Məhkəmə qərarları › İş №2-1(3-10)-415/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-10)-415/2026

20.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 2-1(3-10)-415/2026 20.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin hakimləri - Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), X1 və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, apellyasiya şikayəti vermiş iddiaçı İddiaçı iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh X2rşı “əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddia ərizəsinə dair inzibati iş üzrə Şəki Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iş üzrə iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN E T D İ: Iddiaçı İddiaçı ## ###### 2025-ci ildə cavabdeh Cavabdeh X2rşı “əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddia ərizəsi ilə Şəki Inzibati Məhkəməsinə müraciət etmişdir. Şəki Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddiaçı İddiaçı “əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməmişdir (hakim Etibar Mustafayev). Iddiaçı İddiaçı ## ###### 2026-cı ildə Şəki Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından apellyasiya şikayəti vermişdir. Birinci instansiya məhkəməsi həmin apellyasiya şikayətini işlə birlikdə baxılması üçün ## ###### 2026-cı il tarixli məktubla Şəki Apellyasiya Məhkəməsinə göndərmiş və həmin inzibati iş ## ###### 2026-cı ildə Şəki Apellyasiya Məhkəməsinin dəftərxanasında qəbul edilmişdir. Iddiaçı İddiaçı və onun nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Vəkil həmin apellyasiya şikayətinin mümkünlüyü məsələsinə ## ###### 2026-cı il tarixdə, saat 1000-da şifahi icraat qaydasında məhkəmə iclasında baxılacağı barədə ##.##.2026-cı il tarixli məhkəmə bildirişi göndərilmiş və eyni zamanda, həmin Bildirişdə proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan hüquq və vəzifələri izah edilmiş və məhkəmə iclasında baxılacaq məsələnin mahiyyətinə uyğun olan işin xüsusi halları iddiaçı tərəfin diqqətinə çatdırılmışdır. Bundan əlavə, məlum məhkəmə qərarından apellyasiya şikayətinin qanunla müəyyən olunmuş müddət ərzində məhkəməyə təqdim olunmamasının üzürlü hesab edilməsinə dair sübutların və ya buraxılmış prosessual müddətin bərpa olunmasına dair ərizənin də məhkəmə iclasının keçiriləcəyi tarixədək Şəki Apellyasiya Məhkəməsinə təqdim edilməsi iddiaçı tərəfə təklif olunmuşdur. Apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxılması ilə əlaqədar iş üzrə ## ###### 2026-cı il tarixə, saat 1000-a təyin edilmiş məhkəmə iclasına həmin apellyasiya şikayətini vermiş iddiaçı İddiaçı gəlmişdir. Məhkəmə iclasında apellyasiya şikayətini vermiş iddiaçı İddiaçı birinci instansiya məhkəməsində iştirakı nümayəndə vasitəsilə təmin olunsa da, nümayəndəsinin Şəki Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarını ona vermədiyini və bu səbəbdən də ## #### 2026-cı il tarixində məhkəməyə yazılı ərizə ilə müraciət edərək, həmin qərarı şəxsən aldığını və aldığı vaxtdan 30 günlük müddəti buraxmadan hazırkı apellyasiya şikayətini verdiyini bildirərək, apellyasiya şikayətinin apellyasiya icraatında baxılmasının mümkün sayılmasını, yəni Şəki Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından vermiş olduğu apellyasiya şikayətinin Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasında baxılmasını xahiş etdi. Məhkəmə kollegiyası, proses iştirakçısını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən “Şəki Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)- ****/**** nömrəli qərarından iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamalı və apellyasiya şikayətinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, *-*(***)-****/**** nömrəli inzibati işin materialları və həmin iş üzrə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə olan sənəd və məlumatlarla işin faktiki halları kimi aşağıda qeyd edilənlər müəyyən olunur: - Iş üzrə məhkəmə iclasının ## ###### 2026-cı il tarixə, saat 1000-a təyin edilməsi barədə ## ###### 2026-cı il tarixli məhkəmə bildirişinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə iddiaçı İddiaçı göndərilməsi ilə əlaqədar “Məhkəmə sənədlərinin proses iştirakçılarının elektron kabinetinə yerləşdirilməsinə” dair "AZEMIS" Elektron Məhkəmə Informasiya Sistemindən Çıxarışdan (həmin Çıxarış *-*(***)-****/**** nömrəli inzibati işin “Elektron məhkəmə” informasiya sisteminin “Sənədlər” bölməsindən çap edilərək iş materiallarına əlavə edilmişdir) və eləcə də, işin 26-cı səhifəsində olan məhkəmə bildirişinin elektron kabinet vasitəsilə göndərilməsini təsdiq edən Çıxarışdan görünür ki, ## #### 2024-cü ildən iddiaçı İddiaçı da “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabineti vardır. - Iddiaçı İddiaçı cavabdeh Cavabdeh X2rşı “əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddia ərizəsi onun (iddiaçının) səlahiyyətli nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Vəkil (30.12.24-cü il tarixli Vəkil Orderi və 3 il müddətinə verilmiş ## ###### 2024-cü il tarixli Etibarnamənin əsli iş materiallarına əlavə edilmişdir – iş vərəqi: 21-22) tərəfindən imzalanaraq ## ###### 2025-ci ildə Şəki Inzibati Məhkəməsinə təqdim olunmuş və o, birinci instansiya məhkəməsinə iş üzrə keçirilən məhkəmənin hazırlıq və baxış iclaslarında iddiaçının əvəzindən iştirak etmişdir. - Iş üzrə ## ### 2026-cı ildə keçirilən və iddiaçı İddiaçı da iştirak etdiyi məhkəmə iclasında qəbul edilmiş Şəki Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı “Elektron məhkəmə” informasiya sistemində iş üzrə yaradılmış elektron kabinetə ## ### 2026-cı ildə yerləşdirilməklə, imzalanmışdır. - Şəki Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ## ### 2026-cı ildə iddiaçı İddiaçı nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Vəkil “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilmişdir (təsdiq edilmiş elektron ünvanı (e-mail) – HYPERLINK "mailto:elektron ünvan 1" elektron ünvan 1) - (iş vərəqi: 93). - Iddiaçı İddiaçı ## #### 2026-cı ildə Şəki Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarının surətinin ona verilməsi barədə ərizə ilə Şəki Inzibati Məhkəməsinə müraciət etmişdir (iş vərəqi: 95). - Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli məktubu ilə Şəki Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı təkrarən iddiaçı İddiaçı təqdim edilmiş və həmin məktubun məzmununda göstərilmişdir ki, “məhkəmənin icraatında olmuş *-*(***)-****/**** saylı iş üzrə ## ### 2026-cı il tarixli qərar ## ### 2026-cı il tarixdə iddaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil məxsus “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilmişdir” (iş vərəqi: 96). - Iddiaçı İddiaçı tərəfindən Şəki Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)- ****/**** nömrəli qərarından ## ###### 2026-cı il tarixdə apellyasiya şikayəti verilmişdir. Göründüyü kimi, Şəki Inzibati Məhkəməsinin icraatında olmuş *-*(***)-****/**** nömrəli inzibati iş üzrə ## ### 2026-cı ildə iddiaçı İddiaçı da iştirakı ilə keçirilən məhkəmə iclasında qəbul edilmiş Şəki Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarın tam mətni ## ### 2026-cı ildə həmin iş üzrə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə daxil edilərək, imzalanmış və eyni zamanda, həmin məhkəmə Qərarı ## ### 2026-cı ildə, saat 1433-də iddiaçı İddiaçı səlahiyyətli nümayəndəsi Vəkil məxsus elektron kabinetə yerləşdirilərək, ona bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada çatdırılmışdır (bunu təsdiq edən elektron bildiriş (çıxarış) çap edilərək, iş materiallarına əlavə olunmuşdur - (iş vərəqi: 93)). Lakin, həmin Qərardan iddiaçı İddiaçı tərəfindən apellyasiya şikayəti ## ###### 2026-cı ildə, yəni qərardan apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin tələblərinə görə inzibati icraatın tərəfləri, yəni iddiaçı və yaxud, cavabdeh müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia, apellyasiya şikayəti və s. verə bilər və məhkəmə prosesində nümayəndəsi vasitəsilə təmsil olunmaqla iştirak edə bilər. Bu hallarda isə məhkəmə sənədlərinin (məhkəmə qərarlarının və s.) də nümayəndə vasitəsi ilə təmsil olunmuş tərəfə rəsmi qaydada verilməsi, yəni nümayəndəyə təqdim edilməsi - həmin tərəfə (iddiaçıya) müvafiq məhkəmə sənədinin rəsmi qaydada çatdırılmasını ehtiva edir. Odur ki, hazırkı iş üzrə iddiaçı İddiaçı birinci instansiya məhkəməsində baxılmış məlum iddia ərizəsini səlahiyyətli nümayəndəsi (vəkil) Vəkil vasitəsilə vermiş olduğundan və həmin iddia üzrə başlanmış məhkəmə prosesində bütün səlahiyyətlərə malik həmin nümayəndəsi vasitəsi ilə təmsil olunduğundan - həmin iddia üzrə qəbul edilmiş Şəki Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı həmin nümayəndənin (vəkilin) “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabineti vasitəsi ilə ## ### 2026-cı ildə təqdim olunmaqla, iddiaçıya da həmin tarixdə rəsmi qaydada çatdırılmışdır. Həmçinin, qeyd etmək lazımdır ki, iddiaçı İddiaçı tərəfindən iddia ərizəsini imzalamış nümayəndəsi (vəkil) Vəkil 3 il müddətinə, yəni ## ###### 2027-ci il tarixədək verilmiş ## ###### 2024-cü il tarixli Etibarnamədə digər səlahiyyətlərlə yanaşı “... məhkəmə aktlarından şikayətlərin verilməsi (imzalanması), ... məhkəmə icraatı ilə bağlı bütün məhkəmə aktlarının və sənədlərin müvafiq qaydada əldə edilməsi (alınması)” səlahiyyəti də verilmişdir (iş vərəqi: 22). Bu səbəblərdən də, məhkəmə qərarının kağızda çap olunmuş nüsxəsi (surəti) iddiaçı İddiaçı poçt vasitəsilə göndərilməmişdir. Eləcə də, bu baxımdan məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Akif Həsənov Azərbaycana qarşı” iş üzrə ## ######## 2019-cu il tarixli Qərarında vurğulanmışdır ki, “... birinci instansiya məhkəməsinin qərarından ## ###### 2007-ci ildə verdiyi şikayətini nəzərə alaraq, ərizəçinin 2007-ci ilin axırında apellyasiya şikayətinə münasibətində apellyasiya məhkəməsinin hərəkətsizliyi barədə xəbəri olmalı idi. Hətta, Bakı Apellyasiya Məhkəməsi onu məhkəmə iclasına çağırmasa və dinləmədə onun iştirakını təmin etməsə (həmçinin, qərarın surətini ona təqdim etməsə) belə, bu hallar ərizəçini öz təşəbbüsü ilə elementar addımlar atmağa və müvafiq orqanlardan apellyasiya baxışının nəticəsi barədə məlumat əldə etməyə dair fərdi məsuliyyətdən azad etmir”. Yəni, Insan Hüquqları üzrə Avropa Məhkəməsi bu Qərarında belə bir hüquqi mövqe müəyyən edir ki, məhkəmə sənədlərinin tərəfə göndərilməsi - tək məhkəmənin vəzifəsi olmaqla məhdudlaşmır və tərəflərin özləri də məhkəmədə onlar barəsində gedən işlərə dair sənədlərin əldə edilməsində maraqlı olmalıdırlar. Bundan əlavə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi də baxılan məsələyə həmin aspektdən yanaşır. Konstitusiya Məhkəməsi Cavid Ismayılzadənin şikayəti ilə əlaqədar qəbul etdiyi ## ###### 2007-ci il tarixli Qərarda qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının mübahisələndirilməsi məsələsinə münasibətini belə ifadə etmişdir: “Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res cudikata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Belə vəziyyət cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır”. Azərbаycаn Respublikаsı Inzibati-Prosessual Məcəlləsinin 1.2-ci maddəsinin tələblərinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 134-cü maddəsinin tələblərinə görə məhkəmə sənədləri, o cümlədən də məhkəmə bildirişi və qətnamə işdə iştirak edən şəxslərə məhkəmə tərəfindən rəsmi qaydada verilməlidir. Həmin Məcəllənin 135.5-ci maddəsinin tələblərinə görə, Mülki-Prosessual Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 135.6-cı maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Azərbаycаn Respublikаsı Inzibati-Prosessual Məcəlləsinin hazırkı baxılan məsələ ilə əlaqədar müvafiq normaları (maddələri): 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. 22.2. Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. 81.2. Inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Beləliklə də, yuxarıda qeyd olunanlara və aşağıda göstərilənlərə əsasən müəyyən olunur ki, Şəki Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı İddiaçı tərəfindən apellyasiya şikayəti vaxtında verilmədiyindən və apellyasiya şikayətinin verilməsi müddətinin buraxılmasının üzürlü olması hazırkı məhkəmə iclasında və eyni zamanda, iş materialları ilə təsdiq edilmədiyindən apellyasiya şikayəti mümkün sayılmamalıdır. Belə ki, Azərbаycаn Respublikаsı Inzibati-Prosessual Məcəlləsinin 23.1-ci və 85.1-ci maddələrinin tələblərindən göründüyü kimi, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır və apellyasiya şikayəti - məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının təqdim olunduğu gündən 10 gün müddətində müvafiq birinci instansiya məhkəməsi vasitəsi ilə verilir. Iddiaçı məhkəmə iclasında mübahisələndirdiyi məhkəmə aktını “## #### 2026-cı ildə yazılı ərizə ilə müraciət edib, Şəki Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)- ****/**** nömrəli qərarını ## #### 2026-cı ildə aldığını” bildirsə də, iş materiallarından görünür ki, onun özünün də iştirak etdiyi məhkəmə iclasında qəbul edilmiş Şəki Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ## ### 2026-cı ildə, saat 1433-də iddiaçı İddiaçı səlahiyyətli nümayəndəsi (vəkili) Vəkil məxsus elektron kabinetə yerləşdirilməklə, sözügedən məhkəmə aktının həmin tarixdə, yəni ## ### 2026-cı ildə onun (iddiaçının) özünə də rəsmi qaydada çatdırılması təmin olunmuşdur. Belə olan halda, IPM-nin 20.3-cü və MPM-nin 135.5 və 135.6-cı maddələrinin tələblərinə uyğun olaraq, sözügedən məhkəmə aktının iddiaçıya təqdim edilməsi tarixi - həmin qərarın tam mətninin elektron kabinetdə yerləşdirildiyi ## ### 2026-cı il tarixi qəbul edilməli və prosessual müddətin axımının başlanğıcı həmin tarixdən hesablanmalıdır. Yəni, Şəki Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından apellyasiya şikayətinin verilməsi üçün sonuncu gün ## #### 2026-cı il olmuşdur. Bununla belə, hazırkı apellyasiya şikayəti ## ###### 2026-cı il tarixdə, yəni apellyasiya şikayətinin verilməsi üçün sonuncu gündən 1 ay 16 gün sonra məhkəməyə təqdim edilmiş, nəticədə IPM-nin 85.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük müddət ötürülmüşdür. Həmçinin, qeyd etmək lazımdır ki, iddiaçı İddiaçı tərəfindən ## #### 2026-cı ildə Şəki Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarının təkrarən alınması – “həmin qərardan apelyasiya şikayəti verilməsi müddətinin” yenidən hesablanması üçün əsas ola bilməz. Çünki, tərəf üçün apelyasiya şikayətinin verilməsi müddəti həmin tərəfin müvafiq məhkəmə aktını ilk dəfə aldığı vaxtdan hesablanmalıdır. Yəni, iddiaçının tam səlahiyyətlərə malik nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçdiyindən - məhkəmə sənədləri onun həmin sistemdə yaradılmış “elektron kabinet”ində yerləşdirilmiş və bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) ona çatdırılmışdır. Odur ki, məhkəmə aktının surətinin ## #### 2026-cı il tarixdə təkrarən əldə edilməsi – məlum müddətin axımının həmin tarixdən hesablanmasına səbəb olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 81, 83, 85, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Şəki Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın və həmin apellyasiya şikayətinin qəbul edilməsindən imtina edilsin. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar