Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 2-1(3-10)-424/2026 16.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Mustafayev Etibar Mustafa oğlu (məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X1 ibarət tərkibdə, Sədiyev Elvin Ilham oğlunun katibliyi, Iddiaçı X4 iştirakı ilə, Iddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 ** saylı Yevlax Ərazi Idarəsinə qarşı “Ağdaş rayonu Binələr Bələdiyyəsinin ümumi iclasının ##.##.2003-cü il tarixli ** nömrəli qərarı ilə bələdiyyə mülkiyyətindən ona ət satışı mağazası tikintisi üçün ayrılmış 0,01 ha torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, dövlət reyestrində qeydiyyata alınması, torpaq sahəsinin planı və ölçüsünün işlənib hazırlanması və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Inzibati Məhkəməsinin ## #### 2026-ci il tarixli *-*(***)-***/**** nömrəli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi:
1. Işin halları: A****** nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən və Ağdaş rayon “Zəhmət” ##.##.1990-cı il tarixli ** saylı ümumi iclas protokolundan çıxarışdan görünür ki, Ağdaş rayon Binələr kəndindən X3 1500 kv.m metr həyətyanı torpaq sahəsi ayrlımışdır. ##.##.2025-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Ağdaş rayon Binələr kəndində (yeni qaydalarla: X5 küçəsi, giriş 4) ünvanında yerləşən 0,1264 ha torpaq sahəsi üzərində Maraqlı şəxs mülkiyyət hüquqları qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:
2. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "xxxx" publik hüquqi şəxsin ** saylı Yevlax Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Ağdaş Rayonu Binələr Bələdiyyəsinin ümumi iclasının ##.##.2003-cü il tarixli ** nömrəli qərarı ilə bələdiyyə mülkiyyətindən ona ət satışı mağazası tikintisi üçün ayrılmış 0,01 ha torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, dövlət reyestrində qeydiyyata alınması, "Torpaq sahəsinin planı və ölçüsü"nün işlənib hazırlanması və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
3. Şəki Inzibati Məhkəməsinin ##.##.2022-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
4. Iddiaçı Şəki Inzibati Məhkəməsinin ##.##.2022-ci il tarixli, 2-1(116)-829/2022 tarixli qərarından apellyasiya şikayəti vermiş və Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2022-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddiaçı X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki Inzibati Məhkəməsinin ##.##.2022-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Sözügedən qərarla da razılaşmayan iddiaçı həmin qərardan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2023-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2022-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2023-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Şəki Inzibati Məhkəməsinin ##.##.2022-ci il tarixli *- *(***)-***/**** nömrəli qərarı ləğv edilmiş, inzibati iş üzrə yeni qərar qəbul edilmiş, iddia tələbi təmin edilmiş, iddiaçı İddiaçı “Ağdaş Rayonu Binələr Bələdiyyəsinin ümumi iclasının ##.##.2003-cü il tarixli ** nömrəli qərarı ilə bələdiyyə mülkiyyətindən ona ət satışı mağazası tikintisi üçün ayrılmış 0,01 ha torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, dövlət reyestrində qeydiyyata alınması, “Torpaq sahəsinin planı və ölçüsü”nün işlənib hazırlanması və texniki pasportun verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Sözügedən qərardan cavabdeh "xxxx" publik hüquqi şəxsin ** saylı Yevlax Ərazi Idarəsi ##.##.2024-cü il tarixdə kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2023-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
5. Cavabdeh orqan tərəfindən qərar icra edilmiş, iddiaçıya hüququların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış tərtib edilərək verilmişdir.
6. Maraqlı şəxs ##.##.2026-cı il tarixində Şəki Inzibati Məhkəməsinin ##.##.2022ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarının ləğv edilməsi, inzibati iş üzrə icraatın təzələnməsi və onun üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir.
7. Ərizə onunla əsaslandırılmışdır ki, X4 (AZE 17610924) Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR publik hüquqi şəxsin ** saylı Yevlax Ərazi idarəsinə qarşı iddia tələbi olmuş və həmin tələb əsasında ona Ağdaş şəhəri X2 küçəsində 0.01 ha torpaq sahəsinin ayrılması qət edilmişdir. Qeyd edir ki, həmin torpaq sahəsi onun mülkiyyət hüquqlarını pozur və hesab edir ki, həmin işə tərəf kimi o da cəlb edilməli idi. Belə ki, onun həyətinə bitişik, torpaq sahəsi ayrılmışdır. Halbuki, işə baxan zaman o, tərəf kimi cəlb edilsəydi və yerində məhkəmə tərəfindən müayinə aparılsaydı, həmin qərar qəbul edilməzdi. Çünki torpaq sahəsi ayrılan ərazidə ona məxsus və tikiləcək evin layihəsi vardır. Həmin layihəyə əsasən onun həyət qapısı həmin əraziyə açılır. Bundan başqa onun həyəti ilə paralel böyük su arxı keçir və necə ola bilər ki, su arxı bağlanır və arxın mühafizə zolağı belə gözlənilmədən X4 torpaq sahəsi verilməsi qət edilir.
8. Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə (hakim Günel Şirinova-Əsədova) Maraqlı şəxs Şəki Inzibati Məhkəməsinin ##.##.2022-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarının ləğv edilməsi, inzibati iş üzrə icraatın təzələnməsi və onun üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi barədə ərizəsi təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsi qərardadını aşağıdakı kimi əsaslandırmışdır: “Belə ki, Şəki Inzibati Məhkəməsinin ##.##.2022-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilməmiş, həmin qərar Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2022-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2023-cü il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Işə təkrar apellyasiya qaydasında baxılması nəticəsində Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2023-cü il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul olunmaqla iddia təmin edilmişdir. Həmin qərar Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2024-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmış, qanuni qüvvəyə minmiş və cavabdeh inzibati orqan tərəfindən icra edilərək iddiaçıya daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Bu baxımdan ərizəçinin ləğv edilməsini tələb etdiyi Şəki Inzibati Məhkəməsinin ##.##.2022-ci il tarixli qərarı artıq Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2023-cü il tarixli qərarı ilə ləğv edilmiş və müstəqil hüquqi qüvvəsini itirmiş məhkəmə aktıdır. Hazırkı mərhələdə hüquqi nəticə doğuran yekun məhkəmə aktı iddianın təmin edilməsi barədə ##.##.2023-cü il tarixli apellyasiya instansiyası məhkəməsinin qərarıdır. Buna görə də artıq ləğv edilmiş birinci instansiya məhkəməsinin qərarının yenidən ləğv edilməsi barədə tələb ərizəçinin əldə etmək istədiyi hüquqi nəticəni doğura bilməz. Bununla belə, məhkəmə ərizənin ifadə formasını deyil, onun məzmununu və ərizəçinin əldə etmək istədiyi hüquqi nəticəni nəzərə alaraq müraciəti qanuni qüvvəyə minmiş yekun məhkəmə aktının ləğv edilməsi, iş üzrə icraatın təzələnməsi və Maraqlı şəxs üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunması barədə ərizə kimi mahiyyəti üzrə qiymətləndirir...Məhkəmə qeyd edir ki, inzibati iş X4 Ağdaş Rayonu Binələr Bələdiyyəsinin ##.##.2003-cü il tarixli, ** nömrəli qərarı ilə ayrılmış 0,01 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və müvafiq texniki sənədlərin verilməsi tələbinə aid olmuşdur. Bir sözlə, inzibati mübahisə üzrə Maraqlı şəxs adına rəsmiləşdirilmiş hər hansı hüquqmüəyyənedici sənədin ləğv edilməsi, dəyişdirilməsi və ya etibarsız hesab olunması barədə qərar qəbul edilməmişdir. Bununla yanaşı, ərizəçi ona məxsus torpaq sahəsi ilə X4 iddiasının predmeti olmuş 0,01 ha torpaq sahəsinin tam və ya qismən eyni ərazini əhatə etdiyini, sərhədlərinin kəsişdiyini, yaxud yekun məhkəmə qərarının icrasının onun dövlət qeydiyyatına alınmış mülkiyyət hüququnun həyata keçirilməsinə birbaşa maneə yaratdığını təsdiq edən mötəbər və kifayət edən sübutlar təqdim etməmişdir. Iş materiallarından da tərəflər və ərizəçi barəsində yalnız vahid məhkəmə qərarının qəbul edilməsini zəruri edən hüquq münasibətinin mövcudluğu müəyyən edilmir. Buna görə IPM-in 28.2-ci maddəsində nəzərdə tutulmuş zəruri cəlbetmə halının mövcud olduğu qənaətinə gəlmək üçün əsas yoxdur. Ərizəçi tərəfindən təqdim edilmiş A****** nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi, Ağdaş rayon “Zəhmət” kolxozunun ##.##.1990-cı il tarixli, ** saylı ümumi iclas protokolundan çıxarış və ##.##.2025-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış Maraqlı şəxs Ağdaş rayonu Binələr kəndində yerləşən 0,1264 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alındığını təsdiq edir. Lakin həmin sənədlər Maraqlı şəxs mülkiyyətində olan torpaq sahəsi ilə X4 adına qeydiyyata alınmış 0,01 ha torpaq sahəsinin tam və ya qismən üst-üstə düşdüyünü, torpaq sahələrinin sərhədlərinin kəsişdiyini, yaxud məhkəmə qərarının icrası nəticəsində ərizəçiyə məxsus torpaq sahəsinin ölçüsünün azaldığını və ya sərhədlərinin dəyişdiyini təsdiq etmir. Ərizəçi bu halları təsdiq edən hər hansı mötəbər texniki sübutları məhkəməyə təqdim etməmişdir. Təqdim edilmiş sənədlərin və iş materiallarının müqayisəli qiymətləndirilməsi nəticəsində də torpaq sahələrinin tam və ya qismən eyni ərazini əhatə etməsi müəyyən olunmur. Ərizədə X4 adına qeydiyyata alınmış torpaq sahəsinin ərizəçinin həyətinə bitişik olduğu, tikilməsi nəzərdə tutulan evin layihəsinə əsasən həyət qapısının həmin istiqamətə açıldığı, ərazidən su arxının keçdiyi və su arxının mühafizə zolağının nəzərə alınmadığı göstərilsə də, həmin halları təsdiq edən mötəbər sübutlar da məhkəməyə təqdim edilməmişdir. Buna görə qeyd olunan dəlillər qanuni qüvvəyə minmiş məhkəmə qərarının ərizəçinin hüquqlarını əhəmiyyətli dərəcədə pozduğunu müəyyən etmək üçün kifayət hesab edilə bilməz. Məhkəmə həmçinin qeyd edir ki, qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı ilə X4 yeni torpaq sahəsi ayrılmamışdır. Həmin məhkəmə aktı ilə Ağdaş Rayonu Binələr Bələdiyyəsinin ##.##.2003-cü il tarixli, ** nömrəli qərarı əsasında daha əvvəl ayrılmış 0,01 ha torpaq sahəsi üzrə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və müvafiq texniki sənədlərin verilməsi öhdəliyi cavabdeh inzibati orqanın üzərinə qoyulmuşdur. Məhkəmə nəzərə alır ki, yekun məhkəmə aktının nəticə hissəsində Maraqlı şəxs 0,1264 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun ləğv edilməsi və ya məhdudlaşdırılması barədə ayrıca göstəriş nəzərdə tutulmasa belə, məhkəmə qərarının ərizəçinin hüquqi vəziyyətinə təsiri yalnız onun nəticə hissəsindəki ifadələr əsasında deyil, qərarın icrasının faktiki və hüquqi nəticələri nəzərə alınmaqla qiymətləndirilməlidir. Hazırkı halda isə ərizəçi məhkəmə qərarının icrası nəticəsində ona məxsus torpaq sahəsinin azaldığını, sərhədlərinin dəyişdiyini, mülkiyyət hüququnun həyata keçirilməsinin məhdudlaşdırıldığını və ya adına rəsmiləşdirilmiş hüquqmüəyyənedici sənəd üzrə hüquqlarının həyata keçirilməsinin mümkünsüzləşdiyini təsdiq edən mötəbər sübut təqdim etməmişdir. Belə hal iş materiallarından da müəyyən edilmir. Buna görə ərizəçinin mülkiyyət hüququna birbaşa və əhəmiyyətli hüquqi müdaxilənin məhz qanuni qüvvəyə minmiş məhkəmə qərarından irəli gəldiyi qənaətinə gəlmək mümkün deyildir. Məhkəmə onu da qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2017-ci il tarixli qərarında qanuni qüvvəyə minmiş məhkəmə qərarından sonra inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin üçüncü şəxs qismində cəlb edilməsinə yalnız müstəsna hallarda yol verildiyi müəyyən edilmişdir. Bunun üçün həmin şəxs, bir tərəfdən, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulduğunu, digər tərəfdən isə həmin pozuntunu nə vaxt bildiyini və ya bilməli olduğunu əsaslandırmalıdır. Hazırkı halda ərizəçi qanuni qüvvəyə minmiş məhkəmə qərarının onun hüquqlarına konkret olaraq hansı həcmdə və hansı hüquqi nəticələr doğurmaqla təsir etdiyini mötəbər və kifayət edən sübutlarla əsaslandırmamışdır. Eyni zamanda ərizəçi məhkəmə qərarından və iddia etdiyi hüquq pozuntusundan hansı tarixdə xəbər tutduğunu və ya həmin haldan daha əvvəl xəbər tutmasının mümkün olmadığını təsdiq edən məlumat və sənədlər təqdim etməmişdir. Buna görə Konstitusiya Məhkəməsi Plenumunun qərarında müəyyən edilmiş hər iki meyar üzrə zəruri faktiki əsasların mövcudluğu müəyyən olunmur.”.
10. Maraqlı şəxs apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini, iş üzrə icraatın təzələnməsi və onun həmin iş üzrə üçüncü şəxs qismində cəlb olunmasına dair qərardadın qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
11. Maraqlı şəxs apellyasiya şikayətində qeyd etmişdir ki, ünvan 2 ünvanında Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 tərəfindən çıxarışa əsasən 0.1264 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsində o, yeni ev inşası üçün layihə hazırlatmışdır. Bundan sonra ona məlum olmuşdur ki, qanunsuz olaraq Ağdaş rayon Binələr Bələdiyyəsinin ümumi iclasının ##.##.2003-cü il tarixli, ** nömrəli qərarına və Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxs tərəfindən ##.##.2025-ci tarixdə verilmiş, ********** qeydiyyat nömrəli çıxarışına əsasən onun mülkiyyətinə bitişik, İddiaçı torpaq sahəsi verilmişdir. Bildirir ki, həmin torpaq sahəsi onun mülkiyyət hüquqlarını pozur. Çünki necə ola bilər ki, onun həyətinə bitişik, torpaq sahəsi ayrılıb. Çünki torpaq sahəsi ayrılan ərazidə ona məxsus və tikiləcək evin layihəsi vardır. Həmin layihəyə əsasən onun həyət qapısı həmin əraziyə açılır. Bundan başqa onun həyətimlə paralele böyük su arxı keçir və necə ola bilər ki, su arxı bağlanır və arxın mühafizə zolağı belə gözlənilmədən X4 torpaq sahəsi verilir. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində onun qanunla qorunan torpaq üzərində olan mülkiyyət hüquqları pozulur. Bu səbəbdən də, onun hüquqlarının pozulduğu şəxs kimi həmin qətnamədən şikayət vermək hüququ vardır. Lakin məhkəmə qanunsuz olaraq onu bu hüqudan məhrum edir və ##.##.2026-cı il tarixli qanunsuz qərar qəbul edir. Məhkəmə onu cəlb etmədiyindən bütün sübutlar yalnız qarşı tərəfin xeyrinə həll edilmişdir. Halbuki, ərazidə onun yaşayış evi var və evin həyətində sxemi yola açılacaq ev tikdirəcək idi. Lakin bu qərarla onun bütün hüquqları məhdudlaşdırılmışdır. Məhkəmə qeyd etmişdir ki, o sübutlar təqdim etməmişdir. Halbuki 2 dəfə məhkəmə iclasında olmuş və məhkəməyə zəruri olan bütün sübutları təqdim etmişdir.
12. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tərəflərin izahatları
13. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçı X4 ədalətli qərardadın qəbul edilməsini məhkəmədən xahiş etdi.
14. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Maraqlı şəxs və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının Inzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 28.1. Iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Maddə 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
16. “Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ##### 2017-ci il tarixli qərarı “1. Inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxsin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsindən və “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsindən irəli gələn məhkəməyə müraciət etmək hüququnun tənzimlənməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.
2. Məsələ qanunvericilik qaydasında həll edilənədək Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində və “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər. Belə cəlbetmə bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə uyğun həll edilməlidir”. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri.
17. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
18. Ərizəçi onun üçün əlverişsiz olan məhkəmə aktından bütövlükdə şikayət verdiyindən verilmiş apellyasiya şikayəti üzrə hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyinə və əsaslılığına qiymət veriləcəkdir. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, ərizə isə təmin edilməməlidir.
20. Belə ki, Şəki Inzibati Məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmişdir. Birinci instansiya məhkəməsi formal nəticə etibarilə ərizəni təmin etməməklə düzgün mövqe tutsa da, sözügedən ərizəni icraatına qəbul edib ona baxmaqla prosessual qanunvericiliyin tələblərini nəzərə almamışdır.
21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
22. Iş materiallarından görünür ki, Maraqlı şəxs vəsatətində Şəki Inzibati Məhkəməsinin ##.##.2022-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarının ləğv ediməsini, iş üzrə icraatın təzələnməsini və üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Lakin həmin qərar Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2023-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə artıq ləğv edilmiş və iş üzrə yeni qərar qəbul edilərək qanuni qüvvəyə minmişdir.
23. Birinci instansiya məhkəməsi qərardadında ərizənin ifadə formasını deyil, onun məzmununu və ərizəçinin əldə etmək istədiyi hüquqi nəticəni nəzərə alaraq müraciəti qanuni qüvvəyə minmiş yekun məhkəmə aktının ləğv edilməsi, iş üzrə icraatın təzələnməsi və Maraqlı şəxs üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunması barədə ərizə kimi mahiyyəti üzrə qiymətləndirsə də, bu zaman Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2022-ci il tarixli “Inzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” qərardadının müddəalarını nəzərə almamışdır.
24. Belə ki, həmin qərardadda qeyd olunmuşdur ki, “36. Inzibati məhkəmə icraatına cəlb edilməli olan şəxsin adi, yaxud zəruri cəlbetmə qaydasında cəlb edilməli olduğunu fərqləndirmək üçün istifadə olunan əsas meyarlardan biri “hüquqi maraq” meyarıdır. Belə ki, zəruri cəlbetmə zamanı tələb olunan hüquqi maraqla, adi cəlbetmə zamanı tələb olunan maraq bir-birindən fərqlidir. Həmin fərqin mövcud olduğunu IPM-in 28.1 və 28.2-ci maddələrindəki müddəalar da təsdiq edir. 37. Hüquqi maraq bir qayda olaraq qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının şəxslərin qanunla qorunan maraqlarına toxunması halını yarada bildikdə mövcud olur. Bu, məhkəmə qərarının prosesdə tərəf olmayan digər şəxslərin hüquqi vəziyyətlərinə göstərə biləcəyi mümkün təsirlə bağlı məsələdir. Bir qayda olaraq, qəbul edilməsi nəzərdə tutulan məhkəmə aktının digər şəxslərin maraqlarına birbaşa təsir törətməsi halından o zaman söz edilə bilər ki, həmin məhkəmə aktı üçüncü şəxsin hüquqi statusuna təsir etmiş olsun, yəni ona münasibətdə konkret hüquqlar və vəzifələr yaratsın, yaxud mövcud hüquqları və vəzifələri ləğv etsin və ya dəyişdirsin. Digər halda isə hüquqi statusa bu qaydada birbaşa təsirlə bağlı olmayan maraqlara toxunma halı mövcud olur. 38. Cəlbetmə üçün həlledici olan məsələlərdən biri də qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının mübahisə tərəfləri olmayan digər şəxslərin qanunla qorunan maraqlarına toxunma halını yaratmasıdır. Belə olan halda, qanunla qorunan maraqlara nəyin aid edilə biləcəyinə aydınlıq gətirilməlidir. Maraqların maddi hüquqla müəyyən olunduğu nəzərə alındıqda qanunla qorunan maraq kimi maddi hüquq norması əsasında tanınmış maraqlar çıxış edirlər. Başqa sözlə, diqqət yetirilməli olan hal ondan ibarətdir ki, konkret baxılan iş üzrə mübahisənin həlli ilə bağlı tətbiq edilən və ya edilməli olan maddi hüquq normalarından hər hansı biri üçüncü şəxsin mənafeyini bu və ya digər dərəcədə müdafiə edirmi? Bu mənada, mütləq nəzərə almaq lazımdır ki, üçüncü şəxs qismində icraata qoşula bilmək üçün şəxsin hüquqları hüquqi mənada qorunmalıdır, yəni mübahisənin həlli ilə əlaqədar tətbiq edilən və ya edilməli olan konkret maddi-hüquq normalarından hər hansı biri şəxsin mənafeyinin bu və ya digər dərəcədə müdafiəsi məqsədini güdməlidir. Hüquqi maraq müəyyən olunmadan, sırf məhkəmə qərarının çıxarılmasından sonra yaranacaq iqtisadi, sosial, mənəvi və ya başqa faktiki maraqların mövcudluğu cəlbetmə üçün yetərli deyildir.
39. Beləliklə, icraatda tətbiq edilən və ya edilməli olan maddi hüquq normalarından hər hansı biri şəxsin mənafeyini müdafiə edirsə, bu zaman, həmin icraatın nəticəsində qəbul ediləcək qərar onun maraqlarına toxunma halını yaradacaqdır. Ona görə də, maraqlara toxunma halının mövcudluğunu müəyyənləşdirmək üçün mübahisənin həlli ilə əlaqədar tətbiq edilməli olan maddi hüquq normalarının hər hansı birinin üçüncü şəxslərə münasibətdə qoruyucu təsirə malik olub-olmadığına qiymət verilməlidir. Belə maraqlar o zaman mövcud olur ki, cəlb edilən şəxslə tərəflərdən biri və ya hər ikisi, yaxud mübahisə predmeti arasında əlaqə mövcud olsun və prosesin nəticəsi bu əlaqəyə toxuna bilsin. Burada həlledici məqam cəlb edilən şəxslə tərəf arasındakı mövcud hüquq münasibəti deyil, hüquqi mübahisə ilə bağlı məhkəmənin qəbul edəcəyi qərarın potensial təsiridir.”.
25. Həmçinin sözügedən qərarda qeyd olunur ki, “58. Cəlbetmənin həyata keçirilməsi yalnız qanunvericilikdə təsbit olunmuş müvafiq əsasların mövcudluğu müəyyən olunduğu halda mümkündür. Buna görə, mübahisə üzrə əhəmiyyət kəsb edən sırf hansısa halları aydınlaşdırmaq üçün, eləcə də yalnız baxılan məsələyə formal aidiyyətinin olduğuna istinadla üçüncü şəxs qismində cəlbetmə həyata keçirilə bilməz. Məhkəmələr işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən halların aydınlaşdırılmasını zəruri hesab edirlərsə, bunu üçüncü şəxs qismində cəlbetmə aparmaqla deyil, prosessual qanunvericilikdə kifayət qədər geniş həcmdə təsbit olunmuş digər müvafiq imkanlardan – zəruri sənədləri toplamaq, inzibati orqanlardan və digər təşkilatlardan rəy və mülahizələr almaq, tələb olunan sənədlərin təqdim olunması barədə sərəncam vermək, ekspert və mütəxəssis rəyləri almaq, yerində baxış keçirmək və.s istifadə etməklə həyata keçirməlidirlər.”.
26. Ərizəçinin şikayətinin “torpaq sahəsində yeni ev inşası üçün layihə hazırlatması” ilə bağlı dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, iş üzrə əldə edilmiş mütəxəssis rəylərində sözügedən halın mövcudluğu ilə bağlı heç bir məlumat verilməmiş, ümumiyyətlə ərizəçinin iddia etdiyi topraq sahəsi ilə iddiaçının torpaq sahəsinin üst-üstə düşmə halı təsdiq olunmamışdır.
27. Hazırkı halda isə ərizəçinin göstərdiyi hallar onun üçüncü şəxs qismində işə cəlb edilməsini zəruri edən səviyyədə əsaslandırılmamışdır. Belə ki, Maraqlı şəxs ərizəsində ona məxsus torpaq sahəsi ilə X4 iddiasının predmeti olmuş 0,01 ha torpaq sahəsinin tam və ya qismən eyni ərazini əhatə etdiyini, sərhədlərinin kəsişdiyini, yekun məhkəmə qərarının icrasının onun mülkiyyət hüquqlarının həyata keçirilməsinə birbaşa maneə yaratdığını göstərsə də, bu faktların özü-özlüyündə ##.##.2023-cü il tarixli məhkəmə qərarının onun hüquqlarını pozduğunu təsdiq etmir. Çünki hazırkı inzibati işin predmeti Maraqlı şəxs torpaq sahəsinin ayrılması, onun həmin sahəyə mülkiyyət və ya istifadə hüququnun tanınması, habelə onun tikmək istədiyi evin və ya hasarladığı sahənin hüquqi vəziyyətinin müəyyən edilməsi olmamışdır.
28. Iş üzrə qəbul edilmiş Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2023-cü il tarixli *-*(***)-***/**** nömrəli qərarı artıq qanuni qüvvəyə minmiş, kassasiya instansiyasında yoxlanılmış və dəyişdirilmədən saxlanılmışdır. Həmin qərar üzrə məhkəmə baxışı tam başa çatmış, qərar icraya yönəldilmiş və cavabdeh inzibati orqan tərəfindən icra edilmişdir. Bu baxımdan artıq başa çatmış məhkəmə icraatına sonradan müdaxilə edilməsi yalnız o halda mümkün ola bilər ki, ərizəçinin həmin qərarla hüquqlarının və qanunla qorunan maraqlarının həqiqətən, birbaşa və əhəmiyyətli dərəcədə pozulduğu məhkəmə üçün aydın şəkildə müəyyən edilsin.
29. Bu isə o anlama gəlir ki, ərizəçinin hüquqlarının pozulması yalnız ehtimala əsaslanamqla onun məsələyə aidiyyətidə formal xarakter daşıyır.
30. Yuxarıda şərh edilənləri ümumiləşdirərək kollegiya qeyd edir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsinin qərarı apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilmiş və mübahisə mahiyyəti üzrə həll edilərək - iddia tələbi təmin edilərək yeni qərar qəbul edilmişdir.
31. Bu baxımdan iş üzrə yeni qərarın apellyasiya instansiya məhkəməsi tərəfindən qəbul edildiyi halda üçüncü şəxsin icraata cəlb olunması məsələsinin birinci instansiya məhkəməsi tərəfindən həll edilməsi üçün prosessual əsas mövcud deyil. IPM-in 28.1-ci maddəsində üçüncü şəxsin cəlb edilməsinin işin yuxarı instansiya məhkəməsində icraatında olduğu müddətdə mümkünlüyü birbaşa nəzərdə tutulduğundan, belə məsələ işə həmin mərhələdə baxan məhkəmə tərəfindən həll edilməlidir.
32. Bu səbəbdən Maraqlı şəxs üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi haqqında ərizəsinə mahiyyəti üzrə baxan məhkəmə kollegiyası hesab edir ki, işi mahiyyəti üzrə həll edən Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2023-cü il tarixli *-*(***)-***/**** nömrəli qərarının ərizəçinin qanunla qorunan maraqlarına toxunması müəyyən edilmədiyindən sözügüdən ərizə təmin edilməməlidir.
34. Həmçinin, üçüncü şəxs qismində cəlbetmə üçün şəxsin mübahisə predmeti ilə dolayı və ya ehtimal xarakterli marağının olması kifayət deyildir. Burada əsas məsələ ondan ibarətdir ki, qəbul edilmiş məhkəmə qərarı həmin şəxsin hüquqi vəziyyətinə birbaşa təsir göstərməlidir. Hazırkı halda isə ərizəçinin hüquqlarına belə bir birbaşa təsirin mövcudluğu iş materialları ilə təsdiq olunmur. Ərizəçi sonradan tərtib edilmiş plan-ölçü sənədi ilə X4 adına qeydiyyata alınmış torpaq sahəsinin öz həyətinə bitişik olduğu, tikilməsi nəzərdə tutulan evin layihəsinə əsasən həyət qapısının həmin istiqamətə açıldığı, ərazidən su arxının keçdiyi və su arxının mühafizə zolağının nəzərə alınmadığı bildirir. Lakin bu iddia məhkəmə qərarının özündən deyil, qərarın icrası nəticəsində inzibati orqan tərəfindən aparılmış texniki və sənədləşdirmə hərəkətlərindən irəli gələn mübahisə kimi qiymətləndirilə bilər.
35. Bununla yanaşı qeyd edilməlidir ki, ərizəçinin ərizəsindəki dəlillərdə daha çox faktiki istifadə, yaşayış və hasarlama halları göstərilmişdir. Lakin faktiki istifadə və yaşayış halı özlüyündə əvvəlki inzibati iş üzrə qəbul edilmiş qərarın ləğvi üçün əsas yaratmır. Əgər ərizəçi hesab edirsə ki, onun faktiki istifadəsində olan sahə ilə bağlı cavabdeh inzibati orqan tərəfindən sonradan qanunsuz plan-ölçü sənədi tərtib edilmişdir və ya həmin sənəd onun hüquqlarını pozur, o zaman həmin konkret inzibati hərəkət və ya sənəd ayrıca qaydada mübahisələndirilə bilər. Bu cür mübahisə ayrıca hüquqi qiymət tələb edir və artıq yekunlaşmış əvvəlki məhkəmə işinin təzələnməsi yolu ilə həll edilməli məsələ kimi qəbul edilə bilməz.
36. Məhkəmə kollegiyası hesab edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının ləğv edilməsi hüquqi müəyyənlik prinsipinə ciddi müdaxilədir. Bu prinsip məhkəmə qərarlarının sabitliyini, tərəflərin hüquqi vəziyyətinin müəyyənliyini və məhkəmə müdafiəsinə olan etimadı təmin edir. Əgər hər bir sonradan yaranmış narazılıq və ya ehtimal xarakterli maraq əsasında qanuni qüvvəyə minmiş qərarların ləğvi mümkün hesab edilsə, bu, məhkəmə aktlarının sabitliyini şübhə altına alar və hüquqi münasibətlərdə qeyri-müəyyənlik yaradar. Ona görə də belə hallarda məhkəmə yalnız real, sübuta yetirilmiş və əhəmiyyətli hüquq pozuntusu olduqda əvvəlki iş üzrə icraatın təzələnməsi məsələsinə müsbət yanaşa bilər.
37. Hazırkı işdə isə ərizəçi iş üzrə qəbul edilmiş məhkəmə qərarının onun hansı konkret subyektiv hüququna və ya qanunla qorunan maraqlarına təsir etdiyini əsaslandıra bilməmişdir. Belə ki, ərizəçi tərəfindən təqdim edilən dəlillər və iş materiallarında olan sənədlər onun hüquqlarının əvvəlki məhkəmə qərarı ilə əhəmiyyətli dərəcədə pozulduğu qənaətinə gəlməyə əsas vermir. Ərizəçinin narazılığı mahiyyətcə əvvəlki məhkəmə qərarının məzmunundan deyil, həmin qərarın icrasından sonra tərtib edilmiş plan-ölçü sənədinin onun faktiki istifadə etdiyi sahəyə təsir göstərməsi ehtimalından irəli gəlir. Bu isə əvvəlki məhkəmə qərarının ləğvi və iş üzrə icraatın təzələnməsi üçün kifayət qədər əsas hesab edilə bilməz.
38. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *- *(***)-***/**** nömrəli qərardadı ləğv edilərək ərizə təmin edilməməlidir.
39. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilir. Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ləğv edilir. Maraqlı şəxs inzibati iş üzrə icraatın təzələnməsi və onun üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi haqqında ərizəsi təmin edilməsin. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.