Məhkəmə qərarları › İş №2-1(3-6)-10/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-10/2026

14.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-10/2026 14.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iddiası üzrə Hakimlər: X9 (sədrlik edən və məruzəçi), X10 və X4 ibarət tərkibdə, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə, Iddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və əmək pensiyasının yenidən hesablanması” tələbinə dair Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə ## ##### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: IŞIN HALLARI:

1. Iddiaçı İddiaçı ## #### 1955-ci il təvəllüdlüdür.

2. Iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.1-ci maddəsinə əsasən ##.##.2020-ci il tarixdən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir.

3. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının ##.##.2023-cü il tarixli *-**-*/*-B-*****/**** nömrəli qərarı ilə iddiaçının əmək pensiyası yenidən hesablanmış, əmək pensiyasının məbləği 624,18 manat təşkil etmişdir. Həmçinin qərarda qeyd edilmişdir ki, pensiya yenidən hesablanan zaman məbləğ dəyişməz qalır. ##.##.1988-##.##.1994-cü illərdə olan əmək fəaliyyəti işə daxil olma və işdən çıxma əmrlərində latın qrafikalı möhür olduğuna görə sosial sığorta stajına daxil edilmir.

4. Iddiaçının təqdim etdiyi sənədlərin surətlərinə və Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən əmək fəaliyyəti dövrləri, o cümlədən ##.##.1973-cü il tarixindən ##.##.1975-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla ##.##.2006-cı il tarixinədək 26 il 9 ay 24 gün sığorta stajı, ##.##.2006-cı il tarixindən ##.##.2020-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 46029,36 manat (##.##.2020-ci il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı və Qanunun 37.3.1-ci maddəsinə əsasən ##.##.2024-cü il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün ##.##.2020-ci il tarixindən ##.##.2024-cü il tarixinədək 20931,43 manat (2024-cü il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında əmək pensiyasının məbləği yenidən hesablanaraq ##.##.2024-cü il tarixindən 916,32 manat məbləğində müəyyən edilmişdir.

5. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinin tələblərinə əsasən iddiaçının əmək pensiyasının məbləği indeksləşdirilərək ##.##.2025-ci il tarixindən 990,16 manata çatdırılmışdır. Iddiaçıya pensiya təyin edilərkən onun ##.##.1988-ci il tarixindən ##.##.1994-cü il tarixinədək “xxxx” Kooperativində və “xxxx” X2 dövrü sığorta stajına daxil edilməmişdir.

6. Iddiaçı İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına ərizə ilə müraciət edərək, ##.##.1988-ci il tarixdən ##.##.1994-cü il tarixinədək “xxxx” Kooperativində və “xxxx” X2 dövrü sığorta stajına daxil edilməklə pensiyanın yenidən hesablanmasını xahiş etmişdir. Lakin cavabdeh ##.##.2025-ci il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirilmişdir ki, “... ##.##.1988-ci il tarixindən ##.##.1992-ci il tarixinədək (işə daxil olma qeydində vurulan möhürdəki yazılarda latın qrafikalı əlifbadan istifadə olunub) və ##.##.1992-ci il tarixindən ##.##.1994-cü il tarixindən (işdən azadolma əmrinin nömrəsi yoxdur) olan dövrlərin doldurulma qaydası pozulduğu üçün həmin dövrlərin sığorta stajınıza daxil edilməsi mümkün hesab edilmir. Qeyd olunanlara əsasən bildiririk ki, yaşa görə əmək pensiyanızın məbləği qanunvericiliyin tələblərinə uyğun hesablanmışdır”.

BIRINCI INSTANSIYA MƏHKƏMƏSINDƏ ICRAAT:

7. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin üzərinə ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında *-**-*/*-B-*****/**** nömrəli ##.##.2023-cü il tarixli qərarının ləğv edilməsini, eyni zamanda əmək kitabçasında qeyd edilmiş ##.##.1988-ci il tarixindən ##.##.1994cü il tarixinədək olan əmək fəaliyyəti dövrünü ümumi əmək stajına daxil etməklə, istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirməklə əmək pensiyasının yenidən hesablanmasını, pensiya məbləğinin ödənilməyən hissəsinin ödənilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Iddia tələbi onunla əsaslandırılmışdır ki, əmək kitabçasının sürətində qeyd edilmiş ##.##.1988-ci il tarixindən ##.##.1992-ci il tarixinədək olan əmək fəaliyyəti dövrü üzrə “xxxx” Kooperativinin möhürü hər dəfə hüquqi-təşkilatı statusu dəyişdikcə ayrı-ayrı vaxtlarda özündən əvvəlki möhür ləğv edilməklə üç dəfə dəyişmişdir. ##.##.1992-ci il tarixində əmək kitabçasına vurulan sonuncu möhür, işə daxil olma və işdən çıxma əmrləri eyni vaxtı yazıldığına görə latın qrafikalı möhürlə təsdiqlənmişdir və bu latın qrafikalı möhür Azərbaycan Respublikasının dövlət müstəqilliyi dövrünə aiddir. (Qeyd: 1991-ci il #######ın ##-də Azərbaycan Respublikasının Ali X8 haqqında Konstitusiya Aktını qəbul etdi). Eləcə də, əmək kitabçasının surətində qeyd edilmiş ##.##.1992-ci il tarixindən ##.##.1994-cü il tarixinədək olan əmək fəaliyyəti dövrü üzrə “xxxx” X2 işə daxil olma və işdən çıxma əmrləri eyni vaxtı yazıldığına görə latın qrafikalı möhürlə təsdiqlənmişdir və bu latın qrafikalı möhür Azərbaycan Respublikasının dövlət müstəqilliyi dövrünə aiddir.

9. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazın dəlilləri imtinanın dəlilləri ilə eyni məzmunludur.

10. Bakı Inzibati Məhkəməsinin Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ####### 2025-ci tarixli qərarı ilə iddianın təmin edilərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X12 Eldar Əli oğlunun “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” ##.##.2023-cü il tarixli *-**-*/*-B- *****/**** nömrəli qərarının ləğv edilməsi, İddiaçı əmək kitabçasında qeyd edilmiş ##.##.1988-ci il tarixindən ##.##.1994-cü il tarixədək olan əmək fəaliyyəti dövrü ümumi əmək stajına daxil edilməklə, istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirməklə əmək pensiyasının yenidən hesablanması və pensiya məbləğinin ödənilməyən hissəsinin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır.

11. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI VƏ MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI

Apellyasiya şikayətinin dəlilləri:

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarına əsasən iddiaçının əmək kitabçasının surətində qeyd edilmiş ##.##.1988-ci il tarixdən ##.##.1992-ci il tarixədək (işə daxilolma qeydində vurulan möhürdəki yazılarda latın qrafikalı əlifbadan istifadə olunub) və ##.##.1992-ci il tarixdən ##.##.1994-cü il tarixədək (işdən azadolma əmrinin nömrəsi yoxdur) olan dövrlərin doldurulma qaydası pozulduğu üçün həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. Eyni zamanda məhkəmə qərarında iddiaçının iş illərinin əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün digər sənədlərlə yenidən sübut olunması zərurətinin mövcud olmadığını bildirmişdir. Buna münasibətdə qeyd etməyi zəruri hesab edirik ki, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə müəyyən edilir. Əmək kitabçası olmadıqda, eyni zamanda mötəbərliyinə əsaslı şübhələr olduqda işlədiyi və əməkhaqqı aldığı illər işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı ilə təsdiq edilir. Qeyd edirik ki, idddiaçıya məxsus əmək kitabçasının doldurulma qaydası pozulduğundan, işlədiyini təsdiq edən başqa sənəd təqdim edilmədiyindən həmin dövrlərin staja daxil edilərək pensiyasının yenidən hesablanması mümkün hesab edilməmişdir. Digər bir halınəzərinizə çatdırmaq istərdik ki, hazırki iddia mübahisələndirmə haqqında iddia növünə aiddir. Hal-hazırda mübahisə predmeti olan pensiyanın yenidən hesablanması haqqında qərar ##.##.2023-cü il qəbul edilmiş, iddiaçı tərəfindən həmin qərarın ləğv edilməsi ilə bağlı iddia ərizəsi isə ## ##### 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə prosesi gedişində işin hallarının aydınlaşdırılması, pensiyanın yenidən hesablanması qaydasına izah verilməsi üçün mütəxəssis cəlb edilmiş, iddiaçı qeyd olunanlarla razılaşaraq iddia ərizəsini geri götürmüşdür. Hazırki iddia mübahisələndirmə haqqında iddia növünə aiddir. Hal-hazırda mübahisə predmeti olan pensiyanın yenidən hesablanması haqqında qərar ## #### 2023-cü il tarixində qəbul edilmiş, iddiaçıya həmin tarixdən məlum olmuş və məhkəmə qaydasında mübahisələndirilmişdir. Daha sonra, ## #### 2025-ci il tarixində yenidən məhkəməyə müraciət etmişdir. Qeyd edək ki, iddianın məhkəmədə qaldırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddət ötürülmüşdür. Iddiaçı onun barəsində inzibati icraat aparıldığından və bu barədə inzibati akt qəbul edildiyindən məlumatlı olmuş, məhkəmə gedişatı zamanı mütəxəssisin izah ilə razılaşmışdır. Iddia ərizəsinin geri götürülməsi yenidən məhkəmədə iddia qaldırılması hüququnu istisna etməsə də, nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. Qeyd edək ki, işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdimetdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir. Beləliklə, yuxarıda qeyd olunanları ümumiləşdirdikdə, iddiaçıya yaşa görə əmək pensiyasının yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Istinad olunmuş qanunvericilik aktlarının qarşılıqlı təhlili və işin faktiki halları nəzərə alınmaqla, iddiaçının iddia tələbinin əsassız və qanunazidd olduğu nəticəsinə gəlmək mümkündür.

Apellyasiya şikayətinə etirazın dəlilləri:

13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Tərəflərin izahatları

14. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərarın əsassız olduğunu, bu səbəbdən də ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi.

15. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz etmiş və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək əmək kitabçasında qeyd edilmiş ##.##.1988-ci il tarixindən ##.##.1994-cü il tarixədək olan əmək fəaliyyəti dövrü ümumi əmək stajına daxil edilməklə, istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirməklə əmək pensiyasının yenidən hesablanması və pensiya məbləğinin ödənilməyən hissəsinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

16. Məhkəmə kollegiyası iddiaçının iddia tələbini dəqiqləşmiş məzmunda icraata cəlb etmişdir.

TƏTBIQ EDILƏN HÜQUQ

17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.1. əmək pensiyası- bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.

7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. 21.1.Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 23.2. 1992-ci il ######ın #-dək keçmiş SSRI-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir.

18. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu (qüvvədən düşmüşdür)

67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla # ###### 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. # ###### 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır.

69. Iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. Iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci il tərixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”

3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi ##.##.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il ######ın #-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 4.1-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il ######ın #-dək olan dövr üzrə: “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən. 4.1.10. Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il ######ın #-dək qazanmış olsunlar.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1992-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

3. Iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

21. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

APELLYASIYA INSTANSIYA MƏHKƏMƏSININ MÖVQEYI

22. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

23. Hazırki işdə apellyator birinci instansiya məhkəməsinin qərarını tam mübahisələndirdiyindən məhkəmə kollegiyası həmin qərarın qanuniliyini və əsaslılığını tam həcmdə yoxlayır.

24. Iddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, işin birinci instansiya məhkəməsində icraatı zamanı iddia tələbi “##.##.2023-cü il tarixli *-**-*/*-B-*****/**** nömrəli qərarın ləğv edilməsi və İddiaçı əmək kitabçasında qeyd edilmiş ##.##.1988ci il tarixindən ##.##.1994-cü il tarixinədək olan əmək fəaliyyəti dövrü ümumi əmək stajına daxil edilməklə, istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirməklə əmək pensiyasının yenidən hesablanması və pensiya məbləğinin ödənilməyən hissəsinin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi” olmuş, daha sonra apellyasiya baxışı zamanı iddia tələbi dəqiqləşdirilmiş və iddiaçı məhkəmədən “əmək kitabçasında qeyd edilmiş ##.##.1988-ci il tarixiən ##.##.1994-cü il tarixədək olan əmək fəaliyyəti dövrü ümumi əmək stajına daxil edilməklə, istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirməklə əmək pensiyasının yenidən hesablanması və pensiya məbləğinin ödənilməyən hissəsinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini” xahiş etmişdir. Həmin məzmunda olan iddiaçının tələbi növünə görə qanunvericliyə əsasən öhdəliyin icrası haqqında iddia növü kimi müəyyən edilmişdir.

25. Məhkəmə kollegiyası qeyd edir ki, bu növ iddiaların mümkün sayılması ilə bağlı inzibati prosessual qanunvericilikdə müəyyən edilən yeganə şərt isə məhkəməyə müraciət edilməzdən əvvəl iddiaçının (şəxsin) müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. Yəni, inzibati prosessual qanunvericilik öhdəliyin icrası haqqında iddia növü ilə əlaqədar iddia tələbinin irəli sürülməsi üçün hər hansı müddət müəyyən etməmişdir. Ona görə də iddia mümkünlük şərtlərinə cavab verdiyindən mümkün iddiadır.

26. Işin mahiyyətinə gəldikdə isə hazırda iddiaçının tələbi işin birinci instansiya məhkəməsində icraatı zamanı “##.##.2023-cü il tarixli *-**-*/*-B-*****/**** nömrəli qərarın ləğv edilməsi və İddiaçı əmək kitabçasında qeyd edilmiş ##.##.1988-ci il tarixindən ##.##.1994-cü il tarixinədək olan əmək fəaliyyəti dövrü ümumi əmək stajına daxil edilməklə, istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirməklə əmək pensiyasının yenidən hesablanması və pensiya məbləğinin ödənilməyən hissəsinin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi” barədədir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir.

27. Məhkəmə kollegiyası birinci instansiya məhkəmənin mövqeyi ilə qismən razılaşır və aşağıdakıların qeyd edilməsini zəruri hesab edir:

28. Işin faktiki hallarına əsasən iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.1-ci maddəsinə əsasən ##.##.2020-ci il tarixdən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmiş və daha sonra cavabdeh tərəfindən iddiaçıya münasibətdə Qanunun 22.1-ci maddəsinə istinad edərək ##.##.2023-cü il tarixli *-**-*/*-B-*****/**** nömrəli qərarı qəbul edilmiş və iddiaçının 624,18 manat olan pensiyası yenidən hesablanaraq 624,18 manat təşkil etmişdir. Qərar onunla əsaslandırılmışdır ki, pensiya yenidən hesablanan zaman məbləğ dəyişməz qalır. ##.##.1988-##.##.1994-cü illərdə olan əmək fəaliyyəti işə daxil olma və işdən çıxma əmrlərində latın qrafikalı möhür olduğuna görə sosial sığorta stajına daxil edilmir.

29. Iddiaçının təqdim etdiyi sənədlərin surətlərinə və Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən əmək fəaliyyəti dövrləri, o cümlədən ##.##.1973-cü il tarixindən ##.##.1975-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla ##.##.2006-cı il tarixinədək 26 il 9 ay 24 gün sığorta stajı, ##.##.2006-cı il tarixindən ##.##.2020-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 46029,36 manat (##.##.2020-ci il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı və Qanunun 37.3.1-ci maddəsinə əsasən ##.##.2024-cü il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün ##.##.2020-ci il tarixindən ##.##.2024-cü il tarixinədək 20931,43 manat (2024-cü il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında əmək pensiyasının məbləği yenidən hesablanaraq ##.##.2024-cü il tarixindən 916,32 manat məbləğində müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinin tələblərinə əsasən iddiaçının əmək pensiyasının məbləği indeksləşdirilərək ##.##.2025-ci il tarixindən 990,16 manata çatdırılmışdır.

30. Iddiaçıya pensiya təyin edilərkən onun ##.##.1988-ci il tarixindən ##.##.1994cü il tarixinədək “xxxx” Kooperativində və “xxxx” X2 dövrü sığorta stajına daxil edilməmişdir. Cavabdeh bunu iddiaçıya məxsus əmək kitabçasında ##.##.1988-ci il tarixindən ##.##.1992-ci il tarixinədək (işə daxil olma qeydində vurulan möhürdəki yazılarda latın qrafikalı əlifbadan istifadə olunub) və ##.##.1992-ci il tarixindən ##.##.1994-cü il tarixindən (işdən azadolma əmrinin nömrəsi yoxdur) olan dövrlərin doldurulma qaydasının pozulması ilə əsaslandırmışdır.

31. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. Iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1992-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

33. Həmin Əsasnamənin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

34. Birinci instansiya məhkəməsi qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq düzgün olaraq hesab etmişdir ki, iddiaçının ##.##.1988-ci il tarixindən ##.##.1994-cü il tarixinədək “xxxx” Kooperativində və “xxxx” X2 işləməsi əmək kitabçasına əsasən təsdiq olunur. Əmək kitabçasında işə qəbul və işdən azad edilmə tarixləri və əmrləri göstərilmişdir. Belə ki, iddiaçıya məxsus ## ####### 1972-ci il tarixli əmək kitabçasına əsasən ##.##.1988-ci il tarixli ** №-li əmrlə “xxxx” X13, Istehsalat (sektorunun) müdiri, kooperativin üzvü (təsisçi) qəbul edilmiş, ##.##.1992ci il tarixli ** №-li əmrlə azad edilmişdir. ##.##.1992-ci il tarixli ** №-li əmrlə “xxxx” X2 direktoru təyin edilmiş, ##.##.1994-cü il tarixli */k №-li əmrlə tutduğu vəzifədən azad olunmuşdur. Istinad edilən qanunvericilik normalarına əsasən işçinin ##.##.2006-cı ilədək iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.

35. Həmçinin əmək kitabçasının sürətində qeyd edilmiş ##.##.1988-ci il tarixdən ##.##.1992-ci il tarixədək olan əmək fəaliyyəti dövrü üzrə “xxxx” Kooperativinin möhürü hər dəfə hüquqi-təşkilatı statusu dəyişdikcə ayrı-ayrı vaxtlarda özündən əvvəlki möhür ləğv edilməklə üç dəfə dəyişmişdir. ##.##.1992-ci il tarixində əmək kitabçasına vurulan sonuncu möhür, işə daxil olma və işdən çıxma əmrləri eyni vaxtı yazıldığına görə latın qrafikalı möhürlə təsdiqlənmişdir və bu latın qrafikalı möhür Azərbaycan Respublikasının dövlət müstəqilliyi dövrünə aiddir. Eləcə də, əmək kitabçasının surətində qeyd edilmiş ##.##.1992-ci il tarixindən ##.##.1994-cü il tarixinədək olan əmək fəaliyyəti dövrü üzrə “xxxx” X2 işə daxil olma və işdənxma əmrləri eyni vaxtı yazıldığına görə latın qrafikalı möhürlə təsdiqlənmişdir və bu latın qrafikalı möhür Azərbaycan Respublikasının dövlət müstəqilliyi dövrünə aiddir.

36. Iddiaçının əmək kitabçasından görünür ki, iddiaçı ## ####### 1972-ci il tarixli əmək kitabçasına əsasən ##.##.1988-ci il tarixli ** №-li əmrlə “xxxx” X13, Istehsalat (sektorunun) müdiri, kooperativin üzvü (təsisçi) qəbul edilmiş, ##.##.1992-ci il tarixli ** №-li əmrlə azad edilmişdir. ##.##.1992-ci il tarixli ** №-li əmrlə “xxxx” X2 direktoru təyin edilmiş, ##.##.1994-cü il tarixli */k №-li əmrlə tutduğu vəzifədən azad olunmuşdur. Iddiaçının həmin müəssisələrdə çalışdığı (işə qəbul edilmə, yerdəyişmə və işdən azad edilmə) bütün dövrlərdə qəbul edilmiş əmrlərin tarixi, nömrəsi ilə bağlı qeydlər əksini tapmışdır. Iddiaçının işə daxil olma qeydində vurulan möhürdəki yazılarda latın qrafikalı əlifbadan istifadə olunması, işəgötürənin məsuliyyət sferasına aiddir.

37. Eyni zamanda, latın əlifbası 1991-ci il ######ın ##-də Azərbaycan parlamenti tərəfindən təsdiq olunsa da Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 2001ci il ## #### tarixli Fərmanından sonra bütün Azərbaycan ərazisində latın əlifbasına keçilmişdir.

38. Işin apellyasiya baxışı zamanı iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş ##.##.1992-ci il tarixli “xxxx” X2 nizamnaməsinddə də iddiaçının həmin müəsisinin təsisçisi olduğu görünür. Təqdim olunan 1987-ci il tarixdə nəşr olunmuş ayrı-ayrı qəzetlərdə iddiaçının “xxxx” X13 təsisçilərindən biri olduğu qeyd olunmuşdur. Qeyd edilənlər həmin dövrdə iddiaçının “xxxx” Kooperativində və “xxxx” X2 işləməsi faktını bir daha təsdiq edir.

39. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda 2006-cı il ######ın #-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur. Iddiaçının iş stajını təsdiq edən əmək kitabçası mövcuddur, əmək kitabçası yuxarıda qeyd edilən normativ sənədlərə uyğun tərtib edilmişdir, cavabdeh iddiaçıya məxsus əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmamasına dair mötəbər sübutu nə birinci, nə də ki apellyasiya instansiya məhkəməsinə təqdim edə bilməmişdir. Halbuki iddiaçı mübahisəli dövrlərdə qeyd edilən müəssisələrdə işləməsini təsdi edən kifayət qədər sübutlar məhkəməyə təqdim etmişdir.

40. Nəzərə alınmalıdır ki, “Inzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur.

41. Iddiaçının əmək kitabçasındakı məlumatların mötəbərliyini şübhə altına alan hər hansı hal işdə mövcud deyildir.

42. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının sosial sığorta stajı hesablanarkən onun ##.##.1994-cü il tarixdən ##.##.1999-cu il tarixədək olan dövrü də nəzərə alınmalıdır. Belə ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında Azərbaycan Respublikasının Qanunu”nun 1-ci maddəsinə (Məcburi dövlət sosial sığorta haqları üzrə 2006-cı ilin # ###### tarixinədək yaranmış borcların tənzimlənməsi) əsasən, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin # ###### tarixinə yaranmış və 2018-ci ilin # ##### tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Göründüyü kimi, sığortaedənin (hazırkı halda, iddiaçının işlədiyi müəssisənin) 2006-cı ilin # ###### tarixinə yaranmış və 2018-ci ilin # ##### tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcu olsaydı belə, həmin borc 2018-ci ilin # ##### tarixdə tam məbləğdə silinmiş olurdu.

43. Apellyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, iddiaçının hüquqi marağı onun ##.##.1988-ci il tarixdən ##.##.1994-cü il tarixinədək olan əmək fəaliyyəti dövrü ümumi əmək stajına daxil edilməklə, ona əmək pensiyanın təyin edilməsidir. Məhkəmə kollegiyası xidməti vəzifəsindən irəli gələrək iddiaçıya onun hüquqi marağına uyğun hüquqi yardım göstərmiş və iddia tələbinin dəqiqləşdirməsini təklif etmişdir. Iddiaçı da iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək Kollegiyadan əmək kitabçasında qeyd edilmiş ##.##.1988-ci il tarixindən ##.##.1994cü il tarixədək olan əmək fəaliyyəti dövrü ümumi əmək stajına daxil edilməklə, istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirməklə əmək pensiyasının yenidən hesablanması və pensiya məbləğinin ödənilməyən hissəsinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçının iddia tələbini dəqiqləşmiş məzmunda icraata cəlb etmişdir.

44. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı Inzibati Məhkəməsinin *-*(***)- *****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qərarı dəyişdirilməli, iddia tələbi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun təmin olunmalı iddiaçı İddiaçı ##.##.1988-ci il tarixdən ##.##.1994-cü il tarixədək olan əmək fəaliyyəti dövrü ümumi əmək stajına daxil edilməklə, istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirməklə əmək pensiyasının yenidən hesablanması və pensiya məbləğinin ödənilməyən hissəsinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır.

45. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qərarı dəyişdirilsin. Iddia tələbi təmin edilsin. Iddiaçı İddiaçı ##.##.1988-ci il tarixdən ##.##.1994-cü il tarixədək olan əmək fəaliyyəti dövrü ümumi əmək stajına daxil edilməklə, istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirməklə əmək pensiyasının yenidən hesablanması və pensiya məbləğinin ödənilməyən hissəsinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fərid Mədətli Hakimlər: Aytən Oruczadə Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar