Məhkəmə qərarları › İş №2-1(3-10)-428/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-10)-428/2026

16.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 2-1(3-10)-428/2026 16.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Musayev X6 Etibar Mustafa oğlundan ibarət tərkibdə, Isayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarından iş üzrə iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI a. Birinci instansiya məhkəməsində icraat

1. Iddiaçı İddiaçı Mahmud oğlu cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialıba qarşı iddia ərizəsi ilə Şəki Inzibati Məhkəməsinə müraciət edərək “60 yaşının tamam olduğu ##.##.2025-ci il tarixindən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Iddiaçı iddia ərizəsini aşağıdakı kimi əsaslandırmışdır: O, # ###### 1965-ci ildə Mingəçevir şəhərində doğulmuşdur. Orta məktəbi bitiridikdən sonra ##.##.1983-cü ildən ##.##.1985-ci ilə kimi keçmiş SSRI Silahlı Qüvvələrində hərbi Xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra əmək fəaliyyətinə başlasa da ##.##.1986-cı il tarixdən xüsusi zərərli iş şəraitində işləməklə presləyici şagirdi kimi işə qəbul olunmuşdur. ## ###### 1986-cı ildən tekniki rezin məmulatları istehsalı sexində presləyici 2-ci dərəcə ilə əmək fəaliyyətinə davam etməklə dərəcələri müxtəlif əmrlərlə qalxmışdır. ## ######## 1993-cü ildən ## ###### 1993-cü ilə kimi Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmiş və müharibə veteranıdır. Müharibədən qayıtdıqdan sonra həmin sexdə öz işinə davam etmiş və ## #### 2002-ci ilə kimi sözügedən müəssisədə zərərli iş şəraitində işləmişdir. Işdən çıxdıqdan sonra və hazırda da müxtəlif müəssisələrdə işləmiş və işləyir. Işlədiyi dövrlərdə zərərli iş şəraitində işlədiyi üçün əlavə əmək haqqı alırdı. Bundan sonra o, cavabdeh orqana müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin, cavabdeh orqan ona ünvanlanmış ## ###### 2025-ci il tarixli məktubu ilə müraicətin təmin olunmasından imtina etmişdir. Lakin, o, bu imtina ilə razı deyil. Bundan başqa cavabdeh onun güzəştli iş stajının 10 il 2 ay 28 gün olmasını bildirmişdir. Lakin, bu belə deyil. Çünki, o, zərərli iş şəraitində işlədiyi üçün əlavə əmək haqqı almışdır. Belə ki, o, 40 ilə yaxın bir vaxtdır ki, işləyir. Eyni zamanda da zərərli iş şəraitində 16 ilə yaxındır ki, işləmişdir. Hərbi toplanışda yəni müharibədə olan dövrləri zərərli sayılmasa belə yerdə qalan dövrlərdə işləmişdir. Zavodun müəyyən illərdə sosial ödənişlərin ödənilməməsi onun problemi deyil. Belə çıxır ki, zavodun sosial müavinətləri öz kefi ilə ödəməsi onun pensiya təminatını azaltmalıdır? Bu haqsızlıqdır və onun bu məsələdə heç bir təqsiri yoxdur. Müəssisənin və ya dövlət orqanının səhvinə görə onlar məsuliyyət daşımamalıdır.

3. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi bildirmişdir: - Iddiaçı iddia ərizəsində ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etmiş və inzibati orqanın ona əsassız yerə pensiya təyin etməkdən imtina etdiyini bildirmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edilir ki, icraatda olan *-*(***)- ****/**** nömrəli iş üzrə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Iş materiallarına əsasən, iddiaçı İddiaçı cavabdeh Mərkəzi Filiala ##.##.2025-ci il tarixdə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Inzibati orqanın ##.##.2025-ci il tarixli, *-**-*/*-H-*****/**** nömrəli məktubu ilə iddiaçıya güzəştli iş stajının 12 il 6 aydan az olması səbəbilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasının mümkün olmadığı bildirilmişdir. Bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş Siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasının 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin sözügedən qaydada göstərilənlərə uyğun hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli “* nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Belə ki, İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilən sənədlərdə qeyd olunan məlumatlara əsasən, onun güzəştli iş stajını 12 il 6 aydan az (10 il 2 ay 28 gün (##.##.1986-##.##.1993-cü il, ##.##.1996-##.##.1996-cı il, ##.##.1998- ##.##.1999-cu il, ##.##.2000-##.##.2001-ci il və ##.##.2002-##.##.2002-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, iddiaçı İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən, ümumi iş stajı 32 il 10 ay 17 gün (##.##.2006-cı il tarixinədək 19 il 11 ay 17 gün (##.##.1983-##.##.1985-ci il (keçmiş SSRI Silahlı Qüvvələrində xidmət dövrü), ##.##.1985-##.##.1986-cı il, ##.##.1993-##.##.1995-ci il (hərbi xidmət dövrü (döyüş əməliyyatlarında iştirak etdiyi ##.##.1993-##.##.1993-cü il tarixləri arasındakı dövr ikiqat hesablanmaqla)), ##.##.1986-##.##.1993-cü il, ##.##.1995##.##.1997-ci il, ##.##.1998- ##.##.1999-cu il, ##.##.2000-##.##.2001-ci il, ##.##.2002-##.##.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 12 il 11 ay) təşkil edir. Eyni zamanda bildirilmişdir ki, “X4” ASCnin İddiaçı dair ##.##.2025-ci il tarixli *** nömrəli arayışında onun ##.##.1997-##.##.1998-ci il, ##.##.1999- ##.##.1999-cu il və ##.##.2001-##.##.2001-ci il tarixləri arasındakı dövrlər ərzində əmək haqqı saxlanılmamaqla məzuniyyətdə olduğu qeyd olunmuşdur. Bu səbəbdən də İddiaçı işləmədiyi həmin dövrləri onun iş stajına daxil etmək mümkün deyil. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na * nömrəli Əlavənin 4.1.20-ci bəndinə görə, müraciət edən şəxs "Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, məhkəmə iş yerindən təqdim edilmiş belə arayışı heç də həmişə birməralı sübut kimi qəbul etməməlidir. Məhkəmə Azərbaycan Respublikası IPM-in 58.6-cı maddəsinə uyğun olaraq işə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən etməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər.Qeyd olunan xüsusatlara əsasən, iddiaçı İddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyil.

4. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək tələbinin təmin edilməsini xahiş etmişdir.

5. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

6. Şəki Inzibati Məhkəməsinin (hakim X2) ## #### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

7. Iddiaçı İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI

8. Iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh onun güzəştli iş stajının 10 il 2 ay 28 gün olmasını bildirmişdir. Lakin, bu belə deyil. ÇünkI, o, zərərli iş şəraitində işlədiyi üçün əlavə əmək haqqı almışdır. Belə ki, o, 40 ilə yaxın bir vaxtdır ki, işləyir. Eyni zamanda da Rezin Məmulatları zavodunda zərərli iş şəraitində 16 ilə yaxındır ki, işləmişdir. Hərbi toplanışda, yəni müharibədə olan dövrlər zərərli sayılmasa belə yerdə qalan dövrlərdə işləmişdir. Bu məsələdə heç bir təqsiri yoxdur. Müəssisənin və ya dövlət orqanının səhvinə görə o, məsuliyyət daşımamalıdır. Bundan əlavə zərərli iş şəraitində 5 ildən daha çox müddətdə “xxxx” ASC-də işləmişdir. Iddia ərizəsində sözügedən məsələləri aydın şəkildə göstərməklə o iddia ərizəsinə sənədlərini əlavə etmişdir. Belə ki, iddia ərizəsindən də göründüyü kimi o, tekniki rezin məmulatları istehsalı sexində ##.##.1986-cı ildən ##.##.2002ci ilə kimi zərərli iş şəraitində işləmişdir. Qərarda bunlar öz əksini tapsa da stajın yalnız 10 il 2 ay 28 günü zərərli iş kimi nəzərə alınmışdır. Onun öz hesabına məzuniyyətə çıxarılmağından onun xəbəri olmamış və o normal qaydada işə getmişdir. Zərərli iş şəraitində işləyən şəxslərə tətbiq edilən güzəştlərdən və imtiyazlardan həmin vaxtlar istifadə etmişdir. Lakin bu illər ona güzəştli pensiyanın hesablanması üçün nəzərə alınmamışdır. Bundan əlavə onun “xxxx” ASCdə ##.##.2020-ci ildən ##.##.2025-ci il tarixə kimi işlədiyi illər zərərli iş stajı kimi nəzərə alınmamışdır. Halbuki, sözügedən illər o, zərərli iş şəraitində işləmişdir və sözügedən müddət güzəştli iş stajı kimi nəzərə alınmalıdır. Belə ki, Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı Ilə təsdiq edilmiş Siyahısının 1.1.2-ci bəndində nəzərdə tutulan “betonçular” (fəhlələr) peşəsi tikintidə-təmirdə: yeraltı arxlarda, tunellərdə və yeraltı qurğularda çalışan betonçular nəzərdə tutulmuşdur. O, işlədiyi müəssisənin də adından görünür ki, yol çəkilişində işləmişdir. Yol çəkdiyi zaman hündür körpülərdə, yeraltı arxlar, tunellər və yeraltı qurğular tikmişdir. Həmin yeraltı arxlar, tunellər və yeraltı qurğuların tikintisində o dəfələrlə birbaşa iştirak etmişdir. Həmin yeraltı qurğuların tikintisində izolyasiya məhsullarının kəskin qoxuları, havasızlıq, xüsusi məhlullarla izolyasiya və qaz balonlarının dəm qazından dəfələrlə zərər görmüşlər. Ona görə də Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRIN IZAHATLARI

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavebdehin nümayəndəsi X1 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

11. Iş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. Cavabdehin ##.##.2025-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, analoji tələblə cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. AZE ******** nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı ##.##.1965-ci ildə anadan olmuşdur. ##.##.2025-ci il tarixli arayışdan görünür ki, istefada olan əsgər ##.##.1965-ci il təvəllüdlü İddiaçı ##.##.1983-cü il tarixdən ##.##.1985-ci il tarixə kimi keçmiş SSRI Silahlı Qüvvələrində, 11,09.1993-cü il tarixdən ##.##.1995-cı il tarixə kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. ##.##.1993-cü ıl tarixdən ## ##.1993-cü il tarixə kimi Azərbaycan Respublikası uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. "Müharibə veteranıdır. Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışdan görünür ki, “X4” ASC-də işləyən İddiaçı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (vəzifədə) 2№-li sexdə presləyici (vəzifəyə təyin edilmə və azad edilmə əmrlərinin (sərəncamlarının) nömrələri, işə başladığı və işdən çıxdığı tarixlər) tarixləri arasındakı dövr ərzində işləmişdir. Işlədiyi vəzifə üzrə sosial sığorta (əmək) stajı 10 il 2 ay 21 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 8.3.1a bəndinə uyğundur. ##.##.2025-ci il tarixli *** nömrəli arayışdan görünür ki, ##.##.1965-ci il təvəllüdlü İddiaçı “Azrezintexnika” istehsalat birliyinin X4 məmulatları zavodunda aşağıda göstərilən fəhlə peşəsində işləmişdir. ##.##.1986-cı il tarixdən zavodun * №-li formalı texniki rezin məmulatları istehsalı sexinə xüsusi zərərli iş şəraitində işləməklə presləyici şagirdi qəbul edilib. Əmr Ne- 133/k ##.##.1986-cı il.##.##.1986-cı il tarixdən 2№-li formalı texniki rezin məmulatları istehsalı sexində presləyici 2 dərəcə ilə. Əmr № ***/k. ##.##.1986-cı il.##.##.1987-ci il tarixdən * №-li formalı texniki rezin məmulatları istehsalı sexində presləyici 3 dərəcə ilə. Əmr № ***/k. ##.##.1987-ci il.##.##.1988-ci il tarixdən * №-li formalı texniki rezin məmulatları istehsalı sexində presləyici 4 dərəcə ilə. Əmr Ab 02/k. ##.##.1988-ci il. ##.##.1991-ci il tarixdən * №-li formalı texniki rezin məmulatları istehsalı sexində presləyici 5 dərəcə ilə. Əmr Ab 119/k. ##.##.1991-ci il.##.##.1994-cü il tarixdən * №-li formalı texniki rezin məmulatları istehsalı sexində presləyici 7 dərəcə ilə. Əmr № **/k. ##.##.1994-cü il.##.##.2002-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "q" bəndinə əsasən işdən azad edilib. Əmr № **/k .##.##.2002-ci il.##.##.1993-cü ildən ##.##.1994-cü ilədək. Əmr № **/k,08/k Hərbi toplanışda, ##.##.1994-cü ildən ##.##.1995-ci ilədək.Əmr № **/k,94/k Hərbi toplanışda. Yekun: 01 il 10 ay 19 gün. Cəmiyyətdə Istehsal olunan rezin məmulatlarına kifayət qədər təlabat olmadığı üçün istehsalın həcminin azalması ilə əlaqədar olaraq ərizəsinə və zavod üzrə verilmiş əmrlərə əsasən ona əmək haqqı qismən ödənilməklə və ödənilməmək şərtilə məzuniyyət verilmiş və evə buraxılmışdır: Əmək haqqı saxlanılmamaqla öz hesabına məzuniyyət: ##.##.1997-cı ildən ##.##.1998-ci ilədək. Əmr № **/k,64/k,50/k, ##.##.1999-cu ildən ##.##.1999-cu ilədək. Əmr №**/k, ##.##.2001-ci ildən ##.##.2001-ci ilədək.Əmr № **/k, Yekun: 02 il 08 ay 13 gün. Minimum əmək haqqı ödənilməklə:##.##.1995-ci ildən ##.##.1995ci ilədək. Əmr № **/k.01.02.1996cı ildən ##.##.1996-cı ilədək.Əmr № **/k,66/k.Yekun: 01 il 01 ay 00 gün. Güzəştli iş stajı: 10 il 02 ay 21 gündür. Azərbaycan Respublikası Iqtisadi Inkişaf Nazirliyinin ##.##.2001-ci il tarixli *** nömrəli Sərəncamına əsasən “Azrezintexnika” istehsalat Birliyinin bazasıəsasında və hüquqiolaraq “X4” ASC yaradılmışdır. Cavabdehin ##.##.2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən, ümumi iş stajı 32 il 10 ay 17 gün (##.##.2006-cı il tarixinədək 19 il 11 ay 17 gün (##.##.1983-##.##.1985-ci il (keçmiş SSRI Silahlı Qüvvələrində xidmət dövrü), ##.##.1985-##.##.1986-cı il, ##.##.1993-##.##.1995-ci il (hərbi xidmət dövrü (döyüş əməliyyatlarında iştirak etdiyi ##.##.1993-##.##.1993-cü il tarixləri arasındakı dövr ikiqat hesablanmaqla)), ##.##.1986-##.##.1993-cü il, ##.##.1995- ##.##.1997-ci il, ##.##.1998- ##.##.1999-cu il, ##.##.2000-##.##.2001-ci il, ##.##.2002- ##.##.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 12 il 11 ay) təşkil edir. Eyni zamanda bildiririk ki, “X4” ASC-nin İddiaçı dair ##.##.2025-ci il tarixli *** nömrəli arayışında onun ##.##.1997-##.##.1998-ci il, ##.##.1999- ##.##.1999-cu il və ##.##.2001-##.##.2001-ci il tarixləri arasındakı dövrlər ərzində əmək haqqı saxlanılmamaqla məzuniyyətdə olduğu qeyd olunmuşdur. Bu səbəbdən də İddiaçı işləmədiyi həmin dövrləri onun iş stajına daxil etmək mümkün deyil. “xxxx” ASC-nin ##.##.2026-cı il tarixli məktubundan görünr ki, İddiaçı “xxxx” ASC-də ##.##.2020-ci il tarixindən ##.##.2025-ci il tarixədək betonçu vəzifəsində əmək müqaviləsi əsasında tam ştatla işləmişdir. Cəmiyyətdə çalışdığı dövrdə icra etdiyi betonçu vəzifəsi üzrə işlər yerüstü tikinti obyektlərində həyata keçirilmişdir. Betonçu əl alətləri ilə beton səthinin çərtilməsi, nəqliyyat vasitələrindən beton qarışığının qəbulu, qurğuların köməyi ilə (tək təkərli əl arabaları, ölçücülər) kütlə və həcm üzrə tərkib hissələrin miqdarının müəyyən edilməsi işlərini icra etmişdir. ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən iddiaçının əmək fəaliyyəti aşağıdakı kimidir: ##.##.1985 – ##.##.1986, ##.##.1986–##.##.2002, ##.##.1999–##.##.2006, ##.##.2006 – ##.##.2007, ##.##.2008 – ##.##.2012, ##.##.2013–##.##.2015, ##.##.2018 – ##.##.2019, ##.##.2020 – ##.##.2025. TƏTBIQ EDILƏN HÜQUQ

12. Inzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

13. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 7. 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: - 21.2.11. hərbi xidmət müddəti (1992-ci il ######ın #-dək keçmiş SSRI-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Maddə 23.2. 1992-ci il ######ın #-dək keçmiş SSRI-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir.

14. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 67. Bənd ğ) Ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti -iş stajına daxil edilir. Maddə 69. Iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. Iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. (# ###### 2006-cı ilədək qüvvədə olmuş)

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı”. (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir.

17. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. APELLYASIYA ŞIKAYƏTININ MÜMKÜNLÜYÜ

18. Iddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının IPM və ya IPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (IPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

19. Iddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (IPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət IPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (IPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). Iddiaçı mahiyyət üzrə “Inzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

20. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (IPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin IPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.

21. Iddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edibetməməsidir. Iddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

23. Ilk növbədə qeyd edilməlidir ki, hazırki iş üzrə iddiaçının hüquqi marağı güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsindən ibarətdir.

24. Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

25. Qanunvericiliyin tələbinə görə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 3 element mövcud olmalıdır: 1) qanunla nəzərdə tutulan yaş həddinə çatmalıdır. 2) azı 25 il ümumi sosial sığorta stajına malik olmalıdır. 3) ən azı 12 il 6 ay güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajına malik olmalıdır.

26. Belə ki, iddiaçı ##.##.1965-ci ildə doğulmuş və “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan yaş həddinə çatmışdır.

27. Bununla yanaşı, iddiaçının ən azı 25 il ümumi sosial sığorta stajı olmalıdır. Iddia ərizəsindən və iddiaçının təqdim etdiyi sənədlərdən də görünür ki, onun ümumi sosial sığorta stajı müddəti 25 ildən artıqdır. Cavabdehin imtina və etiraz məktublarından göründüyü kimi iddiaçının ümumi sosial sığorta stajı ilə bağlı mübahisə mövcud olmasa da güzəştli dövrlə bağlı mübahisə mövcuddur. Belə ki, iş materiallarından (Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Fililalın ##.##.2025-ci il məktubu) görünür ki, iddiaçının 32 il 10 ay 17 gün ümumi iş stajı mövcuddur.

28. Buna baxmayaraq iddiaçının 12 il 6 ay güzəştli iş stajının mövcud olması müəyyən edilmir.

29. Iş materiallarından görünür ki, cavabdeh inzibati orqan iddiaçının ##.##.1997- ##.##.1998, ##.##.1999-##.##.1999-cu il tarixləri arasındakı dövr ərzində “X4” ASC-də əmək haqqı saxlanılmamaqla məzuniyyətdə olduğu dövrləri mübahisələndirir.

30. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. ## ###### 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na * nömrəli Əlavənin 2.4.1-ci bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir.

31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışdan görünür ki, İddiaçı “X4” ASC-də presləyici vəzifəsində 10 il 2 ay 21 gün çalışmışdır. Bu isə tələb olunan 12 il 6 aydan azdır.

32. Iddiaçı “X4” ASC-nin arayışından başqa zərərli sahədə minimum 12 il 6 ay işləməsinə dair sübutları ilkin inzibati araşdırmaya, o cümlədən məhkəməyə təqdim etməmişdir.

33. Həmçinin, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının son dövrlərdə “xxxx” ASC-də hansı vəzifədə işləməsi (işlədiyi vəzifənin funksiyaları və sairə) və həmin vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahısında nəzərdə tutulan hansı vəzifəyə (peşəyə) uyğun olub-olmaması barədə sorğu ünvanlanmış, sorğuya cavab olaraq bildirilmişdir ki, İddiaçı “xxxx” ASC-də ##.##.2020-ci il tarixindən ##.##.2025-ci il tarixədək betonçu vəzifəsində əmək müqaviləsi əsasında tam ştatla işləmişdir. Cəmiyyətdə çalışdığı dövrdə icra etdiyi betonçu vəzifəsi üzrə işlər yerüstü tikinti obyektlərində həyata keçirilmişdir. Betonçu əl alətləri ilə beton səthinin çərtilməsi, nəqliyyat vasitələrindən beton qarışığının qəbulu, qurğuların köməyi ilə (tək təkərli əl arabaları, ölçücülər) kütlə və həcm üzrə tərkib hissələrin miqdarının müəyyən edilməsi işlərini icra etmişdir.

34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahısının 1.1.2-ci bəndində nəzərdə tutulan “betonçular” (fəhlələr) peşəsi Tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ-mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlərdə çalışan betonçuları nəzərdə tutur.

35. Odur ki, iddiaçıya * saylı Siyahı üzrə 60 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiyasının təyin olunması üçün tələb olunan - 12 il 6 ay güzəştli iş stajının mövcud olması ilə bağlı şərt yerinə yetirilmir.

36. Qeyd olunan hal hazırkı iddia tələbinin əsassız olması qənaətinə gəlmək üçün yetərli olduğundan iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verib-verməməsinin əlavə olaraq araşdırılmasına lüzum qalmamışdır.

37. Belə olan halda məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən müvafiq inzibati icraat çərçivəsində iddiaçının tələbindən imtinası qanunsuz hərəkət sayıla bilməz.

38. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanı nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsindən imtinası qanuni və əsaslı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı IPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

39. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRАRА АLDI:

Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar