Məhkəmə qərarları › İş №2-1(3-10)-440/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-10)-440/2026

23.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 2-1(3-10)-440/2026 23.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), X3 və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı kompensasiyanın verilməsi, əmrlərin ləğv olunması və işə bərpa olunması tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyinə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “2022-ci ildə sentyabr ayından 2023-cü ilin aprel ayı daxil olmaqla vəzifə maaşının 2,5 (iki onda beş) misli olan əlavə aylıq nəzərdə tutulmuş mükafatların ödənilməsi, pulların tutulmasından qərar icra olunan günə kimi həmin məbləğin günlük 1 faizi hesablanmaqla ona ödənilməsi, *-**/*-*-***/**** nömrəli ##.##.2025-ci il tarixli əmrin (əmr mövcud olduğu halda) ləğv olunması, aşağı vəzifəyə keçirilməsi kimi ödənilməyən əmək haqqı fərqinin və 3 misli aylıq mükafatların ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçının vəkili (nümayəndəsi) ##.##.2025-ci il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə göndərərək, 2022-ci ildə sentyabr ayından 2023-cü ilin aprel ayınadək vəzifə maaşının 2,5 (iki onda beş) misli olan əlavə aylıq nəzərdə tutulmuş mükafatların ödənilməsi, pulların tutulmasından qərar icra olunan günə kimi həmin məbləğin günlük 1 faizi hesablanmaqla ona ödənilməsi, *-**/*-*-***/**** nömrəli ##.##.2025-ci il tarixli əmrin (əmr mövcud olduğu halda) ləğv olunması, aşağı vəzifəyə keçirilməyi kimi ödənilməyən əmək haqqı fərqinin və 3 misli aylıq mükafatların ödənilməsi və ##.##.2025-ci il tarixli, 3-17/3-4-1007/2025 əmrin ləğv olunması, onun Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsində rəis müavini vəzifəsinə bərpa edilməsi və ona ##.##.2025-ci il tarixdən başlayaraq işə bərpa edildiyi günədək məcburi iş buraxdığı günlər üçün əmək haqqı və əlavə mükafatların hesablanıb ödənilməsi öhdəliyinin qoyulmasını xahiş etmişdir.

3. Birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

4. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - o, ## #### 2005-ci ildən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətində məsləhətçi - əmək müfəttişi, 2007-ci ildən isə baş məsləhətçi- baş əmək müfəttişi və 2013-cü ildə isə regionun rəis müavini vəzifəsində işləməklə, 2019-cu ildən ## #### 2022-ci ilə kimi rəis vəzifəsini icra etmişdir. Xidməti fəaliyyətilə əlaqədar olaraq Xidmət rəisinin etimadı əsasında nazirin əmrinə əsasən ezam olunmaqla 2023-cü ildə Şəki-Zaqatala regional və Qarabağ regional şöbələrinin rəislərinin məzuniyyət dövründə rəis yerinə həmin vəzifənin icrasını qüsursuz yerinə yetirmişdir. Bunları qeyd etməkdə məqsədi ## #### 2005-ci ildən hazırki dövrə qədər xidməti fəaliyyətində nöqsanları olmamaqla xidmətdə olmağıdır. Lakin ## ### 2025-ci il tarixində rəhbərliyin göstərişinə (X18 Xidmət rəisinin) əsasən kadrlar şöbəsi tərəfindən Xidmətə dəvət edilməklə rəis müavini vəzifəsindən şəxsi təşəbbüskarlıq göstərməklə aşağı vəzifəyə, yəni baş məsləhətçi-baş əmək müfəttişi vəzifəsinə keçirilirsən deyildi. Təbii ki, bunun səbəbi soruşulsa belə məsləhətdi deməklə qanuna uyğun hər hansı əmr və ya digər sənədlər təqdim olunmamaqla xidmətin kadrlar şöbəsinin müdiri Fəxri Əlişzadə tərəfindən rəhbərliyin belə məsləhət bildiyini bir daha qeyd etdi. Bundan sonra ##.##.2025-ci il tarixdə “Əmək və Məşğulluq” altsisteminə Xidmətin Mərkəzi Aran regional şöbəsinin baş məsləhətçisi baş əmək müfəttişi vəzifəsinə keçirilməyinə dair imzalanması üçün müqavilə göndərilmiş və imzalanması tələb olunmuşdur. Əsassız keçirilmə olan müqaviləyə münasibət bildirilməmiş və imzalanmamaqla hüquqi əsas yaradılmamışdır. Həmin vaxtdan sonra may-iyun aylarının əmək haqqı rəis müavini olan aylıq əmək haqqı kimi yox baş məsləhətçi-baş əmək müfəttişi kimi hesablanaraq ödənilmiş və vəzifə maaşının 3 (üç) misli olan əlavə mükafat əsasız olaraq dayandırılmışdır (2022-ci ildən 2025-ci il iyul ayınadək əmək haqqından bank çıxarışı). Əlavə olaraq bir sənəd üzərindən ##.##.2025-ci il tarixdə “Əmək və Məşğulluq” altsisteminə Xidmətin Mərkəzi Aran regional şöbəsinin baş məsləhətçisi-baş əmək müfəttişi vəzifəsinə keçirilməyinə dair imzalanması üçün göndərilmiş müqaviləyə münasibət olaraq bildirmək istəyir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin rəisi cənab Vəli Quliyevin imzalayaraq təsdiq etdiyi ##.##.2025-ci il tarixli *-**-*/*-*-***/**** nömrəli əmrlə Azərbaycan Respublikasının Əmək və X19 Nazirliyi yanında X18 Xidmətinin rəhbər vəzifəli şəxslərinin 2025-ci il üzrə vətəndaşların qəbulu Qrafikinə nəzər yetirilsə rəis müavini olaraq Xidmətin Mərkəzi Aran regional şöbəsinin rəis müavini olaraq vətəndaşların qəbulunun təşkili və keçirilməsi öhdəliyi qoyulmuşdur. Onda necə olur ki, ##.##.2025-ci il tarixindən səbəbsiz aşağı vəzifəyə baş məsləhətçi baş əmək müfəttişi keçirilmiş olur? Bu sənədlər arasında bir ziddiyətlik yoxdurmu? (Xidmət rəisinin əmr və qrafikini təqdim edir). Bir də qeyd etmək istəyir ki, rəhbər şəxs olaraq elektron imza statusunu vəzifəli şəxs olan baş əmək müfəttişi statusuna dəyişdirilməsi üçün Xidmət tərəfindən təqdim olunan ərizəyə etiraz olaraq səbəbini soruşduqda barəsində aşağı vəzifəyə keçirilməyə dair nazirin əmri olduğunu bildirdilər. Həmin əmrlə tanış olmağı üçün elektron poçtuna göndərilməsini istəmişdir. Lakin bu günə kimi əmr təqdim olunmamışdır və bundan sonra imzanın dəyişdirilməsinə dair əlavə ona təziq göstərilmədi. (Təqim olunmuş ərizə forması və elektron yazışma). Odur ki, vəzifə səlahiyyətləri ilə bağlı icraatlarına qərəzsizliklə yanaşılmaqla səbəbsiz təzyiqlər göstərilməyə başlanılmış və davam etməkdədir. Belə ki may və iyun aylarının əmək haqqının hesablanıb ödənilməsi üçün işə davamiyyət tabelini Xidmət rəisinin etimadına əsasən nazirlik tərəfindən ezam edilən regiona 19 maydan 19 iyun ayına kimi 19 iyun ayından davam edən rəis vəzifəsini müvvəqəti icra edən rəhbər şəxslər tərəfindən xidmətin şifahi göstərişinə əsasən hüquqları kobud şəkildə pozularaq vəzifəsi tabeldə dəyişdirilərək, əmək haqqının aşağı vəzifə olan vəzifəyə uyğun ödənilməsinə səbəb olurlar. (Həmin ayların tabellərini xidmətdən alına bilər sübüt üçün). Hüquqlarının pozulmasına dair daha bir faktı çatdırmaq istəyir ki, 2023-2024-cü ilin əmək məzuniyyətindən rəhbərliyin təkidi ilə istifadə edə bilməmişdir.

5. Məzuniyyət hüququndan istifadə üçün dəfələrlə müraciət etməyinə baxmayaraq hər dəfə “onun yerinə real rəhbər kadr tapa bilmirik” deyə ilin sonuna kimi məzuniyyət hüququnu pozmuşlar. Kompensasiya verilməsini tələb etdikdə maliyyə nazirliyi məzuniyyət əvəzinə kompensasiya verilməsini qadağa qoyur deyilərək növbəti 2025-ci ildə istifadə etməyi deyildi. Lakin təqdim etdiyi məzuniyyət qrafikinə əsasən 2025-ci il iyul ayında əmək məzuniyyəti üçün ərizə ilə müraciət etməyinə baxmayaraq bu günə qədər müsbət cavab ala bilmir deyilərək məsuliyyətdən səbəbsiz kənara çəkilirlər. (məzuniyyət qrafikini təqdim edir). Bundan əlavə olaraq bildirir ki, 2022-ci ildə sentyabr ayından 2023-cü ilin aprel ayı daxil olmaqla heç bir səbəb olmadan vəzifə maaşının 2,5 (iki onda beş) misli olan əlavə aylıq nəzərdə tutulmuş mükafatların verilməsi aylar üzrə təmin olunmamış və bu günə qədər buna rəsmi (əmr və.s) sənədlər təqdim edilməklə açıqlama verilməməklə hüququnun pozuntusu davam etdirilir. Bundan əlavə qeyd etməlidir ki, yuxarıda qeyd etdiyi əmək haqqının azaldılması, aylar üzrə mükafatlarının həm 2022-2023-cü illərdə azalması, həm də hazırda azalması ilə bağlı heç bir əmr olmamış, yalnız sözlə olan əsassız tapşırıqlarla icra olunmuşdur. Halbuki vəzifəli şəxslər sözügedən qanunsuz əmr və ya tələbləri icra etməməli idi və bu qanunla da qadağan olunmuşdur (Azərbaycan Respublikasının "X14" Qanunu 26-cı maddəsi). O, hələ də Əmək və Məşğulluq altsistemində (ƏMAS) Mərkəzi Aran regional şöbəsinin rəis müavini kimi görünür və sözügedən vəzifəni qismən icra edir. Qeyd olunduğu kimi sistemdə (ƏMAS) rəis müavini vəzifəsi olan əmək müqaviləsi aktivdir. Vəzifənin aşağı salınması ilə bağlı ona heç bir məlumat verilməmiş və bu barədə heç bir əmr mövcud deyil. Onlara bildirdiyi sözlərlə bağlı bütün sübutlarını təqdim etməyə hazırdır və şifahi məhkəmə iclasında sübutları təqdim etməklə və tədqiq etməklə sözlərini tam əsaslandıracaq. O, dəfələrlə bildirməyinə baxmayaraq və onlarda daxili yazışma vasitələri olsa da həmin əmrlər təqdim olunmamışdır. Lakin iş ərizəni imzalayan şəxs haqqında məlumat: mediasiya prosesində olanda cavabdeh orqan tərəfindən ona bildirilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin *- **/*-*-***/**** nömrəli ##.##.2025-ci il tarixli əmrinə əsasən barəsində xidməti araşdırma təyin edilmiş, araşdırmanın nəticəsinə uyğun olaraq *-**/*-****/**** nömrəli ##.##.2025-ci il tarixli əmrlə “X14” Azərbaycan Respublikası Qanununun 25.2.4-cü maddəsinə uyğun olaraq Nazirlik yanında X18 Xidmətinin Mərkəzi Aran regional şöbəsinin müdiri müavini vəzifəsindən Xidmətin Mərkəzi Aran regional şöbəsində baş məsləhətçi-baş əmək müfəttişi vəzifəsinə keçirilmişdir. O, *-**/*-*-***/**** nömrəli ##.##.2025-ci il tarixli əmrlə tanış deyil və həmin əmrin nə ilə bağlı olması ona məlum deyil. Onun regionun rəis müavini vəzifəsindən baş məsləhətçi baş əmək müfəttişi vəzifəsinə keçməyi əmrlə ola bilməz və bunun üçün onunla əmək müqaviləsi bağlanmalıdır. İkinci hal isə intizam cəzası verilməsidir ki, bunun üçün də onun məlumatı olmalı və intizam tənbehi barədə mütləq məlumatlandırılmalıdır. Ona əgər intizam tənbehi verilmişdirsə o zaman bu hansı səbəbdən gizlədilir və bu gündə rəis müavini müqaviləsi qüvvədədir. İşlədiyi təşkilat əmək hüquqlarının qorunması ilə bağlıdır və sözügedən qaydaları mükəmməl bilir. Lakin qəsdən bu qaydalara riayət etmir. Əgər bu cür əmr olsaydı onunla bağlanmış müqavilə və vəzifəsi barədə sistemdə görünərdi. Sözügedən məktubdan başqa heç yerdə *-**/*-*-***/**** nömrəli ##.##.2025-ci il tarixli əmr barədə heç nə yoxdur. Bundan əlavə bir xəta olmuşsa belə bir xətaya görə iki tənbeh verilməsi qanunla qadağandır. Hörmətli məhkəmə ən böyük problem isə sözügedən təşkilatda işlədiyi hər gün ona qarşı ciddi və əsassız təzyiqlər olunur. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin III və IV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il ## ####### tarixli Qərarında da sözügedən hallara toxunulmuş və müqavilə tərəfləri olan işçi və işəgötürən arasında olan münasibətlərdə işçinin daha zəif tərəf olması göstərilməklə daha çox müdafiəyə ehtiyacı olması xüsusi vurğulanmışdır. Hazırki halda sözügedən zəif tərəf o olmaqla hüquqları qarşı tərəf (Nazirlik) tərəfindən kobud surətdə pozulmaqdadır.

6. Cavabdeh orqan ##.##.2025-ci il tarixli iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - iddia ərizəsində göstərilən tələb əsassızdır və məhkəmə tərəfindən iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin rəisi ##.##.2025-ci il tarixli *-**-*/*-*****/**** nömrəli xidməti məruzə ilə Nazirliyə müraciət etmişdir. Məruzədə göründüyü kimi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra - Nazirlik) yanında X18 Xidmətinin (bundan sonra - Xidmət) Mərkəzi Aran regional şöbəsinin (bundan sonra - Regional şöbə) sabiq rəisi X1 Nazirliyin Aparatının Daxili nəzarət və audit şöbəsinə təqdim etdiyi məlumatlar əsasında Xidmətin Aparatının Daxili nəzarət və normativ hüquqi sənədlərlə iş şöbəsi tərəfindən ##.##.2025-ci il tarixdə Regional şöbənin Ucar rayonunda yerləşən inzibati binasında əyani yoxlama aparılmışdır. Araşdırma nəticəsində Regional şöbəsinin rəis müavini İddiaçı tərəfindən Regional şöbəyə və həmin regional şöbənin əməkdaşlarına nəzarətin zəif həyata keçirilməsi nəticəsində regional şöbənin sabiq rəisi X1 əmək müqaviləsinə ##.##.2024-cü il tarixdə xitam verilməsinə baxmayaraq, "WhatsApp" mobil tətbiqi vasitəsilə şöbənin əməkdaşlarından ibarət "Mərkəzi Aran RŞ" adında yaradılmış qrupda ##.##.2024-cü il tarixdən ##.##.2025-ci il tarixədək əməkdaşların xidməti fəaliyyətləri ilə bağlı paylaşdıqları məlumatların E.Əliyev tərəfindən əldə olunmasına, eyni zamanda İddiaçı adından imzalanmış bəzi müşayiət məktublarının fiziki formada ayrı-ayrı şəxslər tərəfindən imzalanmasına səbəb olduğu, nəticədə Regional şöbənin rəis müavini İddiaçı ve əməkdaşları tərəfindən "X14" Azərbaycan Respublikasının Qanununun 18.0.7-ci maddəsinin (dövlət sirrini və qanunla mühafizə edilən digər sirri həmişə, o cümlədən dövlət qulluğuna xitam verildikdən sonra da saxlamalı), həmçinin "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunda qulluq keçən dövlət qulluqçuları üçün etik davranış Qaydaları"nın (bundan sonra - Qaydalar) 4.2.10-cu (dövlət qulluqçusu xidməti fəaliyyəti ilə bağlı əldə etdiyi məlumatların konfidensiallığını təmin etməlidir) və 4.2.29-cu bəndlərinin (Dövlət qulluqçusu vəzifəsi və qulluq mövqeyindən istifadə edərək digər dövlət qulluqçusunu qanuna zidd hərəkətə (hərəkətsizliyə) sövq etməməlidir) tələblərinə riayə etməmişlər. Yuxarıda göstərilənlərə əsasən, Regional şöbəyə zəif nəzarəti həyata keçirdiyi üçün həmin regional şöbənin rəis müavini İddiaçı barəsində müvafiq tədbirlərin görülməsi məqsədilə Nazirliyin Aparatının Daxili nəzarət və audit şöbəsinə və Dövlət qulluğu və kadr məsələləri şöbəsinə müvafiq göstərişlərin verilməsi xahiş edilmişdir. Xidməti məruzə daxil olduqdan sonra “X14” Azərbaycan Republikası Qanununun 25.3-cü maddəsinə uyğun olaraq Nazirliyin ##.##.2025-ci il tarixli *-**/*-*-***/**** nömrəli “İddiaçı və S.V.Kərimlinin xidməti fəaliyyətlərinin araşdırılması haqqında” əmri verilmişdir. Əmrin 2-ci hissəsinə uyğun olaraq Nazirliyin Aparatının Daxili nəzarət və audit şöbəsi araşdırma aparmış və ##.##.2025-ci il tarixli 317/3-1-2835/2025 xidməti məruzə hazırlamışdır. Məruzədə deyilir: Şöbənin sabiq rəisi X1 təqdim etdiyi məlumatlar əsasında Şöbənin Ucar rayonunda yerləşən inzibati binasında Xidmətin Daxili nəzarət və normativ hüquqi sənədlərlə iş şöbəsi tərəfindən müvafiq araşdırmanın aparıldığı, nəticədə bəzi əməkdaşlar tərəfindən Şöbənin rəis müavinin göstərişi ilə sənədlərin onun əvəzindən imzalanması faktlarının aşkarlandığı qeyd edilmişdir. Araşdırma zamanı ##.##.2022-ci il tarixində işin operativliyinin təmin edilməsi məqsədilə "WhatsApp" mobil tətbiqində inzibatçısı (admini) Şöbənin baş mütəxəssis-böyük inspektoru X20 olmaqla Şöbənin bütün əməkdaşlarından ibarət "Mərkəzi Aran RŞ" adlı qrupun yaradıldığı, sözügedən qrupa həmin dövrdə Şöbənin rəisi X1 da daxil edildiyi, lakin onun əmək müqaviləsinə ##.##.2024-cü il tarixində xitam verilməsinə baxmayaraq xeyli müddət qrupdan çıxarılmadığı, nəticədə ##.##.2024-cü il tarixindən ##.##.2025-ci il tarixədək olan dövr ərzində Şöbənin əməkdaşları tərəfindən xidməti fəaliyyətləri ilə bağlı həmin qrupda paylaşılan bütün məlumatların E.Əliyev tərəfindən əldə edildiyi, eyni zamanda Şöbənin rəis müavini İddiaçı imzası təqlid edilərək bəzi sənədlərin fiziki formada ayrı-ayrı əməkdaşlar tərəfindən imzalandığı müəyyən edilmişdir. Araşdırma dövründə F.Zeynalova E.Əliyevin əmək müqaviləsinə xitam verilməsinə baxmayaraq "WhatsApp" qrupundan çıxarılmadığını, yalnız ##.##.2025-ci il tarixində Şöbənin rəis müavini İddiaçı tərəfindən aşkarlanaraq onun qrupdan kənarlaşdırıldığını bildirmişdir. Həmçinin, araşdırma zamanı o da məlum olmuşdur ki, bəzi hallarda Şöbənin rəis müavini İddiaçı adından çıxan sənədlər onun əvəzinə fiziki olaraq Fatimə Zeynalova tərəfindən imzalanmışdır. Bununla bağlı F.Zeynalova təqdim etdiyi izahatda bəzi sənədlərə Şöbənin Ucar rayonunda yerləşən inzibati binasında xidmət edən əməkdaşların xahişi və Şöbənin rəis müavini İddiaçı razılığı ilə məcburiyyət qarşısında qalaraq sonuncunun əvəzinə fiziki formada sənədləri imzaladığını etiraf etmişdir. Qeyd olunan məsələ ilə əlaqədar Şöbənin rəis müavini İddiaçı izahatında ##.##.2024-cü il tarixində şöbənin sabiq rəisi E.Əliyevin əmək müqaviləsinə xitam verildikdən sonra həmin vəzifə vakant olduğundan müvəqqəti olaraq rəhbərliyin onun tərəfindən həyata keçirildiyini, E.Əliyevin "WhatsApp" qrupundan çıxarılmadığını aşkarladıqdan sonra F.Zeynalovaya iradlarını bildirərək dərhal sabiq rəisin qrupdan çıxarılması ilə bağlı tapşırıq verdiyini qeyd etmiş, həmçinin, E.Əliyevin xeyli müddət qrupda qalaraq xidməti materialları əldə etməsinə səbəbin rəhbərliyi icra etdiyi dövrdə onun tərəfindən həmin qrupa diqqət etməməsi olduğunu bildirmişdir. Əlavə olaraq Şöbənin rəisinin imzası ilə çıxan məktublara vizual baxış keçirilərkən onların ayrı-ayrı şəxslər tərəfindən imzalandığının aşkar görünməsinə, eləcə də F.Zeynalovanın etirafına baxmayaraq, İddiaçı fiziki formada onun əvəzindən imzalanmış məktublarla bağlı obyektivliyin təmin olunmasına köməklik göstərməmiş, qeyrisəmimiliyə yol verərək məktublarla tanış olduğunu, guya həmin məktubların onun tərəfindən imzalandığını qeyd etmişdir. Eyni zamanda, Şöbə tərəfindən göndərilmiş Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sənəd dövriyyəsi” (SDAS) altsistemində qeydiyyata alınmış 24.01,2025-ci il tarixli 3-17-5/2-1-6562/2025 və *-**-*/*-*-****/**** nömrəli məktublara baxış keçirilən zaman fiziki imzalarda aşkarlanmış fərqliliklərlə bağlı İddiaçı və Fatimə Zeynalova tərəfindən təqdim edilən məlumatlarda həmin sənədlərə imza atmadıqları, F.Zeynalovanın qeyd olunan tarixdə təhsil məzuniyyətində olduğu və müvafiq məktubların Şöbənin baş məsələtçi-baş əmək müfəttişi X5 tərəfindən icra edildiyi aşkarlanmışdır. Bununla əlaqədar, Şöbənin baş mütəxəssis-böyük inspektoru X15 tərəfindən təqdim olunan məlumatda müvafiq məktubların çap olunaraq üzərində nömrə və tarix qeyd edilməklə S.Kərimliyə təqdim olunduğu və təxminən 10-15 dəqiqə ərzində məktubların üzərində Şöbənin rəis müavini İddiaçı imzası ilə geri gətirilərək poçta verilməsinin xahiş edildiyi bildirilmişdir. Qeyd olunan məsələ ilə bağlı S.Kərimli tərəfindən ilkin olaraq həqiqəti əks etdirməyən izahat təqdim edilsə də, sonradan həmin məktubların etirazına baxmayaraq Şöbənin rəis müavini İddiaçı göstərişi əsasında onun tərəfindən imzalandığını etiraf etmiş, tutduğu əməldən peşman olduğunu və bu halın bir daha təkrarlanmayacağını vurğulamışdır. Nəticədə alınmış izahatlara və toplanmış materiallara əsasən Şöbənin rəis müavini İddiaçı imzası ilə çıxan bəzi sənədlərin onun razılığı ilə Fatimə Zeynalova tərəfindən, eyni zamanda S.Kərimlinin icrasında olan məktubların isə onun qanunsuz göstərişləri əsasında icraçı şəxs tərəfindən rəhbər şəxsin imzası eyniləşdirilməklə imzalanaraq göndərildiyi müəyyənləşdirilmişdir. Beləliklə, sənədlərə başqa şəxsin adından etibarnamə olmadan imza atılmaqla və sənədlərin başqa şəxslər tərəfindən ələ keçirilməsinə şərait yaradan hallara yol verməklə Şöbənin əməkdaşları İddiaçı, S.Kərimli və F.Zeynalova tərəfindən "X14" Azərbaycan Respublikasının Qanununun 18.0.7-ci və “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununun 10.2-ci maddələrinin, həmçinin "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunda qulluq keçən dövlət qulluqçuları üçün etik davranış Qaydaları"nın 4.2.29-cu (vəzifəsi və qulluq mövqeyindən istifadə edərək digər dövlət qulluqçusunu qanuna zidd hərəkətə (hərəkətsizliyə) sövq etməməlidir) və 5.1.9-cu (tabeliyində olanları hüquqa və hamılıqla qəbul edilmiş etik normalara zidd olan hərəkətlər (hərəkətsizliklər) etməyə və qərarlar qəbul etməyə sövq etməməlidir) bəndlərinin tələbləri pozulmuşdur. Əmək funksiyalarının icrası zamanı yol verdiyi nöqsanlara görə Xidmətin Mərkəzi Aran regional şöbəsinin rəis müavini İddiaçı, həmin şöbənin baş məsləhətçi-baş əmək müfəttişi X5 və baş mütəxəssis böyük inspektoru X20 barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Nazirliyin Aparatının Dövlət Qulluğu və Kadr Məsələləri şöbəsinə göstəriş verilməsi məqsədəmüvafiq hesab olunmuşdur. Qeyd edilənlər nəzərə alınaraq, Nazirliyin ***/*-*-***/**** nömrəli ##.##.2025-ci il tarixli əmri ilə İddiaçı ## ### 2025-ci il tarixdən daha aşağı təsnifatdan olan Xidmətin Mərkəzi Aran regional şöbəsində baş məsləhətçi-baş əmək müfəttişi vəzifəsinə keçirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti haqqında Əsasnamə”nin 5.7.9-cu yarımbəndinə əsasən Xidmət rəisi Xidmətin aparatının və yerli orqanlarının işçiləri barədə intizam tənbehi tədbirlərinin görülməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşısında məsələ qaldırır, Xidmətin aparatının və yerli orqanların işçilərinin həvəsləndirilməsi və mükafatlandırılması barədə tədbirlərin həyata keçirilməsini təmin edir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə’’nin 5.5.6-cı yarımbəndinə əsasən nazir Nazirliyin Aparatının işçilərini, Nazirliyin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərlərini və onların müavinlərini, digər işçiləri vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür. “X14” Azərbaycan Republikası Qanununun 25.1-ci maddəsinə əsasən dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən Dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: 25.2.1.töhmət; 25.2.2. bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması; 25.2.3. həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi; 25.2.4. daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi; 25.2.5. ixtisas dərəcəsinin bir pillə aşağı salınması; 25.2.6. dövlət qulluğundan azad edilməsi. Qanunun 25.3-cü maddəsinə əsasən bu Qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alınır. “X14” Azərbaycan Respublikası Qanununun 25.3-cü maddəsinə əsasən bu Qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alınır. Zərurət olduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin edir. Nazirlik tərəfindən qeyd olunan maddənin tələbinə uyğun olaraq prosedur qaydalara əməl edilmiş, Nazirliyin Aparatının Daxili Nəzarət və audit şöbəsi tərəfindən daxil olan məruzə əsasında müvafiq əmrlə xidməti araşdırma aparılmış, İddiaçı izahatı alınmışdır. “X14” Azərbaycan Respublikası Qanununun 25.7-ci maddəsinə əsasən bu Qanunun 25.2.1-25.2.6-cı maddələrində nəzərdə tutulmuş intizam tənbeh tədbirləri dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən, 25.2.1-ci maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri isə, habelə dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən səlahiyyət verilmiş vəzifəli şəxs (şəxslər) tərəfindən tətbiq oluna bilər. Qanunun qeyd edilən müddəasından göründüyü kimi dövlət qulluqçusu barədə müvafiq intizam tənbeh tədbiri görmək dövlət orqanının rəhbərinin diskresion səlahiyyətidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.7-ci maddəsinə əsasən diskresion səlahiyyətlər qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. İPMin 73.3.2-ci maddəsinə əsasən inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. İPM-in 73.3-cü maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Yuxarıda göstərilənlərə əsaslanaraq iddia ərizəsinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

7. Cavabdeh orqanın ##.##.2026-cı il tarixli iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçının ərizəsində qeyd etdiyi tələbi 6 hissədən ibarətdir: 1. iddiaçıya 2022-ci ildə sentyabr ayından 2023-cü ilin aprel ayı daxil olmaqla vəzifə maaşımı 2.5 (iki onda beş) misli olan əlavə aylıq nəzərdə tutulmuş mükafatların ödənilməsi; 2. pulların tutulmasından qərar icra olunan günə kimi həmin məbləğin günlük 1 faiz hesablanmaqla ona ödənilməsi; 3. Nazirliyin 3- 17/3-4- ***/**** nömrəli ##.##.2025-ci il tarixli əmrin (əmr mövcud olduğı halda) ləğv olunması;

4. aşağı vəzifəyə keçirilməsi kimi ödənilməyən əmək haqqı fərqinin və 3 misli aylıq mükafatların ödənilməsi; 5. Nazirliyin ##.##.2025-ci il tarixli, *-**/*-*-****/**** nömrəli əmrinin ləğv olunması;

6. ##.##.2025-ci il tarixdən bərpa edildiyi günədək məcburi işburaxmaya görə əmək haqqı və əlavə mükafatların hesablanıb ödənilməsi öhdəliyinin qoyulması. Hesab edilmişdir ki, iddia ərizəsində göstərilən tələblər əsassızdır və məhkəmə tərəfindən iddia təmin edilməməlidir. 1ci və 2-ci iddia tələbləri üzrə işin halları: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin rəisi ##.##.2022-ci il tarixli *********** nömrəli xidməti məruzə ilə Nazirliyə müraciət etmişdir. Xidməti məruzədə vətəndaş X9 ##.##.2022-ci il tarixdə Mingəçevir şəhər Təbiət-Riyaziyyat və X28 liseyində xəsarət alması ilə bağlı araşdırma aparılarkən yol verilmiş nöqsan barədə məlumat verilmişdir. X16 ##.##.2022-ci il tarixli, *********** nömrəli məktubla müraciəti daxil olmuşdur. Müraciət ##.##.2022-ci il tarixli dərkənarla Mərkəzi Aran regional ərazi şöbəsinin baş məsləhətçi - baş əmək müfəttişi X10 verilmişdir. C.Camalzadə tərəfindən baş vermiş bədbəxt hadisə ilə bağlı araşdırma aparılmışdır. Araşdırma ilə bağlı xəsarət almış E.Rəcəblinin xəsarətinin ağır olması ilə bağlı müfəttişliyə yaxınlaşa bilməyəcəyindən anası A.Rəcəbovaya izahat blankı verilərək evdə yazdırıb gətirməsi bildirilmişdir. E.Rəcəbli ##.##.2022-ci il tarixli, *********** nömrəli məktubla yenidən müraciət etmişdir. Müraciət ##.##.2022-ci il tarixli dərkənarla Əməyin mühafizəsinə nəzarət şöbəsinin məsləhətçi-əmək müfəttişi X2 verilmişdir. Aparılan araşdırma zamanı hadisə şahidi “xxxx” MMC-nin gözətçisi X11 ##.##.2022-ci il tarixdə X18 Xidmətinin Mərkəzi Aran regional şöbəsi tərəfindən izahat alınmışdır. Əməyin mühafizəsinə nəzarət şöbəsinin baş məsləhətçi - baş əmək müfəttişi X4 14-## ##### 2022-ci il tarixlərində Mingəçevir şəhərinə ezam olunduğu müddətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək müqaviləsi bildirişi” altsisteminə (ƏMBAS) baxış keçirilərkən "xxxx” MMC tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən X11 müvafiq işlərin yerinə yetirilməsinə cəlb edildiyi məlum olmuşdur. Belə ki, inzibati xətanın ##.##.2022-ci il tarixində aşkar olunmasına baxmayaraq, Mərkəzi Aran regional ərazi şöbəsi tərəfindən “xxxx” MMC barəsində ##.##.2022-ci il tarixdə həm hüquqi, həmdə vəzifəli şəxs barəsində protokol tərtib edilmişdir. Aparılan müvafiq araşdırma zamanı, ##.##.2022-ci il tarixli *********** nömrəli xidməti məruzə əsasında Mərkəzi Aran regional ərazi şöbəsinin rəis müavini İddiaçı və baş məsləhətçi-baş əmək müfəttişi X10 izahatları alınmışdır. İddiaçı öz izahatında bildirmişdir ki, aparılan araşdırma ilə bağlı Əməyin mühafizəsinə nəzarət şöbəsinin müdiri V.Məmmədova məlumat verildikdən sonra lazımi sənədlərin X.Əsədovun poçt ünvanına yollaması ilə bağlı C.Camalzadəyə göstəriş vermişdir. T.Seyidov ##.##.2022-ci il tarixində izahat verilməsi üçün şöbəyə dəvət edilmişdir. T.Seyidovun əmək müqaviləsinin olub-olmamasının yoxlanılması üçün internet əlaqəsi olmadığından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək müqaviləsi bildirişi” altsisteminə (ƏMBAS) baxış keçirilməsi mümkün olmamışdır. X.Əsədov toplanmış sənədlərə baxış keçirdikdən sonra C.Camalzadəyə xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən X11 müvafiq işlərin yerinə yetirilməsinə cəlb edildiyini bildirmişdir. C.Camalzadə öz izahatında bildirmişdir ki, T.Seyidov ##.##.2022-ci il tarixində şöbəyə gələrək izahat verdiyində internet bağlantısı olmadığından ƏMBAS-a baxış keçirilməsi mümkün olmamışdır. Lakin bir müddət sonra internet bərpa olunduğundan ƏMBAS-nə baxış zamanı T.Seyidovun əmək müqaviləsi bildirişinin qeydiyyata alınmadığı müəyyənləşib və bununla bağlı rəis müavini İddiaçı məlumat vermişdir. Eyni zamanda C.Camalzadə ilə telefon əlaqəsi saxlanılmış və o, bildirmişdir ki, ##.##.2022-ci tarixində X.Əsədov onunla əlaqə saxlamış və protokol yazılması ilə bağlı göstəriş vermişdir. Həmçinin, İddiaçı və C.Camalzadə öz izahatlarında bildirmişdirlər ki, araşdırma ilə bağlı Xidmətin Əməyin mühafizəsinə nəzarət şöbəsinin müdiri Vüsal Məmpıədov və Xəqani Əsədovla əlaqə saxlanılmışdır. V.Məmmədov tərəfindən əsas icraçı xidmət olduğu üçün Xidmət tərəfindən cavablandırılacağını və Mərkəzi Aran regional şöbəsinə daxil olan müraciətlə əlaqələndiriləcəyini bildirmişdir. Bununla belə, Əməyin mühafizəsinə nəzarət şöbəsinin məsləhətçi-əmək müfəttişi X.Əsədov öz izahatında bildirmişdir ki, bazarın gözətçisi T.Seyidovun əmək müqaviləsi bağlanılmadan işlərin yerinə yetirilməsinə cəlb edilməsindən müraciətlərin araşdırılmasında iştirak edən hər kəsin məlumatı olmuşdur və bu barədə o, öz şöbə müdirinə məlumat verdiyini qeyd etməmişdir. Qeyd olunanları nəzərə alaraq, “X14” Azərbaycan Respublikası Qanununun 18.0.1-ci (qanunvericiliyi və dövlət orqanlarının qəbul etdikləri başqa normativ hüquqi aktları həyata keçirməli), 18.0.5-ci (vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə vaxtında baxmalı və öz səlahiyyətləri hüdudunda onları qərəzsiz həll etməli) maddələrinin tələblərinin pozulduğunu nəzərə alaraq və Azərbaycan Respublikası Prezidentinin 2011-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti haqqında Əsasnamə”nin 5.7.9-cu yarımbəndini rəhbər tutaraq Mərkəzi Aran regional ərazi şöbəsinin rəis müavini İddiaçı və baş məsləhətçi-baş əmək müfəttişi X10 barələrində “X14” Azərbaycan Respublikası Qanununun 25.2-ci maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbirlərdən birinin tətbiq olunmasını xahiş etmişdir (əlavə olunur). Xidməti məruzə daxil olduqdan sonra “X14” Azərbaycan Republikası Qanununun 25.3-cü maddəsinə uyğun olaraq Nazirliyin ##.##.2022-ci il tarixli *********** nömrəli “İddiaçı və C. Camalzadənin xidməti fəaliyyətlərinin araşdırılması haqqında” əmri verilmişdir (əlavə olunur). Əmrin 2-ci hissəsinə uyğun olaraq Nazirliyin Aparatının Daxili nəzarət və audit şöbəsi araşdırma aparmış və ##.##.2022-ci il tarixli *********** nömrəli xidməti məruzə hazırlamışdır. Məruzədə deyilir: Vətəndaş X9 ##.##.2022-ci il tarixdə Mingəçevir şəhər Təbiət-Riyaziyyat və X28 liseyində xəsarət alması barədə anası X6 ##.##.2022-ci il tarixdə *********** nömrəli sənədlə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Sənəd dövriyyəsi" altsisteminə daxil olmuş məlumat əsasında müvafiq araşdırma başlanmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, bədbəxt hadisə göstərilən tarixdə gecə saatlarında vətəndaşın əmək müqaviləsi əsasında işlədiyi liseyin ərazisində yox, liseyə bitişik hüquqi adı “xxxx” MMC olan bazarın ərazisində baş vermişdir. E.Rəcəbli təqdim etdiyi izahatda ##.##.2022-ci il tarixdə gecə saatlarında məktəbə bitişik bazarın damından səslər gəldiyini, liseydən oğurluq olma ehtimalını düşünərək dama çıxdığını və oradan yıxılaraq xəsarət aldığını təsdiq etmiş, hal şahidinin isə bazarın gözətçisi X11 olduğunu bildirmişdir. Bu səbəbdən T.Seyidov şöbəyə dəvət olunaraq hadisə ilə bağlı ilkin izahat versə də izahat ətraflı alınmamış, onun əmək fəaliyyəti ilə bağlı heç bir sual verilməmişdir. Məsələ ilə bağlı T.Seyidov təqdim etdiyi izahatında bazarın gözətçisi olduğunu bildirmiş və ##.##.2022-ci il tarixdə gecə saat 03:00 radələrində hadisənin bazarın ərazisində baş verdiyini təsdiq etmişdir. Həmçinin, T.Seyidovun bazarın gözətçisi işlədiyi müddətdə əmək müqaviləsi bağlanılmadan işləri (xidmətləri) yerinə yetirmiş və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələbləri pozulmuşdur. Göstərilən hallar üzrə materiallar ##.##.2022-ci il tarixdə Şöbənin əməkdaşları C.Camalzadə və İddiaçı tərəfindən toplanaraq ətraflı baxılması üçün Xidmətin Əməyin mühafizəsinə nəzarət şöbəsinin məsləhətçi-əmək müfəttişi X2 göndərmişlər. Məsələ ilə əlaqədar ##.##.2022-ci il tarixdə (müraciətin daxil olmasından təxminən 2 ay, müvafiq materialların Xidmətə göndərilməsindən təxminən 1 ay sonra) 2 gün müddətinə Xidmətin Əməyin mühafizəsinə nəzarət şöbəsinin baş məsləhətçi-baş əmək müfəttişi X4 şəhərinə ezam olunarkən “xxxx" MMC-nin sabiq baş mühasibi X12 izahat almış, sonuncu T.Seyidovun heç bir müqavilə bağlanmadan bazarın gözətçişi vəzifəsində işlədiyi, aylıq əmək haqqı aldığını bildirmiş, özünün isə ##.##.2022-ci il tarixdə işdən azad olunduğunu, lakin araşdırma ilə bağlı MMC-yə 1 günlük kömək etmək məqsədilə gəldiyini bildirmişdir. ##.##.2022-ci il tarixdə (T.Quliyevin ezamdan qayıtmasından 13 gün sonra) Xidmətdən verilmiş göstəriş əsasında ##.##.2022-ci il tarixdə C.Camalzadə tərəfindən “xxxx” MMC və onun işəgötürəni X17 barəsində X11 əmək müqaviləsi bağlanmadan işləri (xidmətləri) yerinə yetirməyə cəlb etdiyinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsinə əsasən inzibati xəta haqqında protokollar tərtib edilmiş, inzibati icraat prosesinə başlanmışdır. Şöbənin əməkdaşları C.Camalzadə və İddiaçı fakta uyğun qiymətin verilməsində hərəkətsizlikləri barədə Xidmətin ##.##.2022-ci il tarixli *********** nömrəli xidməti məruzəsi əsasında hər iki əməkdaşdan izahat alınmışdır. C.Camalzadə izahatında bədbəxt hadisə ilə bağlı toplanmış sənədlərlə birgə T.Seyidovun “xxxx” MMC-də əmək müqaviləsi bağlanılmadan işləri (xidmətləri) yerinə yetirməsi barədə məlumatı da Şöbənin rəis müavini İddiaçı təqdim etdiyini, həmçinin bazarın yeni sahibi olması planlaşdırılan Osman adlı şəxs tərəfindən ona “xxxx” MMC-nin rəhbərliyinin qızının Xidmətin rəhbərliyi ilə məsələnin “həll olunduğu”, cərimə yazılmayacağı deyildiyini qeyd etmiş, İddiaçı isə izahatında bədbəxt hadisə, eyni zamanda həmin fakt barədə məlumatları Xidmətin əməkdaşı X.Əsədova və Əməyin mühafizəsinə nəzarət şöbəsinin müdiri X7 şifahi qaydada dəfələrlə bildirdiyini və bununla bağlı nə etməli olduqlarını soruşduğunu, lakin onlar tərəfindən “işin əsas icraçısı Xidmətdir, məsələyə burada baxılacaq” deyildiyini qeyd etmişdir. Məsələ ilə əlaqədar X.Əsədov təqdim etdiyi izahatında araşdırma üzrə müvafiq sənədlərin və hal şahidi T.Seyidovun bədbəxt hadisə ilə bağlı verdiyi izahatın Şöbə tərəfindən ##.##.2022-ci il tarixdə onun “e-mail” ünvanına göndərildiyini, göndərilən bütün məlumatları Əməyin mühafizəsinə nəzarət şöbəsinin müdiri V.Məmmədova təqdim etdiyini təsdiq etmiş və T.Seyidovun “xxxx” MMC-də əmək müqaviləsi bağlanılmadan işləri (xidmətləri) yerinə yetirməsi barədə araşdırmada iştirak edən hər kəsin məlumatının olduğunu bildirmişdir. Lakin, Əməyin mühafizəsinə nəzarət şöbəsinin müdiri V.Məmmədov təqdim etdiyi izahatında bədbəxt hadisə ilə bağlı sənədlərlə və hal şahidi T.Seyidovun izahatı ilə tanış olduğunu bildirsə də sonuncunun iş yeri və vəzifəsinin göstərilmədiyini, həmçinin onunla “xxxx” MMC arasında əmək münasibətlərinin olub-olmaması barədə qeydlərin olmadığını bildirmiş, Şöbənin araşdırma müddətinə T.Seyidovun “xxxx” MMC-də əmək müqaviləsi bağlanılmadan işləri (xidmətləri) yerinə yetirməsi barədə ona şifahi və ya yazılı məlumat verilmədiyini qeyd etmişdir. Yalnız T.Quliyevin Mingəçevir şəhərinə ezam edilməsindən sonra T.Seyidovun MMC-də əmək müqaviləsi bağlanılmadan işləri yerinə yetirməsi barədə məlumatının olduğunu və dərhal inzibati icraata başlandığını, həmçinin Cəmiyyətin rəhbərliyi ilə heç bir tanışlığının olmadığını bildirmişdir. Qeyd olunanları nəzərə alaraq Nazirlik yanında X18 Xidmətinin ##.##.2022-ci il tarixli *********** nömrəli xidməti məruzəsində göstərilən nöqsanlar araşdırma zamanı öz təsdiqini tapdığı üçün əmək funksiyalarının icrasında yol verdikləri nöqsanlara görə Nazirlik yanında X18 Xidmətinin Mərkəzi Aran regional şöbəsinin rəis müavini İddiaçı və baş məsləhətçi-baş əmək müfəttişi X10 barədə intizam tənbeh tədbirlərinin görülməsi məqsədilə Nazirliyin Aparatının Dövlət Qulluğu və Kadr Məsələləri şöbəsinə göstəriş verilməsi məqsədəmüvafiq hesab olunmuşdur (əlavə olunur). Qeyd edilənlər nəzərə alınaraq, Nazirliyin *********** nömrəli ##.##.2022-ci il tarixli əmri ilə İddiaçı “töhmət” verilmişdir. Tətbiq edilən qanunvericilik normaları. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti haqqında Əsasnamə”nin 5.7.9-cu yarımbəndinə əsasən Xidmət rəisi Xidmətin aparatının və yerli orqanlarının işçiləri barədə intizam tənbehi tədbirlərinin görülməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşısında məsələ qaldırır, Xidmətin aparatının və yerli orqanların işçilərinin həvəsləndirilməsi və mükafatlandırılması barədə tədbirlərin həyata keçirilməsini təmin edir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”nin 5.5.6-cı yarımbəndinə əsasən nazir Nazirliyin aparatının işçilərini, Nazirliyin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərlərini və onların müavinlərini, digər işçiləri vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür. “X14” Azərbaycan Republikası Qanununun 25.1-ci maddəsinə əsasən dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən bin tətbiq edilə bilər: 25.2.1. töhmət; 25.2.2. bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması; 25.2.3. həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi; 25.2.4. daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi; 25.2.5. ixtisas dərəcəsinin bir pillə aşağı salınması; 25.2.6. dövlət qulluğundan azad edilməsi. Qanunun 25.3-cü maddəsinə əsasən bu Qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alınır. Prosedur qaydalar. “X14” Azərbaycan Respublikası Qanununun 25.3-cü maddəsinə əsasən bu Qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alınır. Zərurət olduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin edir. Nazirlik tərəfindən qeyd olunan maddənin tələbinə uyğun olaraq prosedur qaydalara əməl edilmişdir. Nazirliyin Aparatının Daxili Nəzarət və audit şöbəsi tərəfindən daxil olan məruzə əsasında müvafiq əmrlə xidməti araşdırma aparılmış, İddiaçı izahatı alınmışdır. “X14” Azərbaycan Respublikası Qanununun 25.7-ci maddəsinə əsasən bu Qanunun 25.2.1-25.2.6-cı maddələrində nəzərdə tutulmuş intizam tənbeh tədbirləri dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən, 25.2.1ci maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri isə, habelə dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən səlahiyyət verilmiş vəzifəli şəxs (şəxslər) tərəfindən tətbiq oluna bilər. Qanunun qeyd edilən müddəasından göründüyü kimi dövlət qulluqçusu barədə müvafiq intizam tənbeh tədbiri görmək dövlət orqanının rəhbərinin diskresion səlahiyyətidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.7-ci maddəsinə əsasən diskresion səlahiyyətlər qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. İPM-in 73.3.2-ci maddəsinə əsasən inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. İPM-in 73.3-cü maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3.inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Həmin dövrdə qüvvədə olan, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il ## ###### tarixli, *** nömrəli fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında Əsasnamə”nin 2-ci bəndinə əsasən mükafatın müəyyən edilməsi üçün götürülən dövr (hesablaşma dövrü) və mükafatlandırmanın şərtləri dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən müəyyən edilir. Qeyd olunan Fərmana əsasən, dövlət qulluqçusunun mükafatlandırılması dövlət orqanı rəhbərinin diskresion səlahiyyəti olduğundan, iddiaçının 2022-ci ildə sentyabr ayından 2023-cü ilin aprel ayı daxil olmaqla vəzifə maaşının 2.5 (iki onda beş) misli olan əlavə aylıq nəzərdə tutulmuş mükafatların ödənilməsi tələbinə dair iddiası əsassızdır. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi, iddiaçının almadığı mükafatları tələb etdiyi dövrdə barəsində intizam tənbeh tədbiri qismində töhmət verilmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, bu məsələ ilə bağlı Ali Məhkəmənin ## ###### 2020-ci il tarixli *-*(***)-****/** nömrəli iş üzrə qərarında ətraflı izah verilmişdir. Həmin qərarın 47-ci hissəsində qeyd edilir ki, qanunvericilik müddəlarından göründüyü kimi, dövlət qulluqçusunun mükafatlandırılması onların qulluq keçdiyi orqanın rəhbərinin mülahizəsinə əsasən həll edilir. Başqa sözlə, qanunvericilikdə dövlət qulluqçusunun hər bir halda pul mükafatı ilə təltif ediləcəyini müəyyən edən birmənalı norma yoxdur, bu, dövlət qulluqçusunun fəaliyyətinə onun rəhbərinin diskresion səlahiyyətdən çıxış edərək verəcəyi qiymətdən asılıdır. Bu mənada, mükafat qanunun birbaşa göstərişinə əsasən dövlət qulluqçusuna ödənilən əlavə olmadığından iddiaçıya məcburi iş buraxma müddəti üçün mükafatın ödənilməsi qanuni hesab edilə bilməz. 3 və 4-cü iddia tələbləri üzrə işin halları Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin rəisi ##.##.2025-ci il tarixli *-**-*/*-*-****/**** nömrəli xidməti məruzə ilə Nazirliyə müraciət etmişdir. Məruzədə göründüyü kimi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra - Nazirlik) yanında X18 Xidmətinin (bundan sonra - Xidmət) Mərkəzi Aran regional şöbəsinin (bundan sonra -Regional şöbə) sabiq rəisi X1 Nazirliyin Aparatının Daxili nəzarət və audit şöbəsinə təqdim etdiyi məlumatlar əsasında Xidmətin Aparatının Daxili nəzarət və normativ hüquqi sənədlərlə iş şöbəsi tərəfindən ##.##.2025-ci il tarixdə Regional şöbənin Ucar rayonunda yerləşən inzibati binasında əyani yoxlama aparılmışdır. Araşdırma nəticəsində Regional şöbəsinin rəis müavini İddiaçı tərəfindən Regional; şöbəyə və həmin regional şöbənin əməkdaşlarına nəzarətin zəif həyata keçirilməsi nəticəsində regional şöbənin sabiq rəisi X1 əmək müqaviləsinə ##.##.2024-cü il tarixdə xitam verilməsinə baxmayaraq, "WhatsApp" mobil tətbiqi vasitəsilə şöbənin əməkdaşlarından ibarət "Mərkəzi Aran RŞ" adında yaradılmış qrupda ##.##.2024-cü il tarixdən ##.##.2025-ci il tarixədək əməkdaşların xidməti fəaliyyətləri ilə bağlı paylaşdıqları məlumatların E.Əliyev tərəfindən əldə olunmasına, eyni zamanda İddiaçı adından imzalanmış bəzi müşayiət məktublarının fiziki formada ayrı-ayrı şəxslər tərəfindən imzalanmasına səbəb olduğu, nəticədə Regional şöbənin rəis müavini İddiaçı ve əməkdaşları tərəfindən "X14" Azərbaycan Respublikasının Qanununun 18.0.7-ci maddəsinin (dövlət sirrini və qanunla mühafizə edilən digər sirri həmişə, o cümlədən dövlət qulluğuna xitam verildikdən sonra da saxlamalı), həmçinin "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunda qulluq keçən dövlət qulluqçuları üçün etik davranış Qaydaları"nın (bundan sonra - Qaydalar) 4.2.10-cu (dövlət qulluqçusu xidməti fəaliyyəti ilə bağlı əldə etdiyi məlumatların konfidensiallığını təmin etməlidir) və 4.2.29-cu bəndlərinin (Dövlət qulluqçusu vəzifəsi və qulluq mövqeyindən istifadə edərək digər dövlət qulluqçusunu qanuna zidd hərəkətə (hərəkətsizliyə) sövq etməməlidir) tələblərinə riayə etməmişlər. Yuxarıda göstərilənlərə əsasən, Regional şöbəyə zəif nəzarəti həyata keçirdiyi üçün həmin regional şöbənin rəis müavini İddiaçı barəsində müvafiq tədbirlərin görülməsi məqsədilə Nazirliyin Aparatının Daxili nəzarət və audit şöbəsinə və Dövlət qulluğu və kadr məsələləri şöbəsinə müvafiq göstərişlərin verilməsi xahiş edilmişdir (əlavə olunur). Xidməti məruzə daxil olduqdan sonra “X14” Azərbaycan Republikası Qanununun 25.3-cü maddəsinə uyğun olaraq Nazirliyin ##.##.2025-ci il tarixli *-**/*-****/**** nömrəli “M. A.Bayramovun və S.V.Kərimlinin xidməti fəaliyyətlərinin araşdırılması haqqında” əmri verilmişdir (əlavə olunur). Əmrin 2-ci hissəsinə uyğun olaraq Nazirliyin Aparatının Daxili nəzarət və audit şöbəsi araşdırma aparmış və ##.##.2025-ci il tarixli 317/3-1-2835/2025 xidməti məruzə hazırlamışdır. Məruzədə deyilir: Şöbənin sabiq rəisi X1 təqdim etdiyi məlumatlar əsasında Şöbənin Ucar rayonunda yerləşən inzibati binasında Xidmətin Daxili nəzarət və normativ hüquqi sənədlərlə iş şöbəsi tərəfindən müvafiq araşdırmanın aparıldığı, nəticədə bəzi əməkdaşlar tərəfindən Şöbənin rəis müavinin göstərişi ilə sənədlərin onun əvəzindən imzalanması faktlarının aşkarlandığı qeyd edilmişdir. Araşdırma zamanı ##.##.2022ci il tarixində işin operativliyinin təmin edilməsi məqsədilə "WhatsApp" mobil tətbiqində inzibatçısı (admini) Şöbənin baş mütəxəssis-böyük inspektoru X20 olmaqla Şöbənin bütün əməkdaşlarından ibarət "Mərkəzi Aran RŞ" adlı qrupun yaradıldığı, sözügedən qrupa həmin dövrdə Şöbənin rəisi X1 da daxil edildiyi, lakin onun əmək müqaviləsinə ##.##.2024-cü il tarixində xitam verilməsinə baxmayaraq xeyli müddət qrupdan çıxarılmadığı, nəticədə ##.##.2024-cü il tarixindən ##.##.2025-ci il tarixədək olan dövr ərzində şöbənin əməkdaşları tərəfindən xidməti fəaliyyətləri ilə bağlı həmin qrupda paylaşılan bütün məlumatların E.Əliyev tərəfindən əldə edildiyi, eyni zamanda şöbənin rəis müavini İddiaçı imzası təqlid edilərək bəzi sənədlərin fiziki formada ayrı-ayrı əməkdaşlar tərəfindən imzalandığı müəyyən edilmişdir. Araşdırma dövründə F.Zeynalova E.Əliyevin əmək müqaviləsinə xitam verilməsinə baxmayaraq "WhatsApp" qrupundan çıxarılmadığını, yalnız ##.##.2025-ci il tarixində Şöbənin rəis müavini İddiaçı tərəfindən aşkarlanaraq onun qrupdan kənarlaşdırıldığını bildirmişdir. Həmçinin, araşdırma zamanı o da məlum olmuşdur ki, bəzi hallarda Şöbənin rəis müavini İddiaçı adından çıxan sənədlər onun əvəzinə fiziki olaraq Fatimə Zeynalova tərəfindən imzalanmışdır. Bununla bağlı F.Zeynalova təqdim etdiyi izahatda bəzi sənədlərə Şöbənin Ucar rayonunda yerləşən inzibati binasında xidmət edən əməkdaşların xahişi və Şöbənin rəis müavini İddiaçı razılığı ilə məcburiyyət qarşısında qalaraq sonuncunun əvəzinə fiziki formada sənədləri imzaladığını etiraf etmişdir. Qeyd olunan məsələ ilə əlaqədar Şöbənin rəis müavini İddiaçı izahatında ##.##.2024-cü il tarixində şöbənin sabiq rəisi E.Əliyevin əmək müqaviləsinə xitam verildikdən sonra həmin vəzifə vakant olduğundan müvəqqəti olaraq rəhbərliyin onun tərəfindən həyata keçirildiyini, E.Əliyevin "WhatsApp" qrupundan çıxarılmadığını aşkarladıqdan sonra F.Zeynalovaya iradlarını bildirərək dərhal sabiq rəisin qrupdan çıxarılması ilə bağlı tapşırıq verdiyini qeyd etmiş, həmçinin, E.Əliyevin xeyli müddət qrupda qalaraq xidməti materialları əldə etməsinə səbəbin rəhbərliyi icra etdiyi dövrdə onun tərəfindən həmin qrupa diqqət etməməsi olduğunu bildirmişdir. Əlavə olaraq Şöbənin rəisinin imzası ilə çıxan məktublara vizual baxış keçirilərkən onların ayrı-ayrı şəxslər tərəfindən imzalandığının aşkar görünməsinə, eləcə də F.Zeynalovanın etirafına baxmayaraq, İddiaçı fiziki formada onun əvəzindən imzalanmış məktublarla bağlı obyektivliyin təmin olunmasına köməklik göstərməmiş, qeyri-səmimiliyə yol verərək məktublarla tanış olduğunu, guya həmin məktubların onun tərəfindən imzalandığını qeyd etmişdir. Eyni zamanda, Şöbə tərəfindən göndərilmiş Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sənəd dövriyyəsi” (SDAS) altsistemində qeydiyyata alınmış ##.##.2025-ci il tarixli 3-17-5/2-1-6562/2025 və *-**-*/*-*- ****/**** nömrəli məktublara baxış keçirilən zaman fiziki imzalarda aşkarlanmış fərqliliklərlə bağlı İddiaçı və Fatimə Zeynalova tərəfindən təqdim edilən məlumatlarda həmin sənədlərə imza atmadıqları, F.Zeynalovanın qeyd olunan tarixdə təhsil məzuniyyətində olduğu və müvafiq məktubların Şöbənin baş məsələtçi-baş əmək müfəttişi X5 tərəfindən icra edildiyi aşkarlanmışdır. Bununla əlaqədar, Şöbənin baş mütəxəssis-böyük inspektoru X15 tərəfindən təqdim olunan məlumatda müvafiq məktubların çap olunaraq üzərində nömrə və tarix qeyd edilməklə S.Kərimliyə təqdim olunduğu və təxminən 10-15 dəqiqə ərzində məktubların üzərində Şöbənin rəis müavini İddiaçı imzası ilə geri gətirilərək poçta verilməsinin xahiş edildiyi bildirilmişdir. Qeyd olunan məsələ ilə bağlı S.Kərimli tərəfindən ilkin olaraq həqiqəti əks etdirməyən izahat təqdim edilsə də, sonradan həmin məktubların etirazına baxmayaraq Şöbənin rəis müavini İddiaçı göstərişi əsasında onun tərəfindən imzalandığını etiraf etmiş, tutduğu əməldən peşman olduğunu və bu halın bir daha təkrarlanmayacağını vurğulamışdır. Nəticədə alınmış izahatlara və toplanmış materiallara əsasən Şöbənin rəis müavini İddiaçı imzası ilə çıxan bəzi sənədlərin onun razılığı ilə Fatimə Zeynalova tərəfindən, eyni zamanda S.Kərimlinin icrasında olan məktubların isə onun qanunsuz göstərişləri əsasında icraçı şəxs tərəfindən rəhbər şəxsin imzası eyniləşdirilməklə imzalanaraq göndərildiyi müəyyənləşdirilmişdir. Beləliklə, sənədlərə başqa şəxsin adından etibarnamə olmadan imza atılmaqla və sənədlərin başqa şəxslər tərəfindən ələ keçirilməsinə şərait yaradan hallara yol verməklə Şöbənin əməkdaşları İddiaçı, S.Kərimli və F.Zeynalova tərəfindən "X14" Azərbaycan Respublikasının Qanununun 18.0.7-ci və "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununun 10.2-ci maddələrinin, həmçinin "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunda qulluq keçən dövlət qulluqçuları üçün etik davranış Qaydaları"nın 4.2.29-cu (vəzifəsi və qulluq mövqeyindən istifadə edərək digər dövlət qulluqçusunu qanuna zidd hərəkətə (hərəkətsizliyə) sövq etməməlidir) və 5.1.9-cu (tabeliyində olanları hüquqa və hamılıqla qəbul edilmiş etik normalara zidd olan hərəkətləj1 (hərəkətsizliklər) etməyə və qərarlar qəbul etməyə sövq etməməlidir) bəndlərinin tələbləri pozulmuşdur. Əmək funksiyalarının icrası zamanı yol verdiyi nöqsanlara görə Xidmətin Mərkəzi Aran regional şöbəsinin rəis müavini İddiaçı, həmin şöbənin baş məsləhətçi-baş əmək müfəttişi X5 və baş mütəxəssis-böyük inspektoru X20 barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Nazirliyin Aparatının Dövlət Qulluğu və Kadr Məsələləri şöbəsinə göstəriş verilməsi məqsədəmüvafiq hesab olunmuşdur (surəti əlavə olunur). Qeyd edilənlər nəzərə alınaraq, Nazirliyin *-**/*-*-***/**** nömrəli ##.##.2025-ci il tarixli əmri ilə İddiaçı ## ### 2025-ci il tarixdən daha aşağı təsnifatdan olan Xidmətin Mərkəzi Aran regional şöbəsində baş məsləhətçi-baş əmək müfəttişi vəzifəsinə keçirilmişdir (əmr əlavə olunur).

8. Tətbiq edilən qanunvericilik normaları. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti haqqında Əsasnamə”nin 5.7.9-cu yarımbəndinə əsasən Xidmət rəisi Xidmətin aparatının və yerli orqanlarının işçiləri barədə intizam tənbehi tədbirlərinin görülməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşısında məsələ qaldırır, Xidmətin aparatının və yerli orqanların işçilərinin həvəsləndirilməsi və mükafatlandırılması barədə tədbirlərin həyata keçirilməsini təmin edir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”nin 5.5.6-cı yarımbəndinə əsasən Nazir Nazirliyin Aparatının işçilərini, Nazirliyin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərlərini və onların müavinlərini, digər işçiləri vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür. “X14” Azərbaycan Republikası Qanununun 25.1-ci maddəsinə əsasən dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən Dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: 25.2.1. töhmət; 25.2.2. bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması; 25.2.3. həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi; 25.2.4. daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi; 25.2.5. ixtisas dərəcəsinin bir pillə aşağı salınması; 25.2.6. dövlət qulluğundan azad edilməsi. Qanunun 25.3-cü maddəsinə əsasən bu Qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alınır. Prosedur qaydalar. “X14" Azərbaycan Respublikası Qanununun 25.3-cü maddəsinə əsasən bu Qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alınır. Zərurət olduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin edir. Nazirlik tərəfindən qeyd olunan maddənin tələbinə uyğun olaraq prosedur qaydalara əməl edilmiş, Nazirliyin Aparatının Daxili Nəzarət və audit şöbəsi tərəfindən daxil olan məruzə əsasında müvafiq əmrlə xidməti araşdırma aparılmış, İddiaçı izahatı alınmışdır. “X14” Azərbaycan Respublikası Qanununun 25.7-ci maddəsinə əsasən bu Qanunun 25.2.1- 25.2.6-cı maddələrində nəzərdə tutulmuş intizam tənbeh tədbirləri dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən, 25.2.1-ci maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri isə, habelə dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən səlahiyyət verilmiş vəzifəli şəxs (şəxslər) tərəfindən tətbiq oluna bilər. Qanunun qeyd edilən müddəasından göründüyü kimi dövlət qulluqçusu barədə müvafiq intizam tənbeh tədbiri görmək dövlət orqanının rəhbərinin diskresion səlahiyyətidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.7-ci maddəsinə əsasən diskresion səlahiyyətlər qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. İPM-in 73.3.2-ci maddəsinə əsasən inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. İPM-in 73.3-cü maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Prezidentinin 2002-ci il ## ###### tarixli, *** nömrəli fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında Əsasnamə”nin 2-ci bəndinə əsasən mükafatın müəyyən edilməsi üçün götürülən dövr (hesablaşma dövrü) və mükafatlandırmanın şərtləri dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən müəyyən edilir. Qeyd olunan Fərmana əsasən, dövlət qulluqçusunun mükafatlandırılması dövlət orqanı rəhbərinin diskresion səlahiyyəti olduğundan, iddiaçının aşağı vəzifəyə keçirilməsi kimi ödənilməyən əmək haqqı fərqinin və 3 misli aylıq mükafatların ödənilməsi tələbinə dair iddiası əsassızdır. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi, iddiaçının almadığı mükafatları tələb etdiyi dövrdə barəsində intizam tənbeh tədbiri qismində töhmət verilmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, bu məsələ ilə bağlı Ali Məhkəmənin ## ###### 2020-ci il tarixli *-*(***)-****/** nömrəli iş üzrə qərarında ətraflı izah verilmişdir. Həmin qərarın 47-ci hissəsində qeyd edilir ki, qanunvericilik müddəlarından göründüyü kimi, dövlət qulluqçusunun mükafatlandırılması onların qulluq keçdiyi orqanın rəhbərinin mülahizəsinə əsasən həll edilir. Başqa sözlə, qanunvericilikdə dövlət qulluqçusunun hər bir halda pul mükafatı ilə təltif ediləcəyini müəyyən edən birmənalı norma yoxdur, bu, dövlət qulluqçusunun fəaliyyətinə onun rəhbərinin diskresion səlahiyyətdən çıxış edərək verəcəyi qiymətdən asılıdır. Bu mənada, mükafat qanunun birbaşa göstərişinə əsasən dövlət qulluqçusuna ödənilən əlavə olmadığından iddiaçıya məcburi iş buraxma müddəti üçün mükafatın ödənilməsi qanuni hesab edilə bilməz. 5 və 6-cı iddia tələbləri üzrə işin halları. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin rəisi ##.##.2025-ci il tarixli *-**-*/*- ******/**** nömrəli xidməti məruzə ilə Nazirliyə müraciət etmişdir. Məruzədə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra - Nazirlik) yanında X18 Xidmətinin (bundan sonra – Xidmət) Aparatının struktur bölmələrinin, regional şöbələrinin və tabeliyində olan qurumların əməkdaşlarının xidməti fəaliyyətlərinə, o cümlədən onların xidməti fəaliyyətlərini tənzimləyən normativ-hüquqi və digər idarəetmə aktlarının, təşkilatisərəncamverici sənədlərin tələblərinə əməl olunmasına daim nəzarət edilməsi məqsədi ilə müvafiq istiqamətdə xidməti araşdırmalar aparılır və monitorinqlər həyata keçirildiyi qeyd edilmişdir. Məlum olduğu kimi Xidmətin Əsasnaməsinin 3.1.10-cu bəndinə əsasən Xidmət öz səlahiyyətləri daxilində əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxsləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi (bundan sonra - Məcəllə) ilə müəyyən edilmiş hallarda və qaydada inzibati məsuliyyətə cəlb edir və digər məsuliyyətə cəlb olunması üçün müvafiq dövlət orqanları qarşısında məsələ qaldırır. Xidmətin Aparatının Daxili nəzarət və audit şöbəsi tərəfindən aparılmış araşdırma zamanı Xidmətin Mərkəzi Aran regional şöbəsinin (bundan sonra - Regional şöbə) baş məsləhətçi - baş əmək müfəttişi İddiaçı Məcəllənin müvafiq maddəsinin tələblərinə düzgün riayət etmədiyi müəyyən edilmişdir. Belə ki, əmək funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə Regional şöbədə rəis müavini vəzifəsində qulluq keçən İddiaçı Nazirliyin ##.##.2025-ci il tarixli *-**/*-*-***/**** nömrəli əmri ilə ##.##.2025ci il tarixdən daha aşağı təsnifatdan olan Regional şöbədə baş məsləhətçi-baş əmək müfəttişi vəzifəsinə keçirilmişdir. Lakin, Regional şöbəyə daxil olmuş müraciətlər əsasında İddiaçı tərəfindən aparılmış araşdırma zamanı hüquqi və vəzifəli şəxslərin əməllərində inzibati xəta tərkibinin əlamətləri müəyyən edildiyindən həmin şəxslər barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən 10 halda Məcəllənin 100.5.2. maddəsinin (protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı) tələblərini əməl etmədən vəzifə adını baş məsləhətçi - baş əmək müfəttişi kimi deyil, rəis müavini kimi göstərmişdir. Göstərilənləri nəzərə alaraq, vəzifə funksiyalarının icrasında nöqsanlara yol vermiş Regional şöbənin baş məsləhətçi - baş əmək müfəttişi İddiaçı barəsində araşdırmanın aparılması və qanunauyğun tədbirlərin görülməsi üçün Nazirliyin Aparatının Daxili nəzarət və audit şöbəsinə və Dövlət qulluğu və kadr məsələləri şöbəsinə göstəriş verilməsi xahiş edilmişdir (əlavə olunur). Xidməti məruzə daxil olduqdan sonra ‘‘X14” Azərbaycan Republikası Qanununun 25.3-cü maddəsinə uyğun olaraq Nazirliyin ##.##.2025-ci il tarixli *-**/*-*-***/**** nömrəli “İddiaçı xidməti fəaliyyətlərinin araşdırılması haqqında” əmri verilmişdir (əlavə olunur). Əmrin 2-ci hissəsinə uyğun olaraq Nazirliyin Aparatının Daxili nəzarət və audit şöbəsi araşdırma aparmış və ##.##.2025-ci il tarixli 3-17/3- 1-6111/2025 xidməti məruzə hazırlamışdır. Məruzədə deyilir: Araşdırma zamanı əməllərində inzibati xəta tərkibinin əlamətləri müəyyən edilən hüquqi və vəzifəli şəxslər barəsində protokol tərtib edilərkən İddiaçı tərəfindən 11 halda ciddi hesabat sənədində protokolu tərtib etmiş şəxsin vəzifəsi barədə məlumatlar yanlış göstərilmişdir. Belə ki, İddiaçı protokollarda halhazırda qulluq keçdiyi baş məsləhətçi-baş əmək müfəttişi vəzifəsini deyil, əvəzində əvvəllər qulluq keçdiyi rəis müavini vəzifəsini qeyd etməklə qanunvericiliyin tələblərini kobud surətdə pozduğu müəyyən edilmişdir. Bildiririk ki, Xidmətin Əsasnaməsinin 3.1.10-cu bəndinə əsasən Xidmət öz səlahiyyətləri daxilində əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxsləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada inzibati məsuliyyətə cəlb edir və digər məsuliyyətə cəlb olunması üçün müvafiq dövlət orqanları qarşısında məsələ qaldırır. Həmçinin, inzibati xəta haqqında protokol ciddi hesabat sənədi tərtib edilərkən Məcəllənin 100.5.2-ci maddəsinə əsasən protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı göstərilir. Şöbədə rəis müavini vəzifəsində qulluq keçmiş İddiaçı qulluq funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə Nazirliyin ##.##.2025-ci il tarixli *-**/*-*-***/**** nömrəli əmri ilə ##.##.2025-ci il tarixindən intizam tənbehi olaraq daha aşağı təsnifatdan olan baş məsləhətçi-baş əmək müfəttişi vəzifəsinə keçirilmişdir. Məsələ ilə əlaqədar İddiaçı izahatında Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və məşğulluq” altsistemində (ƏMAS) qüvvədə olan vəzifəsinin hal-hazırda da “rəis müavini” olaraq qeyd edildiyini, barəsində aşağı təsnifatdan olan vəzifəyə keçirilmə ilə bağlı intizam tənbeh tədbirinin tətbiq edilməsi barədə qərarın tərəfindən məhkəmədə mübahisələndirildiyini və icraatın davam etdiyini əsas gətirərək ciddi hesabat sənədlərində, eləcə də xidməti fəaliyyəti ilə əlaqədar digər rəsmi sənədlərdə vəzifəsini “rəis müavini” qeyd etdiyini bildirmişdir. Beləliklə, İddiaçı bilərəkdən mövcud qanunvericiliyi düzgün həyata keçirmədən gələcəkdə potensial məhkəmə mübahisəsinə səbəb ola biləcək hallara şərait yaradan addımlar atmaqla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələbini pozduğu müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq, qulluq funksiyalarının icrasında yol verdiyi nöqsana görə Xidmətin Mərkəzi Aran regional şöbəsinin baş məsləhətçi-baş əmək müfəttişi İddiaçı barəsində qanunvericiliyə uyğun tədbirlərin görülməsi məqsədilə Nazirliyin Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinə göstəriş verilməsini xahiş etmişdir. Qeyd olunanlar nəzərə alınaraq, xidməti fəaliyyətinin icrası zamanı yol verdiyi mütəmadi pozuntulara görə əmək müqaviləsinə xitam verilmişdir. Tətbiq edilən qanunvericilik normaları. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti haqqında Əsasnamə”nin 5.7.9-cu yarımbəndinə əsasən Xidmət rəisi Xidmətin aparatının və yerli orqanlarının işçiləri barədə intizam tənbehi tədbirlərinin görülməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşısında məsələ qaldırır, Xidmətin aparatının və yerli orqanların işçilərinin həvəsləndirilməsi və mükafatlandırılması barədə tədbirlərin həyata keçirilməsini təmin edir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”nin 5.5.6-cı yarımbəndinə əsasən Nazir Nazirliyin Aparatının işçilərini, Nazirliyin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərlərini və onların müavinlərini, digər işçiləri vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür. “X14” Azərbaycan Republikası Qanununun 25.1-ci maddəsinə əsasən dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə etirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda zaşqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən Dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.1ci maddələrində -əzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri .ətbiq edilə bilər: 25.2.1. töhmət; 25.2.2. bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması; 25.2.3. həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi; 25.2.4. daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi; 25.2.5. ixtisas dərəcəsinin bir pillə aşağı salınması; 25.2.6. dövlət qulluğundan azad edilməsi. “X14” Azərbaycan Republikası Qanununun 25.6-cı maddəsinə əsasən Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə tətbiq oluna bilər. Qanunun 25.3-cü maddəsinə əsasən bu Qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alınır. Prosedur qaydalar. “X14” Azərbaycan Respublikası Qanununun 25.3-cü maddəsinə əsasən bu Qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alınır. Zərurət olduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin edir. Nazirlik tərəfindən qeyd olunan maddənin tələbinə uyğun olaraq prosedur qaydalara əməl edilmiş, Nazirliyin Aparatının Daxili Nəzarət və audit şöbəsi tərəfindən daxil olan məruzə əsasında müvafiq əmrlə xidməti araşdırma aparılmış, İddiaçı izahatı alınmışdır. “X14” Azərbaycan Respublikası Qanununun 25.7-ci maddəsinə əsasən bu Qanunun 25.2.1- 25.2.6-cı maddələrində nəzərdə tutulmuş intizam tənbeh tədbirləri dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən, 25.2.1-ci maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri isə, habelə dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən səlahiyyət verilmiş vəzifəli şəxs (şəxslər) tərəfindən tətbiq oluna bilər. Qanunun qeyd edilən müddəasından göründüyü kimi dövlət qulluqçusu barədə müvafiq intizam tənbeh tədbiri görmək dövlət orqanının rəhbərinin diskresion səlahiyyətidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.7-ci maddəsinə əsasən diskresion səlahiyyətlər qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. İPM-in 73.3.2-ci maddəsinə əsasən inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. İPM-nin 73.3-cü maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il ## ###### tarixli, *** nömrəli fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında Əsasnamə’’nin 2-ci bəndinə əsasən mükafatın müəyyən edilməsi üçün götürülən dövr (hesablaşma dövrü) və mükafatlandırmanın şərtləri dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən müəyyən edilir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanünunun 79-1-ci maddəsinə əsasən vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Yuxarıda qeyd olunan normadan irəli gələrək mövcud məhkəmə praktikasına istinadən bildiririk: Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ## ##### 2015-ci il tarixli * nömrəli qərarı üzrə: Bənd 1.1. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır; Bənd 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddihüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir; Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur; Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir; Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır; Bənd 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur; Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual -əmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddiaçının iddia tələbində qeyd etdiyi iddiaçıya 2022-ci ildə sentyabr ayından 2023-cü ilin aprel ayı daxil olmaqla vəzifə maaşının 2.5 (iki onda beş) misli olan əlavə aylıq nəzərdə tutulmuş mükafatların ödənilməsi; pulların tutulmasından qərar icra olunan günə kimi həmin məbləğin günlük 1 faizi hesablanmaqla ona ödənilməsi; aşağı vəzifəyə keçirilməsi kimi ödənilməyən əmək haqqı fərqinin və 3 misli aylıq mükafatların ödənilməsi “X14” Azərbaycan Respublikasının Qanununda eləcə də dövlət qulluqçusunun əmək müqaviləsində qeyd edilməmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, bu məsələ ilə bağlı Ali Məhkəmənin ## ###### 2020-ci il tarixli *- *(***)-****/** nömrəli iş üzrə qərarında ətraflı izah verilmişdir. Həmin qərarın 47-ci hissəsində qeyd edilir ki, qanunvericilik müddəlarından göründüyü kimi, dövlət qulluqçusunun mükafatlandırılması onların qulluq keçdiyi orqanın rəhbərinin mülahizəsinə əsasən həll edilir. Başqa sözlə, qanunvericilikdə dövlət qulluqçusunun hər bir halda pul mükafatı ilə təltif ediləcəyini müəyyən edən birmənalı norma yoxdur, bu, dövlət qulluqçusunun fəaliyyətinə onun rəhbərinin diskresion səalahiyyətdən çıxış edərək verəcəyi qiymətdən aşlıdır. Bu mənada, mükafat qanunun birbaşa göstərişinə əsasən dövlət qulluqçusuna ödənilən əlavə olmadığımdan iddiaçıya məcburi iş buraxma müddəti üçün mükafatın ödənilməsi qanuni hesab edilə bilməz. Yuxarıda göstərilənlərə əsaslanaraq iddia ərizəsinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

9. İddiaçı və iddiaçının vəkili (nümayəndəsi) birinci instansiya məhkəməsinin iclasında iddia ərizəsi ilə eyni məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişlər.

10. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi, iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

11. Şəki İnzibati Məhkəməsinin (hakim X13) ## #### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərardadı ilə iddia 2022-ci ildə sentyabr ayından 2023-cü ilin aprel ayınadək vəzifə maaşının 2,5 (iki onda beş) misli olan əlavə aylıq nəzərdə tutulmuş mükafatların ödənilməsi, pulların tutulmasından qərar icra olunan günə kimi həmin məbləğin günlük 1 faizi hesablanmaqla ona ödənilməsi hissədə mümkün sayılmamışdır.

12. İddiaçı İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

13. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qərardada əsasən Nazirlik yanında X18 Xidmətinin ##.##.2022-ci il tarixli *********** nömrəli məruzəsində göstərilən nöqsanlar araşdırma zamanı öz təsdiqini tapdığı üçün funksiyalarının icrasında yol verilmiş nöqsanlara görə Nazirlik yanında X18 Mərkəzi Aran regional şöbəsinin rəis müavini olaraq ona və baş məsləhətçisi-baş əmək müfəttişi X10 intizam tənbeh tədbirlərinin görülməsi məqsədi ilə 5 ay sonra Nazirliyin Aparatının Dövlət Qulluğu və Kadr Məsələləri şöbəsinə göstəriş verilməsinin məqsədə müvafiq hesab olunduğunu qeyd etmişdir. Məruzəni nəzərə alaraq, Nazirliyin *********** nömrəli əmri ilə 6 ay sonra ##.##.2022-ci il tarixli əmri ilə ona töhmət verildiyi qeyd olunur. Qanunvericiliyin tələbindən də bilindiyi kimi intizam tənbehi 1 ay, ən geci 6 ay müddətinə verilə birlər. İntizam tənbehinə dair təqdim olunmayan və məlum olmayan əmr qanunsuz və əsassız olsa belə hazırki iş üzrə 6 ay keçdikdən sonra verilməsi qanunsuzdur. Belə ki, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, inzibati orqanın üzərinə müəyyən hərəkəti yerinə yetirmə öhdəliyinin qoyulması barədə iddia qaldırlmazdan əvvəl həmin orqana müvafiq ərizə ilə müraciət edilməlidir. Bu tələb inzibati orqana məsələyə ilkin olaraq baxmaq, müraciətin faktiki və hüquqi əsaslarını araşdırmaq, tələb olunan ödənişin hesablanmasına əsasların olub-olmadığını müəyyən etmək və müvafiq qərar qəbul etmək imkanı yaradılması məqsədi daşıyır. Hazırkı işin materiallarından iddiaçının, yəni onun 2022-ci ilin sentyabr ayından 2023-cü ilin aprel ayınadək olan dövr üzrə əlavə aylıq mükafatların və həmin məbləğlərə günlük 1 faiz hesablanmaqla pul vəsaitinin ödənilməsi tələbi ilə cavabdeh Cavabdeh məhkəməyə müraciət etməzdən əvvəl ərizə ilə müraciət etdiyi müəyyən edilmir. İddiaçı yəni onun tərəfindən belə bir müraciətin edildiyini təsdiq edən ərizə, elektron müraciət, poçt sənədi, qeydiyyat məlumatı və ya digər sübut təqdim edilməmişdir. Məhkəmə həmçinin bildirmişdir ki, iddiaçının qeyd edilən pul tələbinə münasibətdə cavabdeh tərəfindən qəbul edilmiş hər hansı imtina qərarı da mövcud deyildir. Başqa sözlə, cavabdehə müvafiq müraciət edilmədiyindən, həmin tələbin inzibati icraat qaydasında araşdırılması və ona münasibət bildirilməsi imkanı verilməmişdir. Belə vəziyyətdə inzibati orqanın hərəkətsizliyindən və ya tələb olunan hərəkəti yerinə yetirməkdən imtinasından söhbət gedə bilməz. Məhkəmə xüsusi olaraq qeyd etmişdir ki, iddianın bu hissədə mümkün sayılmaması iddiaçının, 2022-2023-cü illər üzrə mükafat almaq hüququnun maddi-hüquqi baxımdan mövcud olub-olmaması barədə nəticə deyildir. Məhkəmə mükafatlandırmanın şərtlərini, töhmətin həmin ödənişə təsirini, cavabdehin diskresion səlahiyyətinin sərhədlərini və günlük 1 faiz tələbinin hüquqi əsaslarını mahiyyəti üzrə qiymətləndirmir. Bu məsələlərin araşdırılmasına mane olan hallar iddiaçının əvvəlcə inzibati orqana müraciət etməməsi və iddianın qanunla müəyyən edilmiş müddət keçdikdən sonra verilməsidir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı mübahisəli pul ödənişi ilə bağlı əvvəlcə cavabdeh inzibati orqana müraciət etməmiş, cavabdeh bu tələbə dair imtinasını və ya müraciətindən sonra yol verdiyi hərəkətsizlik mövcud olmamış, eyni zamanda tələb qanunla müəyyən edilmiş müddət ötürüldükdən sonra irəli sürülmüşdür. Məhkəmə nəzərə almışdır ki, "X14" Qanunda keçmiş dövr üçün ödənilmədiyi iddia edilən pul və mükafat tələblərinin məhkəmədə irəli sürülməsi üçün ayrıca müddət müəyyən edilmədiyindən, belə pul tələbinə münasibətdə Əmək Məcəlləsinin 296.4-cü maddəsində nəzərdə tutulan bir illik müddət tətbiq edilməlidir. Odur ki, “2022-ci ildə sentyabr ayından 2023-cü ilin aprel ayınadək vəzifə maaşının 2,5 (iki onda beş) misli olan əlavə aylıq nəzərdə tutulmuş mükafatların ödənilməsi, pulların tutulmasından qərar icra olunan günə kimi həmin məbləğin günlük 1 faizi hesablanmaqla ona ödənilməsi” hissəsinə münasibət sayılmamaqla qərar almışdır. Şəki İnzibati Məhkəməsi keçirilən 4 məhkəmə prosesində bu məsləyə qiymət verilməsi üçün onun və vəkilin çıxışlarını dinləmiş qarşı tərəfdən yəni nazirliyin nümayəndəsindən 2022-ci ildə sentyabr ayından 2023cü ilin aprel ayınadək vəzifə maaşının 2,5 (iki onda beş) misli olan əlavə aylıq nəzərdə tutulmuş mükafatların ödənilməsi, səbəbinə aydınlıq gətirilməsi üçün təsdiqedici sənədlər tələb etmişdir.Məhkəmə prosesində 2022-ci ilin sentyabr ayında əlavə mükafatın verilməməsi səbəbini öncə Xidmətin mühasibatlıq və kadrlar şöbəsinin əməkdaşlarına müraciət edərək aydınlıq gətirilməsinə çalışsa da mövcud səbəb olan cavab ala bilmədiyini bununla bağlı hər hansı rəsmi qaydada əmr, akt və ya digər sübut olan digər yazışma forması olan kağız daşıyıcıda, elektron poçtda ya da Xidmətin sənədlər dövriyyəsində aydınlıq gətirən rəsmiyyətlə tanış olmadığını qeyd etmişdir. Nazirlik nümayəndəsi 2022-ci ildə sentyabr ayından 2023-cü ilin aprel ayınadək vəzifə maaşının 2,5 (iki onda beş) misli olan əlavə aylıq nəzərdə tutulmuş mükafatların ödənilməsi, səbəbinə aydınlıq gətirərək onun barəsində yuxarıda qeyd etdiyi məsələ ilə bağlı rəsmi töhmət verildiyini, həmin töhmət əmri ilə tanış olduğunu bildirmişdir. Bu halda məhkəmənin hakimi tanış olduğu əmri məhkəməyə təqdim olunmasını nümayəndədən istəsə də sonuncu prosesə kimi təqdim edə bilməmişdir. Ümumiyyətlə belə bir əmrin mövcudluğuna şübhələr yarandığından nümayəndədən vəkil Nümayəndə və hətta hakim tələbi ilə Nazirlik tərəfindən bu əmrin etibarlığının yoxlanılması üçün əmrlər kitabının təqdim edilməsi tələbi qoyulsa da müxtəlif bəhanələrlə əmrlər kitabı məhkəmə icraatına təqdim olunmamışdır. Ona töhmət verilməsi barədə əmr heç bir qaydada əmr təqdim edilməmiş və əmr ümumiyyətlə mövcud olmamışdır. Mövcud olmayan töhmət əmri ona necə rəsmi qaydada verilə bilər? Qanunvericiliyin tələbindən də bilindiyi kimi əmr təqdim edildiyi vaxtdan şikayət vermək hüququ yaranır. Bu əmrin mövcudluğunu sübut edə bilinmədiyi halda onun guya xəbəri olmağı nə ilə əsaslandırılır? Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərardadının ləğv edilməsini və iddia tələbinin həmin hissədə təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. TƏRƏFLƏRİN İZAHATLARI

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərardadının ləğv edilməsini və iddia tələbinin həmin hissədə təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdilər.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndələri X8 və Tanırverdiyeva Sevda İlham qızı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

TƏTBİQ EDİLƏN HÜQUQ

16. İnzibati Prosessual Məcəllə: Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

17. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli * nömrəli Qərarının: 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 16.4-cü bəndinə əsasən İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPMin 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6-cı bəndinə əsasən, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

18. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

20. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.

21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## ##### 2015-ci il tarixli “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” qərarına əsasən, hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıbalınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər. İddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin, başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.

22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamaqda haqlı olmuşdur.

23. İddiaçının Cavabdeh ## ### 2025-ci il tarixli, *-**/*-*-***/**** nömrəli və ## ###### 2025-ci il tarixli, *-**/*-*****/**** nömrəli əmrlərinin ləğv edilməsi, onun Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsində rəis müavini vəzifəsinə bərpa olunması, aşağı vəzifəyə keçirilməsi ilə əlaqədar ödənilməyən əmək haqqı fərqinin və 3 misli aylıq mükafatların ödənilməsi, ## ###### 2025-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi işburaxma müddəti üçün əmək haqqının və əlavə mükafatların hesablanaraq ödənilməsi barədə tələbləri isə qanunvericiliklə müəyyən edilmiş mümkünlük şərtlərinə cavab verir. Buna görə də birinci instansiya məhkəməsi tərəfindən iddianın həmin hissələri mümkün sayılmış və işə mahiyyəti üzrə baxılması zamanı hüquqi qiymət verilmişdir.

24. İddiaçının iddiasının hazırkı qərardadla qiymətləndirilən hissəsi 2022-ci ilin sentyabr ayından 2023-cü ilin aprel ayınadək ödənilmədiyi bildirilən əlavə aylıq mükafatların və həmin məbləğlərə günlük 1 faiz hesablanmaqla pul vəsaitinin ödənilməsi tələbindən ibarətdir.

25. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli * nömrəli Qərarının 8.6-cı bəndinə əsasən, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı və həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdır. Həmin Qərarın 9cu bəndində isə öhdəliyin icrası haqqında iddialar üzrə, digər şərtlərlə yanaşı, iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsinin və iddianın verilməsi müddətinə əməl olunmasının yoxlanılmalı olduğu göstərilmişdir.

26. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarının 2.3-cü bəndinin mənasına görə, məhkəmələr iddianın mümkünlüyünü qiymətləndirərkən iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmadığını, iddianın düzgün cavabdehə qarşı qaldırılıbqaldırılmadığını, qanunvericiliyin tələb etdiyi hallarda cavabdehin imtinasının mövcudluğunu və iddia müddətlərinə əməl edilməsini yoxlamalıdırlar.

27. Belə ki, inzibati orqanın üzərinə müəyyən hərəkəti yerinə yetirmək öhdəliyinin qoyulması barədə iddia qaldırılmazdan əvvəl həmin orqana müvafiq ərizə ilə müraciət edilməlidir. Bu tələb inzibati orqana məsələyə ilkin olaraq baxmaq, müraciətin faktiki və hüquqi əsaslarını araşdırmaq, tələb olunan ödənişin hesablanmasına əsasların olub-olmadığını müəyyən etmək və müvafiq qərar qəbul etmək imkanı yaradılması məqsədi daşıyır.

28. Hazırkı işin materiallarından iddiaçının 2022-ci ilin sentyabr ayından 2023-cü ilin aprel ayınadək olan dövr üzrə əlavə aylıq mükafatların və həmin məbləğlərə günlük 1 faiz hesablanmaqla pul vəsaitinin ödənilməsi tələbi ilə cavabdeh Cavabdeh məhkəməyə müraciət etməzdən əvvəl ərizə ilə müraciət etdiyi müəyyən edilmir. İddiaçı tərəfindən belə bir müraciətin edildiyini təsdiq edən ərizə, elektron müraciət, poçt sənədi, qeydiyyat məlumatı və ya digər sübut təqdim edilməmişdir.

29. Həmçinin, iddiaçının qeyd edilən pul tələbinə münasibətdə cavabdeh tərəfindən qəbul edilmiş hər hansı imtina qərarı da mövcud deyildir.

30. Beləliklə ki, iddiaçının inzibati orqana müraciət etmədən birbaşa məhkəmədən pul məbləğlərinin hesablanaraq ödənilməsini tələb etməsi öhdəliyin icrası haqqında iddia üçün müəyyən edilmiş xüsusi mümkünlük şərtinə uyğun deyildir.

31. Bundan başqa, iddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Qaldırılmış iddia tələbinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən iddia müddətinə dair normalara əməl olunmaqla iddianın qaldırılması şərtinə riayət edilməsi müəyyən olunmur.

32. Əmək Məcəlləsinin 5-ci maddəsinin 2-ci hissəsinə əsasən, bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq-mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin şəxslərin əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir.

33. Bununla bağlı birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, “X14” Qanunda keçmiş dövr üçün ödənilmədiyi iddia edilən pul və mükafat tələblərinin məhkəmədə irəli sürülməsi üçün ayrıca müddət müəyyən edilmədiyindən, belə pul tələbinə münasibətdə Əmək Məcəlləsinin 296.4-cü maddəsində nəzərdə tutulan bir illik müddət tətbiq edilməlidir.

34. Belə ki, Əmək Məcəlləsinin 296.4-cü maddəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.

35. Göründüyü kimi, Əmək Məcəlləsinin 296.4-cü maddəsində nəzərdə tutulmuş müddət hazırkı işdə yalnız maddi-hüquqi boşluğu tamamlayan subsidiar norma kimi tətbiq edilir. Bu normanın tətbiqi iddianın dövlət qulluğu münasibətindən irəli gəlməsi barədə nəticəni aradan qaldırmır, əksinə, xüsusi qanunda ayrıca müddət nəzərdə tutulmadığı halda həmin münasibətin pul tələbinə aid hissəsinin vaxt baxımından hüquqi sərhədini müəyyən edir.

36. Hazırkı işdə iddiaçının tələb etdiyi mükafatlar 2022-ci ilin sentyabr ayından 2023-cü ilin aprel ayınadək hər ay üzrə ayrıca hesablanmalı və ödənilməli olduğu iddia edilən pul məbləğləridir. Buna görə də hüququn pozulduğunun aşkar edildiyi vaxt müvafiq ay üzrə əmək haqqının və digər ödənişlərin verildiyi, lakin mükafatın ödənilmədiyi tarix hesab olunmalıdır. Hər bir ay üzrə ödənişin aparıldığı anda iddiaçı aldığı məbləğin tərkibini və tələb etdiyi əlavə mükafatın həmin məbləğə daxil edilmədiyini müəyyən etmək imkanına malik olmuşdur.

37. İddiaçının öz tələbini əsaslandırarkən 2022-ci ildən 2025-ci ilin iyul ayınadək olan dövr üzrə bank çıxarışlarına istinad etməsi də onun mübahisəli dövrdə hesabına köçürülən vəsaitlərin məbləğini izlədiyini və əlavə mükafatların ödənilmədiyini həmin vaxt bildiyini göstərir.

38. Nəzərə alınmalıdır ki, cavabdeh həmin dövr üzrə mükafatların verilməməsini Nazirliyin ## ######## 2022-ci il tarixli əmri ilə iddiaçıya intizam tənbehi qaydasında töhmət verilməsi ilə əlaqələndirmişdir. Lakin mükafatın verilməməsinin hüquqi səbəbinin iddiaçıya sonradan açıqlanması və ya iddiaçının həmin səbəblə razılaşmaması pul tələbi üzrə müddətin başlanmasını təxirə sala bilməz. Müddətin başlanması üçün həlledici olan iddiaçının tələb etdiyi pulun faktiki ödənilmədiyini bilməsi və ya bilməli olmasıdır.

39. Bu baxımdan, töhmət barədə əmrin iddiaçıya təqdim edilib-edilməməsi və onun həmin əmrin əsaslandırması ilə nə vaxt tanış olması artıq məlum olan ödənilməmə faktına münasibətdə bir illik müddətin axımını dayandıran və ya yenidən başladan hal kimi qəbul edilə bilməz.

40. İddiaçı üçün ən əlverişli yanaşma tətbiq edilərək tələb olunan dövrün sonuncu ayı, yəni 2023-cü ilin aprel ayı əsas götürülsə belə, məhkəməyə müraciət üçün nəzərdə tutulmuş bir illik müddət ən geci 2024-cü ilin aprel ayında başa çatmışdır. Hazırkı iddia isə 2025-ci ildə qaldırılmışdır. Deməli, tələb olunan dövrün son ayına münasibətdə belə iddia qanunla müəyyən edilmiş müddət bitdikdən sonra verilmişdir.

41. İş materiallarında müddətin buraxılmasının Əmək Məcəlləsinin 296.6-cı maddəsində nəzərdə tutulan xəstəlik, ezamiyyət, yaşayış yerindən kənarda məzuniyyət, yaxın qohumun ölümü və ya digər obyektiv hallarla bağlı olması barədə mötəbər məlumat və sübut yoxdur. İddiaçı tərəfindən buraxılmış müddətin bərpasını zəruri edən konkret obyektiv hal göstərilməmiş və belə halı təsdiq edən sübut təqdim edilməmişdir.

42. Kollegiyanın qənaətinə görə birinci instansiya məhkəməsi haqlı olaraq göstərmişdir ki, günlük 1 faiz hesablanmaqla əlavə məbləğin ödənilməsi tələbi əsas pul tələbindən törəmə xarakter daşıyır və həmin tələbdən asılıdır. Əsas tələb mümkünlük şərtlərinə cavab vermədikdə, ona bağlı əlavə hesablamaya dair tələbə də ayrıca mahiyyəti üzrə baxıla bilməz.

43. Bundan əlavə, kollegiya qeyd edir ki, iddiaçının ödənilməsini tələb etdiyi pul mükafatları ##.##.2022-ci il tarixli *********** nömrəli “töhmət” əmri əsasında verilmədiyi halda iddiaçı həmin əmri mübahisələndirməmişdir.

44. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, mükafatlandırmanın verilməməsi ilə bağlı intizam tənbehi olduğundan şifahi qaydada məlumatı olmuş, baş vermiş nöqsanlarla bağlı izahat vermişdir. Lakin intizam tənbehi verilən əmr onda olmadığından mübahisələndirməmişdir.

45. Bununla bağlı məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, “X14” Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alınır. İddiaçı ilə bağlı nazirlik tərəfindən prosedur qaydalara əməl edilmiş, Nazirliyin Aparatının Daxili Nəzarət və audit şöbəsi tərəfindən daxil olan məruzə əsasında müvafiq əmrlə xidməti araşdırma aparılmış, İddiaçı izahatı alınmışdır.

46. Göründüyü kimi ##.##.2022-ci il tarixli *********** nömrəli “töhmət” əmri qüvvədə olduğu və mübahisələndirilmədiyi halda 2022-ci ildə sentyabr ayından 2023-cü ilin aprel ayınadək vəzifə maaşının 2,5 (iki onda beş) misli olan əlavə aylıq nəzərdə tutulmuş mükafatların ödənilməsi, pulların tutulmasından qərar icra olunan günə kimi həmin məbləğin günlük 1 faizi hesablanmaqla ona ödənilməsinin mübahisələndirilməsi mümkün deyildir.

47. Belə ki, həmin əmr mübahisələndirilmədiyindən və hazırda da qüvvədə olduğundan, həmçinin, iddia qanunla müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən və iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etməmişdən əvvəl inzibati orqana müraciət etmədiyindən hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur.

48. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDI:

İddiaçı İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar