Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 2-1(3-10)-394/2026 28.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Mustafayev Etibar Mustafa oğlu (məruzəçi), Musayev Vüqar Ələkbər oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Sədiyev Elvin Ilham oğlunun katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsinə qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hesablanması» tələbinə dair iddiası üzrə Şəki Inzibati-Iqtisadi Məhkəməsinin # ###### 2017-cı il tarixli, *-*(**)-****/**** saylı qərarı ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə Iş üzrə Mərkəzi Filialının “yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair” Şəki Inzibati Məhkəməsinin # #### 2026-cı il tarixli, *- *(**)-****/**** nömrəli qərardadından iş üzrə iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Işin halları:
1. Şəki Inzibati-Iqtisadi Məhkəməsinin *-*(**)-****/**** saylı iş üzrə # ###### 2017-ci il tarixli qərarı ilə iddia təmin edilərək, iddiaçı İddiaçı 47 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və 507,30 manat nominal əmək haqqı ilə hesablanması öhdəliyi cavabdeh ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsinin üzərinə qoyulmuşdur.
2. Şəki Apellyasiya Məhkəməsinin Inzibati-Iqtisadi Kollegiyasının *-*(***)-***/**** saylı iş üzrə # #### 2018-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş və Şəki Inzibati-Iqtisadi Məhkəməsinin *-*(**)-****/**** saylı iş üzrə # ###### 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
3. Şəki Inzibati-Iqtisadi Məhkəməsinin *-*(**)-****/**** saylı iş üzrə # ###### 2017-ci il tarixli qərarı qanuni qüvvəyə mindikdən sonra həmin qərardan çıxarış məhkəmənin ## ### 2018-ci il tarixli məktubu ilə icra olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsinə göndərilmişdir. Birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:
4. ## ###### 2026-cı il tarixdə DSMF Məhkəmə Mübahisələri ilə Iş üzrə Mərkəzi Filialı tərəfindən Şəki Inzibati Məhkəməsinə sözügedən mübahisəyə dair Şəki Inzibati-Iqtisadi Məhkəməsinin *-*(**)-****/**** saylı iş üzrə # ###### 2017-ci il tarixli qərarına qarşı yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəsi daxil olmuşdur.
5. Ərizə onunla əsaslandırılmışdır ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsində istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə qəbul edilmiş ## ###### 2025ci il tarixli qərara əsasən İddiaçı ******** nömrəli saxta şəxsiyyət vəsiqəsi əsasında təyin edilmiş pensiya işi üzrə X1 barəsində AR CM-in 320.1 və 320.2-ci maddələri ilə cinayət təqibinə AR CPMin 39.1.3-cü maddəsinə əsasən (cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdikdə) hissəvi xitam verilmişdir. Həmin qərardan o da görünür ki, istintaq zamanı PX ** saylı Cəzaçəkmə Müəssisəsində cəzaçəkən Vüsal Əliyev ifadəsində müvafiq şəxslərə (o cümlədən İddiaçı) aid saxta sənədləri şəxsən tərtib edərək məhkəmələrə təqdim etdiyini göstərmişdir. Beləliklə, yuxarıda göstərilənlər nəzərə alınaraq hesab edilir ki, Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsinin cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi əsası ilə qəbul edilmiş ## ###### 2025-ci il tarixli xitam qərarı və orada sadalanan hallar hazırkı iş üzrə icraatın yeni açılmış hallarla bağlı təzələnməsi üçün yeni sübutlardır. Şərqiyyə Məmmədovaya əmək pensiyasının təyin edilməsi ilə bağlı aparılan inzibati məhkəmə icraatı zamanı işin araşdırılması və ədalətli həll olunması üçün həmin sənəd (şəxsiyyət vəsiqəsi) həlledici əhəmiyyət kəsb edib. Saxta sənədlər əsasında qəbul edilmiş məhkəmə qərarının icrası nəticəsində İddiaçı 128.295,29 manat əsassız vəsait ödənilmişdir. İddiaçı pensiya təyin edilməsi ilə əlaqədar işə mahiyyəti üzrə məhkəmədə baxılarkən təqdim etdiyi sənədlərin saxtalaşdırılması faktı məhkəməyə və hazırkı iş üzrə ərizə verən şəxsə məlum olmamışdır. Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsinin ## ###### 2025-ci il tarixli qərarı ərizəçiyə Idarənin ## ###### 2025-ci il tarixli məktubu ilə təqdim olunmuşdur. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Sənəd dövriyyəsi” altsistemi vasitəsilə əldə edilmiş məlumata əsasən həmin məktub Nazirliyə ## ###### 2025-ci il tarixdə 3- 17/1-24036/2025 nömrəsi ilə daxil olmuşdur. Beləliklə, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Sənəd dövriyyəsi” altsistemi vasitəsilə əldə edilmiş məlumata əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə əsas olan yeni sübutlar və hallar həmin sübutların və halların əks olunduğu Baş Idarənin ## ###### 2025-ci il tarixli qərarının Nazirliyə daxil olduğu ## ###### 2025-ci il tarixdə ərizəçiyə məlum olmuşdur. Bu səbəbdən, hazırkı iş üzrə ərizəçi tərəfindən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin verilməsi üçün nəzərdə tutulmuş 3 aylıq (IPM-in 103.1-ci maddəsi üzrə) müddət buraxılmamışdır. Hazırkı iş üzrə ərizəçi olan Şöbənin əsl ərizəçi Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilməsi zərurəti də yaranmışdır. Göstərilənlərə əsaslanaraq, Şəki Inzibati-Iqtisadi Məhkəməsinin # ###### 2017-ci il tarixli *-*(**)-****/**** nömrəli qərarının ləğv edilməsi və həmin iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi, ərizəçi Fondun Mingəçevir şəhər şöbəsinin əsl ərizəçi olan Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilməsi məhkəmədən xahiş olunur.
6. Şəki Inzibati Məhkəməsinin 0# #### 2026-cı il tarixli *-*(**)-****/**** nömrəli qərardadı ilə “yeni açılmış hallara dair” ərizə təmin edilərək, Şəki Inzibati-Iqtisadi Məhkəməsinin icraatında olmuş *-*(**)-****/**** nömrəli iş üzrə məhkəmə icraatı yeni açılmış hallarla bağlı təzələnmişdir.
7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “Şəki Inzibati-Iqtisadi Məhkəməsinin *- *(**)-****/**** saylı iş üzrə ## ### 2017-ci il tarixli qərarı qanuni qüvvəyə mindikdən sonra, ilkin məhkəmə icraatında inzibati orqana (DSMF-yə) məlum olmayan və məhkəməyə təqdim olunmayan sübut sonradan aşkar olunmuşdur. Məhkəmənin mövqeyinə görə qeyd olunanlarla yanaşı yeni açılmış hallarla bağlı təqdim olunan bu sübut həm də mübahisə üçün mühüm əhəmiyyət kəsb etdiyindən, yeni açılmış hal mövcud qiymətləndirilməlidir. Ərizənin 2026-cı ilin fevral ayında verilməsi məsələsinə gəldikdə isə məhkəmə vurğulayır ki, prokurorluq orqanının icraatındakı müvafiq cinayət işi üzrə xüsusatlarla bağlı ərizəçi (DSMF) 2025-ci ilin dekabr ayında məlumatlandırıldığından, IPM-in 103.1-ci maddəsində göstərilən 3 aylıq müddət ötürülməmişdir. Prosessual qanunvericilikdə müəyyən edilmiş digər müddətə gəldikdə isə, qanuni qüvvəyə minmiş hökm mövcud olmasa da, məsələnin müvafiq cinayət işinin istintaqından qaynaqlandığını, həmin cinayət işində aidiyyəti şəxsin məsuliyyəti, təqsiri sübuta yetirildiyi halda onun etimad hüququnun qanunla qorunmaması ehtimalını, eləcə də bu qəbildən olan hallar üzrə analogiyanın (IPM-in 103.2-ci maddəsinə münasibətdə) tətbiqinin qanunla qadağan olunmamasını nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, yeni açılmış hallar üzrə icraatın təzələnməsi barədə hazırkı ərizənin verilməsi bununla bağlı müəyyənləşdirilmiş müddət kriteriyasının da pozulması kimi qiymətləndirilə bilməz. Məhkəmə həmçinin qeyd edir ki, ərizəçi DSMF Məhkəmə Mübahisələri ilə Iş üzrə Mərkəzi Filialının “yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə” ərizəsində həm də Şəki Inzibati-Iqtisadi Məhkəməsinin ona qarşı ərizə verilmiş qərarının yeni açılmış hallarla bağlı ləğv olunması xahiş olunur. Lakin nəzərə alınmalıdır ki, IPM-in 107.2-ci maddəsinə görə mübahisə ilə bağlı iş üzrə məhkəmənin yeni qərarı ilkin qərarı əvəz edir. Bu isə o deməkdir ki, icraat təzələndikdə ilkin qərarın ləğvinə yol verilmir. Odur ki, məhkəmə ərizədə bu xüsusatın qeyd olunmasını formal xəta kimi qiymətləndirir. Bundan başqa, formalaşmış inzibati praktikaya görə ərizəçi DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı müvafiq inzibati mübahisə üzrə keçmiş DSMF rayon (şəhər) şöbələrinin, o cümlədən DSMF Mingəçevir şəhər şöbəsinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı ilə bağlı səlahiyyətlərini hazırda həyata keçirən qurumdur. Hazırkı qərardad qanuni qüvvəyə mindikdən sonra yenilənmiş məhkəmə icraatında iş üzrə cavabdehin əvəz edilməsi məsələsinə baxıla bilər. IPM-in 81.1-ci maddəsinə əsasən inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Beləliklə məhkəmə hesab edir ki, Şəki Inzibati- Iqtisadi Məhkəməsinin icraatında olmuş *-*(**)-****/**** nömrəli iş üzrə məhkəmə icraatı yeni açılmış hallarla bağlı təzələnməlidir.”.
8. Iddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini, yeni açılmış hallara dair ərizənin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinin dəlilləri:
9. Iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, “DSMF Məhkəmə Mübahisələri ilə Iş üzrə Mərkəzi Filialı ərizə ilə müraciət edərək, guya X1 ona saxta şəxsiyyət vəsiqəsi verdiyini bildirmişdir. Bu, tamamilə əsassızdır. Çünki o, belə bir şəxsi tanımır, həm də onun saxta şəxsiyyət vəsiqəsinə niyə ehtiyacı olsun. Həmin şəxs şəxsiyyət vəsiqəsini saxtalaşdırmaqla məhkəmənin qərarına necə təsir edə bilərdi? Yaxud həmin şəxs onun şəxsiyyət vəsiqəsində hansı məlumatı saxtalaşdırmışdır?. Ona pensiya təyin edilməsi üçün qərar verilərkən şəxsiyyət vəsiqəsinin nə rolu olub ki, axı o, Azərbayan Respublikasının vətəndaşıdır. Göründüyü kimi işə yenidən baxılması üçün bəhanə tərtib edilmiş və çox təəssüf ki, Şəki Inzibati Məhkəməsi vətəndaşın hüququnu pozaraq dövlət orqanının xeyrinə qərar vermişdir.”. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
10. Cavabdeh apellyasiya şikayətinə qarşı etirazında qüeyd etmişdir ki, “Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsində (bundan sonra - Baş idarə) istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə qəbul edilmiş cinayət işinin icraatına hissəvi xitam verilməsi haqqında ## ###### 2025-ci il tarixli qərarına əsasən digər şəxslərlə yanaşı, İddiaçı 17089068 №li saxta şəxsiyyət vəsiqəsi əsasında Şəki Inzibati-Iqtisadi Məhkəməsinin # ###### 2017-ci il tarixli 2- *(**)-****/**** nömrəli qərarı ilə təyin olunmuş pensiya işi üzrə X1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri ilə cinayət təqibinə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən (cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdikdə) hissəvi xitam verilmişdir. Həmin qərardan o da görünür ki, istintaq zamanı Penitensiar Xidmətin ** saylı cəzaçəkmə müəssisəsində cəzaçəkən V.Əliyev ifadəsində həmin şəxslərə aid saxta sənədləri şəxsən tərtib edərək məhkəmələrə təqdim etdiyini göstərmişdir. Eləcə də, iş üzrə toplanmış sübutlarla müəyyən edilmişdir ki, V.Əliyev Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Baş Idarənin xitam qərarından da göründüyü kimi: hazırda məhkum olunmuş X1 tərəfindən İddiaçı aid saxta sənədlər hazırlanmış və məhkəməyə təqdim edilmiş; həmin saxta sənədlər əsasında məhkəmə tərəfindən İddiaçı pensiya təyin edilməsi öhdəliyi Şöbənin üzərinə qoyulmuş; V.Əliyevin sənəd saxtalaşdırma və bilə-bilə həmin saxta sənədlərdən istifadə etmə cinayət əməllərini törətməsi müəyyən edilmiş; Saxta sənədlər rəhbər tutulmaqla qəbul edilmiş məhkəmə qərarı əsasında iddiaçıya pensiya təyinatı aparılmış; cinayət məsuliyyətinə cəibetmə müddəti keçdiyindən (bəraətverici olmayan əsasla) İddiaçı pensiya işi üzrə X1 barəsində cinayət təqibinə hissəvi xitam verilmişdir. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq hesab edirik ki, Baş Idarənin cinayət məsuliyyətinə cəibetmə müddətinin keçməsi əsası ilə qəbul edilmiş ## ###### 2025-ci il tarixli xitam qərarı və orada sadalanan hallar hazırkı iş üzrə icraatın yeni açılmış hallarla bağlı təzələnməsi üçün yeni sübutlardır. Baş Idarənin ## ###### 2025-ci il tarixli xitam qərarına əsasən müəyyən edilmiş sənədin (şəxsiyyət vəsiqəsi)) saxtalaşdırma faktı hazırki ərizə ilə mübahisələndirilən Şəki Inzibati-iqtisadi Məhkəməsinin # ###### 2017-ci il tarixli 2-1(84)- ****/**** nömrəli qərarının qəbul edilməsinə əsas olmuş və həmin qərarın qəbul edilməsinə birbaşa, açıqaşkar təsir göstərmişdir. Eyni zamanda, Şəki inzibati-iqtisadi Məhkəməsinin # ###### 2017-ci il tarixli 2-1(84)- ****/**** nömrəli qərarından da görünür ki, məhkəmənin iddianın təmin edilməsi ilə bağlı yekun nəticəyə gəlməsinə təsir edən əsas sənəd qismində iş materiallarına əlavə edilmiş İddiaçı 17089068 №li saxta şəxsiyyət vəsiqəsi çıxış etmişdir. Lakin yuxarıda da vurğulandığı kimi, Baş Idarənin ## ###### 2025-ci il tarixli xitam qərarında Sumqayıt inzibati-iqtisadi Məhkəməsi tərəfindən iddia təmin edilərkən əsas götürülmüş sözügedən sənədin saxtalaşdırılması faktı öz təsdiqini tapmışdır. Göstərilən xüsusatlar isə ## ###### 2025-ci il tarixli xitam qərarının və həmin qərarla müəyyən edilmiş halların əvvəlki iş üzrə nə qədər həlledici əhəmiyyətə malik olduğunu bir daha təsdiq edir. Çünki, qeyd edilən güzəştli arayışın saxta olması faktı Şəki inzibati-iqtisadi Məhkəməsinə həmin iş üzrə qərar qəbul edilərkən məlum olsaydı, həmin qərarın nəticə hissəsi əhəmiyyətli dərəcədə fərqlənər və iddianın təmin olunmaması ilə nəticələnərdi.”.
11. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi şikayətin təmin olunmamasını və birinci insatansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
12. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir.
13. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsının Inzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Maddə 100. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, inzibati məhkəmə icraatının iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Maddə 101. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəyə qərarına qarşı ərizə verilmiş məhkəmə tərəfindən baxılır. Maddə 102. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə vermiş şəxs (ərizəçi), habelə qərarına qarşı ərizə verilmiş məhkəmədə icraatın iştirakçıları olmuş başqa şəxslər, yeni açılmış hallar üzrə məhkəmə icraatının iştirakçıları sayılırlar. Maddə 103.1. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Maddə 103.2. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Maddə 103.3. Bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. Maddə 106.1. Məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. Maddə 106.2. Icraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. Maddə 106.3. Icraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. Maddə 107.1. Müvafiq səlahiyyətli məhkəmə ilkin icraat üzrə araşdırmanı davam etdirir. Ilkin məhkəmə qərarının qəbul edildiyi zaman istinad edilmiş faktiki hallar yeni sübutlar əsasında məhkəmə tərəfindən araşdırılır və ilkin ərizə üzrə yeni qərar qəbul edilir. Maddə 107.2. Mübahisə ilə bağlı iş üzrə məhkəmənin yeni qərarı ilkin qərarı əvəz edir. Məhkəmə həmin qərarda yeni açılmış hallar üzrə icraatla əlaqədar prosessual xərclər haqqında məsələni də həll edir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri:
15. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.
16. Birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi:
17. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən ərizəyə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
18. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə aşağıdakılara əsasən razılaşır.
19. Işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizənin mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur.
20. Iş materiallarından göründüyü kimi Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsində istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə qəbul edilmiş cinayət işinin icraatına hissəvi xitam verilməsi haqqında ## ###### 2025-ci il tarixli qərarına əsasən digər şəxslərlə yanaşı, İddiaçı ******** nömrəli saxta şəxsiyyət vəsiqəsi əsasında Şəki Inzibati-Iqtisadi Məhkəməsinin ##.##.2017-ci il tarixli qərarı ilə yenidən hesablanmış pensiya işi üzrə X1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri ilə cinayət təqibinə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən (cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdikdə) hissəvi xitam verilmişdir.
21. “T.Nəbiyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair Məhkəmə Tərkibinin ## ####### 2016-cı il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “....Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması mülki mühakimə icraatının xüsusi növü sayılır və bu icraat apellyasiya və kassasiya qaydasında işə baxılmasından fərqlənir. Yeni açılmış hallar üzrə işə yenidən baxılması mərhələsində məhkəmə səhvləri, məhkəmə qərarlarının əsaslı olmaması, maddi hüquq normalarının məhkəmə tərəfindən düzgün tətbiq edilməməsi və ya prosessual qanunvericilik normalarının pozulması və ya digər təftiş məsələləri araşdırılmır. Bu icraat prosesində qərar qəbul edilərkən işin nəticəsinə əhəmiyyətli şəkildə təsir edəcək və ya iş üçün xüsusi əhəmiyyət kəsb edən hallar araşdırılır. Məlum olmayan və ya ola bilməyən yeni açılmış hal o zaman iş üçün əhəmiyyətli hesab olunur ki, onun məlum olması mahiyyətcə məhkəmə araşdırması nəticəsində ədalətli qərarın çıxarılmasına xidmət etsin. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair icraat qaydaları Mülki Prosessual Məcəllənin 45-ci Fəslinin normaları ilə tənzimlənir. Həmin Məcəllənin 432.2-ci maddəsində yeni açılmış hallar üzrə məhkəmə aktlarına yenidən baxılmasının dörd müstəqil əsası müəyyən edilmişdir: - məhkəmə aktı çıxarıldıqdan sonra işə əvvəllər baxılarkən məlum olmayan həlledici materiallar aşkar edildikdə; - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilmiş və qanunsuz, yaxud əsassız qətnamənin çıxarılmasına səbəb olmuş şahidin bilə-bilə yalan ifadələr verməsi, ekspertin bilə-bilə yalan rəy verməsi, tərcüməçinin bilə-bilə düzgün tərcümə etməməsi, sənədlərin və ya maddi sübutların saxtalığı; - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilmiş və həmin işə baxılarkən tərəflərin, işdə iştirak edən digər şəxslərin, yaxud onların nümayəndələrinin cinayətkar hərəkətləri və ya hakimlərin cinayətkar əməlləri; - həmin məhkəmə aktlarının çıxarılması üçün əsas olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının, yaxud sair orqanın qərarının ləğv edilməsi.”.
22. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsinin cinayət işinin icraatına hissəvi xitam verilməsi haqqında ## ###### 2025-ci il tarixli qərarının nəticə hissəsində qeyd edilmişdir ki, Şəki Inzibati-Iqtisadi Məhkəməsinə təqdim edilmiş İddiaçı ******** nömrəli şəxsiyyət vəsiqəsi və Gəncə şəhər * nömrəli Şəhər Poliklinikasının adından təqdim edilmiş tibbi göndəriş saxtadır.
23. Hazırkı halda kollegiya hesab edir ki, Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsinin ##.##.2025-ci il tarixli “Cinayət işinin icraatına hissəvi xitam verilməsi haqqında” qərarında İddiaçı ******** nömrəli şəxsiyyət vəsiqəsinin saxta olması ilə bağlı dəlilin əsaslılığı mühüm əhəmiyyət kəsb edir.
24. Bu hal öz təsdiqini tapdığı təqdirdə Şəki Inzibati-Iqtisadi Məhkəməsinin *-*(**)-****/**** saylı iş üzrə yekun məhkəmə aktının nəticəsinə əhəmiyyətli dərəcədə təsir edəcəkdir.
25. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan halın araşdırılması və ona hüquqi qiymət verilməsi məhkəmənin düzgün və əsaslı nəticəyə gəlməsi üçün xüsusi əhəmiyyət daşıyır. Nəzərə almaq lazımdır ki, obyektiv qanunauyğun qərarın qəbulu üçün tələb olunan araşdırmanın həcmi xidməti vəzifəsinə görə məhkəmə tərəfindən müəyyən edilməli və belə qərarın qəbulu üçün yetərli olmalıdır. Bu mənada hazırkı mübahisəyə münasibətdə işin halları bu qərarın əsaslandırma hissəsində qeyd edilən xüsusatlar baxımından tam və hərtərəfli araşdırmalı və yalnız bundan sonra araşdırmanın nəticələrinə qiymət verməlidir. (Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli Qərarı).
26. Beləliklə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi “yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair” ərizəni təmin etməklə bağlı düzgün nəticəyə gəldiyindən apellyasiya şikayəti təmin edilməməli, Şəki Inzibati Məhkəməsinin 0# #### 2026-cı il tarixli *- *(**)-****/**** nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
27. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
Qərara aldı:
Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmir. Şəki Inzibati Məhkəməsinin # #### 2026-cı il tarixli, *-*(**)-****/**** nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılır. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.