Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 2-1(3-10)-77/2026 08.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X4 (sədrlik edən, məruzəçi), X2 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Həsənova Səbinə Adil qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər İdarəsinə qarşı «vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsi» tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı Şəki İnzibati Məhkəməsinə müraciət edərək, Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” ##.##.2023-cü il tarixli, **************** nömrəli və Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2023-cü il tarixli, **************** nömrəli qərarlarının ləğv edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir.
2. Şəki İnzibati Məhkəməsinin ## ###### 2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.
3. Bakı İnzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə ərazi aidiyyəti üzrə fikir ayrılığının həll edilməsi məqsədilə iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə iş baxılması üçün ərazi aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilmişdir.
5. Şəki İnzibati Məhkəməsinin ## ##### 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə iş səlahiyyətli məhkəmənin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** saylı qərardadı ilə iddiaçı İddiaçı cavabdehlər Dövlət Vergi Xidmətinə və Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair inzibati iş baxılması üçün ərazi aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı 2022-ci ilin iyun ayında vergi ödəyicisi kimi sahibkarlıq fəaliyyətini dayandırmışdır. Məlumat verilmədən cavabdeh tərəfindən o, ƏDV qeydiyyatına götürülmüş və ona qanunsuz olaraq 39.015,28 manat vergi məbləği hesablanmışdır. Bundan başqa, ondan həmin dövrün gəlir vergisini də ödəmək tələb olunur. İddiaçı # ###### 2023-cü il tarixli qərardakı məbləğlə razılaşmır və cavabdeh * saylı Ərazi Vergilər İdarəsinin həmin qərarını, eləcə də Dövlət Vergi Xidmətinin inzibati şikayətin təmin edilməməsi haqqında ## ###### 2023-cü il tarixli qərarını mübahisələndirir.
8. Cavabdeh orqan iddia tələbinə etirazı onunla əsaslandırmışdır ki, iddiaçının obyektində keçirilmiş ## #### 2022-ci il tarixli operativ vergi nəzarəti tədbirinin nəticəsinə əsasən 216.751,57 manat məbləğində malların obyektdə olmadığı müəyyən edilmişdir ki, bu hal Vergi Məcəlləsinin 67.15 və 155.1-ci maddələrinə əsasən ƏDV-yə cəlb olunan əməliyyat hesab edilmişdir. Qeyd edilən kənarlaşma ilə bağlı fərdi sahibkara vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” ## ###### 2023-cü il tarixli məktub göndərilərək müvafiq sənədlər (bəyannamə, əsaslandırılmış izahat və s.) tələb edilsə də, vergi ödəyicisi tərəfindən hər hansı sənəd təqdim olunmadığından, Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinə əsasən 2022-ci ilin iyun ayı üzrə ƏDV bəyannaməsi üzrə 39.015,80 manat vergi hesablanaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **************** nömrəli ## ###### 2023cü il tarixli qərar qəbul olunmuş və bu qərar vergi ödəyicisinə göndərilmişdir. Bundan sonra, həmin qərara əsasən vergi orqanı tərəfindən əvvəl qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ## ###### 2023-cü il tarixli **************** nömrəli qərarla hesablanmış 39.015,80 manat vergi məbləği azaldılaraq dəqiqləşmələr aparılmış və 2022-ci ilin iyun ayı ƏDV bəyannaməsi üzrə 33.063,80 manat vergi məbləği hesablanaraq, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **************** nömrəli # ###### 2023-cü il tarixli qərar qəbul olunmuş və bu qərar vergi ödəyicisinə göndərilmişdir. Fərdi sahibkar tərəfindən 2022-ci il ərzində elektron qaimə fakturalar əsasında hər hansı mal, iş və xidmətlərin təqdim edilmədiyi, müvafiq dövr ərzində 78.000,6 manat (ƏDV-siz) dəyərində (o cümlədən iyun ayında 9.782,2 manat) müxtəlif ərzaq məhsulları və tütün məmulatlarının əldə edildiyi, idxal və ixrac əməliyyatlarının aparılmadığı aşkar edilmişdir. Bundan əlavə vergi orqanı tərəfindən ## #### 2022-ci il tarixdən ## #### 2022-ci il tarixədək fərdi sahibkarın Ucar rayonunun Pirkənd kəndində yerləşən “qarışıq mallar mağazası”nda keçirilmiş operativ vergi nəzarətinin nəticələrinə əsasən 2021-ci ilin 4cü rübü üzrə sadələşdirilmiş vergi bəyannaməsinin “Əlavə 1” hissəsinin mallar sətrində dövrün sonuna 211.657,57 manat mal qalığının olduğu, # ###### 2022-ci il tarixdən ## #### 2022-ci il olan dövr ərzində 57.976,06 manat dəyərində malın əldə edildiyi, 2022-ci ilin 1-ci rübü üzrə sadələşdirilmiş vergi bəyannaməsində 10.000 manat dövriyyə məbləğinin bəyan edildiyi və ## #### 2022-ci il tarixli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərara əsasən 44.050 manat dəyərində mal qalığının olduğu müəyyən edilmişdir. Nəticədə nəzarət tədbiri keçirilən dövrün sonuncu gününə 216.751,57 manat dəyərində malların vergi ödəyicisinin təsərrüfat subyektində mövcud olmadığı aşkar olunmuş və bu barədə vergi ödəyicisinə # #### 2022-ci il tarixli bildiriş göndərilmişdir. 2022-ci il ərzində fərdi sahibkarın bank hesabına hesabın möhkəmləndirilməsi təyinatı üzrə 29.491,7 manat vəsaitin (o cümlədən iyun ayı üzrə 6.901 manat) mədaxil olduğu, ƏDV-nin depozit hesabına hər hansı vəsaitin daxil olmadığı, onlayn kassa məlumatlarına əsasən müvafiq dövr ərzində 4.446,98 manat dəyərində (o cümlədən iyun ayında 2.459,43 manat) satış əməliyyatlarının aparıldığı müəyyən edilmişdir. Həmçinin, fərdi sahibkarın # ####### 2022-ci il tarixdən fəaliyyətinin dayandırılmasına baxmayaraq, ## #### 2022-ci il tarixdən etibarən ƏDV qeydiyyatına alındığı və operativ vergi nəzarəti tədbiri keçirilən dövrə 216.751,57 manat dəyərində mal qalığının vergi ödəyicisinin təsərrüfat subyektində aşkar edilmədiyi əsas götürülərək kameral vergi yoxlaması ilə vergi orqanı tərəfindən 2022-ci ilin iyun ayı üçün ƏDV bəyannaməsi üzrə 33.063,8 manat əlavə vergi məbləği hesablanmışdır. Vergi ödəyicisinin ƏDV bəyannaməsi üzrə 2022-ci ilin iyun ayı üçün 39.015,28 manat hesablanmış vergi məbləğinin ləğv edilməsi ilə əlaqədar ## ### 2023-cü il və ## #### 2023-cü il tarixli inzibati şikayətləri Dövlət Vergi Xidmətinin ## ###### 2023-cü il tarixli **************** nömrəli “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərarı ilə təmin edilməmişdir. Vergi orqanı tərəfindən keçirilən operativ vergi nəzarəti tədbiri zamanı vergi ödəyicisinin uçot məlumatlarında göstərilən və dəyəri 200.000 manatdan yuxarı olan malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə, təqdim edilən mallar bir əqd və ya müqavilə üzrə təqdim edilmiş hesab edilməklə ƏDV-yə cəlb olunur və vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə hesablanır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparır. Vergi ödəyicisinin hazırkı iddianı qaldırması vergi orqanı tərəfindən ona hesablanmış vergi məbləğlərini ödəməkdən yayınmaq üçün özünümüdafiə məqsədi daşıyır. Qeyd olunanları nəzərə alaraq, məhkəmədən iddianın təmin edilməməsi xahiş olunur.
9. Şəki İnzibati Məhkəməsinin (hakim Etibar Mustafayev) ## ###### 2025-ci il tarixli *- *(***)-***/**** nömrəli qərardadı ilə iddia “cavabdeh Dövlət Vergi Xidmətinə qarşı inzibati şikayətin təmin edilməməsi haqqında ## ###### 2023-cü il tarixli **************** nömrəli qərarın ləğv edilməsi” hissəsində mümkün sayılmamışdır.
10. Şəki İnzibati Məhkəməsinin (hakim Etibar Mustafayev) ## ###### 2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilərək, cavabdeh Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” # ###### 2023-cü il tarixli **************** nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır.
11. Məhkəmə qeyd etmişdir ki, iddiaçı İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 2309020130697200 # ###### 2023-cü il tarixli qərarın ləğv edilməsi tələbinə dair iddiası mahiyyəti üzrə uğurludur, yəni əsaslıdır. Məhkəmənin qənaətinə görə cavabdehin 2309020130697200 # ###### 2023-cü il tarixli qərarı qanuna ziddir. - Hazırkı işin hallarında 2022-ci ilin iyun ayı üçün əlavə dəyər vergisi üzrə bəyannamənin ## #### 2022-ci il tarixdən sonrakı vaxtda, yəni qanunla müəyyən olunmuş tarixdən gec təqdim edilməsi ilə bağlı hər hansı xüsusat müəyyən edilmir. İddiaçının həmin dövr üçün sonradan dəqiqləşmiş bəyannamə təqdim etməməsi də işin mübahisəsiz halına aiddir. - Bundan başqa məhkəmə qeyd etmişdir ki, hazırkı mübahisənin halları üzrə operativ vergi nəzarəti ilə müəyyən edilmiş hal əsas götürülməklə 6 aydan artıq vaxt keçdikdən sonra kameral vergi yoxlamasına başlamaq və bu yoxlama çərçivəsində həmin halla bağlı zəruri sənədlər və əsaslandırılmış izahat tələb olunması Vergi Məcəlləsi ilə kameral vergi yoxlamasının keçirilmə qaydasına tamamilə ziddir. Bu, yoxlamanın həm “yerlərə getmədən”, həm də “keçirilmə müddəti” kriteriyaları ilə uyğunsuzluq təşkil edir. İnzibati orqan olaraq vergi orqanı vergi nəzarəti formalarını seçməkdə sərbəst olsa da, operativ vergi nəzaəri tədbirini və yoxlamanı müvafiq müddətdə başa çatdırmalı və onun nəticəsinin rəsmiləşdirilməsini təmin etməli idi. Halbuki, hazırkı iddiaçının sahibkarlıq fəaliyyəti üzrə vergi orqanının ziddiyyətli xüsusat kimi qiymətləndirdiyi hal, ona kameral vergi yoxlamasının keçirilməsindən 6 aydan artıq vaxt əvvəldən məlum olmuşdur. - Bununla da, cavabdeh orqan ## ###### 2023-cü il tarixli **************** nömrəli qərarı qəbul edərkən Vergi Məcəlləsinin 37.2-ci maddəsinin, «İnzibati icraat haqqında» Qanunun 11 və 48.1-ci maddələrinin tələbləri pozulmuşdur. - Bundan sonra sözügedən ## ###### 2023-cü il tarixli **************** nömrəli qərarla hesablanmış 39.015,80 manat vergi məbləği azaldılaraq dəqiqləşdirmələr aparılmaqla 2022ci ilin iyun ayı ƏDV bəyannaməsi üzrə 33.063,80 manat vergi məbləği hesablanaraq, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **************** nömrəli # ###### 2023-cü il tarixli qərar qəbul olunsa da, sonuncu qərarın qəbulu üçün hansı normaya istinadən bu dəqiqləşmənin aparılmasını müəyyən etmək olmur. Sübutetmə yükü daşıyan cavabdeh orqan # ###### 2023-cü il tarixli qərarın qəbulu əsasını təqdim edə bilməmişdir. Vergi ödəyicinin əlavə bəyannamə verməsi barədə xüsusat müəyyən olunmur. - Vergi orqanlarının fəaliyyətində formalaşmış inzibati praktika nəzərə alınmaqla “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” # ###### 2023-cü il tarixli **************** nömrəli qərar qəbul olunarkən ## ###### 2023-cü il tarixli **************** nömrəli qərarın özü də qüvvəsini itirmiş olur. Lakin qeyd olunmalıdır ki, hər bir halda “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ## ###### 2023-cü il tarixli qərar qanunsuz olduğu halda, vergi orqanının onun əsasında dəqiqləşmə aparmaqla qəbul etdiyi # ###### 2023-cü il tarixli qərar da qanunsuz sayılmalıdır. - Göstərilənlərlə yanaşı qeyd olunmalıdır ki, «İnzibati icraat haqqında» Qanunun 58.2ci maddəsinə görə inzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. Həmin Qanunun 58.3-cü maddəsinə görə inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. Həmin Qanunun 61.1ci maddəsinə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən, istinad olunan qanunlar və digər normativ-hüquqi aktlar göstərilməlidir. Həmin Qanunun 61.4-cü maddəsinə görə inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. - Məhkəmə xüsusilə vurğulayır ki, cavabdeh inzibati orqanın # ###### 2023-cü il tarixli **************** nömrəli qərarı – əlverişsiz inzibati aktı yazılı şəkildə tam olaraq əsaslandırmamışdır. Həmin inzibati aktın özündə inzibati orqan yalnız Vergi Məcəlləsinin 59.1, 62-ci maddələrinə və İPM-in 38.1-ci maddələrinə (vergi borcu üzrə faizlərin hesablanması və qərardan şikayətlə bağlı müddəalar əks olunmuş) istinad etməklə kifayətlənmiş, inzibati icraatda vergi borcuya dair qərar qərar qəbul olunarkən hesablamanın səbəblərini və düstürunu aydın şəkildə göstərməmişdir. Qanunvericiliklə («İnzibati icraat haqqında» Qanunun 61.5-ci maddəsində nəzərdə tutulmuş) inzibati aktın əsaslandırılmasının tələb olunmadığı hallar isə, hazırkı mübahisələndirilən inzibati aktın qəbulu ilə uzlaşmır. - Bununla da məhkəmə hesab etmişdir ki, cavabdeh inzibati orqan Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər İdarəsinin vergi ödəyicisi kimi hazırkı iddiaçı İddiaçı münasibətdə apardığı kameral vergi yoxlamasının nəticələri üzrə qəbul etdiyi # ###### 2023cü il tarixli **************** nömrəli qərar vergi qanunvericiliyinin tələbləri pozulmaqla qəbul edildiyindən, qanunsuzdur. - Həmçinin məhkəmənin qənaətinə görə mübahisələndirilən inzibati akt (# ###### 2023cü il tarixli **************** nömrəli qərar) qanuna zidd sayılmaqla yanaşı, onun qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Çünki, qəbul edilmiş həmin akt iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borcunun ödəmək öhdəliyi yaranır. Halbuki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz.
12. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər İdarəsi həmin qərardan apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə verərək Şəki İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-***/**** saylı qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
13. Cavabdeh orqanın apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, uçot-baza məlumatlarına əsasən fərdi sahibkarın ##.##.2015-ci il tarixdə vergi ödəyicisi kimi uçota alındığı, ##.##.2022-ci il tarixdən dövriyyənin 200000,00 manatdan artıq olması ilə bağlı vergi orqanı tərəfindən məcburi qaydada ƏDV məqsədləri üçün qeydiyyata alındığı və əsas fəaliyyət növünün “Sair ərzaq məhsullarının pərakəndə satışı”ndan ibarət olduğu müəyyən edilmişdir. - Həmçinin fərdi sahibkarın ##.##.2022-ci il tarixdən fəaliyyətinin dayandırılmasına baxmayaraq ##.##.2022-ci il tarixindən etibarən ƏDV qeydiyyatına alındığını və operativ vergi nəzarəti tədbiri keçirilən dövrə 216751,57 manat dəyərində mal qalığının vergi ödəyicisinin təsərrüfat subyektində aşkar edilmədiyi əsas götürülərək kameral vergi yoxlaması ilə vergi orqanı tərəfindən 2022-ci ilin iyun ayı üçün ƏDV bəyannaməsi üzrə 39015,8 manat əlavə vergi məbləği hesablanmışdır. - Qeyd edilən kənarlaşma ilə bağlı fərdi sahibkara vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” ##.##.2023cü il tarixli **************** nömrəli məktub göndərilərək müvafiq bəyannaməlar və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən müvafiq bəyannamə, araşdırma üçün zəruri olan sənədlər və əsaslandırılmış izahat məktubu təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən, 2022-ci ilin iyun ayı üzrə əlavə dəyər vergisi bəyannaməsi üzrə 39015,80 manat vergi hesablanaraq, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2023cü il tarixli **************** nömrəli nömrəli Qərar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir. - Bundan sonra həmin qərara əsasən vergi orqanı tərəfindən əvvəl qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2023cü il tarixli **************** nömrəli qərarla hesablanmış 39015,80 manat vergi məbləği azaldılaraq dəqiqləşdirilmələr aparılmış və 2022-ci ilin iyun ayı ƏDV bəyannaməsi üzrə 33063,80 manat vergi məbləği hesablanaraq, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2023-cü il tarixli **************** nömrəli Qərar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir. - Əlavə olaraq vergi ödəyicisi əlavə dəyər vergisi bəyannaməsi üzrə 2022-ci ilin iyun ayı üçün 39015,8 manat hesablanmış vergi məbləğinin ləğv edilməsi ilə əlaqədar İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət etmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ##.##.2023-cü il tarixli **************** nömrəli “İnzibati şikayətin təmin edilməməsi” qərarı ilə İddiaçı ##.##.2023-cü il və ##.##.2023-cü il tarixli inzibati şikayətləri təmin edilməmişdir. - Hesab edirlər ki, işə baxan birinci instansiya məhkəməsi mübahisənin ədalətli həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırmış, məhkəmə baxışı zamanı qanunvericiliyin tələblərini tam araşdırmamış, maddi və prosessual hüquq normalarını yanlış tətbiq etməklə iddia tələbinin təmin olunması üzrə qanuni və əsaslı olmayan qərar qəbul etmişdir. - Hesablamaların əsasları ilə bağlı aşağıdakıları bildirirlər: - Uçot-baza məlumatlarına əsasən ##.##.2022-ci il tarixə fərdi sahibkarın sahibliyində 216751,57 manat (ƏDV-li) məbləğində mal qalığının olmasına, ##.##.2022-ci il tarixdən ##.##.2022-ci il tarixədək fərdi sahibkarın Ucar rayonunun Pirkənd kəndində yerləşən Qarışıq mallar mağazasında keçirilmiş operativ vergi nəzarətinin nəticələrinə əsasən 2021-ci ilin 4-cü rübü üzrə sadələşdirilmiş vergi bəyannaməsinin Əlavə 1 hissəsinin mallar sətrində dövrün sonuna 211657,57 manat mal qalığının olduğu, ##.##.2022-ci ildən ##.##.2022-ci il tarixədək olan dövr ərzində 57976,06 manat dəyərində malların əldə edildiyi, 2022-ci ilin 1-ci rübü üzrə sadələşdirilmiş vergi bəyannaməsində 10000,0 manat dövriyyə məbləğinin bəyan edildiyi və * saylı Ərazi Vergilər İdarəsinin “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” ##.##.2022ci il tarixli ************** nömrəli qərarı əsasında fərdi sahibkarın sahibkarlıq fəaliyyəti göstərdiyi Ucar rayonu, Pirkənd kəndində yerləşən Qarışıq mallar mağazasında keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı ümumi alış dəyəri 44050,0 manat olan malların sənəd əsasında əldə edildiyinin aşkar edildiyi, nəticəsinin ##.##.2022-ci il tarixli DVX seriyalı ****** nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” aktla rəsmiləşdirildiyi və qeyd olunan aktın vergi ödəyicisi tərəfindən imzalanmadığı müəyyən edilmişdir. - Eyni zamanda aparılan araşdırmalar zamanı 2022-ci il ərzində fərdi sahibkarın bank hesabına hesabın möhkəmləndirilməsi təyinatı üzrə 29491,7 manat vəsaitin (o cümlədən iyun ayı üzrə 6901,0 manat) mədaxil olduğu, ƏDV-nin Depozit hesabına hər hansı vəsaitin daxil olmadığı, onlayn kassa məlumatlarına əsasən isə müvafiq dövr ərzində 4446,98 manat dəyərində (o cümlədən iyun ayında 2459,43 manat) satış əməliyyatlarının aparıldığı müəyyən edilmişdir. - Bundan əlavə, araşdırma zamanı fərdi sahibkara məxsus olan Ucar rayonunun Pirkənd kəndində yerləşən təsərrüfat subyektində (obyektində) * saylı Ərazi Vergilər İdarəsi tərəfindən ##.##.2023-cü il tarixdə həyata keçirilmiş müşahidə baxış zamanı qeyd olunan təsərrüfat subyektində (obyektində) fiziki şəxs X1 (VÖEN: **********) fəaliyyət göstərdiyi və həmin şəxsin bundan əvvəl İddiaçı yanında əmək müqaviləsi əsasında satıcı kimi işlədiyi müəyyən edilmişdir ki, bu hal da VÖEN dəyişmə əməliyyatı aparılmaqla vergi üstünlüyünün əldə edilməsinə əsas verir. - Məhkəmə qərarını belə əsaslandırmışdır ki, hazırkı mübahisənin halları üzrə operativ vergi nəzarəti ilə müəyyən edilmiş hal əsas götürülməklə 6 aydan artıq vaxt keçdikdən sonra kameral vergi yoxlamasına başlamaq və bu yoxlama çərçivəsində həmin halla bağlı zəruri sənədlər və əsaslandırılmış izahat tələb olunması Vergi Məcəlləsi ilə kameral vergi yoxlamasının keçirilmə qaydasına tamamilə ziddir. Bu, yoxlamanın həm “yerlərə getmədən”, həm də “keçirilmə müddəti” kriteriyaları ilə uyğunsuzluq təşkil edir. İnzibati orqan olaraq vergi orqanı vergi nəzarəti formalarını seçməkdə sərbəst olsa da, operativ vergi nəzarəti tədbirini və yoxlamanı müvafiq müddətdə başa çatdırmalı və onun nəticəsinin rəsmiləşdirilməsini təmin etməli idi. Halbuki, hazırkı iddiaçının sahibkarlıq fəaliyyəti üzrə vergi orqanının ziddiyyətli xüsusat kimi qiymətləndirdiyi hal, ona kameral vergi yoxlamasının keçirilməsindən 6 ay əvvəl məlum olmuşdur. Bununla da, cavabdeh orqan ## ###### 2023-cü il tarixli **************** nömrəli qərarı qəbul edərkən Vergi Məcəlləsinin 37.2-ci maddəsinin, «İnzibati icraat haqqında» Qanunun 11 və 48.1-ci maddələrinin tələbləri pozulmuşdur. - Qeyd olunan dəlilə münasibət bildirirərək qeyd etmək istərdilər ki, vergi öhdəliyinin yerinə yetirilməsi müddətləri və həmin müddətlərin dəyişdirilməsi Vergi Məcəlləsinin 85-ci maddəsində təsbit edilmişdir. Həmin Məcəllənin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə (səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. - Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. - Qeyd olunan maddənin məzmunundan aydın olur ki, vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq vergi orqanının hüququdur və heç bir məhdudiyyət Vergi Məcəlləsində nəzərdə tutulmayıb. - Məhkəmə həmçinin qərarında qeyd edir ki, ## ###### 2023-cü il tarixli **************** nömrəli qərarla hesablanmış 39.015,80 manat vergi məbləği azaldılaraq dəqiqləşdirmələr aparılmaqla 2022-ci ilin iyun ayı ƏDV bəyannaməsi üzrə 33.063,80 manat vergi məbləği hesablanaraq, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **************** nömrəli # ###### 2023-cü il tarixli qərar qəbul olunsa da, sonuncu qərarın qəbulu üçün hansı normaya istinadən bu dəqiqləşmənin aparılmasını müəyyən etmək olmur. Sübutetmə yükü daşıyan cavabdeh orqan # ###### 2023-cü il tarixli qərarın qəbulu əsasını təqdim edə bilməmişdir. Vergi ödəyicinin əlavə bəyannamə verməsi barədə xüsusat müəyyən olunmur. - Bildirirlər ki, * saylı Ərazi Vergilər İdarəsinin “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” ##.##.2022-ci il tarixli ************** nömrəli qərarı əsasında operativ vergi nəzarəti keçirilən dövrə 216751,57 manat dəyərində mal qalığının vergi ödəyicisinin təsərrüfat subyektində aşkar edilmədiyi əsas götürülərək kameral vergi yoxlaması ilə vergi orqanı tərəfindən 2022-ci ilin iyun ayı üçün ƏDV bəyannaməsi üzrə 216751,57 x 18% = 39015,8 manat əlavə vergi məbləği hesablanmışdır. Sonradan vergi orqanı tərəfindən dəqiqləşdirmələr aparılmaqla həmin ƏDV-li məbləğ (216751,57) azaldılaraq (malın dəyərindəki ƏDV məbləği ümumi dəyərdən çıxılaraq) ((216751,57 x 100)/ 118 = 183687,8) qalan məbləğə (183687,8 x 18% = 33063,8) Vergi Məcəlləsinin 173.1-ci maddəsinə əsasən ƏDV hesablanaraq, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2023-cü il tarixli **************** nömrəli Qərar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir. - Məhkəmə həmçinin qərarında qeyd edir ki, cavabdeh inzibati orqanın # ###### 2023cü il tarixli **************** nömrəli qərarını əlverişsiz inzibati akt hesab edilməklə yazılı şəkildə tam olaraq əsaslandırılmamışdır. Həmin inzibati aktın özündə inzibati orqan yalnız Vergi Məcəlləsinin 59.1, 62-ci maddələrinə və İPM-in 38.1-ci maddələrinə (vergi borcu üzrə faizlərin hesablanması və qərardan şikayətlə bağlı müddəalar əks olunmuş) istinad etməklə kifayətlənmiş, inzibati icraatda vergi borcuna dair qərar qərar qəbul olunarkən hesablamanın səbəblərini və düstürunu aydın şəkildə göstərməmişdir. Qanunvericiliklə («İnzibati icraat haqqında» Qanunun 61.5-ci maddəsində nəzərdə tutulmuş) inzibati aktın əsaslandırılmasının tələb olunmadığı hallar isə, hazırkı mübahisələndirilən inzibati aktın qəbulu ilə uzlaşmır. - Həmçinin məhkəmənin qənaətinə görə mübahisələndirilən inzibati akt (# ###### 2023cü il tarixli **************** nömrəli qərar) qanuna zidd sayılmaqla yanaşı, onun qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Çünki, qəbul edilmiş həmin akt iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borcunu ödəmək öhdəliyi yaradır. Halbuki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. - Qeyd olunanlarla bağlı hesab edirlər ki, həmin normanın tələbləri pozulmamışdır. Həmçinin Vergi Məcəlləsi ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi iddiaçının üzərinə qoyulmadığı təqdirdə məhkəmənin Vergi Məcəlləsinin 3.8-ci maddəsini şablon olaraq iş üzrə tətbiq etməsi məhkəmə qərarının əsaslandırılması tələbi baxımından yolverilməzdir. Eyni zamanda bildirirlər ki, Vergi Məcəlləsinin 3.8-ci maddəsi ümumiyyətlə vergi orqanlarına və onların apardıqları yoxlamalara tətbiq edilmir. Həmin müddəa Vergi Məcəlləsini, eləcə də bu Məcəlləyə əlavə və dəyişikliklərə edən qanunverici orqana şamil olunur və qanunvericilik prosesində riayət olunması məcburi olan normadır. Beləliklə bu formada, yəni bəsit şəkildə və şübhə doğuracaq anlamda məhkəmə tərəfindən əsaslandırma aparılması tərəfin yekun məhkəmə qərarının şübhə doğurmaması hüququnu pozur, qərəzli və ədalətsiz davranışını ortaya qoyur. - Bundan əlavə, bir daha qeyd olunur ki, ədalətli məhkəmə araşdırması hüququ qanunun aliliyi işığında şərh olunmalıdır. Məhkəmə aktının əsaslandırılması tələbi əsaslandırmanın şübhə doğurmayacaq şəkildə həyata keçirilməsini tələb edir. Beləliklə, məhkəmə maddi və prosessual hüquq normasının tətbiq və təfsir olunmasında yanlışlara yol vermiş və nəticə etibarı ilə yalnışa söykənən qənaət onun qərarının hüquqi əsaslandırılmasını təşkil etmişdir. Qeyd olunan hallar məhkəmə tərəfindən ətraflı araşdırılmamışdır. Göründüyü kimi birinci instansiya məhkəməsi sözügedən dəlilləri irəli sürərkən iş üzrə heç bir araşdırma aparmamış, heç bir tutarlı səbəb göstərməmiş, sadəcə Vergi Məcəlləsinin müvafiq maddələrini əsas gətirərək qərara köçürülməklə kifayətlənmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14 Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
Tərəflərin izahatları
15. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavənin məzmunua uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-***/**** saylı qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdi.
16. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahat verərək şikayətin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 73. Vergilər və başqa dövlət ödənişləri İ. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. II. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz.
18. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
19. Azərbaycan Respublikası Vergi Məcəlləsi: Maddə 16. Vergi ödəyicisinin vəzifələri Maddə 16.1 və 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. 16.1.3. qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq; Maddə 24. Vergi orqanlarının vəzifələri Maddə 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 58. Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları 58.4. bu Məcəllənin 155-ci maddəsinə müvafiq olaraq vergi ödəyicisi tərəfindən ƏDV üzrə qeydiyyat məcburi olduğu halda, qeydiyyat olmadan fəaliyyət göstərilməsinə görə vergi ödəyicisinə ƏDV üzrə qeydiyyat olmadan fəaliyyət göstərdiyi bütün dövr ərzində büdcəyə ödənilməli olan ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Maddə 67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları 67.15. Vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti (o cümlədən üfüqi monitorinq) zamanı vergi ödəyicisinin uçot məlumatlarında (mühasibat uçotu və ilkin uçot sənədlərində) göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. Bu maddənin məqsədləri üçün təqdim edilən mallar bir əqd və ya müqavilə üzrə təqdim edilmiş hesab edilir. Maddə 73. Ödəmələr haqqında məlumatın verilməsi Görülmüş işlərin və ya göstərilmiş xidmətlərin haqqını ödəyən, yaxud hər hansı digər ödəmələr aparan şəxs, qanunla müəyyən edilmiş hallarda və qaydada ödənilmiş məbləğlər haqqında vergi orqanına məlumat verməlidir. Maddə 85. Vergi öhdəliyinin yerinə yetirilməsi müddətləri və həmin müddətlərin dəyişdirilməsi 85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Maddə 153. Əlavə dəyər vergisi anlayışı 153.1. Əlavə dəyər vergisi (bundan sonra - ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaiməfakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Maddə 155. Qeydiyyata dair ərizə verilməsinin tələb edilməsi 155.1. Sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər, o cümlədən bu Məcəllənin 218.1-ci maddəsi ilə müəyyən edilmiş hüquqdan istifadə etməyən ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər (bu Məcəllənin 218.4.1-ci, 218.4.2-ci və 218.4.3cü maddələrində göstərilənlər istisna olmaqla) bu Məcəllənin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. Bir əqd və ya müqavilə üzrə əməliyyatın ümumi dəyəri 200.000 manatdan artıq olduqda, bu əməliyyat ƏDV tutulan əməliyyat sayılır və həmin əməliyyatı həyata keçirən şəxs bu əməliyyatın aparıldığı günədək ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. Bu Məcəllənin 218.1.2-ci maddəsində göstərilən şəxslər həmin maddədə müəyyən edilmiş hüquqdan istifadə etdikdə ardıcıl 12 aylıq dövrün istənilən ayında vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatı keçdiyi aydan sonrakı ayın 1-dən etibarən 10 gün ərzində fəaliyyətlərini sadələşdirilmiş vergi ödəyicisi kimi davam etdirəcəkləri barədə vergi orqanına yazılı formada ərizə təqdim etməlidirlər. Maddə 157. Qeydiyyat 157.3. Qeydiyyat hansı tarixin əvvəl başlanmasından asılı olaraq aşağıdakı tarixlərin birində qüvvəyə minir: 157.3.1. məcburi qeydiyyat zamanı: - ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manatdan artıq olduqda - növbəti ayın birinci günündə; - bir əqd və ya müqavilə üzrə ƏDV-yə cəlb olunan əməliyyatın ümumi dəyəri 200.000 manatdan artıq olduqda - əməliyyatın aparıldığı günədək; 157.3.2. könüllü qeydiyyat zamanı - qeydiyyat haqqında ərizənin verildiyi aydan sonrakı hesabat dövrünün birinci günündə. 157.3.3. Bu Məcəllənin 85.4-cü maddəsi ilə müəyyən edilmiş 3 il müddətindən çox olmamaqla, vergi ödəyicisinin qeydiyyat haqqındakı ərizəsində göstərilən tarixdə. Bu Məcəllənin 85.4-cü maddəsində göstərilən 3 illik dövr bitdikdən sonra vergi ödəyicisi tərəfindən ƏDV-nin dəqiqləşdirilməsinə və əvəzləşdirilməsinə yol verilmir. 157.5. ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçməyə borclu olan, lakin qeydiyyat üçün ərizə verməyən vergi ödəyicisini vergi orqanı öz təşəbbüsü ilə qeydiyyata alır və ona müvafiq qeydiyyat bildirişi göndərir. Maddə 159. Vergitutma obyekti 159.7. Bu maddənin digər müddəalarından asılı olmayaraq, malları ƏDV-nə cəlb edilən əməliyyatlar nəticəsində əldə edən, lakin bu malları əldə edərkən, bu Məcəllənin 175-ci maddəsinə əsasən ƏDV-ni əvəzləşdirməyə hüququ olmayan şəxsin həmin malları göndərməsinə vergi tutulan əməliyyat kimi baxılmır. Əgər mallar əldə edilərkən əvəzləşdirilməsinə qismən yol verilməmişdirsə, vergi tutulan əməliyyatın məbləği əvəzləşdirmənin qismən yol verilməmiş payına mütənasib olaraq azaldılır. Verilmiş kreditin təminatı kimi bankın və ya digər kredit təşkilatının xeyrinə ipoteka ilə yüklü edilmiş və hərrac yolu ilə bankın və ya digər kredit təşkilatının mülkiyyətinə keçmiş, habelə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamə əsasında əldə olunmuş əmlakın təqdim edilməsi verilmiş kreditlər üzrə ödənilməyən əsas borc dəyəri həddində vergi tutulan əməliyyat sayılmır. 159.8. ƏDV ödəyicisi kimi qeydiyyatdan keçməyən şəxslərin ƏDV tətbiq etməklə aparılan əməliyyatları, habelə ƏDV-dən azad edilən və ya sıfır (0) dərəcə ilə ƏDV-yə cəlb edilən, lakin ƏDV tətbiq etməklə aparılan əməliyyatları vergitutma obyektidir. Maddə 175. Büdcəyə ödəmələr müəyyən edilərkən əvəzləşdirilən ƏDV 175.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank və digər ödəniş hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi, təqdim edilmiş malların (işlərin, xidmətlərin) dəyəri üzrə yaranmış maliyyə öhdəliklərinin qarşılıqlı şəkildə əvəzləşdirilməsi və ya notariusun depozit hesabı vasitəsilə həyata keçirilən əməliyyatlar üzrə əməliyyatın dəyərinin notariusun bankda açdığı depozit hesabına ödənilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına ödənilməsinə bərabər tutulur. Bu zaman əvəzləşdirilən ƏDVnin vaxtı aşağıdakı kimi müəyyənləşdirilir: 175.1.1. hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə - alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt; 175.1.2. hesabat dövrü ərzində malların idxalı üzrə - bu Məcəllənin 170-ci maddəsinə uyğun olaraq. 175.1.3. vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə iki və ya daha çox ödəmə aparılarsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən bir iş günü müddətində, ƏDV-nin məbləği bu Məcəllə ilə və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada ödənilməlidir. Bu zaman malların (iş və xidmətlərin) dəyəri üzrə iki və ya daha çox ödəmə aparılarsa, ƏDV-nin məbləği aparılmış ödəniş məbləğinə uyğun olaraq ƏDV-nin depozit hesabına ödənilməlidir. Mallar, işlər və xidmətlərlə bağlı xərclər istehsal məsrəflərinə aid edilmirsə də, belə mallar, işlər və xidmətlər vergi ödəyicisinin kommersiya fəaliyyəti üçün istifadə edilməli olduqda və ya istifadə edildikdə bu Məcəllənin 175.1-ci, 175.1.1-ci və 175.1.2-ci maddələrinin müddəaları tətbiq olunur. 175.4. Vergi ödəyicisi vergi tutulan əməliyyatlar və bu Məcəllənin 164-cü maddəsinə uyğun olaraq ƏDV-dən azad edilmiş əməliyyatlar aparırsa, ƏDV üzrə əvəzləşdirmə üçün vergi tutulan dövriyyənin ümumi dövriyyədəki xüsusi çəkisinə uyğun olaraq müəyyən edilən ƏDV-nin məbləği qəbul olunur. Vergi ödəyicisi tərəfindən ƏDV-yə cəlb edilən əməliyyatlarla yanaşı, ƏDV-dən azad olunan əməliyyatlar aparılarkən, bu əməliyyatlara aid olan mallar (işlər, xidmətlər) üzrə sənədləşdirilmiş məlumatlar əsasında ƏDV ödənilməklə və ƏDV-dən azad edilməklə mədaxil edilən malların (işlərin, xidmətlərin) ayrı-ayrılıqda uçotu aparıldığı halda, ƏDV tutulan əməliyyatlar üçün alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilmiş ƏDVnin məbləği bu Məcəllənin 175.1-ci maddəsinə uyğun olaraq tam məbləğdə əvəzləşdirilir. 175.6. Bu Məcəllənin 160.4-cü maddəsində göstərilən hal istisna olmaqla, ƏDV-dən azad olunan, yaxud ƏDV-yə cəlb edilməyən əməliyyatlar aparan şəxslər tərəfindən mallar (işlər, xidmətlər) alınarkən bu maddə ilə müəyyən edilmiş qaydada ödənilmiş ƏDV məbləği əvəzləşdirilmir. Dövlət büdcəsindən ayrılan vəsaitlər (subsidiya (aktivlərə aid edilən subsidiya istisna olmaqla) və geri qaytarılmalı vəsaitlər istisna olmaqla) hesabına mallar (işlər, xidmətlər) alınarkən, ödənilmiş ƏDV-nin məbləği əvəzləşdirilmir.
Apellyasiya şikayətinin mümkünlüyü
20. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər İdarəsinin apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edir və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
22. Kollegiya bildirir ki, cavabdeh inzibati orqanın apellyasiya şikayəti əsaslıdır və birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına və tətbiq edilməli maddi hüquq normalarına uyğun deyildir.
23. İş materiallarından müəyyən olunur ki, iddiaçı İddiaçı ## ######## 2015-ci il tarixdə vergi ödəyicisi kimi uçota alınmış, əsas fəaliyyət növü “sair ərzaq məhsullarının pərakəndə satışı” olmuş, ## #### 2022-ci il tarixdən dövriyyəsinin 200.000 manat həddini aşması ilə əlaqədar ƏDV məqsədləri üçün məcburi qeydiyyata alınmışdır. İddiaçının 0# ####### 2022ci il tarixdən fəaliyyətini dayandırmasına baxmayaraq, onun ƏDV qeydiyyatına ## #### 2022ci il tarixdən alınması da iş materialları ilə təsdiq olunur.
24. Həmçinin müəyyən edilir ki, ## #### 2022-ci il tarixdən ## #### 2022-ci il tarixədək iddiaçının Ucar rayonunun Pirkənd kəndində yerləşən təsərrüfat subyektində operativ vergi nəzarəti tədbiri keçirilmişdir. Həmin tədbir zamanı vergi ödəyicisinin uçot məlumatlarında göstərilən malların faktiki olaraq təsərrüfat subyektində mövcud olmadığı müəyyən edilmiş və bu hal ## #### 2022-ci il tarixli operativ vergi nəzarətinin nəticəsi haqqında aktla rəsmiləşdirilmişdir.
25. Belə ki, 2021-ci ilin IV rübü üzrə sadələşdirilmiş vergi bəyannaməsinin “Əlavə 1” hissəsində dövrün sonuna 211.657,57 manat məbləğində mal qalığı olduğu, 0# ###### 2022ci il tarixdən ## #### 2022-ci il tarixədək 57.976,06 manat dəyərində mal əldə edildiyi əks olunmuş, 2022-ci ilin İ rübü üzrə 10.000 manat dövriyyə bəyan edilmişdir. Buna baxmayaraq, operativ vergi nəzarəti zamanı təsərrüfat subyektində faktiki olaraq 44.050 manat dəyərində malların sənəd əsasında əldə edildiyi müəyyən edilmişdir.
26. Kollegiya bildirir ki, qeyd olunan hal vergi orqanının ehtimalına və ya subyektiv mülahizəsinə əsaslanmır. Əksinə, vergi ödəyicisinin uçot məlumatları, təqdim etdiyi vergi bəyannamələri və operativ vergi nəzarəti zamanı faktiki müəyyən edilmiş vəziyyət arasında mövcud olan uyğunsuzluqla, habelə vergi orqanında olan digər mənbəyi məlum olan məlumatlarla təsdiq olunur. İş materiallarından həmçinin görünür ki, 2022-ci il ərzində vergi ödəyicisinin bank hesablarına vəsait daxil olmuş, onlayn kassa məlumatlarında satış əməliyyatları əks olunmuşdur.
27. Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsasən, vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə hesablanır.
28. Göründüyü kimi, qanunverici vergi ödəyicisinin uçot məlumatlarında göstərilən malların faktiki olaraq onun sahibliyində olmamasını vergilərin hesablanması üçün ayrıca hüquqi əsas kimi müəyyən etmişdir. Bu baxımdan, hazırkı iş üzrə 216.751,57 manat dəyərində malların faktiki olaraq vergi ödəyicisinin sahibliyində olmadığının operativ vergi nəzarəti zamanı müəyyən edilməsi həmin malların Vergi Məcəlləsinin 67.15-ci maddəsinin tələblərinə uyğun olaraq vergitutma baxımından nəzərə alınmasına əsas vermişdir.
29. Bundan əlavə, Vergi Məcəlləsinin 67.1-ci maddəsində müəyyən hallarda vergi orqanına ödənilməli verginin əlaqəli məlumatlardan istifadə edilməklə hesablanması imkanı nəzərdə tutulmuşdur. Bu müddəa da vergi öhdəliyinin yalnız vergi ödəyicisinin təqdim etdiyi sənədlərlə məhdudlaşmadığını, vergi orqanının mənbəyi məlum olan digər məlumatları da nəzərə almaqla vergi öhdəliyini müəyyən edə bildiyini göstərir.
30. Hazırkı mübahisənin digər mühüm halı vergi orqanı tərəfindən 2022-ci ilin iyun ayı üzrə ƏDV öhdəliyinin müəyyən edilməsinin müddət baxımından qanuni olub-olmamasıdır.
31. Birinci instansiya məhkəməsi öz nəticəsini onunla əsaslandırmışdır ki, operativ vergi nəzarəti zamanı müvafiq hal 2022-ci ilin iyun ayında vergi orqanına məlum olduğu halda, həmin hal əsasında 2023-cü ilin yanvar ayında vergi hesablanması Vergi Məcəlləsinin 37.2ci maddəsində nəzərdə tutulmuş kameral vergi yoxlamasının müddətinə uyğun olmamışdır.
32. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.
33. Belə ki, Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması yerlərə getmədən, vergi orqanında olan, vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Deməli, kameral vergi yoxlamasının hüquqi mahiyyəti vergi orqanında mövcud olan məlumatların vergi ödəyicisinin təqdim etdiyi hesabatlarla və digər mənbəyi məlum olan məlumatlarla qarşılıqlı şəkildə təhlil edilməsindən ibarətdir.
34. Vergi Məcəlləsinin 37.2-ci maddəsi isə kameral vergi yoxlamasının keçirilməsi üçün prosessual müddəti müəyyən edir. Həmin müddətin tətbiqi yoxlamanın konkret hansı bəyannamə və ya hesabat üzrə aparılması və həmin bəyannamənin vergi orqanına təqdim edilməsi ilə əlaqələndirilir. Hazırkı işdə isə iddiaçının 2022-ci ilin iyun ayı üzrə ƏDV bəyannaməsini qanunla müəyyən edilmiş müddətdə təqdim etmədiyi, sonradan dəqiqləşdirilmiş bəyannamənin də təqdim edilmədiyi müəyyən edilmişdir.
35. Kollegiya qeyd edir ki, kameral vergi yoxlamaları üzrə hesablamaların spesifik tərəfi ondan ibarədir ki, vergi ödəyicisi 3 il ərzində hesablama aparılan dövrə münasibətdə yenidən dəqiqləşdirilmiş bəyannamə təqdim etməklə, əvvəlki inzibati aktın ləğvinə və yeni inzibati aktın qəbul edilməsinə nail ola bilər. Belə vəziyyətlərdə iddiaçının dəqiqləşdirilmiş bəyannamənin təqdim olunması imkanından yararlandığı təqdirdə, cavabdehin həmin bəyannaməyə 30 iş günü (mənfəət və gəlir vergisinə münasibətdə 60 iş günü) ərzində münasibət bildirmək öhdəliyi yaranır (Vergi Məcəlləsinin 37.2-ci maddəsi). Nəticədə, ya iddiaçının təqdim etdiyi bəyannamə qəbul olunur və mübahisə aradan qalxır, ya da həmin dövr üzrə yeni inzibati akt qəbul edilir. Nəzərə alınmalıdır ki, 30 iş günü müddəti vergi ödəyicisi bəyannamə təqdim etdiyi halda keçərlidir. Yoxlanılan dövr üzrə bəyannamə təqdim edilməyibsə, vergi orqanı əlavə izahat, məlumat tələb etməklə analoji qaydada hesablama aparmaq hüququna malikdir.
36. Vergi Məcələsinin 37.4-cü maddəsində göstərilir ki, kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Həmçinin “Kameral vergi yoxlamalarının aparılmasına dair” Qaydaların 1.3.5-ci bəndində qeyd olunur ki, vergi orqanı vergi ödəyicisi tərəfindən bəyannamə təqdim edilmədikdə nəinki vergiləri, hətta məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarını belə hesablamaq hüququ vardır.
37. Bu baxımdan, operativ vergi nəzarəti zamanı 2022-ci ilin iyun ayında müəyyən edilmiş məlumatların 2023-cü ilin yanvar ayında vergi öhdəliyinin müəyyən edilməsi zamanı istifadə olunmasını avtomatik olaraq Vergi Məcəlləsinin 37.2-ci maddəsində nəzərdə tutulmuş müddətin pozulması kimi qiymətləndirmək olmaz. Vergi Məcəlləsində kameral yoxlamanın vergi orqanına məlum olmuş hər bir məlumat üzrə həmin məlumatın əldə edildiyi tarixdən ayrıca müddət ərzində aparılmasını tələb edən qayda nəzərdə tutulmamışdır.
38. Eyni zamanda, Vergi Məcəlləsinin 85.4-cü maddəsi vergi orqanına vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra üç il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq, habelə hesablanmış məbləği yenidən hesablamaq hüququ verir. Hazırkı halda 2022-ci ilin iyun ayı üzrə vergi öhdəliyinin 2023-cü ilin yanvar və avqust aylarında müəyyən edilməsi həmin üçillik müddətdən kənara çıxmamışdır.
39. Beləliklə, birinci instansiya məhkəməsi kameral vergi yoxlamasının keçirilməsi müddəti ilə vergi orqanının vergi öhdəliyini hesablamaq və yenidən hesablamaq səlahiyyətinin müddətini eyniləşdirmişdir. Halbuki, Vergi Məcəlləsinin 37.2 və 85.4-cü maddələri müxtəlif hüquqi münasibətləri tənzimləyir və həmin müddəalarda nəzərdə tutulmuş müddətlərin hüquqi məzmunu eyni deyildir.
40. Bu səbəbdən, operativ vergi nəzarəti zamanı 2022-ci ilin iyun ayında müəyyən edilmiş məlumatların sonradan vergi öhdəliyinin hesablanması zamanı istifadə edilməsi, həmin məlumatların vergi orqanında mövcud olması və vergi öhdəliyinin qanunla müəyyən edilmiş müddət daxilində hesablanması şərtilə, öz-özlüyündə aparılmış hesablamanı qanunsuz etmir.
41. Kollegiya bildirir ki, mübahisənin digər hissəsi ## ###### 2023-cü il tarixli qərarla hesablanmış 39.015,80 manat verginin # ###### 2023-cü il tarixli qərarla 33.063,80 manata endirilməsinin hüquqi nəticələri ilə bağlıdır.
42. İş materiallarından görünür ki, ## ###### 2023-cü il tarixli ilkin hesablamada 216.751,57 manat məbləğinə 18 faiz ƏDV tətbiq edilməklə 39.015,80 manat vergi hesablanmışdır. Sonrakı hesablamada isə 216.751,57 manat məbləğinin ƏDV daxil məbləğ olduğu nəzərə alınaraq vergi bazası 216.751,57 / 118 x 100 = 183.687,80 manat müəyyən edilmiş və həmin məbləğə 18 faiz ƏDV tətbiq edilməklə 33.063,80 manat vergi hesablanmışdır.
43. Vergi Məcəlləsinin 173.1-ci maddəsinə əsasən ƏDV-nin dərəcəsi hər vergi tutulan əməliyyatın və hər vergi tutulan idxalın dəyərinin 18 faizidir.
44. Göründüyü kimi, # ###### 2023-cü il tarixli qərarla yeni vergi tutma obyekti müəyyən edilməmiş və iddiaçının üzərinə əvvəl mövcud olmayan əlavə vergi öhdəliyi qoyulmamışdır. Əksinə, əvvəlki hesablamada məbləğin vergi bazası kimi bütövlükdə götürülməsi nəticəsində yaranmış hesablamaya düzəliş edilmiş və vergi məbləği azaldılmışdır.
45. Bu baxımdan, birinci instansiya məhkəməsinin ## ###### 2023-cü il tarixli qərarı qanunsuz hesab etdiyi üçün # ###### 2023-cü il tarixli qərarın da avtomatik olaraq qanunsuz olduğu qənaətinə gəlməsi düzgün deyildir. Sonuncu qərarın qanuniliyi onun öz faktiki və hüquqi əsasları nəzərə alınmaqla ayrıca qiymətləndirilməlidir.
46. Hazırkı halda həmin əsaslar iş materiallarında mövcuddur. Belə ki, vergi ödəyicisinin uçot məlumatlarında 216.751,57 manat dəyərində mal qalığı göstərilmiş, lakin operativ vergi nəzarəti zamanı həmin malların faktiki olaraq onun sahibliyində olmadığı müəyyən edilmişdir. Bu fakt isə Vergi Məcəlləsinin 67.15-ci maddəsində birbaşa vergi hesablanması əsası kimi nəzərdə tutulmuşdur. Sonrakı hesablamanın 33.063,80 manat məbləğində müəyyən edilməsi isə ƏDV üzrə qanunla müəyyən edilmiş 18 faizlik dərəcəyə uyğun aparılmışdır.
47. Kollegiya hesab edir ki, əvvəlki hesablamada məbləğin müəyyən edilmə üsulunun düzgün olmaması sonrakı dəqiqləşdirilmiş hesablamanın hüquqi əsasını aradan qaldırmır. Əksinə, vergi məbləğinin azaldılması ilə nəticələnən belə dəqiqləşdirmə verginin qanunda müəyyən edilmiş hesablanma qaydasına uyğunlaşdırılmasına xidmət etmişdir.
48. Məhkəmə kollegiyası daha sonra birinci instansiya məhkəməsinin inzibati orqanın qərarının – əlverişsiz inzibati aktın yazılı şəkildə tam olaraq əsaslandırmaması ilə bağlı mövqeyi ilə də razılaşmır və qeyd edir ki, Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. “İnzibati icraat haqqında” Qanunun 61.1 və 61.2-ci maddələrinə görə isə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.4-cü maddə isə inzibati orqanın qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmasını tələb edir.
49. Qeyd edilən normalar inzibati aktlara münasibətdə qanunvericilikdə təsbit olunmuş ən mühüm tələblərdən birini əks etdirir. Əsaslandırma tələbi hüquqi dövlət prinsipindən irəli gəlir, xüsusən hakimiyyət səlahiyyətləri həyata keçirən orqanların fəaliyyətində qanunçuluğa riayət olunmanı təmin etməyə yönəlir. Maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə qoyan əlverişsiz (yükləyici) inzibati aktlara münasibətdə isə əsaslandırma tələbinə riayət olunması daha çox gözlənilən və tələb olunandır. Əsaslandırılmış inzibati akt mövcud olduqda inzibati orqanın işin faktiki hallarını hansı qaydada müəyyən etdiyini, eləcə də həmin hallara hüququ hansı qaydada tətbiq etdiyini müəyyən etmək mümkün olur. Bununla, həm inzibati orqanların hüquqi dövlətin ümumi prinsiplərinə və qanunçuluğa uyğun davranmalarına nail olunur, həm də şəxslərin hüquqi vəziyyətlərində aydınlığı, proqnozlaşdırmanı, xüsusən də hüquqi müdafiənin düzgün və səmərəli həyata keçirilməsini təmin etmək mümkün olur.
50. Qeyd edilənlərin hazırkı işə tətbiqi ilə bağlı nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinin 37-ci maddəsində və Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının # ######## 2016-cı il tarixli **************** nömrəli qərarı ilə təsdiq edilmiş bəyannamələrin kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalarda kameral vergi yoxlamasının aparılması və hansı hallarla bağlı keçiriləcəyi dəqiq göstərilmişdir.
51. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən qəbul edilmiş mübahisələndirilən vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında qərarda yoxlamanın Vergi Məcəlləsinin kameral vergi yoxlaması nəticəsində (Maddə 37) və bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən (maddə 67) keçirildiyi aydın şəkildə ifadə olunmuşdur. Bu halda, inzibati aktın əsaslandırılmasına münasibətdə ilkin tələb olan Vergi Məcəlləsinin 37-ci maddəsinin “İnzibati icraat haqqında” Qanunun 61.1 və 61.2-ci maddələrinin müddəalarına riayət olunduğu təsdiq olunur.
52. Qeyd olunan normaların məqsədi inzibati aktın qəbul edilməsinə səbəb olan faktiki və hüquqi əsasların müəyyən edilə bilməsini, habelə inzibati aktın ünvanlandığı şəxsin həmin əsasları anlamasını və aktdan səmərəli qaydada şikayət etmək imkanına malik olmasını təmin etməkdir. Lakin həmin normalardan inzibati aktın mətnində hesablamanın bütün arifmetik mərhələlərinin mütləq ayrıca düstur şəklində göstərilməli olduğu nəticəsi çıxmır.
53. Hazırkı işdə vergi hesablamasının faktiki əsası müəyyən edilə bilir: vergi ödəyicisinin uçot məlumatlarında göstərilən 216.751,57 manat dəyərində malların faktiki olaraq onun sahibliyində olmaması. Hüquqi əsas isə Vergi Məcəlləsinin 67.15-ci maddəsi və ƏDV dərəcəsini müəyyən edən 173.1-ci maddədir.
54. Həmçinin vergi orqanı tərəfindən ## ###### 2023-cü il tarixli məktubla vergi ödəyicisindən müvafiq bəyannamələrin, sənədlərin və əsaslandırılmış izahatın təqdim edilməsi tələb edilmiş, lakin həmin sənədlər təqdim edilməmişdir. Bu hal da göstərir ki, vergi hesablaması yalnız formal uçot məlumatına deyil, vergi orqanında mövcud olan və inzibati icraat zamanı araşdırılmış məlumatların məcmusuna əsaslanmışdır.
55. Eyni zamanda, iddiaçının hesablanmış vergi məbləği ilə bağlı inzibati qaydada şikayət verməsi və həmin şikayətlərə baxılması onun mübahisələndirilən aktın hansı vergi öhdəliyi ilə bağlı olduğunu və hesablamanın mahiyyətini anladığını göstərən hallardan biri kimi nəzərə alınmalıdır.
56. Bu səbəbdən, inzibati aktın mətnində hesablamanın hər bir riyazi mərhələsinin ayrıca və geniş şəkildə göstərilməməsi, işin konkret halları nəzərə alınmaqla, həmin aktın faktiki və hüquqi əsaslarının ümumiyyətlə mövcud olmadığı anlamına gəlmir.
57. Vergi Məcəlləsinin 3.8-ci maddəsinə istinadla bağlı isə Kollegiya qeyd edir ki, həmin normanın tətbiqi üçün ilk növbədə vergi orqanı tərəfindən müəyyən edilmiş verginin Vergi Məcəlləsində nəzərdə tutulub-tutulmadığı və onun hesablanmasının qanuni əsasının mövcud olub-olmadığı müəyyən edilməlidir.
58. Vergi orqanı tərəfindən yeni və ya Vergi Məcəlləsində nəzərdə tutulmayan vergi növü müəyyən edilməmişdir. Hesablanmış vergi Vergi Məcəlləsi ilə nəzərdə tutulmuş əlavə dəyər vergisi olmaqla, həmin Məcəllənin 67.15-ci maddəsində müəyyən edilmiş əsas üzrə hesablanmışdır. ƏDV-nin dərəcəsi isə Vergi Məcəlləsinin 173.1-ci maddəsi ilə 18 faiz müəyyən edilmişdir.
59. Başqa sözlə, vergi orqanı iddiaçının üzərinə qanunla nəzərdə tutulmayan əlavə vergi öhdəliyi qoymamış, vergi ödəyicisinin uçot məlumatlarında göstərilən, lakin faktiki olaraq onun sahibliyində olmayan mallarla bağlı Vergi Məcəlləsinin 67.15-ci maddəsində nəzərdə tutulmuş vergi nəticəsini müəyyən etmişdir. Buna görə də, 3.8-ci maddənin pozulmasından söhbət gedə bilməz.
60. Odur ki, birinci instansiya məhkəməsinin gəldiyi mübahisələndirilən qərarın əsaslandırılmadığına, həmin yoxlamanın keçirilməsini zəruri edən şərtlərin mövcudluğunun təsdiq olunmadığına və bunların üzərindən mübahisələndirilən qərarın ləğvinə dair nəticə düzgün olmamışdır.
61. Bundan başqa, Vergi Məcəlləsinin 16.1.3-cü maddəsinə əsasən vergi ödəyicisi qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin, xərclərinin və vergitutma obyektlərinin uçotunu aparmağa borcludur. Məcəllənin 130.1-ci maddəsi də vergi tutulan gəlirin dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlir və xərclərin vaxtında və dəqiq uçotunun aparılmasını tələb edir.
62. Hazırkı işdə vergi ödəyicisinin uçot məlumatlarında əhəmiyyətli məbləğdə mal qalığı göstərildiyi halda, operativ vergi nəzarəti zamanı həmin malların faktiki olaraq təsərrüfat subyektində olmadığı müəyyən edilmişdir. Deməli, vergi orqanı məhz vergi ödəyicisinin öz uçot məlumatları ilə faktiki vəziyyət arasındakı uyğunsuzluğu müəyyən etmiş və həmin uyğunsuzluğun vergi nəticələrini Vergi Məcəlləsinin 67.15-ci maddəsinə uyğun olaraq müəyyənləşdirmişdir.
63. Eyni zamanda, ## ###### 2023-cü il tarixdə keçirilmiş müşahidə baxışı zamanı həmin təsərrüfat subyektində əvvəllər iddiaçının yanında satıcı kimi çalışmış digər şəxsin fəaliyyət göstərməsinin müəyyən edilməsi də vergi ödəyicisinin faktiki fəaliyyətinin və uçot məlumatlarının qiymətləndirilməsi baxımından nəzərə alınmalı əlavə məlumatdır. Bununla belə, həmin halın özü # ###### 2023-cü il tarixli qərarın qəbul edilməsi üçün müstəqil əsas kimi deyil, iş üzrə digər sübutlarla birlikdə qiymətləndirilməlidir.
64. Göründüyü kimi, hazırkı iş üzrə vergi öhdəliyinin hesablanması yalnız vergi orqanının ehtimal və mülahizələrinə deyil, vergi ödəyicisinin uçot məlumatları, təqdim etdiyi vergi hesabatları, operativ vergi nəzarəti zamanı müəyyən edilmiş faktiki hallar və digər mənbəyi məlum olan məlumatların qarşılıqlı qiymətləndirilməsinə əsaslanmışdır. Xüsusilə, uçot məlumatlarında göstərilən 216.751,57 manat dəyərində malların faktiki olaraq vergi ödəyicisinin sahibliyində olmadığının müəyyən edilməsi Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsasən həmin halın vergi nəticələrinin müəyyən edilməsi üçün birbaşa hüquqi əsas yaratmışdır.
65. Yekunda məhkəmə kollegiyası hər bir dəlil üzrə belə nəticəyə gəlir ki, 2022-ci ilin iyun ayında operativ vergi nəzarəti zamanı müəyyən edilmiş hallardan sonrakı tarixdə vergi öhdəliyinin hesablanması öz-özlüyündə həmin hesablamanın qanunsuzluğu nəticəsini doğurmur. Vergi Məcəlləsinin 37.2-ci maddəsində nəzərdə tutulan kameral vergi yoxlamasının keçirilməsi müddəti ilə 85.4-cü maddədə müəyyən edilmiş vergi orqanının vergi öhdəliyini hesablamaq və yenidən hesablamaq səlahiyyətinin müddəti müxtəlif hüquqi münasibətləri tənzimləyir. Hazırkı halda vergi öhdəliyinin 2023-cü ilin yanvar və avqust aylarında müəyyən edilməsi qanunla nəzərdə tutulmuş üç illik müddət daxilində həyata keçirilmişdir.
66. Bundan başqa, # ###### 2023-cü il tarixli qərarla əvvəlki hesablamanın dəqiqləşdirilməsi yeni vergi öhdəliyinin yaradılması ilə nəticələnməmiş, ƏDV daxil məbləğin vergitutma bazasına düzgün çevrilməsi yolu ilə vergi məbləğinin azaldılmasından ibarət olmuşdur. Bu səbəbdən, ## ###### 2023-cü il tarixli qərarın hüquqi vəziyyətinin # ###### 2023-cü il tarixli qərarın qanuniliyinə avtomatik şəkildə təsir göstərməsi barədə nəticəyə gəlmək üçün əsas yoxdur.
67. Həmçinin, mübahisələndirilən inzibati aktın faktiki və hüquqi əsasları müəyyən edilə bilir. Vergi hesablamasının faktiki əsasını uçot məlumatlarında göstərilən malların faktiki mövcud olmaması, hüquqi əsasını isə, ilk növbədə, Vergi Məcəlləsinin 67.15-ci maddəsi təşkil edir. Hesablamanın 18 faizlik ƏDV dərəcəsi əsasında aparılması isə həmin Məcəllənin 173.1ci maddəsinə uyğundur. Buna görə də, inzibati aktda hesablamanın bütün arifmetik mərhələlərinin ayrıca düstur şəklində göstərilməməsi onun əsaslandırılmamış hesab edilməsi üçün yetərli əsas təşkil etmir.
68. Vergi Məcəlləsinin 3.8-ci maddəsi baxımından da müəyyən edilmiş hallardan belə nəticə çıxmır ki, iddiaçının üzərinə qanunda nəzərdə tutulmayan vergi öhdəliyi qoyulmuşdur. Əksinə, hesablanmış vergi qanunvericiliklə müəyyən edilmiş əlavə dəyər vergisi olmuş, onun hesablanması isə həmin Məcəllənin 67.15-ci maddəsində nəzərdə tutulmuş əsas və 173.1-ci maddəsində müəyyən edilmiş dərəcə əsasında həyata keçirilmişdir.
69. Beləliklə, iş materiallarında vergi orqanının 2022-ci ilin iyun ayı üzrə 33.063,80 manat ƏDV hesablamasının həm faktiki, həm də hüquqi əsaslarını təsdiq edən kifayət qədər məlumat mövcuddur. Vergi ödəyicisinin uçot məlumatlarında göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığının vergi nəzarəti zamanı müəyyən edilməsi, həmin halın qanunvericiliklə nəzərdə tutulmuş vergi nəticəsi doğurması, verginin müəyyən edilmiş dərəcə əsasında hesablanması və hesablamanın qanunla müəyyən edilmiş müddət daxilində aparılması nəzərə alındıqda, mübahisələndirilən inzibati aktın qanunsuz hesab edilməsi üçün əsas müəyyən edilmir.
70. Nəticə etibarilə, birinci instansiya məhkəməsi iş üzrə əhəmiyyətli faktiki halları və sübutları qarşılıqlı əlaqədə tam qiymətləndirməmiş, Vergi Məcəlləsinin 37.2, 67.15, 85.4 və 173.1-ci maddələrinin qarşılıqlı əlaqəsini düzgün müəyyən etməmiş, habelə ## ###### 2023cü il tarixli ilkin hesablama ilə # ###### 2023-cü il tarixli dəqiqləşdirilmiş hesablamanın hüquqi mahiyyətini düzgün fərqləndirməmişdir. Bununla yanaşı, Vergi Məcəlləsinin 3.8-ci maddəsinə və inzibati aktın əsaslandırılmasına dair müddəalara işin konkret halları nəzərə alınmadan verilmiş hüquqi qiymət də əsaslı hesab edilə bilməz.
71. Məhkəmə kollegiyası, ƏDV qeydiyyatına alınmanın imperativliyi və ƏDV qeydiyyatı barədə ərizənin verilmədiyi hallar və onların hüquqi nəticəsi barədə cavabdeh orqanın dəlillərini də əsaslı hesab edir.
72. Azərbaycan Respublikası Ali Məhkəməsinin (*-*(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli üçulduzlu qərarı) formalaşdırdığı hüquqi mövqeyə əsasən:
73. Vergiləri ödəmək konstitusion vəzifə kimi - Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Konstitusiyada təsbit edilmiş bu vəzifə yalnız vergi məbləğinin son nəticədə büdcəyə köçürülməsi kimi dar mənada başa düşülə bilməz. Verginin tam həcmdə və vaxtında ödənilməsi üçün ilk növbədə, həmin vergi öhdəliyinin qanuna uyğun şəkildə müəyyən edilməsi, vergi ödəyicisinin müvafiq vergi rejimi üzrə uçota alınması, vergi bazasının düzgün hesablanması, bəyannamələrin təqdim edilməsi və ödənişin həyata keçirilməsi tələb olunur. Bu mərhələlər bir-biri ilə ayrılmaz şəkildə bağlıdır və verginin ödənilməsi vəzifəsinin tərkib hissələrini təşkil edir. Başqa sözlə, vergi ödəmək vəzifəsi yalnız nəticəni deyil, həmin nəticəyə aparan qanuni prosedurlara riayət edilməsini də əhatə edir.
74. Vergi qanunvericiliyi vergi ödəyicilərinin fəaliyyət xüsusiyyətlərindən, həyata keçirdikləri əməliyyatların xarakterindən, dövriyyələrinin həcmindən və qanunla müəyyən edilmiş digər meyarlardan asılı olaraq müxtəlif statuslar çərçivəsində fəaliyyət göstərməsini təsbit etmişdir. Bu baxımdan, vergi ödəyicisi sadələşdirilmiş vergi ödəyicisi, ƏDV ödəyicisi, ƏDV-dən azad əməliyyatlar həyata keçirən şəxs və ya qanunla müəyyən edilmiş digər statusa malik şəxs kimi çıxış edə bilər. Həmin statusların hər biri vergi öhdəliklərinin həcminə, vergi bazasının müəyyən edilməsinə, tətbiq edilən vergi dərəcəsinə, bəyannamə təqdim etmə və uçot aparma qaydalarına dair fərqli hüquqi nəticələr yaradır.
75. Buna görə də, vergi ödəyicisinin statusunun düzgün müəyyən edilməsi əhəmiyyətlidir və bu sırf formal və ya texniki məsələ kimi qiymətləndirilə bilməz. Belə ki, vergi ödəyicisinin statusu onun hansı vergi növü üzrə, hansı qaydada, hansı dövr üzrə və hansı həcmdə vergi öhdəliyi daşıdığını müəyyən edən əsas hüquqi meyarlardan biridir. Əgər vergi ödəyicisinin statusu düzgün müəyyən edilməzsə, ödənilməli verginin növü, məbləği, hesablanma qaydası və büdcəyə ödənilmə vaxtı da düzgün müəyyən edilə bilməz.
76. ƏDV qeydiyyatına alınmanın imperativliyi - Vergi qanunvericiliyi ƏDV qeydiyyatının könüllü və məcburi formasını fərqləndirir. Belə ki, Vergi Məcəlləsinin 155.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər (o cümlədən Vergi Məcəlləsinin 218.1-ci maddəsi ilə müəyyən edilmiş hüquqdan istifadə etməyən ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər (Vergi Məcəlləsinin 218.4.1-ci, 218.4.2-ci və 218.4.3-cü maddələrində göstərilənlər istisna olmaqla)) və Vergi Məcəlləsinin 154.6-cı maddəsində nəzərdə tutulan fəaliyyətlə məşğul olan şəxslər ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur.
77. Könüllü qeydiyyat zamanı şəxs qanunla müəyyən edilmiş şərtlər daxilində öz təşəbbüsü ilə ƏDV ödəyicisi statusunu əldə edə bildiyi halda, məcburi qeydiyyat zamanı belə seçim imkanı mövcud deyil. Bu halda ƏDV qeydiyyatı vergi ödəyicisinin iradəsindən, iqtisadi məqsədəuyğunluq barədə subyektiv qiymətləndirməsindən və ya əvvəlki vergi rejimində qalmaq istəyindən asılı olmadan birbaşa qanunun tələbi əsasında yaranan vəzifədir. Normada “borcludurlar” ifadəsinin işlədilməsi bu tələbin dispozitiv deyil, imperativ xarakter daşıdığını göstərir. Yəni, qanunverici müəyyən edilmiş şərtlər yarandıqda vergi ödəyicisinin davranış modelini əvvəlcədən müəyyən etmiş və onun üzərinə ƏDV qeydiyyatına dair ərizə vermək vəzifəsi qoymuşdur.
78. Vergi Məcəlləsinin 155.1-ci maddəsində nəzərdə tutulmuş ərizə vermək öhdəliyi yalnız inzibati xarakterli formal prosedur deyil, ƏDV üzrə vergi öhdəliklərinin yaranması və düzgün icrası üçün zəruri ilkin mərhələdir. Çünki ƏDV qeydiyyatı aparılmadan vergi ödəyicisinin ƏDV ödəyicisi kimi hüquqi statusu rəsmiləşmir, ƏDV üzrə bəyannamə təqdim etmə, vergi tutulan əməliyyatlara ƏDV hesablama, elektron vergi hesab-fakturaları vermə, habelə qanunla müəyyən edilmiş qaydada ƏDV məbləğini büdcəyə ödəmə mexanizmləri tam və düzgün şəkildə işə düşmür.
79. ƏDV qeydiyyatı barədə ərizənin verilmədiyi hallar və onların hüquqi nəticəsi - Təcrübədə vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 155.1-ci maddəsində nəzərdə tutulmuş ərizənin qanunla müəyyən edilmiş müddətdə təqdim edilməməsi halları mümkündür. Bu hərəkətsizlik müxtəlif səbəblərlə bağlı ola bilər. Belə ki, vergi ödəyicisi dövriyyəsinin qanunla müəyyən edilmiş həddi keçdiyini vaxtında müəyyən etməyə bilər, vergi qanunvericiliyinin tələblərini düzgün qiymətləndirməyə bilər, əvvəlki vergi rejimində qalmaqda davam etməyin mümkün olduğunu düşünə bilər, uçot və mühasibat sənədlərini düzgün aparmaya bilər, yaxud ƏDV qeydiyyatına alınmanın hüquqi nəticələrindən yayınmaq məqsədilə bilərəkdən ərizə verməyə bilər.
80. Vergi Məcəlləsinin 157.5-ci maddəsi bu hallarda vergi orqanının üzərinə ƏDVnin məqsədləri üçün qeydiyyatdan keçməyə borclu olan, lakin qeydiyyat üçün ərizə verməyən vergi ödəyicisini öz təşəbbüsü ilə qeydiyyata almaq (ƏDV qeydiyyatına durma öhdəliyinin yarandığı andan) vəzifəsini qoymuşdur.
81. Bu normanın məqsədi vergi ödəyicisinin hərəkətsizliyi nəticəsində ƏDV qeydiyyatının aparılmamasının həmin şəxsin faktiki olaraq ƏDV üzrə vergi öhdəliklərindən kənarda qalmasının qarşısını almaqdır.
82. Qeyd etmək lazımdır ki, vergi ödəyicisi Vergi Məcəlləsinin 155.1-ci maddəsində nəzərdə tutulmuş ərizəni vaxtında təqdim etmədiyi təqdirdə, vergi orqanının vergi ödəyicisini hansı tarixdə ƏDV-nin məqsədləri üçün qeydiyyata almasından asılı olmayaraq, ƏDV qeydiyyatı həmin Məcəllənin 157.3.1-ci maddəsində nəzərdə tutulmuş müddətdən qüvvəyə minir.
83. Əks yanaşma, yəni vergi ödəyicisinin ərizə verməməsi səbəbindən ƏDV qeydiyyatının yalnız sonradan və gələcək tarixdən aparılması, mahiyyət etibarilə vergi ödəyicisinin öz qanunsuz hərəkətsizliyindən faydalanmasına şərait yaradar, başqa sözlə, vergi ödəyicisi üçün praktiki baxımdan üstün davranış modelinə çevirə bilər. Belə ki, vergi ödəyicisinin ƏDV qeydiyyatı üçün müvafiq ərizə ilə müraciət etmədiyi təqdirdə, qeydiyyatın yalnız vergi orqanının aşkar etdiyi və qərar qəbul etdiyi tarixdən qüvvəyə minməsi, vergi ödəyicisinin qanunla müəyyən edilmiş müddətdə ərizə verməmək yolu ilə əvvəlki dövrlər üzrə ƏDV öhdəliklərindən yayınmaq imkanı əldə etməsinə səbəb olar. Başqa sözlə, qanunvericiliyin tələbinə əməl edərək vaxtında ƏDV qeydiyyatına alınan vergi ödəyiciləri ƏDV üzrə bütün öhdəlikləri daşıdığı halda, eyni dövriyyə həddini keçməsinə baxmayaraq ərizə verməyən şəxs həmin öhdəliklərdən faktiki olaraq yayınmış olar. Bu isə qanuna riayət edən vicdanlı vergi ödəyiciləri ilə qanunla müəyyən edilmiş vəzifəni icra etməyərək dürüst davranmayan ödəyicilər arasında əsassız fərqli vəziyyət yaradar, Vergi Məcəlləsinin 155.1ci maddəsinin imperativ xarakteri mahiyyətini itirər.
84. Beləliklə, vergi qanunvericiliyi ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməklə bağlı vergi ödəyicisinin üzərinə vəzifə qoymaqla yanaşı, vergi orqanının da üzərinə bu öhdəliyi icra etməyən vergi ödəyicisini öz təşəbbüsü ilə qeydiyyata almaq vəzifəsini qoymuşdur.
85. Bundan əlavə, vergi orqanı tərəfindən vergi ödəyicisinin ƏDV məqsədləri üçün məcburi qaydada qeydiyyata alınması ƏDV qeydiyyatının qüvvəyə mindiyi tarixdən etibarən vergi öhdəliklərinin hesablanmasını da şərtləndirir. Belə ki, ƏDV qeydiyyatının öhdəliyin yarandığı tarixdən aparılması, həmin tarixdən etibarən vergi ödəyicisinin ƏDV ödəyicisi statusuna malik olması və bu statusdan irəli gələn vergi öhdəliklərinin müəyyən edilməsi deməkdir. Bu halda, vergi orqanı ƏDV üzrə öhdəlikləri qeyri-məhdud dövr üçün deyil, Vergi Məcəlləsinin 85.4-cü maddəsində nəzərdə tutulmuş müddət məhdudiyyəti nəzərə alınmaqla hesablaya bilər.
86. Vergi Məcəlləsinin 85.4-cü maddəsində müəyyən edilmiş 3 illik müddət vergi orqanının vergi öhdəliklərini hesablamaq və ya yenidən hesablamaq səlahiyyətinin zaman baxımından hədlərini müəyyən edir. Bu müddət bir tərəfdən dövlətin vergi nəzarəti və büdcə maraqlarının qorunmasına, digər tərəfdən isə vergi ödəyicisinin hüquqi müəyyənlik və sabitlik maraqlarının təmin edilməsinə xidmət edir. Yəni, vergi orqanı vergi ödəyicisinin əvvəlki dövrlər üzrə öhdəliklərini yalnız qanunla müəyyən edilmiş müddət daxilində müəyyən edə bilər.
87. Bu baxımdan, ƏDV qeydiyyatının Vergi Məcəlləsinin 157.3.1-ci maddəsinə müvafiq olaraq əvvəlki - öhdəliyin yarandığı tarixdən aparılması vergi orqanına məhdudiyyətsiz və geriyə doğru qeyri-müəyyən dövr üzrə vergi hesablamaq imkanı vermir. Əksinə, belə qeydiyyat qanunla artıq yaranmış vergi statusunun müəyyən edilməsinə xidmət edir və həmin statusdan irəli gələn vergi hesablamaları Vergi Məcəlləsinin 85.4-cü maddəsində nəzərdə tutulmuş 3 illik müddət çərçivəsində aparılmalıdır. Bu yanaşma həm vergi öhdəliyinin real yarandığı dövrün nəzərə alınmasını, həm də vergi ödəyicisinin qanunla qorunan müddət təminatlarının saxlanılmasını təmin edir.
88. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayəti əsaslıdır. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli, iddia təmin edilməməlidir.
89. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası
Qərara aldı
Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılaraq iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər İdarəsinə qarşı «vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə # ###### 2023cü il tarixli **************** nömrəli qərarının ləğv edilməsi» tələbinə dair iddiası təmin edilməsin. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.