Məhkəmə qərarları › İş №2-1(3-6)-1012/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-1012/2026

21.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-1012/2026 21.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: X7 (sədrlik edən və məruzəçi), X6 və X8 ibarət tərkibdə, Türkan Kamran qızı Haqverdiyevanın katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçılar iddiaçı2 və iddiaçı1 İsmayıl qızı cavabdeh Cavabdeh (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların müharibə veteranı statusunun bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçıların nümayəndəsi ##.##.2025-ci ildə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə iddia tələbini dəyişdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin "Veteran adlarının və vəsiqələrinin verilməsi komissiyası"nın sədri tərəfindən ##.##.2023-cü il tarixdə təsdiq edilmiş həmin komissiyanın ##.##.2023-cü il tarixli protokolunun iddiaçılara münasibətdə ləğv edilməsi və iddiaçıların müharibə veteranı statusunun bərpa edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, iddiaçı1 İsmayıl qızı ilə iddiaçı2 Dövlət Sərhəd Xidmətinə məxsus tibb müəssisələrində xidmət keçmişlər. Həmin şəxslər 44 günlük Vətən müharibəsi müddətində komandanlığın əmri ilə yaralılara tibbi yardım göstərilməsi ilə məşğul olmuşlar. Bunun nəticəsində komandanlığın müvafiq göstərişləri əsasında digər şəxslərlə yanaşı hər iki şəxsə ##.##.2022-ci ildən müharibə veteranı statusu verilmişdir. Bir müddət həmin şəxslərin statusu qüvvədə olsa da, sonradan müharibə veteranı statusu onlara məlum olmayan səbəblərdən ləğv edilmişdir. Sonradan onlar müharibə veteranı statusunun bərpa edilməsi ilə bağlı ərizə ilə müraciət edilmiş, lakin həmin müraciət təmin edilməmişdir. Cavabdeh iddiaya yazılı etirazını təqdim edərək, bildirmişdir ki, 44 günlük Vətən müharibəsində döyüş əməliyyatlarında iştirak etmiş və döyüş əməliyyatları aparılan ərazilərdən kənarda müxtəlif təminat (tibbtəminat) və digər tapşırıqları icra etmiş şəxslər barədə N-ci ildə hərbi hissə və birləşmələrdən daxil olmuş sənədlər (siyahılar) ümumiləşdirilmiş və "Müharibə veteranı” statusunun verilməsi ilə bağlı müvafiq qaydada Dövlət Sərhəd Xidmətindən AR-nın Nazirlər Kabinetinə göndərilmişdir. Dövlət Sərhəd Xidmətindən göndərilmiş siyahıya münasibətdə AR Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli TE-**m nömrəli tapşırığına əsasən 44 günlük Vətən müharibəsində döyüş əməliyyatlarında iştirak etmiş və döyüş əməliyyatları aparılan ərazilərdən kənarda müxtəlif təminat (tibb təminat) və digər tapşırıqları icra etmiş Dövlət Sərhəd Xidmətinin bir sıra əməkdaşlarına (R iddiaçı2 və R iddiaçı1 İsmayıl qızı da daxil olmaqla) "Müharibə veteranı" adı və "Azərbaycan Respublikasının müharibə veteranı" vəsiqəsinin verilməsi təsdiq edilmişdir. Lakin sonradan 44 günlük Vətən müharibəsi zamanı aktiv dövüs əməliyyatları aparılan ərazilərdə və dövüs əməliyyatları aparılan ərazilərdən kənarda tibbi təminat üzrə tapşırıqları icra etmiş şəxslərin fəaliyyətləri barədə araşdırmanın aparılması və nəticələrinin AR Nazirlər Kabinetinə göndərilməsinə dair verilmiş göstəriş əsasında araşdırma aparılmış, nəticələri müvafiq qaydada AR Nazirlər Kabinetinə göndərilmişdir. AR-nın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə "Müharibə veteram" adının verilməsi ilə bağlı tədbirlər haqqında" AR Prezidentinin ##.##.2021-ci il tarixli **** №-li Sərəncamının tələblərinə uyğun 44 günlük Vətən müharibəsi zamanı Şusa səhəri, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonları, Tərtər rayonunun Suqovuşan və Çaylı kəndlərinin ərazilərində aktiv döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə "Müharibə veteranı" adının və vəsiqəsinin verilməsi üzrə müəyyən edilmiş meyarın 1.6-cı hissəsinin - həmin ərazilərdə (yəni 2020ci ilin ########ın ##-dən noyabrın 10-dək işğaldan azad olunmuş ərazilərdə) döyüş əməliyyatlarının tibbi təminatı üzrə tapşırıqları verinə yetirmiş hərbi Qulluqçular (bu məqsədlə ərazilərə ezam olunmuş hərbi qulluqçular daxil olmaqla) tələblərinə uyğun aparılmış araşdırmanın nəticələrinə əsasən AR Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *****/***** nömrəli və ##.##.2022-ci il tarixli TE-***m nömrəli tapşırıqları ilə aktiv döyüş əməliyyatları aparılan ərazilərə daxil olmadan kənarda tibbi təminat üzrə tapşırıqları icra etdiklərinə görə 44 günlük Vətən müharibəsində iştirak etmiş şəxslərə "Müharibə veteram" statusunun verilməsi (təyin edilməsi) üzrə müəyyən edilmiş meyarın 1.6-cı bəndinin - həmin ərazilərdə (yəni 2020-ci ilin ########ın ##-dən noyabrın 10-dək işğaldan azad olunmuş ərazilərdə) döyüş əməliyyatlarının tibbi təminatı üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçular (bu məqsədlə ezam olunmuş hərbi qulluqçular daxil olmaqla) təsiri altına (döyüş əməliyyatları aparılan ərazilərdən kənarda (DSX Hərbi Hospitalında və hərbi hissələrin daimi yerləşmə (dislokasiya) yerində) tibbi təminat üzrə tapşırıqları icra etdiklərindən) düşmədiyindən (iddiaçı2 və Ş.l.Qafarova da daxil olmaqla) Dövlət Sərhəd Xidmətinin 16 (on altı) nəfər tibb heyətinin "Müharibə veteranı" statusu ləğv edilmişdir. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçılar ondan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda olmaqla onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə iddianı mümkün saymayarkən iddiaçılara təqaüdün dayandırıldığı tarixi əsas götürsə də iş materiallarından görünür ki, iddiaçıların müharibə veteranı statusu ##.##.2023-cü il tarixdə ləğv edilmişdir. Hazırda da mübahisə predmeti həmin ##.##.2023-cü il tarixli protokolun iddiaçılara münasibətdə ləğv edilməsi təşki edir. Göründüyü kimi iddiaçılara Prezident təqaüdü dayandırılan tarixdə onların müharibə veteranı statusu qüvvədə olmuşdur. Məhkəmənin cavabdeh inzibati orqanın qanunsuz hərəkətlərinə əsassız olaraq iddia müddəti tətbiq etməsi iddiaçıların Konstitusiya ilə təsbit edilmiş sosial təminat hüquqlarının pozulmasına gəlirib çıxarır. İddianın müddət keçməsi ilə əlaqədar mümkün sayılmaması üçün vacib olan əsas element cavabdeh orqan tərəfindən mübahisə predmeti olan inzibati akt barədə iddiaçılara lazımi qaydada xəbərdar eləməkdən ibarətdir. İddiaçılara təqaüdü verən və dayandıran orqan cavabdeh olmadığından məhz bu səbəbdən iddianın mümkün savılmaması doğru addım olmamışdır. Əgər cavabdeh orqan qəbul eldiyi və hazırda mübahisə predmelini təşkil edən ##.##.2023-cü il tarixli Protokolu barədə iddiaçıları lazımi qaydada vaxtında məlumatlandırsa idi o zaman məhz iddia müddətini tətbiq etməklə iddianın mümkiin sayılmaması doğru olardı. Tərəflərin izahatları Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz təqdim edərək şikayətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da iddiaçılar məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3cü maddəsinə əsaslanaraq işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, habelə işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan X4 Müharibə veteranı adı verilmiş şəxslərin adlı siyasından görünür ki: - iddiaçı1 İsmayıl qızına (FİN:*******) ##.##.2020-##.##.2020-ci il tarixlərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı işğal olunmuş ərazilərin azad olunmasında, döyüşlərdə iştirak etmiş yaralı hərbi qulluqçuların Dövlət Sərhəd Xidmətinin Hərbi hospitalına gətirildikdə ilkin baxışın keçirilməsindən sonra cərrahi müdaxilələr zamanə ağrısızlaşdırmanın və keyləşdirmənin təmin olunmasını, reanimasiya və intensiv müalicənin həyata keçirilməsini təşkil etdiyi üçün (Bakı şəhəri); - iddiaçı2 (FİN:*******) ##.##.2020-##.##.2020-ci il tarixlərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı işğal olunmuş ərazilərin azad olunmasında, döyüşlərdə iştirak etmiş yaralı hərbi qulluqçuların Dövlət Sərhəd Xidmətinin Hərbi hospitalında cərrahi əməliyyatlarını həyata keçirdiyi (Bakı şəhəri) üçün Müharibə veteranı adı verilmişdir. -Azərbaycan Respublikası Baş X9 Dövlət Sərhəd Xidmətinə ünvanlanmış ##.##.2022-ci il tarixli dərkənarından görünür ki, Dövlət Sərhəd Xidmətinin ##.##.2022-ci il tarixli K/*/**** nömrəli məktubunun nəzərə alınaraq hazırkı dərkənarın əlavəsində göstərilən tədbirlərin aidiyyəti üzrə icrasının təmin etməklə nəticəsi barədə Nazirlər Kabinetinə məlumat verilməsi xahiş olunmuşdur. Həmin dərkənara əlavə edilmiş icra edilməli olan tədbirlər üzrə Müharibə veteranı statusu ləğv edilən şəxslərin siyahısına əsasən iddiaçı1 İsmayıl qızının və iddiaçı2 müharibə veteranı statusunun ləğv edilməsi tapşırılmışdır. -Dövlət Sərhəd Xidmətində "Veteran adlarının və vəsiqələrinin verilməsi komissiyası"nın ##.##.2023-cü il tarixli Azərbaycan Respublikası Nazirlər Kabinetinin (bundan sonra - AR NK) ##.##.2022-ci j| tarixli TE-**m nömrəli tapşırığına əsasən "Müharibə veteranı” adı verilmiş və əlavə araşdırmalar nəticəsində döyüş əməliyyatları aparılan ərazilərdən kənarda tibbi təminat üzrə tapşırıqları yerinə yetirdiklərinə görə AR NK-nin ##.##.2022-ci il tarixli 22874/19865aid və ##.##.2022-ci il tarixli TE-***m nömrəli tapşırıqlarına əsasən 16 (on altı) nəfər tibb heyətinin müharibə veteranı statusunun ləğv edilməsi ilə əlaqədar Dövlət Sərhəd Xidmətinin ‘Veteran adlannın və vəsiqələrinin verilməsi komissiyası" iclasının protokolundan görünür ki, AR NK-nin ##.##.2022-ci il tarixli 22874/19865aid və ##.##.2022-ci il tarixli TE-***m nömrəli tapşırıqlarına əsasən 16 (on altı) nəfər tibb heyətinin (o cümlədən iddiaçıların) müharibə veteranı statusunun ləğv edilməsinin nəzərə alınması qərara alınmış, Komissiyanın katibinə müharibə veteranı statusu ləğv edilmiş 16 (on altı) nəfər tibb heyəti barədə aidiyyəti işlərin yerinə yetirilməsi tapşırılmışdır. İddiaçılar hazırda bu qərarın (protokolun) onlara münasibətdə ləğv edilməsini və Müharibə veteranı statusunun bərpa edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır; - 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. - 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. -62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. -64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. -71.1-ci maddəsinə əsasən maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. -72.1-ci maddəsinə görə inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. - 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Qanunverciliyin tələblərindən görünür ki, inzibati akt şəxsə məlumat verildiyi və ya ona məlum olduğu gündən qüvvəyə minir və inzibati aktdan ona qarşı mümkün hüquqi müdafiə vasitələri göstərilmədikdə, qüvvəyə mindiyi tarixdən 6 ay müddətində mübahisələndirilə bilər. İşdən görünür ki, iddiaçıların Müharibə veteranı statusunun ləğv edilməsi barədə qərar onlara təqdim edilməmişdir. Lakin bu hal, həmin aktın iddiaçılara məlum olmadığı anlamına gəlmir. Belə ki, iddiaçıların təqdim etdiyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentlii * saylı Bakı Dost Mərkəzinin ##.##.2022-ci il tarixli *********** nömrəli arayışından görünür ki, iddiaçı2 (FİN *******) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” alt sisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsindən 80.00 (Səksən manat) manat məbləğində Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alır. Həmçinin işdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinati X2 ##.##.2025-ci il tarixli, *-**-*/*-******/**** nömrəli məktubundan görünür ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonraMEİS) “Sosial ödənişlər” altsistemində olan məlumata əsasən iddiaçılar X1 və iddiaçı1 İsmayıl qızına ##.##.2022ci il tarixindən “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təyin edilmiş və ##.##.2022-ci il tarixinədək ödənilmişdir. iddiaçı2 və iddiaçı1 Prezident təqaüdlərinin ödənişi ##.##.2022-ci il tarixdən dayandırılmışdır. Göründüyü kimi, artıq ##.##.2022-ci ildən iddiaçılar onların Müharibə veteranı statusuna əsasən istifadə etdikləri imtiyazlardan məhrum olmuşlar. Lakin iddiaçılardan iddiaçı1 digər iddiaçı iddiaçı2 da ailə üzvü, yəni arvadıdır. İddiaçı Şəhla Qafarova ##.##.2025-ci il tarixədək Dövlət Sərhəd Xidmətində işləmişdir.Bu isə iddiaçıların Müharibə veteranı statusunun ləğv edilməsindən faktiki məlumatlı olmasını təsdiq edir. İddiaçılar apellyasiya şikayətində bildirirlər ki, işə baxan məhkəmə iddianı mümkün saymayarkən iddiaçılara verilmiş təqaüdün dayandırıldığı tarixi əsas götürsə də iş materiallarından görünür ki, iddiaçıların müharibə veteranı statusu ##.##.2023-cü il tarixdə ləğv edilmişdir. Hazırda da mübahisə predmeti həmin ##.##.2023-cü il tarixli protokolun iddiaçılara münasibətdə ləğv edilməsi təşki edir. Göründüyü kimi iddiaçılara Prezident təqaüdü dayandırılan tarixdə onların müharibə veteranı statusu qüvvədə olmuşdur. Apellyasiya şikayətinin bu dəlillərinə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, iş materiallarından müəyyən olunur ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinati X2 04.011.2025-ci il tarixli məktubundan görünür ki, Cavabdeh Filiala ##.##.2022ci il tarixli, K/ 6// **** saylı məktubu əsasında iddiaçılara Prezident təqaüdlərinin ödənişi ##.##.2022-ci il tarixdən dayandırılmışdır.(İ/ v-58). Həmçinin, Cavabdeh Filiala ##.##.2022-ci il tarixli, K/ 6// **** saylı məktubu və məktubda qeyd olunan araşdırmalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *****/***** nömrəli tapşırığıa əsasən hazırlanaraq təqdim olunmuşdur. .(İ/ v-62). Məhkəmə Kollegiyası bu halda nəzərə alır ki, hazırda da mübahisə predmeti ##.##.2023-cü il tarixli protokolun da və iddiaçılara Prezident təqaüdlərinin ödənişinin ##.##.2022-ci il tarixdən dayandırılmasının da kökündə məhz Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *****/***** nömrəli tapşırığı və həmin tapşırığın icrası ilə bağlı Cavabdeh Filiala ##.##.2022-ci il tarixli, K/ 6// **** saylı məktubu durur. Beləliklə, iddiaçılar ödənişin dayandırılmasından sonra hüququna müdaxilə edən orqanın əməkdaşı kimi öz hüquqlarını qorumaq üçün ağlabatan müddətdə hərəkət etməmiş, uzun müddət səssiz qalmaqla "şikayət hüququnu itirmişlər” və bununla da daha əvvəldən, yəni təqaüdləri dayandırıldığı vaxtdan davam edən mübahisənin nəticəsi kimi mübahisə predmeti ##.##.2023-cü il tarixli protokolundan da 2023-cü ildə iddiaçıların məlumatlı olmadıqları ağlabatan deyildir. Məhkəmə Kollegiyası xüsusilə bir daha qeyd edir ki, iddiaçılardan iddiaçı1 digər iddiaçı iddiaçı2 da ailə üzvü, yəni arvadıdır. İddiaçı Şəhla Qafarova ##.##.2025-ci il tarixədək Dövlət Sərhəd Xidmətində işləmişdir.Bu isə iddiaçıların Müharibə veteranı statusunun ləğv edilməsindən 2023-cü ildə faktiki məlumatlı olmasını təsdiq edir. İddiaçılar isə ##.##.2025-ci il tarixdə, yəni Şəhla Qafarova ##.##.2025-ci il tarixə xidmətdən azad olduqdan sonra hazırkı iddia ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə Kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq nəticəyə gəlmişdir ki, hazırkı iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsininə əsasən: Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 81.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar