Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 2-1(3-10)-61/2026 07.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X1 ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, iddiaçı İddiaçı və cavabdehin nümayəndəsi nümayəndə1 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrlərin ona aid hissədə ləğv edilməsi, birinci məharət dərəcəsinin bərpa olunması, birdəfəlik pul mükafatının tam şəkildə ödənilməsi” tələbinə dair Şəki Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi: işin halları:
1. MN-in N nömrəli hərbi hissə komandirinin “Çöl çıxışlarının təşkili və keçirilməsində aşkar edilmiş nöqsanlar və tapşırıq vəzifəli şəxslərin cəzalandırılması haqqında” ##.##.2021-ci il tarixli ** saylı əmrinə əsasən N saylı hərbi hissə komandirinin müavini R İddiaçı “şiddətli töhmət” elan edilmişdir.
2. MN-in N nömrəli hərbi hissə komandirinin ##.##.2021-ci il tarixli, *** №-li əmrinə əsasən iddiaçının 1-ci məharət dərəcəsi bir pillə aşağı – 2-ci məharət dərəcəsinə endirilmişdir.
3. Iddiaçı hazırkı tələblə Gəncə Inzibati Məhkəməsində iddia qaldırmış, Məhkəmənin ##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Şəki Inzibati Məhkəməsinə göndərilmişdir.
4. Şəki Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır.
5. Iddiaçı Şəki Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli qərardadından apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli qərardadı ilə qərardad tam ləğv edilərək iddia mümkün sayılmış və inzibati iş baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır.
birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:
6. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Quru Qoşunları Komandanlığı N saylı hərbi hissədə çöl çıxışlarının təşkilinə və çöl çıxışları zamanı döyüş hazırlığı məşğələlərinin keçirilməsində baş vermiş nöqsanlara görə N nömrəli hərbi hissə komandirinin ##.##.2021-ci il tarixli *** saylı əmrinin onun barəsində olan hissəsinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Quru Qoşunları Komandanlığı tərəfindən məharət dərəcəsinin bir pillə aşağı endirilməsinə görə verilmiş ##.##.2021-ci il tarixli *** nömrəli əmrinin ona aid hissədə ləğv edilməsinə, birinci məharət dərəcəsinin bərpa olunması, birdəfəlik pul mükafatının tam şəkildə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Iddia ərizəsinə əsasən iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin müavini vəzifəsində işlədiyi dövrdə “Birliyin gənc əsgərləri ilə ixtisas hazırlığı mərhələsinin təşkili və keçirilməsi haqqında” 1-ci ordu Vnin ##.##.2021-ci il tarixli *** nömrəli əmri ilə ##.##.2021-ci il tarixdən ##.##.2021-ci il tarixədək 4 həftə müddətində həftədə 5 dərs günü, gündə 5 dərs saatı olmaqla N saylı hərbi hissədə birliyin gənc əsgərləri ilə ixtisas hazırlığı mərhələsinin təşkili və keçirilməsində toplanış rəisi təyin olmuşdur.O, ##.##.2021-ci il tarixdə N saylı hərbi hissədə keçirilmiş çöl çıxışlarının təşkili və məşğələnin keçirilməsində buraxılmış nöqsanlara görə N saylı hərbi hissə komandirinin ##.##.2021-ci il tarixli *** saylı əmri ilə “Çöl çıxışlarının təşkilinə və çöl çıxışları zamanı döyüş hazırlığı məşğələlərinin keçirilməsində baş vermiş nöqsanlara görə ona N saylı hərbi hissə komandanlığı tərəfindən şiddətli töhmət verilmişdir. Həmin inzibati tənbeh tədbirinə görə Azərbaycan Respublikası Müdafiiə Nazirliyinin Vn ##.##.2021-ci il tarixli *** nömrəli əmri ilə məharət dərəcəsi bir pillə aşağı endirilmiş, hərbi qulluqçulara verilən birdəfəlik pul təminatından məhrum edilmişdir. Iddiaçı bununla bağlı məhkəməyə müraicət etmişdir.
8. Cavabdeh təqdim etdiyi ##.##.2023-cü il tarixli etiraz məktubunda qeyd etmişdir ki, işdə olan sənədlərdən müəyyən edilir ki, iddiaçı İddiaçı “N saylı hərbi hissədə çöl çıxışlarının təşkilinə və çöl çıxışları zamanı döyüş hazırlığı məşğələlərinin keçirilməsində baş vermiş nöqsanlara görə N nömrəli hərbi hissə komandirinin ##.##.2021-ci il tarixli *** saylı əmrinin onun barəsində olan hissəsinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Quru Qoşunları Komandanlığı tərəfindən məharət dərəcəsinin bir pillə aşağı endirilməsinə görə verilmiş ##.##.2021-ci il tarixli *** nömrəli əmrinin ona aid hissədə ləğv edilməsinə, birinci məharət dərəcəsinin bərpa olunması, birdəfəlik pul mükafatının tam şəkildə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən halların mövcudluğunu sübut edə bilməmişdir.
9. Şəki Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakim Fəxri Hacızadə) iddia tələbi təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin ## ######## 2021-ci il tarixli ** nömrəli və ## ###### 2021-ci il tarixli ** nömrəli Əmrləri iddiaçı İddiaçı aid hissədə ləğv edilmiş, məharət dərəcəsinin bir pillə aşağı salınması nəticəsində iddiaçıya ödənilməmiş olan pul vəsaitinin ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmuşdur.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Məhkəmə iddianın mümkünlük şərtinə münasibətdə qeyd edir ki, Şəki Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli qərardadına əsasən iddia mümkün hesab edilərək mahiyyəti üzrə baxılması üçün Şəki Inzibati Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli Qərardadına göstərilmişdir ki, iddiaçının mübahisələndirdiyi əmrlər qəbul edildiyi tarixdən sonrakı dövrdə onun səhhətində ciddi narahatlıqlar baş vermiş və bununla bağlı həkim rəyi mövcuddur. Belə olan halda kollegiya hesab edir ki, iddiaçı tərəfindən müddət üzrlü səbəbdən ötürülmüşdür. Odur ki, onun iddiası mümkün sayılaraq icraata qəbul edilməlidir. Iş materiallarının məzmunundan görünür kimi iddiaçı barəsində eyni tarixli iki vəzifənin icrası barədə əmrlər tərtib edilmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin tələblərinə əsasən bu Nizamnamə Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının ümumi vəzifələrini, onların arasındakı qarşılıqlı münasibətləri, alayda (briqadada) və onun bölmələrində daxili qayda-qanunları və həmçinin əsas vəzifəli şəxslərin xidmət vəzifələrini müəyyənləşdirir. Nizamnamədə göstərilməyən vəzifəli şəxslərin xidmət vəzifələri müvafiq əsasnamələr və təlimatlarla müəyyənləşdirilir. Həmin Nizamnamənin 66-cı maddəsinə əsasən hərbi hissə komandirinin müavini döyüş hazırlığı məşğələlərinin təşkilinə və keyfiyyətlə aparılmasına, maddi tədris bazasının yaradılmasına, daim təkmilləşdirilməsinə və həmişə saz saxlanmasına, kütləvi idman işlərinə, həmçinin alayda (briqadada) daxili qayda-qanunun və hərbi intizamın yüksək səviyyədə saxlanmasına cavabdehdir. O, alayın (briqadanın) döyüş və ictimaisiyasi hazırlıq, səfərbərlik planlarının işlənib hazırlanmasında iştirak etməli, hərbi hissənin bölmələrində döyüş hazırlığının təşkilini və vəziyyətini yoxlamaq, aşkar edilən çatışmazlıqları aradan qaldırmaq, bölmə komandirlərinə məşğələlərin təşkilində və aparılmasında kömək etməli, məşğələlər, təlimlər, atışlar zamanı təhlükəsizlik tədbirlərinə riayət edilməsini yoxlamalıdır. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 309cu maddəsinə əsasən qoşunların təlim mərkəzlərinə (düşərgələrinə) çıxarılması qaydası döyüş hazırlığı planına uyğun və ya böyük komandirlərin (rəislərin) göstərişinə əsasən müəyyən olunur. Bundan əlavə isə MN N nömrəli hərbi hissə komandirinin “Birliyin gənc əsgərləri ilə ixtisas hazırlığı mərhələsinin təşkili və keçirilməsi haqqında” ##.##.2021-ci il tarixli *** nömrəli Əmrinə əsasən “Müddətli həqiqi hərbi xidmətə yeni çağırılmış şəxsi heyətin döyüş hazırlığı proqramı”nın tələblərinə əsasən yeni çağırılmış şəxsi heyətlə ixtisas hazırlığı təşkil edilməsi və toplanışın rəhbərliyi iddiaçıya tapşırılmışdır. Aydındır ki, yeni çağırılmış şəxsi heyətlə ixtisas hazırlığı təşkil edilməsi ilə Çöl çıxışlarının təşkili və keçirilməsi zaman etibarı ilə üst-üstdə düşməklə bərabər məkan etibarı ilə fərqli əraziləri əhatə etmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissə komandirinin ##.##.2021-ci il tarixli ** saylı və ##.##.2021-ci il tarixli *** saylı Əmrləri İddiaçı aid hissədə ləğv edilməli, məharət dərəcəsinin aşağı salınmasının nəticəsində iddiaçıya ödənilməmiş vəsait ödənilməlidir.
11. Cavabdeh orqan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) apellyasiya şikayətinin dəlilləri
12. Apellyasiya şikayətinin dəlillərinə görə iddiaçı çöl çıxışının təşkilinə və çöl çıxışı zamanı döyüş hazırlığı məşğələlərinin keçirilməsinə zəif nəzarət etdiyinə görə Müdafiə nazirinin müavini-Quru Qoşunların komandanının ##.##.2021-ci il tarixli ** nömrəli əmri ilə intizam qaydasında cəzalandırılmışdır. Belə ki, çöl çıxışları döyüş hazırlığının mühüm bir forması olaraq şəxsi heyətin real döyüş şəraitinə hazırlanması, çöl vərdişlərinin yüksəldilməsi, onlarda yüksək mənəvidöyüş keyfiyyətinin formalaşdırılması, həmçinin şəxsi heyətin fiziki dözümlüyünün və psixoloji dayanıqlılığının artırmaq məqsədilə keçirilən əsas və vacib hazırlıq mərhələlərindən biridir. Çıxışlar hərbi qulluqçuların yalnız nəzəri biliklərinin deyil eyni zamanda real şəraitdə praktiki bacarıqlarının formalaşdırılmasına xidmət edir, qeyd olunan təlimlər zamanı bölmələrin döyüş fəaliyyətlərinin təşkili və aparılması üzrə komandirlərin bacarıqları yoxlanılır və döyüş atışları və ya taktiki təlimlərin keçirilməsi ilə yekunlaşdırılır. Bu çıxışlar zamanı hərbi qulluqçulara müxtəlif hava və iqlim şəraitində məhdud məişət imkanları daxilində tapşırıqların icrası öyrədilir. Eyni zamanda çöl çıxışları zamanı hərbi qulluqçuların intizamı, tapşırıqlara münasibəti, əmrlərin icrası qiymətləndirilir, bu mərhələdə yol verilən hərəkət və ya hərəkətsizliklər real şəraitdə tapşırıqların icrasının nəticəsi olaraq formalaşır. Bundan başqa çöl çıxışlarının səmərəli və təhlükəsiz şəraitdə keçirilməsi üçün hərbi hissədə çıxışa hazırlığın yoxlanılması həyata keçirilir. Bu yoxlamalar hərbi qulluqçuların, bölmələrin və texnikaların təlim sahəsində fəaliyyətə hazır olub-olmadığını müəyən etmək məqsədi daşıyır. Belə ki, taborlarda bölmələrin idarə olunması, qarşılıqlı fəaliyyətin həyata keçirilməsi, şəxsi heyətin öyrədilməsi məqsədilə planlar və məşğələlər cədvəli tərtib olunur. Iş materiallarından göründüyü kimi, N nömrəli hərbi hissənin 2-cı taboru ilə ##.##.2021-ci il tarixdən ##.##.2021-ci il tarixədək çöl çıxışının keçirilməsi planlaşdırılıb, hərbi hissə komandirinin müavini R İddiaçı isə ##.## 2021-ci il tarixdən ##.##.2021-ci il tarixədək növbəti məzuniyyətə olub, ##.##.2021-ci il tarixdə xidmət yerinə qayıdıb. Yuxarıda qeyd etdikləri hallar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 66-cı maddəsinə əsasən hərbi hissə komandirinin müavininin vəzifəsidir. Belə kı hərbi hissə komandirinin müavini döyüş hazırlığı məşğələlərinin təşkilinə və keyfiyyətlə aparılmasına, hərbi hissənin bölmələrində döyüş hazırlığının təşkilini və vəziyyətini yoxlanılmasına, aşkar edilən çatışmazlıqları aradan qaldırmasına, bölmə komandirlərinə məşğələlərin təşkilində və aparılmasına eləcə də məşğələlər, təlimlər, atışlar zamanı təhlükəsizlik tədbirlərinə riayət edilməsinə cavabdeh şəxsdir. Həmçinin Müdafiə nazirinin müavini-Quru Qoşunların komandanının ##.##.2021ci il tarixli ** nömrəli əmrindən göründüyü kimi N nömrəli hərbi hissənin 2-ci taboru ilə çöl çıxışının keçirilməsi zamanı yol verilmiş nöqsanlara görə yalnız R İddiaçı deyil digər aidiyyəti vəzifəli şəxslərdə intizam qaydasında cəzalandırılmışdır. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 309cu maddəsinə əsasən Qoşunların təlim mərkəzlərinə (düşərgələrinə) çıxarılması qaydası döyüş hazırlığı planına uyğun və ya böyük komandirlərin (rəislərin) göstərişinə əsasən müəyyən olunur. Əlavə olaraq bildirmişdirlər ki, məhkəmə tərəfindən IPM-nin 11.2-ci və 12.1-ci maddələrinin tələblərinə riayət olunmamışdır. Belə ki, “X3 Hazırlığının təşkili barədə təlimat"da döyüş hazırlığı üzrə qoyulmuş tapşırıqlar “Döyüş hazırlığı, hərbi intizamın möhkəmləndirilməsi və qoşun xidməti üzrə aylıq əsas tədbirlər plant'nda əks olunur. Plan birlik, birləşmə (hissə) və taborun qərargah rəisləri tərəfindən hazırlanır, komandirlər tərəfindən təsdiq edilir. Bundan başqa bütün kateqoriyada olan komandirlər hər həftə əsas tədris fənləri üzrə tapşırıqları, təlim və məşğələlərin maddi-texniki təminatının təşkilini, bəzi kateqoriya hərbi qulluqçular ilə məşğələlərin keçirilməsini və digər sualları bir daha dəqiqləşdirir. Lakin məhkəmə tərəfindən həmin dövr üçün N nömrəli hərbi hissənin döyüş hazırlığı planında nəzərdə tutulmuş tədbirlər dəqiqləşdirilməmiş, 2-ci tabor ilə keçiriləcək çöl çıxışının həmin döyüş hazırlığı planında nəzərdə tutulub-tutulmaması müəyyən edilməmişdir. Bundan başqa Müdafiə nazirinin müavini-Quru Qoşunların komandanının ##.##.2021-ci il tarixli ** nömrəli əmri ilə İddiaçı “Şiddətli töhmət” intizam cəzası elan olunduğu üçün Azərbaycan Respubilkası müdafiə nazirinin ##.##.2016-cı il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularına məharət (ixtisas) dərəcələrinin verilməsi (təsdiq edilməsi) qaydaları haqqında” Əsasnamənin 37.1.14-cü yarımbəndinə əsasən onun “1-ci məharət dərəcəsi” bir pillə aşağı “2-ci məharət dərəcəsinə” endirilmişdir. Lakin məhkəmə qərarın əsaslandırma hissəsində həmin Əsasnamənin 37.2.7-ci yarımbəndinə istinad edərək iddiaçıya “Vəzifələrinə tam uyğun olmaması barədə xəbərdarlıq” intizam cəzası elan edildiyi üçün məharət dərəcəsinin bir pillə aşağı endirildiyini bildirmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
13. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
tərəflərin izahatları
14. Məhkəmə kollegiyasının hazırkı və əvvəlki iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz etdiyini bildirərək Şəki Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarının qüvvədə saxlanılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, məharət dərcəsinin bir pillə aşağı salınması nəticəsində onun pensiyası hər ay 10 faiz aşağı hesablanmışdır. Belə ki, onun məharət dərəcəsi bərpa edilsə, ödənilməmiş pul məbləği ona ödənilməlidir. Iddiaçı birdəfəlik pul təminatına münasibətdə qeyd edir ki, iddia tələbində qeyd etdiyi 446 manat ona ödənliməli olan birdəfəlik pul təminatının ödənilməmiş fərq məbləğidir. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək sözügedən qərarın ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etdi.
15. Iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, tələbini aşağıdakı kimi ifadə etmişdir: - cavabdeh Azərbaycan Respubilkasının Müdafiə Nazirliyinə qarşı “məharət dərəcəsinin bir pillə aşağı endirilməsi nəticəsində 2021-ci il üçün verilmiş birdəfəlik pul mükafatının 25 faiz azaldılması nəticəsində 446 manat olmaqla, həmin birdəfəlik pul mükafatının tam şəkildə hesablanıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmuasını” xahiş edirəm.
16. Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmiş və cavabdeh “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Quru Qoşunları Komandanlığı- N saylı hərbi hissəsi” - “Azərbaycan Respublikası Müdafiə Nazirliyi” ilə əvəz edilmişdir.
tətbiq edilən hüquq
17. “Hərbi qulluqçuların statusu haqqında” Qanun: Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Maddə 30. Intizam məsuliyyəti, inzibati və cinayət məsuliyyəti
1. Hərbi qulluqçular hüquq pozuntuları törətmək üstündə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq surətdə məsuliyyət daşıyırlar. Hərbi rütbəsindən və xidmət vəziyyətindən asılı olmayaraq hərbi qulluqçular qanun qarşısında bərabərdirlər.
2. Intizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada inzibati məsuliyyət daşıyırlar.
18. Azərbaycan Respublikası müdafiə nazirinin 2016-cı il ## ### tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularına məharət (ixtisas) dərəcəsinin verilməsi (təsdiq edilməsi) Qaydaları haqqında Əsasnamə”: Bənd 37. Müvafiq məharət dərəcəsi vermə hüququ olan vəzifəli şəxs tərəfindən hərbi qulluqçunun məharət dərəcəsi aşağıdakı hallarda endirilir və ya onlar məharət dərəcəsindən (sınaqların nəticələri nəzərə alınmadan və ya sınaqlar keçirilmədən) məhrum edilirlər: ... 37.2.7. Azərbaycan Respublikasının müdafiə naziri və onun müavinləri tərəfindən hərbi qulluqçuya “vəzifələrinə tam uyğun olmamaları barədə xəbərdarlıq” elan edildikdə.
19. “Azərbaycan Respublikası hərbi qulluqçularının və hərbi vəzifəlilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Hərbi qulluqçuların sıravi, komanda və rəis heyətlərinin məharət (tibb hərbi qulluqçularının isə ixtisas) dərəcəsinə görə aylıq vəzifə maaşına aşağıdakı məbləğlərdə əlavələr müəyyən edilsin: 2-ci məharət (ixtisas) dərəcəsi olan zabit və rəis heyətlərinə – 15 faiz miqdarında; 1-ci məharət (ixtisas) dərəcəsi olan zabit və rəis heyətlərinə – 25 faiz miqdarında;
20. Azərbaycan Respublikası Silahlı X6: Maddə 1. Hərbi intizam bütün hərbi qulluqçuların Azərbaycan Respublikası qanunlarında və hərbi nizamnamələrində müəyyən olunmuş qaydalara ciddi riayət etməsi deməkdir. Maddə 43. Hərbi qulluqçu hərbi intizamı, yaxud ictimai asayişi pozarsa, komandir (rəis) ona vəzifə borcunu xatırlatmalı, lazım gələrsə, intizam cəzası verməlidir. Komandir (rəis) öz səlahiyyəti çatan və nalayiq hərəkət etmiş hərbi qulluqçuya onun fikrincə daha çox tərbiyəvi təsir göstərə bilən hər hansı cəzanı verə bilər.
21. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsi: Maddə N. Hərbi hissə komandirinin müavini döyüş hazırlığı məşğələlərinin təşkilinə və keyfiyyətlə aparılmasına, maddi tədris bazasının yaradılmasına, daim təkmilləşdirilməsinə və həmişə saz saxlanmasına, kütləvi idman işlərinə, həmçinin alayda (briqadada) daxili qayda-qanunun və hərbi intizamın yüksək səviyyədə saxlanmasına cavabdehdir. O, alayın (briqadanın) döyüş və ictimaisiyasi hazırlıq, səfərbərlik planlarının işlənib hazırlanmasında iştirak etməli, hərbi hissənin bölmələrində döyüş hazırlığının təşkilini və vəziyyətini yoxlamaq, aşkar edilən çatışmazlıqları aradan qaldırmaq, bölmə komandirlərinə məşğələlərin təşkilində və aparılmasında kömək etməli, məşğələlər, təlimlər, atışlar zamanı təhlükəsizlik tədbirlərinə riayət edilməsini yoxlamalıdır. Maddə 309. Qoşunların təlim mərkəzlərinə (düşərgələrinə) çıxarılması qaydası döyüş hazırlığı planına uyğun və ya böyük komandirlərin (rəislərin) göstərişinə əsasən müəyyən olunur.
22. “Inzibati icraat haqqında” Qanun: Maddə 24. Işin hallarının obyektiv araşdırılması 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. Inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. Inzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz.
23. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12. Işin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: HYPERLINK "https://e-qanun.az/framework/46956" \l "_edn82" \o "" [82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri.
24. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. Cavabdeh orqan onun üçün əlverişsiz olan məhkəmə aktından bütövlükdə şikayət verdiyindən verilmiş apellyasiya şikayəti üzrə hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyinə və əsaslılığına qiymət veriləcəkdir.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən iddianı təmin etməklə düzgün nəticəyə gəlsə də, cavabdeh inzibati orqanı dəqiqləşdirməmiş və ödənilməli olan birdəfəlik pul mükafatının məbləği konkret göstərilməmişdir. Qeyd olunan hallar hüquqi müəyyənlik prinsipi baxımından aradan qaldırılmalıdır. Lakin bu məqamlar apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas deyildir.
26. Iş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə qarşı aşağıdakı tələblər irəli sürülmüşdür: - “şiddətli töhmət elan edilməsinə dair” N nömrəli hərbi hissə komandirinin ##.##.2021-ci il tarixli ** saylı əmrinin ona aid hissədə ləğvi, - İ məharət dərəcəsinin bir pillə aşağı endirilməsinə görə cavabdehin ##.##.2021-ci il tarixli *** nömrəli əmrinin ona aid hissədə ləğvi, - 446 manat birdəfəlik pul mükafatının ödənilməsi.
27. Apellyasiya şikayətinin ümumiləşmiş dəlilləri ondan ibarətdir ki, iddiaçı, döyüş hazırlığı məşğələlərinin təşkili, keyfiyyətlə aparılması, bölmələrdə döyüş hazırlığının vəziyyətinin yoxlanılması və aşkar edilmiş çatışmazlıqların aradan qaldırılmasına cavabdeh şəxs olduğundan, onun 2-ci taborla keçirilmiş çöl çıxışında aşkar edilmiş nöqsanlara görə intizam məsuliyyətinə cəlb edilməsi əsaslı olmuşdur. Birinci instansiya məhkəməsi iddiaçının həmin dövrdə başqa hərbi hissədə toplanış rəisi təyin olunmasını həlledici əsas kimi qəbul etsə də, N saylı hərbi hissənin döyüş hazırlığı planını, 2-ci taborla çöl çıxışının həmin plana daxil olub-olmamasını və iddiaçının həmin tədbirlərin hazırlanmasına nəzarət öhdəliyini araşdırmamışdır. Iddiaçıya “şiddətli töhmət” elan edildiyi üçün onun 1-ci məharət dərəcəsinin bir pillə aşağı endirilməsi “Azərbaycan Ordusunun hərbi qulluqçularına məharət dərəcələrinin verilməsi qaydaları haqqında” Əsasnamənin 37.1.14-cü yarımbəndinin tələblərinə uyğun olmuşdur.
28. Məhkəmə kollegiyası iddianın mümkünlüyü məsələsinə münasibətdə qeyd edir ki, iş materiallarından iddiaçının mübahisələndirdiyi ##.##.2021-ci il tarixli ** nömrəli əmrdən ən geci ##.##.2022-ci ilin yanvar ayında məlumatlı olması müəyyən edilir. Belə ki, iddiaçı intizam tənbehi səbəbindən mükafat məbləği azaldığından sonra yuxarı komandanlıq qarşısında məsələ qaldırılması üçün hərbi hissə komandirinə müraciət etmişdir.
29. Kollegiya iddiaçının hərbi qulluqçu kimi xidmət etdiyi dövrdə tabelik münasibətində olması səbəbindən məhkəmədə iddia qaldırmamasını anlaşılan hesab edir. Lakin iddiaçı ##.##.2022-ci il tarixdə ehtiyata buraxılmış və həmin tarixdən etibarən onun cavabdeh orqanla xidməti tabelik münasibəti sona çatmışdır. Buna baxmayaraq, iddiaçı yalnız ##.##.2023-cü il tarixdə, yəni ehtiyata buraxıldığı tarixdən təxminən 1 il 4 ay sonra məhkəməyə müraciət etmişdir.
30. IPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim olunduğu və ya şəxsin həmin aktdan məlumatlı olduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Həmçinin IPM-in 24.4-cü maddəsinə görə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz.
31. Bununla belə, Şəki Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)- ***/**** nömrəli qərardadı ilə mübahisələndirilən əmrlərdən sonrakı dövrdə iddiaçının səhhətində yaranmış narahatlıqlar nəzərə alınaraq müddətin üzrlü səbəbdən ötürülməsi qənaətinə gəlinmiş və iddia mümkün sayılaraq mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır.
32. Buna görə də, kollegiya, əvvəllər apellyasiya instansiyası tərəfindən mümkün sayılmış iddia tələbinə mahiyyəti üzrə baxmışdır.
33. Iş materialları ilə müəyyən edilir ki, MN-in N nömrəli hərbi hissə komandirinin ##.##.2021-ci il tarixli *** nömrəli əmrinə əsasən hərbi hissə komandirinin müavini R İddiaçı ## ###### 2021-ci il tarixindən 20 təqvim günü müddətinə növbəti əmək məzuniyyətinə buraxılmış, həmin müddətdə onun vəzifələrinin icrası R X2 həvalə edilmişdir.
34. MN-in N nömrəli hərbi hissə komandirinin ##.##.2021-ci il tarixli *** nömrəli əmrinə əsasən iddiaçı, ## ###### 2021-ci il tarixdə məzuniyyətdən qayıtmış və vəzifəsinin icrasına başlamışdır.
35. Iddiaçı məzuniyyətdə olduğu dövrdə qəbul edilmiş MN-in N nömrəli hərbi hissə komandirinin ##.##.2021-ci il tarixli *** nömrəli əmri ilə 2021-ci ilin iyul ayında hərbi xidmətə yeni çağırılmış şəxsi heyətlə ixtisas hazırlığı mərhələsinin ##.##.2021-ci il tarixdən ##.##.2021-ci il tarixədək 4 həftə müddətində keçirilməsi və həmin toplanışa rəhbərlik R İddiaçı tapşırılmışdır.
36. Bundan başqa, MN-in N nömrəli hərbi hissə komandirinin ##.##.2021-ci il tarixli *** nömrəli əmri ilə hərbi hissənin 2021-ci ilin döyüş hazırlığı planına əsasən 2-ci tank taborunun şəxsi heyəti ilə ##.##.2021-ci il tarixdən ##.##.2021-ci il tarixədək çöl çıxışının təşkili və keçirilməsi əmr edilmişdir.
37. MN-in N nömrəli hərbi hissə komandirinin ##.##.2021-ci il tarixli ** nömrəli əmri ilə çöl çıxışlarının təşkili və keçirilməsində aşkar edilmiş nöqsanlara görə iddiaçıya “şiddətli töhmət” elan edilmişdir.
38. Göründüyü kimi iddiaçıya intizam tənbehinin tətbiq edilməsinə əsas kimi məhz ##.##.2021-ci il tarixli *** nömrəli əmr üzrə keçirilmiş çöl çıxışı zamanı aşkar edilmiş nöqsanlar göstərilmişdir.
39. Məhkəmə kollegiyası qeyd edir ki, intizam məsuliyyətinin tətbiqi üçün yalnız vəzifə səlahiyyətlərinin mövcudluğu və pozuntunun aşkar edilməsi kifayət etmir. Bunun üçün həmin nöqsanların iddiaçının xidməti davranışı ilə səbəbli əlaqəsinə, təqsirinin və pozuntuların qarşısının alınması üçün real imkanların olub-olmamasına hüquqi qiymət verilməlidir.
40. “2-ci tank taborunun şəxsi heyəti ilə çöl çıxışının təşkili və keçirilməsi haqqında” *** nömrəli əmr ##.##.2021-ci il tarixdə, yəni çöl çıxışının başlandığı gün verilmiş, mübahisələndirilən əmrdə aşkar edilmiş nöqsanlar isə hərbi hissədə çöl çıxışlarının keçirilməsinə hərtərəfli hazırlığın görülməməsi, çıxışdan əvvəl sıra baxışının keçirilməməsi, bölmə komandirlərinin öz vəzifə borclarının icrasına laqeyd yanaşmaları və tabelikdə olanlara qarşı zəif tələbkarlıq göstərmələri ilə əsaslandırılmışdır. Sadalanan hallar onu göstərir ki, intizam tənbehinin tətbiqinə səbəb olmuş nöqsanlar çöl çıxışının başlanıldığı gün deyil, ondan əvvəlki hazırlıq mərhələsində görülməli olan təşkilati tədbirlərlə bağlı olmuşdur.
41. Cavabdehin apellyasiya şikayətində istinad etdiyi “motoatıcı taborun çöl çıxışının təşkili və keçirilməsi metodikası”nın 2-ci hissəsinin 1-ci abzasına əsasən çöl çıxışlarının təşkili və mütəşəkkil keçirilməsi üçün bölmələrin hərtərəfli hazırlığı tələb olunur və çöl çıxışına hazırlığa onun keçirilməsinə 1 həftədən az olmayaraq başlanılır.
42. Belə olan halda ##.##.2021-ci il tarixdə başlanmalı olan çöl çıxışına hazırlıq ən gec ##.##.2021-ci il tarixdə başlanmalı idi. Həmin tarixdə isə iddiaçı məzuniyyətdə olmuş və onun vəzifələrinin icrası R X2 həvalə edilmişdir. Çöl çıxışının hazırlıq mərhələsi iddiaçının məzuniyyətdə olduğu dövrə təsadüf etməsinə baxmayaraq, cavabdeh tərəfindən nəzərə alınmamışdır.
43. Kollegiya həmçinin nəzərə alır ki, iddiaçıya ##.##.2021-ci il tarixdə məzuniyyətdən qayıtdıqdan dərhal sonra ##.##.2021-ci il tarixdən ##.##.2021-ci il tarixədək davam edən yeni çağırılmış şəxsi heyətlə ixtisas hazırlığı mərhələsinin toplanış rəisi kimi vəzifə həvalə edilmişdir. Bununla da, iddiaçıya eyni vaxtda həm hərbi xidmətə yeni çağırılmış şəxsi heyətlə ixtisas hazırlığı keçirmək və həmin toplanışa rəhbərlik etmək, həm də 2021-ci ilin döyüş hazırlığı planına əsasən 2-ci tank taborunun şəxsi heyəti ilə çöl çıxışının təşkil etmək və keçirmək vəzifələri həvalə edilmişdir.
44. Cavabdeh orqan iddiaçının hər iki vəzifəni eyni vaxtda necə icra etməli olmasını, həmin nöqsanların qarşısını alınması üçün kifayət qədər vaxta malik olmasını, həvalə edilmiş vəzifələrdən hansının daha vacib olmasını əsaslandırmamış, mübahisələndirilən əmrlə 13 nəfər vəzifəli şəxsi intizam məsuliyyətinə cəlb etsə də, iddiaçının məzuniyyətdə olduğu dövrdə onun vəzifələrini icra edən vəzifəli şəxsin çöl çıxışına hazırlıq üzrə məsuliyyətini qiymətləndirməmişdir.
45. Məhkəmə kollegiyası hesab edir ki, əgər şəxsi heyətlə çöl çıxışına hərtərəfli hazırlığın təmin edilməsi müvafiq vəzifəni icra edən şəxsin ümumi xidməti səlahiyyətlərindən irəli gəlirsə, hazırlıq dövründə iddiaçı məzuniyyətdə olduğundan və onun vəzifələri R İ.Möhsümlüyə həvalə edildiyindən, bu mərhələdə yol verilmiş nöqsanlara görə məsuliyyət ilk növbədə İ.Möhsümlünün üzərinə qoyulmalı idi.
46. Əgər çöl çıxışına hazırlıq yalnız bu barədə ayrıca əmrin verilməsindən sonra başlanmalı idisə, bu halda çöl çıxışının keçirilmə tarixi həmin əmrin verildiyi gündən ən azı bir həftə sonrakı tarixə müəyyən edilməli idi. Çünki cavabdehin istinad etdiyi metodikaya əsasən çöl çıxışına hazırlığa onun keçirilməsinə ən azı bir həftə qalmış başlanılmalıdır.
47. Cavabdeh orqan ##.##.2021-ci il tarixli *** nömrəli əmri məhz çöl çıxışının başlandığı gün verdiyi halda, sonradan aşkar edilmiş nöqsanları çöl çıxışına hərtərəfli hazırlığın görülməməsi ilə əlaqələndirməsi anlaşılan deyil.
48. Odur ki iddiaçının məzuniyyətdə olduğu dövrdə başlanmalı olan hazırlıq tədbirləri, həmin dövrdə onun vəzifələrinin başqa şəxsə həvalə edilməsi və məzuniyyətdən qayıtdıqdan sonra eyni vaxtda başqa toplanışa rəhbər təyin olunması nəzərə alınmadan ona “şiddətli töhmət” elan edilməsi əsaslı sayıla bilməz.
49. Hazırkı işdə cavabdeh orqan yuxarıda qeyd edilən halları nəzərə almamış formal baxımdan müvafiq vəzifələrin iddiaçıya həvalə edilməsindən çıxış edərək mübahisələndirilən əmri qəbul etmişdir. Buna görə də, kollegiya hesab edir ki, MN-in N nömrəli hərbi hissə komandirinin ##.##.2021-ci il tarixli əmri iddiaçıya aid hissədə qanunsuz olmuş və birinci instansiya məhkəməsi haqlı olaraq sözügedən əmri iddiaçıya aid hissədə ləğv etmişdir.
50. Iddiaçının 1-ci məharət dərəcəsinin bir pillə aşağı endirilməsi məhz ##.##.2021-ci il tarixli intizam tənbehi ilə bağlı olduğundan və intizam tənbehinin iddiaçıya münasibətdə tətbiqi əsassız olduğundan, həmin tənbeh əsasında verilmiş ##.##.2021-ci il tarixli *** nömrəli əmr də, haqlı olaraq iddiaçıya aid hissədə ləğv edilmişdir.
51. Iddiaçının ödənilməmiş pul vəsaitinin ödənilməsi tələbinə münasibətdə kollegiya qeyd edir ki, cavabdeh orqan tərəfindən təqdim edilmiş məlumatlara əsasən Azərbaycan Respublikası Müdafiə nazirinin ##.##.2017-ci il tarixli ** nömrəli qərarına görə 1-ci məharət dərəcəsi vəzifə maaşının 25 faizi, 2-ci məharət dərəcəsi isə vəzifə maaşının 15 faizi nisbətində hesablanaraq ödənilir.
52. Iddiaçının vəzifə maaşı 785 manat təşkil etmişdir. Bu halda 1-ci məharət dərəcəsinə görə ödənilməli məbləğ 197 manat, 2-ci məharət dərəcəsinə görə ödənilən məbləğ isə 118 manat olmuşdur. Həmin məbləğlər arasında fərq 79 manat təşkil edir.
53. Iş materiallarından həmçinin görünür ki, iddiaçıya ödənilməli birdəfəlik pul mükafatı 100 faiz həcmində 1784 manat olduğu halda, məharət dərəcəsinin aşağı salınması nəticəsində həmin mükafat 75 faiz həcmində, yəni 1338 manat məbləğində ödənilmiş, 446 manat məbləğində fərqi yaranmışdır.
54. IPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Hazırkı işdə iddiaçıya 446 manat məbləğində birdəfəlik pul mükafatının ödənilməməsi onun 1-ci məharət dərəcəsinin bir pillə aşağı salınmasının birbaşa nəticəsidir. Odur ki iddiaçı mübahisələndirilən inzibati aktların ləğvi ilə bərabər, həmin aktların icrası nəticəsində yaranmış nəticələrin aradan qaldırılması tələbini də irəli sürməkdə haqlı olmuşdur (iddiaçının həmin pul vəsaitinin ödənilməsi üçün cavabdeh orqana ayrıca müraciət etməsi tələb olunmur).
55. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən ##.##.2021-ci il tarixli intizam tənbehi əmri və həmin tənbehin nəticəsi olaraq qəbul edilmiş ##.##.2021-ci il tarixli *** nömrəli əmr iddiaçıya aid hissədə qanunsuz olduğundan apellyasiya şikayəti təmin edilməməlidir. Bununla belə cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan pul mükafatının məbləği hüquqi müəyyənlik prinsipi baxımından dəqiqləşdirilməli və 446 manat pul məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmalıdır.
56. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilmir. Şəki Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı “iddiaçıya ödənilməmiş olan pul vəsaitinin ödənilməsi” hissəsində dəyişdirilir. Həmin hissədə yeni qərar qəbul edilməklə iddiaçı İddiaçı Şahin oğluna 446 manat pul məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulur. Şəki Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılır. Qərardan onun təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.