Məhkəmə qərarları › İş №2-1(3-10)-409/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-10)-409/2026

26.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 2-1(3-10)-409/2026 26.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Mustafayev Etibar Mustafa oğlu (məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə, Sədiyev Elvin Ilham oğlunun katibliyi, Iddiaçı İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil və cavadeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ** saylı Yevlax Ərazi Idarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadından ərizəçilər Maraqlı şəxs və X1 tərəfindən apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: Işin halları:

1. Mingəçevir Şəhər XDS IK-nın # ######## 1979-cu il tarixli *** nömrəli qərarına əsasən şəhərin mikroiqliminin və asudə vaxtdan istifadənin yaxşılaşdırılması, əhalinin sağlamlğının möhkəmləndirilməsi məqsədilə * nömrəli Avtonəqliyyat Müəssisəsinə 4 ha torpaq sahəsi ayılmışdır.

2. İddiaçı həmin Müəssisənin “Sevinc” bağçılıq təsərrüfatının üzvlərinin syahısında adının göstərildiyini əsas gətirərək ona şəhərin Boz-dağ ətəyi ərazisindən bağ sahəsinin ayrıldığını bildirməklə həmin bağın yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin (bundan sonra –DƏDKR) ** saylı Yevlax Ərazi Idarəsinə müraciət etmişdir. Lakin DƏDKR ** saylı Yevlax Ərazi Idarəsi məsələnin həllindən imtina etmişdir. Birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:

3. Iddiaçı İddiaçı cavabdeh DƏDKR ** saylı Yevlax Ərazi Idarəsinə qarşı «torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi» tələbi ilə Şəki Inzibati Məhkəməsinə müraciət etmişdir.

4. Məhkəmə icraatının gedişində Şəki Inzibati Məhkəməsinə icraata cəlb olunma barədə X2 və X1 birgə ərizəsi təqdim olunmuşdur.

5. Ərizə onunla əsaslandırılmışdır ki, “iddiaçı İddiaçı müvafiq torpaq sahəsinə mülkiyyət hüququnun tanınmasına dair Şəki Inzibati Məhkəməsinə müraciət etmişdir. Inzibati iş məhkəmənin icraatındadır. Iddia olunan torpaq sahəsinin bir hissəsi 4 metr enində 60 metr uzunluğunda yoldur. Həmin yol Mingəçevir Şəhər XDS IK-nın qərarına əsasən * nömrəli X5 “Sevinc” bağçılığına ayrılmış ərazidən ərizəçilərə (Maraqlı şəxs və Ələsgərov İ.R.) verilmiş bağ sahələrindən istifadə üçün nəzərdə tutulmuşdur. Onların İddiaçı qarşı torpaq sahəsindən istifadə üçün nəzərdə tutulan yola mane olan darvaza götürülməklə yolun açılması tələbinə dair iddia üzrə iş hazırda Mingəçevir Şəhər Məhkəməsinin icraatındadır. Bundan başqa, qanuni istifadələrində olan torpaq sahəsinə hüquqlarının qeydə alınması ilə bağlı adıçəkilən şəxslər də Şəki Inzibati Məhkəməsində iddia qaldırmışlar. Göstərilənlər nəzərə alınmaqla, X2 və X1 hazırkı işə cəlb olunması məhkəmədən xahiş edilir.”.

6. Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə (hakim Rüstəm Kərimli) X2 və X1 məhkəmə icraatına cəlb olunma barədə ərizəsi (vəsatəti) təmin edilməmişdir.

7. Birinci instansiya məhkəməsi qərardadını aşağıdakı kimi əsaslandırmışdır: “Məhkəmə ilk növbədə diqqətə çəkir ki, hazırda qaldırılan məsələ inzibati məhkəmə icraatına cəlb olunmanı əhatə etsə də, mübahisə predmeti üzrə inzibati icraatı cavabdeh inzibati orqan (DƏDKR-nın ** saylı Yevlax Ərazi Idarəsi) həmin icraatı hər hansı şəxsin, o cümlədən hazırkı ərizəçilərin üçüncü (maraqlı) şəxs qismində iştirakı olmadan həyata keçirməyi məqbul saymışdır. Bundan başqa, hazırkı məhkəmə icraatında məhkəmə iddia olunan torpaq sahəsinin iddiaçının qanuni istifadəsində olubolmamasını, «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun mülkiyyətinə keçib-keçməməsini və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınmalı olub-olmamasını qiymətləndirməlidir. Nəzərə alınmalıdır ki, iddiaçının zəbt etdiyi və qanuni istifadəsində olan torpaq sahələri fərqli predmetlərdir və ikincisi yalnız mötəbər aktlarla (hüquqmüəyyənedici sənədlərlə) təsdiqlənməlidir. Qanuni istifadədə olmuş və mülkiyyətə keçmiş ərazidən yol keçməsinə gəldikdə isə, bu məsələ mübahisə kimi mülki məhkəmə icraatında həllini tapa bilər və mülkiyyətçi hüquqlarının qeydiyyatına təsirsizdir. Məhkəmə həmçinin diqqətə çəkir ki, hazırkı mübahisənin predmeti olan və iddiaçının və ərizəçilər X2 və X1 iddia etdikləri bağ sahələri ayrı-ayrıdır. Hər hansı bağın yerləşdiyi torpaq sahəsinin üzərində mülkiyyət hüququnun reyestrdə qeydiyyatı zamanı qonşuluqda yerləşən bağların mülkiyyətçiləri və ya istifadəçilərinin müvafiq olaraq inzibati icraata və inzibati məhkəmə icraatına cəlbi heç xarakterik hal da deyil, buna bir qayda olaraq zərurət də olmur.”.

8. Ərizəçilər apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini, onların həmin inzibati işə üçüncü şəxs qismində cəlb olunması barədə qərardadın qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

9. Ərizəçilər apellyasiya şikayətində vəsatətlə eyni məzmunlu dəlillərə istinad edib əlavə olaraq qeyd etmişlər ki, “iddiaçı İddiaçı hazırda onların yolu olan torpaq sahəsinin ona məxsus olduğunu iddia edir və məhkəmə həmin plan ölçüyə uyğun olaraq ona mülkiyyət hüququnun qeydə alınmasına dair iddianı təmin edəcəyi təqdirdə ərizəçilərin hüquqları pozulacaqdır. Hazırda onların hüquqi marağı məhz özlərinə məxsus torpaq sahəsindən ilkin ayrılma qaydalarına uyğun olaraq istifadələrinə məhdudiyyət qoyulmaması ilə bağlıdır. Məhkəmə hesab etmişdir ki, İddiaçı iddiası inzibati iddia, onları iddiası isə mülki xarakterlidir. Hesab edirlər ki, məhkəmənin mövqeyi əsassızdır. Belə ki, İddiaçı ərizəçilərin bağdan sərbəst istifadəsi üçün nəzərdə tutulan torpaq sahəsinə gedən yola mülkiyyət hüququnu qeydə aldırmaq istədiyindən onların hüquqları pozulacaqdır. Digər tərəfdən İddiaçı bağçılıq üçün verildiyi iddia olunan torpaq sahəsində onların bağları üçün nəzərdə tutulmuş kanalizasiya xətləri çəkilmişdir. İddiaçı öz torpaq sərhədlərini başqa yerdən götürməklə faktiki 8 sotdan artıq ərazini zəbt etmişdir. Cavabdeh orqanın təqdim etdiyi sxemə baxış keçirilərkən görünür ki, cavabdeh orqanın cizgisi işin faktiki hallarına uyğun deyildir. Təxminən 2 sot torpaq sahəsini faktiki İddiaçı torpaq sahəsinin daxilində saxlamaqla, bağlarına gedən yolu İddiaçı ayrılmış yol kimi nəzərə almışlar. Ona görə də Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ləğv edilməli, onların həmin inzibati işə üçüncü şəxs qismində cəlb olunması barədə qərardad qəbul edilməlidir.”.

10. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tərəflərin izahatları

11. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

12. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

13. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdehin nümayəndəsi ədalətli qərardadın qəbul edilməsini xahiş etdi.

14. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, ərizəçilər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası ərizəçilərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının Inzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 28.1. Iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Maddə 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri.

16. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

17. Ərizəçilər onlar üçün əlverişsiz olan məhkəmə aktından bütövlükdə şikayət verdiyindən verilmiş apellyasiya şikayəti üzrə hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyinə və əsaslılığına qiymət veriləcəkdir. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

19. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

20. Belə ki, IPM-nin 28-ci maddəsinin məzmunundan görünür ki, üçüncü şəxsin inzibati məhkəmə icraatına cəlb edilməsi hər bir halda formal xarakter daşımır və bunun üçün məhkəmə qərarının həmin şəxsin qanunla qorunan maraqlarına toxunması, yaxud mübahisə edilən hüquq münasibətində həmin şəxsin iştirakı olmadan tərəflər və üçüncü şəxs barəsində vahid qərarın qəbul edilməsinin mümkün olmaması müəyyən edilməlidir.

21. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddia tələbi üzrə mübahisəli torpaq sahəsinin iddiaçının qanuni istifadəsində olubolmamasını, «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun mülkiyyətinə keçib-keçməməsini və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınmalı olub-olmamasını qiymətləndirildikdən sonra iddia uğurlu olarsa qəbul ediləcək qərarla inzibati orqanın üzərinə müvafiq öhdəlik qoyulacaq, mübahisəli torpaq sahəsinin yol ərazisinə düşüb-düşmədiyi ilə bağlı məsələ isə inzibati deyil, mülki məhkəmə icraatının predmetidir.

22. Hazırkı halda iddiaçının və ərizəçilərin iddia etdikləri torpaq sahələrinin üst-üstə düşməsi və ya eyni ərazıdə yerləşməsi ilə bağlı heç bir sübut təqdim edilməmişdir.

23. Odur ki, kollegiya hesab edir ki, mövcud vəziyyətdə qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının ərizəçilərin qanunla qorunan maraqlarına toxunma halını yaratmır.

24. Təsadüfi deyil ki, “Inzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2022-ci il tarixli Qərardadında qeyd olunmuşdur ki, “ 37. Hüquqi maraq bir qayda olaraq qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının şəxslərin qanunla qorunan maraqlarına toxunması halını yarada bildikdə mövcud olur. Bu, məhkəmə qərarının prosesdə tərəf olmayan digər şəxslərin hüquqi vəziyyətlərinə göstərə biləcəyi mümkün təsirlə bağlı məsələdir. Bir qayda olaraq, qəbul edilməsi nəzərdə tutulan məhkəmə aktının digər şəxslərin maraqlarına birbaşa təsir törətməsi halından o zaman söz edilə bilər ki, həmin məhkəmə aktı üçüncü şəxsin hüquqi statusuna təsir etmiş olsun, yəni ona münasibətdə konkret hüquqlar və vəzifələr yaratsın, yaxud mövcud hüquqları və vəzifələri ləğv etsin və ya dəyişdirsin. Digər halda isə hüquqi statusa bu qaydada birbaşa təsirlə bağlı olmayan maraqlara toxunma halı mövcud olur. 38. Cəlbetmə üçün həlledici olan məsələlərdən biri də qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının mübahisə tərəfləri olmayan digər şəxslərin qanunla qorunan maraqlarına toxunma halını yaratmasıdır. Belə olan halda, qanunla qorunan maraqlara nəyin aid edilə biləcəyinə aydınlıq gətirilməlidir. Maraqların maddi hüquqla müəyyən olunduğu nəzərə alındıqda qanunla qorunan maraq kimi maddi hüquq norması əsasında tanınmış maraqlar çıxış edirlər. Başqa sözlə, diqqət yetirilməli olan hal ondan ibarətdir ki, konkret baxılan iş üzrə mübahisənin həlli ilə bağlı tətbiq edilən və ya edilməli olan maddi hüquq normalarından hər hansı biri üçüncü şəxsin mənafeyini bu və ya digər dərəcədə müdafiə edirmi? Bu mənada, mütləq nəzərə almaq lazımdır ki, üçüncü şəxs qismində icraata qoşula bilmək üçün şəxsin hüquqları hüquqi mənada qorunmalıdır, yəni mübahisənin həlli ilə əlaqədar tətbiq edilən və ya edilməli olan konkret maddi-hüquq normalarından hər hansı biri şəxsin mənafeyinin bu və ya digər dərəcədə müdafiəsi məqsədini güdməlidir. Hüquqi maraq müəyyən olunmadan, sırf məhkəmə qərarının çıxarılmasından sonra yaranacaq iqtisadi, sosial, mənəvi və ya başqa faktiki maraqların mövcudluğu cəlbetmə üçün yetərli deyildir.”.

25. Kollegiya hesab edir ki, hazırkı işdə ərizəçilər iş üzrə qəbul ediləcək məhkəmə qərarının onların publik münasibətlərdən irəli gələn hansı konkret subyektiv hüquqlarına və ya qanunla qorunan maraqlarına təsir etdiyini əsaslandıra bilməmişlər. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas deyildir.

26. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

27. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Ərizəçilər tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmir. Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılır. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar