Məhkəmə qərarları › İş №2-1(3-10)-407/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-10)-407/2026

26.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 2-1(3-10)-407/2026 26.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Mustafayev Etibar Mustafa oğlu (məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə, Sədiyev Elvin Ilham oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “məktubların göndərilməsini təsdiq edən qəbzlərin və xəbərnamələrin surətlərinin ona göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-**)-****/**** nömrəli qərardadından iş üzrə iddiaçı İddiaçı tərəfindən apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Işin halları:

1. Iddiaçının ##.##.2025-ci il tarixli ərizəsindən görünür ki, o, Cavabdeh müraciət edərək X3 tərəfindən ##.##.1991-ci il tarixdə vəfat etmiş mərhum Allahyar Məmmədhəsənov və ##.##.2008-ci il tarixdə vəfat etmiş mərhum Barat Məmmədhəsənovadan miras qalmış əmlaka dair mirasın qəbulu faktını təsdiq edən və ya ötürülmüş müddətin bərpa edilməsi barədə qətnamənin mövcud olub-olmaması barədə məlumatın, əgər belə qətnamələr mövcuddursa, həmin qətnamələrin təsdiq edilmiş surətlərinin ona təqdim edilməsini xahiş etmişdir.

2. Iddiaçının ##.##.2025-ci il tarixli ərizəsindən görünür ki, o, Cavabdeh müraciət edərək X4, X2, X11, X6 və X5 tərəfindən ##.##.1991-ci il tarixdə vəfat etmiş mərhum atası Allahyar Məmmədhəsənov və ##.##.2008-ci il tarixdə vəfat etmiş mərhum anası Barat Məmmədhəsənovadan miras qalmış əmlaka dair mirasın qəbulu faktını təsdiq edən və ya ötürülmüş müddətin bərpa edilməsi barədə qətnamənin mövcud olub-olmaması barədə məlumatın, əgər belə qətnamələr mövcuddursa, həmin qətnamələrin təsdiq edilmiş surətlərinin ona təqdim edilməsini xahiş etmişdir.

3. Iddiaçının ##.##.2026-cı il tarixli ərizəsindən görünür ki, o, Cavabdeh müraciət edərək həmin məhkəmənin icraatında maraqlı şəxs Şəki rayon qeydiyyat Şöbəsinə (Şəki regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi) qarşı X13 doğum haqqında şəhadətnaməsinin, nikah akt şəhadətnaməsinin və ölüm haqqında şəhadətnaməsinin, həmçinin X8 doğum haqqında şəhadətnaməsinin həmin şəxsə məxsus olması və ya eyni şəxs olması barədə xüsusi icraat qaydasında işin olubolmaması barədə məlumatın, əgər belə iş mövcuddursa həmin iş üzrə yekun məhkəmə aktının təsdiq edilmiş surətlərinin ona təqdim edilməsini xahiş etmişdir.

4. Iddiaçının ##.##.2026-cı il tarixli ərizəsindən görünür ki, o, Cavabdeh müraciət edərək ## ######## 2025-ci il tarixli, e-*(***)-****/**** saylı, ## ####### 2025-ci il tarixli, e-*(***)-****/**** saylı və ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** saylı məktubların ona göndərilməsini təsdiq edən Azərpoçt MMC-nin Mədaxil qəbzlərinin və ona çatmasını təsdiq edən Azərpoçt MMC-nin xəbərnamələrinin surətlərini iddiaçıya göndərilməsini xahiş etmişdir.

5. X1 Şöbəsinin ##.##.2026-cı il tarixli telefonoqramından görünür ki, iddiaçının ##.##.2026-cı il tarixdə ünvlanlandığı göndəriş ## ##### 2026-cı il tarixdə təyinatı üzrə çatdırılmışdır.

6. Iddiaçının ##.##.2026-cı il tarixli ərizəsindən görünür ki, o, təkrarən Cavabdeh müraciət edərək ## ######## 2025-ci il tarixli, e-*(***)-****/**** saylı, ## ####### 2025-ci il tarixli, e-*(***)-****/**** saylı və ## ###### 2026-cı il tarixli, e-2(075)- ****/**** saylı məktubların iddiaçıya göndərilməsini təsdiq edən Azərpoçt MMC-nin Mədaxil qəbzlərinin və çatmasını təsdiq edən Azərpoçt MMC-nin xəbərnamələrinin surətlərini göndərilməsini xahiş etmişdir.

7. Cavabdeh hakimi Şəfəq Cəfərova tərəfindən imzalanmış ## ######## 2025-ci il tarixli, e-*(***)-****/**** saylı, ## ####### 2025-ci il tarixli, e-*(***)-****/**** saylı və ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** saylı məktublardan görünür ki, iddiaçının Cavabdeh ünvanladığı ərizələrə cavab verilərək, mərhum Allahyar Məmmədhəsənov və ##.##.2008-ci il tarixdə vəfat etmiş mərhum Barat Məmmədhəsənovadan miras qalmış əmlaka dair mirasın qəbulu faktını təsdiq edən və ya ötürülmüş müddətin bərpa edilməsi barədə Cavabdeh icraatında mülki işin mövcud olmadığı bildirilmişdir. Birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:

8. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ## ######## 2025-ci il tarixli, e-*(***)-****/**** saylı, ## ####### 2025-ci il tarixli, e-*(***)-****/**** saylı və ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** saylı məktublarının ona göndərilməsini təsdiq edən Azərpoçt MMC-nin Mədaxil qəbzlərinin və ona çatmasını təsdiq edən Azərpoçt MMC-nin xəbərnamələrinin surətlərinin ona göndərilməsi öhdəliyinin cavbdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir.

9. Iddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: “Iddiaçı ##.##.2025-ci il tarixdə ərizə ilə Cavabdeh müraciət edərək X3 tərəfindən ##.##.1991-ci il tarixdə vəfat etmiş mərhum Allahyar Məmmədhəsənov və ##.##.2008-ci il tarixdə vəfat etmiş mərhum Barat Məmmədhəsənovadan miras qalmış əmlaka dair mirasın qəbulu faktını təsdiq edən və ya ötürülmüş müddətin bərpa edilməsi barədə qətnamənin mövcud olub-olmaması barədə məlumatın, əgər belə qətnamələr mövcuddursa, həmin qətnamələrin təsdiq edilmiş surətlərinin ona təqdim edilməsini xahiş etmişdir. Daha sonra ##.##.2025-ci il tarixdə yenidən ərizə ilə Cavabdeh müraciət edərək X4, X2, X11, X6 və X5 tərəfindən ##.##.1991-ci il tarixdə vəfat etmiş mərhum atası Allahyar Məmmədhəsənov və ##.##.2008-ci il tarixdə vəfat etmiş mərhum anası Barat Məmmədhəsənovadan miras qalmış əmlaka dair mirasın qəbulu faktını təsdiq edən və ya ötürülmüş müddətin bərpa edilməsi barədə qətnamənin mövcud olub-olmaması barədə məlumatın, əgər belə qətnamələr mövcuddursa, həmin qətnamələrin təsdiq edilmiş surətlərinin ona təqdim edilməsini xahiş etmişdir. Bundan sonra ##.##.2026-cı il tarixdə yenidən ərizə ilə Cavabdeh müraciət edərək Cavabdeh icraatında maraqlı şəxs Şəki rayon qeydiyyat Şöbəsinə (Şəki regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi) qarşı X13 doğum haqqında şəhadətnaməsinin, nikah akt şəhadətnaməsinin və ölüm haqqında şəhadətnaməsinin, həmçinin X8 doğum haqqında şəhadətnaməsinin həmin şəxsə məxsus olması və ya eyni şəxs olması barədə xüsusi icraat qaydasında işin olub-olmaması barədə məlumatın, əgər belə iş mövcuddursa həmin iş üzrə yekun məhkəmə aktının təsdiq edilmiş surətlərinin ona təqdim edilməsini xahiş etmişdir. Lakin həmin ərizələrinə Cavabdeh tərəfindən cavab verilməmişdir. Iddiaçı bununla bağlı Məhkəmə-Hüquq Şurasına müraciət etdikdən sonra ##.##.2026-cı il tarixdə Elektron Məhkəmə Sistemində elektron kabinetə Cavabdeh hakimi Şəfəq Cəfərova tərəfindən imzalanmış ## ######## 2025-ci il tarixli, e-*(***)-****/**** saylı, ## ####### 2025-ci il tarixli, e-*(***)-****/**** saylı və ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** saylı məktublar yerləşdirilmiş və həmin məktublarda onun Cavabdeh ünvanladığı ərizələrə cavab verildiyi qeyd edilmişdir. Lakin həmin ərizələri ilə bağlı hal-hazıradək heç bir cavab verilməmişdir. Buna görə də iddiaçı ##.##.2026-cı il tarixdə ərizə ilə Cavabdeh müraciət edərək ## ######## 2025-ci il tarixli, e-*(***)-****/**** saylı, ## ####### 2025-ci il tarixli, e-*(***)-****/**** saylı və ## ###### 2026-cı il tarixli, e-2(075)- ****/**** saylı məktubların ona göndərilməsini təsdiq edən Azərpoçt MMC-nin Mədaxil qəbzlərinin və ona çatmasını təsdiq edən Azərpoçt MMC-nin xəbərnamələrinin surətlərini iddiaçıya göndərilməsini xahiş etmişdir. Lakin hal-hazıradək həmin ərizəyə rəsmi cavab verilməmiş və həmin qəbzlər və xəbərnamələrin surətləri ona təqdim edilməmişdir. Onun ərizəsinə cavab verilmədiyinə və ## ######## 2025-ci il tarixli, e-*(***)-****/**** saylı, ## ####### 2025-ci il tarixli, e-*(***)-****/**** saylı və ## ###### 2026-cı il tarixli, e-2(075)- ****/**** saylı məktubların iddiaçıya göndərilməsini təsdiq edən Azərpoçt MMC-nin Mədaxil qəbzlərinin və çatmasını təsdiq edən Azərpoçt MMC-nin xəbərnamələrinin surətlərini göndərilmədiyinə görə o, ##.##.2026-cı il tarixdə təkrar ərizə ilə Cavabdeh müraciət edərək, ## ######## 2025-ci il tarixli, e-*(***)-****/**** saylı, ## ####### 2025-ci il tarixli, e-*(***)-****/**** saylı və ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** saylı məktubların iddiaçıya göndərilməsini təsdiq edən Azərpoçt MMC-nin Mədaxil qəbzlərinin və çatmasını təsdiq edən Azərpoçt MMC-nin xəbərnamələrinin surətlərini göndərilməsini xahiş etmişdir. Lakin hal-hazıradək həmin ərizəmə rəsmi cavab verilməmiş və həmin qəbzlər və xəbərnamələrin surətləri təqdim edilməmişdir. Iddiaçının ##.##.2026-cı il tarixli ərizəsi ## ##### 2026-cı il tarixdə Cavabdeh çatdırılmışdır. Lakin Cavabdeh tərəfindən iddiaçının tələbinə hal-hazıradək cavab verməmişdir. Inzibati Prosessual Məcəllənin 39.1-ci maddəsində nəzərdə tutulmuş 35 günlük müddət də bitmişdir. Iddiaçı məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən inzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı və ya şikayət instansiyasına verilmiş şikayətlə bağlı müvafiq inzibati orqan tərəfindən qanunla müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan qərar qəbul edilmədiyi hallarda, həmin müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan 35 gün keçənədək (qanunvericiliklə daha qısa və ya daha uzun müddətin müəyyən olunduğu hallar istisna olmaqla) məhkəmədə iddia qaldırılmasına yol verilmir.”.

10. Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-**)-****/**** nömrəli qərardadı ilə (hakim Kamran Musayev) iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “məktubların göndərilməsini təsdiq edən qəbzlərin və xəbərnamələrin surətlərinin ona göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır.

11. Birinci instansiya məhkəməsi qərardadını aşağıdakı kimi əsaslandırmışdır: “Iddiaçının hazırkı tələbi üzrə onun hansı hüququnun pozulduğu müəyyən edilmədiyi kimi, eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş inzibati orqanların təsnifatında məhkəmələr inzibati orqan kimi qeyd edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.”.

12. Iddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia ərizəsinin mümkün sayılması barədə qərardadın qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

13. Iddiaçı apellyasiya şikayətində iddia ərizəsi ilə eyni məzmunlu dəlillərə istinad edib əlavə olaraq qeyd etmişdir ki, “Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı qeyri-obyektiv, birtərəfli, qərəzli, qanunsuz va ədalətsizdir. Bələ ki, məhkəmə işin hallarını hərtərəfli va obyektiv araşdırmamış, maddi va prosessual huquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmamışdır. Belə ki, birinci instansiya məhkəməsi öz qanunsuz və əsassız qərardadında qeyd etmişdir ki, məhkəmə qeyd edilən qanunvericilik normalarına və işin faktiki hallarına istinadən hesab edir ki, iddiaçının hazırkı tələbi üzrə onun hansı hüququnun pozulduğu müəyyən edilmədiyi kimi, eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş inzibati orqanların təsnifatında məhkəmələr inzibati orqan kimi qeyd edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.” Lakin onun hüququnun pozulması təqdim etdiyi sənədlərlə sübut olunmuşdur.

14. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tərəflərin izahatları

15. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və iddia tələbinin mümkün sayılmasını xahiş etdi.

16. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının Inzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Tətbiq edilən hüuq

17. “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Maddə 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; Maddə 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Maddə 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Maddə 3.1. Bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur.

18. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. IPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 6.1. Iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. Iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

12. Inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.

19. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 2.2. Inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); 2.2.6. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia); 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; 2.2.8. bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına; 2.2.9. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankın ərizələrinə. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.2. Kollektiv maraqların müdafiə olunması məqsədi ilə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış qeyri-hökumət təşkilatları (ictimai birliklər və ya fondlar) iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində həmin maraqların pozulduğunu əsaslandırdıqları hallarda qeyri-hökumət təşkilatları (ictimai birliklər və ya fondlar) tərəfindən bu Məcəllənin 35.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq iddianın qaldırılmasına yol verilir. Maddə 35.3. Iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 87.1. Apellyasiya instansiyası məhkəməsi daxil olmuş şikayətin surətini inzibati məhkəmə icraatının digər iştirakçılarına göndərir, inzibati məhkəmə icraatının iştirakçılarına şikayətin mahiyyəti ilə bağlı öz mülahizələrini bildirmək üçün imkan yaradır, qərarın qəbul edilməsi üçün zəruri olan digər müvafiq tədbirləri görür. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri.

20. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Iddiaçı, onun üçün əlverişsiz olan məhkəmə aktından bütövlükdə şikayət verdiyindən verilmiş apellyasiya şikayəti üzrə hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyinə və əsaslılığına qiymət veriləcəkdir. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi ilə bağlı hüquqi mövqeyi ilə razılaşır.

24. Bununla yanaşı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

25. Iş materiallarından belə müəyyən olunur ki, iddiaçının hüquqi marağı Cavabdeh ## ######## 2025-ci il tarixli, e-*(***)-****/**** saylı, ## ####### 2025-ci il tarixli, e-2(075)- ****/**** saylı və ## ###### 2026-cı il tarixli, e*(***)-****/**** saylı məktubların ona göndərilməsini təsdiq edən Azərpoçt MMC-nin Mədaxil qəbzlərinin və ona çatmasını təsdiq edən Azərpoçt MMC-nin xəbərnamələrinin surətlərinin ona göndərilməsindən ibarətdir.

26. Qeyd olunmalıdır ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir

27. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “Inzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.

28. Kollegiya qeyd edir ki, iddiaçının hüquqi marağı miras qalmış əmlaka dair mirasın qəbulu faktını təsdiq edən və ya ötürülmüş müddətin bərpa edilməsi barədə qətnamənin mövcud olub-olmaması ilə bağlı məlumatın Cavabdeh əldə olunmasından ibarət olmuş, həmin məlumatlar iddiaçıya verilmişdir.

29. Hazırkı tələbdə iddiaçının hüquqi marağının nədə ifadə olunması müəyyən edilmədiyi ilə yanaşı, “məktubların göndərilməsini təsdiq edən qəbzlərin və xəbərnamələrin surətlərinin” iddiaçıda olması ona hansı hüquqi üstünlüyün qazandıracağı da aydın deyil.

30. Belə olan halda cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasından söhbət gedə bilməz.

31. Bu səbəbdən kollegiya hesab edir ki, hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas deyildir.

30. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

31. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmir. Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(*-**)-****/**** nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılır. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar