Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 2-1(3-10)-53/2026 23.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X3 (sədrlik edən və məruzəçi), Musayev Vüqar Ələkbər oğlu və Mustafayev Etibar Mustafa oğlundan ibarət tərkibdə, Həsənova Səbinə Adil qızının katibliyi, İddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Xəlilova İradə İsfəndiyar qızının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X2 Xidmətinə qarşı “X1 ilə iddiaçı arasında bağlanmış, “Əmək və Məşğulluq” alt sistemində qeydiyyata alınmış ##.##.2017-ci il tarixli əmək müqaviləsinə “Əmək və Məşğulluq” alt sistemində xitam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarından cavabdeh Cavabdeh tərəfindən apellyasiya şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “iddiaçının işləyən şəxs kimi qeydə alınmış “Əmək və Məşğulluq” alt sistemindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəmənin ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli qərardadı ilə iş aiddiyyatı üzrə Şəki İnzibati Məhkəməsinə göndərilmişdir.
3. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək, X1 ilə iddiaçı arasında bağlanmış, “Əmək və Məşğulluq” alt sistemində qeydiyyata alınmış ##.##.2017-ci il tarixli əmək müqaviləsinə “Əmək və Məşğulluq” alt sistemində xitam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmə iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə icraata qəbul edilmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, X1 fiziki şəxs kimi rəhbərlik etdiyi mağazada ##.##.2017-ci il tarixdə əmək müqaviləsi bağlanılmaqla satıcı qismində işləmişdir. Bağlanılmış əmək müqaviləsi qanuna uyğun olaraq “Əmək və Məşğulluq" alt sistemində qeydiyyatdan keçmişdir. Lakin mağazanın fəaliyyətinin səmərəsiz olması səbəbi ilə kassa aparatı bağlanmış və fəaliyyətləri 2018-ci ilin iyulunda dayandırılmışdır. - Təəssüf ki, onunla əmək müqaviləsinə xitam verilməsi haqqında müvafiq sənəd olan əmr haqqında, qanuna müvafiq olaraq cavabdeh tərəfindən məşğulluq orqanına məlumat verilməmiş, ona görə də bu günə kimi qanunsuz olaraq sistemdə aktiv əmək müqaviləsinin olması kimi qeydiyyatda qalmışdır.
5. Cavabdeh iddiaya qarşı məhkəməyə münasibət bildirməmişdir.
6. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Cavabdehin ##.##.2023-cü il tarixli imtina məktubu; - Cavabdehin etirazı və ona əlavə edilmiş sənədlər; - “Əmək və Məşğulluq” alt sistemindən çıxarış;
7. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) ## ###### 2025-ci il tarixli *- *(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X2 Xidmətinin üzərinə X1 ilə iddiaçı Xəlilova İradə İsfəndiyar qızının arasında bağlanmış, “Əmək və Məşğulluq” alt sistemində qeydiyyata alınmış ##.##.2017-ci il tarixli əmək müqaviləsinə “Əmək və Məşğulluq” alt sistemində xitam verilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.
8. Məhkəmə qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı X1 ilə iddiaçı arasında bağlanmış, “Əmək və Məşğulluq” alt sistemində qeydiyyata alınmış ##.##.2017-ci il tarixli əmək müqaviləsinə “Əmək və Məşğulluq” alt sistemində xitam verilməsindən ibarətdir. - İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından müəyyən olunur ki, ##.##.1966-cı il təvəllüdlü Xəlilova İradə İsfəndiyar qızı Zaqatala, S.Kazımov Küç, 54 ünvanında qeydiyyatdadır. - İş materiallarına əlavə edilmiş çıxarışından görünür ki, işçinin vəzifəsi: satıcı, müəssisə, işə götürənin tam adı: Mağaza, X1, əmək müqaviləsinin bağlandığı tarix: ##.##.2017. - Cavabdeh Bakı şəhər idarə tərəfindən ##.##.2023-cü il tarixli məktubda bildirilmişdir ki, fiziki şəxs X1 Xidmətə ünvanladığı müraciəti məktubla cavablandırılmışdır. Qeyd olunanlara əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrin “Əmək və məşğulluq” altsisteminə daxil edilməsi X2 Xidmətinin səlahiyyətləri xaricindədir. - İddia ərizəsindən və iş materiallarından müəyyən olunur ki, hazırkı mübahisə iddiaçının X1 ilə bağladığı əmək müqaviləsinə xitam verilərək əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi ilə bağlıdır. - Sadalanan normalardan görünür ki, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş "Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. - Göründüyü kimi əmək müqaviləsinin bağlanılması, əmək müqaviləsində dəyişiklik edilməsi və ya əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişlərinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi bilavasitə işçi ilə əmək müqaviləsi bağlamış işəgötürənin səlahiyyətinə aiddir. - İşin hallarından görünür ki, iddiaçı ilə X1 ilə arasında bağlanmış əmək müqaviləsi iddiaçının satıcısı olduğu mağazanın fəaliyyətinin dayandırılması səbəbi ilə xitam olunmuş sayılır. - Lakin, əmək müqaviləsinin xitam verilməsinə dair əmək müqaviləsi bildirişini elektron informasiya sistemində ləğv etməmiş, hazırda iddiaçının adına X1 ilə aktiv əmək müqaviləsi bildirişi ƏMAS-da mövcuddur. Əmək müqaviləsinə xitam verilməsi haqqında müvafiq sənəd olan əmr haqqında, qanuna müvafiq olaraq cavabdeh tərəfindən məşğulluq orqanına məlumat verilməmiş, ona görə də bu günə kimi qanunsuz olaraq sistemdə aktiv əmək müqaviləsinin olması kimi qeydiyyatda qalmışdır. - Cavabdeh inzibati orqan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişin "Əmək və məşğulluq” altsisteminə daxil edilməsi X2 Xidmətinin səlahiyyətləri xaricində olduğunu, əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biri olmaqla bunun üçün işəgötürənə müraciət edilməli olduğunu əsas gətirərək müraciətin təminindən imtina edir. - Məhkəmə cavabdehin qeyd edilən mövqeyi ilə razılaşmır. - Beləliklə, hazırkı halda cavabdeh inzibati orqan iddiaçının müraciəti əsasında X1 ilə bağlanmış əmək müqaviləsi bildirişinin qüvvədən düşmüş hesab edərək bununla bağlı elektron informasiya sistemində müvafiq qeydlər aparmaqdan imtina etməklə iddiaçının hüquq və qanunla qorunan mənafeyini pozmuşdur. Odur ki, iddia əsaslı olmaqla təmin edilməlidir.
9. Cavabdeh Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsi və iddiaçı Xəlilova İradə İsfəndiyar qızının iddiasının mümkün sayılmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hesab edirlər ki, məhkəmənin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilməli, iddiaçı Xəlilova İradə İsfəndiyar qızının iddiasının mümkün sayılmaması barədə yeni qərar çıxarılmalıdır. - Belə ki, məhkəmə qərar qəbul edərkən aşağıda qeyd olunan prosessual pozuntulara və maddi hüquq normalarının düzgün tətbiq edilməməsinə yol vermişdir. - Xidmətin hərəkət və ya hərəkətsizliyi nəticəsində Xəlilova İradə İsfəndiyar qızının hər hansı hüquqları və qanunla qorunan mənafeləri pozulmamışdır. İddia ərizəsində göstərilən tələb Xidmətin səlahiyyətlərinə aid deyildir və belə bir vəzifə Xidmətin üzərinə qoyula bilməz. - Belə ki, iddiaçı ilk növbədə işəgötürənlə arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işəgötürənə, bu mümkün olmadıqda isə aidiyyəti üzrə mülki məhkəmə icraatı qaydasında ümumi səlahiyyətli məhkəmələrə müraciət etməlidir. Buna baxmayaraq əmək müqaviləsinə xitam verilməsi ilə bağlı tələb fərdi əmək mübahisəsi olduğu və bu mübahisə mülki xarakter daşıdığı halda iddiaçı qeyd olunan mübahisə ilə bağlı inzibati məhkəməyə müraciət etmiş, bununla da məhkəmə aidiyyəti normaları pozulmuşdur. - Göründüyü kimi əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifənin icra edilməsi mümkün deyildirsə və məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilmişdirsə, X2 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməlidir. - Göründüyü kimi, məhkəmə qərar qəbul edərkən həm Məcəllənin 68-ci maddəsinin tələblərini nəzərə almamış və əmək müqaviləsinə işçi tərəfindən xitam verilməsinin qanunda nəzərdə tutulandan başqa qaydasını müəyyənləşdirmiş, həm də Məcəllənin 83-cü maddəsinin tələblərini nəzərə almamış və işçi tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə rəsmiləşdirilmənin aparılmasının mümkünlüyü qənaətinə gəlmişdir. - Məhkəmə qəbul etdiyi qərarla artıq formalaşmış vahid məhkəmə təcrübəsinə zidd qərar qəbul etmişdir. Oxşar iddia tələbi üzrə ümumi məhkəmələrdə baxılmış və yekunlaşdırılmış onlarla məhkəmə qətnaməsi mövcuddur. Həmçinin, inzibati məhkəmələr tərəfindən oxşar iddialara münasibətdə iddianın mümkün sayılmaması barədə qərarlar qəbul edilir və yuxarı instansiya məhkəmələrində həmin qərarlar qüvvədə qalır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tərəflərin izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
13. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
Tətbiq edilən hüquq
14. Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
15. Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 49. Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi və qüvvədən düşməsi ...
4. Bu Məcəllənin 74-cü maddəsinin 1-1-ci hissəsində nəzərdə tutulan hallarda elektron informasiya sistemində qüvvədə olan əmək müqaviləsi əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın qərarı ilə qüvvədən düşmüş hesab edilir. Bu zaman əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan tərəfindən işçinin qüvvədə olan əmək müqaviləsinin qüvvədən düşmüş hesab edilməsi barədə inzibati akt formasında qərar qəbul edilir və bununla bağlı elektron informasiya sistemində müvafiq qeyd aparılır. Maddə 74. Tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsinin əsasları ... 1-1. Aşağıdakı hallar fiziki şəxs olan işəgötürənlə bağlanmış əmək müqaviləsinə işçinin əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqana müraciəti əsasında xitam verilmiş hesab edilməsi üçün əsasdır: 1-1.1. fiziki şəxs olan işəgötürən vəfat etdikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə; 1-1.2. fiziki şəxs olan işəgötürən barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçildikdə, yaxud o, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə azadlıqdan məhrum edildikdə; 1-1.3. fiziki şəxs olan işəgötürən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxs hesab edildikdə; 1-1.4. Azərbaycan Respublikasının Mülki Prosessual və Azərbaycan Respublikasının Cinayət Prosessual məcəllələrinə uyğun olaraq fiziki şəxs olan işəgötürənin axtarışı elan olunduqda; 1-1.5. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq əcnəbi və vətəndaşlığı olmayan işəgötürən barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma tətbiq edildikdə. 1-2. Bu Məcəllənin 74-cü maddəsinin 1-1-ci hissəsinə uyğun olaraq, əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi əmək münasibətlərinin iştirakçılarını, habelə vəfat etmiş fiziki şəxs olan işəgötürənin vərəsələrini (miras payı həddində) əmək qanunvericiliyi ilə müəyyən edilmiş öhdəliklərin icrasından azad etmir.
16. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti haqqında Əsasnamə: 1.1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti (bundan sonra – Xidmət) mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və olan fiziki şəxslər (bundan sonra – işəgötürənlər) tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə (bundan sonra - əmək qanunvericiliyi) əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. 3.1.3-2. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-1-ci hissəsində nəzərdə tutulan hallarda işçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində qüvvədə olan əmək müqaviləsinin qüvvədən düşmüş hesab edilməsi barədə inzibati akt formasında qərar qəbul etmək, bununla bağlı həmin informasiya sistemində müvafiq qeydlər aparmaq xidmətin vəzifələrinə aid edilmişdir.
Apellyasiya şikayətinin mümkünlüyü
17. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddiaçı Xəlilova İradə İsfəndiyar qızının cavabdeh Cavabdeh qarşı iddiası mümkün sayılmamalıdır.
19. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı iddia tələbində qeyd etmişdir ki, o, X1 (VÖEN: **********) fiziki şəxs kimi rəhbərlik etdiyi mağazada ##.##.2017-ci il tarixdə bağlanmış əmək müqaviləsi əsasında satıcı vəzifəsində işləmiş, həmin müqavilə qanunvericiliyə uyğun olaraq “Əmək və Məşğulluq” altsistemində qeydiyyata alınmışdır, lakin mağazanın fəaliyyətinin səmərəsizliyi səbəbindən kassa aparatının bağlanaraq fəaliyyətin 2018-ci ilin iyul ayında dayandırılmasına baxmayaraq, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq əmr üzrə cavabdeh tərəfindən qanunla nəzərdə tutulmuş qaydada məşğulluq orqanına məlumat təqdim edilməmiş və nəticədə həmin müqavilə bu günədək sistemdə əsassız olaraq aktiv statusda qalmışdır.
20. Kollegiya tərəfindən yuxarıda qeyd edilən xüsusatların araşdırılması məqsədi ilə müvafiq sorğular göndərilmişdir.
21. Belə ki, X1 (VÖEN: **********) fiziki şəxs kimi rəhbərlik etdiyi mağazanın hazırda fəaliyyət göstərib-göstərməməsi, fəaliyyət göstərmədiyi halda isə fəaliyyətin dayandırıldığı tarix barədə məlumatların əldə edilməsi məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə sorğu göndərilmişdir.
22. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ##.##.2026-cı il tarixli *-**-*-*/*-******/**** saylı sorğuya cavab məktubunda bildirilmişdir ki, ##.##.2026-cı il tarixinə vergi ödəyicilərinin vahid dövlət reyestr məlumatlarına əsasən X1 (VÖEN: **********) ##.##.2018-ci il tarixli “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) vergi uçotundan çıxarılması haqqında” ərizəsinə əsasən 1903359072-10001 kodlu təsərrüfat subyektinin (obyektinin) ##.##.2018-ci il tarixdə vergi uçotundan çıxarıldığı müəyyən edilmişdir.
23. Daha sonra, kollegiya tərəfindən X1 (VÖEN: **********) fiziki şəxs kimi rəhbərlik etdiyi mağazanın fəaliyyəti dayandırıldığı halda, iddiaçı Xəlilova İradə İsfəndiyar qızı ilə ##.##.2017ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrin məşğulluq orqanına təqdim edilməsi səlahiyyətinin və ya faktiki imkanının saxlanılıb-saxlanılmaması barədə məlumatın əldə edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə sorğu göndərilmişdir.
24. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin ## ##### 2026-cı il tarixli *-**-*/*-*****/**** saylı sorğuya cavab məktubunda bildirilmişdir ki, müraciətlə əlaqədar “Əmək və məşğulluq” altsisteminə baxış keçirən zaman Xəlilova İradə İsfəndiyar qızının adına fiziki şəxs X1 (VÖEN: **********) tərəfindən ##.##.2017ci il tarixdə əmək müqaviləsinin daxil edildiyi və hazırda qüvvədə olduğu müəyyən edilmişdir. - Eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminə baxış keçirən zaman ********** nömrəli VÖEN üzrə fəaliyyətin dayandırıldığı müəyyən edilmişdir. - Məlumat üçün nəzərə çatdırırlar ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci maddəsinin 1-ci hissəsinə “c” bəndinə əsasən əmək müqavilələrinə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada xitam vermək işəgötürənin əsas vəzifələrindəndir. - Qeyd olunanları nəzərə alaraq bildiririk ki, VÖEN üzrə fəaliyyətin dayandırılması işəgötürəni qüvvədə olan əmək müqaviləsi üzrə öhdəliklərindən azad etmir. - Əlavə olaraq bildirirlər ki, Əmək Məcəlləsinin 49-cu maddəsinin 5-ci hissəsinin tələblərinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmr “Əmək və məşğulluq” altsisteminə daxil edilərək gücləndirilmiş elektron imza ilə imzalandığı tarixdən hüquqi qüvvəyə minir.
25. Göründüyü kimi, iş üzrə toplanmış sübutlarla müəyyən edilir ki, X1 (VÖEN: **********) rəhbərlik etdiyi təsərrüfat subyekti ##.##.2018-ci il tarixdə vergi uçotundan çıxarılmış və həmin tarixdən fəaliyyətini dayandırmışdır.
26. Bununla yanaşı, iddiaçı ilə ##.##.2017-ci il tarixdə bağlanmış əmək müqaviləsinə bu günədək xitam verilmədiyi, həmin əmək müqaviləsinin hazırda da “Əmək və məşğulluq” altsistemində qüvvədə olduğu, eyni zamanda, fəaliyyətin dayandırılmasının işəgötürəni qüvvədə olan əmək müqaviləsi üzrə öhdəliklərindən, o cümlədən əmək müqaviləsinə qanunla müəyyən edilmiş qaydada xitam verilməsi və bununla bağlı müvafiq əmrin “Əmək və məşğulluq” altsisteminə daxil edilməsinə dair vəzifədən azad etmədiyi müəyyən edilmişdir.
27. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati məhkəməyə iddia ilə müraciət hüququ inzibati prosessual qanunvericilikdə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən mübahisənin yarandığı hüquq münasibətinin xarakteri ilə bağlı və bunun üzərindən hüquq mübahisəsinin xarakterindən irəli gələn məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər, habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir.
28. Həmçinin nəzərə almaq lazımdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur.
29. Beləliklə, inzibati məhkəmə icraatında iddianın digər mümkünlük şərtlərindən əvvəl yoxlanılmalı olan əsas mümkünlük şərti həmin iddianın predmetinin inzibati hüquq mübahisəsinə və həmin mübahisənin inzibati hüquq münasibətlərindən yaranmasına bağlı olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də qeyd olunan əsas mümkünlük şərtinin ödənilməsi tələb olunur.
30. İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsinə görə, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2-ci maddəsinə görə, Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir.
31. Hazırkı mübahisəyə münasibətdə nəzərə almaq lazımdır ki, iddiaçının hüquqi marağı əmək müqaviləsinin “Əmək və Məşğulluq” alt sistemindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir.
32. Məhkəmə kollegiyasının qənatinə görə, hazırkı idda tələbinə cavabdeh kimi X1 fiziki şəxs kimi rəhbərlik etdiyi mağaza (VÖEN: **********) müəyyən edilməklə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalıdır.
33. Belə ki, iş materiallarında olan sübutlardan müəyyən olunur ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci maddəsinin 1-ci hissəsinə “c” bəndinə əsasən əmək müqavilələrinə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada xitam vermək işəgötürənin əsas vəzifələrindəndir.
34. Göründüyü kimi, fiziki şəxs X1 (VÖEN: **********) VÖEN üzrə fəaliyyətin dayandırılması işəgötürəni qüvvədə olan əmək müqaviləsi üzrə öhdəliklərindən azad etmir.
35. Başqa sözlə, X1 (VÖEN: **********) iddia tələbinin yönəldiyi şəxs kimi mülki məhkəmə icraatı qaydasında cavabdeh ola bilməsi üçün heç bir prosessual maneə yoxdur.
36. Nəzərə almaq lazımdır ki, hazırkı cavabdeh olan inzibati orqan yalnız Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-1-ci hissəsində nəzərdə tutulan hallarda, yəni işəgötürən fiziki şəxs olduqda qanunverciliklə nəzərdə tutulmuş qaydada inzibati fəaliyyət apararaq əmək müqaviləsinin qüvvədən düşmüş hesab edilməsi barədə inzibati akt formasında qərar qəbul edir. Başqa sözlə, hazırkı halda Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-1-ci hissəsində nəzərdə tutulan hallar müəyyən edilmədiyindən mübahisəyə inzibati məhkəmə icraat qaydasında baxılmasına iddiaçının hüquqi marağı mövcud deyil. Çünki nə qədər ki, Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-1-ci hissəsində nəzərdə tutulan hallar mövcud deyil, cavabdeh inzibati orqandan əmək müqaviləsinin qüvvədən düşmüş hesab edilməsi barədə inzibati akt formasında qərar qəbul etməsini tələb etməsi əhəmiyyətsiz olacaqdır.
37. Təsadüfi deyildir ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun * saylı, ## ##### 2015-ci il tarixli Qərarının 6.1, 6.2 və 7-ci bəndlərində bununla bağlı olaraq göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığnın müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.
38. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, hazırkı iddianın inzibati məhkəmə tərəfindən aidiyyətlə bağlı mümkün sayılmaması, iddiaçının predmet aidiyyəti üzrə səlahiyyətli ümumi məhkəməyə müraciət etmək hüququnu istisna edə bilməz.
39. Məhkəmə kollegiyası qeyd edir ki, əmək müqaviləsinə xitam verilməsi işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada məhkəməyə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə X2 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək, əmək müqaviləsi məhkəmə tərəfindən qüvvədən salınmış hesab edilməli və əmək müqaviləsinin qüvvədən salınması ilə bağlı məlumatların "Əmək və məşğulluq” altsisteminə daxil edilməsi hüququ, X2 Xidmətinə həvalə edilməlidir.
40. Nəzərə alınmalıdır ki, şəxsin dövlət orqanlarının qərar və hərəkətlərindən məhkəmə qaydasında müdafiə hüququ konstitusiyanın qoruma sferasına aiddir və hər bir halda təmin olunur. Lakin bu tələb şəxsin məhkəmə qaydasında müdafiə hüququnun predmet aidiyyəti üzrə səlahiyyətli məhkəmələr tərəfindən təmin edilməsi prinsipini istisna edən hal kimi təfsir edilməməlidir.
41. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şəki İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı ləğv edilməli, iddiaçı Xəlilova İradə İsfəndiyar qızının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X2 Xidmətinə qarşı “X1 ilə iddiaçı arasında bağlanmış, “Əmək və Məşğulluq” alt sistemində qeydiyyata alınmış ##.##.2017-ci il tarixli əmək müqaviləsinə “Əmək və Məşğulluq” alt sistemində xitam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamalıdır.
42. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası
Qərara aldı:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. İddiaçı Xəlilova İradə İsfəndiyar qızının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X2 Xidmətinə qarşı “X1 ilə iddiaçı arasında bağlanmış, “Əmək və Məşğulluq” alt sistemində qeydiyyata alınmış ##.##.2017-ci il tarixli əmək müqaviləsinə “Əmək və Məşğulluq” alt sistemində xitam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir.