Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 2-1(3-10)-5/2026 09.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), Mustafayev Etibar Mustafa oğlu və Həsənov Tural Həsən oğlundan ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, iddiaçı İddiaçı və cavabdehin nümayəndəsi X5 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “yaşa görə əmək pensiyası təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iş üzrə cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: işin halları:
1. Iddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
2. Cavabdeh orqan tərəfindən ##.##.2024-cü il tarixli, *-**-*/*-X-******/**** nömrəli məktubla tələbin təmin olunmasından imtina edilmişdir.
3. Imtina onunla əsaslandırılmışdır ki, iddiaçının cəmi sığorta stajı 23 il 10 ay 21 gün təşkil edir. Əlavə olaraq, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən ##.##.2006-cı il tarixindən ##.##.2018-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. iddiaçının mötəbərliyinə əsaslı şübhələr olan ##.##.1997-ci il tarixindən ##.##.1999-cu il tarixinədək “xxxx” firmasındaki əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Iddiaçının ##.##.1997-ci il tarixindən ##.##.1999-cu il tarixinədək “xxxx” firmasında əmək fəaliyyəti ilə məşğul olduğu dövrlərin doldurulma qaydası pozulduğu (işə qəbul olma və işdən azad olma əmrlərində tarix qeyd olunmamışdır) üçün həmin dövrlər iddiaçının sığorta stajına daxil edilməsi mümkün olmamışdır.
birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:
4. Iddiaçı cavabdehə qarşı “##.##.2023-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. Iddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - 1958-ci il təvəllüdlü İddiaçı ##.##.2023-cü il tarixdə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Iddiaçı həmin tələblə cavabdehə müraciət etmiş, lakin ona sosial müavinət təyin olunmuşdur. Iddiaçı hesab edir ki, ümumilikdə 25 ildən çox əmək stajı olduğundan onun yaşa görə əmək pensiyası hüququ yaranmışdır.
6. Cavabdeh orqan iddia tələbinə etirazını imtinanın dəlilləri ilə əsaslandırmış, əlavə olaraq qeyd etmişdir ki, iddiaçının sosial sığorta stajı (##.##.1977-ci il tarixindən ##.##.1979-cu il tarixinədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla) 23 il 10 ay 21 gün təşkil edir. Iddiaçının mötəbərliyinə əsaslı şübhələr olan ##.##.1997-ci il tarixindən ##.##.1999-cu il tarixinədək “xxxx” firmasındaki əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Iddiaçının ##.##.1997-ci il tarixindən ##.##.1999-cu il tarixinədək “xxxx” firmasında əmək fəaliyyəti ilə məşğul olduğu dövrlərin doldurulma qaydası pozulduğu (işə qəbul olma və işdən azad olma əmrlərində tarix qeyd olunmamışdır) üçün həmin dövrlər iddiaçının sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Sözügedən qeydlərin mötəbərliyinə əsaslı şübhələr olduğundan iddiaçının ##.##.1997-ci il tarixindən ##.##.1999-cu il tarixinədək “xxxx” firmasında işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və həmin dövrlər nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə ziddir. Istinad olunan qanunvericilik normalarının tələbləri və işin faktiki hallarına əsasən, iddiaçının ümumi iş stajı 25 ildən az olduğundan ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə əsasən mümkün hesab edilmir.
7. Şəki Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim Fəxri Hacızadə) iddia tələbi təmin edilmişdir.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. Iddiaçının 65 yaşı ##.##.2023-cü il tarixində tamam olmuş, ona həmin tarixdən yaşa görə sosial müavinət təyin edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçıya təqdim edilən imtina məktubunda və məhkəmə icraatı gedişində təqdim edilən etiraza əsasən iddiaçının mübahisələndirilməyən sosial sığorta stajı 23 il 10 ay 21 gün təşkil edir Məhkəmə tərəfindən iddiaçının əmək kitabçası əsasında bütövlükdə sosial sığorta stajı, o cümlədən mübahisələndirilən ##.##.1997-ci il tarixindən ##.##.1999-cu il tarixədək “xxxx” firmasında işlədiyi müddət araşdırılmışdır. Cavabdehin imtinasının dəlilini iddiaçının sözügedən müəssisədə işə qəbul edilmə və işdən azadolma əmrlərində tarixin qeyd edilməməsi ilə bağlıdır. Məhkəmə cavabdehin dəlilinə və iş materiallarına qiymət verərək hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, iddiaçıya məxsus Əmək kitabçasının 26-27-ci səhifələrində aparılmış qeyddən görünür ki, o, * nömrəli əmrə əsasən “xxxx” firmasında “operator” vəzifəsinə işinə qəbul edilmiş, ** nömrəli əmrlə işdən azad edilmişdir. Əmək kitabçasında həmin əmrlərin tarixinin qeyd edilməməsi iddiaçının yerinə yetirdiyi əmək funksiyasının, işlədiyi dövrlərin mübahisələndirilməsinə hər hansı hüquqi və faktiki əsas vermədiyi halda cavabdeh tərəfindən sözügedən dövr (1 il 6 ay 2 gün) əsassız olaraq iddiaçının sosial sığorta stajına daxil edilməmişdir. Həmin dövrə dair əmr kitabları və əmək haqqı cədvəllərinin aşkarlanmaması və arxiv sənədlərinin Dövlət Arxivinə təhvil verilməməsi iddiaçının təqsiri hesab edilmə bilməz. Bununla yanaşı, cavabdeh tərəfindən əmək kitabçasında qeyd olunan dövrün mötəbərliyini istisna edən sənəd təqdim edilməmişdir. Ilkin inzibati icraat aparılarkən də həmin dövrün mötəbərliyi qəbul edilmişdir. Yuxarıda göstərilən dövr 1 il 6 ay 2 gün təşkil edir ki, həmin müddət mötəbərliyi təsdiq olunan 23 il 10 ay 21 günlə toplandıqda iddiaçının cəmi 25 il 4 ay 23 gün sosial sığorta stajının olduğu müəyyən edilir, bu da tələb olunan minimum dövrdən artıqdır. Iddiaçının, məhkəmə araşdırması zamanı müəyyən edilən sosial sığorta stajı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olduğundan, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının əmək kitabçası və digər sənədlərə əsasən iddiaçının 25 ildən artıq sığorta stajı olduğu təsdiq olunduğundan iddia tələbi təmin edilməlidir
9. Cavabdeh orqanın nümayəndəsi apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh orqanın nümayəndəsi apellyasiya şikayətinin dəlillərini iddia ərizəsinə etirazın dəlilləri ilə əsaslandırmış, aşağıda qeyd olunanlara əsasən hesab edirlər ki, qərar ləğv edilməli və iddiaçının iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. ##.##.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilmişdir. Iddiaçının ##.##.1997-ci il tarixindən ##.##.1999-cu il tarixinədək “xxxx” firmasında əmək fəaliyyəti ilə məşğul olduğu dövrlərin doldurulma qaydası pozulduğu (işə qəbul olma və işdən azad olma əmrlərində tarix qeyd olunmamışdır) üçün həmin dövrlər iddiaçının sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Fondun * saylı Mərkəzi Aran regional filialının ##.##.2024-cü il tarixində keçirdiyi monitorinqin nəticəsinə əsasən iddiaçının ##.##.1997-ci il tarixindən ##.##.1999-cu il tarixinədək “xxxx” firmasında əmək fəaliyyəti zamanı əmr kitabları və əməkhaqqı cədvəlləri olan arxiv sənədləri saxlanılması üçün Dövlət Arxivinə təhvil verilmədiyi müəyyən edilmişdir. Qeyd olunanlardan məlum olduğu kimi, sözügedən qeydlərin mötəbərliyinə əsaslı şübhələr olduğundan iddiaçının ##.##.1997-ci il tarixindən ##.##.1999-cu il tarixinədək “xxxx” firmasında işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və həmin dövrlər nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə ziddir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
11. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
tərəflərin izahatları
12. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək Şəki Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etdi.
13. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçı İddiaçı izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini və Şəki Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
tətbiq edilən hüquq
14. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... III. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. ...
15. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #- dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır.
16. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 69. Iş stajının təsdiq edilməsi qaydası Iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. Iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1992-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”:
3. Iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göstərilən sənədlər olmadıqda əmək stajını sübutedici kimi həmkarlar ittifaqı üzvlük bileti və hesablaşma kitabçası qəbul edilə bilər. Bu halda hesablaşma kitabçası əmək haqqı verilməsi qeydi aparılan dövrü, həmkarlar ittifaqı bileti ilə orada əmək haqqından və ya təqaüddən üzvlük haqqı verilməsi barədə qeydlər olan müddəti təsdiq edə bilər. Həmkarlar ittifaqı bileti olmadıqda staj həmkarlar ittifaqı üzvünün uçot kartı üzrə orada üzvlük haqqı verilməsi qeyd olunan müddət üzrə qəbul edilə bilər. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2.11. Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il ######ın #-dək keçmiş SSRI-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla).
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1996-cı il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Işçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”:
1. Ümumi müddəalar 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. ...
19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının ## ### 2022-ci il tarixli Qərarı ilə ləğv edilmişdir): 3.2. 2006-cı il ######ın #-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; ...
20. “Inzibati icraat haqqında” Qanun: Maddə 19.1. Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
21. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12. Işin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri.
22. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. Cavabdeh orqan onun üçün əlverişsiz olan məhkəmə aktından bütövlükdə şikayət verdiyindən verilmiş apellyasiya şikayəti üzrə hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyinə və əsaslılığına qiymət veriləcəkdir.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri iddia tələbinə etirazın dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia ərizəsinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.
26. Hazırkı işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının hüquqi marağı ona ##.##.2023-cü il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsinə yönəlmişdir (iddiaçı, ##.##.1958-ci ildə doğulmuşdur).
27. Cavabdeh orqanın apellyasiya şikayətinin başlıca dəlilləri iddiaçının ümumi sosial sığorta stajının 23 il 10 ay 21 gün təşkil etməklə, tələb olunan 25 ildən az olmasıdır. Cavabdeh orqan bildirir ki, ##.##.1997-ci il tarixindən ##.##.1999-cu il tarixinədək “xxxx” firmasında əmək fəaliyyəti ilə məşğul olduğu dövrlərin doldurulma qaydası pozulduğu (işə qəbul olma və işdən azad olma əmrlərində tarix qeyd olunmamışdır) üçün həmin dövrlər iddiaçının sığorta stajına daxil edilməsi mümkün olmamışdır.
28. Məhkəmə kollegiyası iddia tələbinin əsaslılığı ilə bağlı aşağıdakı xüsusatların qeyd edilməsini zəruri hesab edir.
29. Iş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasının 26 və 27-ci səhifələrində onun ## #### 1997-ci il tarixdə “xxxx” firmasında operator vəzifəsinə qəbul edilməsi və ## ###### 1999-cu il tarixdə işdən azad olunması barədə qeydlər aparılmışdır. Həmin qeydlərdə işə qəbul və işdən azad edilmə tarixləri əmək kitabçasının bu məqsəd üçün nəzərdə tutulmuş ikinci sütununda göstərilmişdir. Buna görə əmrlərin tarixlərinin ayrıca qeyd olunmaması iddiaçının hansı tarixlərdə həmin müəssisədə işləməsinin müəyyənləşdirilməsinə mane olmur. Əmək fəaliyyətinin başlanğıc və son tarixləri əmək kitabçasında aydın şəkildə əks olunmuşdur.
30. Əmək kitabçasındakı bu qeydlərin həqiqiliyi iş üzrə əldə edilmiş digər sənədlərlə də təsdiq edilir. Cavabdeh orqan iddiaçının ## ###### 1983-cü il tarixdən ## #### 1997-ci il tarixədək X2 işləməsini mübahisələndirmir.
31. Iş materiallarından görünür ki, X3 ## #### 1997-ci il tarixli əmri ilə müəssisənin özəlləşdirilməsi ilə əlaqədar iddiaçı işdən azad edilərək yanacaq doldurma məntəqəsinin sərəncamına verilmişdir.
32. Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Idarəsi tərəfindən təqdim edilmiş “xxxx” firmasının təsis müqaviləsindən görünür ki, X3 * saylı Zərdab yanacaq doldurma məntəqəsinin əmlakında ifadə olunan paylar birləşdirilmiş və həmin əmlak bazasında “xxxx” firması yaradılmışdır.
33. Iş materialları ilə müəyyən olunur ki, “xxxx” firması ## ###### 1997-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” şəhadətnaməyə əsasən X3 * saylı Zərdab yanacaq doldurma məntəqəsinin əmlakı ## ###### 1997-ci il tarixdə X6, X7 və digər şəxslərin mülkiyyətinə verilmişdir.
34. Göründüyü kimi, iddiaçının işlədiyi X3 * saylı Zərdab yanacaq doldurma məntəqəsi özəlləşdirildikdən sonra həmin məntəqə “xxxx” firması adı ilə yeni təşkilatihüquqi formada fəaliyyətini davam etdirmişdir. Iddiaçı ## #### 1997-ci il tarixdə özəlləşmə ilə əlaqədar X2 azad edilərək həmin yanacaq doldurma məntəqəsinin sərəncamına verilmiş, ## #### 1997-ci il tarixdən isə “xxxx” firmasında operator vəzifəsinə qəbul olunaraq əvvəlki iş yerində əmək fəaliyyətini davam etdirmişdir. Əmək kitabçasında göstərilən işə qəbul tarixi də “xxxx” firmasının dövlət qeydiyyatına alınmasından sonrakı dövrə təsadüf edir.
35. Əmək kitabçasındakı “xxxx” firmasına aid qeydləri imzalamış səlahiyyətləri şəxslərə münasibətdə isə müəyyən edilir ki, işə qəbul edilmə barədə qeyd direktor A.Abdullayev, işdən azad edilmə barədə qeyd isə direktor əvəzi Q.Xanməmmədov tərəfindən imzalamışdır. Təsis müqaviləsi və dövlət əmlakının satılması haqqında şəhadətnamədən görünür ki, həmin şəxslər X3 * saylı Zərdab yanacaq doldurma məntəqəsinin əmlakını əldə edən şəxslər və “xxxx” firmasının təsisçiləri olmuşlar.
36. Kollegiya hesab edir ki, iddiaçının mübahisəli dövrdə başqa iş yerində işləməsinə, əmək kitabçasındakı qeydlərin sonradan əlavə edilməsinə və ya həmin qeydlərin müəssisə ilə əlaqəsi olmayan şəxslər tərəfindən aparılmasına dair cavabdeh orqan tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Əldə edilmiş sənədlər əmək kitabçasında göstərilən əmək fəaliyyətinin həyata keçirildiyi müəssisənin həmin dövrdə faktiki mövcud olmasını və iddiaçının əvvəlki iş yeri ilə “xxxx” firması arasında birbaşa əlaqənin olmasını təsdiq edir.
37. Kollegiya hesab edir ki, iddiaçı ## ###### 2023-cü il tarixdə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan iş stajına malik olduğundan, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir.
38. Kollegiya əlavə olaraq qeyd edir ki, iddiaçıya 2014-cü ildə əlilliyə görə əmək pensiyası təyin edilərkən cavabdeh orqan eyni əmək kitabçasına əsasən onun ümumi iş stajının 25 il 4 ay müəyyən etmiş, həmin staj hesablanarkən iddiaçının “xxxx” firmasında işlədiyi dövr nəzərə alınmışdır.
39. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqanın apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
40. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmir. Şəki Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılır. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.