının titul vərəqində onun doldurulma tarixinin əmək fəaliyyətinin başlanma tarixindən sonraya təsadüf etməsindən, kitabçanın dublikat olması barədə qeydin aparılmamasından və müəssisənin həmin dövrə aid arxiv sənədlərinin aşkar edilməməsindən çıxış edərək əmək kitabçasının mötəbərliyini mübahisələndirmişdir.
32. Iş materiallarında iddiaçının ##.##.1999–##.##.2005-ci illərdə həmin müəssisədə əmək fəaliyyətini həyata keçirməsini təsdiq edən işə qəbul və işdən azad etmə əmrləri, əməkhaqqı cədvəlləri, şəxsi hesab vərəqələri və ya digər hər hansı sənəd mövcud deyildir.
33. Kollegiya tərəfindən iddiaçıya 2003-cü ildə əlilliklə əlaqədar sosial təminat ödənişinin təyin olunmasına dair müavinət işi cavabdeh orqandan götürülərək tədqiq edilmişdir. Həmin işdən görünür ki, iddiaçı sosial pensiyanın təyin edilməsi məqsədilə yaşayış yeri üzrə icra nümayəndəliyindən aldığı arayışı cavabdeh orqana təqdim etmişdir. Arayışda iddiaçının həmin vaxt işləmədiyi, habelə məktəbi bitirdikdən sonra ümumiyyətlə heç bir yerdə işləmədiyi göstərilmişdir
34. Həmin məlumat iddiaçının hazırkı iş üzrə istinad etdiyi əmək kitabçasının məzmunu ilə birbaşa ziddiyyət təşkil edir. Belə ki, əmək kitabçasındakı ##.##.1999–##.##.2005-ci illər barədə qeyd faktiki əmək münasibətini əks etdirmiş olsaydı, iddiaçıya əlillik müəyyən edilən ##.##.2003-cü il tarixdə onun artıq təxminən 3 il 9 aylıq əmək stajı mövcud olmalı idi.
35. 2003-cü ildə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 25-ci maddəsinə əsasən ümumi xəstəlik nəticəsində 23 yaşından sonra əlil olmuş şəxs üçün bir il iş stajına yaşın üstünə gələn hər növbəti il üçün üç ay iş stajı əlavə edilməklə əlilliyə görə əmək pensiyası hüququ müəyyən edilirdi. Iddiaçının əlilliyi müəyyən edilən vaxt 28 yaşı olduğundan ona münasibətdə tələb olunan iş stajı 2 il 3 ay təşkil edirdi (1 il + 5 × 3 ay).
36. Həmin Qanunun 67-ci maddəsinə əsasən # ###### 2002-ci ilədək əmək fəaliyyəti ümumi qaydada iş stajına daxil edilirdi. Iddiaçının təkcə ##.##.1999-cu ildən ##.##.2002-ci ilədək olan təxminən 2 il 7 aylıq əmək fəaliyyəti belə 2003-cü ildə əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 2 il 3 aylıq stajı tamamlamağa kifayət edirdi.
37. Eyni zamanda həmin dövrdə qüvvədə olmuş Qanunun 90-cı maddəsinə görə sosial pensiya əmək qabiliyyəti olmayan, işləməyən və əmək pensiyası almaq hüququ olmayan şəxslərə təyin edilirdi. Qanunun 95-ci maddəsinə əsasən isə işləyən vətəndaş pensiya təyin edilməsi barədə ərizəni sonuncu iş yerinin müdiriyyətinə verməli, müdiriyyət onun iş stajı və əməkhaqqı barədə sənədləri hazırlayaraq sosial təminat orqanına göndərməli idi.
38. Belə olan halda iddiaçının əmək kitabçasında göstərildiyi kimi 2003-cü ildə Zaqatala ** nömrəli aptekində işlədiyi və əlilliyə görə əmək pensiyası almaq üçün kifayət edən iş stajına malik olduğu qəbul edilərsə, onun özünü işləməyən və məktəbi bitirdikdən sonra heç bir yerdə işləməmiş şəxs kimi göstərən arayışı sosial təminat orqanına təqdim etməsinin heç bir ağlabatan izah yoxdur. Sözügedən arayış iddiaçının həmin dövrdə işləməsi ilə bağlı hazırkı iddiasını birbaşa təkzib edir. Məhkəmə kollegiyasının iclasında iddiaçı izahat verərək sosial pensiya (müavinət) ilə əmək pensiyası arasındakı fərqi yaxşı anladığını, seçim imkanı olduğu halda daha üstün sosial təminat növü olan əmək pensiyasına üstünlük verdiyini bildirmişdir.
39. Kollegiya nəzərə alır ki, sözügedən arayış iddiaçının əlilliyinin müəyyən edildiyi 2003-cü ildə, əmək kitabçasına görə onun mübahisəli müəssisədə işləməsinin davam etdiyi dövrdə və sosial təminat ödənişinin təyin edilməsi məqsədilə iddiaçının özü tərəfindən təqdim edilmişdir.
40. “Inzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlər onların həqiqətə uyğun olmadığı sübuta yetirilmədiyi halda mötəbər hesab olunur. Hazırkı işdə isə əmək kitabçasındakı mübahisəli qeydin mötəbərliyi şübhə altındadır və bu qeydin həqiqiliyini təsdiqləyən hər hansı əlavə sübutlar mövcud deyildir. Faktiki olaraq müəssisənin mübahisələndirilən dövrdə fəaliyyət göstərməsi də mövcud vəziyyəti iddiaçının xeyrinə dəyişmir. Buna görə də tədqiq edilmiş əmək kitabçası ##.##.1999–##.##.2005-ci illərə dair qeydlər hissəsində mötəbər sübut kimi qəbul edilə bilməz.
41. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər ödənilmədiyindən birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlməmişdir. Cavabdeh orqanın apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməməlidir.
42. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilir. Şəki Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli nömrəli qərarı ləğv edilir. Iş üzrə yeni qərar qəbul edilməklə iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.