Məhkəmə qərarları › İş №2-1(3-10)-91/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-10)-91/2026

02.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 2-1(3-10)-91/2026 02.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), Mustafayev Etibar Mustafa oğlu və X1 ibarət tərkibdə, Məhərrəmli Hafiz Əfqan oğlunun katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 qarşı “15 ha torpaq sahəsi üzərində icarə hüququnun qeydə alınaraq çıxarış və plan ölçü sənədinin verilməsi” tələbinə dair Şəki Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: işin halları:

1. Zərdab rayonu Yarməmmədbağı bələdiyyəsinin ##.##.2007-ci il tarixli, ** saylı qərarı əsasında iddiaçıya bələdiyyənin torpaq fondundan yararsız torpaq sahəsinin yararlı hala salmaqla kənd təsərrüfatı məhsullarının istehsalı üçün 30 il müddətinə 15,0 ha torpaq sahəsi icarəyə verilmişdir.

2. “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” ##.##.2007-ci il tarixli, ** nömrəli müqaviləyə əsasən 15,0 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün 30 il müddətinə iddiaçının istifadəsinə verilmişdir.

3. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DT və XK) Zərdab rayon şöbəsi tərəfindən Zərdab rayonu Yarməmmədbağı bələdiyyəsinin ##.##.2007-ci il tarixli, ** saylı qərarı əsasında iddiaçıya verilmiş 15,0 ha torpaq sahəsinin ##.##.2013-cü il tarixli, A № ****** saylı plan-ölçü sənədi tərtib edilmişdir.

4. Iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan ##.##.2024-cü il tarixli, *-**-*-**/*-***/**** saylı məktubu ilə müraciətin təmin edilməsindən imtina etmişdir.

5. Imtina onunla əsaslandırılmışdır ki, ləğv edilmiş DT və XK-nın Zərdab rayon şöbəsi tərəfindən tərtib edilmiş ##.##.2013-cü il tarixli, A № ****** saylı plan-ölçü sənədinin sertifikat hissəsində “örüş” qrafası işarələnmişdir. Torpaq sahəsi, kompleks yerquruluşu islahat xəritələrində örüş (qamışlı və bataqlı) uqodiyalı göstərilmişdir. AR-nın Torpaq Məcəlləsinin 9-cu madddəsinin 3-cü bəndi və 13-cü maddəsinin 3-cü bəndinə əsasən torpaq sahələri təyinatına görə istifadə edilməlidir. Kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlər üçün istifadə yalnız müəyyən edilmiş qaydada AR-nın Nazirlər Kabineti tərəfindən onların bir kateqoriyadan digərinə keçirildiyi təqdirdə mümkündür. Həmin Məcəllənin 56-cı maddəsinin 3-cü bəndi və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.3-cü maddəsinə əsasən bələdiyyələrin ehtiyyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilə bilər. birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:

6. Iddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, Zərdab rayonu Yarməmmədbağı bələdiyyəsinin ##.##.2007-ci il tarixli, ** saylı qərarı əsasında iddiaçıya ayrılmış 15 ha torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

7. Şəki Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli qərardadı ilə Zərdab rayonu Yarməmmədbağı Bələdiyyəsi hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində adi qaydada məhkəmə icraatına cəlb edilmişdir.

8. Iddia ərizəsinə əsasən Zərdab rayonu Yarməmmədbağı Bələdiyyəsinin ##.##.2007- ci il tarixli ** saylı qərarına əsasən iddiaçıya 15.0 ha torpaq sahəsi icarəyə verilmişdir . Iddiaçı, həmin torpaq sahəsi üzərində icarə hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdehə müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir.

9. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır. - ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zərdab rayon şöbəsi tərəfindən tərtib edilmiş ##.##.2013-cü il tarixli, AN: ****** saylı kadastr (torpaq sahəsinin plan və ölçüsü) planının sertifikat hissəsində “örüş” qrafası işarələnmişdir. Torpaq sahəsi kompleks yerquruluşu islahat xəritələrində örüş (qamışlı və bataqlıq) uqodiyalı göstərilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9-cu maddəsinin 3-cü bəndinə və 13-cü maddəsinin 3-cü bəndinə əsasən torpaq sahələri təyinatına görə istifadə edilməlidir. Kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlər üçün istifadə yalnız müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən onların bir kateqoriyadan digərinə keçirildiyi təqdirdə mümkündür. Həmin Məcəllənin 56-cı maddəsinin 3-cü bəndinə və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.3-cü maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinat üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizənin icrasından imtina olunmuşdur.

10. Şəki Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim Fəxri Hacızadə) iddia tələbi təmin edilməmişdir.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddia ərizəsinə əsasən iddiaçının hüquqi marağı Zərdab rayonu Yarməmmədbağı bələdiyyəsinin ##.##.2007-ci il tarixli,** saylı iclasının protokoluna əsasən icarəyə verilmiş 15 ha torpaq sahəsi üzərində 30 il müddətinə icarə hüququnun qeydə alınmasından ibarətdir. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, Zərdab rayonu Yarməmmədbağı Bələdiyyəsinin ##.##.2007-ci il tarixli ** saylı qərarı əsasında 15,0 ha torpaq sahəsi 15 ha torpaq sahəsi 30 il müddətinə iddiaçıya icarəyə verilmişdir. Cavabdehin iddiaya qarşı dəlili iddia olunan torpaq sahəsinin örüş torpaqları olmasından ibarətdir. Məhkəmə imtinanın dəlilini digər sənədlərlə bərabər araşdıraraq iddianı əsassız hesab edir. Belə ki, Zərdab rayonu Yarməmmədbağı bələdiyyəsinin ##.##.2024-cü il tarixli məktubunda Zərdab rayonu Yarmammadbağı bələdiyyəsinin ## ###### 2007-ci il tarixli, ** saylı qərarı ilə Zərdab rayonu Yarmammadbağı kənd sakini İddiaçı icarə yolu ilə 15,00 ha torpaq sahəsi ayrıldığı və ## ###### 2007-ci il tarixli, ** saylı icarə müqaviləsi bağlandığı qeyd edilir. Həmin 15,00 ha torpaq sahəsi bələdiyyəyə təqdim olunmuş xəritədə şoran torpaq sahəsi kimi qeyd olunmuş, R. Ramazanova verilmiş torpaq sahəsinin plan və ölçüsündə isə həmin sahə örüş sahəsi kimi göstərilərək sənəddə təyinatın kənd təsərrüfatı məhsullarının istehsalı üçün verildiyi qeyd edilmişdir. Həmin 15 ha torpaq sahəsi yaşayış məntəqəsindən 1,7 km kənarda, “100 hektar” adlanan massiv ərazidə yerləşir. R. Ramazanovun istifadə etdiyi torpaq sahəsi onun icarəsinə verilmiş torpaq sahəsi ilə eynidir. Məhkəmə iddia olunan torpaq sahəsi ilə bağlı tərtib edilmiş A seriyalı №****** Torpaq sahəsinin plan-ölçü sənədinə əsasən də torpaq sahəsinin örüş torpaqlarına aid olduğu qənaətinə gəlmişdir. Belə ki, həmin sənədin “torpaq sahəsinin kadast göstəriciləri” qrafasında 150005,9 kv.m torpaq sahəsinin “örüş” torpaqlarına aid olduğu təsbit edilir. Iddia olunan torpaq sahəsinin xüsusiyyətlərinin araşdırılması ilə bağlı sorğuya əsasən cavabdeh orqan tərtib etdiyi mütəxəssis rəyində aşağıdakılar qeyd edilmişdir: İddiaçı Zərdab rayonu Yarmammadbağı bələdiyyəsinin ##.##.2007-ci il tarixli, ** saylı qərarı ilə icarəyə verilmiş 15 ha torpaq sahəsinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş 90514018000003 kadastr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin koordinatları Zərdab rayonu Yarmammadbağı kəndi ərazisində aparılan torpaq islahatına dair kompleks islahat layihəsində kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı, bələdiyyə mülkiyyətinə aid göstərilməklə, bataqlaşmış örüş sloyu ilə qeyd edilmişdir. İddiaçı Zərdab rayonu Yarməmmadbağı bələdiyyəsinin ##.##.2007-ci il tarixli, ** saylı qərarı ilə ayrılmış 15 ha torpaq sahəsinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş 90514018000003 kadastr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin koordinatları idarənin elektron baza məlumatlarında 15 ha torpaq sahəsinin 0,13 ha hissəsi Torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUIS-AzCad) kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı, uqodiyası əkin olmaqla xüsusi mülkiyyətə aid JN-*** nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktı (X2 və ailə üzvləri) ilə üst-üstə düşür. 15 ha torpaq sahəsinin 14,87 ha hissəsi isə TEKUIS-AzCad məlumatlarında kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı, islahat uqodiyası şoranlıq, uqodiyası faktiki istifadə vəziyyətinə uyğun əkin göstərilməklə bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi kimi göstərilmişdir. Topoqrafik xəritədə 15 ha torpaq sahəsinin bir hissəsi şoran dinc, digər hissəsi isə şoran əkin olaraq göstərilmişdir. 90514018000003 kadastr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin koordinatları ilə müəyyənləşən 15 ha torpaq sahəsinin 0,13 ha hissəsi istisna olmaqla qalan 14,87 ha hissəsi baxış zamanı iddiaçının naturada göstərdiyi, faktiki istifadə etdiyini bildirdiyi 16,53 ha torpaq sahəsi ilə üst-üstə düşür. Məhkəmə iddiaçının faktiki istifadəsində 16,53 ha torpaq sahəsi olduğundan Torpaq sahəsinin plan-ölçüsü sənədinin koordinatlarının 0,13 ha torpaq sahəsinin digər mülkiyyətçinin torpaq sahəsi ilə üst-üstdə düşməsinə münasibətdə qeyd edir ki, mövcud təcrübəyə əsasən Torpaq sahəsinin planı-ölçüsü sənədinin koordinatlarında uyğunsuzluğun olması səbəbindən həmin hissədə iddianın mümkünlüyü deyil, bütövlükdə icarə hüququnun qeydə alınması tələbinə münasibət bildirilməlidir. Özlüyündə həmin hissənin mübahisələndirilmə imkanı da əlverişli iddia vasitəsi deyildir Məhkəmə iddianın obyekti və predmetinin fərqləndirilməsi baxımdan mübahisəyə yanaşır. Iddianın predmeti ilə iddianın obyekti fərqləndirilməlidir. Prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. Iddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. Iddianın obyekti,iddiaçının əldə etməyə çalışdığı maddi nemətdir. (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5- ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ###### 2012-ci il tarixli Plenumu Qərarı). Nəticə etibarı ilə məhkəmə iddia olunan 15 ha torpaq sahəsi kimi A seriyalı ****** nömrəli Torpaq sahəsinin plan-ölçü sənədinin koordinatlarında göstərilən ərazini deyil, Zərdab rayonu Yarməmmədbağı Bələdiyyəsinin ##.##.2007-ci il tarixli ** saylı qərarı əsasında ayrılmış və faktiki istifadə edilən 16,53 ha torpaq sahəsinin daxilində yerləşən 15 ha torpaq sahəsini iddianın obyekti hesab edir. Işin araşdırılmış hallarından müəyyən olunur ki, iddiaçının naturada göstərdiyi və faktiki istifadə etdiyini bildirdiyi torpaq sahəsi elektron baza məlumatlarında təqdim olunan Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatları əsasında tərtib edilən elektron kadastr uçotu xəritəsində kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı, örüş uqodiyalı, bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir. Torpaq sahəsi icarəyə verilərkən qüvvədə olan Torpaq Məcəlləsinin 16-cı maddəsinin 4-cü bəndində qeyd edilirdi ki, bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilər. Örüş, otlaq və biçənək sahələrinin icarə müddəti başa çatdıqda, müqavilə qanunvericiliklə müəyyən edilmiş qaydada yenidən uzadılır.Göründüyü kimi, həmin norma örüş torpaqlarının on beş ildən artıq icarəyə verilməsini istisna edir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, Torpaq Məcəlləsinin hazırda qüvvədə olan 16-cı maddəsi yeni redaksiyada verilsə də və həmin redaksiyada örüş torpaqlarının icarəyə verilmə müddəti ilə bağlı norma əks olunmasa da, qeyd edilməlidir ki, elə həmin maddənin 5-ci bəndində qeyd edilmişdir ki, örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. (Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2069/2025 ##.##.2025 tarixli Qərarında təsbit olunan mövqe). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il ## #### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi” Qaydalarının 21-ci bəndinə qeyd edilmişdir ki, örüş sahələrinin və biçənəklərin istifadəyə və icarəyə verilməsi bu Qaydaların II və III bölmələrinə uyğun olaraq həyata keçirilir. Həmin Qaydaların II və III bölmələri yay və qış otlaqlarının bölünməsi, istifadə və icarəyə verilməsini tənzimləyir ki, III bölmənin 13-cü bəndi bu qəbildən olan torpaq sahələrinin icarəsi müddətini bir qayda olaraq 10 ildən 15 ilədək müəyyən etmişdir. Hazırkı işdən görünür ki, bələdiyyə tərəfindən iddiaçıya torpaq sahəsi 30 il müddətinə icarəyə verilməsi barədə qərar qəbul olunmuş, bundan sonra 2007-ci ildə 30 il müddətinə icarə müqaviləsi bağlanılmışdır. Buda göstərilən normanın tələblərinin pozulması anlamına gəlir.

12. Iddiaçı, həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) apellyasiya şikayətinin dəlilləri

13. Apellyasiya şikayətinin dəlillərinə görə cavabdeh tərəfindən verilmiş imtina məktubunda qeyd edilmişdir ki, “torpaq sahəsinin plan və ölçüsündə planın sertifikat hissəsində örüş qrafası işarələnmiş, torpaq sahəsi kompleks yerquruluşu islahat xəritələrində örüş (qamışlı və bataqlı) uqodiya göstərilmişdir”. Göründüyü kimi, cavabdeh təşkilatın imtina bildirişinin əsası torpağın təyinatının başqa olması ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi isə belə nəticəyə gəlmişdir ki, torpağın təyinatı örüş olduğundan ümumiyyətlə 30 illik icarə müqaviləsi bağlanması qanuni deyildir. Qeyd etmişdir ki, torpaq sahəsi illərdir istifadəsindədir və Yarməmmədbağı bələdiyyəsinin ##.##.2007-ci il tarixli, ** saylı qərarı əsasında 15,0 ha torpaq sahəsi onun icarəsinə ayrılmışdır. Torpaq sahəsinə dair plan və ölçü hazırlanaraq ona təqdim edilmişdir. Bu illər ərzində icarə müqaviləsi mübahisələndirilməmişdir. Digər tərəfdən, hesab edir ki, məhkəmə bu nəticəyə gəlməklə ümumiyyətlə iddianın predmetindən kəskin şəkildə kənara çıxmışdır. b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

tərəflərin izahatları

15. Məhkəmə kollegiyasının ##.##.2026-cı il tarixli iclasında mütəxəssis qismində iştirak edən cavabdeh1 PHŞ-nin ** saylı Ucar Ərazi Idarəsinin yerquruluşu təşkili şöbəsinin müdiri Nazim Ibrahimov qeyd etmişdir ki, Islahat xəritəsində (DWJ) torpaq sahəsi şoran uqodiyalı göstərilmişdir. Lakin elektron bazada həmin ərazinin sərhədlərini müəyyən edən sloyun (parsel, torpaq sahəsinin elektron sərhədlərini müəyyən edən xətt deməkdir) üzərinə vurduqda torpaq sahəsinin uqodiyası örüş göstərilir. Belə ki, hazırkı torpaq sahəsinin üzərində normaldan fərqli olaraq, şoran uqodiyalı torpaq sahəsinin şərti işarəsi vardır. Torpaq sahəsinin uqodiyası topoqrafik xəritədə “əkin və dinc” olaraq qeyd edilmişdir. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməsini və Şəki Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin və üçüncü şəxsin nümayəndəsi inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası hazırki işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının Inzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

16. Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı tarixli, *- *(*-**)-**/**** nömrəli qərardadı ilə iş üzrə cavabdeh cavabdeh1 PHŞ-nin ** saylı Ucar Ərazi Idarəsi – prossesual hüquq varisi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ ilə əvəz edilmişdir.

tətbiq edilən hüquq

17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 1. Əsas anlayışlar Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr ... Maddə 12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə X4 Sistemində yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə 23. Hüquqların dövlət qeydiyyatı haqqında qanunvericiliyinin pozulmasına görə məsuliyyət 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. ...

18. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur.

19. Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2016cı il # #### tarixli *** nömrəli Fərmanı:

2. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyinə tapşırılsın ki: 2.3. torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: 2.3.4. ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi;

20. “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1.Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Maddə 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.

21. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12. Işin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

22. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

23. Iddiaçı, onun üçün əlverişsiz olan məhkəmə aktından bütövlükdə şikayət verdiyindən verilmiş apellyasiya şikayəti üzrə hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyinə və əsaslılığına qiymət veriləcəkdir.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsaslıdır və təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

25. IPM-in 12.1, 12.2, 58.7, 82-ci maddələrində təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.

26. Işin hallarından görünür ki, iddiaçı, Zərdab rayonu Yarməmmədbağı Bələdiyyəsinin ##.##.2007-ci il tarixli, ** saylı qərarı və həmin qərar əsasında bağlanmış icarə müqaviləsinə istinad etməklə 15 ha torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını, çıxarışın və plan-ölçü sənədinin verilməsini tələb etmişdir. Cavabdeh isə imtinanı onunla əsaslandırmışdır ki, A seriyalı ****** nömrəli plan-ölçü sənədinin sertifikat hissəsində “örüş” qrafası işarələnmiş, torpaq sahəsi kompleks yerquruluşu islahat xəritələrində örüş, qamışlı və bataqlıq uqodiyalı sahə kimi göstərilmişdir.

27. Iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən “xxxx” MMC-yə sorğu verilərək ##.##.2013-cü il tarixli, *** nömrəli qeydiyyatın aparıldığı səhifənin və A****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təqdim edilməsi tələb olunmuşdur. Həmin qurum sorğu edilən sənədlərin aşkar edilmədiyini bildirmişdir.

28. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin sorğu etdiyi sənədlər “xxxx” MMC-də yox, qeydiyyat orqanında - ** saylı Ucar Ərazi Idarəsində saxlanılmalı olan sənədlərdir. Iş materiallarından görünür ki, A****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin əsli iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş və həmin sənəd Ərazi Idarəsində uçota alınmışdır (səh.55). Həmin sənədin mötəbərliyi ilə bağlı hər hansı şübhə və ya mübahisə yoxdur.

29. Iddiaçıya torpaq sahəsinin icarəyə verilməsi barədə bələdiyyə iclas protokolunun arxivdə olmaması və aidiyyəti dövlət qurumlarında qeydə alınmaması ilə bağlı kollegiya qeyd edir ki, məhkəmə təcrübəsində 2007-ci ilədək qəbul edilmiş bələdiyyə aktlarının Ədliyyə Nazirliyinin Bələdiyyələrlə Iş Baş Idarəsində inzibati nəzarət qaydasında qeydiyyata alınması geniş yayılmış təcrübə kimi müşahidə olunmur. Göyçay Regional Ədliyyə Idarəsinin ##.##.2025-ci il tarixli məktubunda da göstərilmişdir ki, Idarənin ərazi yurisdiksiyasına aid olan bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar inzibati nəzarət qaydasında Göyçay Regional Ədliyyə Idarəsinə ##.##.2011-ci il tarixdən təqdim edilməyə başlanılmışdır.

30. Bələdiyyə aktının arxivdə saxlanılması, uçota alınması və inzibati nəzarət orqanına təqdim edilməsi ilə bağlı hallar qiymətləndirilərkən həmin proseslərdə iddiaçının vəzifəsi və müdaxilə imkanları nəzərə alınmalıdır. Kollegiya qeyd edir ki, bu məsələlər məhz bələdiyyənin sənəd dövriyyəsi üzrə məsuliyyət sferasına aid olduğundan, həmin sənədlərin saxlanılmaması və ya aidiyyəti quruma təqdim edilməməsi iddiaçının ziyanına şərh oluna bilməz.

31. Bələdiyyə iclas protokolu ilə bağlı məsələ iddiaçı üçün yalnız o halda mənfi nəticə yarada bilərdi ki, həmin tarixdə ümumiyyətlə iclasın keçirilməməsi və ya iclas keçirildiyi halda iddiaçıya torpaq sahəsinin ayrılmaması müəyyən edilmiş olsun. Hazırkı işdə isə belə hal müəyyən edilmir. Faktiki olaraq bələdiyyə tərəfindən iddiaçıya torpaq sahəsinin icarəyə verilməsi təsdiq edilir və qeyd olunur ki, 2007-ci ildən sonra dörd bələdiyyə sədri fəaliyyət göstərmiş, həmin torpaq sahəsi ilə bağlı sənədlər Yarməmmədbağı bələdiyyəsinin hazırkı sədrinə təhvil verilməmişdir.

32. Iş materialları ilə müəyyən edilir ki, iddiaçıya torpaq sahəsi ayrılarkən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zərdab rayon şöbəsinin iştirakı ilə torpaqayırma sənədləri hazırlanmış, bundan sonra bələdiyyə ilə iddiaçı arasında 30 il müddətinə torpaq icarəsi müqaviləsi bağlanmışdır. Iddiaçı ona verilmiş sənədlərin əsillərini məhkəməyə təqdim etmişdir. Həmin sənədlərin mötəbərliyinə hər hansı şübhə aşkar edilməmişdir.

33. Iddia olunan torpaq sahəsi ilə bağlı bələdiyyə tərəfindən təqdim edilən ilkin yerquruluşu planından görünür ki, sözügedən torpaq sahəsi “şoran” torpaqlar olaraq qeyd edilmiş və “III” şərti işarəsi ilə təsvir edilmişdir.

34. Birinci instansiya məhkəməsinə təqdim edilmiş mütəxəssis rəyində qeyd edilir ki, 15 ha torpaq sahəsinin 14,87 ha hissəsi TEKUIS-AzCad məlumatlarında kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı, islahat uqodiyası şoranlıq olaraq göstərilmişdir.

35. Mütəxəssis rəyinə əlavə edilmiş ortofoto xəritəsində isə sözügedən torpaq sahəsinin islahat uqodiyası “şoranlıq” qeyd edilmiş, həmçinin kəndin kompleks yerquruluşu islahat xəritəsinə əsasən “şoran, qamışlı və bataqlaşmış örüş” parseli çərçivəsində yerləşməsi, topoqrafik xəritədə isə “əkin və dinc” olaraq göstərilməsi qeyd edilmişdir.

36. Beləliklə mütəxəssis rəyində torpaq sahəsinin islahat uqodiyası - ilkin olaraq “bələdiyyə mülkiyyətinə aid şoran, bataqlaşmış örüş sloyu”, daha sonra isə “islahat uqodiyası şoranlıq”, ortofoto xəritəsində - “şoranlıq”, “şoran, qamışlı və bataqlaşmış örüş”, topoqrafik xəritədə “əkin və dinc” torpaqlar qeyd edilmişdir.

37. Cavabdeh orqan məhkəmə kollegiyasının sorğusuna cavab olaraq bildirmişdir ki, TEKUIS-AzCad məlumatlarında göstərilən JN-*** nömrəli Dövlət Aktının A****** nömrəli plan-ölçü sənədinin koordinatları ilə üst-üstə düşən 0.13 ha hissəsi Zərdab rayonu Yarməmmədbağı kəndi ərazisində aparılan torpaq islahatına dair kompleks islahat layihəsində (DVJ) kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı, bələdiyyə mülkiyyətinə aid şoran göstərilməklə, sloyu bataqlaşmış örüş torpaq sahəsi olaraq göstərilmişdir. Kompleks torpaq islahatı layihəsində şoran, bataqlaşmış örüş (şoran örüş) göstərilən 15 ha torpaq sahəsinin sovetlər dövründə əkin kimi istifadə edildiyi üçün topoqrafik xəritədə bir hissəsi əkin, bir hissəsi dinc təsvir edilmişdir. Torpaq islahatı aparılan zaman 15 ha torpaq sahəsi islahatın nəticlərini özündə əks etdirən kəndi ərazisində aparılan torpaq islahatına dair kompleks islahat layihəsində (DVJ) kənd təsərrüfatı təyinatlı, şoran örüş uqodiyalı torpaq sahəsi olaraq göstərilmişdir. 15 ha torpaq sahəsinin uqodiyasının dəyişdirilməsi ilə idarə tərəfindən bağlı hər hansı icraat aparılmamışdır.

38. Kollegiya iddia olunan torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaqlar daxilində hansı uqodiyaya aid olmasını, o cümlədən örüş torpaqlarına aid edilibedilməməsini müəyyən etmək üçün ilkin torpaqayırma sənədlərini və torpaq sahəsinin kadastr göstəricilərini tədqiq etmişdir.

39. Nəzərə alınmalıdır ki, mütəxəssis iddiaçının istifadəsində olan torpaq sahəsinin JN-*** nömrəli Dövlət Aktı ilə üst-üstə düşən 0,13 ha hissəsini də, bələdiyyə mülkiyyətinə aid “şoran”, “sloyu bataqlaşmış örüş” torpaq sahəsi kimi göstərmişdir. Halbuki həmin JN- **** nömrəli Dövlət Aktında torpaq sahəsinin uqodiyası “əkin” — suvarılan torpaq kimi qeyd edilmişdir. Cavabdeh orqan sözügedən ərazidə torpaq sahəsinin kənd təsərrüfatı yerinin əkindən örüşə hansı qaydada keçməsini əsaslandıra bilməmişdir.

40. Göründüyü kimi eyni torpaq sahəsinə (0,13 ha) münasibətdə Dövlət Aktında kənd təsərrüfatı yeri - “əkin”, mütəxəssis rəyində isə “şoran” və “bataqlaşmış örüş” qeyd olunmuşdur. Bu isə onu göstərir ki, torpaq sahəsinin kənd təsərrüfatı yeri barədə mütəxəssis rəyində göstərilən məlumatlar dəqiq deyil və “bataqlaşmış örüş sloyu” ilə təqdim edilən elektron baza məlumatları torpaq sahəsinin kənd təsərrüfatı yerinin müəyyən edilməsi baxımından dəqiq kadastr məlumatı kimi qəbul edilə bilməz.

41. Məhkəmə kollegiyasının iclasında mütəxəssis “bataqlaşmış örüş sloyu” ifadəsinin məzmununu izah edərək bildirmişdir ki, bu qeyd elektron baza məlumatlarında həmin ərazi üzrə sistemdə görünən əlavə məlumatdır. Mütəxəssisin izahına görə, elektron xəritə sistemində iddia olunan torpaq sahəsinin yerləşdiyi ərazi seçildikdə, informasiya panelində həmin əraziyə münasibətdə “bataqlaşmış örüş sloyu” qeydi görünür.

42. Iş materiallarında olan 1:10000 miqyaslı topoqrafik xəritələrin şərti işarələrin siyahısında otlaq sahələri və şoranlıqlar ayrı-ayrı şərti işarələrlə göstərilmişdir. Belə ki, siyahıda örüş (otlaq) sahələr “^” –şərti işarəsi ilə, şoran torpaqlar isə “III” - şərti işarəsi ilə təsvir edilmişdir. Iddia olunan sahə üzrə təqdim edilmiş yerquruluşu planında və sxemlərdə göstərilən şərti işarə (III) şoran torpaqlara aiddir.

43. Birinci instansiya məhkəməsi A seriyalı ****** nömrəli plan-ölçü sənədinin sertifikatında “örüş” qeydinin olması, əsası ilə iddia tələbini rədd etsə də, bu qeyd işdə olan digər kadastr məlumatları ilə birlikdə qiymətləndirilməli idi. Bələdiyyə tərəfindən təqdim edilmiş ilkin yerquruluşu planında sahə “şoran” torpaq kimi təsvir edilmiş, TEKUIS məlumatlarında torpaq sahəsinin islahat uqodiyası “şoranlıq”, faktiki istifadə uqodiyası “əkin” göstərilmiş, topoqrafik xəritədə isə sahənin əkin və dinc torpaqlar daxilində yerləşdiyi qeyd edilmişdir. Belə olan halda yalnız plan-ölçü sənədinin sertifikat hissəsindəki “örüş” qeydi və elektron bazada informasiya panelində əks olunan məlumat iddia olunan torpaq sahəsinin hüquqi rejimini müəyyən edən həlledici sübut kimi qəbul edilə bilməz.

44. Kollegiya hesab edir ki, cavabdehin imtinası torpaq sahəsinin örüş torpaqlarına aid olması dəlilinə əsaslandığından, həmin faktın mövcudluğunu sübut etmək vəzifəsi cavabdeh inzibati orqanın üzərinə düşür. Hazırkı işdə isə cavabdeh torpaq sahəsinin məhz “örüş” torpaqlara aid olmasını təsdiq edən və birmənalı başa düşülən mötəbər sübut təqdim etməmişdir.

45. Iş materialları ilə iddia olunan torpaq sahəsinin örüş torpaqlarına aid olması sübuta yetirilmədiyindən, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamışdır.

46. Mütəxəssis rəyində “örüş sloyu”, “şoran, qamışlı və bataqlaşmış örüş” kimi ifadələrdən istifadə edilsə də, tədqiq edilmiş yerquruluşu sənədlərində həmin sahəyə münasibətdə örüş və ya otlaq uqodiyasını ifadə edən şərti işarələrin olması müəyyən edilmir. Başqa sözlə, xəritədə konkret sahəyə tətbiq olunan şərti işarə “şoran” torpaqları göstərdiyi halda, yazılı rəydə həmin sahənin “bataqlaşmış örüş sloyu” və ya “şoran, qamışlı və bataqlaşmış örüş” kimi ifadə edilməsi torpaq sahəsinin örüş torpaqlara aid olması kimi qiymətləndirilə bilməz.

47. Tədqiq edilən mütəxəssis rəyində iddia olunan torpaq sahəsinin 0,13 ha torpaq sahəsinin digər subyektə aid torpaq sahəsi ilə üst-üstə düşməsini bildirilmişdir. Kollegiya qeyd edir ki, iddiaçının faktiki istifadəsində ona sənəd üzrə ayrılmış torpaq sahəsindən 1,53 ha artıq torpaq sahəsi vardır (Faktiki ölçü: 16,53 ha).

48. Odur ki, faktiki istifadədə olan torpaq sahəsinin 0,13 ha hissəsinin digər subyektə aid torpaq sahəsi ilə üst-üstə düşməsi sənəd üzrə mövcud olan 15 ha torpaq sahəsinin tamamlanmasına mane olmur. Iddiaçı, bütövlükdə 16.53 ha torpaq sahəsi üzərində yox, ona sənəd üzrə ayrılmış torpaq sahəsi üzərində əmlak hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb edir. Bu zaman mövcud olan uyğunsuzluqların aradan qaldırılması isə cavabdeh orqanın xidməti vəzifəsinə aid olan məsələdir.

49. Belə ki, “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”-nın 5.1-ci bəndinə əsasən çöl və kameral şəraitdə aparılmış ölçmə işlərinin nəticəsində torpaqların faktiki (naturadakı) yerləşmə vəziyyətinə dair hər bir torpaq sahəsi barədə əldə edilmiş yeni kadastr göstəriciləri hüquqmüəyyənedici sənədlərdə əks olunmuş məlumatlarla və məkan göstəriciləri ilə müqayisə edilərək, uyğunsuzluqlar müəyyənləşdirilir və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələr tərtib olunur. Qaydalar”ın 5.2-ci bəndində hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqların faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqlar dedikdə - sərhəd, yerləşmə və konfiqurasiya fərqləri baxımından uyğunsuzluqlar nəzərdə tutulmuşdur.

50. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunur.

51. Şərh olunanları ümumiləşdirərək kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə bağlı düzgün nəticəyə gəlməmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək 15 ha torpaq sahəsi üzərində iddiaçının icarə hüququnun qeydiyyata alınaraq çıxarış və plan ölçü sənədinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

52. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDI:

Iddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilir. Şəki Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilir. Iş üzrə yeni qərar qəbul edilir. Cavabdeh cavabdeh1 PHŞ-nin üzərinə Zərdab rayonu Yarməmmədbağı Bələdiyyəsinin ##.##.2007-ci il tarixli, ** saylı iclas protokolunun qərarı ilə icarəyə verilmiş 15 ha torpaq sahəsi üzərində iddiaçı İddiaçı icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyi qoyulur. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar