Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-1006/2026 09.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X2 (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi″ tələbinə dair Bakı İnzibati Məhkəməsinin *-*(***)- *****/**** saylı ##.##.2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən Maştağa Zəfəran sovxozunun müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin ##.##.1988-ci il tarixli ** nömrəli birgə qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,0502 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İddiaçı bildirir ki, ona Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən Maştağa Zəfəran sovxozunun müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin ##.##.1988-ci il tarixli ** nömrəli birgə qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün 0,10 ha torpaq sahəsi ayrılmışdır. Sözügedən qərar Abşeron rayon XDS İcraiyyə Komitəsinin ##.##.1989-cu il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmişdir. İddiaçı göstərilən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh Cavabdeh * saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh tərəfindən sözügedən müraciətə imtina verilmişdir. İmtina səbəbi olaraq, torpaq sahəsinin ayrılmasına dair sovxoz direktorunun əmri və əmrin arxiv arayışının təqdim edilməməsi qeyd edilmişdir. Hesab edir ki, cavabdeh tərəfindən müraciətinə göstərilən əsasla imtina verilməsi qanunsuzdur və göstərilən əsas müraciətinin təmin edilməsindən imtinanın əsası kimi çıxış edə bilməz. Çünki, hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində öz əksini tapmışdır. Cavabdehin məktubunda göstərilən əsasların heç biri göstərilən normanın tələblərində nəzərdə tutulmamışdır. Bundan başqa, əmrin arxiv arayışının olub-olmamasının araşdırılması ilə bağlı inzibati orqan olan cavabdeh tərəfindən hər hansı bir hərəkət edilməyərək “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun “İşin hallarının obyektiv araşdırılması” prosedur prinsipininin tələblərini pozmuşdur. Belə ki, cavabdeh tərəfindən bu barədə ondan hər hansı bir sənəd tələb edilməmiş, eyni zamanda cavabdehin özü tərəfindən bununla bağlı hər hansı bir araşdırma aparılmamışdır. Cavabdeh orqan iddiaya etiraz edir və bildirir ki, elektron elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi dövlət mülkiyyəti torpağıdır. Eləcə də, sahə Azərbaycan Respublikası Prezidentinin “Bakı şəhərinin inzibati ərazi hüdudlarında bəzi torpaqlardan istifadənin səmərəliliyinin artırılması tədbirləri haqqında” ## #### 2008-ci il tarixli **** saylı Sərəncamı əsasında Abşeron Rayon İcra Hakimiyyətinin idarəçiliyinə saxlanılmış hissəsində yerləşir. Bu səbəbdən * saylı Abşeron Ərazi İdarəsinə müraciət olunması məqsədəmüvafiqdir. İdarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı faktiki torpaq sahəsinin ölçüsünün 0,0502 ha olduğu müəyyən edilmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının qanununun 4.0.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verməyin bələdiyyələrin səlahiyyətində olduğu göstərilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı ##.##.2026-cı il tarixli qərarı ilə iddia təmin edilmişdir. Cavabdeh orqan apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti etiraza uyğun əsaslandırılmışdır. Məhkəmənin ötən iclaslarında iştirak edən iddiaçı iddia tələbinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini, cavabdehin nümayəndəsi isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin sonuncu iclası barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmişdirlər. Qanunverciliyin tələbləri baxımından məhkəmə kollegiyası iclası tərəflərin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. II. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə hazırkı inzibati mübahisəyə ərazi aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsində baxılmalıdır. Belə ki, apellyasiya baxışı zamanı Abşeron rayon Dövlət Arxivi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, Abşeron rayon XDS İcraiyyə Komitəsinin ##.##.1989cu il tarixli *** nömrəli qərarına əsasən iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün 0,10 ha torpaq sahəsi ayrılmışdır. Bundan başqa Bakı Apellyasiya Məhkəməsinin digər sorğusuna Cavabdeh tərəfindən verilmiş ##.##.2026-cı il tarixli cavab məktubundan görünür ki, göstərilən torpaq sahəsi vahid elektron kadastr baza məlumatlarına əsasən Azərbaycan Respublikası Prezidentinin ##.##.2008-ci il tarixli, **** nömrəli sərəncamı ilə Abşeron rayonu İcra Hakimiyyətinin idarəçiliyində saxlanılmış keçmiş Bilgəh Zəfəran sovxozunun ərazisində yerləşməklə Abşeron rayonunun inzibati ərazisinin hüdudları daxilindədir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il ## ###### tarixli * nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən Abşeron rayonu Sumqayıt İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir (bənd 17.1). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Qeyd olunan normanın tələblərindən göründüyü kimi, mübahisələndirmə, məcburetmə və öhdəliyin icrası haqqında iddialara inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bundan başqa o da nəzərə alınmalıdır ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsi müstəsna aidiyyat norması kimi çıxış edərək, daşınmaz əmlakla bağlı yaranmış hüquqların müdafiəsi ilə bağlı həmin daşınmaz əmlakın yerləşdiyi ərazinin məhkəməsi tərəfindən baxılmalı olmasını qeyd edir. Göründüyü kimi, iddia öhdəliyin icrası haqqında iddialara aiddir və iddia tələbi daşıınmaz əmlakın üzərində hüquq münasibətləri ilə əlaqədardır. Belə olan halda hazırki işə İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə kollegiyası qeyd edir ki, sözügedən torpaq sahəsi Abşeron rayonunun inzibati ərazisinin hüdudları daxilində yerləşdiyindən və Abşeron rayonu Sumqayıt İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidi olduğundan hazırki iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8, 9, 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(3-6)-1006/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-1006/2026
09.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver