Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 2-1(3-10)-408/2026 02.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Mustafayev Etibar Mustafa oğlu (məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X1 ibarət tərkibdə, Sədiyev Elvin Ilham oğlunun katibliyi, iddiaçı İddiaçı onun nümayəndəsi və vəkili Vəkil və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi nümayəndə1 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyn edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Işin halları:
1. Iş materiallarında olan: Cavabdehin ##.##.2025-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. “xxxx” PHŞ-nin ##.##.2025-ci il tarixli şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışdan görünür ki, “xxxx” PHŞ Mingəçevir Şəhər Sukanal Idarəsində çalışan İddiaçı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (vəzifədə) ekskavator maşinisti Mingəçevir Sukanal Idarəsində ##.##.2007-ci il tarixdən (əmr №**/k, ##.##.2007-ci il) ərzində işləmişdir. Işlədiyi vəzifə üzrə sosial sığorta (əmək) stajı 17 il 11 ay 24 gün təşkil edir. Işlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri fiziki gərginlik, vibrasiya, səs-küy, toz həmçinin düşən materialları və təhlükəli amillərə məruz qalması ibarət olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 1.2.1 bəndinə və 1010300a-13590 vəzifə koduna uyğundur. “xxxx” PHŞ Mingəçevir Şəhər Sukanal Idarəsinin ##.##.2025-ci il tarixli işin xarakteri haqqında güzəştli arxiv arayışdan görünür ki, 1965-ci il təvəllüdlü İddiaçı ##.##.1983-cu il tarixdə (Əmr № **,##.##.1983-cü il) Laçın rayonun S.Vurğun adına Qoyunçuluq sovxozuna fəhlə işinə qəbul edilmiş, ##.##.1986-cı ildə (Əmr № **,##.##.1986-cı il) öz xahişi ilə işdən azad olunmuşdur. ##.##.1986-cı il tarixdə (Əmr №**,##.##.1986-cı il) X6 sovxozunda fəhlə işinə qəbul edilmiş, ##.##.1987-ci il tarixdə (Əmr № **,##.##.1987-ci il) öz ərizəsi ilə işdən azad olunmuşdur. ##.##.1987-cı il tarixdə (Əmr № **,##.##.1987-cı il) X6 sovxozunda fəhlə işinə qəbul edilmişdir, ##.##.1987-ci il tarixdən tingliyə çilingər peşəsinə keçirilmişdir. (Əmr № **,##.##.1987-ci il). ##.##.1989cu il tarixdə (Əmr № **,##.##.1989-cu il) öz ərizəsi ilə işdən azad olunmuşdur. ##.##.1989-cu ildən (Əmr № ***/k,##.##.1989-cu il) Azərbaycan DRESnin X8 sahəsinə 3cü dərəcəli təmirçi-çilingər peşəsinə işə qəbul olunmuşdur. ##.##.1991-ci il tarixdən (Əmr № **/k,##.##.1991-ci il) 4-cü dərəcəli təmirçi-çilingər peşəsinə keçirilmişdir. ##.##.1993cü il tarixdən (Əmr № ***/k,##.##.1993) Azərbaycan Respubllikası ƏQM-nin 38-ci maddəsinə əsasən (üzrsüz səbəbdən işə gəlmədiyinə üçün) işdən azad olunmuşdur. ##.##.2007-ci ildə (Əmr № **/k,##.##.2007-ci il) "xxxx” MMC-nin Mingəçevir Sukanal Idarəsinin Nəqliyyat Istismar sahəsinə 4-cü dərəcə ilə maşinist (traktorçu) işinə qəbul edilmişdir. ##.##.2009-cu il tarixdən (Əmr № **/k, ##.##.2009-ci il) "xxxx” MMC-nin Mingəçevir Sukanal Idarəsinin Energetiklər qəsəbəsi üzrə Su təchizatı, kanalizasiya sistemlərinin, nasos stansiyalarının istismarı və təmiri sahəsinə 2-ci dərəcə ilə nasos stansiyalarının maşinisti işinə keçirilmişdir. ##.##.2013-cü ildən (Əmr № Q**/k,##.##.2013) “xxxx” ASC-nin Mingəçevir Sukanal Idarəsinin Nəqliyyat və xüsusi texnika sahəsinə 4-cü dərəcə ilə ekskavator maşinisti peşəsinə keçirilib. ##.##.2019-cu ildə (Əmr № QI**-k,##.##.2019-cu il) Azərbaycan Respublikası ƏM-nin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən işçi başqa işəgötürənlə əmək müqaviləsi bağladığına görə əmək müqaviləsi ləğv edilmiş, ##.##.2019-cu ildə (Əmr № ***-k,##.##.2019-cu il) "xxxx” MMCnin Mingəçevir Sukanal Idarəsinə 4-cü dərəcə ilə ekskavator maşinisti peşəsinə təyin edilib. ##.##.2024-cu ildə (Əmr № ***-k,##.##.2024-cu il) Azərbaycan Respublikası ƏMnin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən işçi başqa işə keçməsi ilə əlaqədar olaraq əmək müqaviləsi ləğv edilmişdir, ##.##.2024-cu ildə (Əmr № ***-k,##.##.2024-cü il) Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “xxxx”publik hüquqi şəxsin Mingəçevir şəhər Sukanal Idarəsinə 4-cü dərəcə ilə ekskavator maşinisti peşəsinə təyin edilmişdir. İddiaçı zərərli sahədə 8 saatlıq iş günü ərzində şəraitində fiziki gərginlik, vibrasiya, səs-küy, toz, həmçinin düşən materiallar və təhlükəli ətraf mühit kimi bir sıra zərərli və təhlükəli amillərə məruz qalması faktorları mövcud olmuşdur. Göstərilən peşələrdə işləyən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli, 12 № li Qərarı və təsdiq edilmiş Siyahının 1.2.1 bəndinin a) yarımbəndinə əsasən ekskavator maşinistləri işi xüsusi zərərli əmək şəraitində işlərə aid olduğuna görə güzəştli şərtlərlə pensiya hüququna malikdir. Məlumat üçün bildirilmişdir ki, ”xxxx” ASC-nin ##.##.2012-ci il tarixli, *** nömrəli əmrinə əsasən Mingəçevir Sukanal Idarəsi ##.##.2013-cü il tarixdən “xxxx” ASC-nin birbaşa tabeliyinə verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ####### 2016-cı il tarixli *** nömrəli qərarına və “xxxx” ASC-nin ## ###### 2016-cı il tarixli *** nömrəli əmrinə əsasən ##.##.2016-cı il tarixdən “xxxx” ASC-nin Mingəçevir Sukanal Idarəsi Cəmiyyətin strukturundan çıxarılaraq “xxxx” MMC-nin tərkibinə daxil edilmişdir. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" ## ###### 2023-cü il tarixli, **** nömrəli fərmanına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkil yolu ilə "xxxx" publik hüquqi şəxsin Mingəçevir şəhər Sukanal Idarəsi adlandırılmışdır. AZE ******** nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı ##.##.1965-ci il tarixdə anadan olmuşdur. Сavabdehin ##.##.2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməmişdir. Belə ki, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 46080,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı 44722,86 manat təşkil edir. “xxxx” MMC-nin ##.##.2020-ci il tarixli ** nömrəli əmrindən görünür ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətin tabeliyində olan idarə və təşkilatlar üzrə əmək şəraiti ağır və zərərli, xüsusilə ağır və xüsusilə zərərli vəzifə və peşələrdə çalışan işçilərə əmək şəraitinə görə müəyyən edilmiş artım əmsallarının ## ######## 2019-cu il tarixdən hesablanaraq ödənilməsi təmin edilmişdir. “xxxx” MMC-nin "Mingəçevir Sukanal" idarəsi üzrə əmək şəraiti ağır və zərərli, xüsusilə ağır və xüsusilə zərərli olan iş yerləri üzrə peşələrin siyahısında aşağıdakı vəzifələr qeyd olunmuşdur: Elektrik qaz qaynaqçısı, Təmirçi çilingər (kanalizasiya), Ekskavator maşinisti, Nasos qurğularının maşinisti, Xlorator qurğusunun operatoru. ##.##.2024-##.##.2025-ci il iş ilinə münasibətdə bağlanmış əmək müqaviləsindən görünür ki, iddiaçı Mingəçevir şəhər Sukanal Idarəsi/Su və kanalizasiya sistemlərinin istismarı sahəsində Ekskavator maşinisti vəzifəsinə işə qəbul olunmuş, zərərli şəraitli iş yerində icra etdiyi üçün onun əmək haqqına 20 manat məbləğdə əlavə müəyyən edilmiş, əmək şəraitinin xarakterinə görə 6 təqvim günü əlavə məzuniyyət verilmişdir. ##.##.2025-##.##.2026-cı il iş ilinə münasibətdə bağlanmış əmək müqaviləsindən görünür ki, iddiaçı Mingəçevir şəhər Sukanal Idarəsi/Su və kanalizasiya sistemlərinin istismarı sahəsində Ekskavator maşinisti vəzifəsinə işə qəbul olunmuş, zərərli şəraitli iş yerində icra etdiyi üçün onun əmək haqqına 16,8 manat məbləğdə əlavə müəyyən edilmiş, əmək şəraitinin xarakterinə görə 6 təqvim günü əlavə məzuniyyət verilmişdir. ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən iddiaçının əmək fəaliyyəti aşağıdakı kimidir: ##.##.1983 – ##.##.1986, ##.##.1986 – ##.##.1987, ##.##.1987 – ##.##.1987, ##.##.1987 – ##.##.1989, ##.##.1989 – ##.##.1993, ##.##.2007 – ##.##.2019, ##.##.2019 – ##.##.2024, ##.##.2024 –hazıradək. Birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı
2. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “cavabdehin üzərinə iddiaçıya 18 il 1 ay 27 gün təşkil edən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ##.##.2025-ci ildən təyin edilməsi vəzifəsinin qoyulmasına” dair qərar qəbul edilməsini xahiş etmişdir.
3. Iddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: “İddiaçı ##.##.1983-cü il tarixdən ##.##.1989-cu ilədək Sovet Ordu sıralarında xidmət etmişdir. (iş stajı 2 il). ##.##.1983-cü il tarixdən ##.##.1989-cu ilədək Laçın rayonunun S.Vurğun adına sovxozda fəhlə işləmişdir. (iş stajı 4 il 4 ay 22 gün). ##.##.1989-cu ildən ##.##.1993-cü ilədək Azərbaycan DRES-in nasos qurğuları sahəsində təmirçi çilingər vəzifəsində işləmişdir. (güzəştli şərtlərlə iş stajı 3 il 6 ay 27 gün). ##.##.2007-##.##.2009-cu illərdə X2 Idarəsinin nəqliyyat istismar sahəsinə 4-cü dərəcəli maşinist (traktorçu) işləmişdir. (güzəştli şərtlərlə iş stajı 2 il 1 ay 13 gün). ##.##.2009-cu il tarixdən ##.##.2013-cü il tarixdədək Mingəçevir energetika qəsəbəsi üzrə su təchizatı, kanalizasiya sistemlərinin nasos stansiyasının istismarı və təmiri üzrə sahəsində nasos stansiyasının maşinisti vəzifəsində işləmişdir. (güzəştli şərtlərlə iş stajı 3 il 9 ay 7 gün). ##.##.2013-cü il tarixdən ##.##.2019-cu ilədək nəqliyyat xüsusi texniki sahəsinə 4-cü dərəcəli ekskavator maşinisti vəzifəsinə keçirilərək işləmişdir. (güzəştli şərtlərlə iş stajı 6 il 2 ay 9 gün). ##.##.2019-cu ildən bu günədək "xxxx" ASC-nin Mingəçevir "Su kanal" idarəsinə su və kanalizasiya sistemlərinin istismarı sahəsində ekskavator maşinisti vəzifəsində işləyir. (güzəştli şərtlərlə iş stajı 6 il 28 gün). Bununla onun ümumi əmək stajı ##.##.1983-cü il tarixdən ##.##.2025-ci il tarixədək 42 il 3 ay 10 gün təşkil edir, güzəştli şərtlərlə iş stajı isə 18 il 1 ay 27 gün gündür. Bununla da onun "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9 maddəsinin tələblərinə görə 18 il 1 ay 27 gün təşkil edən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası yaranmışdır. Iddiaçının ümumi iş stajı ələcə də güzəştli şərtlərlə pensiya almaq hüququ əldə etdiyində cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair ##.##.2025-ci il tarixdə müraciət etmiş və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh ##.##.2025-ci il tarixli 3-17-1\2- M-228455\**** saylı cavab məktubu ilə iddiaçının işlədiyi vəzifənin Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı" üzrə 1.2.1-ci bəndinə aid olmadığı əsası ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının verilməsindən imtina etmişdir. Cavabdeh güzəştli şərtlərlə əmək pensiyası hüququ verən iş stajını ona təqdim edilmiş əmək kitabçası, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair arayışı düzgün dəyərləndirməmiş və əsassız olaraq pensiya təyin etməkdən imtina etmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı" üzrə 1.2.1-ci bəndin a) yarım bəndində ekskavator maşinistləri vəzifəsi nəzərdə tutulmuşdur. Bu hal müəssisənin şəxsin güzəştli şərtlərlə pensiya almaq hüququ verən işdə çalışmasına dair arayışda zəruri olmasını xüsusiyyətləri göstərilməklə təsdiqini tapır. Şəxslərin güzəştli şərtlərlə pensiya hüququ çalışdıqları müəssisənin iqtisadi fəaliyyət sahəsinə və müəssisənin deyil, həmin müəssisənin struktur vahidində onların həyata keçirdikləri fəaliyyətin funksional təyinatına və məzmununa bağlıdır. Burada həlledici məqam onların icra etdikləri funksiyaların güzəştli pensiya hüququ verən və siyahıda nəzərdə tutulan peşəyə bağlı olmasıdır. "xxxx" ASC-nin Mingəçevir "Su kanal" idarəsinin iqtisadi fəaliyyət sahəsi Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda bilavasitə göstərilməməsinə baxmayaraq, "Açıqda dağ-mədən işləri və yer səthində işlər" adlanan 1.2.1-ci bəndi ilə əhatə olunur və iddiaçının icra etdiyi funksiyaların güzəştli pensiya hüququ verən və siyahıda nəzərdə tutulan peşəyə bağlıdır. Belə olan halda cavabdehin üzərinə müvafiq öhdəliyin qoyulması zərurəti vardır. Göründüyü kimi hazırki iddianı qaldırmaqda iddiaçının hüquqi marağı hüququnun yarandığı gündən, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilərək ödənilməsindən ibarətdir. Iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ 60 yaşının bitdiyi ##.##.2025-ci il tarixdə yaranmışdır (iddiaçı ##.##.1965-ci ildə doğulub).”.
4. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: “Iddiaçı İddiaçı iddia ərizəsinin əsasları kimi ümumi sığorta stajının 25 ildən, güzəştli sığorta stajının isə 12 il 6 aydan çox olduğunu bildirərək, cavabdeh tərəfindən ona 60 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməli olduğunu iddia edir. Hesab edilmişdir ki, iddiaçının iddia tələbi əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir: Belə ki, İddiaçı Mərkəzi Filiala müraciət edərək ona 60 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda dağ-mədən işləri bölməsi (1) nəzərdə tutulmuşdur. X3 tərəfindən onun müraciətinə cavab olaraq ##.##.2025-ci il tarixli *-**-*/*- M-******/**** nömrəli imtina məktubu ünvanlanmışdır. Həmin imtina məktubunda qeyd edilmişdir ki, İddiaçı HT-İ 1254653 və ona dair ADSEA "xxxx" Publik Hüquqi şəxsi Mingəçevir şəhər Sukanal Idarəsinin ## ###### 2025-ci il tarixli *** nömrəli arayışında onun ##.##.2007-##.##.2009-cu il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə maşinist (traktorçu), ##.##.2009-##.##.2013-cü il tarixləri arasındakı dövr ərzində nasos stansiyalarının maşinisti, ##.##.2013-##.##.2019-cu il, ##.##.2019-##.##.2024-cü il tarixləri arasındakı dövrlər ərzində və ##.##.2024-cü tarixdən indiyədək ekskvator maşinisti vəzifələrində işlədiyi qeyd olunub. Göründüyü kimi İddiaçı işlədiyi müəssisənin fəaliyyət sahəsi sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan dağ-mədən işləri sahəsinə aid deyil. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. Qeyd olunanlara əsasən hesab edilmişdir ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir: "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Istinad olunan Qanunun məzmunundan göründüyü kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün aşağıdakı şərtlər vardır: 1.Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışmalı; 2. Kişilər 60 yaşına, qadınlar 55 yaşına çatmalı; 3. Kişilərin azı 25 il sığorta stajı olmaqla, bu müddətin azı 12 il 6 ayı həmin işlərdə, qadınların azı 20 il sığorta stajı olmaqla, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmalı; Belə ki, ## ##### 2022-ci il tarixdə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları"na * nömrəli Əlavənin 4.1.20-ci maddəsində yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti işəgötürənin bu Qaydaya * nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən olunur. Yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, məhkəmə iş yerindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Məhkəmə Azərbaycan Respublikası IPM-in 58.6-cı maddəsinə uyğun olaraq işə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən etməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya yuxarı təşkilatlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Qeyd olunmalıdır ki, sözügedən arayış güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə qanunla tələb edilən müddətdə (hazırki halda azı 12 il 6 ay) çalışmasını müəyyən etməyə imkan verməlidir. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair ## #### 2019-cu il tarixli qərarında qeyd edilir ki, Konstitusiyanın 125-ci maddəsinin VII hissəsinin "Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir" müddəası ədalət mühakiməsinin əsas prinsipləri və şərtlərini müəyyən edən Konstitusiyanın 127-ci maddəsinin II hissəsinin "Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar", həmin maddənin IV və VII hissələrinin ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Hazırki işin hallarından müəyyən olunur ki, iddiaçının işlədiyi sahənin fəaliyyət istiqamətinin siyahıda öz əksini tapmış sahə ilə heç bir əlaqəsi yoxdur. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 12.1 və 12.2-ci maddələrinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Yuxarıda istinad olunmuş qanunvericilik aktlarının qarşılıqlı təhlilindən və iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən məlum olduğu kimi iddiaçı əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışdığını, bu səbəbdən də ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməli olduğunu iddia etsə də, işin faktiki halları ilə müəyyən olunur ki, iddiaçının güzəştli iş stajı olmadığı üçün ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələblərinə ziddir və bu səbəbdən də cavabdeh tərəfindən verilmiş imtina qanunauyğun olmuşdur. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir.”.
5. Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim X4) iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının üzərinə iddiaçı İddiaçı 60 yaşının tamam olduğu ##.##.2025-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulmuşdur.
6. Birinci instansiya məhkəməsi qərarını aşağıdakı kimi əsaslandırmışdır: “Məhkəmə cavabdeh orqanın mövqeyi ilə razılaşmır və qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 1.2.1-ci bəndində “Açıqda dağ-mədən işləri və yer səthində işlər” nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, “dağ-mədən işləri və yer səthində işlər” ifadəsi hər iki kateqoriyaya aiddir, yəni “və” iki müxtəlif iş kateqoriyasını sadalamaq üçün istifadə olunmuşdur. Iddiaçının gördüyü işlər həmin ifadənin ikinci hissəsində “yer səthində işlər”ə aid olduğundan məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Məhkəmə eyni zamanda qeyd edir ki, cavabdeh iddiadan imtina edərkən və məhkəməyə verilən iddiaya qarşı etiraz təqdim edərkən dəlillərini əsaslandırmaq üçün istinad etdiyi oxşar işlər üzrə Ali Məhkəmənin icmalına və qərarlarına zidd mövqe nümayiş etdirmişdir. Belə ki, Ali Məhkəmənin oxşar işlər üzrə icmal məktublarında və qərarlarında göstərilmişdir ki, güzəştli şərtlərlə pensiya hüququ müəyyən edilərkən nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Iş materialları müəyyən olunur ki, iddiaçı işlədiyi müddət ərzində ##.##.2007ci il tarixdən hal-hazıradək zərərli sahədə 8 saatlıq iş günü ərzində şəraitində fiziki gərginlik, vibrasiya, səs-küy, toz, həmçinin düşən materiallar və təhlükəli ətraf mühit kimi bir sıra zərərli və təhlükəli amillərə məruz qalması faktorları mövcud olmuşdur. Iş şəraitinin zərərli olduğuna görə ona işlədiyi müddət ərzində 8% miqdarında əlavə əmək haqqı ödənilmişdir və zərərli iş şəraitində işlədiyinə görə Əmək Qanunvericiliyinə əsasən onun əmək məzuniyyətinə əlavə 06 təqvim günü məzuniyyət günü verilmişdir. Iş materiallarında “xxxx” PHŞ-nin ##.##.2025- ci il tarixli şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışdan görünür ki, iddiaçının işlədiyi vəzifə üzrə sosial sığorta (əmək) stajı 17 il 11 ay 24 gün təşkil edir. Göründüyü kimi, ##.##.2025-ci il tarixə iddiaçının qanunvericiliklə tələb olunan 25 ildən artıq ümumi və 12 il 6 ay güzəştli iş stajına malik olması iş materialları ilə öz təsdiqini tapmışdır. Yuxarıda qeyd olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ ##.##.2025-ci il tarixdən yarandığından cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır .
7. Cavabdeh apellyasiya şikayəti verərək Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh apellyasiya şikayətinin dəlillərində iddia ərizəsinə etiraz ilə eyni məzmunlu dəlillərə istinad edib əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iş materiallarını tam, obyektiv və hərtərəfli qiymətləndirmədən, yalnız iddiaçının işlədiyi müəssisə tərəfindən təqdim edilmiş arayışa, işin xarakterinə və vəzifə təlimatına istinad etməklə iddianı təmin etmişdir. Halbuki, Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın məzmunundan göründüyü kimi, güzəştli pensiya hüququnun yaranması üçün təkcə peşənin və ya vəzifənin adı deyil, həmin peşənin məhz Siyahıda nəzərdə tutulmuş istehsalat və ya fəaliyyət sahəsində icra edilməsi zəruri şərt kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə iddiaçı ekskavator maşinisti və digər vəzifələrdə çalışsa da, onun əmək fəaliyyətini həyata keçirdiyi Mingəçevir Şəhər Sukanal Idarəsinin əsas fəaliyyət istiqaməti su təchizatı və kanalizasiya xidmətlərinin göstərilməsidir. Həmin müəssisə nə hüquqi statusuna, nə də faktiki fəaliyyət növünə görə Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulmuş dağ-mədən sənayesi və ya dağ-mədən işləri aparılan istehsalatlara aid deyildir. Deməli, iddiaçının vəzifəsinin adı Siyahıda göstərilən vəzifələrdən biri ilə eynilik təşkil etsə belə, bu hal öz-özlüyündə ona güzəştli pensiya hüququ vermir. Müəssisə tərəfindən verilmiş arayış, işin xarakterinə dair məlumat və vəzifə təlimatı yalnız iddiaçının hansı funksiyaları yerinə yetirdiyini təsdiq edən sübutlar hesab oluna bilər. Lakin həmin sənədlər normativ hüquqi aktla müəyyən edilmiş güzəştli istehsalat meyarını əvəz etmir və qanunvericilikdə nəzərdə tutulmayan yeni güzəşt hüququ yarada bilməz. Əks yanaşma qəbul edilərsə, hər hansı müəssisənin öz daxili sənədləri ilə Nazirlər Kabinetinin təsdiq etdiyi Siyahının tətbiq dairəsini genişləndirməsi mümkün olardı ki, bu da qanunçuluq prinsipinə və normativ hüquqi aktların hüquqi qüvvəsinə zidd olardı. Müqayisəli şəkildə yanaşıldıqda, dağ-mədən sənayesində fəaliyyət göstərən müəssisədə ekskavator maşinisti kimi çalışan şəxslə su təchizatı sahəsində fəaliyyət göstərən müəssisədə eyni adlı vəzifədə çalışan şəxsin hüquqi vəziyyəti eyni hesab edilə bilməz. Hər iki halda vəzifənin adı eyni olsa da, güzəştli pensiya hüququnu müəyyən edən əsas meyar işin adı deyil, işin həyata keçirildiyi istehsalatın və fəaliyyət sahəsinin Nazirlər Kabinetinin ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının əhatə dairəsinə daxil olub-olmamasıdır. Birinci halda bu meyar mövcud olduğu halda, ikinci halda həmin hüquqi şərt mövcud deyildir. Beləliklə, birinci instansiya məhkəməsi iddiaçının işlədiyi müəssisənin fəaliyyət sahəsinin Siyahıda nəzərdə tutulan istehsalatlara aid olub-olmamasını lazımi qaydada araşdırmadan, hüquqi əhəmiyyət kəsb etməyən halları əsas götürərək maddi hüquq normalarını düzgün tətbiq etməmiş, nəticədə iş üzrə yanlış hüquqi nəticəyə gəlmişdir. Bu səbəbdən məhkəmə qətnaməsi qanuni və əsaslı hesab edilə bilməz, ləğv edilməli və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmalıdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tərəflərin izahatları
10. Məhkəmə iclasında iştirak edən iddiaçı şikayətin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir.
11. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi şikayətin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir.
12. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi nümayəndə1 şikayətin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək yeni qərarın çıxarılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38 Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. III. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
14. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” 1.2.1 Açıqda dağ-mədən işləri və yer səthində işlər a) ekskavator maşinistləri
16. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 19.1. Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
17. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 73.1. Inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
18. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş müddətdə verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
19. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır, cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edir və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
21. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallardan görünür ki, iddiaçının hüquqi marağı güzəştli şərtlərlə iş stajının 18 il 1 ay 27 gün olmasına əsaslanaraq ona güzəştli şərtlərlə pensiyanın təyin edilməsinə yönəlmişdir.
22. Cavabdehin apellyasiya şikayətinin ümumiləşmiş dəlilləri ondan ibarətdir ki, iddiaçının işlədiyi "xxxx" Publik Hüquqi şəxsi Mingəçevir şəhər Sukanal Idarəsinin fəaliyyət sahəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda nəzərdə tutulan dağ-mədən işləri sahəsinə aid deyil.
23. Kollegiya apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək qeyd edir ki, hazırkı qərarın 14-15-ci bəndlərində istinad olunan normaların müddəaları baxımından, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün onun incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışması, qanunla müəyyən edilmiş zəruri yaş həddinə çatması, fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajının olması zəruridir.
24. Iş materiallarında olan “xxxx” PHŞ Mingəçevir Şəhər Sukanal Idarəsinin ##.##.2025-ci il tarixli işin xarakteri haqqında güzəştli arxiv arayışından görünür ki, iddiaçı ##.##.2007-ci ildə (Əmr № **/k,##.##.2007-ci il) "xxxx” MMC-nin Mingəçevir Sukanal Idarəsinin Nəqliyyat Istismar sahəsinə 4-cü dərəcə ilə maşinist (traktorçu) işinə qəbul edilmişdir. ##.##.2009-cu il tarixdən (Əmr № **/k, ##.##.2009-ci il) "xxxx” MMC-nin Mingəçevir Sukanal Idarəsinin Energetiklər qəsəbəsi üzrə Su təchizatı, kanalizasiya sistemlərinin, nasos stansiyalarının istismarı və təmiri sahəsinə 2-ci dərəcə ilə nasos stansiyalarının maşinisti işinə keçirilmişdir. ##.##.2013-cü ildən (Əmr № Q**/k,##.##.2013) “xxxx” ASC-nin Mingəçevir Sukanal Idarəsinin Nəqliyyat və xüsusi texnika sahəsinə 4-cü dərəcə ilə ekskavator maşinisti peşəsinə keçirilib. ##.##.2019-cu ildə (Əmr № QI**-k,##.##.2019-cu il) Azərbaycan Respublikası ƏM-nin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən işçi başqa işəgötürənlə əmək müqaviləsi bağladığına görə əmək müqaviləsi ləğv edilmiş, ##.##.2019-cu ildə (Əmr № ***-k,##.##.2019-cu il) "xxxx” MMCnin Mingəçevir Sukanal Idarəsinə 4-cü dərəcə ilə ekskavator maşinisti peşəsinə təyin edilib. ##.##.2024-cu ildə (Əmr № ***-k,##.##.2024-cu il) Azərbaycan Respublikası ƏMnin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən işçi başqa işə keçməsi ilə əlaqədar olaraq əmək müqaviləsi ləğv edilmiş, ##.##.2024-cu ildə (Əmr № ***-k,##.##.2024-cü il) Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “xxxx”publik hüquqi şəxsin Mingəçevir şəhər Sukanal Idarəsinə 4-cü dərəcə ilə ekskavator maşinisti peşəsinə təyin edilmişdir.
25. Həmin arayışda iddiaçının işlədiyi sahənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş siyahının 1.2.1 bəndinin a) yarımbəndinə uyğun olması qeyd edilmişdir.
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 1.2.1 bəndi “Açıqda dağ-mədən işləri və yer səthində işlər” sahələrini əhatə edir və həmin bəndin “a” yarımbəndində “ekskavator maşinisti” peşəsi nəzərdə tutulmuşdır. Lakin ekskavator maşinisti peşəsinin güzəştli kateqoriyaya aid edilməsi onun sözügedən Siyahıda nəzərdə tutulmuş sahələrdə və şəraitdə icra olunması ilə şərtləndirilir.
27. Iş üzrə təqdim edilmiş iddiaçıya dair müəssisə tərəfindən verilmiş arayışlarda, işin xarakterinə dair məlumatda, əmək müqavilələri və vəzifə təlimatında onun ekskavator maşinisti qismində dağ-mədən deyil, su və kanalizasiya sistemlərinin istisması sahəsində fəaliyyət göstərdiyi müəyyən olunur.
28. “Yerin təki haqqında” Azərbaycan RespublIkası Qanununun 7-ci maddəsinə əsasən yerin təkindən istifadənin növləri aşağıdakılardır: geoloji və geoekoloji öyrənmə; faydalı qazıntıların çıxarılması; dağ-mədən işləri ilə əlaqədar istehsal tullantılarından istifadə; faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların tikilməsi və istismarı; elmi, mədəni, estetik, müalicə-sağlamlıq əhəmiyyətlərinə malik xüsusi mühafizə edilən geoloji obyektlərin (elmi və tədris sınaq meydanları, geoloji qoruqlar, yasaqlıqlar, təbiət abidələri, mağaralar və digər yeraltı boşluqlar) yaradılması; mineraloji, paleontoloji və digər geoloji kolleksiya materiallarının toplanması, arxeoloji qazıntıların aparılması; su anbarlarında və ya sututarlarda toplanan çöküntülərin (qum, qum-çınqıl, gil), habelə tunellərin və ya keçidlərin tikintisi ilə əlaqədar yerin təkindən çıxarılan süxurların istifadəsi.
29. Göründüyü kimi iddiaçının işlədiyi müəssisə dağ-mədən işlərini yerinə yetirən müəssisə olmamışdır. Belə ki, Mingəçevir Şəhər Sukanal Idarəsinin əsas fəaliyyət istiqamətini su təchizatı və kanalizasiya xidmətlərinin göstərilməsi təşkil etdiyindən həmin müəssisə nə hüquqi statusuna, nə də faktiki fəaliyyət növünə görə yuxarıda qeyd edilmiş Siyahıda nəzərdə tutulmuş dağ-mədən sənayesinə və ya dağ-mədən işləri aparılan istehsalatlara aid deyildir.
30. Oxşar işlər üzrə Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. (Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli qərarı).
31. Göründüyü kimi, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarət hazırki tələbinə münasibətdə aparılan araşdırma nəticəsində cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdeh tərəfindən verilmiş imtinanın (hazırki iş üzrə araşdırma həddində) əsaslılığını istisna edən faktiki şərtlər iş materialları ilə müəyyən edilmir. Belə ki, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunvericiliyə zidd olmamışdır. Iddiaçının tələbi ona münasibətdə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini zəruri edən qanunvericiliklə müəyyən edilmiş şərtlərə tam cavab vermir. Cavabdehin imtinası iddiaçının hazırki tələbinə münasibətdə əsaslıdır.
32. Belə olan halda məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşır və hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən müvafiq inzibati icraat çərçivəsində iddiaçının tələbindən imtinası qanunsuz sayıla bilməz.
33. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsaslı olduğundan birinci instansiya məhkəməsinin qərarı IPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli, iddia təmin edilməməlidir.
34. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. Iş üzrə yeni qərar qəbul edilsin. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya ##.##.2025-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.