Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 2-1(3-10)-88/2026 17.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), X2 və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, Isayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh üçüncü şəxs1 tabeliyində cavabdeh1 qarşı “Balakən rayonu Qazbinə bələdiyyəsinin ##.##.2005-ci il tarixli ** saylı qərarına əsasən ayrılmış 0,85 ha və Balakən rayonu Qazbinə bələdiyyəsinin ##.##.2007-ci il tarixli ** saylı qərarına əsasən ayrılmış 1,60 ha torpaq sahələri üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, reyestrdən çıxarışların, torpaq sahələrinin plan-ölçü sənədlərinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarından iş üzrə iddiaçı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI a. Birinci instansiya məhkəməsində icraat
1. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 ** saylı Zaqatala Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “Balakən rayonu Qazbinə bələdiyyəsinin ##.##.2005-ci il tarixli ** saylı qərarına əsasən ayrılmış 0,85 ha və Balakən rayonu Qazbinə bələdiyyəsinin ##.##.2007-ci il tarixli ** saylı qərarına əsasən ayrılmış 1,60 ha torpaq sahələri üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, reyestrdən çıxarışların, torpaq sahələrinin plan-ölçü sənədlərinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Birinci instansiya məhkəməsinin ##.##.2025-ci il tarixli e-*-*(***)-****/**** nömrəli qərardadı ilə Balakən rayon Mahamalar bələdiyyəsini üçüncü şəxs qismində inzibati məhkəmə icraatına adi qaydada cəlb edilmişdir.
3. Birinci instansiya məhkəməsinin ##.##.2025-ci il tarixli e-*-*(***)-****/**** nömrəli qərardadı ilə üçüncü şəxs1 üçüncü şəxs qismində inzibati məhkəmə icraatında zəruri cəlb edilmişdir.
4. Iddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - Balakən rayonu Qazbinə bələdiyyəsinin ##.##.2007-ci il tarixli ** saylı qərarına əsasən həmin rayonun Qazbinə kəndində kərpic istehsalı müəssisəsi üçün 16000 kv.m torpaq sahəsi ayrılmış, ayrılma zamanı Balakən Rayon Icra Hakimiyyətinin, DT və XK Balakən rayon şöbəsinin, Balakən Gigiyena və Epidemiologiya Mərkəzinin, Balakən Elektrik şəbəkəsinin, Mahamalar kənd icra nümayəndəsinin iştirakı və razılığı alınmış, torpaq sahəsinin 1:1000 miqyasda siyuasiya planı tərtib edilmiş, bununla əlaqədar torpaqların alqı-satqısına dair akt tərtib edilmiş, həmin akt DTXK Balakən rayon şöbəsində dövlət qeydiyyatına alınmış, torpaq sahəsinin dəyəri bələdiyyə büdcəsinə ödənilmişdir. Eləcə də, DTXK Balakən rayon şöbəsi tərəfindən qeyd olunan torpaq sahəsinə dair ****** saylı torpaq sahəsinin planı və ölçüsü tərtib edilmiş və dövlət torpaq kadastr kitabında ##.##.2008-ci ildə 028 nömrə ilə iddiaçının adına müvafiq qeydiyyat aparılmışdır. Habelə Balakən Rayon Icra Hakimiyyəti başçısının ##.##.2009-cu il tarixli ** saylı sərəncamına əsasən iddiaçı İddiaçı həmin torpaq sahəsində kərpic zavodunun tikintisinin təsdiq edilmiş layihə əsasında aparılmasına icazə verilmişdir. Qeyd olunan vaxtdan iddiaçı həmin torpaq sahəsindən qanuni əsaslarla təyinatı üzrə istifadə edir. Həmin torpaq sahəsi iddiaçı tərəfindən hasara alınmaqla faktiki istifadə olunur. 2024-cü ilin sonlarında müvafiq sənədlərlə birlikdə cavabdeh inzibati orqana müraciət edilmiş, cavabdehin iddiaçıya ünvanladığı ##.##.2025-ci il tarixli məktubla ərizə təmin edilməmiş, imtinaya əsas kimi göstərilmişdir ki, ərizənin icrası ilə bağlı aparılmış texniki inventarlaşdırma işləri, kadastr ekspertizası və əmlaka yerində baxış keçirilən zaman məlum olmuşdur ki, Balakən rayonu Qazbinə bələdiyyəsindən əldə etdiyiniz 1,60 ha torpaq sahəsi cavabdeh1 ** saylı Zaqatala Ərazi Idarəsinin xidməti istifadəsində olan elektron uçot xəritəsində dövlət mülkiyyətində olan torpaq sahəsi kimi qeyd edilmişdir. Eləcə də, Balakən rayonu Qazbinə bələdiyyəsinin ## ######## 2005-ci il tarixli ** saylı qərarına əsasən həmin rayonun Qazbinə kəndində 0,85 ha torpaq sahəsi ayrılmış, ayrılma zamanı səlahiyətli dövlət orqanlarının razılıqları alınmışdır. Habelə hüquqların qeydiyyatı ilə bağlı JN-**** saylı KOD ******** saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı verilmişdir. Torpaq sahəsinin 1:2000 miqyasda planı tərtib edilmiş, bununla əlaqədar torpaqların alqı-satqısına dair akt tərtib edilmişdir. Qeyd olunan vaxtdan iddiaçı həmin torpaq sahəsindən qanuni əsaslarla təyinatı üzrə istifadə edir. Onuda bildirmişdir ki, həmin torpaq sahəsi iddiaçı tərəfindən hasara alınmaqla faktiki istifadə olunur. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X21 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı Idarəsi tərəfindən 2005-ci ilin noyabr ayında qeyri-yaşayış binasının texniki pasportu tərtib edilmişdir. 2024-cü ilin sonlarında müvafiq sənədlərlə birlikdə cavabdeh inzibati orqana müraciət edilmiş, cavabdehin iddiaçıya ünvanladığı ##.##.2025-ci il tarixli digər məktubla ərizə təmin edilməmiş, imtinaya əsas kimi göstərilmişdir ki, ərizənin icrası ilə bağlı aparılmış texniki inventarlaşdırma işləri, kadastr ekspertizası və əmlaka yerində baxış keçirilən zaman məlum olmuşdur ki, Balakən rayonu Qazbinə bələdiyyəsindən əldə etdiyiniz 0,85 ha torpaq sahəsi cavabdeh1 ** saylı Zaqatala Ərazi Idarəsinin xidməti istifadəsində olan elektron uçot xəritəsində dövlət mülkiyyətində olan torpaq sahəsi kimi qeyd edilmişdir. Odur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 9, 11.1-ci maddələrinə istinad edilərək, qeyd olunan torpaq sahələrinin Idarənin xidməti istifadəsində olan elektron uçot xəritələrində dövlət mülkiyyətinə aid torpaq sahəsi olması əsası ilə imtina edilmişdir.
5. Cavadeh orqan iddia tələbinə etirazlarını aşağıdakı kimi əsaslandırmışdır: - Iddiaçı İddiaçı 2007-ci il tarixində Balakən rayonu Qazbinə bələdiyyəsindən bələdiyyədən alqı-satqı yolu ilə əldə etdiyi 1.60 ha torpaq sahəsinə dair çıxarışın verilməsinə köməklik göstərilməsi məqsədilə ** saylı Zaqatala Ərazi Idarəsinə ərizələrlə müraciət etmişdir. Ərizənin icrası ilə bağlı aparılmış texniki inventarlaşdırma işləri, kadastr ekspertizası və əmlaka yerində baxış keçirilən zaman məlum olmuşdur ki, Balakən rayonu Qazbinə bələdiyyəsindən əldə etdiyi 1.60 ha torpaq sahəsi ** saylı Zaqatala Ərazi Idarəsinin xidməti istifadəsində olan elektron uçot xəritələrində dövlət mülkiyyətinə aid torpaq sahəsi kimi qeyd olunmuşdur. Buna görə də, onun ərizənin icrası tərəflərindən mümkün olmamış və bu barədə ərizəçiyə ##.##.2024-cü il tarixli, 3-21-3-47/2-O-0003-8/2024 (2447102438), ##.##.2025-ci il tarixli, 3- 21-3-47/2-O0001-8/2025 (2547100154) və ##.##.2025-ci il tarixli, 3-21-3-47/2-O0002-8/2025 (************) nömrəli məktub ünvanlanmışdır. Iddiaçı İddiaçı Balakən rayonu Qazbinə bələdiyyəsinin ##.##.2005-ci il tarixli ** saylı qərarına əsasən ayrılmış 0.85 ha torpaq sahəsinə dair çıxarışın verilməsinə köməklik göstərilməsi məqsədilə ** saylı Zaqatala Ərazi Idarəsinə ərizələrlə müraciət etmişdir. Ərizənin icrası ilə bağlı aparılmış texniki inventarlaşdırma işləri, kadastr ekspertizası və əmlaka yerində baxış keçirilən zaman məlum olmuşdur ki, Balakən rayonu Qazbinə bələdiyyəsindən əldə etdiyi 0.85 ha torpaq sahəsi də ** saylı Zaqatala Ərazi Idarəsinin xidməti istifadəsində olan elektron uçot xəritələrində dövlət mülkiyyətinə aid torpaq sahəsi kimi qeyd olunmuşdur. Buna görə də, onun ərizəsinin icrası tərəflərindən mümkün olmamış və bu barədə ərizəçiyə ##.##.2025-ci il tarixli, 3-21-3-47/2-O-0001-8/2025 (************) nömrəli məktub ünvanlanmışdır. Sorğu ilə bağlı AN ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin və JN-0036 kod ******** nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın arxiv nüsxələri ərazi idarəsində aşkar edilməmişdir. Sərəncamın 3-cü bəndinin icrası ilə bağlı inzibati icraat materialların təsdiq edilmiş surətləri təqdim olunur. Daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci və 10-cu maddələri ilə müəyyən edilmiş sənədlər əsasında aparılır. Torpaq sahəsinin mülkiyyət növü dövlət mülkiyyəti olduğu üçün Azərbaycan Respublikası Prezidentinin 2020-ci il ## ### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş «üçüncü şəxs1 Əsasnaməsi»nin 3.0.47-ci bəndinə əsasən özəlləşdirilən dövlətə məxsus olan hüquqi şəxslərin və obyektlərin, fiziki və hüquqi şəxslərin inşa etdikləri müəssisələrin və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin qiymətləndirilməsini və satışını həyata keçirmək Əmlak Məsələləri Dövlət Xidmətinin vəzifələrinə aid edilmişdir. Buna görə də işin obyektiv həlli üçün üçüncü şəxs1 3-cü şəxs qismində məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə prosesə cəlb etməsi zəruridir. Buna oxşar eyni məsələyə münasibət Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2022-ci il tarixli, **/**** nömrəli “Inzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” Qərardadının 53-cü bəndində göstərilmişdir, qeyd olunmuşdur ki, IPM-in 28.3 və 28.5-ci maddələrinə əsasən istər cəlbetmə, istərsə də cəlbetmədən imtina haqqında məhkəmə ayrıca akt formasında qərardad çıxarmalıdır. Həmin qərardadlarda işin halları, cəlbetmənin və ya cəlbetmədən imtinanın səbəbləri göstərilməli, xüsusən qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunub-toxunmadığına dair məhkəmənin mövqeyi lazımi qaydada əsaslandırılmalıdır. Bundan başqa, məhkəmənin qərardadında həyata keçirilmiş cəlbetmənin adi, yoxsa zəruri cəlbetmə olduğunu mütləq göstərməlidir. Cəlbetmə barədə, eləcə də cəlbetməyə dair vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında qərardad IPMin 28.3-cü maddəsinə əsasən inzibati prosesin bütün iştirakçılarına lazımi qaydada təqdim olunmalıdır. IPM-in 28.4-cü maddəsinə əsasən inzibati məhkəmə icraatına cəlbetmə barədə qərardaddan şikayət verilə bilməz. Bunun əksinə olaraq, cəlbetməyə dair vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında qərardaddan isə şikayət verilə bilər. Iddia ərizəsinə etiraz olaraq bildiririk ki, dövlətə məxsus olan qeyd olunan torpaq sahəsini bələdiyyə mülkiyyəti kimi özgəninkiləşdirilməsi barədə səlahiyyətsiz şəxs müvafiq bələdiyyə tərəfindən sərəncam qəbul edilmişdir. Belə ki, aparılan araşdırma zamanı məlum olmuşdur k, həmin torpaq sahəsi dövlət mülkiyyətinə aid olduğu üçün onun barəsində sərəncam vermək hüququ həmin dövrdə də Azərbaycan Respublikasının Dövlət Əmlak Komitəsinə məxsus olmuşdur (“Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin ## ###### 1997-ci il tarixli, *** nömrəli Fərmanının köhnə versiyasının 3-cü bəndində qeyd olumuşdur ki, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinə tapşırılsın ki, bu fərmandan irəli gələn tədbirləri həyata keçirsin). Hal-hazırda da həmin sələhiyyətləri üçüncü şəxs1 həyata keçirir. Nəzərinizə çatdırırıq ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının ## #### 1996-cı il tarixli Qanununun 6-cı maddəsinə görə, təbiəti mühafizə, təbii-qoruq, sağlamlaşdırma, istirahət, tarixi-mədəniyyət təyinatlı torpaqlar, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan ərazilərin torpaqları, dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşın-sınaq stansiyalarının, dövlət sort-sınaq xidmətinin, toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları, dövlət müəssisə idarə və təşkilatların daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar və həmin maddəyə əsasən digər torpaq sahələri dövlət mülkiyyətində saxlanılır. Halhazırda həmin səlahiyyətləri üçüncü şəxs1 həyata keçirir.
6. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəkili (nümayəndəsi) iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.
7. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazlarla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir.
8. Birinci instansiya məhkəməsinin iclasında üçüncü şəxsin nümayəndəsi iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
9. Şəki Inzibati Məhkəməsinin (hakim X7) ## ###### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.
10. Iddiaçı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, bu torpaq sahələri 20 ildən artıq müddətdir kı, iddiaçının faktiki istifadəsində və sahibliyindədir. Əgər cavabdehin və üçüncü şəxsin dediyi kimi, bu ölçüdə torpaq sahəsi dövlət mülkiyyəti idisə, niyə 20 ildən artıq müddətdə iddiaçı barəsində hər hansı tədbir görülmürdü? Halbuki, dövlət mülkıyətində olan torpaqların qorunması və istifadəsi birbaşa Əmlak Məsələləri Dövlət Xidmətinin səlahiyyətindədir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
TƏRƏFLƏRIN IZAHATLARI
12. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətlərinin təmin edilməsini, Şəki Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
13. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs üçüncü şəxs1 nümayəndəsi X4 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
15. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı İddiaçı məhkəmə iclasına gəlməmiş, üçüncü şəxs Balakən rayonu Mahamalar bələdiyyəsi nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının Inzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının IPM və ya IPM) 62.3-cü mаddəsi).
16. Iş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Cavabdehin ##.##.2025-ci il tarixli imtina məktublarından görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. A****** nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Balakən rayonu Qazbinə bələdiyyəsinin ##.##.2007-ci il tarixli ** saylı qərarı ilə Balakən rayonu Qazbinə kəndindən İddiaçı Abdurəhman oğluna 16000 kv.metr (təyinatı: Kərpic Istehsal müəssisəsi MMC üçün) torpaq sahəsi ayrılmışdır. Situasiya planından və sxematik plandan görünür ki, Balakən rayonu Qazbinə bələdiyyəsinə məxsus ərazidən X10 Müəssisəsi MMC-yə ayrıldığı qeyd olunmuşdur. Balakən rayonu Qazbinə bələdiyyəsinin ##.##.2007-ci il tarixli ** nömrəli sərəncamında qeyd edilmişdir: 1.Balakən rayonu Balakən şəhər sakini İddiaçı Abdurəhman oğluna istehsal prosessini həyata keçirmək üçun torpaq sahəsinin tələbi barədə yazdığı ərizəsi nəzərə alınsın. 2.Torpaqların alqı-satqısı haqqında Azərbaycan Respublikası Prezidentinin ## ###### 1997ci il tarixli *** saylı fərmanına, ## #### 2001 tarixli Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Prezidentinin ## #### 2002-ci il tarixli fərmanına, bələdiyyə torpaqlarının ayrılması və razılaşdırılması qaydaları haqqında əsasnaməyə uyğun olaraq Balakən şəhər sakini İddiaçı Abdurəhman oğluna bələdiyyə mülkiyyətinə aid olan ərazidən Balakən çayı vadisindən istehsal prossesini həyata keçirmək üçün alqı-satqı yolu ilə 1.60 hektar torpaq sahəsi verilsin. 3.Balakən şəhər sakini İddiaçı Abdurəhman oğluna tapşırılsın ki, alacağı torpağın hər 0.01 hektarına 34 manat olmaqla 1.60 hektar torpaq sahəsinə 5440.00 manatı bələdiyyənin bankdakı hesabına ödəsin. 4.Balakən Rayon Icra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsindən xahiş edilsin ki, həmin sahədə tikiləcək tikililərin smeta-layihə sənədlərinin hazırlanmasına köməklik göstərsin. 5.Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsindən xahiş edilsin ki, torpaqayırma sənədlərinin hazırlanmasına və torpaq sahəsinin yerində ölçülüb göstərilməsinə köməklik göstərsin. 6. Həmin torpaq sahəsi üçün hüquqi sənədin hazırlanıb verilməsinə köməklik göstərilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən xahiş edilsin. Dövlət Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsinin arayışından görünür ki, Qazbinə bələdiyyəsinə məxsus 1,6 ha torpaq sahəsi bələdiyyənin ##.##.2007-ci il tarixli ** nömrəli sərəncamına əsasən şəhər sakini İddiaçı Abdurəhman oğluna satılmışdır. Balakən Rayon Icra Hakimiyyəti başçısının ##.##.2009-cu il tarixli ** nömrəli sərəncamında qeyd edilmişdir ki: 1. Balakən rayonu Qazbinə kəndində Balakən şəhər sakini İddiaçı Abdurəhman oğlunun Qazbinə bələdiyyəsinin sərəncamında göstərilən. 1,60 ha torpaq sahəsində kərpic zavodunun tikintisi təsdiq edilmiş layihə əsasında aparılsın. 2.Vətəndaş sərəncamı aldıqdan sonra tikintiyə başlamadan Kommunal Muəssısələn Kombinatı MMC ilə müqavilə bağlamalı və bu müqavilə Notariat kontoru tərəfindən təsdiq edilməlidir. 3.Vətəndaş sərəncam imzalandığı tarixdən bır ıl ərzində tikintini başlamalı və uç ıl müddətinə qurtarmalıdır.
4. “Memarlıq fəaliyyəti haqqında” və “Şəhərsalmanın əsaslan haqqında” Azərbaycan Respublikası Qanunlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlanna əsasən tikintinin aparılması qaydalanna nayət edilsin. 5. Təsdiq edilmiş texniki sənədləri almadan tikintini başlamaq qadağandır. 6.Tikintini aparan şəxs oz arzusundan asılı olaraq, istər tikinti təşkilatlan ilə və ya kooperativlərlə müqavilə bağlayıb tikintini apara bilər. 7.Vətəndaşın nəzərinə çatdırılsın ki, torpağa şəhadətnaməni aldığı gündən etibarən, tikintinin isə sənədləşdirdikdən sonra vergiyə cəlb olunmasını təmin etsin. 8.Tikiləcək obyekt gələcəkdə dövlət əhəmiyyətli tikintilərin altına düşərsə, tikilmiş obyekt vətəndaşın oz vəsaiti hesabına sökülsün. 9.Tikintinin layihə uzrə apantmasma nəzarət RIHB-nın Memarlıq və Tikinti bölməsinə, rayon Kommunal Müəssisələri Kombinatı MMC-yə, kənd icra nümayəndəliyinə və rayon polis idarəsinə tapşırılsın. ***** nömrəli arayışdan görünür ki, Qazbinə bələdiyyəsinin ##.##.2005-ci il tarixli ** saylı qərarı ilə İddiaçı Abdurəhman oğluna tikinti məqsədi ilə 0,85 ha torpaq sahəsi satılması nəzərdə tutulmuşdur. X8 fondunun verdiyi qaiməyə əsasən satılacaq torpaq sahəsi Qanıx- Türyançaya aiddir. Həmin torpaq sahəsi 17 ballı, v-keyfiyyət qrupu yararsıza aid olmaqla 0,85 ha və normativ qiyməti 9.210.600 manatdır. Satılacaq torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid olmaqla ilk dəfə satılır. Balakən rayonu Qazbinə bələdiyyəsinin ##.##.2007-ci il tarixli ** saylı protokolundan çıxarışdan və ##.##.2008-ci il tarixli ** nömrəli Torpaqların alqısatqısına dair aktdan görünür ki, İddiaçı Abdurəhman oğluna Qazbinə bələdiyyə ərazisindən 1,60 ha torpaq sahəsinin satılması barədə 2007-ci il ## ####### tarixli * nömrəli qərar qəbul edilmişdir. Bunun müqavilində İddiaçı Abdurəhman oğlu tərəfindən Balakən rayon Kapital bankının ********** saylı hesbaına əvvəlcədən 5440 manat haqq ödənmişdir. Balakən Rayon Dövlət Arxivinin ##.##.2025-ci il tarixli məktubundan və məktuba əlavə olunmuş qərarlardan görünür ki, Balakən rayonu Qazbinə bələdiyyəsinin ##.##.2005-ci il tarixli ** saylı, ##.##.2007-ci il tarixli ** saylı protokolu qeyd edilməmişdir, ##.##.2005-ci il tarixli ** nömrəli, ##.##.2007-ci il tarixli ** nömrəli ##.##.2007-ci il tarixli ** nömrəli ##.##.2007-ci il **/A nömrəli qeyd edilib. ##.##.2007-ci il tarixli **/A nömrəli protokolunda İddiaçı Abdurəhman oğluna torpaq sahəsi ayrılması barədə qeyd edilmişdir. Balakən rayon Qazbinə bələdiyyəsinin ##.##.2007-ci il tarixli * nömrəli protokolundan görünür ki, iddiaçının adı qeyd olunmamışdır. Balakən rayon Qazbinə bələdiyyəsinin ##.##.2007-ci il tarixli * nömrəli protokolundan görünür ki, bələdiyyənin perspektiv inkişafı üçün saxlanılmış ərazidən İddiaçı Abdurəhman oğluna 1.6 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. JN-0036 torpağa mülkiyyət hüququna dair Dövlət aktından görünür ki, Balakən rayonu Qazbinə bələdiyyəsinin ##.##.2005-ci il tarixli ** saylı qərarı ilə 0.85 ha torpaq sahəsi tikinti işlərinin aparılması üçün İddiaçı satılmışdır. Cavabdehin ##.##.2025-ci il tarixli məktubuna əlavə olunmuş mütəxəssis rəyindən görünür ki, iddiaçıya Balakən rayon Qazbinə bələdiyyəsinin ##.##.2005-ci il tarixli, ** saylı iclasının qərarı ilə ayrılmış 0.85 ha və Balakən rayon Qazbinə bələdiyyəsinin ##.##.2007-ci il tarixli ** saylı iclasının qərarı ilə ayrılmış 1.6 ha torpaq sahəsinin 3,9774 ha olmaqla həmin torpaq sahəsi Balakən şəhərinin inzibati ərazi dairəsinin hüdudları daxilində dövlət mülkiyyətində olan Balakən kərpic zavodunun yerləşdiyi ərazinin sərhədləri daxilində yerləşir. Iddia olunan sahəsinin 0.85 ha hissəsinə İddiaçı 0036 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı və 1.60 ha hissəsinə isə İddiaçı A****** nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlanmışdır. Torpaq sahəsinin naturada istifadəçisi İddiaçıdur. Həmin torpaq sahələrinin yerləşmə vəziyyəti ölçüləri tərtib edilmiş yerquruluşu plan-1-də öz əksini tapmışdır. Faktiki istifadə olunan torpaq sahəsi Balakən rayon Qazbinə bələdiyyəsinin ##.##.2005-ci il tarixli, ** saylı iclasının qərarı ilə ayrılmış 0.85 ha və Balakən rayon Qazbinə bələdiyyəsinin ##.##.2007-ci il tarixli ** saylı iclasının qərarı ilə ayrılmış 1.6 ha torpaq sahəsi ilə eyni ərazidə yerləşir. Iddia olunan 0.85 ha və 1.6 ha torpaq sahəsi və ya faktiki istifadə olunan torpaq sahəsi başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmür. Iddia olunan torpaq sahəsi kərpic zavodunun fiziki sərhədlərinin hüdudları daxilində yerləşir və üzərində tikililər mövcuddur. Faktiki istifadə olunan torpaq sahəsinin ölçüsü iddia olunan torpaq sahəsindən artıqdır və iddia olunan torpaq sahələrinin dəqiq koordinatları tərtib edilmiş yerquruluşu planı 2-də göstərilmişdir. ** saylı Ərazi Vergilər Idarəsinin ##.##.2025-ci il tarixli məktubundan görünür ki, “X10I MÜƏSSISƏSI” Məhdud Məsuliyyətli Cəmiyyəti ilk dəfə ##.##.2003-cü ildə X1 təsisçiliyi ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti kimi Ədliyyə Nazirliyi Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Sumqayıt bölgə şöbəsində ****-A*-*** nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatından keçmiş və ##.##.2004-cü ildə vergi uçotuna alınaraq ********** nömrəli VÖEN almışdır. X6 öz payının 25%-ni X5, 50%-ni isə İddiaçı satmış və müəssisənin adı, “X10I MÜƏSSISƏSI”nə dəyişdirilmişdir. ##.##.2006-cı il tarixdə X1 qalan 25%-lik payının hamısını X5. ##.##.2007-ci il tarixdə İddiaçı payının 40%-ni, X5 isə 10% payını “xxxx” ASC-yə satmış, lakin ##.##.2012-ci il tarixli razılaşma ilə həmin müqavilə ləğv edilmişdir. ##.##.2012-ci il tarixli bağışlama müqaviləsi ilə İddiaçı payının 40%-ni, X5 isə 50%-lik payını X11 bağışlamışlar. ##.##.2024-cü ildə Cəmiyyətdəki payların hamısı X18. Cavabdehin ##.##.2025-ci il tarixli məktubundan görünür ki, 0.85 ha və 1.60 ha torpaq sahələrinin qonşuluğunda yerləşən, mülkiyyət hüquqları qeydiyyata alınmış 0.0716 ha torpaq sahəsinə və fərdi yaşayış evinə dair hüquqmüəyyənedici və texniki sənədlərin və X8 kitabının 028 nömrəsi ilə qeydiyyatın aparıldığı səhifənin təsdiq edilmiş surətləri təqdim olunur. Dövlət aktı qeydiyyatı kitabının 51 nömrə ilə qeydiyyatın aparıldığı səhifənin surəti ərazi idarəsində aşkar edilməmişdir. 0.85 ha və 1.60 ha torpaq sahələri yerləşən ərazi Balakən şəhərinin genişləndirilməsi ilə əlaqədar Qazbinə kəndinin ərazisindən Balakən şəhərinin hüdudları daxilinə keçən ərazidir, Qazbinə kəndinin kompleks yerquruluşu layihəsində ictimai tikililər üçün nəzərdə tutulan ərazi kimi göstərilmişdir. DWG xəritəsinə əsasən mülkiyyətçisini müəyyən etmək mümkün olmamışdır. 769 inventar nömrəli qeyri-yaşayış binasının texniki pasportundan görünür ki, əsas Qazbinə bələdiyyəsinin ## ######## 2005-ci il tarixli 25№-li sərəncamı, sahibkar İddiaçı, ümumi torpaq sahəsi 8500 kv.metr olaraq qeyd edilmişdir. RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, hüququ rəsmiləşdirilən- “X10 Müəssisəsi” MMC, ünvan- ünvan 1 16, daşınmaz əmlakın adı- əmlak kompleksi kimi müəssisə, ümumi sahəsi 777,8 kv.metr, torpaq sahəsi- 0,08577 ha, torpaq sahəsinin mülkiyyət növüdövlət, təyinatı- anbar, torpaq sahəsi üzərində hüququnun növü-istifadədə qeyd edilmişdir. Hüquq subyekti kimi “X10 Müəssisəsi” MMC 401011001097-***** reyestr nömrəli əmlak kompleksinin texniki pasportundan görünür ki, faktiki istifadə olunan torpaq sahəsi 16736.6 kv.metr, əsas tikinti altında olan torpaq sahəsi 857,70 kv.metr qeyd olunmuşdur. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq təqdim edilmiş üçüncü şəxs1 ##.##.2026-cı il tarixli məktubuna əsasən, qeyd edilən torpaq sahələri “X10 Müəssisəsi” MMCyə məxsus əmlak kompleksinin yerləşdiyi və hazırda dövlət mülkiyyətində olan 39774.0 kv.m torpaq sahəsinin hüdudları daxilində yerləşir. Eyni zamanda “X10 Müəssisəsi” MMC-nin istifadəsində olan və torpaqların elektron kadastr bazasına əsasən dövlət mülkiyyətinə aid həmin 39774.0 kv.m torpaq sahəsi dövlət əmlakının Registrində qeydiyyata alınmışdır. Həmin məktuba əlavə edilmiş üçüncü şəxs1 Balakən Rayon Icra Hakimiyyətinin sərəncamında olan daşınmaz dövlət əmlakı haqqında Registrdən Çıxarışdan görünür ki, “X10 Müəssisəsi” MMC məxsus əmlak kompleksi kimi müəssisənin yerləşdiyi 39774.0 kv.m torpaq sahəsi 401-00454147 registr nömrəsi ilə qeydiyyata alınmışdır.
TƏTBIQ EDILƏN HÜQUQ
17. Inzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Maddə 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 48.2. Inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. Maddə 48.3. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
18. Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli * nömrəli Qərarı: 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2-ci bəndinə əsasən, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3-cü bəndinə əsasən, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4-cü bəndinə əsasən, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1-ci bəndinə əsasən, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən, IPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 4.2-ci bəndinə əsasən, hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 6.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2-ci bəndinə əsasən, iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.1-ci bəndinə əsasən, iddia mümkün sayılmadıqda məhkəmə IPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən, bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən, buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.5-ci bəndinə əsasən, iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 16.1-ci bəndinə əsasən iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2-ci bəndinə əsasən iddia ərizəsi IPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3-cü bəndinə əsasən həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4-cü bəndinə əsasən IPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.6-cı bəndinə əsasən iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.
APELLYASIYA ŞIKAYƏTININ MÜMKÜNLÜYÜ
19. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir. APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
20. Apellyasiya şikayətI vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (IPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (IPM-in 85.2 və 85.3cü maddələri). Apellyasiya şikayəti mümkündür və qismən əsaslıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəki Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı ləğv edilərək, iddia tələbi mümkün sayılmamalıdır.
21. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olubolmaması yoxlanılır. Iddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.
22. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyət zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər.
23. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianın mümkünlüyü məsələsini və mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamışdır.
24. Belə ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı Balakən rayonu Qazbinə bələdiyyəsinin ##.##.2005-ci il tarixli ** saylı qərarına əsasən ayrılmış 0,85 ha və Balakən rayonu Qazbinə bələdiyyəsinin ##.##.2007-ci il tarixli ** saylı qərarına əsasən ayrılmış 1,60 ha torpaq sahələri üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, reyestrdən çıxarışların, torpaq sahələrinin plan-ölçü sənədlərinin verilməsinə nail olmaqdır.
25. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməyərək mövqeyini onunla əsaslandırmışdır ki, yuxarıda ətraflı şəkildə göstərilən və məhkəmə tərəfindən hərtərəfli araşdırılaraq hüquqi qiymət verilmiş halların, yəni iddiaçı tərəfindən 0,85 hektar və 1,60 hektar torpaq sahələri üzrə mülkiyyət hüququnun yaranmasını təsdiq edən sənədlərin mövcud olmaması, təqdim edilmiş bələdiyyə qərarlarının və protokollarının Balakən Rayon Dövlət Arxivinin rəsmi məlumatları ilə uyğun gəlməməsi, torpaq sahələrinin təyinatı ilə bağlı sənədlər arasında kəskin və izaholunmaz ziddiyyətlərin mövcudluğu, torpaq sahələrinin faktiki yerləşdiyi ərazilərin dövlət mülkiyyətinə aid olması, bələdiyyənin həmin torpaq sahələri üzərində sərəncam vermək səlahiyyətinin olmaması, hüquqverici sənədlərdən biri kimi təqdim edilən dövlət aktının dövlət orqanlarının heç bir rəsmi arxiv və uçot sistemində mövcudluğunun təsdiq edilməməsi, eləcə də bütün bu hallar əsasında cavabdeh inzibati orqanın hüquqların dövlət qeydiyyatından imtina etməsinin qanunvericiliyin tələblərinə uyğun və əsaslı olması nəzərə alınaraq, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələblər hüquqi baxımdan sübuta yetirilməmiş, sənədlərlə etibarlı şəkildə əsaslandırılmamış və inzibati orqanın üzərinə tələb edilən hərəkətlərin edilməsi üçün zəruri hüquqi şərtlər formalaşmamışdır.
26. Məhkəmə kollegiyası tərəfindən işin hallarının tam araşdırılması baxımından mübahisə predmeti olan 0,85 ha və 1,6 ha torpaq sahələrinin dövlət əmlakının Registrində müvafiq qeydiyyata alınıb-alınmaması barədə məlumatların (registr barədə sənədlərin) təqdim edilməsinə dair Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu edilmiş və sorğuya cavab olaraq təqdim edilmiş üçüncü şəxs1 ##.##.2026-cı il tarixli məktubundan görünür ki, qeyd edilən torpaq sahələri “X10 Müəssisəsi” MMC-yə məxsus əmlak kompleksinin yerləşdiyi və hazırda dövlət mülkiyyətində olan 39774.0 kv.m torpaq sahəsinin hüdudları daxilində yerləşir. Eyni zamanda “X10 Müəssisəsi” MMC-nin istifadəsində olan və torpaqların elektron kadastr bazasına əsasən dövlət mülkiyyətinə aid həmin 39774.0 kv.m torpaq sahəsi dövlət əmlakının Registrində qeydiyyata alınmışdır. Həmin məktuba əlavə edilmiş üçüncü şəxs1 Balakən Rayon Icra Hakimiyyətinin sərəncamında olan daşınmaz dövlət əmlakı haqqında Registrdən Çıxarışdan görünür ki, “X10 Müəssisəsi” MMC məxsus əmlak kompleksi kimi müəssisənin yerləşdiyi 39774.0 kv.m torpaq sahəsi 401-00454147 registr nömrəsi ilə qeydiyyata alınmışdır.
27. Mübahisə predmeti olan torpaq sahələri üçüncü şəxs1 Balakən Rayon Icra Hakimiyyətinin sərəncamında olan daşınmaz dövlət əmlakı haqqında Registrdən Çıxarışa əsasən 401-00454147 registr nömrəsi ilə qeydiyyata alınmışdır.
28. Göründüyü kimi, mülkiyyət hüquqununun dövlət əmlakı kimi qeydiyyata alınmasını təsdiq edən sənəd olan həmin çıxarış hazırda qüvvədədir və qanunla müəyyən edilmiş qaydada mübahisələndirilmədiyindən iddiaçı tərəfindən qaldırılmış mübahisə predmeti olan torpaq sahələrinin qeydiyyata alınması ilə bağlı iddiaya mahiyyəti üzrə baxıla bilməz.
29. Belə olan halda məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi prosessual hüquq normaların tələblərini pozaraq iddianın mümkünlük şərtlərini yoxlamadan, 401-00454147 registr nömrəli Çıxarışın hazırda qüvvədə olmasını və mübahisələndirilməməsini nəzərə almadan, nəticə etibarilə IPM-in 12-ci, 13-cü və 48-ci maddələrinin tələblərini pozaraq inzibati iş üzrə kifayət qədər araşdırma aparmadan qərar qəbul etməkdə haqlı olmamışdır.
30. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəki Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)- ****/**** nömrəli qərarı ləğv edilməli, iddiaçı İddiaçı cavabdeh üçüncü şəxs1 tabeliyində cavabdeh1 qarşı “Balakən rayonu Qazbinə bələdiyyəsinin ##.##.2005-ci il tarixli ** saylı qərarına əsasən ayrılmış 0,85 ha və Balakən rayonu Qazbinə bələdiyyəsinin ##.##.2007-ci il tarixli ** saylı qərarına əsasən ayrılmış 1,60 ha torpaq sahələri üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, reyestrdən çıxarışların, torpaq sahələrinin plan-ölçü sənədlərinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi mümkün sayılmamalıdır.
31. Yuxarıda göstərilənlərə və IPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDI:
Iddiaçı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş аpellyаsiyа şikаyəti qismən təmin edilsin. Şəki Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. Iddiaçı İddiaçı cavabdeh üçüncü şəxs1 tabeliyində cavabdeh1 qarşı “Balakən rayonu Qazbinə bələdiyyəsinin ##.##.2005-ci il tarixli ** saylı qərarına əsasən ayrılmış 0,85 ha və Balakən rayonu Qazbinə bələdiyyəsinin ##.##.2007-ci il tarixli ** saylı qərarına əsasən ayrılmış 1,60 ha torpaq sahələri üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, reyestrdən çıxarışların, torpaq sahələrinin plan-ölçü sənədlərinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi mümkün sayılmasın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.