Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 2-1(3-10)-381/2026 29.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Mustafayev Etibar Mustafa oğlu (məruzəçi), Musayev Vüqar Ələkbər oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Sədiyev Elvin Ilham oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı Cavabdehin nümayəndəsi nümayəndə1 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Şəki Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Işin halları:
1. Iddiaçı ## ####### 1952-ci il tarixdə doğulmuşdur.
2. Iş materiallarında olan “xxxx” ASC “xxxx” MMC-nin ## #### 2026-cı il tarixli **- *-***/*-**/**** nömrəli arayışında iddiaçının ## ###### 1991-ci il tarixdən ## ######## 2000-ci il tarixədək olan dövr ərzində Azərbaycan DRES X1 və Avtomatika sexində mühəndis, ## ######## 2000- ci il tarixdən # ####### 2012-ci il tarixədək olan dövr ərzində usta, # ####### 2012-ci il tarixdən ## ####### 2015-ci il tarixədək olan dövrdə aparıcı mühəndis vəzifələrində işlədiyi qeyd olunmuşdur.
3. Iddiaçı, cavabdeh orqana ##.##.2025- cü il tarixdə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
4. Cavabdehin ##.##.2025-ci il tarixli imtina məktubu ilə iddiaçıya güzəştli iş stajının olmaması səbəbilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasının mümkün olmadığı bildirilmişdir. Birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:
5. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi”ni xahiş etmişdir.
6. Iddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: “Iddiaçı 1952-ci il təvəllüdlüdür. ## ######## 1971-ci il tarixdən # ###### 1971-ci il tarixədək Sumqayıt Kompressorlar Zavodunun Tökmə sexində işləmiş, # ###### 1971-ci il tarixdən ## ####### 1973-cü il tarixədək ordu sıralarında hərbi xidmətdə olmuş, 1973 – 1974-cü illərdə Sumqayıt Kompressorlar Zavodunun Quraşdırıcı sexində quraşdırıcı çilingər, # ###### 1974-cı il tarixdən ## #### 1977-ci il tarixədək “Sumqayıt Kimyasənaye” IB-nin Mərkəzləşdirilmiş daşımalar sexində, ## ####### 1977-ci il tarixdən ## ###### 1977-ci il tarixədək Sumqayıt Şəhər Mənzil Idarəsində nəzarətçi-texnik, ## ###### 1977-ci il tarixdən # #### 1978-ci il tarixədək Sumqayıt Şəhər IK Şəhər tərtibatı və reklam şöbəsində mühəndis, ## #### 1978-ci il tarixdən ## ###### 1984-cü il tarixədək Azərbaycan DRES “Azenerjitikinti” TTQI-də mühəndis, # ###### 1984-cü il tarixdən ## ###### 1986-cı il il tarixədək * saylı TT ** saylı Tikinti Idarəsində usta, ## ###### 1986-cı il tarixdən # ###### 1987-ci il tarixədək X2 Cihazların Elmi-Təcrübə Institutunun *** saylı sexində mühəndis, 1# ###### 1987-ci il tarixdən ## ######## 1987-ci il tarixədək * saylı Trestin ** saylı SMD-də 5-ci dərəcəli betonçular briqadasının briqadiri, ## ######## 1987-ci il tarixdən # #### 1988-ci il tarixədək “Azenerjitikinti” Trestinin Şamxor SEC Kaskadının tikintisində iş idarəçisi, # ###### 1988-ci il tarixdən ## ###### 1989-ci il tarixədək “Xaldan” Kooperativində usta, # ###### 1990-cı il tarixdən # ##### 1990-cı il tarixədək N saylı hərbi hissədə çilingər, ## ##### 1990-cı il tarixdən # ###### 1991-ci il tarixədək “Tərəqqi” Kooperativində icraçı, ## ###### 1991- ci il tarixdən ## ######## 2000-ci il tarixədək Azərbaycan DRES-nin X1 və avtomatika sexində ikinci kateqoriyalı mühəndis, ## ######## 2000-ci il tarixdən # ######## 2005-ci il tarixədək həmin sexdə riyazi təminat üzrə 2-ci qrup üzrə usta, # ######## 2005-ci il tarixdən ## ####### 2015-ci il tarixədək IÖCA sexinin AIS-də riyazi təminat üzrə 1-ci qrup usta vəzifələrində işləmişdir. ## ####### 2015-ci il tarixdə yaşa görə işdən azad edilmişdir. Ümumi iş stajı 45 il 5 ay 15 gün, güzəştli şərtlərlə iş stajı 24 il 8 ay 1 gün təşkil edir. O, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh pensiya təyinatından imtina etmişdir. Imtina onunla əsaslandırılmışdır ki, «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı»nın Nəqliyyat bölməsinin (24) rəhbərlər və mütəxəssislər yarımbəndində (b) avadanlığın yerində təmiri üzrə ustalar, böyük ustalar (qazanxana, turbin (buxar-qaz turbini) yanacaqötürmə, tozhazırlama) qazanxana, turbin (qaz turbini), yanacaqötürmə, tozhazırlama sexlərinin istehsalat sahələrinin ustaları, böyük ustaları, yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri vəzifəsi nəzərdə tutulmuş və onun (iddiaçının) işlədiyi sahələrə aid deyildir. Iddiaçı cavabdehin imtinasını mübahisələndirir. O hesab edir ki, əmək stajı əmək kitabçası ilə müəyyən edilmiş və həmin əmək kitabçasında icra edilmiş qeydlər, eləcə də təqdim edilmiş güzəştli arayışlar cavabdeh tərəfindən düzgün dəyərləndirilməmişdir. Bu hal hüquqi deyil, subyektiv xarakter daşıdığından əmək pensiyasının təyin edilməməsinə əsas ola bilməz. Iş xarakteri haqqında izahlı arayışda onun ## ###### 1991-ci il tarixdən ## ######## 2000-ci il tarixədək IÖCA sexinin əməliyyat xidməti üzrə 1-ci və 2-ci kateqoriyalı mühəndis vəzifəsində qaz turbin sexlərin, növbə rəislərinin enerji blokun böyük maşinistlərinin, enerji blokun maşinistləri ilə eyni otaqda və eyni zərərli faktorların təsiri altında işləməsi halı kifayət edir ki, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilsin. Belə olan halda cavabdehin üzərinə müvafiq öhdəliyin qoyulması zərurəti vardır. Iddiaçı # #### 1952-ci il tarixdə doğulmuşdur, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ # #### 2012-ci il tarixdən etibarən yaranır və həmin tarixdən pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.”.
7. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: “Iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, iş materiallarına əsasən iddiaçı İddiaçı DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Inzibati orqanın ## ####### 2025-ci il tarixli məktubu ilə iddiaçıya güzəştli iş stajının olmaması səbəbilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatının mümkün olmadığı bildirilmişdir. Nazirlər Kabinetinin ## ##### 2022- ci il tarixli *** nömrəli qararı ilə təsdiq edilmiş Qaydanın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar onun zərərli əmək şəraitində işlədiyi dövrün Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli qararı ilə təsdiq edilmiş siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Siyahının “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” bölməsinin (24) rəhbərlər və mütəxəssislər yarımbəndində (b) türbin atom stansiyasının idarə edilməsi üzrə mühəndislər, avadanlığın yerində təmiri üzrə ustalar, böyük ustalar (qazanxana, türbin (buxar-qaz türbini) yanacaqötürmə, tozhazırlama) vəzifələri, bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində (29) yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri vəzifəsi nəzərdə tutulub. Iddiaçının Mərkəzi Filiala təqdim etdiyi "xxxx” ASC “xxxx” MMC-nin ## ######## 2025-ci il tarixli 07- 150, 07-151, 07-152 və **-*** nömrəli arayışlarında ## ###### 1991-ci il tarixdən ## ######## 2000-ci il tarixədək olan dövr ərzində mühəndis, ## ######## 2000-ci il tarixdən # ####### 2012-ci il tarixədək olan dövr ərzində usta, # ####### 2012-ci il tarixdən ## ####### 2015-ci il tarixədək olan dövr ərzində aparıcı mühəndis vəzifələrində işlədiyi qeyd olunmuşdur. Lakin onun işlədiyi sahə və vəzifələr sözügedən arayışda istinad edilən yuxarıda göstərilən sahə və vəzifələrə aid olmadığından, güzəştli iş stajını müəyyən etmək mümkün olmamışdır. Göstərilənlərə əsaslanaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. Cavabdehin iddiaya qarşı etiraza əlavəsində bildirilir ki, «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin (24) rəhbərlər və mütəxəssislər yarımbəndində (b) avadanlığın yerində təmiri üzrə ustalar, bövük ustalar (qazanxana, türbin (buxar-qaz türbini) yanacagötürmə, tozhazırlama) vəzifəsi nəzərdə tutulub. İddiaçı dair “xxxx” ASC “xxxx” MMC-nin ## #### 2026-cı il tarixli **-*-***/*-**/**** nömrəli arayışında onun ## ###### 1991-ci il tarixdən ## ######## 2000-ci il tarixədək olan dövr ərzində Azərbaycan DRES X1 və Avtomatika sexində mühəndis, ## ######## 2000- ci il tarixdən # ####### 2012-ci il tarixədək olan dövr ərzində usta, # ####### 2012-ci il tarixdən ## ####### 2015-ci il tarixədək olan dövrdə aparıcı mühəndis vəzifələrində işlədiyi qeyd olunub. Sözügedən arayışda adıçəkilən şəxsin usta vəzifəsində işlədiyi müddətdə Qazan Türbin sexində yerləşən X3raşdırılmış avadanlıqların yerində təmir işlərini yerinə yetirdiyi göstərilib. Göründüyü kimi, sözügedən vəzifə qazanxana, turbin (buxar-qaz turbini) yanacaqötürmə, tozhazırlama avadanlığının yerində təmiri üzrə ustalara aid deyil. Həmçinin, iddiaçının işlədiyi mühəndis və aparıcı mühəndis vəzifələri adından da göründüyü kimi, avadanlığın yerində təmiri üzrə ustalar, böyük ustalar vəzifələrinə aid deyil. Göstərilən səbəblərdən də adıçəkilən şəxsin güzəştli iş stajı yoxdur.”.
8. Şəki Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim Rüstəm Kərimli) iddia tələbi təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsi qərarını aşağıdakı kimi əsaslandırmışdır: “....qüvvədə olan qanunvericilik normaları nəzərdə tutur ki, 25 il ümumi iş stajına, o cümlədən 12 il 6 ay güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə (Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli qərarı ilə təsdiqlənmiş Siyahıda göstərilən) iş stajına malik kişilər 60 yaşına çatdıqda onların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır. Hazırkı iddiaçı İddiaçı 25 il sığorta stajına malik 60 yaşına çatmış şəxs kimi ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı ilə bağlı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etsə də, cavabdeh məsələnin həllindən onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrdə iştajının 12 il 6 aydan az olması ilə əsası ilə imtina etmişdir və məhkəmə tərəflərin dəlil və sübutlarına mövcud qanunvericiliyin tələbləri baxımından qiymət verərək iddiaçının dəlillərini əsassız sayır, cavabdehin mövqeyi ilə razılaşır. Məhkəmə qənaətini onunla əsaslandırır ki, iddiaçı İddiaçı işlədiyi mühəndis vəzifəsi “turbin atom stansiyasının idarə edilməsi” üzrə olmamışdır. Bundan başqa, onun işlədiyi usta vəzifəsi də Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli qərarı ilə təsdiqlənmiş Siyahının 24-cü bölməsinin “b” bəndindəki xüsusatları əhatə etmir. Odur ki, onun güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən işlərdə 12 il 6 ay stajı toplanmış olmur. Bu səbəbdən də iddiaçının «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinə əsasən 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. Həmçinin yuxarıda qeyd olunan səbəbdən, onun «Əmək pensiyaları haqqında» Qanunun 9.8-ci maddəsinə müvafiq olaraq da güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yoxdur.”.
10. Iddiaçı, apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
11. Iddiaçı apellyasiya şikayətinin dəlillərində qeyd etmişdir ki, “....Hesab edirəm ki, Şəki Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** saylı, ##.##.2026-cı iltarixli qərarı maddi hüquq normaların pozulması, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallara düzgün hüquqi qiymət verilmədiyindən qanunsuz və əsassızdır və bu səbəbdən ləğv edilməli, işə mahiyyəti üzrə baxıb iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməlidir. Məhkəmənin bu qənaəti işin faktiki hallarına və mövcud sübutlara əsaslanmır. Qərarın əsaslandırıcı hissəsindən də görünür ki, məhkəmənin maddi və ya prosessual hüquq normalarına istinad olunmadan bu qənaətə gəlməsi mülahizə xarakteri daşıyır. Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli qərarında qeyd edilmişdir ki, “Lakin onu da nəzərə almaq lazımdır ki, apellyasiya instansiyası məhkəməsi iş yerindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası IPM-in 58.6-cı maddəsinə uyğun olaraq, işə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiya hüququ verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən edilməlidir. Oxşar işlər üzrə Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə görə,məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər.”. Göründüyü kimi, birinci instansiya məhkəməsi Ali Məhkəmənin bu göstərişlərini dəqqətdən kənarda qoymuş və yanlış qənaətə gəlmişdir. Ali Məhkəməsinin Inzibati Kollegiyasının ifadə etdiyi ki, “ burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir” onu deməyə əsas verir ki, iddiaçı İddiaçı qüsəştli arayışlar, iş xarakteri haqqında izahlı arayışda qeyd edilən Azərbaycan DRES-nin X1 və Avtomatika sexində ikinci kateqorialı mühəndis vəsifəsində, ##.##.2000-ci ildən həmin sexdə riyazi təminat üzrə 2-ci qrup üzrə usta vəzifəsində, ##.##.2005-ci ildən IOCA sexində AIS-də riyazi təminat üzrə 1-ci qrup usta vəzifəsində işləməsi Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli qərarı ilə təsdiqlənmiş Siyahının 24-cü bölməsinin “b” bəndindəki xüsusatları əhatə edir. Məhkəmə bunu nəzərə almadığından “Əmək pensiyaları haqqında” Qanunun 7 və 9-cü maddənin tələblərini pozmuşdur. Arayışlardan da görünür ki, Ölçü Cihazları və Avtomatika sexin mühəndisi, ustası Siyahının 24-cü bölməsinin “b” bəndindəki xüsusatları əhatə edən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu yaradan zərərli iş şəraitində işləməsini müəyyən edir və iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilmişdir. Birinci instansiya məhkəməsi qərar qəbul edərkən IPM-nin 58-ci maddəsinin tələblərinə kobud surətdə riayət etməmiş prosessual pozuntuya yol verməklə iddiaçının pensiya təminatı hüququnu pozmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ##### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nin 4.1.20 bəndində qeyd edilir ki, “yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti– bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürən tərəfindən verilən forması bu Qaydaya * nömrəli Əlavə ilə müəyyən edilmiş güzəştli şərtlərlə pensiya hüququ verən iş stajı və həmin işin xarakteri barədə arayışa əsasən. Işəgötürənin fəaliyyət göstərməməsi səbəbindən həmin arayış təqdim oluna bilmədikdə isə şəxsin işlədiyi sahə, peşə və vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda göstərilənlərlə eynilik təşkil etdikdə MEIS-in “Əmək və məşğulluq” altsistemindən əmək müqavilələrinə dair çıxarışda, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda, eləcə də 2014-cü il ####un #-dək xitam verilmiş əmək müqavilələrinə münasibətdə əmək kitabçasında olan qeydə, bu qeydin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda isə Dövlət arxivinin arayışına əsasən.” Iddiaçı ##.##.2012-ci ildən ##.##.2015-ci il tarixədək istilik Ölçü Cihazları və Avtomatika sexinin avtomatlaşdırılmış idarəetmə sistemində aparıcı mühəndis vəzifəsində əmək funksiyalarının tam iş günü ərzində Qazan Turbin sexlərinin növbə rəislərinin, enerji blokun böyük maşinistlərinin, enerji blokun maşinistləri ilə eyni iş otağında və eyni zərərli faktorlarının mövcud olduğu otaqlarında əmək funksiyalarını yerinə yetirmişdir. Məhkəmə göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ##### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nı yanlış təfsir edərək iddianı təmin etmir. Bununla Məhkəmə yuxarıda qeyd edilən qərarların göstərişlərinə əməl etməmiş, həmin arayışların məzmunu əmək kitabçasındakı yazıları diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiya hüququ verən sahədə və peşədə işləyib. Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nin 4.1.20 bəndi Iddiaçı ##.##.2012-ci ildən ##.##.2015-ci il tarixədək istilik Ölçü Cihazları və Avtomatika sexinin avtomatlaşdırılmış idarəetmə sistemində aparıcımühəndis vəzifəsində əmək funksiyalarının tam iş günü ərzində Qazan Turbin sexlərinin növbə rəislərinin, enerji blokun böyük maşinistlərinin, enerji blokun maşinistləri ilə eyni iş otağında və eyni zərərli faktorlarının mövcud olduğu otaqlarında əmək funksiyalarını yerinə yetirmişdir. Məhkəmə göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ##### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nı yanlış təfsir edərək iddianı təmin etmir. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər Sıra № Prosessual hüquq norması Prosessual hüquq normasının pozulmasına və ya düzgün tətbiq edilməməsinə dair mövqe (dəlillər) 1 IPM-nin 58-ci maddəsi Arayışlardan da görünür ki, Ölçü Cihazları və Avtomatika sexin mühəndisi, ustasıSiyahının 24-cü bölməsinin “b” bəndindəki xüsusatları əhatə edən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu yaradan zərərli iş şəraitində işləməsini müəyyən edir və iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilmişdir. Birinci instansiya məhkəməsi qərar qəbul edərkən IPMnin 58-ci maddəsinin tələblərinə kobud surətdə riayət etməmiş prosessual pozuntuya yol verməklə iddiaçının pensiya təminatı hüququnu pozmuşdur. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlillər. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə dair dəlillər işləmədiyi mötəbər qaydada müəyyən edilməli olduğu halda müəyyən etməmiş, MEIS-in “Əmək və məşğulluq” altsistemindən əmək müqavilələrinə dair çıxarışın əldə edilməsini təmin etməmişdir. Qeyd etmək lazımdır ki, əmək kitabçasındakı yazılar heç bir şübhə doğurmamış və cavabdeh tərəf mübahisələndirməmişdir. Nəticədə birinci instansiya məhkəməsi qanunsuz qərar qəbul etmişdir. Beləliklə hesab edirəm ki, Şəki Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ləg edilməli, işə mahiyyəti üzrə baxıb iddianın təmin edlməsi haqda qərar qəbul edlməlidir.”. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
12. “Hesab edirik ki, iddiaçının apellyasiva şikayəti tam əsassızdır və asağıda qeyd olunan əsaslara əsasən məhkəmə tərəfindən təmin edilməməli, həmin is üzrə Səki Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli. e-*-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin sözügedən Qaydada göstərilənlərə uyğun hazırlanmış arayışına əsasən, işəgötürənin fəaliyyət göstərməməsi səbəbindən həmin arayış təqdim oluna bilmədikdə isə şəxsin işlədiyi sahə, peşə və vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007- ci il 23 yanvar tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısf’nda göstərilənlərlə eynilik təşkil etdikdə MEIS-in “Əmək və məşğulluq” altsistemindən əmək müqavilələrinə dair çıxarışda, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2- 1-ci hissəsi ilə müəyyən edilmiş hallarda, eləcə də 2014-cü il ####un #-dək xitam verilmiş əmək müqavilələrinə münasibətdə əmək kitabçasında olan qeydə, bu qeydin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda isə Dövlət arxivinin arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, şəxsin zərərli əmək şəraitində işlədiyi dövrün yuxarıda qeyd olunan Qərar ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin sözügedən Qaydada göstərilənlərə uyğun hazırlanmış arayışına əsasən, işəgötürənin fəaliyyət göstərməməsi səbəbindən həmin arayış təqdim oluna bilmədikdə isə şəxsin işlədiyi sahə, peşə və vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısfnda göstərilənlərlə eynilik təşkil etdikdə MEIS-in “Əmək və məşğulluq” altsistemindən əmək müqavilələrinə dair çıxarışda, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda, eləcə də 2014-cü il ####un #-dək xitam verilmiş əmək müqavilələrinə münasibətdə əmək kitabçasında olan qeydə, bu qeydin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda isə Dövlət arxivinin arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, şəxsin zərərli əmək şəraitində işlədiyi dövrün yuxanda qeyd olunan Qərar ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Sivahısının elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin (24) rəhbərlər və mütəxəssislər yarımbəndində (b) avadanlığın yerində təmiri üzrə ustalar, bövük ustalar (qazanxana, turbin (buxar-qaz turbini) yanacaqötürmə, tozhazırlama) vəzifəsi nəzərdə tutulub. Eyni zamanda bildiririk ki, İddiaçı dair “xxxx” ASC “xxxx” MMC-nin ## #### 2026-cı il tarixli 13-9-100/2- **/**** nömrəli arayışında onun ##.##.1991 -##.##.2000-ci il tarixləri arasındakı dövr ərzində Azərbaycan DRES-nin X1 və Avtomatika sexində mühəndis, ##.##.2000-##.##.2012-ci il tarixləri arasındakı dövr ərzində usta, ##.##.2012-##.##.2015-ci il tarixləri arasındakı dövr ərzində aparıcı mühəndis vəzifələrində işlədiyi qeyd olunub. Sözügedən arayışda adıçəkilən şəxsin usta vəzifəsində işlədiyi müddətdə Qazan Turbin sexində yerləşən Avtomatik idarəetmə Sistemində quraşdırılmış avadanlıqların yerində təmir islərini yerinə yetirdiyi göstərilib. Göründüyü kimi, sözügedən vəzifə qazanxana, turbin (buxar-qaz turbini) yanacaggötürmə, tozhazırlama avadanlığının yerində təmiri üzrə ustalara aid deyil. Həmçinin İddiaçı işlədiyi mühəndis və aparıcı mühəndis vəzifələri adındanda göründüyü kimi avadanlığın yerində təmiri üzrə ustalar, böyük ustalar vəzifələrinə aid deyil. Göstərilən səbəblərdən də adıçəkilən şəxsin güzəştli iş stajı yoxdur. Qazan-Turbin sexindəki X4 (AIS / ASU TP) təmiri ilə məşğul olan şəxs bilavasitə qazanxana, turbin, yanacaqgötürmə və ya tozhazırlama kimi mexaniki və ağır texnoloji avadanlıqları özü təmir etmir. Həmçinin müəssisə tərəfindən təqdim edilmiş arayışda iddiaçının ##.##.1991-ci il tarixindən ##.##.2000-ci il tarixinədək İ və II kateqoriyalı mühəndis vəzifələrində işlədiyi əks olunsa da, onun əmək funksiyalarının təsvirində "usta" vəzifəsinin icrasına uyğun gələn hər hansı bir fəaliyyət qeyd edilməmişdir. Əlavə olaraq qeyd etmək istəyirik ki,müəssisənin verdiyi arayışda struktur bölməsindən asılı olmayaraq, işçilərin faktiki iş və xidmət yeri Qazan-Turbin sexinin sahəsində yerləşdiyindən, iş yerlərinin attestasiya xəritələrinə əsasən, zərərli əmək şəraitində işlədiklərinə görə əlavə əməkhaqqı müəyyən edilmişdir. Lakin iş yerlərinin attestasiya xəritələrinə əsasən işçilərə zərərli əmək şəraitinə görə əlavə əməkhaqqının ödənilməsi, qanunvericiliklə müəyyən olunmuş güzəştli şərtlərlə pensiya hüququnun tanınması üçün birbaşa əsas yaratmır. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yalnız işçinin tutduğu vəzifə və ya peşənin AR Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş Siyahısında birbaşa nəzərdə tutulduğu halda yarana bilər. Həmçinin məhkəmə tərəfindən qərar əsaslandırılarkən, iddiaçı İddiaçı işlədiyi mühəndis vəzifəsi “turbin atom stansiyasının idarə edilməsi” üzrə olmadığı, onun işlədiyi usta vəzifəsi də Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli qərarı ilə təsdiqlənmiş Siyahının 24-cü bölməsinin “b” bəndindəki xüsusatları əhatə etmədiyi qeyd edilmişdir. Beləliklə, iddiaçının apellyasiya şikayəti tam əsassız olduğundan məhkəmə tərəfindən təmin edilməməli, həmin iş üzrə Şəki Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli e-2-1 (116)- ****/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməlidir. Tərəflərin izahatları
13. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdi.
14. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli *- *(***)-****/**** nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq
15. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”
24. Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı a) fəhlələr: b) rəhbərlər və mütəxəssislər:
17. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 19.1. Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
18. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə.58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 73.1. Inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri.
19. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. Iddiaçı, onun üçün əlverişsiz olan məhkəmə aktından bütövlükdə şikayət verdiyindən verilmiş apellyasiya şikayəti üzrə hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyinə və əsaslılığına qiymət veriləcəkdir. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia ərizəsinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.
23. Bununla yanaşı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
24. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallardan görünür ki, iddiaçının hüquqi marağı güzəştli şərtlərlə iş stajının 24 il 8 ay 1 gün olmasına əsaslanaraq ona güzəştli şərtlərlə pensiyanın təyin edilməsinə yönəlmişdir.
25. Iddiaçının apellyasiya şikayətinin ümumiləşmiş dəlilləri ondan ibarətdir ki, iş xarakteri haqqında izahlı arayışda onun ## ###### 1991-ci il tarixdən ## ######## 2000-ci il tarixədək IÖCA sexinin əməliyyat xidməti üzrə 1-ci və 2-ci kateqoriyalı mühəndis vəzifəsində qaz turbin sexlərinin, növbə rəislərinin enerji blokun böyük maşinistlərinin, enerji blokun maşinistləri ilə eyni otaqda və eyni zərərli faktorların təsiri altında işləməsi halı kifayət edir ki, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilsin.
26. Kollegiya qeyd edir ki, hazırkı qərarın 15-16-cı bəndlərində istinad olunan normaların müddəaları baxımından, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün onun incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışması, qanunla müəyyən edilmiş zəruri yaş həddinə çatması, fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajının olması zəruridir.
27. Iş materiallarında olan “xxxx” ASC “xxxx” MMC-nin ## ######## 2025-ci il tarixli 07-150, 07-151, 07-152 və **-*** nömrəli arayışlarında iddiaçının ## ###### 1991-ci il tarixdən ## ######## 2000-ci il tarixədək olan dövr ərzində mühəndis, ## ######## 2000-ci il tarixdən # ####### 2012-ci il tarixədək olan dövr ərzində usta, # ####### 2012-ci il tarixdən ## ####### 2015-ci il tarixədək olan dövr ərzində aparıcı mühəndis vəzifələrində işlədiyi qeyd olunmuşdur.
28. Həmin arayışlarda iddiaçının işlədiyi sahənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş siyahının 24-cü bölməsinin “b” bəndinə uyğun olması qeyd edilmişdir.
29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 24-cü bəndi “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” sahələrini əhatə edir və həmin bəndin “b” yarımbəndi isə “rəhbərlər və mütəxəssislər” vəzifələrinə aid olan hissədə iddiaçının istinad etdiyi Azərbaycan DRES-nin X1 və avtomatika sexində ikinci kateqoriyalı mühəndis, riyazi təminat üzrə usta vəzifələri nəzərədə tutulmamışdır.
30. Bununla yanaşı “Iş xarakteri haqqında izahlı arayışda” iddiaçının ## ###### 1991-ci il tarixdən ## ######## 2000-ci il tarixədək X1 və Avtomatik sexinin əməliyyat xidməti üzrə 1-ci və 2-ci kateqoriyalı mühəndis vəzifələrində əmək funksiyaranın tam iş günü ərzində Qazan Turbin sexlərinin növbə rəislərinin enerji blokun böyük maşinistlərinin, enerji blokun maşinistləri ilə eyni otaqda və əsas etibarı ilə elektrik hesablama maşınlarının istismarı üzrə təlimat və testlərin köməyi ilə qurğuların yoxlanılmas, həmin avadanlıqıarın işi haqqında hesabatların hazırlanması və s. işlərin görməli olduğu qeyd edilmişdir.
31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, hazırkı mübahisəyə münasibətdə nəzərə alınmalıdır ki, güzəştli şərtlərlə pensiya hüququ digər zərərli işlərdə çalışan əməkdaşlarla eyni otaq şəraitində olmaqla yaranmır və bu növ pensiyanın yaranma əsasları hzırki qərarın 26-cı bəndində göstərilmişdir.
32. Digər tərəfdən “Iş xarakteri haqqında izahlı arayışda” qeyd olunan əmək funksiyalarına nəzər yetirdikdə onların Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli, ** nömrəli qərarının “24. Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” bəndində göstərilən peşə və vəzifələrin hər hansı biri ilə uzlaşmır.
33. Oxşar işlər üzrə Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. (Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli qərarı).
34. Iddiaçı İddiaçı işlədiyi usta, mühəndis və aparıcı mühəndis vəzifələri qazanxana, turbin (buxar-qaz turbini) yanacaqötürmə, tozhazırlama avadanlığının yerində təmiri üzrə iş funksiyalarına aid deyil.
35. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmir. Şəki Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılır. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.