Məhkəmə qərarları › İş №2-1(3-10)-80/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-10)-80/2026

25.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 2-1(3-10)-80/2026 25.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Musayev Vüqar Ələkbər oğlu (sədrlik edən və məruzəçi), Mustafayev Etibar Mustafa oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Məhərrəmli Hafiz Əfqan oğlunun katibliyi, iddiaçı iddiaçı4 və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Iddiaçılar iddiaçı3 və digərlərinin cavabdeh cavabdeh1 qarşı “torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsinə dair məhkəmə qərarının icrası” ilə bağlı inzibati iş üzrə Şəki Inzibati Məhkəməsinin ## ###### 2023-cü il tarixli, *-*(***)-**/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Iddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ## ###### 2015-ci il tarixli ******* nömrəli dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətlərində olan, Oğuz rayonu Muxas kəndində yerləşən, kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı həmin 4,9664 ha torpaq sahəsinə iddiaçıların adına “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişlər. Şəki Inzibati Məhkəməsinin ## ######## 2022-ci il tarixli *-*(***)-**/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2022-ci il tarixli, *-*(***)- ***/**** nömrəli qərarı ilə Şəki Inzibati Məhkəməsinin ## ######## 2022-ci il tarixli *-*(***)- **/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Cavabdeh orqan həmin qərardan kassasiya şikayəti vermişdir. Azərbaycan Respubilkasının Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2023-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin ##.##.2022-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bundan sonra yuxarıda qeyd edilən qərarın icrası mərhələsində cavabdeh orqan B seriyalı ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib etmişdir. Iddiaçı həmin plan-ölçü sənədinin düzgün tərtib edilməməsi ilə bağlı Şəki Inzibati Məhkəməsinə müraciət etmiş, məhkəmənin ## ###### 2023-cü il tarixli, *-*(***)-**/**** nömrəli qərardadı ilə iddiaçının ərizəsi təmin edilməmişdir. Iddiaçının nümayəndəsi həmin qərardaddan apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)- */**** nömrəli qərardadı ilə Şəki Inzibati Məhkəməsinin ## ###### 2023-cü il tarixli, *-*(***)- **/**** nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Iddiaçının nümayəndəsi həmin qərardaddan kassasiya şikayəti vermişdir. Azərbaycan Respubilkasının Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, 2-1(102)-1554/2025 qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-*/**** nömrəli qərardadı ləğv edilmiş, ərizəyə təkrar baxılması üçün iş apellyasiya məhkəməsinə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Təkrar apellyasiya baxışı zamanı Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli, *-*(*-**)-**/**** saylı qərardadı ilə iş üzrə cavabdeh cavabdeh1 PHŞ-nin * saylı Qəbələ Ərazi Idarəsi – prossesual hüquq varisi cavabdeh1 PHŞ ilə əvəz edilmişdir. Həmçinin cavabdeh orqana izah edilmişdir ki, torpaq sahəsinin yerləşmə vəziyyətinin başlanğıc koordinatları - X******,8938, Y4546972,0749 (5) və X:697525.5764 Y:4549980,3308 (6) olmaqla, həmçinin Dövlət Aktının koordinatlarında sürüşmənin mövcudluğu nəzərə alınmaqla torpaq yola paralel şəkildə iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinə uyğun plan-ölçü sənədi tərtib edilməli və bununla da, məhkəmə qərarı mahiyyəti üzrə icra olunmalıdır. Cavabdeh orqan tərəfindən təqdim edilmiş ##.##.2026-cı il tarixli məktubda qeyd edilmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin icraatında olan *-*(*-**)-**/**** saylı iş üzrə ## ###### 2026-cı il tarixli məktubda qeyd edilmiş JN-**** saylı Dövlət Aktı əsasında iddiaçı3 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 4.9664 ha torpaq sahəsinin yerləşmə vəziyyətinin başlanğıc koordinatları X******,8938, Y4546972,0749 (5) və X:697525,5764 Y4549980,3308 (6)-olmaqla, Dövlət Aktının koordinatlarında sürüşmənin mövcudluğu nəzərə alınaraq torpaq yola paralel şəkildə iddiaçının faktiki istifadə vəziyyətinə uyğun plan-ölçü sənədinə müvafiq düzəliş edilmişdir. Iddiaçı iddiaçı4 ##.##.2026-cı i tarixdə məhkəməyə ərizə ünvanlayaraq qeyd etmişdir ki, ##.##.2026-cı il tarixdə mütəxəssisin iştirakı ilə yeni verilmiş plan-ölçü sənədinin iddiaçı və onun ailəsinə məxsus torpaq sahəsinə uyğunluğu yerində yoxlanılmış, yoxlama zamanı yeni plan-ölçü sənədinin iddiaçı və onun ailəsinə məxsus torpaq sahəsinə tam uyğun və düzgün tərtib edilməsi müəyyən edilmişdir. Odur ki, qeyd edilən hallar nəzərə alınaraq, apellyasiya şikayətindən imtinasının qəbul edilməsini və apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası ## #### 2026-cı il tarixə təyin edilmişdir. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçı apellyasiya şikayətindən imtina ilə bağlı ərizəni müdafiə etdiyini bildirərək imtinanın qəbul edilməsini xahiş etdi. Eyni zamanda qeyd etmişdir ki, apellyasiya şikayətindən öz iradəsi əsasında imtina etmiş, ona hər hansı kənar təsir olmamışdır. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdeh orqanın nümayəndəsi apellyasiya şikayətindən imtina ilə bağlı ərizənin təmin edilməsinə heç bir etirazlarının olmadığını bidirmişdir. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər iddiaçılar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası digər iddiaçıların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının Inzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının IPM və ya IPM) 62.3-cü mаddəsi). Azərbaycan Respublikasının Inzibаti Prosessuаl Məcəlləsinin 88.1-ci mаddəsinə əsasən, şikаyət аpellyаsiyа instаnsiyаsı məhkəməsinin qərаrı qаnuni qüvvəyə minənədək geri götürülə bilər. Həmin Məcəllənin 88.3-cü mаddəsinə görə, şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. Inzibаti Prosessuаl Məcəlləsinin 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessuаl Məcəlləsinin 369.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı iddiaçı4 Şəki Inzibati Məhkəməsinin ## ###### 2023-cü il tarixli, *-*(***)-**/**** nömrəli qərardadından vermiş olduğu apellyasiya şikayətindən imtinaya dair ərizəsi qəbul edilməli və iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 88.1, 88.3 və Azərbaycan Respublikasının Mülki Prosessuаl Məcəlləsinin 369.4-cü maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Iddiaçı iddiaçı4 Şəki Inzibati Məhkəməsinin ## ###### 2023-cü il tarixli, *-*(***)-**/**** nömrəli qərardadından vеrdiyi apellyasiya şikayətindən imtinaya dаir ərizəsi qəbul еdilir. Iddiaçılar iddiaçı3 və digərlərinin cavabdeh cavabdeh1 qarşı “torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsinə dair məhkəmə qərarının icrası” ilə bağlı inzibati iş üzrə apellyasiya icraatına xitam verilir. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar