Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 2-1(3-10)-95/2026 06.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), X1 və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, Isayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Iddiaçı X2 cavabdeh Balakən Rayon Icra Hakimiyyəti başçısının Qullar Kənd Inzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə qarşı “Üçüncü şəxs iddiaçıya məxsus Balakən rayon Qullar kəndində 0.07 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 5 otaqlı 112.3 kv.m yaşayış sahəsindən ibarət fərdi yaşayış evindən ev təsərrüfatlarının uçotu kitabından adının çıxarılması öhdəliyinin cavabdehin üzərinə vəzifə kimi qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-**/**** nömrəli qərarından iş üzrə üçüncü şəxs Üçüncü şəxs tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI a. Birinci instansiya məhkəməsində icraat
1. Iddiaçı X2 cavabdeh Balakən Rayon Icra Hakimiyyəti başçısının Qullar Kənd Inzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə qarşı iddiaçıya məxsus Balakən rayon Qullar kəndində 0.07 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evindən Üçüncü şəxs ev təsərrüfatlarının uçotu kitabından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Şəki Inzibati Məhkəməsinə müraciət etmişdir.
2. Şəki Inzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli qərardadı ilə Üçüncü şəxs üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir (zəruri cəlbetmə).
3. Iddia ərizəsinin əsaslarına görə, ünvan 1ndə yerləşən fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir. Üçüncü şəxs hazırda iddiaçıya məxsus fərdi yaşayış evində yaşamasa da təsərrüfatda qeydiyyatdadır. Iddiaçı üçüncü şəxsin təsərrüfatdan qeydiyyatdan çıxarılması üçün cavabdeh orqana müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir.
4. Cavabdeh ##.##.2023-cü il tarixli imtina məktubunda qeyd etmişdir ki, üçüncü şəxslərin qeydiyyatdan çıxarılması nümayəndəliyin səlahiyyəti xaricindədir.
5. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəkili (nümayəndəsi) iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
6. Şəki Inzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) ## ###### 2025-ci il tarixli *-*(***)- **/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.
7. Üçüncü şəxs Üçüncü şəxs həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan birinci instansiya məhkəməsi iş üzrə üçüncü şəxsin 2012-ci ildən hal-hazıradək iddiaçının mülkiyyətində olan fərdi təsərrüfatında qeydiyyatda olsa da faktiki olaraq həmin ünvanda yaşamadığı qənaətə gəlsə də, bu hal cavabdeh inzibati orqanın ## ###### 2016-cı il tarixli, ** nömrəli arayışı ilə təkzib olunur. Bununla yanaşı, işə birinci instansiya məhkəməsi tərəfindən baxılarkən üçüncü şəxs tərəfindən məhkəməyə foto şəkillər təqdim olunmuş, həmin foto şəkillərlə də müəyyən olunduğu kimi, həmin təsərrüfat üçüncü şəxs tərəfindən idarə olunmaqla, sözügedən fərdi yaşayış evi onun tərəfindən əsaslı təmir olunmuşdur. Eyni zamanda, üçüncü şəxsin oğlu X3 hesabından çıxarışla müəyyən olunur ki, həmin fərdi yaşayış evinin bütün kommunal ödənişləri üçüncü şəxslə birlikdə yaşayan oğlu tərəfindən həyata keçirilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd olunan halları nəzərə almamış, qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Cavabdeh orqan məhkəməyə təqdim etdiyi arayışında üçüncü şəxsin mübahisəli ünvanda yaşamadığını bildirsə də, özünün təqdim etdiyi ## ###### 2016-cı il tarixli, ** nömrəli arayışla bunu təkzib etmiş, üçüncü şəxsin həmin ünvanda yaşadığını bildirmişdir. Eyni zamanda, həmin fərdi yaşayış evinin kommunal xərclərinin üçüncü şəxslə birlikdə yaşayan oğlu tərəfindən ödənilməsi təqdim edilmiş hesabdan çıxarışla bir daha təsdiq olunur. Məhkəmə üçüncü şəxsin mübahisəli fərdi yaşayış evində yaşamadığı nəticəsinə gəlsə də, təqdim edilmiş foto şəkillərin həmin fərdi yaşayış evinə aid olub-olmamasını aydınlaşdırmamışdır. Ona görə də Şəki Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *- *(***)-**/**** nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. TƏRƏFLƏRIN IZAHATLARI
9. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir.
10. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının Inzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının IPM və ya IPM) 62.3-cü mаddəsi).
11. Iş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir:
1. cavabdehin ##.##.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir.
2. JN-***F nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, Balakən Rayon Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli ** nömrəli qərarı ilə X2, Üçüncü şəxs, X3 və X4 ünvan 1 ərazisindən 0.07 ha həyətyanı torpaq sahəsi verilmişdir.
3. ##.##.2008-ci il tarixli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ünvan 1ndə yerləşən fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir.
4. Balakən Rayon Icra Hakimiyyəti başçısının Qullar Kənd Ərazi Dairəsi üzrə Nümayəndəliyinin ##.##.2023-cü il tarixli məktubu;
5. Balakən rayon Icra Hakimiyyəti başçısının Qullar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş ##.##.2023-cü il tarixli arayış;
6. Balakən rayon Icra Hakimiyyəti Balakən Rayon Dövlət arxivinin ## #### 2024cü il tarixli məktubu və ona əlavə edilmiş təsərrüfatlarının uçotu kitabından çıxarışlar;
7. Balakən Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli qətnaməsi.
TƏTBIQ EDILƏN HÜQUQ
12. Inzibati Prosessual Məcəllə: Maddə 12. Işin hallarının araşdırılması prinsipi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 14.2. Inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 48.2. Inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. 48.3. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra – inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
13. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (##.##.2009-cu ilədək qüvvədə olan); 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar.Icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Icarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. Icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər; 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. 87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. Icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir.
14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Mülki Məcəllənin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” ## #### 2001-ci il tarixli qərarına əsasən, 2000-ci il ########ın #-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## #### 1999-cu il tarixli qərarına görə, Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87ci maddəsində (Icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir) və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda, həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır.
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). 11.2-ci maddəsinə əsasən, oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Istifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
17. Inzibati Icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. Inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. Inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 58.1. Inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir.
APELLYASIYA ŞIKAYƏTININ MÜMKÜNLÜYÜ
18. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (IPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (IPM-in 85.2 və 85.3cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır, ona görə də apellyasiya şikayəti uğurlu olacaqdır.
19. Iddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (IPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət IPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (IPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). Iddiaçı mahiyyət üzrə “Inzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavadehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
20. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (IPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin IPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.
21. Iddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edibetməməsidir. Iddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
22. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə üçüncü şəxs iddiaçıya münasibətdə ailə üzvü sayılmır, ailə qanunvericilyi baxımından iddiaçıdan özlərinin saxlanılmasını tələb etmək hüquqları yoxdur, həmçinin faktiki olaraq həmin ünvanda yaşamır. Iddiaçının isə həmin mənzil üzərində xüsusi mülkiyyət hüququ əldə etməsi işin mübahisəsiz halıdır. Belə olan halda məhkəmə hesab edir ki, üçüncü şəxsin həmin təsərrüfatda qeydiyyatı hər hansı əmlak hüququnun yaranmasına səbəb olmur və qeydiyyat tamamilə formal xarakter daşıyır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, iddia tələbi təmin edilməklə Üçüncü şəxs ünvan 1ndə yerləşən fərdi təsərrüfatdan qeydiyyatdan çıxarılması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
24. Ilk növbədə qeyd edilməlidir ki, hazırki iş üzrə iddiaçının hüquqi marağı Üçüncü şəxs iddiaçıya məxsus Balakən rayon Qullar kəndində 0.07 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 5 otaqlı 112.3 kv.m yaşayış sahəsindən ibarət fərdi yaşayış evindən ev təsərrüfatlarının uçotu kitabından adının çıxarılmasından ibarətdir.
25. “Şəhər və qəsəbə inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələri üzrə təsərrüfatbaşına uçot sənədlərinin və təsərrüfatbaşına uçotun aparılmasına dair göstərişin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin ##.##.2017-ci il tarixli **/** №-li qərarına əsasən, ev təsərrüfatı – bir şəxsdən və ya şəxslər qrupundan ibarət institusional vahiddir. Şəxslər qrupu o halda ev təsərrüfatı hesab edilir ki, onlar bir evdə (mənzildə) yaşasınlar, öz gəlir və əmlakını tam və ya qismən birləşdirsinlər və bir sıra mal və xidmətlərin, əsasən də mənzil-kommunal xidmətləri və ərzaq məhsullarının istehlakını birgə həyata keçirsinlər.
26. Birinci instansiya məhkəməsi qərarında “Şəhər və qəsəbə inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələri üzrə təsərrüfatbaşına uçot sənədlərinin və təsərrüfatbaşına uçotun aparılmasına dair göstərişin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin ##.##.2017-ci il tarixli **/** №-li qərarına əsaslanaraq göstərmişdir ki, ünvan 1ndə yerləşən fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir. Iş üzrə üçüncü şəxs hal-hazıradək iddiaçının mülkiyyətində olan fərdi təsərrüfatında qeydiyyatdadırlar. Üçüncü şəxs həmin ünvanda yaşayış yeri üzrə qeydiyyatda olsa da faktiki olaraq həmin ünvanda yaşamır, həmin yaşayış sahəsində istifadə hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Iş üzrə üçüncü şəxs qeydiyyatda olduğu ünvanda faktiki olaraq yaşamır və həmin fərdi yaşayış evi ilə bağlı heç bir əmlak hüquqları yoxdur.
27. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası onu da qeyd edir ki, “Inzibati ərazi dairələri üzrə və sahə inzibati ərazi dairələri üzrə təsərrüfatbaşına uçot sənədlərinin və təsərrüfatbaşına uçotun aparılmasına dair göstərişlərin təsdiq edilməsi, “Şəhər və qəsəbə inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələri üzrə təsərrüfatbaşına uçot sənədlərinin və təsərrüfatbaşına uçotun aparılmasına dair göstərişin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2017-ci il ## ######## tarixli **/** nömrəli qərarında dəyişiklik edilməsi və “Kənd inzibati ərazi dairələri üzrə təsərrüfatbaşına uçot sənədlərinin və təsərrüfatbaşına uçotun aparılmasına dair göstərişin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2020-ci il ## ###### tarixli **/** nömrəli qərarının ləğv edilməsi barədə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin ##.##.2026-cı il tarixli */** nömrəli qərarının 3.3-cü bəndinə əsasən, ev təsərrüfatlarının uçotu kitabına inzibati ərazi dairəsindəki (sahə inzibati ərazi dairəsindəki) ev təsərrüfatlarının daimi yaşayan bütün üzvləri (təsərrüfata məxsus tikililərə və həyətyanı torpaq sahəsinə hüquqlarının olubolmamasından asılı olmayaraq) daxil edilirlər. Təsərrüfatları gəzmədən ev təsərrüfatlarının uçotu kitabında qeydlərin aparılması yolverilməzdir.
28. Belə olan halda kollegiyanın qənaətinə görə hazırkı inzibati iş üzrə ədalətli və düzgün məhkəmə araşdırılması üçün məhkəmə işin faktiki hallarını tam araşdırmalı, mübahisəli hüquq münasibətlərinin nə zaman yarandığını, daha sonra isə həmin münasibətlərə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin ##.##.2026-cı il tarixli */** nömrəli qərarının və ya digər müvafiq qanunvericiliyin hüquq normalarının tətbiq edilməli olduğunu müəyyən etməlidir.
29. Belə ki, iş materiallarının və məhkəmə kollegiyasına təqdim edilmiş sənədlərin tədqiqi zamanı müəyyən edildi ki, JN-***FA nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən, Balakən Rayon Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli ** saylı qərarı ilə ünvan 1 ərazisindən X2, Üçüncü şəxs, X3 və X4 ümumi birgə mülkiyyətinə 0.07 ha həyətyanı torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı ******* nömrəli çıxarışa əsasən ünvan 1ndə mülkiyyətində olan 0.07 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 5 otaqlı, 112,3 kv.m yaşayış sahəsindən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X2 ilə Üçüncü şəxs arasında ##.##.1993-cü il tarixdə nikah bağlanmış, Balakən Rayon Məhkəməsinin ##.##.2012-ci il tarixli qətnaməsi ilə X2 ilə Üçüncü şəxs arasında olan nikah pozulmuşdur. Bununla yanaşı işdə olan Qullar kənd inzibati ərazi dairəsi 1996-2015-ci illər üçün təsərrüfatbaşına kitablardan çıxarışlardan görünür ki, Üçüncü şəxs adı 2015-ci il üzrə də təsərrüfat üzvlərinin siyahısında qeyd edilmişdir.
30. Bununla bağlı qeyd edilməlidir ki, mülkiyyət hüququnun dövlət qeydiyyatı hüququn rəsmən tanınması, hüquqi müəyyənliyin təmin olunması və həmin hüququn dövlət müdafiəsinə götürülməsi məqsədinə xidmət edir. Qeydiyyat vasitəsilə əmlakın kimə məxsus olması, hüququn həcmi və həmin hüquqa dair mövcud məhdudiyyətlər rəsmi qaydada müəyyən edilir ki, bu da mülki dövriyyənin sabitliyini və şəffaflığını təmin edir.
31. Qeydiyyat institutu həmçinin eyni əmlak üzərində bir neçə şəxsin ziddiyyətli hüquq iddialarının qarşısının alınmasına, hüquqların prioritetliyinin müəyyən edilməsinə və mübahisələrin minimuma endirilməsinə şərait yaradır. Dövlət qeydiyyatı nəticəsində hüquq yalnız faktiki deyil, həm də hüquqi baxımdan tanınmış və müdafiə olunan status əldə edir.
32. Bundan başqa işdə olan Balakən Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qətnaməsinə əsasən, məhkəmə tərəfindən mübahisəli 0.07 ha həyətyanı torpaq sahəsinin Balakən Rayon Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli ** saylı qərarı ilə X2, Üçüncü şəxs, X3 və X4 ümumi birgə mülkiyyətlərinə verilməsini, iddiaçıların torpaq sahəsindən öz paylarının müəyyən edilməsini istəmələrini, bununla bağlı onlarla cavabdeh arasında mübahisə olmasını nəzərə alaraq iddia tələbi təmin edilmiş və X2, Üçüncü şəxs, X3 və X4 və cavabdeh X2 ümumi birgə mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən 0.07 ha həyətyanı torpaq sahəsindən iddiaçıların payları müəyyən edilmişdir.
33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Mülki Məcəllənin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” ## #### 2001-ci il tarixli qərarına əsasən, 2000-ci il ########ın #-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
34. ##.##.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir.
35. ##.##.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinin tələbindən də göründüyü kimi Mənzil Məcəlləsinin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Belə ki qanunvericilik nikah münasibətlərinin pozulması faktına görə və şəxs həmin evdə qeydiyyatda olsa da başqa ünvanda faktiki yaşamasına görə şəxsin ev təsərrüfatlarının uçotu kitabından adının çıxarılmasını nəzərdə tutmamışdır.
36. Kollegiya yuxarıda qeyd olunan mübahisənin ilk növbədə hansı qaydada həll olunmasına- inzibati icraat qaydasında, yəni “Kənd inzibati ərazi dairələri üzrə təsərrüfatbaşına uçot sənədlərinin və təsərrüfatbaşına uçotun aparılmasına dair göstərişin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2020-ci il ## ###### tarixli **/** nömrəli qərarının ləğv edilməsi barədə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin ##.##.2026-cı il tarixli */** nömrəli qərarına əsasən və ya mülki icraat qaydasında, yəni şəxsin mənzil hüququnun müdafiəsi ilə bağlı yaşayış sahəsindən istifadə hüququ məsələsinə mülki qanunvericiliyin tələblərinə əsasən baxmalıdır.
37. Məhkəmə kollegiyası hal-hazırda baxılan mübahisəyə “Şəhər və qəsəbə inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələri üzrə təsərrüfatbaşına uçot sənədlərinin və təsərrüfatbaşına uçotun aparılmasına dair göstərişin təsdiq edilməsi haqqında" qərarının və ya mülki qanuvericiliyin hüquqi qüvvəsi iyerarxiyası baxımından qeyd edir ki, qaydalar qanunvericiliyə münasibətdə aşağı hüquqi qüvvəyə malik normativ xarakterli akt hesab olunur. Onların hüquqi qüvvəsi və tətbiq dairəsi birbaşa qanundan asılıdır. Bu normativ hüquqi aktların iyerarxiyası və qanunun aliliyi prinsipi ilə əsaslandırılır.
38. Qeyd edilməlidir ki, qaydalar qanunun icrası məqsədilə qəbul edilən və törəmə xarakter daşıyan normativ aktlardır. Onlar müstəqil hüquqi tənzimləmə mənbəyi deyil, qanunun tətbiq mexanizmini müəyyən edən yardımçı normativ akt hesab olunur. Buna görə də qaydalar hüquqi qüvvəsinə görə qanundan aşağı pillədə dayanır və qanunun müddəalarına zidd ola bilməz. Qaydalar yalnız qanunun müəyyən etdiyi səlahiyyət çərçivəsində qəbul edilə və tətbiq oluna bilər. Əks halda həmin qaydaların tətbiqi yolverilməz sayılır.
39. Nəzərə alınmalıdır ki, hüquqi dövlətin əsas xüsusiyyətlərindən biri qanunun aliliyidir. Konstitusiya və qanunlar ali hüquqi qüvvəyə malikdir və bütün digər normativ aktlar onlara uyğun qəbul edilməlidir. Qanunun aliliyi prinsipi ondan ibarətdir ki, hüquqi qüvvəsi daha aşağı olan akt qanuna zidd olduqda tətbiq edilə bilməz. Həmçinin, “Normativ hüquqi aktlar haqqında” Qanun normativ aktların Konstitusiyaya və qanunlara uyğunluğunu tələb edir ki, bu da qanunun aliliyinin normativ təminatıdır.
40. Belə ki, normativ hüquqi aktların tətbiqi zamanı hüquqi qüvvələr iyerarxiyası prinsipi rəhbər tutulmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinə əsasən normativ hüquqi aktlar qanuna zidd ola bilməz. “Normativ hüquqi aktlar haqqında” qanunvericiliyin prinsiplərinə əsasən hüquqi qüvvəsinə görə qanun normativ hüquqi aktlardan üstündür və ziddiyyət yarandıqda qanun tətbiq edilməlidir. Qanun daha yüksək hüquqi qüvvəyə malik olmaqla tabeli normativ hüquqi aktlar üzərində üstün hüquqi qüvvəyə malikdir. Bu səbəbdən birinci instansiya məhkəməsi tərəfindən normativ aktların müddəalarına üstünlük verilməsi maddi hüquq normasının düzgün tətbiq edilməməsi ilə nəticələnmişdir. Odur ki, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, yaşayış yeri və ev təsərrüfatı uçotu ilə bağlı normativ xarakterli aktların müddəaları şəxsin fərdi yaşayış evindən ev təsərrüfatlarının uçotu kitabında adının çıxarılması üçün hüquqi əsas yarada bilməz.
41. Göründüyü kimi iddiaçı X2 ilə üçüncü şəxs Üçüncü şəxs arasında ##.##.1993-cü il tarixdə nikah bağlanmış və həmin vaxtdan Üçüncü şəxs yaşayış sahəsində qeydiyyatda olmuşdur. Iddiaçı onun faktiki olaraq həmin yaşayış sahəsində yaşamadığını göstərsə də bu hal inzibati ərazi dairəsindəki ev təsərrüfatlarının daimi yaşayan bütün üzvlərinin təsərrüfata məxsus tikililərə və həyətyanı torpaq sahəsinə hüquqlarının olub-olmamasından asılı olmayaraq uçotdan çıxarılmasının aidiyyəti qaydaları üçün kifayət edən əsas hesab oluna bilməz.
42. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, mübahisəyə tətbiq edilməli hüquq normasının müəyyən olunması zamanı normativ hüquqi aktların hüquqi qüvvəsi ilə yanaşı, şəxsin mənzil hüququnun müdafiəsi prinsipi də nəzərə alınmalıdır. Belə ki, ev təsərrüfatı uçotunun aparılması qaydaları əsasən inzibati-uçot xarakterli münasibətləri tənzimləyir və şəxsin yaşayış sahəsindən istifadə hüququnun yaranması, dəyişməsi və ya xitamı üçün müstəqil hüquqi əsas kimi çıxış edə bilməz. Halbuki Mənzil Məcəlləsinin müddəaları birbaşa olaraq vətəndaşın yaşayış sahəsindən istifadə hüququnun müdafiəsinə yönəlmişdir.
43. Bu baxımdan şəxsin konstitusion mənzil hüququnun daha etibarlı müdafiəsini təmin edən və daha yüksək hüquqi qüvvəyə malik olan mənzil qanunvericiliyinin müddəalarına üstünlük verilməsi hüquqi müəyyənlik, proporsionallıq və hüquqların effektiv müdafiəsi prinsiplərinə daha uyğundur. Əks yanaşma, yəni yalnız qaydalara əsasən şəxsin yaşayış sahəsi ilə bağlı hüquqlarının məhdudlaşdırılması, qanunvericiliyin məqsədinə və hüquqi dövlət prinsipinə uyğun hesab edilə bilməz.
44. Belə olan halda birinci instansiya məhkəməsi üçüncü şəxsin mübahisəli evdən istifadə hüququnun itirilməsinə dair heç bir iddianın qaldırılmaması, onun istifadə hüququna məhkəmə qərarı ilə xitam verilməməsini nəzərə almadan iddia tələbini təmin etməkdə haqlı olmamışdır. Belə olan halda birinci instansiya məhkəməsi işin faktiki hallarını tam araşdırmadan üçüncü şəxsin iddiaçının keçmiş həyat yoldaşı olması və onun mübahisə predmeti olan fərdi yaşayış evində qeydiyyatda olmasına baxmayaraq faktiki olaraq başqa yerdə yaşamasını əsas gətirərək hüquq normalarının tətbiqində səhvə yol vermiş və bu səbəbdən də iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlməmişdir.
45. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən işin faktiki hallarını və istinad olunan qanunvericiliyin maddi və prosessual normalarının tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçı yaşayış evinin mülkiyyətçisi olsa da üçüncü şəxs Üçüncü şəxs ev təsərrüfatlarının uçotu kitabından adının çıxarılması ilə bağlı mübahisəli hüquq münasibətlərinə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin ##.##.2026-cı il tarixli */** nömrəli qərarına istinad edərək inzibati icraat qaydasında deyil, ilk növbədə üçüncü şəxsin iddiaçının mülkiyyətində olan fərdi yaşayış evindən istifadə hüququnun olubolmamasını müəyyən etmək üçün mülki icraat qaydasında baxılmalıdır. Ona görə ki, mülki qanunvericiliyin normaları qanunun icrası məqsədilə qəbul edilən qaydalardan üstün olduğundan, mübahisə yalnız qaydalarla deyil, ilk növbədə şəxsin yaşayış sahəsindən istifadə hüququnun mövcudluğunu müəyyən edən mənzil qanunvericiliyi əsasında həll edilməlidir.
46. Göründüyü kimi iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.
47. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti əsaslıdır. Birinci instansiya məhkəməsi tərəfindən mübahisənin həlli zamanı Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 13, 12 və 48-ci maddələrində müəyyən edilmiş “Işin hallarının araşdırılması prinsipi”, “Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri”nin tələbləri pozulmuş, məhkəmə inzibati işin faktiki hallarını tam araşdırmadan, sübutları maddi və prossesual normalara uyğun qiymətləndirmədən iddia tələbini təmin etməkdə səhv nəticəyə gəlmişdir.
48. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi baxılan mübahisə üzrə düzgün nəticəyə gəlməmişdir. Buna görə də apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı IPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli, iddia təmin edilməməlidir.
49. Yuxarıda göstərilənlərə və IPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDI:
Üçüncü şəxs Üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-**/**** nömrəli qərarı ləğv edilsin. Inzibati iş üzrə yeni qərar çıxarılsın. Iddiaçı X2 cavabdeh Balakən Rayon Icra Hakimiyyəti başçısının Qullar Kənd Inzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə qarşı “Üçüncü şəxs iddiaçıya məxsus Balakən rayon Qullar kəndində 0.07 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 5 otaqlı 112.3 kv.m yaşayış sahəsindən ibarət fərdi yaşayış evindən ev təsərrüfatlarının uçotu kitabından adının çıxarılması öhdəliyinin cavabdehin üzərinə vəzifə kimi qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.