Məhkəmə qərarları › İş №2-1(3-10)-386/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-10)-386/2026

15.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 2-1(3-10)-386/2026 15.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Mustafayev Etibar Mustafa oğlu (məruzəçi), Musayev Vüqar Ələkbər oğlu və X1 ibarət tərkibdə, Sədiyev Elvin İlham oğlunun katibliyi, iddiaçının nümayəndəsi nümayəndə4, ərizəçinin nümayəndəsi nümayəndə1 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsinə qarşı “əmək pensiyasının yenidən hesablanması və keçmiş dövr üzrə pensiya məbləğinin ödənilməsi” tələbinə dair iddiası üzrə iş materiallarına və Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəsinə dair iş üzrə Şəki İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(**)-***/**** nömrəli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları:

1. Şəki İnzibati-İqtisadi Məhkəməsinin *-*(**)-***/**** saylı iş üzrə ## ### 2017- ci il tarixli qərarı ilə iddiaçı İddiaçı iddiası təmin edilərək, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 2004 – 2005-ci illərin əmək haqları əsas götürülməklə yenidən hesablanması və pensiya hüququnun yarandığı ## ###### 2008-ci il tarixdən hazırkı vaxtadək yaranmış fərqin ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsinin üzərinə qoyulmuşdur.

2. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının *-*(***)-***/**** saylı iş üzrə ## #### 2017-ci il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsinin apellyasiya şikayəti təmin edilməmiş və Şəki İnzibatiİqtisadi Məhkəməsinin *-*(**)-***/**** saylı iş üzrə ## ### 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

3. Ali Məhkəmənin İnzibati-İqtisadi Kolegiyasının *-*(***)-****/**** saylı iş üzrə ## ######## 2017-ci il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsinin kassasiya şikayəti təmin edilməmiş və Şəki Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının *-*(***)-***/**** saylı iş üzrə ## #### 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

4. Şəki İnzibati-İqtisadi Məhkəməsinin *-*(**)-***/**** saylı iş üzrə ## ### 2017- ci il tarixli qərarı qanuni qüvvəyə mindikdən sonra onun surəti (nüsxəsi) həmin məhkəmənin ## ####### 2017-ci il tarixli məktubu ilə icra olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsinə göndərilmişdir.

5. ## ###### 2024-cü il tarixdə DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən Şəki İnzibati Məhkəməsinə sözügedən mübahisəyə dair Şəki İnzibati- İqtisadi Məhkəməsinin *-*(**)-***/**** saylı iş üzrə ## ### 2017-ci il tarixli qərarına qarşı yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəsi daxil olmuşdur.

6. Şəki İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli *-*(**)-***/**** nömrəli qərardadı ilə “yeni açılmış hallara dair” ərizə mümkün sayılmamışdır.

7. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadı ilə Şəki İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli *-*(**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılımışdılr.

8. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmayaraq şikayətin qəbulundan imtina edilmişdir. Birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:

9. ## ###### 2026-cı il tarixdə Şəki İnzibati Məhkəməsinə DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının sözügedən mübahisəyə dair Şəki İnzibati- İqtisadi Məhkəməsinin *-*(**)-***/**** saylı iş üzrə ## ### 2017-ci il tarixli qərarına qarşı yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəsi daxil olmuşdur.

10. Ərizə onunla əsaslandırılmışdır ki, “Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə qəbul edilmiş ## ###### 2025-ci il tarixli qərara əsasən İddiaçı Xocalı Rayon Kənd Təsərrüfatı və Ərzaq İdarəsinin X2 adından ## ###### 2010-cu il tarixli, ** №-li saxta əmakhaqqı arayışı əsasında yenidən hesablanmış pensiya işi üzrə Əliyev Vüsal Arif oğlunun barəsində AR CM-in 320.1 və 320.2-ci maddələri ilə cinayət təqibinə AR CPM-in 39.1.3-cü maddəsinə əsasən (cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdikdə) hissəvi xitam verilmişdir. Həmin qərardan o da görünür ki, istintaq zamanı PX ** saylı Cəzaçəkmə Müəssisəsində cəzaçəkən Vüsal Əliyev ifadəsində müvafiq şəxslərə aid saxta sənədləri şəxsən tərtib edərək məhkəmələrə təqdim etdiyini göstərmişdir. Beləliklə, yuxarıda göstərilənlər nəzərə alınaraq hesab edilir ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi əsası ilə qəbul edilmiş ## ###### 2025- ci il tarixli xitam qərarı və orada sadalanan hallar hazırkı iş üzrə icraatın yeni açılmış hallarla bağlı təzələnməsi üçün yeni sübutlardır. İddiaçı təyin edilmiş pensiyanın yenidən hesablanması ilə bağlı aparılan inzibati məhkəmə icraatı zamanı işin araşdırılması və ədalətli həll olunması üçün ona məxsus Xocalı Rayon KTƏİ X2 adından ## ###### 2010cu il tarixli, ** №-li saxta əməkhaqqı arayışı həlledici əhəmiyyət kəsb edib və həmin sənədin saxtalaşdırılması faktı öz təsdiqini tapır. ## ###### 2008-ci il tarixdən hüququ olmadığı halda məhkəmə qətnaməsi və qərarları əsas götürülməklə həmin tarixdən İddiaçı qanunazidd olaraq yüksək məbləğdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı aparılacağı təqdirdə qanunazidd aylıq pensiyanın məbləği 3.619,53 manat və ötən dövr üzrə ödənilməli fərq məbləği 350.858,84 manat təşkil etməklə Fondun büdcəsindən külli miqdarda vəsaitin əsassız xərclənməsinə səbəb olacaqdır. İddiaçı təyin edilmiş pensiyanın yenidən hesablanması ilə əlaqədar işə mahiyyəti üzrə məhkəmədə baxılarkən təqdim etdiyi sənədlərin saxtalaşdırılması faktı məhkəməyə və hazırkı iş üzrə ərizə verən şəxsə məlum olmamışdır. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin ## ###### 2025-ci il tarixli qərarı ərizəçiyə İdarənin ## ###### 2025-ci il tarixli məktubu ilə təqdim olunmuşdur. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Sənəd dövriyyəsi” altsistemi vasitəsilə əldə edilmiş məlumata əsasən həmin məktub Nazirliyə ## ###### 2025-ci il tarixində 3-17/1-24036/2025 nömrəsi ilə daxil olmuşdur. Beləliklə, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Sənəd dövriyyəsi” altsistemi vasitəsilə əldə edilmiş məlumata əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə əsas olan yeni sübutlar və hallar həmin sübutların və halların əks olunduğu Baş İdarənin ## ###### 2025-ci il tarixli qərarının Nazirliyə daxil olduğu ## ###### 2025-ci il tarixdə ərizəçiyə məlum olmuşdur. Bu səbəbdən, hazırkı iş üzrə ərizəçi tərəfindən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin verilməsi üçün nəzərdə tutulmuş 3 aylıq (İPM-in 103.1-ci maddəsi üzrə) müddət buraxılmamışdır. Hazırkı iş üzrə ərizəçi olan Şöbənin əsl ərizəçi Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilməsi zərurəti də yaranmışdır. Göstərilənlərə əsaslanaraq, Şəki İnzibati-İqtisadi Məhkəməsinin ## ### 2017-ci il tarixli *-*(**)-***/**** nömrəli qərarının ləğv edilməsi və həmin iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi, ərizəçi Fondun Ağdaş rayon şöbəsinin əsl ərizəçi olan Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilməsi məhkəmədən xahiş olunur.”.

11. Şəki İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(**)-***/**** nömrəli qərardadı ilə “yeni açılmış hallara dair” ərizə təmin edilərək, Şəki İnzibati-İqtisadi Məhkəməsinin icraatında olmuş *-*(**)-***/**** nömrəli iş üzrə məhkəmə icraatı yeni açılmış hallarla bağlı təzələnmişdir.

12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “Şəki İnzibati-İqtisadi Məhkəməsinin *-*(**)-***/**** saylı iş üzrə ## ### 2017-ci il tarixli qərarı qanuni qüvvəyə mindikdən sonra, ilkin məhkəmə icraatında inzibati orqana (DSMF-yə) məlum olmayan və məhkəməyə təqdim olunmayan sübut sonradan aşkar olunmuşdur. Məhkəmənin mövqeyinə görə qeyd olunanlarla yanaşı yeni açılmış hallarla bağlı təqdim olunan bu sübut həm də mübahisə üçün mühüm əhəmiyyət kəsb etdiyindən, yeni açılmış hal mövcud qiymətləndirilməlidir. Ərizənin 2026-cı ilin yanvar ayında verilməsi məsələsinə gəldikdə isə məhkəmə vurğulayır ki, prokurorluq orqanının icraatındakı müvafiq cinayət işi üzrə xüsusatlarla bağlı ərizəçi (DSMF) 2025-ci ilin dekabr ayında məlumatlandırıldığından, İPM-in 103.1-ci maddəsində göstərilən 3 aylıq müddət ötürülməmişdir. Prosessual qanunvericilikdə müəyyən edilmiş digər müddətə gəldikdə isə, qanuni qüvvəyə minmiş hökm mövcud olmasa da, məsələnin müvafiq cinayət işinin istintaqından qaynaqlandığını, həmin cinayət işində aidiyyəti şəxsin məsuliyyəti, təqsiri sübuta yetirildiyi halda onun etimad hüququnun qanunla qorunmaması ehtimalını, eləcə də bu qəbildən olan hallar üzrə analogiyanın (İPM-in 103.2-ci maddəsinə münasibətdə) tətbiqinin qanunla qadağan olunmamasını nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, yeni açılmış hallar üzrə icraatın təzələnməsi barədə hazırkı ərizənin verilməsi bununla bağlı müəyyənləşdirilmiş müddət kriteriyasının da pozulması kimi qiymətləndirilə bilməz. Məhkəmə həmçinin qeyd edir ki, ərizəçi DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının “yeni açılmış hallarla bağlı icraatın təzlənməsi barədə” ərizəsində həm də Şəki İnzibati-İqtisadi Məhkəməsinin ona qarşı ərizə verilmiş qərarının yeni açılmış hallarla bağlı ləğv olunması xahiş olunur. Lakin nəzərə alınmalıdır ki, İPM-in 107.2-ci maddəsinə görə mübahisə ilə bağlı iş üzrə məhkəmənin yeni qərarı ilkin qərarı əvəz edir. Bu isə o deməkdir ki, icraat təzləndikdə ilkin qərarın ləğvinə yol verilmir. Odur ki, məhkəmə ərizədə bu xüsusatın qeyd olunmasını formal xəta kimi qiymətləndirir. Bundan başqa, formalaşmış inzibati praktikaya görə ərizəçi DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı müvafiq inzibati mübahisə üzrə keçmiş DSMF rayon (şəhər) şöbələrinin, o cümlədən DSMF Ağdaş rayon şöbəsinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı ilə bağlı səlahiyyətlərini hazırda həyata keçirən qurumdur. Hazırkı qərardad qanuni qüvvəyə mindikdən sonra yenilənmiş məhkəmə icraatında iş üzrə cavabdehin əvəz edilməsi məsələsinə baxıla bilər. İPM-in 81.1-ci maddəsinə əsasən inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Beləliklə məhkəmə hesab edir ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin icraatında olmuş *-*(**)-***/**** nömrəli iş üzrə məhkəmə icraatı yeni açılmış hallarla bağlı təzələnməlidir.”.

13. İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini, yeni açılmış hallara dair ərizənin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinin dəlilləri:

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Şəki İnzibati Məhkəməsinə "əmək pensiyasının yenidən hesablanması və keçmiş dövr üzrə pensiya məbləğinin ödənilməsi” tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişəm. Mənim verdiyim iddia üzrə ƏƏSMN-nin DSMF-nun məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialının yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə vermişdir. Şəki İnzibati Məhkəməsi də DSMF-nun məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialının yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizəsini təmin etmişdir. Mən isə Şəki İnzibati Məhkəməsinin 2-1 (**)-***/**** saylı. ##.##.2026-cı il tarixli qərarına ilə razı deyiləm və həmin qərarı əsassız hesab edirəm. Beləki, DSMF-nun məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialı mənim dəfələrlə təmin edilmiş iddia və tələblərimi könüllü icra etməkdən yayınmaq üçün Şəki İnzibati Məhkəməsinə əsassız və həqiqətə uyğun olmayan məlumatlar verərək məhkəməni yanıltmağa, əsassız olaraq da öhdəlikdən boyun qaçırmağa çalışır. Bildirirəm ki, Şəki İnzibati-İqtisadi Məhkəməsi 2-1 (**)-***/**** saylı, ##.##.2017-ci ii tarixli qərarı ilə iddia tələbimi qismən təmin edərək ƏƏSMN-nin DSMFnun Ağdaş rayon şöbəsinin üzərin öhdəlik qoymuşdur. ƏƏSMN-nin DSMF-nun Ağdaş rayon şöbəsi tərəfindən həmin qərardan şikayət verilmiş, Şəki Apellyasiya Məhəkəməsi *-*(***)-***/**** saylı, ##.##.2017-ci il tarixli qərarı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin *-*(**)-***/**** saylı, ##.##.2017-ci il tarixli qərarını qüvvədə saxlamışdır. Bundan sonra ƏƏSMN-nin DSMF-nun Ağdaş rayon şöbəsi tərəfindən həmin qərardan kassasiya şikayəti verilmiş, A.R-nın Ali Məhkəməsinin *-*(***)-****/** saylı, ##.##.2017-ci il tarixli qərarı ilə də Şəki Apellyasiya Məhəkəməsi *-*(***)-***/**** saylı, ##.##.2017-ci il tarixli qərarı qüvvədə qalmışdır. 2025-ci ildə qanuni qüvvəsini almış qətnamənin icrasından boyun qaçırmaq üçün ƏƏSMN-nin DSMF-nun məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialı, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair əsassız ərizə vermişdir. Şəki İnzibati Məhkəməsi də 2-1(84)-452/2017saylı, ##.##.2025-ci İl tarixli qərarı ilə ƏƏSMNnin DSMF-nun məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialının yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizəsini əsassız olduğu üçün mümkün saymamışdır. ƏƏSMN-nin DSMF-nun məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialı, həmin qərardan apellyasiya şikayəti vermiş. Şəki Apellyasiya Məhkəməsinin *-*(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (**)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərarını qüvvədə saxlamışdır. Bundan sonra ƏƏSMN-nin DSMFnun Ağdaş rayon şöbəsi tərəfindən həmin qərardan kassasiya şikayəti verilmiş, A.R-nın Ali Məhkəməsinin *-*(***)-****/** saylı, ##.##.2025- ci il tarixli qərarı ilə də Şəki Apellyasiya Məhəkəməsinin *-*(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərarı qüvvədə qalmışdır. ƏƏSMN-nin DSMF-nun məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialı əsaasız ərizə və tələblərlə məhkəməni yanıtmağa çalışmaqla öhdəlikdən boyun qaçırmağa çalışır. Odur ki. Şəki İnzibat Məhkəməsinin *-*(**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə razı deyiləm.”. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

15. Ərizəçi apellyasiya şikayətinə qarşı etirazında qeyd etmişdir ki, “aşağıda qeyd olunanlara əsasən, İddiaçı işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraat yeni açılmış hallarla bağlı icraat üzrə təzələnməlidir. Belə ki, Azərbaycan Respublikasının inzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 100-cü maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, inzibati məhkəmə icraatının iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Göründüyü kimi, qanunverici inzibati məhkəmə icraatı başa çatsa da, aşağıdakı dispozisiya şərtləri birlikdə mövcud olduğu halda həmin icraatın təzələnməsini mümkün hesab etmişdir: sonradan yeni sübutların və ya halların aşkar olunması; həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmaması. Hazırkı iş üzrə də qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraat təzələnməsi üçün əsas olan yeni sübutlar və hallar aşkar edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində (bundan sonra - Baş İdarə) istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə qəbul edilmiş cinayət işinin icraatına hissəvi xitam verilməsi haqqında ## ###### 2025-ci il tarixli qərarına əsasən digər şəxslərlə yanaşı, İddiaçı Xocalı Rayon Kənd Təsərrüfatı və Ərzaq İdarəsinin X2 adından ##.##.2010-cu il tarixli, ** №-li saxta əməkhaqqı arayışı əsasında Şəki İnzibati-İqtisadi Məhkəməsinin ##.##.2017-ci il tarixli qərarı ilə (Şəki Apellyasiya Məhkəməsinin ##.##.2017-ci il tarixli qərarı, Ali Məhkəmənin ##.##.2017-ci il tarixli qərarı, hüquqi faktın təsdiq edilməsi ilə bağlı Ağdaş Rayon Məhkəməsinin ##.##.2013-cü il tarixli və ##.##.2014-cü il tarixli qərarları) yenidən hesablanmış pensiya işi üzrə Əliyev Vüsal Arif oğlunun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri ilə cinayət təqibinə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən (cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdikdə) hissəvi xitam verilmişdir. Həmin qərardan o da görünür ki, istintaq zamanı Penitensiar Xidmətin ** saylı cəzaçəkmə müəssisəsində cəzaçəkən Əliyev Vüsal Arif oğlu ifadəsində həmin şəxslərə aid saxta sənədləri şəxsən tərtib edərək məhkəmələrə təqdim etdiyini göstərmişdir. Eləcə də, iş üzrə toplanmış sübutlarla müəyyən edilmişdir ki, Əliyev Vüsal Arif oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Baş idarənin xitam qərarından da göründüyü kimi: hazırda məhkum olunmuş Əliyev Vüsal Arif oğlu tərəfindən İddiaçı aid saxta sənədlər hazırlanmış və məhkəməyə təqdim edilmiş; həmin saxta sənədlər əsasında məhkəmə tərəfindən İddiaçı təyin edilmiş pensiyanın yenidən hesablanması öhdəliyi Şöbənin üzərinə qoyulmuş; Əliyev Vüsal Arif oğlunun sənəd saxtalaşdırma və bilə-bilə həmin saxta sənədlərdən istifadə etmə cinayət əməllərini törətməsi müəyyən edilmiş; Saxta sənədlər rəhbər tutulmaqla qəbul edilmiş məhkəmə qərarı əsasında iddiaçıya pensiya təyinatı aparılmış; cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən (bəraətverici olmayan əsasla) İddiaçı pensiya işi üzrə Əliyev Vüsal Arif oğlunun barəsində cinayət təqibinə hissəvi xitam verilmişdir. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq hesab edirik ki, Baş İdarənin cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi əsası ilə qəbul edilmiş ## ###### 2025- ci il tarixli xitam qərarı və orada sadalanan hallar hazırkı iş üzrə icraatın yeni açılmış hallarla bağlı təzələnməsi üçün yeni sübutlardır. Oxşar mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ###### 2015-ci il tarixli Qərarında da öz əksini tapmışdır. Belə ki, həmin qərarda göstərilmişdir ki, “təqsirləndirilən şəxsin ölməsi, amnistiya və ya cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçdiyi hallarda cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinin mümkün olmaması səbəbindən qanunsuz, yaxud əsassız qətnamənin çıxarılmasına səbəb olmuş şahidin bilə-bilə yalan ifadələr verməsi, ekspertin bilə-bilə yalan rəy verməsi, tərcüməçinin bilə-bilə düzgün tərcümə etməməsi, sənədlərin və ya maddi sübutların saxtalaşdırılması yeni açılmış hallar üzrə məhkəmə aktlarına yenidən baxılmasına əsas ola bilər.”. Bundan əlavə, bildiririk ki, Baş İdarənin ## ###### 2025-ci il tarixli xitam qərarına əsasən müəyyən edilmiş sənədlərin (əmək haqqı arayışının) saxtalaşdırma faktı hazırkı ərizə ilə mübahisələndirilən Şəki İnzibati-iqtisadi Məhkəməsinin ## ### 2017-ci il tarixli 2- *(**)-***/**** nömrəli qərarının qəbul edilməsinə əsas olmuş və həmin qərarın qəbul edilməsinə birbaşa, açıq-aşkar təsir göstərmişdir. Belə ki, qanunvericiliyin tələblərinə əsasən, İddiaçı iddia ərizəsində tələb etdiyi ##.##.2008-ci il tarixindən əməkhaqqı əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması üçün aşağıdakı sənədlərin təqdim edilməsi tələb olunurdu: şəxsiyyət vəsiqəsinin surəti; əmək kitabçası; işəgötürən tərəfindən verilən güzəştli şərtlərlə pensiya hüququ verən iş stajı və həmin işin xarakteri barədə arayış; işəgötürən tərəfindən verilən əməkhaqqı arayışı. Nəticə etibarilə, İddiaçı təyin edilmiş pensiyanın yenidən hesablanması ilə bağlı aparılan inzibati məhkəmə icraatı zamanı işin araşdırılması və ədalətli həll olunması üçün iddiaçıya məxsus Xocalı Rayon Kənd Təsərrüfatı və Ərzaq İdarəsinin X2 adından ##.##.2010-cu il tarixli, ** №-li saxta əməkhaqqı arayışı həlledici əhəmiyyət kəsb edib. Şəki İnzibati-iqtisadi Məhkəməsinin ##.##.2017-ci il tarixli 2-1 (84)-***/**** №-li qərarında qeyd edilənlərə görə İddiaçı cavabdeh şöbəyə qarşı iddia ərizəsi ilə Şəki İnzibati-iqtisadi Məhkəməsinə müraciət edərək “2004-2005-ci illərin əmək haqları əsas götürülməklə pensiyanın yenidən hesablanması və pensiya hüququnun yarandığı tarixdən hazırkı vaxtadək yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Ağdaş Rayon Məhkəməsinin ##.##.2013-cü il tarixli 2(014)-****/**** №-li və ##.##.2014-cü il tarixli *(***)-***/**** nömrəli qətnamələrinə, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Xocalı Rayon Kənd Təsərrüfatı və Ərzaq İdarəsinin X2 ##.##.2010-cu il tarixli ** №-li əməkhaqqı arayışına istinad etməklə Şəki İnzibati-İqtisadi Məhkəməsinin qəbul etdiyi ##.##.2017-ci il tarixli 2-1 (84)-***/**** №-li qərarı ilə İddiaçı iddiası qismən təmin edilmiş, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 2004-2005-ci illərin əməkhaqları əsas götürülməklə pensiyanın yenidən hesablanması və pensiya hüququnun yarandığı ##.##.2008-ci il tarixdən hazırkı vaxtadək yaranmış fərqin ödənilməsi öhdəliyi şöbənin üzərinə qoyulmuşdur. Lakin yuxarıda da vurğulandığı kimi, Baş İdarənin ## ###### 2025ci il tarixli xitam qərarında Şəki İnzibati-İqtisadi Məhkəməsi tərəfindən iddia təmin edilərkən əsas götürülmüş sözügedən sənədlərin saxtalaşdırılması faktı öz təsdiqini tapmışdır. Göstərilən xüsusatlar isə ## ###### 2025-ci il tarixli xitam qərarının və həmin qərarla müəyyən edilmiş halların əvvəlki iş üzrə nə qədər həlledici əhəmiyyətə malik olduğunu bir daha təsdiq edir. Çünki, qeyd edilən sənədlərin saxta olması faktı Şəki İnzibati-İqtisadi Məhkəməsinə həmin iş üzrə qərar qəbul edilərkən məlum olsaydı, həmin qərarın nəticə hissəsi əhəmiyyətli dərəcədə fərqlənər və iddianın təmin olunmaması ilə nəticələnərdi. Eyni mövqe, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması ilə bağlı qəbul etdiyi ## #### 2016-cı il tarixli Qərarında da qeyd olunmuşdur. Belə ki, həmin qərarda vurğulanmışdır ki, “işə əvvəllər baxılarkən məlum olmayan materialların iş üçün həlledici əhəmiyyətə malik olması onunla ifadə olunur ki, belə hallar (materiallar) işə baxılması zamanı aşkar edilsəydi, başqa məzmunda məhkəmə aktı qəbul edilmiş olardı”. Məlumat üçün bildirirk ki, ##.##.2008-ci ildən hüququ olmadığı halda məhkəmə qətnaməsi və qərarları əsas götürülməklə həmin tarixdən İddiaçı qanunazidd olaraq yüksək məbləğdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı aparılacağı təqdirdə qanunazidd aylıq pensiyanın məbləği 3.619,53 manat və ötən dövr üzrə ödənilməli fərq məbləği 350.858,84 manat təşkil etməklə Fondun büdcəsindən külli miqdarda vəsaitin əsassız xərclənməsinə səbəb olacaqdır. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə bildiririk ki, İddiaçı işi üzrə yeni açılmış hallara dair ərizənin verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş müddət də ötürülməmişdir. Belə ki, İPMin 103.1-ci maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Qeyd edilənlərə uyğun olaraq bildiririk ki, İddiaçı təyin edilmiş pensiyanın yenidən hesablanması ilə əlaqədar işə mahiyyət üzrə məhkəmədə baxılarkən onun tərəfindən təqdim edilmiş sənədlərin saxtalaşdırılması faktı məhkəməyə və hazırkı iş üzrə ərizə verən şəxsə məlum olmamışdır. Qeyd olunan fakt Baş İdarənin ## ###### 2025- ci ii tarixli xitam qərarı ilə müəyyən edilmişdir. Sözügedən qərar isə ərizəçiyə Baş idarənin ##.##.2025-ci il tarixli *-*-***/*-******/**** nömrəli məktubu ilə təqdim olunmuşdur. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sənəd dövriyyəsi” altsistemi vasitəsilə əldə edilmiş məlumata əsasən, həmin məktub Nazirliyə ##.##.2025-ci il tarixində 3-17/1-24036/2025 nömrəsi ilə daxil olmuşdur. Beləliklə, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sənəd dövriyyəsi” altsistemi vasitəsilə əldə edilmiş məlumata əsasən, yeni açılmış hallara bağlı icraatın təzələnməsinə əsas olan yeni sübutlar və hallar həmin sübutların və halların əks olunduğu Baş İdarənin ## ###### 2025-ci il tarixli qərarının Nazirliyə daxil olduğu ##.##.2025-ci il tarixində ərizəçiyə məlum olmuşdur. Bu səbəbdən, hazırkı iş üzrə ərizəçi tərəfindən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin verilməsi üçün nəzərdə tutulmuş 3 aylıq müddət buraxılmamışdır.”.

16. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi apellyasiya şikayətinə qarşı etirazın məzmununa uyğun izahat verərək, şikayətin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Maddə 100. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, inzibati məhkəmə icraatının iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Maddə 101. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəyə qərarına qarşı ərizə verilmiş məhkəmə tərəfindən baxılır. Maddə 102. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə vermiş şəxs (ərizəçi), habelə qərarına qarşı ərizə verilmiş məhkəmədə icraatın iştirakçıları olmuş başqa şəxslər, yeni açılmış hallar üzrə məhkəmə icraatının iştirakçıları sayılırlar. Maddə 103.1. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Maddə 103.2. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Maddə 103.3. Bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. Maddə 106.1. Məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. Maddə 106.2. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. Maddə 106.3. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. Maddə 107.1. Müvafiq səlahiyyətli məhkəmə ilkin icraat üzrə araşdırmanı davam etdirir. İlkin məhkəmə qərarının qəbul edildiyi zaman istinad edilmiş faktiki hallar yeni sübutlar əsasında məhkəmə tərəfindən araşdırılır və ilkin ərizə üzrə yeni qərar qəbul edilir. Maddə 107.2. Mübahisə ilə bağlı iş üzrə məhkəmənin yeni qərarı ilkin qərarı əvəz edir. Məhkəmə həmin qərarda yeni açılmış hallar üzrə icraatla əlaqədar prosessual xərclər haqqında məsələni də həll edir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri:

18. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. 19 Birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi:

20. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən ərizəyə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin üquqi mövqeyi ilə aşağıdakılara əsasən razılaşır.

22. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizənin mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur.

23. İş materiallarından göründüyü kimi Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə qəbul edilmiş cinayət işinin icraatına hissəvi xitam verilməsi haqqında ## ###### 2025-ci il tarixli qərarına əsasən digər şəxslərlə yanaşı, İddiaçı Xocalı Rayon Kənd Təsərrüfatı və Ərzaq İdarəsinin X2 adından ##.##.2010-cu il tarixli, ** №-li saxta əməkhaqqı arayışı əsasında Şəki İnzibati-İqtisadi Məhkəməsinin ##.##.2017-ci il tarixli qərarı ilə (Şəki Apellyasiya Məhkəməsinin ##.##.2017-ci il tarixli qərarı, Ali Məhkəmənin ##.##.2017-ci il tarixli qərarı, hüquqi faktın təsdiq edilməsi ilə bağlı Ağdaş Rayon Məhkəməsinin ##.##.2013-cü il tarixli və ##.##.2014-cü il tarixli qərarları) yenidən hesablanmış pensiya işi üzrə Əliyev Vüsal Arif oğlunun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri ilə cinayət təqibinə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən (cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdikdə) hissəvi xitam verilmişdir.

24. “T.Nəbiyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair Məhkəmə Tərkibinin ## ####### 2016-cı il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “....Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması mülki mühakimə icraatının xüsusi növü sayılır və bu icraat apellyasiya və kassasiya qaydasında işə baxılmasından fərqlənir. Yeni açılmış hallar üzrə işə yenidən baxılması mərhələsində məhkəmə səhvləri, məhkəmə qərarlarının əsaslı olmaması, maddi hüquq normalarının məhkəmə tərəfindən düzgün tətbiq edilməməsi və ya prosessual qanunvericilik normalarının pozulması və ya digər təftiş məsələləri araşdırılmır. Bu icraat prosesində qərar qəbul edilərkən işin nəticəsinə əhəmiyyətli şəkildə təsir edəcək və ya iş üçün xüsusi əhəmiyyət kəsb edən hallar araşdırılır. Məlum olmayan və ya ola bilməyən yeni açılmış hal o zaman iş üçün əhəmiyyətli hesab olunur ki, onun məlum olması mahiyyətcə məhkəmə araşdırması nəticəsində ədalətli qərarın çıxarılmasına xidmət etsin. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair icraat qaydaları Mülki Prosessual Məcəllənin 45-ci Fəslinin normaları ilə tənzimlənir. Həmin Məcəllənin 432.2-ci maddəsində yeni açılmış hallar üzrə məhkəmə aktlarına yenidən baxılmasının dörd müstəqil əsası müəyyən edilmişdir: - məhkəmə aktı çıxarıldıqdan sonra işə əvvəllər baxılarkən məlum olmayan həlledici materiallar aşkar edildikdə; - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilmiş və qanunsuz, yaxud əsassız qətnamənin çıxarılmasına səbəb olmuş şahidin bilə-bilə yalan ifadələr verməsi, ekspertin bilə-bilə yalan rəy verməsi, tərcüməçinin bilə-bilə düzgün tərcümə etməməsi, sənədlərin və ya maddi sübutların saxtalığı; - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilmiş və həmin işə baxılarkən tərəflərin, işdə iştirak edən digər şəxslərin, yaxud onların nümayəndələrinin cinayətkar hərəkətləri və ya hakimlərin cinayətkar əməlləri; - həmin məhkəmə aktlarının çıxarılması üçün əsas olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının, yaxud sair orqanın qərarının ləğv edilməsi.”.

25. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin cinayət işinin icraatına hissəvi xitam verilməsi haqqında ## ###### 2025-ci il tarixli qərarının nəticə hissəsində qeyd edilmişdir ki, İddiaçı Xocalı Rayon Kənd Təsərrüfatı və Ərzaq İdarəsinin X2 adından ##.##.2010-cu il tarixli, ** nömrəli əməkhaqqı arayışı saxtadır.

26. Hazırkı halda kollegiya hesab edir ki, Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin ##.##.2025-ci il tarixli “Cinayət işinin icraatına hissəvi xitam verilməsi haqqında” qərarda İddiaçı Xocalı Rayon Kənd Təsərrüfatı və Ərzaq İdarəsinin X2 adından ##.##.2010-cu il tarixli, ** nömrəli əməkhaqqı arayışının saxta olması ilə bağlı dəlilin əsaslılığı mühüm əhəmiyyət kəsb edir.

27. Bu hal öz təsdiqini tapdığı təqdirdə Şəki İnzibati-İqtisadi Məhkəməsinin *- *(**)-***/**** saylı iş üzrə yekun məhkəmə aktının nəticəsinə əhəmiyyətli dərəcədə təsir edəcəkdir.

28. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan halın araşdırılması və ona hüquqi qiymət verilməsi məhkəmənin düzgün və əsaslı nəticəyə gəlməsi üçün xüsusi əhəmiyyət daşıyır. Nəzərə almaq lazımdır ki, obyektiv qanunauyğun qərarın qəbulu üçün tələb olunan araşdırmanın həcmi xidməti vəzifəsinə görə məhkəmə tərəfindən müəyyən edilməli və belə qərarın qəbulu üçün yetərli olmalıdır. Bu mənada hazırkı mübahisəyə münasibətdə işin halları bu qərarın əsaslandırma hissəsində qeyd edilən xüsusatlar baxımından tam və hərtərəfli araşdırmalı və yalnız bundan sonra araşdırmanın nəticələrinə qiymət verməlidir. (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli Qərarı).

29. İddiaçının “yeni açılmış hallarla” bağlı ərizənin mümkün hesab edilməli olmaması ilə bağlı dəlilinə münasibətdə kollegiya qeyd edir ki, birinci instasiya məhkəməsi haqlı olaraq vurğulamışdır ki, prokurorluq orqanının icraatındakı müvafiq cinayət işi üzrə xüsusatlarla bağlı ərizəçi (DSMF) 2025-ci ilin dekabr ayında məlumatlandırıldığından, İPM-in 103.1-ci maddəsində göstərilən 3 aylıq müddət ötürülməmişdir.

30. Beləliklə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi “yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair” ərizəni təmin etməklə bağlı düzgün nəticəyə gəldiyindən apellyasiya şikayəti təmin edilməməli, Şəki İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

31. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

Qərara aldı:

İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmir. Şəki İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılır. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar