Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 2-1(3-10)-384/2026 09.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Mustafayev Etibar Mustafa oğlu (məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X3 ibarət tərkibdə, Sədiyev Elvin Ilham oğlunun katibliyi, iddiaçının qanuni təmsilçisi nümayəndə2, iddiaçının vəkili nümayəndə3, cavabdehin nümayəndəsi nümayəndə1 iştirakı ilə, Iddiaçı “X8" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Cavabdeh qarşı "cavabdehin ##.##.2025-ci il tarixli **************** nömrəli qərarının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli *-*(*-**)-***/**** nömrəli qərarından iş üzrə cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə dair işə şifahi açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Işin halları:
1. Iş materiallarında olan: “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” ##.##.2024-cü il tarixli, **************** nömrəli qərardan görünür ki, “X8" MMC barəsində oktyabr 2021-ci il tarixdən sentyabr 2024-cü il tarixədək olan dövrü əhatə edən səyyar vergi yoxlaması təyin edilmişdir. ##.##.2025-ci il tarixli **************** nömrəli Səyyar vergi yoxlaması aktından görünür ki, nümayəndə2 aktı imzalamaqdan imtina etmişdir. ##.##.2025-ci il tarixli, **************** nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunveriicliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında Qərardan görünür ki, “X8" MMC barəsində 1024518,75 manat vergi qanunvericiliyinin pozulmasına görə 370 609 mailiyyə sanksiyası tətbiq olunmuşdur. ##.##.2025-ci il tarixli, **************** nömrəli «Tələbnamə»dən görünür ki, büdcəyə ödənilməli olan 1024518,75 manat vergi borcunun 5 gün müddətində ödənilməsi barədə “X8” MMC-yə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinin sifarişi əsasında “xxxx” MMC tərəfindən “X8” MMC-yə məxsus istehsal obyekti barəsində tərtib edilmiş xxxxndən görünür ki, müəssisənin tütün istehsal həcmi 21115301,77 kq müəyyən edilmişdir. Müəssiənin öz hərəkət cədvəlinə əsasən yaş tütün məhsullarının qurudulduqdan sonra çəkisinin 17,7 %nin saxlandığı qeyd edilmiş, 2024-cü ilin sonuna ümumi kənarlaşma 773,088.77 kq hesablanmışdır. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Əkinçilik Elmi-Tədqiqat Institun tərəfindən təqdim edilmiş ## ### 2026-cı il tarixli, *-**-*/*-**/**** nömrəli məktuba əlavə edilmiş xxxxndən görünür ki, “quruma faizi (və ya nəmlik itkisi) aşağıdakı düsturla hesablanır: ×100 Burada: P1 - yaş çəki, P2 isə quru çəkidir. Quruma faizinin müəyyən edilməsi həm laboratoriya, həm də sahə üsulu ilə aparıla bilər. Lakin elmi araşdırmalar, dövlət standartlarına (QOST) uyğunluq və böyük həcmli ticarət müqavilələri üçün laboratoriya analizləri mütləqdir. Sahə şəraitində nəmliyi gözəyarı və ya sadə tərəzi ilə ölçmək 2-5% xəta verə bilər. Laboratoriyada isə bu xəta 0,1%-ə qədər endirilir. Laboratoriya analizi vasitəsilə qurutma zamanı nikotin, şəkər, efir yağları kimi maddələrin və digər keyfiyyət göstəricilərinin nə dərəcədə qorunub saxlandığı müəyyən edilir. Laboratoriya şəraitində tütünün quruma faizi müəyyən edilərkən xüsusi avadanlıqlardan istifadə olunur. Analitik tərəzilər: 0,0001 qram dəqiqliklə ölçmə aparır. Rəyə əsasən iddiaçı tərəfindən istehsal edilən Amerika mənşəli Virciniya tipli tütün sortlarına münasibətdə qeyd edilir ki, Amerika mənşəli Virciniya tipli tütün sortları: Bu tütünlər iri yarpaqlıdır və ancaq xüsusi müasir tipli odlaqurutma kameralarında (istiliklə) qurudulur. Yaş/quru nisbəti: 5,5 : 1 və ya 6 : 1 nisbətində olur. Quru maddə çıxımı: 14% – 16% Quruma (Itki) faizi: 82% – 84%. Tərkibində şəkər miqdarı yüksək olduğu üçün düzgün qurutma rejimində çəki itkisi stabil qalır. Aparılmış tədqiqatlar göstərir ki, tütün qurudulması mürəkkəb bir proses olub uzun vaxt tələb edir. Belə ki, tütünün quruma faizi əsasən dərimlərdən asılı olaraq dəyişir. Quruma faizinə bir çox amillər ciddi təsir göstərir. Bura əsasən sortun morfobioloji xüsusiyyətləri, sahədəki bitki sıxlığı, torpaq-iqlim şəraiti, aparılan aqritexniki becərmə üsulları, dərim vaxtları və s. kimi amillər daxildir. Dərimlərdə bitkinin ən çox orta yarusunda olan yarpaqlardan istifadə olunur. Alt və yuxarı yarusda olan yarpaqlar əlavə emal üçün yaralı hesab olunmur. Respublikada becərilən Virciniya tipli tütün sortlarının odla qurutma kameralarında yaş haldan quru hala keçid əmsalı 2025ci təsərrüfat ilində orta hesabla 14-15% təşkil etmişdir. Quruma faizi (və ya nəmlik itkisi) aşağıdakı düsturla hesablanır: ×100 Burada: P1 - yaş çəki,P2 isə quru çəkidir. Quruma faizinin müəyyən edilməsi həm laboratoriya, həm də sahə üsulu ilə aparıla bilər. Lakin elmi araşdırmalar, dövlət standartlarına (QOST) uyğunluq və böyük həcmli ticarət müqavilələri üçün laboratoriya analizləri mütləqdir. Sahə şəraitində nəmliyi gözəyarı və ya sadə tərəzi ilə ölçmək 2-5% xəta verə bilər. Laboratoriyada isə bu xəta 0,1%-ə qədər endirilir. Laboratoriya analizi vasitəsilə qurutma zamanı nikotin, şəkər, efir yağları kimi maddələrin və digər keyfiyyət göstəricilərinin nə dərəcədə qorunub saxlandığı müəyyən edilir. Laboratoriya şəraitində tütünün quruma faizi müəyyən edilərkən xüsusi avadanlıqlardan istifadə olunur. Analitik tərəzilər: 0,0001 qram dəqiqliklə ölçmə aparır. Rəyə əsasən iddiaçı tərəfindən istehsal edilən Amerika mənşəli Virciniya tipli tütün sortlarına münasibətdə qeyd edilir ki, Amerika mənşəli Virciniya tipli tütün sortları: Bu tütünlər iri yarpaqlıdır və ancaq xüsusi müasir tipli odlaqurutma kameralarında (istiliklə) qurudulur. Yaş/quru nisbəti: 5,5 : 1 və ya 6 : 1 nisbətində olur. Quru maddə çıxımı: 14% – 16% Quruma (Itki) faizi: 82% – 84%. Tərkibində şəkər miqdarı yüksək olduğu üçün düzgün qurutma rejimində çəki itkisi stabil qalır. Aparılmış tədqiqatlar göstərir ki, tütün qurudulması mürəkkəb bir proses olub uzun vaxt tələb edir. Belə ki, tütünün quruma faizi əsasən dərimlərdən asılı olaraq dəyişir. Quruma faizinə bir çox amillər ciddi təsir göstərir. Bura əsasən sortun morfobioloji xüsusiyyətləri, sahədəki bitki sıxlığı, torpaq-iqlim şəraiti, aparılan aqritexniki becərmə üsulları, dərim vaxtları və s. kimi amillər daxildir. Dərimlərdə bitkinin ən çox orta yarusunda olan yarpaqlardan istifadə olunur. Alt və yuxarı yarusda olan yarpaqlar əlavə emal üçün yaralı hesab olunmur. Respublikada becərilən Virciniya tipli tütün sortlarının odla qurutma kameralarında yaş haldan quru hala keçid əmsalı 2025ci təsərrüfat ilində orta hesabla 14-15% təşkil etmişdir.”. Birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:
2. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Cavabdeh qarşı "##.##.2025-ci il tarixli **************** nömrəli qərarın ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. Iddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: “Azərbaycan Respublikası Cavabdeh ##.##.2025-ci il tarixli, **************** nömrəli “Vergi ödəyicisinin vergi qanunverciliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarına əsasən vergi ödəyicisi barəsində keçirilmiş səyyar vergi yoxlamasının nəticəsində “X8” Məhdud Məsuliyyətli Cəmiyyətinə 1024518,75 manat vergi qanunvericiliyi pozulduğuna görə maliyyə sanksiyası tərtbiq olunmuşdur. “X8" MMCnin (VÖEN: **********) fəaliyyəti Azərbaycan Respublikası ərazisində kənd təsərrüfatı istehsalının bir sahəsi olan tütünün becərilməsi, yarpaqların yığılması və qurudulması ilə bağlıdır. Iddiaçı hüquqi şəxs ##.##.2020-ci ildə təsis olunmuş, 2021-ci ildə fəaliyyətə başlamışdır. Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsi ##.##.2024-cü il tarixli **************** saylı qərarına əsasən iddiaçı "X8" MMC oktyabr 2021-ci il tarixdən sentyabr 2024-cü il tarixədək olan dövrü əhatə edən növbəti səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama ##.##.2024-cü il tarixdə başlamış və ##.##.2025-ci il tarixdə bitmişdir. 10 halda yoxlamanın müvəqqəti olaraq dayandırılması, 1 halda müddətinin uzadılması barədə qərar qəbul edilmişdir. Səyyar vergi yoxlamasının nəticəsi ##.##.2025-ci il tarixli **************** nömrəli aktla rəsmiləşdirilmiş və həmin aktın əsasında ##.##.2025-ci il tarixli **************** nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilmişdir. Səyyar vergi yoxlaması aktı əsasında qəbul edilmiş ##.##.2025-ci il tarixli **************** saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərara əsasən cəmiyyətə ümümilikdə 1024518,75 (bir milyon iki yüz qırx beş min on səkkiz manat yetmiş beş qəpik) manat əlavə vegi məbləği və maliyyə sanksiyası hesablanmışdır. Cavabdeh Qərarda 657740.15 manat azaldılma, 3.830.4 manat artıq hesablama müəyyən edərək, 653909.75 manat əlavə hesablama aparmış, həmin əlavə hesablamaya 370609 manat maliyyə sanksiyası hesablamışdır. Səyyar vergi yoxlamasının aktına əsasən Nazirlər Kabinetinin ** saylı qərarına əsasən şərti rentabellik prinsipi əsasında 2021-ci il üzrə 267800,71 manat, 2022-ci il üzrə 10591,33 manat, 2023-cü il üzrə 87916,17 manat olmaqla cəmi 366308,21 manat mənfəət vergisi hesablanılmış və həmin məbləğə münasibətdə 183154,12 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Yuxarıda qeyd edildiyi kimi, “X8" MMC Azərbaycan Respublikası ərazisində kənd təsərüfatı istehsalının bir sahəsi olan tütünün becərilməsi yarpaqların yığılması və qurudulması ilə məşğul olmuşdur. Cəmiyyətə Kənd Təsərrüfatı Nazirliyindən 2021-ci ildə kənd təsərrüfatı istehsalının bir sahəsi olan tütünün istehsalı prosesinə dəstək üçün 1 224 000 manat subsidiya verilmişdir. Cəmiyyət kənd təsərrüfatı istehsalının bir sahəsi olan tütün istehsal prosesində profilini dəyişməmiş, hal-hazırda da tütünün yığılması, qurudulması işləri ilə kənd təsərrüfatının istehsalı ilə məşğul olur. Səyyar vergi yoxlama Aktında hesablamalar aparılarkən mütəxəsis və ekspert kimi təqdim olunan şəxslərin rəyindən istifadə olunaraq anbarda qalığı olmayan, satışı müəyyən edilməyən, “xəyali” məhsul istehsalı hesablayaraq əlavə vergilər hesablamışdır. Səyyar vergi yoxlaması prosesində Lokal Gəlirlər Baş idarəsinin ##.##.2024-cü il tarixli **************** saylı “Mütəxəssis dəvət edilməsi haqqında” qərarına əsasən “X1” MMC-nin nümayəndəsi X5 mütəxəssis kimi dəvət edilmişdir. Mütəxəssis qarşısında "MMC tərəfindən ##.##.2021-ci il tarixdən ##.##.2024-cü il tarixədək olan dövrlər üzrə istehsal həcminin müəyyən edilməsi sualı qoyulmuşdur. “X2” MMC tərəfindən tərtib olunmuş ##.##.2025-ci il tarixli “xxxx” nə əsasən müəssisənin tütün istehsal həcmi 21115301,77 kq müəyyən olunmuşdur. Mütəxəssis tərəfindən müəssisənin öz hərəkət cədvəlinə əsasən yaş tütün məhsullarının qurudulduqdan sonra çəksinin 17,7%-inin saxlanıldığı qeyd edilmişdir. Sonradan müəssinənin bütün yaş tütün yarpaqlarının alışı bu faizə vurularaq istehsal həcmi müəyyən edilmişdir. Lakin mütəxəssis tərəfindən yaş yarpaqların hansı toxumlardan alındığı, onların faktiki nəmlik dərəcəsi və baza nəmlik dərəcəsi ilə, təbii itkilər, müxtəlif damarlı, qalınlıqlı tütün yarpaqlarından verimlilik çıxımı, zay olmalar, yaş tütün yarpaqlarının qurudulmadan satılması halları və s. nəzərə alınamamışdır. Həmçinin mütəxxəsis tərərfindən qurutma prosesində bilavasitə iştirak edilməmiş, yerində müşahidələr aparılmamış, nümunələr götürülüb müayinələr aparılmamışdır. Mütəxəsisin heç bu sahədə xüsusi biliyi olmamışdır. Səyyar vergi yoxlaması keçirilərkən yoxlayıcılar tərəfindən hesablamalar yalnız “X1” MMC tərəfindən verilmiş “xxxx”nə əsasən aparılmışdır. Göründüyü kimi vergi orqanı özünə sərf edən formada “xxxx” tərtib etdirmiş, iş üzrə mövcud olan digər rəsmi sənəd və məlumatlara istinad etməmişdir. Bununla da yuxarıda qeyd olunan qanunvercilik normalarını kobud formada pozmuşdur. Iddiaçı hesablanmış ƏDV-yə münasibətində hesab edir ki, Cəmiyyət Vergi Məcəlləsində göstərildiyi kimi, ƏDV-dən azad olmaqla bərabər, ƏDV-nin ticarət əlavəsindən hesablandığını, əlavə təqdim olunmuş mal, iş və xidmət olmadığını, əlavə hesablanmış gəlirlər müəyyən olunmadığını, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxt olduğunu, səyyar vergi yoxlamasında əlavə hesablanmış məbləğlərin ödənişi müəyyən olunmadığını göstərdikdə səyyar vergi yoxlamasının ƏDV üzrə gəldiyi nəticənin, əlavə hesablamanın əsassız olduğu müəyyən olunur. ƏDV sub uçot hesabından çıxarışdan da görünür ki, malların bir hissəsi alınarkən Vergi Məcəlləsinin 175-ci maddəsinə əsasən ƏDV-ni əvəzləşdirmə hüququ olmayıb, buna görə həmin malları göndərməsinə vergi tutulan əməliyyat kimi baxılmır. Iddiaçı əmlak vergisinə münasibətdə qeyd edir ki, Vergi Məcəlləsində göstərilir ki, “ 199.9. Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən, sənaye üsulu ilə) hüquqi və fiziki şəxslər həmin fəaliyyət prosesində istifadə olunan əmlaka görə 2014-cü il ######ın #-dən 13 il müddətinə əmlak vergisini ödəməkdən azaddırlar.” Hesab edirlər ki, yoxlanılan dövrlərdə cəmiyyət tərəfindən əmlak vergisi bəyannaməsi təqdim olunmasına baxmayaraq, müəssisə əmlak vergisindən azaddır. Pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmamasına münasibət SVY aktında inventarizasiya nəticəsində vergi ödəyicisinin 418 389,0 manat pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması müəyyən edildiyi və buna görə maliyyə sanksiyası tətbiq edilməsinin təklif ediliyi göstərilsə də, hansı pul vəsaitlərinin uşotdan gizlədildiyi, necə müəyyən olunduğu əsaslandırlamamışdır. Yuxarıda sadalanan səbəblərə və hesablamalara görə, inventarizasiya aktının nəticələrinə əsasən əlavə mal qalığı aşkar olunmadığı üçün hesablanmış maliyyə sanksiyası əsassızdır.”.
4. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: “Uçot-baza məlumatlarına əsasən iddiaçı ##.##.2020-ci il tarixdən vergi ödəyicisi kimi və ƏDV məqsədləri üçün qeydiyyata alınmış, əsas fəaliyyəti tütünün becərilməsi, yarpaqların yığılması və qurudulması olmuşdur. Mübahisələndirilən qərar barədə cavabdehin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” ##.##.2024-cü il tarixli **************** nömrəli qərarla Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən “X8” MMCdə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbəti səyyar vergi yoxlaması təyin edilmişdir. (yoxlama dövrü: oktyabr 2021 - sentyabr 2024). Səyyar vergi yoxlaması zamanı yoxlama üçün zəruri olan sənədlərin təqdim edilməsi üçün “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” ##.##.2024-cü il tarixli **************** nömrəli Təlabnamə vergi ödəyicinə təqdim edilmiş, tələb olunan sənədlərin vergi orqanının yoxlamanı keçirən vəzifəli şəxslərinə və ya Lokal Gəlirlər Baş Idarəsinə təqdim edilməsi tələb olunmuşdur. Sənədlər təqdim olunmadığına görə Vergi Məcəlləsinin 42-ci maddəsinə əsasən “Sənədlərin təqdim olunmaması barədə” ##.##.2024-cü il tarixli akt tərtib edilmiş və ##.##.2024- cü il tarixli **************** nömrəli məktubla vergi ödəyicisinə göndərilmişdir. Vergi ödəyicisi tərəfindən tələb olunan sənədlər təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 43-cü maddəsinə əsasən “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında" ##.##.2024-cü il tarixli **************** nömrəli qərar qəbul edilmişdir. Həmin qərara əsasən sənədlərin və nümunə kimi əşyaların götürülməsi həyata keçirilmiş, “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” ##.##.2024-cü il tarixli **************** nömrəli protokol tərtib edilmişdir. Qərarda göstərilən sənədlər tam təqdim olunmadığından Vergi Məcəlləsinin 43.10-cu maddəsinə əsasən ##.##.2024-cü il tarixli “Sənədlərin qismən təqdim olunması barədə” akt tərtib olunmuşdur. (protokol və akt vergi ödəyicisinə göndərilmişdir). Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən yoxlama üçün zəruri sənədlər (xammal və hazır məhsul üzrə yoxlama dövrünün əvvəlinə və sonuna qalıq göstərilməklə, xammal və hazır məhsulun hərəkəti barədə məlumatlar) təqdim edilmədiyindən yoxlama dövrünün sonuna xammal və hazır məhsul qalığını müəyyən etmək üçün inventarizasiyanın təyin edilməsinə zərurət yaranmışdır. Bununla əlaqədar “Səyyar vergi yoxlaması zamanı inventarizasiyanın təyin edilməsi haqqında” ##.##.2025-ci il tarixli **************** nömrəli qərar qəbul edilmişdir. Qərara əsasən müəssisənin istehsal ərazisinə inventarizasiya keçirilmiş və nəticəsi barədə ##.##.2025-ci il tarixli akt tərtib edilmişdir. Inventarizasiyanın keçirilməsi barədə məlumatlar səyyar vergi yoxlaması aktının 1.9.2-ci bəndində qeyd olunmuşdur. Bundan əlavə, yoxlama ilə əhatə olunan dövrdə müəssisə tərəfindən təqdim edilmiş malların real bazar qiymətini müəyyən etmək üçün Vergi Məcəlləsinin 44-cü maddəsinə əsasən ekspert dəvət edilməsi zərurəti yaranmışdır. Bununla əlaqədar "Ekspertizanın təyin edilməsi haqqında" ##.##.2024-cü il tarixli **************** nömrəli qərar ilə ekspert dəvət edilmiş və ekspert tərəfindən orta bazar qiymətinin müəyyənləşdirilməsi ilə bağlı ##.##.2025-ci il tarixli rəy verilmişdir. Ekspert rəyi ilə müəyyən edilmiş qiymətlərlə yoxlama zamanı müəyyən edilimiş əlavə istehsal həcmi nəzərə alınmaqla hesablama aparılmışdır. Bildirilir ki, səyyar vergi yoxlaması ilə müəssisənin vergi öhdəliyi vergi uçotbaza məlumatları, yoxlama zamanı cəlb edilmiş mütəxəssis və ekspert rəyləri əsasında müəyyən edilmişdir. Belə ki, xxxx ilə istehsal həcmi, ekspert rəyi ilə malların bazar qiyməti müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən yoxlamaya təqdim olunan məlumatlar və uçotbaza məlumatları üzrə yoxlanılan dövrdə tütünün istehsal həcmi 1 342 213,0 kq göstərilmişdir. Mütəxəssis tərəfindən 2021-2024-cü illər üzrə tütünün istehsal həcmi 2 115 301,77 kq, yəni 773 088,77 kq əlavə istehsal həcmi müəyyən edilmişdir. Səyyar vergi yoxlaması ilə vergi ödəyicinin gəlirlərinin qurudulmuş tütün satışı və icarə fəaliyyətindən formalaşdığı müəyyən edilmişdir. Səyyar vergi yoxlamasının əhatə etdiyi dövr üzrə vergilərin hesablanması zamanı ekspert və xxxxndən istifadə olunmuşdur. Yoxlanılan dövr üzrə vergi ödəyicisi tərəfindən vergilərin və icbari ödənişlərin 657 740,15 manat (mənfəət vergisi 366 308,21 manat, ƏDV 290 227,83 manat, əmlak vergisi 1 204,11 manat) azaldıldığı, 3 830,4 manat (ƏDV) artıq hesablandığı müəyyən edilmişdir. Yoxlama ilə cəmi 1 024 518,75 manat (əlavə vergi 653 909,75 manat, maliyyə sanksiyası 370 609,0 manat) əlavə hesablama aparılmışdır. Mənfəət vergisinin yoxlanması üzrə: Səyyar vergi yoxlaması ilə 2021-ci, 2022-ci və 2023-cü illər üzrə mənfəət vergisi bəyannamələri əhatə olunmuşdur. Vergi ödəyicisi gəlir və xərclər hesablama metoduna əsasən formalaşmışdır. Vergi ödəyicisinin gəlirləri uçot-baza məlumatları, istehsal həcmi xxxx əsasında, əlavə istehsal həcminin satış dəyəri isə ekspert tərəfindən təqdim edilmiş bazar qiymətləri əsasında müəyyən edilmişdir. Mütəxəssis tərəfindən hesablama aşağıdakı qaydada aparılmışdır: Ilkin olaraq vergi orqanının uçot-baza məlumatlarına əsasən, yoxlanılan dövr üzrə cəmiyyətin alış-satış əməliyyatları təhlil edilərək çeşidlənmişdir. Çeşidləmə nəticəsində yoxlama dövrü ərzində illər üzrə alınmış və satılmış məhsullar müəyyən edilmişdir. Cəmiyyətin fəaliyyət göstərdiyi ərazidə aparılmış monitorinq nəticələri üzrə müəssisənin anbarında mal qalığının olması müəyyən edilmişdir. Keçirilmiş inventarizasiya nəticəsində 189 000,0 kq (707 509,52 manat dəyərində) quru tütünün olduğu müəyyən edilmişdir. Mütəxəssis tərəfindən rəy vermək üçün ##.##.2025-ci il tarixli inventarizasiya aktına əsasən cəmiyyətin quru tütünün qalığı nəzərə alınmış və nəticədə əlavə istehsal həcmi müəyyən edilmişdir. Mütəxəssis tərəfindən 2021-2024-cü illər üzrə tütünün istehsal həcmi 2 115 301,77 kq müəyyən edilmişdir. Cəmiyyət tərəfindən yoxlamaya təqdim olunan məlumatlar və uçot-baza məlumatları üzrə tütünün istehsal həcmi 1 342 213,0 kq göstərilmişdir. Göründüyü kimi, mütəxəssis tərəfindən 2021-2024-cü illər üzrə 773 088,77 kq (o cümlədən: 2021-ci il üzrə 118 753,82 kq, 2022- ci il üzrə 38 173,42 kq, 2023-cü il üzrə 309 820,29 kq, 2024-cü il üzrə 306 341,24 kq) əlavə istehsal həcmi müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim edilmiş vergi bəyannamələrində gəlir və xərclər düzgün göstərilmədiyi səbəbindən yoxlama zamanı Vergi Məcəlləsinin 67.2-ci maddəsinə əsasən analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin göstəriciləri əsasında vergilərin hesablanmasına zərurət yaranmışdır. Lakin analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisi müəyyən edilməmişdir. Vergi ödəyicisinin ödəməli olduğu verginin məbləğini Vergi Məcəlləsinn 67.1-ci maddəsində sadalanan əlaqəli məlumatların müəyyən edilməməsi səbəbindən hesablamaq mümkün olmamışdır. Yoxlama zamanı vergi ödəyicisinin xərclərini müəyyən etmək mümkün olmadığı, məhsulun maya dəyəri xərclərinin uçotunun aparılmaması, həmçinin vergi ödəyicisi tərəfindən bununla bağlı sənədlər qismən təqdim edildiyi üçün, habelə mütəxəssis tərəfindən müəyyən edilən əlavə istehsal həcminə görə müəyyənləşdirilən gəlirlərlə bağlı vergi ödəyicisinin xərclərini müəyyənləşdirməyin mümkün olmaması səbəbindən müəssisənin 2021-2023-cü illər üzrə mənfəəti Vergi Məcəlləsinin 83.9-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2001-ci il tarixli 55 nomrəli qərarına əsasən (əlavə və dəyişikliklər ##.##.2001-cü il tarixli ** nömrəli) şərti rentabellik səviyyəsi 20% götürülərək müəssisənin əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında illər üzrə aşağıdakı kimi hesablanmışdır. 2021-ci il üzrə: Səyyar vergi yoxlaması zamanı 2021-ci ilin mənfəət vergisi bəyannaməsində çıxılmalardan sonra ümümi gəlir 1 933 992,62 manat (cəmiyyətin 2021-ci il üzrə təqdim etdiyi elektron qaimə fakturalar üzrə 15 507,0 manat, ixrac üzrə 449 865,99 manat və subsidiya 1 224 000,0 manat, xxxxnə əsasən əlavə dövriyyə 244 619,63 manat) müəyyən edilmişdir. Yoxlama ilə 2021-ci il üzrə müəssisənin əldə etdiyi 709 992,62 manat (cəmiyyətin 2021- ci il üzrə təqdim etdiyi elektron qaimə fakturalar üzrə dövriyyə 15 507,0 manat, ixrac üzrə dövriyyə 449 865,99 manat, xxxxnə əsasən əlavə dövriyyə 244 619,63 manat) gəliri əsasında mənfəəti aşağıdakı kimi hesablanmışdır. M1= 709 992,62/ (100+20) x 20 = 118 332,10 manat 2021-ci il üzrə hesablanmış 1 342 332,10 manat (118 332,10 +1 224 000,0) mənfəətdən əvvəlki 2020ci ilin zərəri 3 328,54 manat nəzərə alınmaqla 20% dərəcə ilə 267 800,71 manat mənfəət vergisi müəyyən edilmişdir. Yoxlama ilə 2021-ci il üzrə mənfəət vergisinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən 267 800,71 manat məbləğində azaldılması müəyyən edilmişdir. 2022-ci il üzrə: Səyyar vergi yoxlaması zamanı 2022-ci ilin mənfəət vergisi bəyannaməsində çıxılmalardan sonra ümümi gəlir 317 739,99 manat (cəmiyyətin 2022-ci il üzrə təqdim etdiyi electron qaimə-fakturalar üzrə dövriyyə 103 496,29 manat, ixrac üzrə dövriyyə 155 564,96 manat və xxxxnə əsasən əlavə dövriyyə 58 678,74 manat) müəyyən edilmişdir. Yuxarıda göstərilən səbəblərdən şərti rentabellik norması tətbiq edilməklə vergi aşağıdakı qaydada hesablanmışdır: M1=317 739,99/ (100+20) x 20 = 52 956,67 manat 2022-ci il üzrə hesablanmış 52 956,67 manat mənfəətdən 20% dərəcə ilə 10 591,33 manat mənfəət vergisi müəyyən edilmişdir. Yoxlama ilə 2022-ci il üzrə mənfəət vergisinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən 10 591,33 manat məbləğində azaldılması müəyyən edilmişdir. 2023-cü il üzrə: Səyyar vergi yoxlaması zamanı 2023cü ilin mənfəət vergisi bəyannaməsində çıxılmalardan sonra ümümi gəlir 2 699 085,10 manat (cəmiyyətin 2023-cü il üzrə təqdim etdiyi elektron qaimə fakturalar üzrə dövriyyə 1 032 454,85 manat, ixrac üzrə dövriyyə 724 921,42 manat və xxxxnə əsasən əlavə dövriyyə 941 708,83 manat) müəyyən edilmişdir. Yuxarıda göstərilən səbəblərdən şərti rentabellik norması tətbiq edilməklə vergi aşağıdakı qaydada hesablanmışdır: M1= 2 699 085,10 /100+20) x 20 = 449 847,52 manat 2023-cü il üzrə hesablanmış 449 847,52 manat mənfəətdən 20% dərəcə ilə 89 969,50 manat mənfəət vergisi müəyyən edilmişdir. Yoxlama ilə 2023-cü il üzrə mənfəət vergisinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən 87 916,17 manat məbləğində azaldılması müəyyən edilmişdir. Beləliklə, səyyar vergi yoxlaması ilə müəssisə tərəfindən Vergi Məcəlləsinin 104-cü maddəsinin tələbləri pozulmaqla mənfəət vergisinin bəyannamədə göstərilən məbləğinin bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 2021-ci ildə 267 800,71 manat, 2022-ci ildə 10 591,33 manat, 2023-cü ildə 87 916,17 manat olmaqla, ümumilikdə 366 308,21 manat azaldılması müəyyən edilmişdir. Əlavə dəyər vergisinin yoxlanması üzrə: Səyyar vergi yoxlaması ilə əlavə dəyər vergisi üzrə ##.##.2021-ci il tarixdən ##.##.2024-cü il tarixə qədər olan dövr üzrə təqdim edilmiş əlavə dəyər vergisi bəyannamələri əhatə olunmuşdur. Səyyar vergi yoxlaması ilə 2021-ci ilin oktyabr-noyabr ayları üzrə 18 faiz dərəcə ilə ƏDV-yə cəlb olunan dövriyyənin 259 126,63 manat (ƏDV 46 642,79 manat), dövriyyəsi ƏDV-dən azad əməliyyatlar üzrə 300,0 manat, dövriyyəsi ƏDV-yə “0” faiz dərəcə ilə cəlb edilən əməliyyatların dəyərinin 130 502,88 manat olduğu, əvəzləşdirilən ƏDV-nin 103 070,46 manat, büdcədən azaldılan ƏDV-nin 56 427,66 manat olduğu müəyyən edilmişdir. Kənarlaşmaya səbəb 2021-ci ildə xxxxnə əsasən 244 619,63 manat əlavə dövriyyənin müəyyən edilməsi ilə əlaqədar olmuşdur. Mütəxəssis tərəfindən rəy vermək üçün ##.##.2025-ci il tarixli inventarizasiya aktına əsasən cəmiyyətin quru tütünün qalığı nəzərə alınmış və nəticədə əlavə istehsal həcmi müəyyən edilmişdir. Mütəxəssis tərəfindən 2021-2024-cü illər üzrə tütünün istehsal həcmi 2 115 301,77 kq müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən yoxlamaya təqdim olunan məlumatlar və uçot-baza məlumatları üzrə tütünün istehsal həcmi 1 342 213,0 kq göstərilmişdir. Göründüyü kimi, mütəxəssis tərəfindən 2021-2024-cü illər üzrə 773 088,77 kq, yəni 2021-ci il üzrə 118 753,82 kq, 2022-ci il üzrə 38 173,42 kq, 2023-cü il üzrə 309 820,29 kq, 2024-cü il üzrə 306 341,24 kq əlavə istehsal həcmi müəyyən edilmişdir. Alışsatış məlumatlarına uyğun olaraq mütəxəssis tərəfindən istehsal həcmi illik təqdim edildiyi üçün ƏDV müvafiq illərin son ayına və yoxlanılan dövrün sonuna (sentyabr 2024) hesablanmışdır. Səyyar vergi yoxlaması ilə 2022-ci il üzrə 18 faiz dərəcə ilə ƏDV-yə cəlb olunan dövriyyənin 80,49 manat (ƏDV 14,49 manat), dövriyyəsi ƏDV-dən azad əməliyyatlar üzrə 60 079,54 manat, dövriyyəsi ƏDV-yə “0” faiz dərəcə ilə cəlb edilən əməliyyatların dəyərinin 355 774,68 manat olduğu, əvəzləşdirilən ƏDV-nin 67 143,95 manat, əvəzləşdirilməyən ƏDV-nin 2 336,0 manat, büdcədən azaldılan ƏDV-nin 64 793,46 manat olduğu müəyyən edilmişdir. Beləliklə, səyyar vergi yoxlaması ilə vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 202-ci maddəsinin tələbləri pozulmaqla əmlak vergisinin bəyannamədə göstərilən məbləğinin bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 2022-ci ildə 447,96 manat, 2023-cü ildə 756,15 manat olmaqla, ümumilikdə 1204,11 manat azaldılması müəyyən edilmişdir. Bundan əlavə, inventarizasiya nəticəsində vergi ödəyicisinin 418 389,0 manat pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması müəyyən edilmişdir. Vergi Məcəlləsinin 58.8-1-ci maddəsinə əsasən il üzrə uçotdan gizlədilən satışlar üzrə daxil olan məbləğlərin 1000 manat çox olan hissəsinə 10 faiz miqdarında, yəni 41 738,90 manat maliyyə sanksiyası tətbiq edilmişdir.”.
5. Şəki Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli *-*(*-**)-***/**** nömrəli qərarı ilə (hakim Fəxri Hacızadə) iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Cavabdeh ##.##.2025-ci il tarixli, **************** nömrəli qərarı ləğv edilmişdir.
6. Birinci instansiya məhkəməsi qərarını aşağıdakı kimi əsaslandırmışdır: “Göründüyü kimi cavabdehin əsaslandığı müətəxəssis rəyi yaş tütünün qurudulması nəticəsində əldə olunan ortalama çıxış nisbəti 17,7% təşkil etdiyini bildirsə də, bu rəqəm mövcud orta statikdikanın 14-16 % kifayət qədər üzərindədir. Bu isə ümümi istehsal həcmindən 1,7-3,7 faiz, orta hesabla 2,7 % artıq müəyyən edilmişdir. Bu faiz nisbəti mütəxəssis tərəfindən 2021-2024-cü illər üzrə müəyyən edilmiş 773 088,77 kq məhsula nisbətdə 136836 kq deyil,121374 kq olaraq müəyyən edilir. Bu isə 15462 kq məhsul fərqinin yaranmasına səbəb olmuşdur.Yəni 1 kq Amerika mənşəli Virciniya tütün sortunun bazar dəyərinin 3-4 ABŞ dolları olması nəzərə alınmaqla 15 tondan artıq faktiki olaraq mövcud olmamış məhsula görə inzibati orqan tərəfindən vergi hesablanmışdır. Məhkəmə, həmçinin, inzibati orqan tərəfindən 2021-2023-cü illər üzrə mənfəəti Vergi Məcəlləsinin 83.9-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2001-ci il tarixli ** nömrəli qərarına əsasən (əlavə və dəyişikliklər ##.##.2001-cü il tarixli ** nömrəli) şərti rentabellik səviyyəsi 20% götürülərək müəssisənin əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında hesablanmasına münasibətdə qeyd edir ki, yoxlama zamanı 2021-2023-cü illərin mənfəət vergisi üzrə cavabdeh tərəfindən birbaşa şərti rentabellik norması tətbiq edilərək həmin illər üzrə əlavə vergi məbləği hesablanmışdır. Cavabdeh Vergi Məcəlləsinin 67-ci maddəsinin yoxlama dövründə qüvvədə olan tələblərinə zidd olaraq əlaqəli məlumatlar, analoji vergi ödəyicisinin məlumatları əsasında deyil, birbaşa şərti rentabellik norması tətbiq etməklə iddiaçıya vergi hesablamışdır. Verginin bu qaydada hesablanması kassasiya instansiyasının formalaşmış vahid məhkəmə təcrübəsinə də ziddir (Bununla bağlı Ali Məhkəmənin *- *(***)-***/**** nömrəli, *-*(***)-***/**** nömrəli inzibati işlər üzrə qərarları). Vergi Məcəlləsinin 67.14-cü maddəsinə əsasən bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Məhkəmə iddiaçı hüquqi şəxsə əmlak vergisi tətbiq edilməsinə münasibətdə qeyd edir ki, Vergi Məcəlləsinin 199.9-cu maddəsinə əsasən kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən, sənaye üsulu ilə) hüquqi və fiziki şəxslər həmin fəaliyyət prosesində istifadə olunan əmlaka görə 2014-cü il ######ın #-dən 13 il müddətinə əmlak vergisini ödəməkdən azaddırlar. Odur ki, yoxlanılan dövrlərdə iddiaçı müəssisə əmlak vergisindən azaddır. Vergi Məcəlləsi vergi ödəyicilərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına nəzarət etmək və büdcədən vergi məbləğlərinin yayındırılmasının qarşısının alınması (o cümlədən, vergilərin hesablanması üçün) məqsədilə vergi orqanına müxtəlif tədbirlər həyata keçirmək səlahiyyəti vermişdir ki, bunlar: kameral vergi yoxlaması, səyyar vergi yoxlaması və operativ vergi yoxlamasıdır. Vergi qanunvericiliyi hər üç yoxlamanın keçirilmə şərtlərini, qaydalarını tənzimləmişdir və vergi orqanı qanunvericiliyin yol verdiyi hədlərdə qeyd edilən yoxlamalardan hər hansı birini seçməkdə diskresion səlahiyyətə malikdir. Bununla yanaşı, Vergi Məcəlləsinin 67.1-ci maddənin 1-9-cu bəndlərində göstərilən əlaqəli məlumatlardan istifadə etməklə vergi orqanlarının ödənilməli olan verginin məbləğini hesablamaq hüququ vardır. Həmin maddədən göründüyü kimi qanunvericilik əlaqəli məlumatların dairəsini konkret olaraq müəyyən etmişdir. Vergi orqanı vergi məbləğini yalnız həmin maddədə qeyd olunan əlaqəli məlumatlardan istifadə etməklə hesablaya bilər. Hazırki iş üzrə mübahisələndirilən qərarın qəbul edilən zamanı hansı əlaqəli məlumatlara istinad edilməsi məhkəmə araşdırılması zamanı müəyyən edilməmiş, həmçinin cavabdeh inzibati orqan tərəfindən bununla bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir.”.
7. Cavabdeh apellyasiya şikayəti verərək Şəki Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli *-*(*-**)-***/**** nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh apellyasiya şikayətində etirazı ilə eyni məzmunlu dəlillərə istinad edib əlavə olaraq qeyd etmişdir ki, “Şəki Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli *-*(*- **)-***/**** nömrəli qərarı ləğv edilməlidir. Yoxlama ilə keçid əmsalı düzgün müəyyən edilməməsi barədə məhkəmənin gəldiyi nəticə ilə bağlı bildirilir ki, mütəxəssis tərəfindən verilmiş rəydə 2023-2024-cü dövr ərzində müəssisə tərəfindən ümumilikdə 5307328,90 kq yaş tütün alınıb və bu xammalın emalı nəticəsində 939597,8 kq quru tütün istehsal olunmuşdur. Bu göstəricilər əsasında istehsal prosesinin ümumi verimlilik faizi hesablanmışdır (Mütəxəsis rəyi Cədvəl 1 verimlilik % = (Istehsal quru tütün/alınmış yaş tütün) x 100 =(939597.8 / 5307328,9) x 100 x 17,7%.). Beynəlxalq mənbələrə əsasən: - University of Kentucky (Cooperative Extension) bildirir ki, “təxminən 85% yaşlıq nisbətində olan tütün, qurudulduqda 15%-ə düşür”, yəni təxminən 80-85% çəkidə su buxarlanır. - X6 University (Flue-X4, 2023): “Yaş tütün 80–90% suehtiva edir və qurutma sonunda demək olar ki, 0%-ə enir.” Bu, 10–20% arasında çıxış deməkdir. - NC X12 (Curing Manual): “Yaş tütünün təqribən 85%-i sudur,” və 20,000 funt yaş tütündən təxminən 3,000 funt quru tütün əldə olunur, bu da 15% çıxışa uyğundur. - X9 (CORESTA): Flü-kürinq üsulu ilə aparılan araşdırmalarda 80–87% çəkidə itki, yəni 13–20% çıxış qeydə alınmışdır. Bu elmi və texniki mənbələrin ümumi nəticəsi budur ki, tütün yarpaqlarının qurudulması nəticəsində ümumiyyətlə 13–20% arası çıxış alınır, yəni 15% ortalama norma kimi qəbul olunur. Beləliklə, müəssisənin təqdim etdiyi 17.7%-lik çıxış göstəricisi beynəlxalq praktikalarla tam uyğunluq təşkil edir və bu qiymətləndirmənin real istehsal göstəricilərinə əsaslanaraq aparıldığını təsdiqləyir. Bu göstərici, müəssisənin təqdim etdiyi faktiki məlumatlara əsasən hesablanmışdır və hər hansı təxmini və ya normativ göstəriciyə deyil, yalnız real alış və istehsal göstəricilərinə əsaslanır. Qeyd olunan 17.7%lik çıxış norması daha sonra beynəlxalq statistikalar və toxum növləri üzrə qəbul edilmiş qurutma səmərəliliyi ilə müqayisə olunaraq qeyd olunmuşdur. Vergi orqanı tərəfindən dəvət edilmiş mütəxəssis tərəfindən verilmiş rəylə məhkəmə sorğusuna əsasən alınmış xxxx arasında fərqlər müəyyən edilmiş, lakin məhkəmə tərəfindən bu iki xxxx arasında olan ziddiyətə qiymət verilməsi üçün alternativ sübut növündən istifadə edilməmişdir. Əlaqəli məlumatlar və analoji vergi ödəyicisinin məlumatlarından istifadə etmədən, birbaşa şərti retabellik normasının tətbiq edilməsi ilə bağlı bildirilir ki, məhkəmə qərarında qeyd olunur: “Vergi Məcəlləsinin 67.1-ci maddəsinin 1-9-cu bəndlərində göstərilən əlaqəli məlumatlardan istifadə etməklə vergi orqanlarının ödənilməli olan verginin məbləğini hesablamaq hüququ vardır. Həmin maddədən göründüyü kimi qanunvericilik əlaqəli məlumatların dairəsini konkret olaraq müəyyən etmişdir. Vergi orqanı vergi məbləğini yalnız həmin maddədə qeyd olunan əlaqəli məlumatlardan istifadə etməklə hesablaya bilər. Hazırkı iş üzrə mübahisələndirilən qərarın qəbul edilən zamanı hansı əlaqəli məlumatlara istinad edilməsi məhkəmə araşdırılması zamanı müəyyən edilməmiş, həmçinin cavabdeh inzibati orqan tərəfindən bununla bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə, həmçinin, inzibati orqan tərəfindən 2021-2023-cü illər üzrə mənfəəti Vergi Məcəlləsinin 83.9-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2001-ci il tarixli ** nömrəli qərarına əsasən (əlavə və dəyişikliklər ##.##.2001-cü il tarixli ** nömrəli) şərti rentabellik səviyyəsi 20% götürülərək müəssisənin əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında hesablanmasına münasibətdə qeyd edir ki, yoxlama zamanı 2021-2023-cü illərin mənfəət vergisi üzrə cavabdeh tərəfindən birbaşa şərti rentabellik norması tətbiq edilərək həmin illər üzrə əlavə vergi məbləği hesablanmışdır. Cavabdeh Vergi Məcəlləsinin 67-ci maddəsinin yoxlama dövründə qüvvədə olan tələblərinə zidd olaraq əlaqəli məlumatlar, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin məlumatları əsasında deyil, birbaşa şərti rentabellik norması tətbiq etməklə iddiaçıya vergi hesablamışdır. Vergi orqanının münasibəti: Məhkəmənin gəldiyi nəticə ilə razılaşmayaraq bildiririk ki, səyyar vergi yoxlaması zamanı Vergi Məcəlləsinin 67-ci maddəsinin yoxlama dövründə qüvvədə olan tələblərinə əsasən əlaqəli məlumatlar, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin məlumatları araşdırılmışdır. Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Vergi Məcəlləsinin 67.2-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. Qeyd edilənlərə əsasən, vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim edilmiş vergi bəyannamələrində gəlir və xərclərin düzgün göstərilməməsi səbəbindən yoxlama zamanı Vergi Məcəlləsinin 67.2-ci maddəsinə əsasən anoloji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin göstəriciləri əsasında vergilərin hesablanmasına zərurət yaranmışdır. Bununla əlaqədar anoloji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin müəyyən edilməsi məqsədilə aidiyyəti üzrə müraciət edilmiş və analoji vergi ödəyicisi müəyyən edilmədiyi bildirilmişdir. Bundan əlavə vergi ödəyicisinin ödəməli olduğu verginin məbləğini Vergi Məcəlləsinin 67.1-ci maddəsində sadalanan əlaqəli məlumatların müəyyən edilməməsi səbəbindən hesablamaq mümkün olmamışdır. Bu barədə məlumatlar səyyar vergi yoxlaması aktının 1.1-ci bəndində və etirazda qeyd olunmaısna və həmin sübutlar işin materiallarında olmasına baxmayaraq məhkəmə tərəfindən nəzərə alınmamışdır. Yoxlama zamanı vergi ödəyicisinin xərclərini müəyyən etmək mümkün olmadığı, məhsulun maya dəyəri xərclərinin uçotunun aparılmaması, habelə mütəxəssis tərəfindən müəyyən edilən əlavə istehsal həcminə görə müəyyənləşdirilən gəlirlərlə bağlı vergi ödəyicisinin xərclərini müəyyən etmək mümkün olmaması səbəbindən cəmiyyətin 2021-2023-cü illər üzrə mənfəəti Vergi Məcəlləsinin 83.9-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2001-ci il tarixli ** nömrəli qərarına əsasən (əlavə və dəyişikliklər ##.##.2001-cü il tarixli ** nömrəli) şərti rentabellik səviyyəsi 20% götürülərək vergi hesablanmışdır. Beləliklə, səyyar vergi yoxlaması ilə vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 104-cü maddəsinin tələbləri pozulmaqla mənfəət vergisinin bəyannamədə göstərilən məbləğinin bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 2021-ci ildə 267800,71 manat, 2022ci ildə 10591,33 manat, 2023-cü ildə 87916,17 manat olmaqla, ümumilikdə 366308,21 manat azaldılması müəyyən edilmişdir. Əlavə dəyər vergisinin hesablanması və Vergi Məcəlləsinin 58.8.1-ci maddəsinə əsasən tətbiq edilmiş maliyyə sanksiyası ilə bağlı xüsusi olaraq qeyd edilməlidir ki, məhkəmə Vergi Məcəlləsinin ƏDV ilə bağlı müvafiq maddələrinə istinad etməsinə baxmayaraq, ƏDV üzrə hesablanmış əlavə vergi məbləği, eyni zamanda Vergi Məcəlləsinin 58.8.1-ci maddəsinə əsasən tətbiq edilmiş maliyyə sanksiyası ilə bağlı ümumiyyətlə araşdırma aparmamışdır. Məhkəmə qərarından göründüyü kimi ƏDV üzrə hesablamaya və Vergi Məcəlləsinin 58.8.1-ci maddəsinə əsasən tətbiq edilmiş maliyyə sanksiyasına qərarda münasibət bildirilməmiş və həmin hissələrdə də mübahisələndirilən qərar əsassız olaraq ləğv edilmişdir. Bununla da IPMnin 12.1-ci, 68.1-ci və 68.2ci maddəsinin tələbləri pozulmuşdur. ƏDV üzrə əlavə hesablama həm mütəxəssis tərəfindən müəyyən edilmiş dövriyəyə görə, həm də qida xərci üzrə əvəzləşmənin nəzərə alınmaması və 2023-cü ildə cəmiyyət tərəfindən kənd təsərrüfatı məhsullarının (tütünün) alışı elektron qaimə-faktura ilə rəsmiləşdirildiyinə görə Vergi Məcəlləsinin 174.4-cü maddəsinə müvafiq olaraq ƏDV-nin təqdim edilmiş malların ticarət əlavəsindən hesablanmasına görə aparılmışdır. Bundan başqa, məhkəmə qərarında qeyd olunur: “Məhkəmə iddiaçı hüquqi şəxsə əmlak vergisi tətbiq edilməsinə münasibətdə qeyd edir ki, Vergi Məcəlləsinin 199.9-cu maddəsinə əsasən kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən, sənaye üsulu ilə) hüquqi və fiziki şəxslər həmin fəaliyyət prosesində istifadə olunan əmlaka görə 2014-cü il ######ın #-dən 13 il müddətinə əmlak vergisini ödəməkdən azaddırlar. Odur ki, yoxlanılan dövrlərdə iddiaçı müəssisə əmlak vergisindən azaddır.” Vergi orqanı məhkəmənin gəldiyi nəticə ilə razılaşmayaraq bildirilir ki, yoxlama zamanı əmlak vergisi avtonəqliyyat vasitələrinə (minik maşınlarına-niva markalı və s) hesablanmışdır. Belə ki, vergi ödəyicisi təqdim etdiyi bəyannamədə həmin minik maşınlarını azadolmaya salmışdır. Buna görə də yoxlama ilə ümumilikdı 1204,11 manat əmlak vergisi hesablanmışdır. Məhkəmə isə bu halı araşdırmadan əsassız olaraq əmlak vergisinin hesablanmasını qanunsuz hesab etmişdir. Vergi Məcəlləsinin 70.3-cü maddəsində göstərilir ki, vergi qanunvericiliyinə əsasən tərtib edilən hər hansı sənəd öz mahiyyətinə və məzmununa görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə də vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. Qanunvericiliyin qeyd olunan normasına istinad edərək bildiririk ki, “X8” MMC-nin sahibkarlıq fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə keçirilmiş səyyar vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2025-ci il tarixli **************** nömrəli qərar Vergi Məcəlləsinin tələblərinə uyğundur, qanuni və əsaslıdır. Yuxarıda qeyd olunanlara əsasən hesab edirlər ki, məhkəmə mübahisənin düzgün həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırmış, işin hallarının tam və obyektiv araşdırılması üçün tədbir görməmişdir. Xüsusilə də ƏDV üzrə hesablanmış əlavə vergi məbləği və Vergi Məcəlləsinin 58.8.1-ci maddəsinə əsasən tətbiq edilmiş maliyyə sanksiyası ilə bağlı məhkəmə araşdırması aparmadan mübahisələndirilən qərarı həmin hissələrdə də ləğv etmişdir. Qeyd olunanları ümumiləşdirərək və aşağıdakıları nəzərə alaraq hesab edirik ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iddia təmin edilməməlidir: 1.Səyyar vergi yoxlaması zamanı ortaya çıxan məsələlərin izah olunması üçün xüsusi bilik tələb olunduğuna görə ekspert, vergi orqanının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduğuna görə mütəxəssis cəlb edilmişdir. Təqdim edilmiş rəylərin (ekspert və mütəxəssis) nəticələri əsas götürülməklə yoxlanılan dövr üzrə əlavə hesablama aparılmışdır. 2.Yoxlama zamanı müəssisənin xərclərini müəyyən etmək mümkün olmadığı, məhsulun maya dəyəri xərclərinin uçotunun aparılmaması, habelə mütəxəssis tərəfindən müəyyən edilən əlavə istehsal həcminə görə müəyyənləşdirilən gəlirlər ilə bağlı vergi ödəyicisinin xərclərini müəyyən etmək mümkün olmadığından müəssisənin 2021-2023-cü illər üzrə mənfəəti Vergi Məcəlləsinin 83.9-cu maddəsinə uyğun olaraq Nazirlər Kabinetinin ##.##.2001-ci il tarixli ** nömrəli qərarına əsasən (əlavə və dəyişikliklər ##.##.2001-cü il tarixli ** nömrəli) şərti rentabellik səviyyəsi 20% götürülərək müəssisənin əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında hesablanmışdır. 3. Məhkəmə ƏDV üzrə hesablanmış əlavə vergi məbləği və Vergi Məcəlləsinin 58.8.1-cimaddəsinə əsasən tətbiq edilmiş maliyyə sanksiyası ilə bağlı araşdırma aparmamışdır. Məhkəmə qərarından göründüyü kimi ƏDV üzrə həmin hesablamaya və Vergi Məcəlləsinin 58.8.1-ci maddəsinə əsasən tətbiq edilmiş maliyyə sanksiyasına qərarda münasibət bildirilməmiş və həmin hissələrdə də mübahisələndirilən qərar ləğv edilmişdir. Bununla da IPM-nin 12.1-ci, 68.1-ci və 68.2ci maddəsinin tələbləri pozulmuşdur. 4. Yoxlama zamanı əmlak vergisi avtonəqliyyat vasitələrinə (minik maşınlarına-niva markalı vəs) hesablanmışdır. Belə ki, vergi ödəyicisi təqdim etdiyi bəyannamədə həmin minik maşınlarını azadolmaya salmışdır. Buna görə də yoxlama ilə ümumilikdə 1204,11 manat əmlak vergisi hesablanmışdır. Məhkəmə isə bu halı araşdırmadan əsassız olaraq əmlak vergisinin hesablanmasını qanunsuz hesab etmişdir. Odur ki, qərar ləğv edilməli və iddia təmin edilməməlidir”. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
9. Iddiaçı apellyasiya şikayətinə qarşı etirazında qeyd etmişdir ki, “birinci instansiya məhkəməsi iş üzrə toplanmış bütün sübutları Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflərin təqdim etdikləri izahatlara və sübutlara hüquqi qiymət vermiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslandırılmış qərar qəbul etmişdir. Cavabdehin apellyasiya şikayətinin məzmunundan isə görünür ki, şikayət əsasən birinci instansiya məhkəməsinə təqdim edilmiş etirazın təkrarından ibarətdir. Şikayətdə məhkəmənin hüquqi nəticələrinin konkret hansı maddi və ya prosessual hüquq normasının düzgün tətbiq edilməməsi nəticəsində yanlış olduğu hüquqi cəhətdən əsaslandırılmamış, məhkəmənin qərarında göstərilən əsas arqumentlərin böyük əksəriyyətinə münasibət bildirilməmişdir. Əvəzində cavabdeh yoxlama zamanı irəli sürdüyü mövqeyi yenidən təkrarlamaqla kifayətlənmişdir. Apellyasiya instansiyasında baxılan mübahisənin predmeti vergi orqanının mövqeyinin təkrar ifadə edilməsi deyil, birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticələrin qanuniliyinin yoxlanılmasıdır. Bu baxımdan cavabdehin üzərinə düşən vəzifə yalnız qəbul etdiyi inzibati aktın qanuni olduğunu iddia etmək deyil, həm də məhkəmənin həmin aktı hansı səbəbdən qanunsuz hesab etməsinin səhv olduğunu hüquqi arqumentlər və sübutlarla əsaslandırmaqdır. Lakin apellyasiya şikayətində bu vəzifə yerinə yetirilməmişdir. Belə ki, cavabdeh: birinci instansiya məhkəməsinin hansı faktiki halı yanlış müəyyən etdiyini göstərməmiş; məhkəmənin hansı sübutu düzgün qiymətləndirmədiyini əsaslandırmamış; məhkəmənin tətbiq etdiyi hüquq normalarının hansı səbəbdən yanlış tətbiq edildiyini izah etməmiş; məhkəmə qərarını təkzib edən yeni sübut təqdim etməmişdir. Əksinə, apellyasiya şikayəti əsasən səyyar vergi yoxlamasının gedişini təsvir edən və artıq birinci instansiya məhkəməsində qiymətləndirilmiş halların təkrarından ibarətdir. Halbuki inzibati məhkəmə icraatının mahiyyəti inzibati orqanın gəldiyi nəticələrin deyil, həmin nəticələrin hüquqi əsaslarının qiymətləndirilməsidir. Birinci instansiya məhkəməsi haqlı olaraq müəyyən etmişdir ki, cavabdeh əlavə vergi hesablamalarının əsasını təşkil edən faktiki halları kifayət qədər sübuta yetirə bilməmiş, tətbiq etdiyi hesablamaların konkret olaraq iddiaçı müəssisənin təsərrüfat fəaliyyətini əks etdirdiyini obyektiv sübutlarla təsdiqləməmişdir. Məhkəmə bu nəticəyə iş materiallarının tam araşdırılması və sübutların məcmu şəkildə qiymətləndirilməsi əsasında gəlmişdir. Apellyasiya şikayətinin təhlili göstərir ki, cavabdeh məhkəmənin aşağıdakı əsas hüquqi nəticələrini təkzib edə bilməmişdir: yaş tütünün quru tütünə çevrilməsi üzrə tətbiq edilmiş 17,7 faiz çıxış əmsalının iddiaçı müəssisəyə münasibətdə obyektiv sübutlarla əsaslandırılmaması; "X1" MMC tərəfindən verilmiş xxxxnin əlavə vergi öhdəliyinin müəyyən edilməsi üçün kifayət edən sübut hesab edilməsinin mümkün olmaması; Vergi Məcəlləsinin 67-ci maddəsinin tətbiqi üçün qanunla müəyyən edilmiş əsasların mövcud olmaması; əlavə hesablanmış ƏDV, mənfəət vergisi və maliyyə sanksiyalarının qanuni əsaslarının sübuta yetirilməməsi; mübahisələndirilən inzibati aktın kifayət qədər əsaslandırılmaması. Bundan əlavə, cavabdehin apellyasiya şikayətində daxili ziddiyyətlər də mövcuddur. Bir tərəfdən müəssisənin uçot məlumatlarının qeyri-kafi olduğu və faktiki göstəricilərin müəyyən edilməsinin mümkün olmadığı qeyd edilir, digər tərəfdən isə həmin məlumatlar əsasında istehsal həcminin, məhsul çıxışının və vergi öhdəliklərinin dəqiq hesablandığı iddia olunur. Eyni zamanda, analoji vergi ödəyicisinin müəyyən edilməsinin mümkün olmadığı etiraf olunsa da, bununla yanaşı Vergi Məcəlləsinin 67-ci maddəsinə istinad edilməklə əlavə vergi hesablanmasının qanuni olduğu irəli sürülür. Bu isə cavabdehin mövqeyinin öz daxilində ardıcıl olmadığını göstərir. Hazırkı etirazda cavabdehin apellyasiya şikayətində irəli sürdüyü əsas arqumentlərin hər biri ayrıca təhlil ediləcək, həmin arqumentlərin hüquqi və faktiki baxımdan əsassız olduğu iş materialları, birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar və qüvvədə olan qanunvericiliyin tələbləri əsasında əsaslandırılacaqdır. Cavabdehin yaş tütünün quru tütünə çevrilməsi zamanı tətbiq edilmiş 17,7 faiz çıxış əmsalının qanuni olması barədə dəlili əsassızdır Apellyasiya şikayətində cavabdeh göstərir ki, Şəki Inzibati Məhkəməsi yaş tütünün quru tütünə çevrilməsi zamanı tətbiq edilmiş 17,7 faiz çıxış əmsalına düzgün hüquqi qiymət verməmiş, bu göstəricinin elmi cəhətdən əsaslandırılmış olmasına baxmayaraq, məhkəmə onu əsassız hesab etmişdir. Cavabdeh bunun əsaslandırılması üçün "X1" MMC-nin xxxxnə, eləcə də müxtəlif xarici elmi mənbələrə istinad edərək yaş tütünün qurudulması nəticəsində orta məhsul çıxışının 13-20 faiz intervalında dəyişə biləcəyini göstərmişdir. Cavabdehin bu mövqeyi ilə razılaşmaq mümkün deyildir. Ilk növbədə qeyd edilməlidir ki, cavabdeh apellyasiya şikayətində mübahisənin predmetini düzgün müəyyən etməmişdir. Hazırkı mübahisədə müzakirə olunan məsələ 17,7 faiz göstəricisinin nəzəri baxımdan mümkün olub-olmaması deyil, həmin göstəricinin iddiaçı "X8" MMC-yə münasibətdə əlavə vergi öhdəliyinin hesablanması üçün hüquqi və faktiki əsas kimi qəbul edilə bilməsidir. Birinci instansiya məhkəməsi də məhz bu məsələyə hüquqi qiymət vermişdir. Məhkəmə 17,7 faiz göstəricisinin aqrotexniki baxımdan mümkünlüyünü deyil, həmin göstəricinin konkret müəssisənin istehsal fəaliyyəti ilə əlaqələndirilməsinin sübuta yetirilibyetirilmədiyini araşdırmış və haqlı olaraq belə nəticəyə gəlmişdir ki, cavabdeh bu əlaqəni mötəbər sübutlarla təsdiq edə bilməmişdir. Vergi hüququnun əsas prinsiplərindən biri ondan ibarətdir ki, əlavə vergi öhdəliyi yalnız konkret vergi ödəyicisinin faktiki təsərrüfat fəaliyyəti əsasında müəyyən edilə bilər. Vergi orqanı ümumi statistik göstəricilərə və ya ehtimal xarakterli hesablamalara istinad etməklə deyil, vergi ödəyicisinin fəaliyyətinə dair obyektiv sübutlarla öz nəticələrini əsaslandırmalıdır. Hazırkı işdə isə cavabdeh 17,7 faiz çıxış əmsalının məhz iddiaçı müəssisənin istehsal prosesinə aid olduğunu sübut edə bilməmişdir. Belə ki, apellyasiya şikayətində aşağıdakı mühüm suallar cavabsız qalmışdır: yoxlama dövründə istehsal olunan yaş tütünün faktiki rütubət göstəricisi necə müəyyən edilmişdir; müxtəlif tütün sortlarının xüsusiyyətləri hesablamalarda necə nəzərə alınmışdır; məhsulun qurutma texnologiyası və saxlanma şəraiti araşdırılmışdırmı; təbii itkilər və texnoloji itkilər hansı metodika əsasında hesablanmışdır; istifadə olunan 17,7 faiz göstəricisinin məhz iddiaçı müəssisəyə tətbiq edilməsini təsdiq edən hansı ilkin sənədlər mövcuddur. Apellyasiya şikayətində bu sualların heç birinə hüquqi və faktiki cavab verilməmişdir. Əksinə, cavabdeh ümumi elmi ədəbiyyata istinad etməklə həmin göstəricinin mümkün olduğunu göstərməyə çalışmışdır. Halbuki elmi nəşrlərdə və ya beynəlxalq araşdırmalarda göstərilən orta statistik göstəricilər konkret vergi ödəyicisinin faktiki istehsal nəticələrini əvəz edə bilməz. Bu cür məlumatlar yalnız nəzəri xarakter daşıyır və onların hər hansı konkret təsərrüfat subyektinə tətbiqi üçün əlavə sübutlar tələb olunur. Başqa sözlə, hətta 17,7 faiz çıxış əmsalının aqrotexniki baxımdan mümkün olduğu qəbul edilsə belə, bu hal öz-özlüyündə iddiaçı müəssisənin məhz həmin göstərici ilə fəaliyyət göstərdiyini sübut etmir. Vergi orqanı isə məhz bunu sübuta yetirməli idi. Iş materiallarından görünür ki, cavabdeh belə sübutlar təqdim etməmiş, istehsal həcmini faktiki ölçmələrə və ya ilkin uçot sənədlərinə deyil, sonradan aparılmış nəzəri hesablamalara əsasən müəyyən etmişdir. Bu isə əlavə vergi hesablamalarının etibarlılığına ciddi şübhə yaradır. Bundan başqa, cavabdehin mövqeyi öz daxilində də ziddiyyətlidir. Bir tərəfdən qeyd edilir ki, müəssisənin uçot məlumatları faktiki istehsalı müəyyən etmək üçün kifayət etmir, digər tərəfdən isə həmin məlumatlardan istifadə edilməklə dəqiq istehsal həcmi və vergi öhdəliyi hesablanır. Əgər uçot məlumatları qeyrikafidirsə, həmin məlumatlar əsasında konkret 17,7 faiz çıxış əmsalının tətbiqi və bunun nəticəsində dəqiq vergi öhdəliyinin müəyyən edilməsi hüquqi baxımdan əsaslandırılmış hesab oluna bilməz. Digər mühüm məqam ondan ibarətdir ki, cavabdeh apellyasiya şikayətində 17,7 faiz göstəricisinin düzgünlüyünü müdafiə etsə də, həmin göstəricinin yoxlanılması və təkrar hesablanması üçün istifadə edilmiş metodologiyanı tam açıqlamamışdır. Nəticələrin təkrar yoxlanılması mümkün olmayan hesablamalar isə obyektiv və etibarlı sübut hesab edilə bilməz. Birinci instansiya məhkəməsi məhz bu səbəblərə görə haqlı olaraq belə nəticəyə gəlmişdir ki, cavabdeh tərəfindən tətbiq olunmuş 17,7 faiz çıxış əmsalı iddiaçı müəssisəyə münasibətdə əlavə vergi öhdəliyinin hesablanması üçün kifayət qədər hüquqi və faktiki əsas yaratmır. Apellyasiya şikayətində bu nəticəni təkzib edən hər hansı yeni sübut və ya yeni hüquqi arqument təqdim edilməmişdir. Bu səbəbdən cavabdehin apellyasiya şikayətinin həmin hissəsi əsassız hesab edilməli və təmin edilməməlidir. “X1” MMC-nin xxxxnə əsaslanmaqla əlavə vergi öhdəliyinin müəyyən edilməsi qanuni hesab edilə bilməz. Apellyasiya şikayətində cavabdeh bildirir ki, səyyar vergi yoxlaması zamanı xüsusi bilik tələb edən halların araşdırılması məqsədilə "X1" MMC mütəxəssis qismində cəlb edilmiş, onun hazırladığı rəy əsasında yaş tütünün quru tütünə çevrilməsi zamanı məhsul çıxışı müəyyən edilmiş və əlavə vergi hesablamaları aparılmışdır. Cavabdeh hesab edir ki, birinci instansiya məhkəməsi həmin rəyə düzgün hüquqi qiymət verməmişdir. Bu mövqe ilə razılaşmaq mümkün deyildir. Ilk növbədə qeyd edilməlidir ki, Vergi Məcəlləsinin 45-ci maddəsi vergi orqanına xüsusi bilik tələb edən hallarda mütəxəssis cəlb etmək hüququ versə də, həmin norma xxxxnə əvvəlcədən müəyyən edilmiş və ya üstün sübut qüvvəsi vermir. xxxx digər sübutlarla birlikdə qiymətləndirilməli olan sübut vasitəsidir və o, vergi orqanının sübutetmə və əsaslandırma vəzifəsini əvəz etmir. Hazırkı iş üzrə isə vergi orqanının qəbul etdiyi qərarın məzmunundan görünür ki, əlavə vergi öhdəliyinin hesablanmasının əsasını məhz "X1" MMC tərəfindən hazırlanmış rəy təşkil etmişdir. Başqa sözlə, vergi orqanı əvvəlcə mütəxəssisin nəzəri hesablamalarını qəbul etmiş, sonra isə həmin hesablamalar əsasında satış həcmini, gəliri, mənfəəti və nəticə etibarilə əlavə vergi məbləğini müəyyən etmişdir. Belə yanaşma vergi hüququnun əsas prinsiplərinə uyğun deyildir. Vergi orqanı əlavə vergi hesablayarkən ilk növbədə vergi ödəyicisinin faktiki təsərrüfat fəaliyyətini obyektiv sübutlarla müəyyən etməlidir. Bu məqsədlə ilkin mühasibat sənədləri, vergi uçotu sənədləri, müqavilələr, elektron qaimələr, anbar qalıqları, mal hərəkətini təsdiq edən sənədlər, bank əməliyyatları və digər mötəbər sübutlar araşdırılmalıdır. Mütəxəssis isə bu sənədlərin əvəzinə yeni fakt yarada bilməz. Onun funksiyası yalnız xüsusi bilik tələb edən texniki məsələlər üzrə rəy bildirməkdir. Hazırkı işdə isə mütəxəssis faktiki olaraq aşağıdakı məsələləri müəyyən etmişdir: müəssisənin istehsal etməli olduğu məhsul həcmini; istehsal nəticəsində əldə edilməli olan quru tütün miqdarını; ehtimal edilən satış həcmini; əlavə gəlirin mövcudluğunu. Bu isə artıq texniki məsələ deyil, vergi öhdəliyinin formalaşdırılması prosesidir və belə qiymətləndirmə yalnız vergi orqanı tərəfindən, qanunda nəzərdə tutulmuş sübutlar əsasında aparıla bilər. Daha mühüm məqam ondan ibarətdir ki, cavabdeh xxxxnin nəticələrini müdafiə etsə də, həmin nəticələrin hansı metodologiya əsasında əldə olunduğunu tam şəkildə izah etmir. Apellyasiya şikayətindən də görünür ki, mütəxəssis tərəfindən istifadə edilmiş göstəricilər ümumi statistik məlumatlara və nəzəri yanaşmalara əsaslanmışdır. Lakin aşağıdakı məsələlər cavabsız qalmışdır: yoxlama dövrü üzrə hər il üçün hansı ilkin məlumatlardan istifadə edilmişdir; yaş tütünün faktiki keyfiyyət göstəriciləri necə müəyyən olunmuşdur; müxtəlif sortlar üzrə çıxış fərqləri necə nəzərə alınmışdır; təbii və texnoloji itkilər hansı sənədlərlə təsdiq edilmişdir; hesablamaların təkrar yoxlanılması hansı metodika ilə mümkündür. Bu sualların cavablandırılmaması xxxxnin obyektivliyini və yoxlanıla bilənliyini şübhə altına alır. Bundan əlavə, vergi orqanı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin xxxxnə verdiyi hüquqi qiymətin niyə yanlış olduğunu da əsaslandıra bilməmişdir. Şikayətdə yalnız həmin rəyin mövcudluğu qeyd olunur, lakin məhkəmənin göstərdiyi çatışmazlıqlar – hesablamaların konkret müəssisənin istehsal xüsusiyyətləri ilə əlaqələndirilməməsi, ilkin sənədlərlə təsdiqlənməməsi və ehtimal xarakteri daşıması – təkzib edilmir. Inzibati məhkəmə icraatında qəbul edilmiş inzibati aktın qanuniliyini sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Buna görə də, sübutlarda mövcud olan qeyrimüəyyənliklər və aradan qaldırılmamış ziddiyyətlər vergi ödəyicisinin zərərinə şərh edilə bilməz. Əksinə, inzibati aktı qəbul etmiş orqan həmin qeyrimüəyyənlikləri aradan qaldırmalı və qəbul etdiyi qərarın faktiki əsaslarını tam sübut etməlidir. Hazırkı işdə isə cavabdeh bunu edə bilməmişdir. Beləliklə, "X1" MMC-nin xxxx ayrıca götürüldükdə əlavə vergi öhdəliyinin müəyyən edilməsi üçün kifayət edən hüquqi əsas hesab oluna bilməz. Həmin rəy ilkin mühasibat və vergi uçotu sənədlərini əvəz etmir, faktiki istehsal həcmini mübahisəsiz şəkildə müəyyən etmir və vergi orqanının sübutetmə vəzifəsini onun üzərindən götürmür. Məhz buna görə Şəki Inzibati Məhkəməsi həmin rəyə ehtiyatla yanaşmış və onu digər sübutlarla birlikdə qiymətləndirərək haqlı olaraq mübahisələndirilən qərarın kifayət qədər əsaslandırılmadığı nəticəsinə gəlmişdir. Cavabdehin apellyasiya şikayətində bu hüquqi nəticəni dəyişdirəcək yeni fakt və ya yeni sübut təqdim edilmədiyindən, şikayətin bu hissəsi də təmin edilməməlidir. Vergi Məcəlləsinin 67-ci maddəsinin tətbiqi üçün qanunla müəyyən edilmiş şərtlər mövcud olmadığından cavabdehin bu maddəyə istinad etməsi əsassızdır Apellyasiya şikayətində cavabdeh bildirir ki, səyyar vergi yoxlaması zamanı iddiaçı tərəfindən təqdim edilmiş sənədlər əsasında müəssisənin faktiki mənfəətini və istehsal həcmini müəyyən etmək mümkün olmamış, bu səbəbdən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67-ci maddəsinin tətbiqi zərurəti yaranmışdır. Cavabdeh hesab edir ki, həmin maddəyə əsasən hesablamaların aparılması qanuni olmuş və birinci instansiya məhkəməsi bu məsələyə düzgün hüquqi qiymət verməmişdir. Bu mövqe qanunvericiliyin tələblərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun deyildir. Ilk növbədə qeyd olunmalıdır ki, Vergi Məcəlləsinin 67-ci maddəsi ümumi deyil, istisna xarakterli hüquqi normadır. Həmin maddənin tətbiqi yalnız qanunda göstərilən hallarda və yalnız adi üsullarla vergi öhdəliyinin müəyyən edilməsinin obyektiv surətdə mümkün olmadığı sübuta yetirildikdən sonra mümkündür. Başqa sözlə, vergi orqanı ilk növbədə sübut etməlidir ki, vergi ödəyicisinin təqdim etdiyi sənədlər, mühasibat uçotu, vergi uçotu və digər mövcud məlumatlar əsasında vergi öhdəliyini müəyyən etmək mümkün olmamışdır. Yalnız bundan sonra dolayı hesablamalara müraciət edilə bilər. Hazırkı işdə isə cavabdeh bu ilkin şərtin mövcudluğunu sübuta yetirməmişdir. Apellyasiya şikayətindən görünür ki, cavabdeh yoxlama zamanı müəssisənin təqdim etdiyi sənədlərdən, elektron məlumat bazalarından, vergi hesabatlarından, alış və satış sənədlərindən, eləcə də müəssisənin öz uçot məlumatlarından istifadə etmişdir. Eyni zamanda, həmin məlumatlar əsasında yaş tütünün həcmi, quru məhsulun ehtimal olunan miqdarı, satış qiymətləri və digər iqtisadi göstəricilər müəyyən edilmişdir. Belə olan halda haqlı sual yaranır: əgər mövcud məlumatlar əsasında bu qədər geniş iqtisadi hesablamalar aparmaq mümkün olmuşdursa, onda hansı hüquqi əsasla iddia edilir ki, vergi öhdəliyini adi üsulla müəyyən etmək mümkün olmamışdır? Cavabdehin mövqeyi bu baxımdan daxili ziddiyyət təşkil edir. Bir tərəfdən vergi orqanı müəssisənin uçot məlumatlarının kifayət etmədiyini bildirir, digər tərəfdən isə məhz həmin məlumatlardan istifadə etməklə əlavə vergi öhdəliyini hesablayır. Bu isə göstərir ki, problem məlumatların mövcud olmamasında deyil, vergi orqanının həmin məlumatları öz mülahizəsinə uyğun şərh etməsində olmuşdur. Vergi Məcəlləsinin 67-ci maddəsinin məqsədi vergi orqanına təxmini və ya ehtimal xarakterli hesablamalar aparmaq üçün geniş səlahiyyət vermək deyil, yalnız zəruri hallarda vergi öhdəliyinin müəyyən edilməsini təmin etməkdir. Həmin maddənin tətbiqi vergi orqanını sübutetmə vəzifəsindən azad etmir və qəbul edilən hesablamaların obyektiv, yoxlanıla bilən və əsaslandırılmış olmasını tələb edir. Hazırkı işdə isə əlavə vergi hesablamalarının əsasında faktiki istehsal göstəriciləri deyil, yaş tütünün quru tütünə çevrilməsi üzrə nəzəri çıxış əmsalları, xxxx və ehtimal olunan istehsal həcmləri dayanır. Belə hesablamalar isə Vergi Məcəlləsinin 67-ci maddəsinin tətbiqinə dair qanunun məqsədinə uyğun hesab edilə bilməz. Bundan əlavə, cavabdeh apellyasiya şikayətində Vergi Məcəlləsinin 67-ci maddəsinin konkret hansı bəndinin və hansı faktiki əsaslar üzrə tətbiq edildiyini ətraflı izah etmir. Şikayətdə yalnız həmin maddəyə ümumi istinad edilir, lakin bu maddənin tətbiqinin zəruriliyini yaradan konkret hallar göstərilmir. Halbuki istisna xarakterli hüquqi normaya istinad edən inzibati orqan onun tətbiq edilməsinin bütün şərtlərinin mövcud olduğunu sübut etməlidir. Şəki Inzibati Məhkəməsi məhz bu xüsusu düzgün qiymətləndirərək belə nəticəyə gəlmişdir ki, cavabdeh Vergi Məcəlləsinin 67-ci maddəsinin tətbiqi üçün zəruri olan hüquqi və faktiki əsasların mövcudluğunu kifayət qədər sübut edə bilməmişdir. Apellyasiya şikayətində isə bu nəticəni təkzib edən yeni sübut və ya yeni hüquqi arqument təqdim edilməmişdir. Beləliklə, cavabdehin Vergi Məcəlləsinin 67ci maddəsinə istinad etməklə əlavə vergi öhdəliyi müəyyən etməsi qanuni hesab edilə bilməz. Bu maddənin tətbiqi üçün qanunla müəyyən edilmiş şərtlər sübuta yetirilmədiyindən, həmin maddəyə əsaslanaraq aparılmış bütün hesablamalar hüquqi əsasdan məhrumdur. Nəticə etibarilə, birinci instansiya məhkəməsinin Vergi Məcəlləsinin 67-ci maddəsinin tətbiqi ilə bağlı gəldiyi nəticə qanuni və əsaslıdır. Cavabdehin apellyasiya şikayətinin bu hissəsi də əsassız olduğundan təmin edilməməlidir. Vergi Məcəlləsinin 83.9-cu maddəsinin tətbiqi və 20 faiz rentabellik göstəricisi əsasında aparılmış hesablamalar qanuni hesab edilə bilməz Apellyasiya şikayətində cavabdeh göstərir ki, iddiaçı müəssisənin faktiki mənfəətini müəyyən etmək mümkün olmadığından Vergi Məcəlləsinin 83.9-cu maddəsinə uyğun olaraq satış dövriyyəsinə münasibətdə 20 faiz rentabellik norması tətbiq edilmiş və həmin göstərici əsasında mənfəət vergisi hesablanmışdır. Cavabdehin mövqeyinə görə, bu yanaşma qanunvericiliyin tələblərinə tam uyğundur və birinci instansiya məhkəməsi həmin məsələyə düzgün hüquqi qiymət verməmişdir. Bu arqument də əsassızdır. Ilk növbədə qeyd edilməlidir ki, Vergi Məcəlləsinin 83.9-cu maddəsi müstəqil tətbiq olunan norma deyildir. Həmin maddənin tətbiqi yalnız vergi orqanının əvvəlcə qanuni əsaslarla vergi bazasını müəyyən edə bilmədiyini sübuta yetirdiyi və Vergi Məcəlləsinin 67-ci maddəsinin tətbiqi üçün zəruri şərtlərin mövcud olduğu hallarda mümkündür. Yuxarıda qeyd edildiyi kimi, hazırkı işdə cavabdeh Vergi Məcəlləsinin 67-ci maddəsinin tətbiq edilməsinin qanuni əsaslarını sübut edə bilməmişdir. Bu səbəbdən həmin maddənin davamı kimi tətbiq edilmiş 20 faiz rentabellik göstəricisi də hüquqi əsasdan məhrumdur. Bununla yanaşı, cavabdeh apellyasiya şikayətində 20 faiz rentabellik göstəricisinin məhz "X8" MMC-nin fəaliyyətini əks etdirdiyini təsdiq edən hər hansı iqtisadi və ya maliyyə təhlil təqdim etməmişdir. Şikayətdən görünür ki, cavabdeh bu göstəricini müəssisənin faktiki təsərrüfat nəticələrinə əsasən deyil, qanunda nəzərdə tutulmuş şərti göstərici kimi tətbiq etmişdir. Halbuki mənfəət vergisinin hesablanmasının məqsədi vergi ödəyicisinin real iqtisadi nəticələrini müəyyən etməkdir. Vergi öhdəliyi ehtimal olunan və ya orta statistik gəlirlərə deyil, konkret təsərrüfat fəaliyyətinə əsaslanmalıdır. Hazırkı işdə isə cavabdeh əvvəlcə yaş tütünün ehtimal olunan çıxışını müəyyən etmiş, daha sonra həmin ehtimal olunan məhsul həcmini ehtimal olunan satış qiyməti ilə hesablamış və nəhayət, həmin ehtimal olunan dövriyyəyə 20 faiz rentabellik tətbiq etmişdir. Beləliklə, əlavə mənfəət vergisinin hesablanması birbirinin üzərində qurulmuş bir neçə ehtimaldan ibarət olmuşdur. Başqa sözlə: - yaş tütünün çıxışı ehtimal əsasında müəyyən edilmişdir; - satış həcmi həmin ehtimala əsasən hesablanmışdır; - satış dövriyyəsi ehtimal olunan qiymətlər əsasında müəyyən edilmişdir; - mənfəət isə həmin ehtimal olunan dövriyyəyə şərti rentabellik tətbiq edilməklə hesablanmışdır. Belə çoxpilləli ehtimal üsulu ilə müəyyən edilmiş vergi öhdəliyinin obyektiv və dəqiq hesablandığını qəbul etmək mümkün deyildir. Vergi hüququnda vergi öhdəliyi fərziyyələrə deyil, sübut olunmuş faktlara əsaslanmalıdır. Bundan əlavə, cavabdeh apellyasiya şikayətində 20 faiz rentabellik normasının tətbiq edilməsinin konkret iqtisadi əsaslarını da göstərməmişdir. Belə ki, müəssisənin istehsal xərcləri, əməkhaqqı fondu, enerji və yanacaq xərcləri, logistika və daşınma xərcləri, məhsulun saxlanması və emalı ilə bağlı xərclər, digər təsərrüfat xərcləri ayrılıqda təhlil edilmədən yalnız qanunda nəzərdə tutulan şərti göstəriciyə istinad olunmuşdur. Halbuki həmin göstərici konkret müəssisənin real maliyyə nəticələrini əvəz etmir. Birinci instansiya məhkəməsi haqlı olaraq müəyyən etmişdir ki, cavabdeh əlavə mənfəət vergisinin hesablanmasını kifayət qədər əsaslandıra bilməmişdir. Məhkəmə düzgün nəticəyə gəlmişdir ki, tətbiq edilmiş metodologiya müəssisənin faktiki maliyyə nəticələrini deyil, ehtimal olunan göstəriciləri əks etdirir və buna görə də əlavə vergi hesablamaları hüquqi baxımdan etibarlı hesab oluna bilməz. Apellyasiya şikayətində isə bu hüquqi nəticəni təkzib edən yeni sübut və ya yeni iqtisadi təhlil təqdim edilməmişdir. Cavabdeh yalnız əvvəlki mövqeyini təkrar etmiş, lakin 20 faiz rentabellik normasının məhz iddiaçı müəssisəyə münasibətdə tətbiq edilməsinin zəruriliyini və qanuniliyini əsaslandıra bilməmişdir. Nəzərə alınmalıdır ki, vergi hüququnun əsas prinsiplərindən biri hüquqi müəyyənlik və əsaslandırılmış inzibati qərar prinsipidir. Vergi orqanı qəbul etdiyi qərarın yalnız qanuna formal istinad etməklə deyil, həm də həmin qərarın konkret vergi ödəyicisinin fəaliyyətinə uyğunluğunu sübut etməlidir. Hazırkı işdə isə bu tələb yerinə yetirilməmişdir. Beləliklə, Vergi Məcəlləsinin 83.9-cu maddəsinə istinad edilməklə tətbiq edilmiş 20 faiz rentabellik göstəricisi və həmin göstərici əsasında hesablanmış əlavə mənfəət vergisi hüquqi və faktiki əsaslardan məhrum olduğundan, birinci instansiya məhkəməsinin bu hissədə gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Əlavə hesablanmış ƏDV, mənfəət vergisi və maliyyə sanksiyalarının hüquqi əsası mövcud olmadığından cavabdehin apellyasiya şikayətinin bu hissəsi də əsassızdır Apellyasiya şikayətində cavabdeh bildirir ki, birinci instansiya məhkəməsi əlavə hesablanmış əlavə dəyər vergisini, mənfəət vergisini və Vergi Məcəlləsinin 58.8.1-ci maddəsi əsasında tətbiq edilmiş maliyyə sanksiyasını lazımi qaydada araşdırmamış, həmin hissədə qəbul edilmiş qərar işin faktiki hallarına və qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Cavabdeh hesab edir ki, əsas vergi hesablamaları qanuni olduğundan, həmin hesablamalardan irəli gələn ƏDV və maliyyə sanksiyaları da qanuni hesab edilməlidir. Bu arqument də hüquqi baxımdan əsaslı deyildir. Ilk növbədə qeyd olunmalıdır ki, hazırkı mübahisədə əlavə hesablanmış ƏDV, mənfəət vergisi və maliyyə sanksiyaları müstəqil hüquqi əsaslara malik deyildir. Həmin öhdəliklərin hamısı cavabdehin yaş tütününün quru tütünə çevrilməsi üzrə tətbiq etdiyi 17,7 faiz çıxış əmsalına, bu göstərici əsasında müəyyən etdiyi ehtimal olunan istehsal həcminə, daha sonra isə Vergi Məcəlləsinin 67-ci və 83.9-cu maddələrinin tətbiqinə əsaslanır. Başqa sözlə, bu hesablamalar bir-biri ilə səbəb-nəticə əlaqəsində olan vahid metodologiyanın tərkib hissələridir. Bu səbəbdən, həmin metodologiyanın əsasını təşkil edən hesablamalar hüquqi cəhətdən etibarlı hesab edilmədikdə, onların nəticəsi kimi müəyyən edilmiş əlavə vergi öhdəlikləri və maliyyə sanksiyalarının da hüquqi əsası qalmır. Birinci instansiya məhkəməsi də məhz bu hüquqi yanaşmanı əsas götürmüşdür. Məhkəmə müəyyən etmişdir ki, cavabdeh əlavə məhsul istehsalını, əlavə satış dövriyyəsini və əlavə gəliri obyektiv sübutlarla təsdiq edə bilməmişdir. Bu səbəbdən həmin hesablamalar əsasında müəyyən edilmiş ƏDV və mənfəət vergisinin də hüquqi əsası mövcud deyildir. Apellyasiya şikayətində cavabdeh bu nəticəni təkzib edən hər hansı yeni sübut təqdim etmir. Əksinə, şikayətdə əsasən əvvəlki hesablamaların düzgün olduğu ümumi şəkildə bəyan edilir, lakin həmin hesablamaların hansı obyektiv sübutlarla təsdiq edildiyi göstərilmir. Halbuki ƏDV üzrə əlavə vergi öhdəliyinin müəyyən edilməsi üçün ilk növbədə əlavə vergi tutulan əməliyyatın faktiki mövcudluğu sübut edilməlidir. Hazırkı işdə isə cavabdeh iddia edir ki, müəssisə faktiki olaraq bəyan etdiyindən artıq məhsul istehsal etmiş və satmışdır. Lakin həmin əlavə satış əməliyyatlarını təsdiq edən müqavilələr, elektron qaiməfakturalar, hesabfakturalar, bank köçürmələri kassa sənədləri, malın təhvil verilməsi barədə sənədlər alıcılarla hesablaşmaları təsdiq edən sənədlər iş materiallarında mövcud deyildir. Belə olan halda əlavə ƏDV öhdəliyinin yalnız ehtimal olunan istehsal həcmi əsasında hesablanması vergi hüququnun əsas prinsiplərinə uyğun hesab edilə bilməz. Eyni hüquqi nəticə mənfəət vergisinə də aiddir. Mənfəət vergisinin hesablanması üçün ilk növbədə gəlirin və həmin gəlirin əldə olunması faktının sübut edilməsi zəruridir. Hazırkı işdə isə gəlirin mövcudluğu konkret maliyyə sənədləri ilə deyil, dolayı hesablamalar və ehtimal olunan istehsal göstəriciləri ilə əsaslandırılmışdır. Belə sübutlar isə əlavə vergi öhdəliyinin müəyyən edilməsi üçün kifayət hesab edilə bilməz. Bundan başqa, cavabdeh Vergi Məcəlləsinin 58.8.1-ci maddəsinə əsasən maliyyə sanksiyası tətbiq etmişdir. Lakin maliyyə sanksiyası müstəqil hüquqi məsuliyyət tədbiri deyil, o, əsas vergi öhdəliyindən törəyən əlavə hüquqi nəticədir. Əgər əsas vergi öhdəliyinin özü qanunsuz müəyyən edilmişdirsə, həmin öhdəliyə görə tətbiq olunmuş maliyyə sanksiyasının da hüquqi əsası aradan qalxır. Bu baxımdan cavabdehin apellyasiya şikayətində maliyyə sanksiyasının ayrıca müdafiə olunması hüquqi cəhətdən mümkün deyildir. Çünki sanksiyanın taleyi əsas vergi hesablamalarının qanuniliyindən birbaşa asılıdır. Şəki Inzibati Məhkəməsi də bu səbəbdən əlavə hesablanmış vergi öhdəliklərini və onlardan irəli gələn maliyyə sanksiyalarını vahid hüquqi sistem kimi qiymətləndirmiş, əsas hesablamaların qanunsuzluğu müəyyən edildiyindən həmin nəticələrə əsaslanan inzibati aktı ləğv etmişdir. Apellyasiya şikayətində isə birinci instansiya məhkəməsinin bu hüquqi yanaşmasının hansı səbəbdən səhv olduğu əsaslandırılmamış, yalnız əvvəlki inzibati qərarın qanuni olduğu ümumi şəkildə iddia edilmişdir. Beləliklə, əlavə hesablanmış ƏDV, mənfəət vergisi və maliyyə sanksiyalarının hamısı eyni hüquqi və faktiki əsaslara söykəndiyindən, həmin əsasların etibarsız olduğu müəyyən edildiyi halda, bu öhdəliklərin ayrıca qanuni hesab edilməsi mümkün deyildir. Bu səbəbdən cavabdehin apellyasiya şikayətinin bu hissəsi də təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Inzibati orqan üzərinə düşən sübutetmə yükünü yerinə yetirməmiş, qəbul etdiyi inzibati aktı kifayət qədər əsaslandıra bilməmişdir Apellyasiya şikayətində cavabdeh birinci instansiya məhkəməsinin işin hallarını tam araşdırmadığını, təqdim olunmuş sübutlara düzgün hüquqi qiymət vermədiyini və nəticədə qanunsuz qərar qəbul etdiyini iddia edir. Lakin apellyasiya şikayətinin məzmunu göstərir ki, cavabdeh bu iddiaları təsdiq edən konkret hüquqi və faktiki arqumentlər irəli sürməmiş, əksinə, qəbul etdiyi inzibati aktın qanuniliyini sübut etmək vəzifəsini yerinə yetirə bilməmişdir. Inzibati mübahisələrin əsas xüsusiyyəti ondan ibarətdir ki, inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın qanuniliyinin sübut edilməsi vəzifəsi həmin aktı qəbul etmiş inzibati orqanın üzərinə düşür. Bu prinsip inzibati məhkəmə icraatının fundamental prinsiplərindən biridir və onun məqsədi vətəndaşın və ya hüquqi şəxsin inzibati orqan qarşısında prosessual cəhətdən zəif vəziyyətə salınmasının qarşısını almaqdır. Hazırkı işdə cavabdeh iddiaçıya əlavə vergi öhdəliyi müəyyən etmiş, əlavə dəyər vergisi, mənfəət vergisi, əmlak vergisi və maliyyə sanksiyaları tətbiq etmişdir. Bu səbəbdən qəbul etdiyi qərarın qanuniliyini və əsaslılığını sübut etmək vəzifəsi də məhz cavabdehin üzərinə düşmüşdür. Lakin iş materiallarının və apellyasiya şikayətinin təhlili göstərir ki, cavabdeh bu vəzifəni lazımi qaydada yerinə yetirməmişdir. Belə ki, cavabdeh əlavə vergi hesablamalarının əsasını təşkil edən aşağıdakı halları mötəbər və kifayət edən sübutlarla təsdiq edə bilməmişdir: iddiaçının bəyan etdiyindən artıq həcmdə quru tütün istehsal etməsini; - həmin məhsulun faktiki olaraq satılmasını; - əlavə satış dövriyyəsinin mövcudluğunu; - əlavə gəlirin əldə edilməsini; - əlavə mənfəətin yaranmasını. Əvəzində cavabdeh bu nəticələrə dolayı hesablamalar, statistik göstəricilər, xxxx və ehtimal xarakterli metodologiya əsasında gəlmişdir. Halbuki inzibati aktın qanuniliyi ehtimallarla deyil, obyektiv və yoxlanıla bilən sübutlarla təsdiq olunmalıdır. Birinci instansiya məhkəməsi də məhz bu səbəbdən cavabdehin təqdim etdiyi sübutları ayrıca deyil, onların məcmusu halında qiymətləndirmiş və haqlı olaraq belə nəticəyə gəlmişdir ki, mövcud sübutlar əlavə vergi öhdəliyinin müəyyən edilməsi üçün kifayət etmir. Apellyasiya şikayətində isə cavabdeh həmin nəticənin hansı səbəbdən yanlış olduğunu əsaslandırmaq əvəzinə, yalnız əvvəlki inzibati qərarın düzgün olduğunu təkrar etmişdir. Diqqətəlayiq haldır ki, apellyasiya şikayətində cavabdeh birinci instansiya məhkəməsinin hansı sübutu düzgün qiymətləndirmədiyini də konkret göstərmir. Şikayətdə ümumi şəkildə "məhkəmə sübutları düzgün qiymətləndirməmişdir" ifadəsi işlədilsə də, həmin sübutların hansılar olduğu, onların məhkəmə tərəfindən necə təhrif edildiyi və ya hansı hüquqi qiymətləndirmənin səhv olduğu izah edilmir. Bu isə apellyasiya şikayətinin mühüm çatışmazlığıdır. Bundan başqa, inzibati aktın əsaslandırılması təkcə hüquq normasına istinad edilməsindən ibarət deyildir. Inzibati orqan qəbul etdiyi qərarda aşağıdakı məsələləri də aydın şəkildə əsaslandırmalıdır: - müəyyən edilmiş faktiki hallar; - həmin halları təsdiq edən sübutlar; sübutların necə qiymətləndirilməsi; - tətbiq edilmiş hüquq normaları ilə faktiki hallar arasındakı əlaqə. Hazırkı işdə isə cavabdehin qərarında və apellyasiya şikayətində bu elementlər tam şəkildə əks olunmur. Əlavə vergi hesablamalarının hansı konkret faktlara söykəndiyi, alternativ ehtimalların niyə istisna edildiyi və tətbiq edilmiş metodologiyanın niyə məhz iddiaçı müəssisəyə uyğun hesab edildiyi əsaslandırılmamışdır. Bu səbəbdən, birinci instansiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, mübahisələndirilən inzibati akt kifayət qədər əsaslandırılmamış və qəbul edilən nəticələr mötəbər sübutlarla təsdiq edilməmişdir. Nəhayət, qeyd edilməlidir ki, inzibati məhkəmə icraatında aradan qaldırılmamış şübhələr inzibati orqanın xeyrinə deyil, onun zərərinə qiymətləndirilməlidir. Çünki inzibati aktı qəbul edən və onun hüquqi nəticələrini yaradan məhz inzibati orqandır. Hazırkı işdə cavabdeh mövcud şübhələri aradan qaldıra bilməmiş, əlavə vergi öhdəliklərinin faktiki əsaslarını tam sübut edə bilməmişdir. Belə olan halda, Şəki Inzibati Məhkəməsinin cavabdehin qəbul etdiyi inzibati aktı qanunsuz hesab etməsi tam qanuni və əsaslı olmuşdur. Cavabdehin apellyasiya şikayətində bu hüquqi nəticəni dəyişdirəcək yeni sübut və ya əsaslandırılmış hüquqi arqument təqdim edilmədiyindən, şikayətin bu hissəsi də təmin edilməməlidir. Cavabdehin apellyasiya şikayəti öz daxilində ziddiyyətli olduğundan irəli sürülən dəlillər mötəbər hesab edilə bilməz Apellyasiya şikayətinin təhlili göstərir ki, cavabdehin irəli sürdüyü arqumentlər yalnız hüquqi baxımdan deyil, həm də məntiqi baxımdan bir-biri ilə uzlaşmır. Şikayətdə göstərilən bir sıra hallar bir-birini təkzib edir və nəticə etibarilə cavabdehin mövqeyinin ardıcıl və əsaslandırılmış olmadığını göstərir. Uçot məlumatlarının kifayət etmədiyi iddia olunduğu halda, həmin məlumatlar əsasında dəqiq vergi hesablamalarının aparılması Cavabdeh apellyasiya şikayətində bildirir ki, iddiaçı tərəfindən təqdim edilmiş uçot sənədləri və digər məlumatlar müəssisənin faktiki istehsal həcmini və vergi öhdəliyini müəyyən etmək üçün kifayət etməmişdir. Məhz buna görə də dolayı hesablama üsullarına müraciət edildiyi qeyd olunur. Lakin eyni şikayətdə həmin sənədlərdən istifadə edilməklə istehsal olunmuş yaş tütünün miqdarı, quru tütünün ehtimal olunan həcmi, satış dövriyyəsi, gəlir,mənfəət, əlavə dəyər vergisi mənfəət vergisi dəqiq məbləğlərlə hesablanmışdır. Bu isə açıq ziddiyyətdir. Əgər mövcud sənədlər vergi öhdəliyini müəyyən etməyə kifayət etmirdisə, həmin sənədlər əsasında bu qədər dəqiq iqtisadi nəticələrin əldə edilməsi hüquqi və məntiqi baxımdan izah olunmur. Əksinə, bu hal göstərir ki, cavabdeh əvvəlcədən müəyyən etdiyi nəticəyə uyğun hesablamalar aparmış, mövcud məlumatları isə həmin nəticəni əsaslandırmaq məqsədilə şərh etmişdir. Faktiki sübutların olmaması şəraitində ehtimal xarakterli hesablamaların qəti nəticə kimi təqdim edilməsi Apellyasiya şikayətində əlavə məhsul istehsalı və əlavə satış faktı qəti şəkildə iddia olunur. Lakin həmin iddiaları təsdiq edən müqavilələr, alıcıların izahatları, bank əməliyyatları, elektron qaimələr, malların daşınmasını təsdiq edən sənədlər, anbar hərəkətləri. digər ilkin uçot sənədləri təqdim edilməmişdir. Buna baxmayaraq, cavabdeh dolayı hesablamalar nəticəsində əldə etdiyi ehtimal olunan göstəriciləri fakt kimi qəbul etmişdir. Halbuki ehtimal nəticəsində müəyyən edilən göstərici faktın sübutu hesab edilə bilməz. Vergi hüququnda dolayı hesablamalar faktiki sübutların əvəzi deyil, yalnız qanunla müəyyən edilmiş istisna hallarda istifadə edilə bilən köməkçi vasitədir. xxxxnin köməkçi sübut olduğu qəbul edildiyi halda, faktiki olaraq həmin rəyin əsas sübut kimi istifadə olunması Cavabdeh apellyasiya şikayətində bildirir ki, "X1" MMC yalnız xüsusi bilik tələb edən məsələlər üzrə rəy vermişdir. Lakin iş materiallarından görünür ki, əlavə vergi hesablamalarının əsasını məhz həmin rəy təşkil etmişdir. Beləliklə: - əvvəlcə mütəxəssis yaş tütününün çıxış faizini müəyyən etmiş; sonra həmin faiz əsasında quru tütünün miqdarı hesablanmış; - daha sonra əlavə satış həcmi müəyyən edilmiş; - bundan sonra əlavə gəlir hesablanmış; - sonda isə vergi öhdəlikləri müəyyən edilmişdir. Bu ardıcıllıq göstərir ki, xxxx köməkçi deyil, əsas sübut funksiyasını yerinə yetirmişdir. Bu isə cavabdehin apellyasiya şikayətində irəli sürdüyü mövqe ilə uyğun gəlmir. Vergi Məcəlləsinin 67-ci maddəsinin tətbiqinin zəruri olduğu bildirilsə də, həmin zərurət əsaslandırılmamışdır. Cavabdeh bildirir ki, dolayı hesablama üsullarının tətbiqi qaçılmaz olmuşdur. Lakin apellyasiya şikayətində niyə adi üsulla vergi öhdəliyinin müəyyən edilməsinin mümkün olmadığı, hansı konkret sənədlərin çatışmadığı, hansı alternativ üsulların yoxlanıldığıhəmin üsulların niyə nəticə vermədiyi göstərilmir. Bu isə istisna xarakterli hüquq normasının tətbiqinin kifayət qədər əsaslandırılmadığını göstərir. Birinci instansiya məhkəməsinin hüquqi nəticələri təkzib edilməmişdir Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin nəticələrinin qanunsuz olduğu iddia edilsə də, məhkəmənin əsas hüquqi arqumentlərinə faktiki olaraq cavab verilməmişdir. Xüsusilə aşağıdakı nəticələr təkzib olunmamışdır: 17,7 faiz çıxış əmsalının iddiaçı müəssisəyə münasibətdə sübuta yetirilməməsi; xxxxnin kifayət edən sübut hesab olunmaması; dolayı hesablamaların hüquqi əsaslarının tam müəyyən edilməməsi; əlavə vergi hesablamalarının ehtimal xarakterli olması; inzibati aktın kifayət qədər əsaslandırılmaması. Belə olan halda apellyasiya şikayəti mahiyyət etibarilə birinci instansiya məhkəməsinin hüquqi nəticələrini təkzib etmir, yalnız vergi orqanının əvvəlki mövqeyini təkrar edir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin məqsədi apellyasiya instansiyasında eyni arqumentlərin təkrar qiymətləndirilməsi deyil, birinci instansiya məhkəməsinin hüquqi nəticələrinin konkret əsaslarla yoxlanılmasıdır. Cavabdeh isə apellyasiya şikayətində bu vəzifəni yerinə yetirməmişdir. Beləliklə, apellyasiya şikayətində mövcud olan daxili ziddiyyətlər, sübutlarla təsdiq edilməyən ehtimallara əsaslanması və birinci instansiya məhkəməsinin hüquqi nəticələrini əsaslı şəkildə təkzib edə bilməməsi göstərir ki, cavabdehin irəli sürdüyü dəlillər qərarın ləğvi üçün kifayət etmir. Bu səbəbdən Şəki Inzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin edilməməlidir. Nəticə və xahiş Yuxarıda göstərilənlərdən, iş materiallarından, birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallardan və tətbiq edilməli olan maddi və prosessual hüquq normalarından aydın olur ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti hüquqi və faktiki baxımdan əsaslı deyildir. Şəki Inzibati Məhkəməsi mübahisəyə baxarkən iş üzrə əhəmiyyət kəsb edən bütün halları tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflərin təqdim etdiyi sübutları onların məcmusunda qiymətləndirmiş, qəbul etdiyi nəticələri kifayət qədər əsaslandırmış və maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Apellyasiya şikayətində isə məhkəmənin bu nəticələrini təkzib edən yeni sübutlar təqdim edilməmiş, yalnız səyyar vergi yoxlaması zamanı qəbul edilmiş mövqe təkrar olunmuşdur. Xüsusilə nəzərə alınmalıdır ki: cavabdeh yaş tütününün quru tütünə çevrilməsi üzrə tətbiq etdiyi 17,7 faiz çıxış əmsalının məhz iddiaçı müəssisənin istehsal prosesinə aid olduğunu mötəbər sübutlarla təsdiq edə bilməmişdir; "X1" MMC tərəfindən verilmiş xxxx vergi öhdəliyinin müəyyən edilməsi üçün yeganə və həlledici sübut hesab edilə bilməz və həmin rəy vergi orqanının sübutetmə vəzifəsini əvəz etmir; Vergi Məcəlləsinin 67-ci maddəsinin tətbiqi üçün qanunla nəzərdə tutulmuş zəruri şərtlərin mövcudluğu sübuta yetirilməmişdir; Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən tətbiq olunmuş 20 faiz rentabellik göstəricisinin konkret olaraq iddiaçının təsərrüfat fəaliyyətinə uyğunluğu əsaslandırılmamışdır; əlavə hesablanmış ƏDV, mənfəət vergisi, əmlak vergisi və maliyyə sanksiyaları hüquqi cəhətdən etibarlı hesab edilməyən hesablamalara əsaslandığından onların müstəqil hüquqi əsası mövcud deyildir; cavabdeh qəbul etdiyi inzibati aktın qanuniliyini və əsaslılığını sübut etmək vəzifəsini tam yerinə yetirə bilməmişdir; apellyasiya şikayətində birinci instansiya məhkəməsinin hüquqi nəticələrinin hansı səbəbdən qanunsuz olduğu konkret hüquqi arqumentlərlə əsaslandırılmamış, şikayət əsasən vergi yoxlaması aktında və birinci instansiya məhkəməsinə təqdim edilmiş etirazda göstərilən arqumentlərin təkrarından ibarət olmuşdur. Inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri inzibati aktın qanuniliyinin və əsaslılığının inzibati orqan tərəfindən sübuta yetirilməsidir. Hazırkı işdə cavabdeh bu prosessual vəzifəni lazımi qaydada yerinə yetirməmiş, əlavə vergi hesablamalarının əsasını təşkil edən faktiki halları mötəbər və kifayət edən sübutlarla təsdiq edə bilməmişdir. Birinci instansiya məhkəməsi isə bu halları düzgün müəyyən etmiş, sübutlara obyektiv hüquqi qiymət vermiş və nəticə etibarilə iddianı təmin etməklə qanuni və əsaslandırılmış qərar qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən də iş üzrə müəyyən edilmiş faktiki hallar və tətbiq olunmuş hüquq normaları qiymətləndirilərkən birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin qanuni və əsaslı olduğu təsdiq edilməlidir. Yuxarıda göstərilənlər nəzərə alınaraq, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Şəki Inzibati Məhkəməsinin qərarın dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. Tərəflərin izahatları
10. Məhkəmə iclasında iştirak edən iddiaçının qanuni təmsilçisi nümayəndə2 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
11. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili nümayəndə3 apellyasiya şikayətinə qarşı etirazın məzmununa uyğun izahat verərək apellyasiya şikayəti ilə razı olmadığını bildirdi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
12. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi nümayəndə1 apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək yeni qərar çıxarılmasını xahiş etdi.
13. Məhkəmə iclasında mütəxəssis qismində izahat verən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi “Əkinçilik Elmi-X14 Əkinçilik və Bitki Diversifikasiyası” şöbəsinin böyük elmi işçisi Mütəxəssis bildirmişdir ki, tütün çox çətin becərilən bitkilərdən biridir və onun yarpaqlarından istifadə olunur. Il ərzində 6 dəfə dərilmə prosesi aparılır, bu proses şaxta düşənə qədər davam edir. Yarpaqların inkişafından asılı olaraq aşağıdan yuxarıya doğru dərilmə prosesi baş verir, hər dərilmədə bunun quruma faizi dəyişir. Qeyd olunan tütün Virciniya növünə məxsusdur. Sonuncu dərilmədən birinci dərilmə arasında göstərilən faiz dərəcələri kəskin şəkildə dəyişilir, fərqli rəqəmlər olur. Tütün yarpaqlarının böyüməsinə hava şəraiti çox böyük təsir göstərir. Vircinya tütünləri kamera şəraitində qurudulur, onun təbii şəraitdə qurudulması mümkün deyil, bu zaman onun göstəriciləri kəskin dəyişilir. Virciniya sortunun quruma faizi ortalama 13%-14% civarında tərəddüd edir. Bunun qurudulması istiliklə bağlıdır. Əlavə olaraq bildirmişdir ki, heç bir halda tütünün eyni miqdarda faiz verə biləcəyi mümkün dyil. Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 3.5. Heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Maddə 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi ödəyicisinin, vergitutma obyektinin uçotunda, vergilərin hesablanmasında və ödənilməsində yol verdiyi səhvləri müstəqil düzəltmək hüququ vardır. Bu maddədə nəzərdə tutulmuş müddəalar vergi agentlərinə də şamil edilir. Maddə 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin (mənfəət və gəlir vergisi istisna olmaqla) əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. Maddə 67.3-1. Vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən gəlirlər rəsmiləşdirilmədikdə, lakin gəlirdən çıxılan xərclərə dair əlaqəli məlumatlar mövcud olduqda vergi tutulan mənfəət (gəlir) 50 faiz həcmində rentabellik nəzərə alınmaqla hesablanır. Maddə 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. Maddə 83.9. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. (Azərbaycan Respublikasının # ###### 2023-cü il tarixli ****-VIQD nömrəli Qanunu ilə ləğv edilmişdir.). Maddə153.1. Əlavə dəyər vergisi (bundan sonra - ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Maddə 153.2. Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı ƏDV ticarət əlavəsindən hesablanan verginin məbləğidir. Maddə 153.3. 2022-ci il ######ın #-dən 5 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli (xarici mənşəli balıq məhsulları istisna olmaqla)) topdan və pərakəndə satışı zamanı ƏDV ticarət əlavəsindən hesablanan verginin məbləği hesab edilir Maddə 159.1. Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. 2022-ci il ######ın #-dən 5 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli (xarici mənşəli balıq məhsulları istisna olmaqla)) topdan və pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi vergitutma obyektidir. Maddə 159.2. Bu fəslin müddəalarına uyğun olaraq vergidən azad edilən malların göndərilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən başqa, müstəqil sahibkarlıq fəaliyyəti və ya hüquqi şəxs yaratmadan birgə sahibkarlıq fəaliyyəti çərçivəsində malların göndərilməsi, işlər görülməsi və xidmətlərin göstərilməsi, onlar bu Məcəllənin 167-ci və ya 168-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində həyata keçirilirsə, vergi tutulan əməliyyatlar sayılır. Bu Məcəllənin 168-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının hüdudlarından kənarda xidmətlər göstərilməsi və ya işlər görülməsi vergi tutulan əməliyyatlara daxil edilmir. Maddə 159.3. Malların idxalı bu fəsilə uyğun olaraq vergidən azad edilən idxal istisna edilməklə, vergi tutulan idxal sayılır. Tranzit yük daşınması qaydasında, müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallar və ya gömrük qanunvericiliyinə uyğun olaraq daxili istehlak üçün idxal edilmiş və ya qəbul olunmuş sayılmayan mallar ƏDV-nin məqsədləri üçün idxal malları hesab edilmir. Maddə 159.5. Vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya almaq hüququna malikdirsə, belə mallardan (işlərdən, xidmətlərdən) qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi, fövqəladə hallardan, qanunvericiliklə müəyyən edilmiş təbii itki normaları daxilində zayolmadan əmələ gələn itkilərdən, təbii itki normaları daxilində xarabolmalar və bu kimi əskikgəlmələrdən başqa, malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması vergi tutulan əməliyyat sayılır. Maddə 164.1. Malların ixracından başqa, malların təqdim edilməsinin, işlər görülməsinin və xidmətlər göstərilməsinin aşağıdakı növlərindən, habelə idxalın aşağıdakı növlərindən ƏDV tutulmur: Maddə 164.1.18. kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən, sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr - 2014-cü il ######ın #-dən 13 il müddətinə; Maddə 166.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Ödəmə aşağıdakı vaxtda aparılmış sayılır: Maddə 166.1.1. Bu Məcəllənin 16.1.8-ci maddəsində göstərilən, nəzarət-kassa aparatı tətbiq edilməli olan fəaliyyət növləri istisna olmaqla digər fəaliyyət növləri üzrə nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin onun bank və digər ödəniş hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt; Maddə 166.1.1-1. Bu Məcəllənin 16.1.8-ci maddəsində göstərilən, nəzarət-kassa aparatı tətbiq edilməli olan fəaliyyət növləri üzrə ödənişlə (nağd və ya nağdsız) bağlı nəzarət-kassa aparatı çekinin vurulduğu tarix; Maddə 166.1.2. Qarşılıqlı hesablaşmalar aparıldıqda öhdəliyin ləğv edildiyi və ya ödənildiyi vaxt; 166.1.3. malların (işlərin, xidmətlərin) təqdim edilməsi üzrə yaranan debitor borclar üzrə – iddia müddətinin bitdiyi vaxt; Maddə 166.1.4. Natura şəklində aparıldıqda, habelə barter edildikdə – aktivlərin əldə edildiyi (barter edildiyi) vaxt; Maddə 166.1.5. Əvəzsiz təqdim edildiyi hallarda təqdimetmənin həyata keçirildiyi vaxt; Maddə 166.1.6. Tələb hüququ güzəşt edildikdə – güzəşt edilən məbləğ üzrə tələb hüququnun güzəşt edildiyi vaxt. Maddə 166.2. Bu Məcəllənin 159.5-ci maddəsi tətbiq edildikdə, malların (işlərin, xidmətlərin) qeyrikommersiya məqsədləri üçün verildiyi vaxt, malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması baş verdiyi vaxt (gün) vergi tutulan əməliyyatın vaxtı sayılır. Maddə 166.3. Bu Məcəllənin 159.6-cı maddəsi tətbiq edildikdə, vergi tutulan əməliyyatın (o cümlədən malların (işlərin, xidmətlərin) təqdim edilməsi üzrə yaranan debitor borclar üzrə) vaxtı ləğvetmənin qüvvəyə minməsindən bilavasitə əvvəlki vaxt (gün) sayılır. Maddə 166.5. Vergi tutulan əməliyyat üzrə iki və ya daha çox ödəmə aparılırsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat sayılır. Maddə 166.6. Ödəmə malların (işlərin, xidmətlərin) təqdim edilməsinədək həyata keçirildikdə, vergi tutulan əməliyyatın vaxtı ödəmənin həyata keçirildiyi vaxt sayılır. Vergi tutulan əməliyyat üçün iki və ya daha çox ödəmə aparılırsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Alınmış avans ödəmələri üzrə elektron qaimə-faktura verilməsinə yol verilmir. Maddə 166.7. Bu maddənin məqsədləri üçün ödəmə dedikdə, təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin və ya ƏDV məbləğinin ödənilməsi nəzərdə tutulur.”
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il ## #### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2024-cü il tarixli *** nömrəli Qərarı ilə ləğv edilmişdir). Maddə 6.1. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) müəyyən edir. Maddə 6.1.3. Vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür.
16. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. Inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
17. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 73.1. Inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri.
18. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
19. Cavabdeh onun üçün əlverişsiz olan məhkəmə aktından bütövlükdə şikayət verdiyindən verilmiş apellyasiya şikayəti üzrə hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyinə və əsaslılığına qiymət veriləcəkdir. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia ərizəsinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.
22. Bununla yanaşı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
23. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallardan görünür ki, iddiaçının hüquqi marağı onun barəsində qəbul edilmiş ## ###### 2025-ci il tarixli, **************** nömrəli qərarın ləğvinə yönəlmişdir.
24. Cavabdehin apellyasiya şikayətinin ümumiləşmiş dəlilləri ondan ibarətdir ki, 17.7%-lik çıxış göstəricisi müəssisənin təqdim etdiyi faktiki məlumatlara əsasən hesablanmışdır və hər hansı təxmini və ya normativ göstəriciyə deyil, yalnız real alış və istehsal göstəricilərinə əsaslanır. Qeyd olunan 17.7%-lik çıxış norması daha sonra beynəlxalq statistikalar və toxum növləri üzrə qəbul edilmiş qurutma səmərəliliyi ilə müqayisə olunaraq qeyd olunmuşdur. Vergi orqanı tərəfindən dəvət edilmiş mütəxəssis tərəfindən verilmiş rəylə məhkəmə sorğusuna əsasən alınmış xxxx arasında fərqlər müəyyən edilmiş, lakin məhkəmə tərəfindən bu iki xxxx arasında olan ziddiyətə qiymət verilməsi üçün alternativ sübut növündən istifadə edilməmişdir. Bundan başqa, səyyar vergi yoxlaması zamanı Vergi Məcəlləsinin 67-ci maddəsinin yoxlama dövründə qüvvədə olan tələblərinə əsasən əlaqəli məlumatlar, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin məlumatları araşdırılmışdır. Həmçinin, yoxlama zamanı əmlak vergisi avtonəqliyyat vasitələrinə (minik maşınlarına-niva markalı və s.) hesablanmışdır. Belə ki, vergi ödəyicisi təqdim etdiyi bəyannamədə həmin minik maşınlarını azadolmaya salmışdır. Buna görə də yoxlama ilə ümumilikdə 1204.11 manat əmlak vergisi hesablanmışdır.
25. Belə ki, işin hallarından müəyyən edilir ki, Azərbaycan Respublikası Cavabdeh “X1” MMC-nin nümayəndəsinin xxxxnə əsaslanaraq ##.##.2025-ci il tarixli, **************** nömrəli “Vergi ödəyicisinin vergi qanunverciliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı qəbul etmişdir. Iddiaçı isə cavabdeh orqanın qərarı ilə onun subyektiv hüquqlarına birbaşa müdaxilə edildiyini iddia etmiş və buna görə də həmin qərarını mübahisələndirmişdir.
26. Kollegiya aşağıdakılara görə hesab edir ki, vergi yoxlaması zamanı cavabdeh tərəfindən işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmamış, iddiaçının özünün müdafiəsi üçün gətirdiyi dəlillər nəzərə alınmamışdır.
27. Belə ki, “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2025-ci il tarixli, **************** nömrəli qərarda cavabdeh mənfəət vergisi üzrə aşağıdakı pozuntulara əsaslanmışdır. Səyyar vergi yoxlaması ilə müəssisənin gəlirləri vergi uçot-baza məlumatları, istehsal həcmi xxxx əsasında, əlavə istehsal həcminin satış dəyəri isə ekspert tərəfindən təqdim edilmiş bazar qiymətləri əsasında müəyyən edilmişdir.
28. Iddiaçının ##.##.2021-ci il tarixdən ##.##.2024-cü il tarixədək olan dövr üzrə tütün məhsullarının çeşidlər üzrə istehsal həcminin (aylar üzrə) müəyyən edilməsi barədə “X1” MMC tərəfindəntəqdim edilmiş ##.##.2025-ci il tarixli rəydə qeyd olunmuşdur ki, 2023–2024-cü dövr ərzində müəssisə tərəfindən ümumilikdə 5,307,328.90 kq yaş tütün alınıb və bu xammalın emalı nəticəsində 939,597.8 kq quru tütün istehsal olunmuşdur. Bu göstəricilər əsasında istehsal prosesinin ümumi verimlilik faizi aşağıdakı kimi hesablanmışdır(Cədvəl 1): Verimlilik % = (Istehsal quru tütün/alınmış yaş tütün) × 100 =(939597.8 / 5307328.9) × 100 ≈ 17.7%.
29. Sözügedən rəyin “Beynəlxalq göstəricilərlə müqayisə” bölməsində 2023–2024cü il ərzində yaş tütünün qurudulması nəticəsində əldə olunan ortalama çıxış nisbəti 17.7% təşkil etdiyi qeyd edilsədə, həmin bölmədə istinad olunan beynəlxalq mənbələrdə tütün yarpaqlarının qurudulması nəticəsində ümumiyyətlə 13–20% arası çıxışın alınması və 15% ortalama norma kimi qəbul olunması qeyd edilmişdir.
30. Kollegiya qeyd edir ki, “X2” MMC tərəfindən tərtib olunmuş ##.##.2025-ci il tarixli “xxxx”nə əsasən müəssisənin tütün istehsal həcmi 21115301,77 kq müəyyən olunmuşdur. Mütəxəssis tərəfindən müəssisənin öz hərəkət cədvəlinə əsasən yaş tütün məhsullarının qurudulduqdan sonra çəksinin 17,7%-inin saxlanıldığı qeyd edilmişdir. Sonradan müəssinənin bütün yaş tütün yarpaqlarıının alışı bu faziə vurularaq istehsal həcmi müəyyən edilmişdir.
31. Göründüyü kimi sözügedən rəydə ortalama norma kimi 15% qəbul olunması göstərilsə də, lakin heç bir əsaslandırma olmadan yaş tütünün qurudulması nəticəsində əldə olunan ortalama çıxış nisbəti 17.7% götürülmüşdür.
32. Ilk növbədə kollegiya “X2” MMC-nin əməkdaşı tərəfindən “ekspert” qismində rəy verməsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
33. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununda özəl ekspertiza fəaliyyəti göstərmək üçün ekspert müvafiq tələblərə cavab verməli, müsahibədən keçməli, şəhadətnamə aldıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən Məhkəmə Ekspertlərinin Reyestrinə daxil edilməlidir. Yalnız bundan sonra şəxs ekspertiza aparmaqda və ekspert rəyi verməkdə səlahiyyətli şəxs ola bilər. Əks halda bu ekspert rəyi deyil, xxxx hesab edilir və bu ekspert rəyini əvəz etmir. Baxılan işdə cavabdeh qərar qəbul edərkən istinad etdiyi rəyin ekspert rəyi, rəyi verən müəssisənin isə Məhkəmə Ekspertlərinin Reyestrinə daxil edilməsi müəyyən edilmir.
34. Sözügedən rəyə xxxx qismində qiymət verildikdə isə rəyi verən şəxsin bitkiçilik sahəsinə aid xüsusi biliklərə malik olmasını təsdiq edən hər hansı sənədin mövcud olmadığı müəyyən olunur.
35. Belə olan halda yalnız xarici internet resurslarından əldə olunmuş göstəricilər əsasında müvafiq ixtisasa malik olmayan şəxs tərəfindən verilmiş xxxxnə əsaslanaraq cavabdeh tərəfindən hesablanmış vergi borcunun məbləği faktiki olaraq şişirdilmişdir.
36. Kollegiya qeyd edir ki, buna görədə birinci instansiya məhkəməsi haqlı olaraq faiz nisbətinin yekun istehsal həcminin müəyyən edilməsinə təsirini nəzərə alaraq bu sahə üzrə peşəkar elmi-tədqiqat aparan Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi- Tədqiqat Institutundan rəy almışdır.
37. Həmin rəydən görünür ki, “iddiaçı tərəfindən istehsal edilən Amerika mənşəli Virciniya tipli tütün sortlarına münasibətdə qeyd edilir ki, Amerika mənşəli Virciniya tipli tütün sortları: Bu tütünlər iri yarpaqlıdır və ancaq xüsusi müasir tipli odlaqurutma kameralarında (istiliklə) qurudulur. Yaş/quru nisbəti: 5,5 : 1 və ya 6 : 1 nisbətində olur. Quru maddə çıxımı: 14% – 16% Quruma (Itki) faizi: 82% – 84%. Tərkibində şəkər miqdarı yüksək olduğu üçün düzgün qurutma rejimində çəki itkisi stabil qalır. Aparılmış tədqiqatlar göstərir ki, tütün qurudulması mürəkkəb bir proses olub uzun vaxt tələb edir. Belə ki, tütünün quruma faizi əsasən dərimlərdən asılı olaraq dəyişir. Quruma faizinə bir çox amillər ciddi təsir göstərir. Bura əsasən sortun morfobioloji xüsusiyyətləri, sahədəki bitki sıxlığı, torpaq-iqlim şəraiti, aparılan aqritexniki becərmə üsulları, dərim vaxtları və s. kimi amillər daxildir. Dərimlərdə bitkinin ən çox orta yarusunda olan yarpaqlardan istifadə olunur. Alt və yuxarı yarusda olan yarpaqlar əlavə emal üçün yaralı hesab olunmur. Respublikada becərilən Virciniya tipli tütün sortlarının odla qurutma kameralarında yaş haldan quru hala keçid əmsalı 2025-ci təsərrüfat ilində orta hesabla 14-15% təşkil etmişdir. Son zamanlar inştitutun elmi əməkdaları tərəfindən aparılmış tədqiqata əsalanaraq deyə bilərik ki, Amerika mənşəli Virciniya tütün sortları sortun bioloji xüsusiyyətlərindən asılı olaraq yaş halda odla qurutma kameralarında (sənaye üsulu ilə) quruduqdan sonra onun quruma halına keçid əmsalı orta hesabla 13-16% təşkil edir. Belə ki, X7 Stansiyasında aparılmış tədqiqatlara əsasən CC-35 tütün sortununun yaş haldan quruu hala keçid əmsalı orta hesabla 12-13% arasında tərədüd edir.”.
38. Göründüyü kimi tütünün qurudulması zamanı quruma faizinə onun sortunun morfobioloji xüsusiyyətləri, qurutma şəraiti (kamera növləri), tərkibində şəkərin miqdarı, torpaq-iqlim şəraiti, aparılan aqrotexniki becərmə üsulları, dərim vaxtları və s. kimi amillər təsir edir.
39. Bu faktorlar nəzərə alındıqda onu deməyə əsas verir ki, heç bir halda müxtəlif hava şəraitlərində və bitkinin müxtəlif yaruslarından toplanan yaş tütün yarpaqlarının qurudulduqdan sonra çəksinin stabil olaraq hər il 17,7%-də saxlanılması ağlabatan mühakimə əsasında mümkün deyil.
40. Məhz bu səhf yanaşma nəticəsində mütəxəssis tərəfindən 2021-2024-cü illər üzrə müəyyən edilmiş 15462 kq məhsul fərqinin yaranmasına səbəb olmuşdur ki, cavabdeh inzibati orqan da faktiki olaraq mövcud olmamış 15 tondan artıq məhsula vergi hesablamışdır.
41. Bununla yanaşı inzibati orqan dəlillərdən biri kimi ona istinad edir ki, vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim edilmiş vergi bəyannamələrində gəlir və xərclərin düzgün göstərilməməsi səbəbindən yoxlama zamanı Vergi Məcəlləsinin 67.2-ci maddəsinə əsasən anoloji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin göstəriciləri əsasında vergilərin hesablanmasına zərurət yarandığını, lakin bununla əlaqədar anoloji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin müəyyən edilmədiyi bildirilmiş və buna görədə cəmiyyətin 2021-2023-cü illər üzrə mənfəəti Vergi Məcəlləsinin 83.9-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2001-ci il tarixli ** nömrəli qərarına əsasən (əlavə və dəyişikliklər ##.##.2001-cü il tarixli ** nömrəli) şərti rentabellik səviyyəsi 20% götürülərək vergi hesablanmışdır.
42. Kollegiya bu dəlilə münasibətdə qeyd edir ki, ilk öncə cavabdeh tərəfindən anoloji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin müəyyən edilməsi istiqamətində hansı inzibati araşdırmanın aparılması işdən görünmür.
43. Digər tərəfdən Azərbaycan Respublikası Prezidentinin 2017-ci il ## ###### tarixli **** nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət proqramı”nın 7.5.5-ci bəndində tütün məhsullarının istehsalı, emalı və ixracı ilə məşğul olan yerli şirkətlər barədə məlumatların Azərbaycanda istehsal olunan malların vahid məlumat bazası üzrə portalda yerləşdirilməsi X15 və Kommunikasiya Mərkəzi, Kənd Təsərrüfatı Nazirliyi və Iqtisadiyyat Nazirliyinə tapşırılmışdır.
44. Eyni zamanda mövcud olan internet axtarış sistemlərində “Azərbaycanda tütün istehsalı, emalı və tütün məmulatlarının (siqaret və s.) hazırlanması ilə məşğul olan əsas şirkətlər” üzrə axtarış verildikdə ən azı beş şirkət haqqında məlumat əldə etmək mümkündür.
45. Bu baxımdan “anoloji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin müəyyən edilmədiyi” ilə bağlı cavabdehin dəlili əsassızdır.
46. Bununla bağlı Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyi vardır.
47. Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarında əks olunmuş hüquqi yanaşmaya görə “39. Belə ki,vergi orqanının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ, onun həmin məlumatlara münasibətdə seçim hüququnu deyil, həmin məlumatlardan istifadə etməklə hesablama aparmaq hüququnu nəzərdə tutur. Başqa sözlə, vergi orqanı həmin məlumatlardan istifadə etməklə hesablamanı aparmaq haqqına malikdir, lakin bunu həmişə etməyə borclu deyildir. Lakin hesablama aparmaq qərarına gəldiyi təqdirdə, vergi orqanı həm də bu qənaətini əsaslandırmağa, yəni hüququndan nəyə görə məhz bu qaydada istifadə etdiyini açıqlamağa borcludur. Nəzərə almaq lazımdır ki, qanunverici tərəfindən Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş sıra ardıcıllığı həmin məqsədlərə xidmət edir və bu məqsədlər baxımından təfsir olunmalıdır. 40. Məhkəmə kollegiyası qeyd edir ki, gəlirin əldə edilməsi ilə bağlı xərclərin sənədlərlə təsdiqini tapmadığına istinadən cavabdeh tərəfindən iddiaçıya münasibətdə şərti rentabelliyin birbaşa tətbiqi əsassız sayılmalıdır. Nəzərə almaq lazımdır ki, həmin normanın müddəalarına görə, əlaqəli məlumatlardan istifadə etməklə hesablama ilə bağlı diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı inzibati orqan tərəfindən mütənasiblik prinsipinin tələblərinə əməl olunmalı, şəxsin hüquqlarına müdaxilə inzibati orqanın nail olmaq istədiyi legitim məqsədə çatmaq üçün yararlı, zəruri və proporsional olmalıdır. 41. Bundan əlavə, hazırkı mübahisəyə münasibətdə həmçinin Vergi Məcəlləsinin67-ci maddəsinin (67.1-67.4-cü maddələrinin) tətbiqinin mümkünlüyünü, o cümlədən əlaqəli məlumatlardan istifadə etməklə ödənilməli vergi məbləğinin hesablanması qaydasının tətbiqini istisna edən və şərti rentabellik institutunun birbaşa tətbiqini zəruri edən əsaslar cavabdeh tərəfindən açıqlanmamışdır.”.
48. Kollegiya onu da nəzərə alır ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il # ###### tarixli ****-VIQD nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il # #### tarixli ** nömrəli Qərarının ləğv edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı” ilə ** nömrəli Qərar ləğv edilmişdir (qüvvəyə minmə tarixi ##.##.2024-cü il).
49. Inzibati orqan tərəfindən 2021-2023-cü illər üzrə mənfəəti Vergi Məcəlləsinin 83.9-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2001-ci il tarixli ** nömrəli qərarına əsasən hesablanmış, yekunda iddiaçı barəsində ##.##.2025-ci il tarixdə qərar qəbul edilmişdir. Yəni mübahisələndirilən inzibati akt onun qəbulu zamanı qüvvədə olmayan hüquq normasına istinadən qəbul edilmişdir.
50. Ali Məhkəmənin yuxarıda göstərilən Qərarında qeyd edilmişdir ki, “48. Vergi orqanı tərəfindən vergitutma obyektinin (o cümlədən gəlirin/mənfəətin) müəyyən olunmasının əsas qismində isə Vergi Məcəlləsinin 67-ci maddəsi çıxış edir. Başqa sözlə, qeyd olunan norma şəxsə münasibətdə vergi öhdəliyinin müəyyənləşdirilməsi ilə bağlı dispozisiya şərtlərini təsbit edir. Bu qənaətə gəlmək üçün həmin normanın adına nəzər yetirmək kifayətdir: Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları. Burada istifadə olunan “qaydalar” ifadəsi vergi öhdəliyinin müəyyənləşdirilməsinin prosedur qaydalarını deyil, şəxsin vergi öhdəliyini, yəni vergi hüquq münasibəti subyektinin vəzifəsinin məzmununu müəyyənedən hüquqi tənzimləməni nəzərdə tutur. Bu səbəbdən həmin normanın prosessual norma kimi təfsir edilməsi yolverilməzdir. 49. Xüsusilə nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinin şərti rentabellik normasının tətbiqini tənzimləyən 67.14-cü və 83.9-cu maddələrinin xx.xx.2024-cü il tarixdən qüvvədən düşməsinə (Məcəllədən çıxarılmasına) rəğmən, vergi orqanları tərəfindən 2020-2023-cü illər üzrə vergi yoxlamaları keçirilərkən qeyd olunan normalar vergi öhdəliyinin müəyyən olunmasının maddi hüquqi əsası qismində tətbiq edilir. Yəni analoji işlər üzrə praktikadan görünür ki, vergi orqanları da Məcəllənin 67-ci maddəsini maddi hüquq norması kimi qiymətləndirir və vergi münasibətlərinin yarandığı dövrə həmin dövrdə qüvvədə olmuş müvafiq normanı tətbiq edir. Bu hal da məhkəmə kollegiyasının bu qərarda ifadə olunmuş hüquqi mövqeyində haqlı olduğunu bir daha təsdiq edir.”.
51. Qeyd olunmalıdır ki, inzibati orqan tərəfindən 2021-2023-cü illər üzrə mənfəəti Vergi Məcəlləsinin 83.9-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2001-ci il tarixli ** nömrəli qərarına əsasən (əlavə və dəyişikliklər ##.##.2001-cü il tarixli ** nömrəli) şərti rentabellik səviyyəsi 20% götürülərək müəssisənin əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında hesablanması kassasiya instansiyasının formalaşmış vahid məhkəmə təcrübəsinə də ziddir.
52. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ## ##### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarında əks olunmuş mövqe ondan ibarətdir ki, “26....cavabdeh xərcləri təsdiq edən sənədlərin natamam olduğuna istinadən, xərcləri ümumiyyətlə nəzərə almadan iddiaçıya 2022-ci ilin gəlir vergisi üzrə əlavə 1874,45 manat vergi məbləği hesablamaqda haqlı olmamış, bu zaman cavabdeh Vergi Məcəlləsinin 67ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, analoji faktlara əsaslanan oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi və hüquqi mövqe ondan ibarətdir ki, Vergi Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə görə, müvafiq vergi yoxlamasının aparılması zamanı sənədlər tam və ya qismən mövcud olmadıqda və ya təqdim edilmədikdə, vergi orqanı vergi ödəyicisinə aid əlaqəli məlumatlardan, belə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinə aid vergi orqanında olan məlumatlardan istifadə etməklə, bu da mövcud olmadıqda son zərurət kimi şərti rentabellik normasını tətbiq etməklə ödənilməli vergi məbləğini hesablaya bilər. Lakin hazırkı mübahisəyə münasibətdə cavabdeh vergi məbləğini malın dəyərini, yəni gəlirin əldə edilməsi ilə bağlı xərcləri nəzərə almadan birbaşa gəlir əsasında hesablamışdır. Lakin hesablamanın bu qaydada tətbiqi yolverilməz sayılmalıdır. Nəzərə almaq lazımdır ki, vergi orqanının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan, analoji vergi ödəyicisinin məlumatlarından istifadə etməklə və ya şərti rentabellik normasını tətbiq etməklə (##.##.2024-cü il tarixədək olan vergi dövrləri üzrə) hesablamaq öhdəliyi Vergi Məcəlləsinin 24.1.1-ci maddəsi ilə müəyyən olunan vergilərin düzgün hesablanması vəzifəsindən irəli gəlir. Yəni, vergi ödəyicisinin gəlir və ya xərclərini təsdiq edən sənədlər mövcud olmadıqda və ya natamam olduqda belə, vergi orqanı qanunvericiliyin müəyyən etdiyi imkanlar əsasında rəsmiləşdirilməyən gəlir və ya xərci müəyyən etməyə borcludur. Vergi ödəyicisinin uçot vəzifələrini yerinə yetirməməsi və ya malın sənədini əldə etməməsi cavabdeh tərəfindən qanunvericiliyin müvafiq normalarının tətbiqindən imtina üçün əsas ola bilməz. Hazırkı iş üzrə Vergi Məcəlləsinin 67-ci maddəsini tətbiq etməli olan cavabdeh bundan imtina etmişdir. Həmin normada təsbit olunmuş əlaqəli məlumatlardan və ya analoji vergi ödəyicisinin məlumatlarından istifadə etməklə iddiaçının ödəməli olduğu mənfəət (gəlir) vergisinin müəyyən olunması inzibati orqanın vəzifəsidir. Vergi Məcəlləsinin 67-ci maddəsinin mahiyyətinə görə, vergi orqanı ödənilməli olan verginin məbləğini hesablayarkən hər bir halda əlaqəli məlumatlardan, analoji vergi ödəyicisinin məlumatlarından istifadə etməli və ya şərti rentabellik normasını tətbiq etməlidir. Cavabdeh iddiaçıya vergi hesablanarkən Vergi Məcəlləsinin 67-ci maddəsinə istinad olunduğunu qeyd etsə də, onun tərəfindən verginin həmin maddənin tələbləri qaydasında hesablandığına dair məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Cavabdeh gəlirin əldə edilməsi ilə bağlı rəsmi sənədlərlə təsdiqini tapan xərcləri qəbul etməklə kifayətlənmiş, Vergi Məcəlləsinin 67-ci maddəsi ilə müəyyən olunan imkanlardan istifadə edərək, iddiaçı üçün əlverişli halları nəzərə almamış və verginin düzgün hesablanmasını təmin etməmişdir. Əslində cavabdeh müvafiq əlaqəli məlumatlar əsasında iddiaçının mövcud xərclərini və bunun üzərindən mənfəətini (gəlirini) müəyyən edə bilərdi. Həmçinin, analoji vergi ödəyicisinə aid məlumatların araşdırılması istiqamətində də cavabdeh tərəfindən heç bir tədbir görülməmişdir. Hətta son zərurət olaraq şərti rentabellik normasının tətbiqi istiqamətində də inzibati araşdırma aparılmamışdır. Odur ki, cavabdeh tərəfindən aparılmış hesablama əsassız sayılmalıdır.”.
53. Kollegiya iddiaçı hüquqi şəxsə əmlak vergisi tətbiq edilməsinə münasibətdə qeyd edir ki, Vergi Məcəlləsinin 199.9-cu maddəsinə əsasən kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən, sənaye üsulu ilə) hüquqi və fiziki şəxslər həmin fəaliyyət prosesində istifadə olunan əmlaka görə 2014-cü il ######ın #-dən 13 il müddətinə əmlak vergisini ödəməkdən azaddırlar. Odur ki, yoxlanılan dövrlərdə iddiaçı müəssisə əmlak vergisindən azaddır. Vergi Məcəlləsi vergi ödəyicilərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına nəzarət etmək və büdcədən vergi məbləğlərinin yayındırılmasının qarşısının alınması (o cümlədən, vergilərin hesablanması üçün) məqsədilə vergi orqanına müxtəlif tədbirlər həyata keçirmək səlahiyyəti vermişdir ki, bunlar: kameral vergi yoxlaması, səyyar vergi yoxlaması və operativ vergi yoxlamasıdır. Vergi qanunvericiliyi hər üç yoxlamanın keçirilmə şərtlərini, qaydalarını tənzimləmişdir və vergi orqanı qanunvericiliyin yol verdiyi hədlərdə qeyd edilən yoxlamalardan hər hansı birini seçməkdə diskresion səlahiyyətə malikdir.
54. Göründüyü kimi, hazırkı iddia mübahisələndirmə haqqında iddia olduğundan mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Lakin cavabdeh inzibati orqan hazırkı işdə zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmiş, vergi yoxlaması ilə bağlı icraat qüsurlu aparıldığından nəticədə iddiaçı barəsində yüksək məbləğdə əsassız vergi məbləği hesablanmışdır.
55. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
56. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmir. Şəki Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli *-*(*-**)-***/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılır. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.