Məhkəmə qərarları › İş №2-1(3-10)-97/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-10)-97/2026

01.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 2-1(3-10)-97/2026 01.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), X1 və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçılar X9 və X10 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin # ###### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarından iş üzrə iddiaçılar X9 və X10 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI a. Birinci instansiya məhkəməsində icraat

1. Balakən rayonu Aqrar İslahat Komissiyasının ## ######## 2001-ci il tarixli ** nömrəli qərarı ilə X5, X11, X6 və X3 1,46 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmış və bununla bağlı ## ##### 2005-ci il tarixdə müvafiq qurum tərəfindən JN-0024 kod ******** nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” tərtib edilmişdir.

2. İddiaçılar X9 və X10 ünvan 1ində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin ** saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmişdir. Ərazi İdarəsi ## ###### 2025-ci il tarixli imtina məktubunda qeyd etmişdir ki, ərizədə qeyd olunan torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənəd və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənəd (torpaq sahəsinin planı-ölçüsü və ya ayrıc aktı (plan) əlavə edilməmişdir. Bundan əlavə Ərazi İdarəsinin arxiv fondunda, xidməti istifadə olan elektron xəritələrdə ünvan 1ində aparılan torpaq islahatı nəticəsində torpaq sahəsi verilməsinə dair siyahılarda X9 və ailə üzvlərinə 0,10 ha həyətyanı torpaq sahəsinin verilməsi barədə hər hansı bir məlumat aşkar olunmamışdır.

3. İddiaçılar X9 və X10 cavabdeh DƏDKR ** saylı Zaqatala Ərazi İdarəsinə qarşı «ünvan 1ində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbi ilə Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi vermişlər.

4. İddiaçıların tələbi onunla əsaslandırılmışdır ki, Balakən rayon Aqrar İslahat Komissiyasının ## ######## 2001-ci il tarixli ** nömrəli qərarı ilə onlara 1,46 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi ayrılmış və buna dair JN 0024 kod 40112018 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı verilmişdir. Bundan əlavə iddiaçıların subyektlər siyahısında adı var və onlara Balakən rayon Aqrar İslahat Komissiyasının qərarı ilə 0,10 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Lakin həmin torpaq sahəsinə heç bir sənəd işlənməmişdir. İddiaçılar həyətyanı torpaq sahəsində 1992 – 1993-cü illərdə ev tikmiş və hazırda həmin evdə yaşayırlar. TEKUİS xəritəsində onların yaşadığı evin tikildiyi torpaq sahəsi boş torpaq sahəsi kimi göstərilmişdir. İddia ərizəsinə əlavə edilmiş X4 Filialının # ###### 2024-cü il tarixli arayışından görünür ki, ünvan 1 “S.Vurğun” adına kolxozun 1990-cı ilin və ## ###### 1991-ci il tarixdən # ###### 1992-ci il tarixədək iclas protokollarına əsasən X9 torpaq sahəsi verilməsi barədə qeydiyyat aşkar edilməmişdir. 1992-ci ilin iclas protokolları isə X4 filialına təhvil verilməmişdir. X4 Filialının arayışından görünür ki, ünvan 1 “S.Vurğun” adına kolxozun “Qaytanlanmış torpaq” kitabına əsasən X9 torpaq sahəsi verilməsi barədə qeydiyyat aşkar edilməmişdir. İddiaçılar cavabdehin imtinasını mübahisələndirmişdir.

5. Cavabdeh iddiaya etiraz etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, iddia ərizəsində qeyd olunan məsələnin həlli üçün iddiaçıların müvafiq hüquqmüəyyənedici sənədlərinin əsillərini, müvafiq torpaq sahələrinin yerini müəyyən edən özündə döngə nöqtələrinin koordinatlarını əks etdirən plan-cizgi və ya torpaq sahəsinin planı-ölçüsü, şəxsiyyət təsdiq edən sənədlər (nümayəndə müraciət edirsə - müvafiq etibarnamə) və dövlət rüsumunun ödənilməsi barədə sənəd ərizəyə əlavə olunaraq birbaşa birgə Ərazi İdarəsinin Balakən regional “Asan Xidmət” Mərkəzindəki şöbəsinə müraciət olunmalıdır. İddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

6. Məhkəmə icraatının gedişində Əmlak Məsələləri Dövlət Xidmətinin Ali Məhkəməyə ünvanlanmış # ###### 2025-ci il tarixli məktubundan məlum olmuşdur ki, İqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli *-**/*-*-F-***/**** nömrəli əmri ilə Nazirlik yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Nizamnaməsi, strukturu və ştat cədvəli yeni redaksiyada təsdiq edilmiş, Nizamnamə yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının və balanslarındakı əmlakların Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə verilməsi qərara alınmışdır.

7. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

8. MPM-in 58-ci maddəsinə görə barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir.

9. Birinci instansiya məhkəməsi iş üzrə cavabdeh DƏDKR PHŞ ** saylı Zaqatala Ərazi İdarəsini DƏDKR publik hüquqi şəxsi ilə əvəz etmişdir.

10. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

11. Şəki İnzibati Məhkəməsinin (hakim Rüstəm Kərimli) # ###### 2026-cı il tarixli *- *(***)-****/**** nömrəli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.

12. İddiaçılar X9 və X10 həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

13. İddiaçılar apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının ## ######## 2001-ci il tarixli ** nömrəli qəran ilə 1.46 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi ayrılmış və buna dair JN 0024 kod 40112018 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı verilmişdir. Bundan əlavə biz iddiaçıların subyektlər siyahısında adları var və onlara Balakən rayon Aqrar İslahat Komissiyasının qərarı ilə 0.10 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Lakin, həmin torpaq sahəsinə heç bir sənəd işlənməmişdir. İddiaçılar həyətyanı torpaq sahəsində 1992-1993-cü illərdə ev tikmiş və hazırda həmin evdə yaşayırlar. TEKUİS xəritəsində onların yaşadıqları evin tikildiyi torpaq sahəsi boş torpaq sahəsi kimi işlənmişdir. İddia ərizəsinə əlavə edilmiş X4 Filialının # ###### 2024-cü il tarixli arayışından görünür ki, Balakən rayonu Sanbulaq kənd “S. Vurğun” adına kolxozun 1990-cı ilin və ## ###### 1991-ci il tarixdən # ###### 1992-ci il tarixədək iclas protokollarına əsasən X9 torpaq sahəsi verilməsi barədə qeydiyyat aşkar edilməmişdir. 1992-ci ilin iclas protokolları isə X4 filialına təhvil verilməmişdir. X4 Filialının arayışından görünür ki, Balakən rayonu Sanbulaq kənd “S.Vurğun” adına kolxozun “Qaytanlanmış torpaq” kitabına əsasən X9 torpaq sahəsi verilməsi barədə qeydiyyat aşkar edilməmişdir. İddiaçılar cavabdehin imtinasını mübahisələndirmişlər. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin # ###### 2026-cı il tarixli *-*(***)- ****/**** nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARI

14. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər.

15. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).

TƏTBİQ EDİLƏN HÜQUQ

16. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

17. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (8.0.5) 2006-cı il ####un #-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; (8.0.8) bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: (15.1.1) dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; (15.1.2) hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; (15.1.3) hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; (15.1.4) daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; (15.1.5) daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; (15.1.6) bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

18. «Torpaq islahatı haqqında» Qanunun 9-cu maddəsinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19-cu maddəısinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

20. İddiaçıların apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.

21. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

22. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

23. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edibetməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

25. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair ##.##.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur.

26. Həmin Qanunun 8-ci maddəsinin tələblərindən də göründüyü kimi daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir və 2006cı il ####un #-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələrini, həmçinin bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədləri bu əsaslar sırasında nəzərdə tutur.

27. İş materiallarında olan JN-0024 kod ******** nömrəli dövlət aktından görünür ki, Balakən rayonu, AİK-nın ## ######## 2001-ci il tarixli, ** nömrəli qərarı ilə 1,46 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə X5, X11, X6 və X3 verilmişdir.

28. DƏDKR Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin məhkəmənin sorğusu əsasında təqdim etdiyi məktubunda qeyd olunmuşdur ki, Mərkəzin arxivində aparılmış araşdırma zamanı ünvan 1i üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahısında X9 və X10 adları aşkar edilməmişdir. Arxivdə saxlanılan ünvan 1i üzrə pay torpaq sahəsinə dair mövcud subyektlərin siyahılarından X9 (ailə üzvləri ilə birgə) adı qeyd edilmiş hissədən və Balakən rayon Aqrar İslahat Komissiyasının ##.##.2001-ci il tarixli ** nömrəli Qərarından çıxarışların, eləcə də S.Vurğun adına yerli Aqrar İslahat Komissiyasının ##.##.2001-ci il tarixli ** nömrəli Protokolunun təsdiq olunmuş surəti təqdim edilmişdir.

29. İş materiallarında olan X4 filialı tərəfindən məhkəmənin müvafiq sorğusuna cavab olaraq ünvanlanmış məktubda qeyd olunmuşdur ki, ünvan 1 “S.Vurğun” adına kolxozun qaytanlanmış torpaq kitabına əsasən X9 torpaq sahəsi verilməsi barədə qeydiyyat aşkar edilməmişdir.

30. Belə ki, iddia olunan torpaq sahəsinə dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənəd iddiaçılar tərəfindən məhkəməyə təqdim edilməmiş, həmçinin məhkəmə icraatında da belə sübut əldə edilməmişdir. Məhkəmənin sorğusu əsasında arxivdən əldə edilmiş iddiaçıların təsərrüfatına dair uçot kitablarında torpaq sahəsinə dair müvafiq qeydlər, həmçinin ünvan 1 “S.Vurğun” adına kolxozun qaytanlanmış torpaq kitabında da X9 torpaq sahəsinin ayrılması barədə qeyd aşkar edilməmişdir.

31. Göründüyü kimi birinci instansiya məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, iddiaçılar iddia etdikləri 0,10 ha həyətyanı torpaq sahəsinə dair qanunvericilikdə nəzərdə tutulan hüquqmüəyyənedici sənədlərə malik deyil. Bu isə onların həmin torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasını təsdiqləmir.

32. Belə olan halda iddia olunan torpaq sahəsi üzərində iddiaçıların mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün hüquqi əsaslar mövcud olmadığından cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur.

33. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.

34. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, mübahisə predmeti olan torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın verilməsindən imtina ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.

35. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDI:

İddiaçılar X9 və X10 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin # ###### 2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar