Məhkəmə qərarları › İş №2-1(3-10)-406/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-10)-406/2026

26.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 2-1(3-10)-406/2026 26.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Mustafayev Etibar Mustafa oğlu (məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə, Sədiyev Elvin Ilham oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbacan Respublikasının Ədliyyə Nazirliyinin Yevlax Rayon Qeydiyyat Şöbəsinə qarşı “mərhum oğlu X3 adına tərtib edilmiş ##.##.2019-cu il tarixli *** saylı ölüm haqqında akt qeydində ölümün səbəbinin “döyüş əməliyyatlarında güllə yarasından aldığı xəsarətdən həlak olması” kimi göstərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-**)-***/**** nömrəli qərardadından iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Işin halları:

1. Iş materiallarında olan Şəki Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *- *(***)-****/**** nömrəli qərarından görünür ki, iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Yevlax Rayon Qeydiyyat Şöbəsinə qarşı “iddiaçının oğlu mərhum X2 adına tərtib edilmiş ##.##.2019-cu il tarixli *** saylı ölüm haqqında akt qeydində ölüm səbəbinin “döyüş əməliyyatlarında güllə yarasından aldığı xəsarətdən vəfat etməsi səbəbinə düzəliş edilməsinə dair qərar qəbul edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir.

2. Iş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli *-*(*-**)-**/**** nömrəli qərarından görünür ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

3. Iş materiallarında olan Şəki Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(*- **)-***/**** nömrəli qərardadından görünür ki, iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə nazirliyi Yevlax Rayon Qeydiyyat şöbəsinə qarşı “ölüm haqqında akt qeydində düzəliş edilməsinə dair qərar qəbul edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır.

4. Iş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli *-*(*-**)-***/**** nömrəli qərardadından görünür ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki Inzibati Məhkəməsinin *(*- **)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:

5. Iddiaçı İddiaçı cavabdeh Azərbacan Respublikasının Ədliyyə Nazirliyinin Yevlax Rayon Qeydiyyat Şöbəsinə qarşı “mərhum oğlu X3 adına tərtib edilmiş ##.##.2019-cu il tarixli *** saylı ölüm haqqında akt qeydində ölümün səbəbinin “döyüş əməliyyatlarında güllə yarasından aldığı xəsarətdən həlak olması” kimi göstərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Iddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: “Iddiaçı oğlunun ölüm faktının müəyyən edilməsinə dair iddia ilə Yevlax Rayon Məhkəməsinə müraciət etmişdir. Yevlax Rayon Məhkəməsi iddiasına baxıb ancaq faktı təmin edərək ölümün səbəbini qətnamədə əks etdirməmişdir. Burada bu səbəb müəyyən edilmədiyindən məcbur qalıb bu tələblə bağlı iddia qaldırmışdır. Oğlu X3 ##.##.1993-cü il tarixində Füzuli rayonunda erməni faşistləri tərəfindən güllə yarasından həlak olmuşdur. Yevlax Rayon Məhkəməsinə onun ölümü ilə bağlı müraciət etmişdir. Bildirmək istəyir ki, oğlu barəsində bu günə kimi bütün etmiş olduğu cəhdlərim öz nizami həllini tapmamaqdadır. Yevlax Rayon Məhkəməsininin ##.##.2026-cı il tarixli 2 (*-***)-***/**** nömrəli qərardadını ## ###### 2026-cı il tarixdə almışdır. Həmin Qərardada bildirmişdir ki, iddiaçı İddiaçı izah olunur ki, hazır ki təbilə bağlı aidiyyatı üzrə inzibati məhkəməyə müraciət etmək hüququnuz vardır. Özü müharibə veteranıdır. Füzuli rayon məcburi köçkünüdür. X1 müharibəsi zamanı Yevlax müdafiə batalyonuna könüllü yazılaraq Füzuli rayonunda gedən döyüşlərdə iştirak etmiş, ##.##.1993-cü il tarixdə erməni işğalının qarşısını alarkən düşmən gülləsindən həlak olmuşdur. Ancaq onun ölüm haqqında şəhadətnaməsində ölüm qeydi ümumi səbəbdən göstərilmişdir. Yevlax Rayon Qeydiyyat şöbəsinə müraciət edərək oğlunun barəsində tərtib olunan ölüm haqqında şəhadətnamədə ölümün səbəbi olaraq “döyüş əməliyyatında güllə yarasından həlak olmuşdur” ilə müvafiq düzəlişin edilməsini xahiş etmişdir. Yevlax Rayon Qeydiyyat şöbəsi tərəfindən bu qeydin edilməsindən imtina edilmişdir.”.

7. Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(*-**)-***/**** nömrəli qərardadı ilə (hakim X5) iddiaçı İddiaçı cavabdeh Azərbacan Respublikasının Ədliyyə Nazirliyinin Yevlax Rayon Qeydiyyat Şöbəsinə qarşı “mərhum oğlu X3 adına tərtib edilmiş ##.##.2019-cu il tarixli *** saylı ölüm haqqında akt qeydində ölümün səbəbinin “döyüş əməliyyatlarında güllə yarasından aldığı xəsarətdən həlak olması” kimi göstərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır.

8. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, “hazırkı iddia ilə eynilik təşkil edən əvvəlki iddiaya artıq mahiyyəti üzrə baxılaraq qərar qəbul edilmişdir. Belə olan halda, göstərilən tələbə yenidən məhkəmədə baxıla bilməz.”.

9. Iddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətində iddia ərizəsi ilə eyni məzmunlu dəlillərə istinad etmişdir.

10. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tərəflərin izahatları

11. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və iddia tələbinin mümkün sayılmasını xahiş etdi.

12. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının Inzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Tətbiq edilən hüuq

13. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 15.6. IPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 15.7. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.

14. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.2. Kollektiv maraqların müdafiə olunması məqsədi ilə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış qeyri-hökumət təşkilatları (ictimai birliklər və ya fondlar) iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində həmin maraqların pozulduğunu əsaslandırdıqları hallarda qeyri-hökumət təşkilatları (ictimai birliklər və ya fondlar) tərəfindən bu Məcəllənin 35.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq iddianın qaldırılmasına yol verilir. Maddə 35.3. Iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 45.5.1. Iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 78. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.1. Apellyasiya instansiyası məhkəməsi daxil olmuş şikayətin surətini inzibati məhkəmə icraatının digər iştirakçılarına göndərir, inzibati məhkəmə icraatının iştirakçılarına şikayətin mahiyyəti ilə bağlı öz mülahizələrini bildirmək üçün imkan yaradır, qərarın qəbul edilməsi üçün zəruri olan digər müvafiq tədbirləri görür. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri.

15. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

16. Iddiaçı, onun üçün əlverişsiz olan məhkəmə aktından bütövlükdə şikayət verdiyindən verilmiş apellyasiya şikayəti üzrə hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyinə və əsaslılığına qiymət veriləcəkdir. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

17. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

18. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi ilə bağlı hüquqi mövqeyi ilə razılaşır.

19. Bununla yanaşı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

20. Iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.

21. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əsasən müəyyən edilir ki, iddiaçı hazırkı tələblə bağlı əvvəllər məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Şəki Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Yevlax rayon Qeydiyyat Şöbəsinə qarşı “iddiaçının oğlu mərhum X2 adına tərtib edilmiş ##.##.2019-cu il tarixli *** saylı ölüm haqqında akt qeydində ölüm səbəbinin “döyüş əməliyyatlarında güllə yarasından aldığı xəsarətdən vəfat etməsi səbəbinə düzəliş edilməsinə dair qərar qəbul edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Iddiaçı tərəfindən həmin qərardan apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli *-*(*-**)-**/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, qərar dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bundan sonra iddiaçı təkrarən cavabdehə qarşı eyni iddia tələbi ilə Şəki Inzibati Məhkəməsinə müraciət edərək X3 adına tərtib edilmiş ##.##.2019-cu il tarixli *** saylı ölüm haqqında akt qeydində ölümün səbəbinin “döyüş əməliyyatlarında güllə yarasından aldığı xəsarətdən həlak olması” səbəbinin qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(*-**)- ***/**** nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Iddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini, iddia ərizəsinin mümkün sayılmasını xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli *-*(*-**)-***/**** nömrəli qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və qərardad dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

22. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi razılaşaraq qeyd edir ki, əvvəlki iddia tələbi üzrə tərəflər, iddianın predmeti və əsasları hazırkı işlə eynidir. Tərəflər arasında mövcud olmuş hazırkı mübahisəyə inzibati məhkəmə icraatı qaydasında artıq bir neçə dəfə baxılaraq yekun məhkəmə aktları qəbul edilmişdir. Iddiaçı isə bunları bilə bilə eyni tələblə bağlı yenidən məhkəməyə müraciət etmişdir.

23. Qeyd olunmalıdır ki, qanuni qüvvəsini almış qərar proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburi olduğundan inzibati məhkəmə icraatı çərçivəsində həmin qərar ilə müəyyən edilmiş hallara yenidən baxıla bilməz. Buna görə də əvvəlki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktının mövcudluğu, hazırki iddia tələbinə baxılmasının mümkünlüyünü istisna edir.

24. Beləliklə kollegiya hesab edir ki, hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas deyildir.

25. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

26. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmir. Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılır. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar