Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 2-1(3-10)-7/2026 08.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X3 (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Mustafayev Etibar Mustafa oğlundan ibarət tərkibdə, Həsənova Səbinə Adil qızının katibliyi, İddiaçı İddiaçı və onun vəkili İbrahimov Xəyal Rahim oğlunun iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarından iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Müharibə Veteranı” adının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Qəbələ RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, N saylı hərbi hissə komandirinin ##.##.1992-ci il tarixli ** №-li əmri ilə hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara daxil edilərək sıravi hərbi rütbəsi verilməklə atıcı vəzifəsinə təyin olunmuşdur. N saylı hərbi hissə komandirinin ##.##.1993-cü il tarixli 5 N-li əmri ilə N saylı hərbi hissəyə göndərilmişdir. N saylı hərbi hissənin komandirinin ##.##.1994-cü il tarixli ** №-li əmri ilə şəxsi heyətin siyahısına daxil olmuş, ## ##### 1994-cü ildə döyüş zamanı sol budun aşağı 1/3 səthinin didilmiş güllə yarası almışdır. ##.##.1994-cü il tarixdən ##.##.1994-cü il tarixədək N saylı hərbi hissənin qospitalında müalicədə olmuşdur. Sağlamlığı bərpa edildikdən sonra yenidən hərbi xidmətini davam etdirmək üçün hərbi hissəyə geri dönmüşdür. Hərbi xidmətini N saylı hərbi hissədə davam etdirmişdir. Müdafiə Nazirinin ##.##.1996-cı il tarixli *** №-li əmrinə əsasən Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətdən ehtıyyata təxris olunmuşdur. N №-li hərbi hissənin komandirinin ## ###### 1996-cı il tarixli *** №-li əmri ilə ##.##.1996-cı il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlarından çıxarılaraq qeydiyyata düşmək üçün Qəbələ RHK-yə göndərilmişdir.
3. Cavabdeh orqan iddia tələbinə dair etirazı onunla əsaslandırmışdır ki, iddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin ##.##.2024-cü il tarixli **** nömrəli arxiv arayışından da göründüyü kimi iddiaçı N nömrəli hərbi hissə komandirinin ##.##.1992-ci il tarixli əmri ilə şəxsi heyətin siyahısına daxil olmuş və hərbi hissə komandirinin ##.##.1994-cü il tarixli * nömrəli əmri ilə şəxsi heyətin siyahısından çıxarılmışdır. Lakin döyüş əməliyyatları aparılan dövrdə 731 (N) nömrəli hərbi hissə komandirinin ##.##.1992-##.##.1993-cü il, 730 (N) nömrəli hərbi hissə komandirinin ##.##.1993-##.##.1993-cü il, N nömrəli hərbi hissə komandirinin aprel-dekabr 1993-cü il, yanvar-mart 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının hərbi xidməti barədə məlumatlar aşkar olunmamışdır. - Həmçinin, X1 Məntəqəsindən hərbi xidmət keçmək üçün göndərilmiş, 1974-cü il təvəllüdlü, siravi İddiaçı N nömrəli hərbi hissə komandirinin ##.##.1994-cü il tarixli ** nömrəli əmri ilə şəxsi heyətin siyahısına daxil olsa da sonrakı hərbi xidməti barədə məlumatlar aşkar olunmamışdır. Bu kimi halları nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir.
4. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Cavabdehin ##.##.2024-cü il tarixli imtina məktubu; - Cavabdeh Mərkəzi Arxivinin ##.##.2023-cü il tarixli məktubu; - İddiaçıya məxsus НЗ seriyalı ******* nömrəli hərbi biletin surəti; - Daxili İşlər Nazirliyinin ##.##.2023-cü il tarixli Arayışı; - SHXÇDX-nin Qəbələ rayon şöbəsinin ##.##.2024-cü il tarixli məktubuna ona əlavə edilmiş qeydiyyat kartası; - Müdafiə Nazirliyinin ##.##.2024-cü il tarixli məktubu; - Şəki Şəhər Rayon Polis Şöbəsinin ##.##.2024-cü il tarixli məktubuna əlavə edilmiş tələbnamə; - “xxxx” X2 ##.##.2025-ci il tarixli məktubu;
5. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) ## ####### 2025-ci il tarixli *- *(***)-***/**** nömrəli qərarı ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “Müharibə veteranı adının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir.
6. Məhkəmə qeyd etmişdir ki, iddiaçı N nömrəli hərbi hissə komandirinin ##.##.1992-ci il tarixli əmri ilə şəxsi heyətin siyahısına daxil olmuş və hərbi hissə komandirinin ##.##.1994-ci il tarixli * nömrəli əmri ilə şəxsi heyətin siyahısından çıxarılmışdır. - İddiaçının döyüş əməliyyatları aparılan dövrdə 731 (N) nömrəli hərbi hissə komandirinin ##.##.1992-##.##.1993-cü il, 730 (N) nömrəli hərbi hissə komandirinin ##.##.1993- ##.##.1993-cü il, N nömrəli hərbi hissə komandirinin aprel-dekabr 1993-cü il, yanvar-mart 1994cü il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının hərbi xidməti barədə məlumatları aşkar olunmamışdır. Bundan əlavə, İddiaçı N nömrəli hərbi hissə komandirinin ##.##.1994-cü il tarixli ** nömrəli əmri ilə şəxsi heyətin siyahısına daxil olsa da, sonrakı hərbi xidməti barədə məlumatlar aşkar olunmamışdır. - Arxiv sənədlərinə əsasən müəyyən edilir ki, iddiaçı N nömrəli hərbi hissə komandirinin ##.##.1994-cü il tarixli ** nömrəli əmri ilə şəxsi heyətin siyahısına daxil edilmiş, lakin ##.##.1994-cü ilədək xidməti barədə məlumatlar mövcud deyildir. - Bundan sonra, iddiaçı atəşkəs dövründə ##.##.1995-ci il tarixli *** nömrəli əmrə əsasən N nömrəli hərbi hissənin şəxsi heyətin siyahısına daxil edilmişdir. İddiaçı ##.##.1996-cı il tarixli *** №-li əmrinə əsasən Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətdən ehtıyyata təxris olunmuşdur. - Beləliklə iş materialına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı İddiaçı ##.##.1994cü il tarixdən sonrakı hərbi xidməti, yaralanması, müalicə alması barədə məlumat aşkar olmamışdır. İddiaçının barəsində verilmiş sorğulara əsasən onun əlilliyi müəyyən edilməmişdir.
7. İddiaçı İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
8. İddiaçının apellyasiya şikayəti iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edərək əlavə olaraq onunla əsaslandırmışdır ki, hesab edir ki, cavabdeh orqan onun ərizəsinə obyektiv baxmamaqla, qanunla üzərlərinə vəzifə qoyulan öhdəlikləri yerinə yetirməməklə qanunvericiliyin bir çox tələblərini pozmuşdur. - Cavabdeh orqan imtinasının əsasını onun tam hərbi xidmət dövrü barədə məlumatın olmaması ilə əlaqələndirir. Halbuki Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1-ci bəndinə Qeyd hissəsinin müddəaları hərbi qulluqçunun hərbi hissəni və ya xidmət yerini tərk etməsi və ya fərarilik etməsini hərbi qulluqçunun mütləq qaydada məhkum edilməsi və ya barəsində cinayət təqibinin bəraətverici əsaslar olmadan xitam verilməsi və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi ilə əlaqələndirir." - Onun fərarilik etməsi ilə bağlı məhkum olunması və ya barəsində cinayət təqibinin bəraətverici əsaslar olmadan xitam verilməsi və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi barədə heç bir məlumat mövcud deyil. - Belə olan halda cavabdeh inzibati orqan tərəfindən irəli sürülən onun tələbinin təmin edilməsindən imtina edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu əsaslı hesab oluna bilməz. - Yuxarıda sadalananlardan, işin faktiki hallarından və qanunun tələblərindən görünür ki, onun tələbi haqlıdır. Lakin nə cavabdeh inzibati orqan, nə də məhkəmə bu halları obyektiv qiymətləndirməmiş və sonda ədalətsiz qərar qəbul edilmişdir. - Göründüyü kimi, sadalanan bütün normalar çoxluğu onun xeyrinə çıxış edir və tələbinin təmin edilməsi hər hansı üçüncü şəxslərin hüquqlarını pozmur. Ona gorə də, işə obyektiv baxılaraq birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün apelyasiya şikayəti vermək qərarına gəlmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tərəflərin izahatları
10. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı İddiaçı və onun vəkili İbrahimov Xəyal Rahim oğlu apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli *- *(***)-***/**** nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər.
11. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 8.1.3. İnzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
13. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir.
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli *** saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamə: 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il ######ın #-dən 1994-cü il ###ın ##-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il ## ### tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Respublikasının Strateji X4 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Qeyd. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin halhazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikasının Strateji X4 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir
15. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər.
16. “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 14. Hərbi qulluqçunun həqiqi hərbi xidmətin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır.
17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 2.0.2. İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.2. Qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. 23.1. İnzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
Apellyasiya şikayətinin mümkünlüyü
18. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır, iddiaçı İddiaçı apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edir və birinci instansiya məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı halların qeyd olunmasını zəruri hesab edir.
20. Belə ki, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur.
21. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırki mübahisəyə münasibətdə məhkəmə iddiaçıya aid faktların və digər mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi.
22. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, yuxarıda istinad edilən normaların müddəalarına görə, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, o cümlədən döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə müvafiq aidiyyəti orqanlar tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir.
23. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya müharibə veteranı adının və müvafiq vəsiqəsinin verilməsindən imtina edilməsinin əsası kimi, iddiaçının ##.##.1993-cü il tarixdən ##.##.1994-cü il tarixədək, ##.##.1994-cü il tarixdən ##.##.1995-ci il tarixədək hərbi xidmətinin tam təsdiqlənməməsi göstərilmişdir. Birinci instansiya məhkəməsi də eyni əsasa istinad etməklə iddia tələbini rədd etmişdir.
24. Kollegiya tərəfindən İddiaçı xidmət etdiyi dövrlərdə *** №-li, 730 (703) №-li, *** №-li və N №-li hərbi hissələrin döyüş əməliyyatlarında iştirak edib-etməmələri, etdikləri təqdirdə həmin hərbi hissələrdə xidmət keçmiş hər hansı şəxsə müharibə veteranı adının və vəsiqəsinin verilib-verilməməsi barədə məlumatın, eyni zamanda mübahisələndirilən ##.##.1993-cü ildən ##.##.1994-cü ilədək, ##.##.1994-cü ildən ##.##.1995-ci ilədək dövrlərə dair nizami hissə üzrə əmrlərdən çıxarışları, əmrlər aşkarlanmadıqda ##.##.1996-cı il tarixli *** №-li əmrə əsasən həqiqi hərbi xidmətdən təxris olunduğu halda həmin əmrlərin aşkar edilməməsi səbəbləri barədə məlumatların təqdim edilməsi məqsədi ilə Cavabdeh müvafiq sorğu göndərilmişdir.
25. Cavabdeh Cavabdeh ##.##.2026-ci il tarixli *-**-**/*-***/**** nömrəli sorğuya cavabında bildirmişdir ki, N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: kitab: “1992-1994 İ,M,K,L” səh-47, sıra-147, kitabda adı olan vərəq yararsız hala düşdüyü üçün şəxsi heyətin siyahısına daxil olma qrafasında hərbi hissə komandirinin əmrinin nömrəsi və şəxsi heyətin siyahısından çıxarılması qrafasında olan məlumatlar tam oxunmur) Qəbələ RHKdan çağırılmış İddiaçı komandirin ##.##.1992-ci il tarixli əmrilə şəxsi heyətin siyahısına daxil olması və komandirin ##.##.1994-cü il tarixli N №-li əmrilə hərbi hissənin siyahısından çıxarılması barədə məlumat vardır. - Qəbələ RHK-dan həqiqi hərbi xidmət keçmək üçün çağırılmış, 1974-cü il təvəllüdlü İddiaçı 731 (N) №-li hərbi hissə komandirinin ##.##.1992-ci il tarixli ** №-li əmrilə (əsas: §-1, səh-52, sıra-15) ##.##.1992-ci il tarixdən hərbi hissənin şəxsi heyətin siyahısına, bütün növ təminatlara salınmış, “sıravi” hərbi rütbəsi verilmiş və 3-cü MAB-ın 1-ci MAT-da atıcı vəzifəsinə təyin olunmuşdur. - 730 (N) №-li hərbi hissə komandirinin ##.##.1993-cü il tarixli * №-li əmrində (əsas: §-2, səh-15, sıra-19, əmrdə vəzifəsi yazılmamışdır) N №-li hərbi hissə komandirinin əmrinə əsasən, N №-li hərbi hissənin şəxsi heyətindən silinərək hərbi borclarını davam etdirmək üçün N №-li hərbi hissəyə keçirilmiş və ##.##.1993-cü il tarixdən bütün növ təminatlara qoyulmuş hərbi qulluqçuların siyahısında, sıravi İddiaçı adı qeyd olunmuşdur. - Qeyd edirlər ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan 731 (N) №-li hərbi hissə komandirinin ##.##.1992 - ##.##.1993-cü il tarixli nizami hissə üzrə əmrlərində, 730 (N) №-li hərbi hissə komandirinin ##.##.1993 - ##.##.1993-cü il nizami hissə üzrə əmrlərində, N №-li hərbi hissə komandirinin aprel-dekabr 1993-cü il, yanvar-mart 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı barəsində əlavə məlumat aşkar olunmamışdır. - N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: kitab: “M” səh- 85, sıra-1009) X1 Məntəqəsindən göndərilmiş, Qəbələ RHK-nın çağırışçısı, 1974-cü il təvəllüdlü İddiaçı hərbi hissə komandirin ##.##.1994-cü il tarixli 7N №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısına salınması barədə məlumat yazılmış, lakin hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə müvafiq qeydiyyat aparılmamışdır. - X1 Məntəqəsindən həqiqi hərbi xidmət keçmək üçün göndərilmiş, 1974-cü il təvəllüdlü, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin ##.##.1994-cü il tarixli ** №-li əmrilə (əsas: §-5, səh-39, sıra-39, əmrdə vəzifəsi yazılmamışdır) hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara salınaraq 2-ci MAT-a təyin olunmuşdur. - Qeyd edirlər ki, N №-li hərbi hissə komandirinin ##.##.1994-##.##.1994-cü il, yanvariyun 1995-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı barəsində əlavə məlumat aşkar olunmamışdır. - N №-li hərbi hissədən xidmətini davam etdirmək üçün gəlmiş, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin ##.##.1995-ci il tarixli *** №-li əmrilə (əsas: §-12, səh-7, sıra-9, əmrdə vəzifəsi yazılmamışdır) ##.##.1995-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara salınaraq 1-ci MAT-a təyin olunmuşdur. - 1-ci MAT-ın əsgəri, sıravi İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin ##.##.1996-cı il tarixli *** №-li əmrinə əsasən, Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətdən ehtiyata tərxis olunduğundan N №-li hərbi hissə komandirinin ##.##.1996-cı il tarixli *** №-li əmrilə (əsas: §-2, səh-28, əmrdə vəzifəsi yazılmamışdır) ##.##.1996-cı il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Qəbələ RHK-a göndərilmişdir. - Qeyd edirlər ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N №-li hərbi hissə komandirinin ##.##.1995-##.##.1995-ci il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin 1995-ci il tarixli şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı barəsində məlumat aşkar edilməmişdir. - Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda 703 (N) №-li hərbi hissənin ##.##.1992-ci il tarixdən ##.##.1994-cü il tarixədək, N №-li hərbi hissənin ##.##.1992-ci il tarixdən ##.##.1994-cü il tarixədək və N №-li hərbi hissənin ##.##.1993-cü il tarixdən ##.##.1994-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat yazılmış, lakin N №-li hərbi hissənin döyüş əməliyyatlarında iştirakı barədə qeydiyyat aparılmamışdır.
26. Kollegiya tərəfindən İddiaçı barəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə, yəni ##.##.1992-ci il tarixdən ##.##.1996-cı il tarixədək hərbi xidmət keçdiyi müddətdə hərbi hissələri özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə cinayət təqibinin həyata keçirilməsi, barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı materialların olub-olmaması barədə (aşkar edildiyi halda təsdiqedici sənədlərin surəti əlavə edilməklə) məlumatların əldə edilməsi Tərtər Hərbi Prokurorluğuna sorğu göndərilmişdir.
27. Tərtər Hərbi Prokurorluğu ##.##.2026-cı il tarixli *-*-***/*-******/**** saylı sorğuya cavabında bildirmişdir ki, ##.##.1974-cü il təvəllüdlü, hazırda Qəbələ rayonu, Cığatelli kəndində qeydiyyatda olmaqla yaşayan vətəndaş İddiaçı ##.##.1992-##.##.1996-cı illərdə hərbi xidmət keçdiyi müddətdə hərbi hissəni özbaşına tərk etmə, fərarilik və ya digər hər hansı bir cinayət əməli törətməsi ilə bağlı barəsində Tərtər Hərbi Prokurorluğunda heç bir təqsirləndirici material araşdırılmamış və ya cinayət işi istintaq olunmamışdır.
28. Həmçinin işə əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin ## ### 1994-cü il tarixli arayışından görünür ki, İddiaçı ## ##### 1994-cü il tarixdən ## ### 1994-cü il tarixədək stasionar müalicədə olmuşdur. Diaqnoz: sol budun aşağı 1/3 səthinin didilmiş güllə yarası.
29. Kollegiya bildirir ki, Müdafiə Nazirliyinin həmin cavabından, həmçinin Mərkəzi Arxivdə saxlanılan “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı”ndan görünür ki, iddiaçının xidmət etdiyi 703 (N) nömrəli hərbi hissə ##.##.1992-ci ildən ##.##.1994-cü ilədək, N nömrəli hərbi hissə ##.##.1992-ci ildən ##.##.1994-cü ilədək, N nömrəli hərbi hissənin ##.##.1993-cü ildən ##.##.1994-cü ilədək döyüş əməliyyatlarında iştirak etmişdir.
30. Kollegiya hesab edir ki, iddiaçının müxtəlif hərbi hissələrdə xidmət keçməsi ilə bağlı arxiv məlumatlarının mövcudluğu, həmin hərbi hissələrin müəyyən dövrlərdə döyüş əməliyyatlarında iştirak etməsinin rəsmi sənədlərlə təsdiq olunması iş üzrə mühüm əhəmiyyət kəsb edən hallardır. Eyni zamanda, iddiaçının xidmət etdiyi hərbi hissələrin nizami hissə üzrə əmrlərində onun barəsində əlavə məlumatların aşkar edilməməsi, həmin şəxsin göstərilən dövrlərdə hərbi xidmət keçməsini və ya döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində olmasını avtomatik olaraq istisna edən hal kimi qiymətləndirilə bilməz.
31. Belə ki, Müdafiə Nazirliyinin cavabında N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında iddiaçının hərbi hissənin şəxsi heyətinə daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə məlumatların olduğu, lakin kitabda adı olan vərəqin yararsız hala düşməsi səbəbindən müvafiq qrafalarda əks olunan məlumatların tam oxunmadığı bildirilmişdir.
32. Müəyyən olunur ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin ##.##.1992-ci il tarixli əmrilə şəxsi heyətin siyahısına daxil olması və komandirin ##.##.1994-cü il tarixli N №-li əmrilə hərbi hissənin siyahısından çıxarılması barədə məlumat vardır.
33. Belə ki, 730 (N) №-li hərbi hissə komandirinin ##.##.1993-cü il tarixli * №-li əmrində (əsas:§-2, səh-15, sıra-19, əmrdə vəzifəsi yazılmamışdır) N №-li hərbi hissə komandirinin əmrinə əsasən, N №-li hərbi hissənin şəxsi heyətindən silinərək hərbi borclarını davam etdirmək üçün N №-li hərbi hissəyə keçirilmiş və ##.##.1993-cü il tarixdən bütün növ təminatlara qoyulmuş hərbi qulluqçuların siyahısında, sıravi İddiaçı adı qeyd olunmuşdur.
34. Daha sonra, N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: kitab: “M” səh-85, sıra-1009) X1 Məntəqəsindən göndərilmiş, Qəbələ RHK-nın çağırışçısı, 1974-cü il təvəllüdlü İddiaçı hərbi hissə komandirin ##.##.1994-cü il tarixli 7N №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısına salınması barədə məlumat yazılmış, lakin hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə müvafiq qeydiyyat aparılmamışdır.
35. İddiaçı N №-li hərbi hissə komandirinin ##.##.1994-cü il tarixli ** №-li əmrilə (əsas: §- 5, səh-39, sıra-39, əmrdə vəzifəsi yazılmamışdır) hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara salınaraq 2-ci MAT-a təyin olunmuşdur.
36. Bundan sonra, N №-li hərbi hissədən xidmətini davam etdirmək üçün gəlmiş, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin ##.##.1995-ci il tarixli *** №-li əmrilə (əsas: §-12, səh- 7, sıra-9, əmrdə vəzifəsi yazılmamışdır) ##.##.1995-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara salınaraq 1-ci MAT-a təyin olunmuşdur.
37. 1-ci MAT-ın əsgəri, sıravi İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin ##.##.1996-cı il tarixli *** №-li əmrinə əsasən, Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətdən ehtiyata tərxis olunduğundan N №-li hərbi hissə komandirinin ##.##.1996-cı il tarixli *** №-li əmrilə (əsas: §-2, səh-28, əmrdə vəzifəsi yazılmamışdır) ##.##.1996-cı il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Qəbələ RHK-a göndərilmişdir.
38. Göründüyü kimi, iddiaçının ##.##.1992-ci ildən ##.##.1996-cı ilədək hərbi xidmət keçməsi müxtəlif tarixli əmrlər, şəxsi heyətin əlifba qeydiyyatı kitabları və digər arxiv sənədləri ilə təsdiq edilir. Həmin sənədlərdən onun xidmətinin müxtəlif dövrlərdə 731 (703), 730 (703), 702 və N nömrəli hərbi hissələrdə davam etdiyi müəyyən olunur.
39. Həmçinin, iddiaçının xidmət etdiyi 703 (730) və N nömrəli hərbi hissələrin müvafiq dövrlərdə döyüş əməliyyatlarında iştirakı Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan rəsmi sənədlərlə təsdiqlənir. Bununla yanaşı, iddiaçının həmin hərbi hissələrin şəxsi heyətində xidmət keçməsi barədə də birbaşa arxiv məlumatları mövcuddur. Bu iki halın birlikdə qiymətləndirilməsi hazırkı mübahisənin düzgün həlli baxımından xüsusi əhəmiyyət daşıyır.
40. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının döyüş əməliyyatlarında iştirakını təsdiq edən məlumatların ayrıca nizami hissə üzrə əmrlərdə aşkar edilməməsinə üstün hüquqi əhəmiyyət verilməsi, digər arxiv sənədlərində olan məlumatların isə onların məzmunu və qarşılıqlı əlaqəsi nəzərə alınmaqla kifayət qədər qiymətləndirilməməsi işin faktiki hallarının tam və hərtərəfli araşdırılması prinsipinin tələblərinə uyğun olmamışdır.
41. Belə ki, inzibati mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi zamanı sübutlar ayrı-ayrılıqda deyil, onların məcmusu və qarşılıqlı əlaqəsi nəzərə alınmaqla qiymətləndirilməlidir. Hazırkı işdə isə iddiaçının hərbi xidmət keçməsi barədə birbaşa arxiv məlumatları, xidmət etdiyi hərbi hissələrin döyüş əməliyyatlarında iştirakına dair rəsmi məlumatlar, onun xidmətinin müxtəlif hərbi hissələrdə davam etməsini təsdiq edən əmrlər və hərbi xidmətdən ehtiyata tərxis olunması barədə sənədlər mövcuddur.
42. Beləliklə, Kollegiya belə nəticəyə gəlir ki, iş üzrə mövcud sübutların məcmu qiymətləndirilməsi iddiaçının ##.##.1992-ci ildən etibarən döyüş əməliyyatlarında iştirak etmiş 703 (730) və N nömrəli hərbi hissələrin şəxsi heyətində hərbi xidmət keçdiyini təsdiq edən kifayət qədər məlumatların mövcudluğunu göstərir. Bu hallara cavabdeh inzibati orqan tərəfindən müharibə veteranı adının və müvafiq vəsiqəsinin verilməsi məsələsinə baxılarkən lazımi hüquqi qiymət verilməmişdir.
43. Kollegiya bildirir ki, cavabdeh inzibati orqanın imtinasının yalnız ayrı-ayrı nizami hissə üzrə əmrlərdə iddiaçı barədə məlumatın aşkar edilməməsinə əsaslandırılması, iş üzrə mövcud digər arxiv sənədləri və rəsmi məlumatlar nəzərə alınmadan, imtinanın hərtərəfli və obyektiv araşdırmanın nəticəsi kimi qəbul edilməsinə imkan vermir.
44. Eyni zamanda, N nömrəli hərbi hissənin döyüş əməliyyatlarında iştirakı barədə arxiv məlumatının olmaması və həmin hərbi hissədə iddiaçının xidmət keçməsinə dair ayrıca məlumatların aşkar edilməməsi nəzərə alınmalı hal olsa da, bu hal iddiaçının bundan əvvəl 703 (730) və N nömrəli hərbi hissələrdə xidmət keçməsinə və həmin hərbi hissələrin müvafiq dövrlərdə döyüş əməliyyatlarında iştirak etməsinə dair mövcud sənədlərin hüquqi əhəmiyyətini aradan qaldırmır.
45. İş materiallarında olan sənədlərdən görünür ki, cavabdeh orqan özü də iddiaçı barəsində müvafiq nizami hissə üzrə əmrlərin olduğunu təsdiq edir, lakin onun barəsində həm etirazda, həm də cavab məktublarında əlavə məlumat aşkar edilmədiyini qeyd edir. Lakin əlavə məlumat dedikdə hansı məlumatları nəzərdə tutduqlarını isə əsaslandırmırlar. Həmçinin, iddiaçı barədə əlavə məlumatın olmamasının onun göstərilən dövrdə hərbi xidmət keçməməsi və ya döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində olmaması barədə qəti nəticə çıxarmaq üçün kifayət edən hal kimi qəbul edilməsi əsaslı deyildir.
46. Beləliklə, aparılmış araşdırmalar və əldə olunmuş rəsmi cavablar göstərir ki, cavabdeh tərəfin imtinasında irəli sürdüyü “iddiaçının hərbi xidmətinin təsdiqlənməməsi” ilə bağlı arqumentlər tam və qəti xarakter daşımır. Əksinə, mövcud arxiv sənədləri İddiaçı müxtəlif hərbi hissələrdə fasiləsiz xidmət keçdiyini, onun xidmətinin konkret əmrlərlə rəsmiləşdirildiyini və xidmət etdiyi hərbi hissələrin döyüş əməliyyatlarında iştirak etdiyini təsdiq edir.
47. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqanın qeyd etdiyi dəlillər iddia tələbinin rədd edilməsi üçün əsas olmamışdır.
48. Belə ki, iddiaçının həmin hərbi hissələrin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etməsini təsdiq edən kifayət qədər sübutlar – sənədlər məhkəmə tərəfindən müəyyən edilərək tədqiq edilmişdir.
49. Öhdəliyin icrası haqqında iddialar üzrə öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsini zəruri edən şərtləri sübut edə bilsə də, cavabdeh orqan iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
50. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Ona görə də iddiaçının apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapır. Odur ki, iddiaçının tələbinin təmin edilməsini istisna edən hər hansı hal aşkar edilmədiyindən cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır.
51. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçıya “Müharibə veteranı” adının və müvafiq vəsiqəsinin verilməsindən imtinaya dair cavabdehin hərəkətləri qanunauyğun olmamışdır. Odur ki, apellyasiya şikayətinin dəlilləri əsaslıdır, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın təmin edilməsinin əsası kimi qəbul edir. Ona görə də, İPM-in 87.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, apellyasiya şikayəti və iddia tələbi təmin edilməlidir.
52. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası
Qərara aldı
İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılaraq iddia təmin edilsin. Cavabdeh Cavabdeh üzərinə iddiaçı İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyi qoyulsun. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.