Azərbaycan★Respublikası★adından Qərar Bakı★şəhəri İş★№★2-1(3-6)-1015/2026 21.07.2026 BAKI★APELLYASIYA★MƏHKƏMƏSI İddiaçı İsayev Etibar Hətəm oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “qərarın ləğv edilməsi və pensiya ödənişinin bərpa edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi),★X1★və★X3★ibarət★tərkibdə,★★★★ Türkan★Kamran★qızı★Haqverdiyevanın★katibliyi, İddiaçı★İsayev★Etibar★Hətəm★oğlunun, İddiaçının★nümayəndəsi★və★vəkili★Vəkil, Cavabdehin★nümayəndəsi★Nümayəndə★İsa★qızının★iştirakları★ilə, Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin★binasında★açıq★məhkəmə★iclasında★baxaraq,★aşağıdakı★qərarı★qəbul★etdi. İşin halları - Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İsayev Etibar Hətəm oğlu ##.##.1958-
1. ci★il★təvəllüdlüdür.★Azərbaycan★Respublikasının★vətəndaşıdır.
2. - Cavabdehin ##.##.2025-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçının hazırkı tələbi üzrə müraciətinə təkrar baxılmış və etirazdakı dəlillərə uyğun imtina cavabı verilmişdir.★
3. - Cavabdeh tərəfindən məhkəmənin sorğusuna verilmiş ##.##.2025-ci il tarixli məktubda bildirilmişdir ki, iddiaçının əmək pensiyasından hazırda Mərkəzi Filial tərəfindən hər hansı tutulma həyata keçirilmir. Əlavə olaraq iddiaçıya dair pensiya işinin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Həmin məktuba əlavə edilmiş:★
4. DSMF-nin Suraxanı rayon şöbəsinin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən komissiyanın ##.##.2008-ci il tarixli, ****/*** nömrəli qərarının surətindən görünür ki, iddiaçıya ##.##.2008-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası★təyin★edilmişdir.★★
5. - Cavabdehin ##.##.2024-cü il tarixli, *-**-*/*-*-****/**** nömrəli qərarının surətindən görünür ki, iddiaçının hazırkı əmək pensiyası (1611.98 manat) “İnventar (artıqvermə) 50-dən 52-yə + işdənçıxma PSK artıq hesablanıb” göstərilməklə, yenidən hesablanaraq★572.12★manat★müəyyən★edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı İsayev Etibar Hətəm oğlu cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, barəsində təyin edilmiş ##.##.2008-ci il tarixdən, 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının cavabdeh tərəfindən 2024-cü ilin aprel ayından dayandırılmasına dair qərarın ləğv edilməsi, ##.##.2008-ci il tarixdən, 50 yaşına çatması ilə əlaqədar təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 2024-cü ilin aprel ayından olmaqla, bərpa edilməsi, artıq ödənilmə hesab edilərək tutulmuş pul vəsaitinin ona qaytarılması vəzifəsinin cavabdehin üzərinə★qoyulması★barədə★qərar★qəbul★edilməsini★xahiş★etmişdir.★
7. İddiaçı tərəfin ərizəsinə əsasən, məhkəmənin müvafiq qərardadı ilə iddia tələbi “Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının əmək pensiyasının yenidən hesablanması barədə ##.##.2024-cü il tarixli, 3- 17- */*-*-****/**** nömrəli qərarın ləğv edilməsi, iddiaçı İsayev Etibar Hətəm oğluna 50 yaşı tamam olduğu ##.##.2008-ci il tarixdən təyin edilmiş pensiyanın bərpa edilməsi və ##.##.2024-cü il tarixdən sonra ödənilməmiş pensiya məbləği fərqinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” kimi dəqiqləşdirilmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.2008-cu il tarixində Dövlət Sosial Müdafiə Fondunun Suraxanı Rayon Şöbəsinin qərarı ilə, iddiaçıya 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Bu təyinatdan 15-16 il keçdikdən sonra, 2024-cü ilin aprel ayında iddiaçının əmək pensiyası ilə bağlı qanunsuz qərar qəbul edilmiş, bununla da əmək pensiyası almaq hüquqları pozulmuşdur. Pensiya hüququnun pozulması ilə əlaqədar etdiyi müraciətlərə cavabdeh tərəfindən müxtəlif vaxtlarda, sonuncu dəfə isə ##.##.2025-ci il tarixli məktubla müsbət cavab verilməmişdir. Həmin məktuba cavabda “inzibati icraatın təzələnməsi və mülahizələrin öyrənilməsi üçün Mərkəzi Filiala dəvət haqqında” ##.##.2024-cü il tarixli məktubda və sözügedən qərarla bağlı etdiyi müraciətlərə verilmiş cavablarda (“Artıq ödənilmiş pensiya məbləği haqqında” ##.##.2024- cü il və ##.##.2024-cü il tarixli məktublar) qeyd etdiyi kimi cavabdeh təşkilat bildirir ki: “Araşdırma zamanı, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşınızın tamamlandığı ## ####### 2010-cu il tartixindən pensiya sığorta kapitalına əsasən təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşınızın tamamlandığı ##.##.2008- ci il tarixindən əmək haqqına əsasən hesablanaraq təyin edildiyi aşkar olunub.” İddiaçı hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ona qarşı qanunsuzluqlara yol verilmişdir. Cavabdeh təşkilat həmin məktubla bildirmişdir ki, iddiaçıya 31.347,90 manat məbləğində artıq pensiya ödənilib. Əsassız olaraq, cavabdeh tərəfindən 31.347,90 manat məbləğində artıq pensiya borcunun iddiaçıdan tutulması barədə qərar qəbul edilib. Məbləği 1611,98 manat olan əmək pensiyası 2024-cü ilin aprel ayından başlayaraq əsassız və qanunsuz olaraq azaldılaraq 572,12 manat məbləğində təyin edilib, yəni pensiya qanunvericiliyinə zidd olaraq iddiaçıya az məbləğdə əmək pensiyası təyin edilib. Cavabdehə görə, həmin dövrdə o, 50 yaşında deyil, 52 yaşında əmək pensiyasına çıxmalı idi. Əslində isə pensiya qanunvericiliyinin normaları iddiaçıya qanuni əsaslarla pensiya təyin edildikdən 15-16 il sonra hazırkı iş üzrə cavabdeh tərəfindən yanlış müdaxilə nəticəsində düzgün tətbiq edilməyib, nəticədə onun pensiya hüququ pozulub. O da qeyd edilmişdir ki, cavabdeh tərəfindən qəbul edilmiş qərar - ##.##.2008-ci il tarixdən 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılmasına dair barəsində olan qanunsuz qərar ona təqdim edilməmişdir. İddiaçı qeyd edir ki, 2008-ci ildə ona əmək pensiyası təyin edilərkən Fond tərəfindən hansı normativ hüquqi aktların pozulması əsaslandırılmır, yaxud subyektiv mülahizələrə əsaslanır. 2024-cü ilin aprel ayından əmək pensiyası hesablanarkən normativ hüquqi əsaslandırma düzgün aparılmamışdır, başqa sözlə azalmanın hüquqi əsası yoxdur. Buna görə də qəbul olunmuş qərar qanunsuzdur. Cavabdeh ##.##.2025-ci il tarixli məktubla bildirmişdir ki, 2008-ci ildə qanunvericiliyə zidd olaraq iddiaçıya 2 il əvvəl əmək pensiyası təyin edilib, mübahisələndirilən həmin dövrdə o, 50 yaşında deyil, 52 yaşında əmək pensiyasına çıxmalı idi. Cavabdehin bu mövqeyini aşağıdakılara görə əsassız və qanunsuz hesab edir: Belə ki, iddiaçının 50 yaşda əmək pensiyasına çıxması üçün səbəb və qanuni əsaslar aşağıdakılardır. Cavabdeh ## ######## 2025-ci il tarixli məktubunda bildirir ki, “Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində dəyişiklik edilmiş və güzəştli şərtlərlə pensiya yaş həddi 2000-ci ildən 52 yaş həddinə qaldırılmışdır. ## #### 1997-ci il tarixli ***-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il ######un # -dən başlayaraq 2000-ci il ######un #dək hər il altı ay artırılır. Cavabdehin yaş artımı ilə əlaqədar mövqeyini bir daha qanunsuz və əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 149- cu maddəsinin VII hissəsi, ”Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında’’ Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbləri hüquqi əsas verir ki, iddiaçıya əmək pensiyası 52 yaşla deyil, 50 yaşla təyin edilsin. Qeyd edilən normativ aktlar mahiyyətcə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktlardır, “Əmək pensiyaları haqqında Qanunun 9.8-ci maddəsində bu Qanun qüvvəyə mindiyi günədək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən★tam★əmək★stajı★olan★şəxslərə★pensiyalar★yaşa★və★staja★görə★əvvəllər★qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir kimi qanuni tələb və qanuni əsas vardır. 50 yaşında əmək pensiyasına çıxma barədə Dövlət Sosial Müdafiə Fondunun Suraxanı Rayon Şöbəsinin qərarı qanuni və əsaslı olmuşdur. Digər bir faktı da nəzərə almaq lazımdır ki, 1997-2000-ci illərdə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu ləğv edilməmiş və ya qüvvədən düşməmişdir, bu Qanun ## ###### 2006-cı ilə qədər qüvvədə olmuşdur. Sadəcə olaraq bu Qanuna yaş həddi ilə əlaqədar dəyişiklik olunmuşdur və bu dəyişiklik yuxarıda qeyd etdiyim kimi, istinad olunan normativ hüquqi aktlara uyğun olaraq ona 50 yaşında əmək pensiyasına çıxmaq hüququna maneə yaratmır. Həmin qərarın qanuniliyi cavabdehin yenidən hesablanma ilə bağlı hazırda mübahisələndirdiyi qərarının qanunsuzluğunu da şərtləndirir. Bu mənada cavabdehin artıq ödənilmə kimi təqdim etdiyi 31.347,90 manat vəsaitin qaytarılması ilə bağlı mövqeyi də tamamilə əsassızdır. Göstərilənlərə əsasən★iddia★tələbinin★təmin★edilməsi★məhkəmədən★xahiş★edilmişdir.★
9. Cavabdeh inzibati orqan məhkəməyə iddiaya dair yazılı münasibət (etiraz) təqdim etmişdir. Etirazda bildirmişdir ki, Mərkəzi Filial tərəfindən iddiaçı E.İsayevə ##.##.2024-cü il tarixli, *-**-*/*-*-*****/**** nömrəli “İnzibati icraatın təzələnməsi və mülahizələrin öyrənilməsi üçün Mərkəzi Filiala dəvət haqqında” məktub ünvanlanmışdır. İddiaçının iştirakı ilə ##.##.2024-cü il tarixində akt tərtib edilmişdir. Daha sonra iddiaçıya müxtəlif tarixli məktublarla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hesablanma qaydası, artıqödəmə məbləği, həmin məbləğin tutulması ilə bağlı yazılı razılıq ərizəsini təqdim etməsi barədə ətraflı məlumatlar təqdim edilmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1-ci maddəsinin # #### 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.8-ci maddəsinə əsasən # ###### 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının # #### 2007-ci il tarixli ***- IIIQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a" bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq olunmuş * №-li Siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 50 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvəyə mindiyi ## ######## 1992-ci il tarixində həmin Qanunun 13-cü maddəsinin “a” bəndi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun əldə edilməsi ilə əlaqədar kişilər üçün müəyyən edilmiş pensiya yaş həddi Azərbaycan Respublikasının ## #### 1997ci il tarixli ***-IQD nömrəli Qanununun 1ci bəndinə əsasən 1997-ci il ######un #-dən 2000-ci il ######un #-dək hər il altı ay artırılmışdır. Göründüyü kimi, # ###### 2000-ci il tarixindən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ sözügedən Qərarla təsdiq olunmuş * №-li Siyahı üzrə 52 yaş müəyyən edilmişdir. Buna görə də, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün # ###### 1997-ci il tarixinədək tələb olunan güzəştli və ümumi iş stajını topladıqda, lakin 50 yaş həddinə dəyişiklikdən sonra çatdıqda onlara həmin yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Həmin şəxslərə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası müvafiq dəyişiklikdən sonra qanunvericilikdə müəyyən edilmiş yaş həddinə (52 yaş) uyğun təyin edilməlidir. Araşdırma zamanı, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşının tamamlandığı ##.##.2010-cu il tarixindən pensiya sığorta kapitalına əsasən təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşının tamamlandığı ##.##.2008-ci il tarixindən əmək haqqına əsasən hesablanaraq təyin edildiyi aşkar olunmuşdur. Qanunun 27-ci maddəsinin # #### 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən, # ###### 2006-cı il tarixinədək olan iş stajının hər tam ilinə 170 manat götürülməklə # ###### 2006-cı il tarixindən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanırdı. Pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən, # ###### 2006-cı il tarixinədək iddiaçının ümumi iş stajı 28 il 1 ay 04 gün təşkil edir. Bununla əlaqədar, # ###### 2006-cı il tarixinədək iş stajına uyqun olaraq, Qanunun 27-ci maddəsinin tələblərinə əsasən, həmin tarixə pensiyasının sığorta hissəsi 33,17 (28,09 il x 170 manat:144 ay) manat hesablanaraq ##.##.2010-cu il tarixinə indeksləşdirilib 51,40 manat müəyyən edilməklə üzərinə, ##.##.2006- ##.##.2010-cu il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 7230,24 manat pensiya sığorta kapitalına uyğun 50,21 (7230,24:144) manat və 85 manat baza hissəsi əlavə edilərək ##.##.2010-cu il tarixinə 186,61 (51,40+50,21+85) manat (indeksləşdirilərək ##.##.2012-ci il tarixinə 200,88 manat) məbləğində əmək pensiyası təyin edildiyi müəyyən edilmişdir. Eyni zamanda bildirilir ki, Qanunun 37.3.1-ci maddəsinin ## #### 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən, işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Bununla əlaqədar, iddiaçı ##.##.2012-ci il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyinə görə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 4291,49 manat pensiya sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada (4291,49:122 ay (144 ay - 22 ay (əmək pensiyaçısı kimi işlədiyi ayların sayı)) = 35,18 manat) əmək pensiyası həmin tarixdən yenidən hesablanaraq 200, 88 manatdan 236,06 manata (200,88+35,18) (indeksləşdirilməklə ##.##.2024-cü il tarixinə 572,12 manat) artırılıb. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən, iddiaçıya vaxtilə təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna yenidən baxılması haqqında inzibati icraata başlanılmışdır. Həmçinin nəzərdə tutulan tədbirlər haqqında mülahizələrinin dinlənilərək müvafiq qərar qəbul edilməsi üçün şəxsə ## ###### 2025ci il tarixində məktub göndərilməklə ## #### 2025-ci il tarixinədək Mərkəzi Filiala gəlməsi xahiş edilmişdir. İddiaçının mülahizələrinin dinlənilməsi üçün Mərkəzi Filiala ## #### 2025-ci il tarixində gəlmiş, lakin tərtib edilmiş aktı imzalamamışdır. Qanunun 39.1-ci maddəsinin # ###### 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən, əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanları nəzərə alaraq, E.İsayevə son üç il üzrə 31347,90 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən olunmuşdur.★Həmin★pul★vəsaitinin★hissə-hissə★əmək★pensiyasından★tutularaq★büdcəyə bərpa edilməsi ilə bağlı yazılı razılığın təqdim edilməsi barədə iddiaçıya məktub ünvanlanmışdır. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqanlar inzibati akt qəbul etmək səlahiyyətinə malikdirlər. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən, inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. Bildirilir ki, sosial təminat hüququnun məzmununa nəzər salındıqda, həmin hüququn da Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi, mədəni) bərabər, eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. Dövlətin pensiya sisteminin əsas prinsiplərindən biri də pensiya təminatı zamanı ədalətliliyin gözlənilməsi və dövlətin maliyyə dayanıqlılığının təmin edilməsidir. Respublika ərazisində pensiya alan şəxslərin dairəsinin geniş olduğunu nəzərə aldıqda, pensiya hüquq münasibətləri ilə bağlı düzgün hesablanmamış pensiyaların qanunamüvafiq qaydada yenidən hesablanması çərçivəsində hərəkətlərin edilməsi və ya inzibati aktların qəbul edilməsi zamanı hər bir şəxsə ayrı-ayrılıqda məlumat verməklə inzibati icraatın həyata keçirilməsi inzibati icraatın səmərəli aparılmasına mane olmaqla yanaşı, ictimai maraqlara və ya dövlət maraqlarına ziyan vurulmasının aradan qaldırılması üçün təcili tənzimlənmə imkanlarını aradan qaldırır. Bu da ictimai maraqlar zəminində ədalət prinsipinin pozulmasına səbəb olur, o cümlədən dövlət büdcəsindən pensiya xərcləri ilə bağlı əlavə öhdəliklər yaratmaqla büdcəyə mənfi təsir göstərir. Ali Məhkəmənin vahid məhkəmə təcrübəsini formalaşdıran üç ulduz ilə nişanlanmış ##.##.2024-cü il tarixli, 2- *(***)-****/**** nömrəli qərarının 36-cı bəndinə əsasən, müvafiq məsələyə dair aşağıdakı kimi münasibət bildirilmişdir: “Qeyd olunmalıdır ki, şəxsə əmək pensiyasının cavabdehin özü tərəfindən təyin olunduğu hallarda, cavabdeh prinsipcə, özünün əvvəlki təyinatla bağlı qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etməkdə haqlıdır. Çünki sosial təminat hüququ sahəsindəki qanunvericilik tənzimləmələrinin, eləcə də bu sahədəki idarəçiliyi həyata keçirən orqanların fəaliyyətindəki əsas məqsəd sosial ədalətin təmin edilməsidir. Bu məqsəd göz önünə alındıqda, hətta onların diqqətsizliyi və ya səhlənkarlığı nəticəsində meydana gəlmiş olsa belə, inzibati orqanlar öz səhvlərini düzəltmək imkanına malik olmalıdırlar. Əks halda, bu, sosial təminat fonduna töhfə verən digər şəxslər, xüsusilə qanuni tələblərə cavab verə bilmədiyi üçün pensiya ala bilməyənlər üçün ədalətsiz olardı. Nəhayət, bu, məhdud ictimai resursların qeyri-məqsədəuyğun bölüşdürülməsini təsdiqləmək anlamına gələrdi ki, bu da öz növbəsində ictimai maraqlara zidd olardı.” İstinad olunan qanunvericilik normalarının tələbləri və işin faktiki halları nəzərə alınaraq qeyd edilir ki, Mərkəzi Filialın mövqeyi haqlı olmuşdur. Göstərilənlərə★əsasən★iddia★tələbinin★rədd★edilməsi★məhkəmədən★xahiş★edilmişdir.
10. Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərarı ilə iddianın★təmin★edilməsi★qərara★alınmışdır.
11. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı işin hallarına əsasən, iddiaçı ##.##.1958-ci il təvəllüdlü olmaqla, ona güzəştli şərtlərlə əmək pensiyası 50 yaşdan, yəni ##.##.2008-ci il tarixdən təyin edilmişdir. Cavabdeh iddiaçının ümumi və güzəştli iş stajını mübahisələndirməmişdir. Əmək pensiyasının yenidən hesablanması barədə qəbul edilmiş qərardan, iddiaçıya və məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, hazırkı mübahisə iddiaçıya 52 yaşdan pensiya təyin edilib-edilməməsi ilə bağlıdır. Cavabdeh inzibati orqan 0# ###### 2000-ci il tarixdən etibarən pensiya yaşının kişilər üçün 52 yaşdan müəyyən edilməli olmasına istinad edir və iddiaçının 50 yaşının tamam olduğu dövrün məhz həmin tarixdən sonra olmasını əsas gətirərək pensiyanın 52 yaşdan təyin edilməli olmasını qanunauyğun hesab edir. Halbuki, yuxarıda istinad edilən müddəanın tələblərindən göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək həmin Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilməlidir. Belə olan halda iddiaçı ##.##.1997-ci il tarixə qədər 20 il ümumi, 10 il güzəştli iş stajı topladığından ona əsaslı olaraq “Vətəndaşların pensiya təminatı haqqında” qanunun tələblərinə əsasən 50 yaşı tamam olduğu vaxtdan, yəni ##.##.2008-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və həmin dövrdə qüvvədə olmuş pensiya qanunvericiliyinin★tələbinə★uyğun★olaraq★hesablanma★aparılmışdır.★
12. Göstərilən əsaslardan çıxış edərək cavabdeh tərəfindən iddiaçının əmək pensiyası ##.##.2024-cü★il★tarixdə★qərar★ilə★yenidən★hesablanmışdır.★
13. Məhkəmə cavabdehin bu qərarı ilə razılaşmır. Belə ki, işin hallarından göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya ##.##.2008-ci il tarixli qərarla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunduğu halda, təxminən 16 il sonra, yəni ##.##.2024-cü il tarixdə yenidən hesablanma barədə qərar qəbul etmişdir. Halbuki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi inzibati orqanın özü tərəfindən həyata keçirilmişdir. Başqa sözlə iddiaçının həmin məsələdə heç bir iştirakı və hər hansı bir mübahisəsi olmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh bununla da iddiaçının★etimad★hüququnun★qorunması★prinsipinə★əməl★etməmişdir.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
14. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərarının ləğv edilməsini və iddianın təmin★edilməməsi★barədə★qərar★qəbul★edilməsini★xahiş★etmişdir.★★★
c) Apellyasiya şikayətinin dəlilləri
15. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla əlavə onunla əsaslandırılmışdır ki, araşdırma zamanı, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşının tamamlandığı ##.##.2010-cu il tarixindən pensiya sığorta kapitalına əsasən təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşının tamamlandığı ##.##.2008-ci il tarixindən əmək haqqına əsasən hesablanaraq təyin edildiyi aşkar olunmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin # #### 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən # ###### 2006-cı il tarixinədək olan iş stajının hər tam ilinə 170 manat götürülməklə # ###### 2006-cı il tarixindən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanırdı. Pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən, # ###### 2006-cı il tarixinədək iddiaçının ümumi iş stajı 28 il 1 ay 04 gün təşkil edir. Bununla əlaqədar, # ###### 2006-cı il tarixinədək iş stajına uyğun olaraq, Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyasının sığorta hissəsi 33,17 (28,09 il x 170 manat:144 ay) manat hesablanaraq ##.##.2010-cu il tarixinə indeksləşdirilib 51,40 manat müəyyən edilməklə üzərinə, ##.##.2006-##.##.2010-cu il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 7230,24 manat pensiya sığorta kapitalına uyğun 50,21 (7230,24:144) manat və 85 manat baza hissəsi əlavə edilərək ##.##.2010-cu il tarixinə 186,61 (51,40+50,21+85) manat (indeksləşdirilərək ##.##.2012-ci il tarixinə 200,88 manat) məbləğində əmək pensiyası təyin edildiyi müəyyən edilmişdir. Eyni zamanda bildirirlər ki, Qanunun 37.3.1-ci maddəsinin ## #### 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Qanunun 45-ci maddəsinə əsasən gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin ikinci cümləsinin ## #### 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına uyğun olaraq Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144 ay) güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (kişilər # ###### 2017-ci il tarixinə 63 il 6 ay, ## ###### 2021-ci il tarixinə 65 il ) arasındakı ayların sayı qədər artırılır. Bununla əlaqədar, iddiaçı ##.##.2012-ci il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyinə görə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 4291,49 manat pensiya sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada (4291,49:122 ay (144 ay – 22 ay (əmək pensiyaçısı kimi işlədiyi ayların sayı)) = 35,18 manat) əmək pensiyası həmin tarixdən yenidən hesablanaraq 200, 88 manatdan 236,06 manata (200,88+35,18) (indeksləşdirilməklə★##.##.2024-cü★il★tarixinə★572,12★manat)★artırılıb.
ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
Apellyasiya şikayətinə yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı Apellyasiya şikayətində cavabdehin əvvəllər iddiaçının müraciətinə verdiyi imtinaya və birinci instansiya məhkəməsinə təqdim etdiyi etiraza uyğun mövqe sərgiləyərək, qanunvericilik normalarına yanlış istinadlarla onun güzəştli şərtlərlə pensiya hüququnun 50 yaşdan deyil, 52 yaşdan yarandığını bildirir. Guya bununla da pensiya qanunvericiliyi pozulub. Əsl həqiqət isə ondan ibarətdir ki, pensiya qanunvericiliyinin normaları iddiaçıya qanuni əsaslarla pensiya təyin edildikdən 15-
16. 16 il sonra hazırkı iş üzrə cavabdeh tərəfindən qanunsuz müdaxilə nəticəsində pozulub, normalar düzgün tətbiq edilməyib. Bununla əlaqədar olaraq bir daha bildirir ki, Dövlət Sosial Müdafiə Fondunun Suraxanı Rayon Şöbəsinin iddiaçının pensiya təyinatı ilə bağlı qəbul etdiyi ##.##.2008-ci il tarixli qərar qanuni və əlverişli inzibati aktdır. “Əmək pensiyasının yenidən hesablanması haqqında” ##.##.2024-cü il tarixli, 3-17-1/3- *-****/**** nömrəli qərarı isə qanunsuz və əlverişsiz inzibati aktdır. Bu mənada Bakı İnzibati Məhkəməsinin iddiaçıya 50 yaşının tamam olduğu ##.##.2008ci ildən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ödənişinin bərpa edilməsi barədə qərarı tam qanuni və əsaslıdır. Belə ki, ona Dövlət Sosial Müdafiə Fondunun Suraxanı Rayon Şöbəsinin Qərarı ilə, ##.##.2008-ci il tarixindən 50 yaşına çatmağı ilə əlaqədar “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin *** saylı Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * №-li Siyahısının” tələblərinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** saylı Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahılarının” tələblərinə uyğun olaraq əmək pensiyası təyin edilmişdir. Eyni zamanda onu da xüsusi olaraq qeyd edir ki, iddiaçıya 50 yaşdan, ##.##.2008-ci il tarixindən güzəştli şərtlərlə əmək pensiyası həmin dövrdə pensiya məsələləri üzrə mərkəzi icra hakimiyyəti funksiyalarını icra edən Dövlət Sosial Müdafiə Fondunun (Suraxanı Rayon Şöbəsinin) qərarı ilə təyin edilib cavabdehin qanunsuz və əlverişsiz inzibati aktının qəbul edildiyi vaxtdan (##.##.2024cü ildən) 16 il əvvəl. Bildirmək istəyir ki, Dövlət Sosial Müdafiə Fondu “Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1992-ci il ## ######## tarixli Fərmanı ilə yaradılmışdır. Fondun 2016-cı il tarixədək qüvvədə olmuş Əsasnaməsinə əsasən, Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasında məcburi dövlət sosial sığortası, əmək pensiyaları sahəsində idarəetməni həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı idi. Göründüyü kimi, 2008-ci il tarixdən iddiaçıya 50 yaşdan güzəştli şərtlərlə əmək pensiyası bu sahədə fəaliyyət göstərən mərkəzi icra hakimiyyəti orqanı tərəfindən (Suraxanı Rayon Şöbəsi tərəfindən) təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il ## #### tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edildi. Həmin vaxt iddiaçıya pensiya təyinatından 7 il keçmişdi. Ötən 7 il müddətində barəsində olan pensiya qərarı mübahisələndirilməmişdir. Dövlət Sosial Müdafiə Fondu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edildikdən 4 il sonra, ## #### 2020-ci il tarixli qərarla Fondun tabeliyində Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial yaradıldı. Həmin 4 il müddətində də onun 2008-ci il tarixli pensiya qərarı mübahisələndirilməmişdir. Və nəhayət Mərkəzi Filial yaradıldıqdan 3 il sonra, təyinat vaxtından isə 16 il sonra ona təyin edilmiş güzəştli şərtlərlə əmək pensiyası haqqında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu Rayon Şöbəsinin qərarı əsassız və qanunsuz★şəkildə★ləğv★edildi.★
d) Prosses iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin★olunmasını★xahiş★etmişdir.
18. Məhkəmə kollegiyasının iclasında iddiaçı və onun nümayəndəsi və vəkili apellyasiya şikayətinin★təmin★olunmamasını★xahiş★etmişlər.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir★(III★hissə)
20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: -1.0.1-ci maddəsinə əsasən★əmək★pensiyası★- bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial★sığortaolunanların (bundan sonra – sığortaolunan)★onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud★sığortaolunanlarin ölümü ilə★əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq★pul★ödənişidir. -1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.★ -9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası★hüququ★vardır.★ -9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən★edilmiş★tələblərə★müvafiq★surətdə★bu★Qanuna★uyğun★olaraq★təyin★edilir.★ -27.1-ci maddəsinin # ###### 2010-cu il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən, bu Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir★sığortaolunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əməkhaqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zaman★bu Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun★şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə★mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Bu Qanunun qüvvəyə mindiyi günədək★sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir★və bu zaman bu qanun qüvvəyə mindikdən sonra əmək pensiyası təyin olunmuş şəxslərə pensiya hesablanması üçün orta aylıq əmək haqqına (bu qanunun 20-ci maddəsində göstərilən★vəzifələr★üzrə★əmək★haqqı★istisna★olmaqla)★məhdudiyyət★tətbiq★edilmir.★ -31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət★edə★bilərlər.
21. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi ##.##.2006-cı il tarixə qədər qüvvədə★olmuş★“Vətəndaşların pensiya təminatı haqqında” Qanun: “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13- cü maddəsinin “a” bəndinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan * nömrəli siyahısı üzrə: kişilər- 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar- 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa★görə★pensiya★hüququna★malikdirlər.★ Qeyd olunan Qanunun 13-cü maddəsinə 1997-ci il ## #### tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il ######un #-dən başlayaraq 2000-ci ilin ######un #-dək hər il 6 ay artırılması★nəzərdə★tutulmuşdur. «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi ##.##.2006-cı il tarixədək qazanmış★olsunlar.
22. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin★etimadı★qanunla★qorunur.★ 13.2-ci maddəsinə əsasən, İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və★ümumi★xarakter★daşımalıdır.★ 13.3-cü maddəsinə müvafiq olaraq, müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına★fiziki★və★ya★hüquqi★şəxslərin★etimadı★qanunla★qorunur.★ 13.4-cü maddəsinə görə, inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu★maddələri★də★təminatlara★şamil★olunur. 13.5-ci maddəsinə müvafiq olaraq, fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə★əsaslana★bilməz.★ Sözügedən Qanunun 67.6-cı maddəsinə əsasən, maraqlı şəxs aşağıdakı hallarda etimadın★qorunması★hüququna★istinad★edə★bilməz:★ 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati★aktın★qəbul★edilməsinə★nail★olduqda;★ 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində★bilmədiyi★halda.
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1 məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan diger materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə★görə★araşdırmağa★borcludur. Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün★əsas★olmuş★səbəblər★göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları★faktlar★və★sübutlarla★əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə★vasitələrini)★və★faktları★(faktiki★halları)★da★nəzərə★alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya★tələbi★həddində★dəyişdirilə★bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi★müvafiq★inzibati★məhkəməyə★göndərə★bilər: Maddə 87.7.1.★inzibati★məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması★tələb★olunduqda; Maddə★87.7.2.★inzibati★məhkəmə★tərəfindən★mahiyyəti★üzrə★qərar★qəbul★edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə★münasibət★bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda★10 gün müddətində★müvafiq★apellyasiya★instansiyası★məhkəməsi★vasitəsi★ilə★verilir.
Apellyasiya baxışının hədləri
24. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin★aktı★bütövlükdə★yoxlanılır.
25. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında★mahiyyəti★üzrə★tam★həcmdə★baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab★verir.★İddia★qaldırmaqda★iddiaçı★subyektiv★hüquqa★malik★olmuşdur.
27. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, işin faktiki hallarından müəyyən edilir ki, pensiya qurumu tərəfindən iddiaçıya ##.##.2008-ci il tarixdə 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və ödənilmişdir. Sonradan cavabdeh inzibati orqan iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 52 yaşının tamam olduğu ##.##.2010-cu il tarixdən sığorta kapitalına uyğun təyin edilməli olduğunu əsas götürərək ##.##.2024-cü il tarixli qərarla iddiaçının pensiyasını yenidən hesablamış və artıq ödənilmiş pensiya məbləği hesablamışdır. İddiaçı hazırda★həmin★qərarı★və★onun★nəticələrini★mübahisələndirir.
28. Tətbiq olunan normalardan göründüyü kimi, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13- cü maddəsinin “a” bəndinə əsasən 50 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin olunması üçün iki element mövcud olmalıdır:★ ##.##.1997-ci★ilə★qədər★azı★20★il★ümumi★iş★stajının★mövcud★olması; ##.##.1997-ci ilə qədər azı 10 il güzəştli iş stajının mövcud olması. (AR Nazirlər Kabineti★tərəfindən★təsdiq★olunan★*★nömrəli★siyahı★üzrə).★
29. Hazırkı işin hallarına əsasən, iddiaçı ##.##.1958-ci il təvəllüdlü olmaqla, ona güzəştli şərtlərlə əmək pensiyası 50 yaşdan, yəni ##.##.2008-ci il tarixdən təyin edilmişdir. Cavabdeh iddiaçının ümumi və güzəştli iş stajını mübahisələndirməmişdir. Əmək pensiyasının yenidən hesablanması barədə qəbul edilmiş qərardan, iddiaçıya və məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, hazırkı mübahisə iddiaçıya 52 yaşdan★pensiya★təyin★edilib-edilməməsi★ilə★bağlıdır.
30. Cavabdeh inzibati orqan 0# ###### 2000-ci il tarixdən etibarən pensiya yaşının kişilər üçün 52 yaşdan müəyyən edilməli olmasına istinad edir və iddiaçının 50 yaşının tamam olduğu dövrün məhz həmin tarixdən sonra olmasını əsas gətirərək pensiyanın 52★yaşdan★təyin★edilməli★olmasını★qanunauyğun★hesab★edir.★
31. Halbuki, yuxarıda istinad edilən müddəanın tələblərindən göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək həmin Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilməlidir. Belə olan halda iddiaçı ##.##.1997-ci il tarixə qədər 20 il ümumi, 10 il güzəştli iş stajı topladığından ona əsaslı olaraq “Vətəndaşların pensiya təminatı haqqında” qanunun tələblərinə əsasən 50 yaşı tamam olduğu vaxtdan, yəni ##.##.2008-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və həmin dövrdə qüvvədə olmuş pensiya qanunvericiliyinin★tələbinə★uyğun★olaraq★hesablanma★aparılmışdır.★
32. Göstərilən əsaslardan çıxış edərək cavabdeh tərəfindən iddiaçının əmək pensiyası ##.##.2024-cü★il★tarixdə★qərar★ilə★yenidən★hesablanmışdır.★
33. Məhkəmə★cavabdehin★bu★qərarı★ilə★aşağıdakılara★görə★razılaşmır.
34. Belə ki, işin hallarından göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya ##.##.2008-ci il tarixli qərarla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunduğu halda, təxminən 16 il sonra, yəni ##.##.2024-cü il tarixdə yenidən hesablanma barədə qərar qəbul etmişdir. Halbuki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi inzibati orqanın özü tərəfindən həyata keçirilmişdir. Başqa sözlə iddiaçının həmin məsələdə heç bir iştirakı və hər hansı bir mübahisəsi olmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh bununla da iddiaçının etimad hüququnun qorunması prinsipinə★əməl★etməmişdir.
35. Şəxsə əmək pensiyasının cavabdehin özü tərəfindən təyin olunduğu hallarda, cavabdeh prinsipcə, özünün əvvəlki təyinatla bağlı qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etməkdə haqlıdır. Lakin inzibati orqanların malik olduğu bu səlahiyyətin həyata keçirilməsi müəyyən məhdudiyyətlərə tabedir və yalnız qanunvericiliklə dəqiq müəyyənləşdirilmiş müddətdə və proseduralar çərçivəsində həyata keçirilə bilər. Əvvəlki qərarın ləğvi və ya dəyişdirilməsi məsələsinə münasibətdə hüquqi təhlükəsizliyin və sabitliyin qorunması baxımından qanunvericiliyin müəyyən etdiyi mühüm təminatlardan biri “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş müddətlə bağlı təminatdır. Həmin maddəyə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun imperativ xarakter daşıyan həmin normasına görə, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il★ərzində★ləğv★oluna,★yaxud★dəyişdirilə★bilər.★
36. Beləliklə, qeyd olunan sənədlər əsasında aparılan araşdırma onu deməyə əsas verir ki, cavabdeh inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq “pensiya təyinatı ilə qanun pozuntusuna yol verildiyini” aşkar etdiyinə istinad etməklə, iddiaçının inzibati orqanlara olan etimadını nəzərə almamış və iddiaçının qanunla★qorunan★pensiya★təminatı★hüququna★qanunsuz★olaraq★müdaxilə★etmişdir.
37. Analoji iş üzrə qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** saylı ##.##.2024-cü il tarixli qərarından (★★★) qeyd olunmuşdur ki: “50. Qeyd edilənlərin hazırkı işə tətbiqi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, pensiya təminatı sistemi dövlətin həyata keçirdiyi sosial müdafiə siyasətinin ən mühüm və əsas istiqamətlərindən biridir və cavabdeh inzibati orqan dövlətin ona verdiyi səlahiyyətə əsasən bu təminatın reallaşdırılması üçün zəruri olan bütün addımları atmaqda mükəlləfdir. 51. Digər inzibati orqanlar kimi pensiya təminatını həyata keçirən cavabdeh də öz fəaliyyət sferasına aid bütün normativ hüquqi aktları dəqiq bilməli və onları düzgün tətbiq etməlidir. 52. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış ## ###### 2023-cü il tarixli “İnzibati icraatın təzələnməsi və mülahizələrin öyrənilməsi haqqında” məktubda qeyd edilmişdir ki, iddiaçıya vaxtilə sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilərkən qulluq stajına görə əlavənin yanlış olaraq artıq hesablandığı müəyyən edilmişdir. 53. Cavabdeh bu yanlış hesablanmanı nə zaman bilməsi və həmin anın ona məlum olması vaxtı barədə hər hansı sübut təqdim etməmişdir. Halbuki, qeyd olunduğu kimi inzibati icraat haqqında qanunvericilik əlverişli inzibati aktın sonradan qanunsuzluğunun müəyyən olunması zamanı, həmin aktın ləğv edilməsinin və ya dəyişdirilməsinin mümkünlüyünü nəzərdə tutsa da, bunu “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsindəki hallar istisna olmaqla, 1 (bir) illik zaman dilimi ilə məhdudlaşdırmışdır. Beləliklə, qanunverici müxtəlif obyektiv və subyektiv səbəblərə görə inzibati orqanın da yanlış hərəkət etmə ehtimalının olduğunu qəbul edir, lakin bu yanlış hərəkət barədə məlumatın aşkara çıxarıldığı gündən bir il ərzində qüvvədə olan, ləğv edilməmiş və ya geri çağırılmamış aktı ləğv etmə və ya dəyişdirmə imkanını təsbit edir. Qanunverici belə vəziyyətdə inzibati aktın qanunsuzluğuna səbəb olmuş halların konkret nələrdən ibarət olduğunu və həmin halların məlum olma vaxtı barədə sübutetmə yükünü inzibati orqanın üzərinə qoyur. 55. Məhkəmə kollegiyası qeyd edir ki, pensiya təyin edildikdən sonra pensiya təyinatını həyata keçirən orqan sonradan apardığı yoxlamalar nəticəsində əmək pensiyasının məbləğinin düzgün hesablanmadığını aşkar etdikdə, bununla bağlı şəxsin pensiya işində pensiya təyin olunmasına əsas olan hər hansı sübutun mötəbərliyini şübhə altına aldığı təqdirdə “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin müddətlə bağlı tələblərini nəzərə almaqla qərar qəbul edə bilər. 56. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların inzibati orqana məlum olduğu gündən 1 (bir) il ərzində müvafiq qərar qəbul etməyə dair qanundakı imperativ göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı hüquqi müəyyənliyin təmin olunmasına xidmət etməklə yanaşı, həm də münasibət iştirakçılarının məsuliyyət hissinin artırılmasına, yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və suiistifadə hallarının qarşısının alınmasına, xüsusən də səmərəli, proqnozlaşdırıla bilən və vətəndaşların etimadının qorunduğu dövlət idarəçiliyinin təmin edilməsinə yönəlmişdir. Əks yanaşma, milli və beynəlxalq hüquqla müəyyən edilmiş sosial təminat hüququna dair insan və vətəndaş hüquqlarının pozulması ilə nəticələnə bilər. Cavabdeh inzibati orqanın əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı barədə uzun müddət hərəkətsizlik edərək susqunluq göstərməsi, etimad hüququnu zədələyəcək şəkildə özlərinin həyat şəraitlərini aldıqları pensiya təminatına görə planlaşdırmış həssas kateqoriyaya aid şəxslərin ziyanına şərh edilə bilməz. Dövlət orqanlarından etimad hüququ çərçivəsində gözlənilən onların vaxtında, uyğun və ardıcıl şəkildə hərəkət etmək öhdəliyinə riayət etmələridir. Vətəndaşlar “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində sadalanmış hallar istisna olmaqla prinsipcə, onların xeyrinə çıxarılmış yekun əlverişli inzibati aktların və həmin aktlardan irəli gələn tətbiq tədbirlərinin etibarlılığına güvənə bilməlidirlər. Həmin güvən etimad hüququnu yaratmaqla qanunla müəyyən edilmiş həddlərdə qorunur. 58. Beləliklə, əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı vaxtdan 1 (bir) ildən çox müddət keçdiyindən və səhv hesablamaya səbəb olan hal elə həmin vaxt pensiya təyin edən orqana məlum olduğundan, eləcə də məlum olma halını digər bir tarix kimi müəyyən etmək üçün cavabdeh tərəfindən hər hansı sübut təqdim edilmədiyindən, habelə qərarın ləğv edilməsi üçün “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar olmadığından, cavabdeh inzibati orqanın əvvəllər qəbul etdiyi qərarı dəyişdirməsi qanuni sayıla bilməz.”
38. Məhkəmə vahid məhkəmə təcrübəsini nəzərə almaqla hesab edir ki, iddiaçıya əmək pensiyasının təyin edildiyi vaxtdan 1 (bir) ildən çox müddət keçdiyindən və səhv hesablamaya səbəb olan hal elə həmin vaxt pensiya təyin edən orqana məlum olduğundan, məlum olma halını digər bir tarix kimi müəyyən etmək üçün də cavabdeh tərəfindən hər hansı sübut təqdim edilmədiyindən, eləcə də iddiaçıya pensiya təyin edildikdən sonra onun pensiyasının yenidən hesablandığından, habelə qərarın ləğv edilməsi üçün “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar olmadığından, cavabdeh inzibati orqanın əvvəllər qəbul etdiyi qərarı dəyişdirməsi★qanuni★sayıla★bilməz.★
39. İddia tələbindən göründüyü kimi, iddiaçı 50 yaşı tamam olduğu ##.##.2008-ci il tarixdən təyin edilmiş pensiyanın bərpa edilməsini və ##.##.2024-cü il tarixindən sonra ödənilməmiş pensiya məbləği fərqinin birdəfəlik ödənilməsini istəyir. Məhkəmə hesab★edir★ki,★iddiaçı★bu★tələbində★haqlıdır.
40. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- ****/**** saylı iş üzrə qəbul etdiyi ##.##.2025-ci il tarixli qərarında qeyd edilmişdir ki, “iddiaçı pensiya hüququnun yarandığı tarixdən müraciəti etmiş və onun müraciəti təmin edilmişdir. Daha sonra isə ona əlillik statusu vermiş inzibati orqan tərəfindən əsassız olaraq onun qiymətləndirməsi ləğv edilmiş, iddiaçı öz pozulmuş hüquqlarını məhkəmə icraatı qaydasında bərpa etmiş və yenidən sosial təminat hüququnun bərpasına nail olmuşdur. yuxarıda sadalanan işin faktiki hallarından birmənalı şəkildə anlaşılır ki, pensiyanın dayandırılmasında iddiaçının hər hansı bir təqsiri olmamış onun hüquqları məhkəmə qaydasında bərpa edildikdən sonra hazırkı cavabdeh tərəfindən də ona pensiya ödənişləri həyata keçirilməyə başlanılmışdır. Mübahisə üzrə cavabdeh tərəfindən istinad edilən norma hüquqların yaranmasını özündə ehtiva edir, hazırkı mübahisə hüquqların yaranmasından deyil, pozulmuş hüquqların bərpasından ibarətdir. Bu halda isə iddiaçıya münasibətdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 32.1- 1-ci maddəsinin tətbiq edilməsi yolverilməzdir.”
41. Göründüyü kimi oxşar mübahisə üzrə yuxarı instansiya məhkəməsində işə baxan məhkəmə kollegiyası tərəfindən ödənişlərin edilməsinə münasibətdə iddiaçının öz pozulmuş hüquqlarını məhkəmə icraatı qaydasında bərpa edərək sosial təminat hüququnun bərpasına nail olduğu vurğulanmış və “Əmək pensiyaları haqqında” Qanununun 32.1-1-ci maddəsinin tətbiq edilməsinin yolverilməzliyi nəticəsinə gəlinmişdir.
42. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla əsaslandırılmışdır★və★həmin★dəlillərə★yuxarıda★hüquqi★qiymət★verilmişdir.
43. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə Kollegiyası əlavə olaraq onu da qeyd edir ki, inzibati orqan 1 (bir) illik müddətin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə bağlı əsaslı hüquqi səbəbləri aydın və konkret şəkildə göstərməmiş, sənədlər məhkəməyə təqdim edilməmişdir.
44. Halbuki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Azərbaycan Respublikasının məhkəmələrinə # ##### 2026-cı il tarixli tövsiyyə məktubunda qeyd edilmişdir ki, “....Məhkəmə təcrübəsində qarşılaşılan mübahisələrin bir qismi əvvəllər təyin edilmiş əlilliyin və ya pensiyanın sonradan inzibati orqan tərəfindən ləğv edilməsi ilə əlaqədardır. Həmin işlərdə qiymət verilməli olan əsas məsələlərdən biri də “İnzibati icraat haqqında” Qanunun 67.12 və 68.3-cü maddələrində nəzərdə tutulmuş 1 (bir) illik müddət şərti ilə bağlı qanunvericiliyin imperativ tələbinə inzibati orqan tərəfindən riayət olunub-olunmamasıdır. Bu məsələyə münasibətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının vahid məhkəmə təcrübəsi müəyyən edən 2024-cü il ## ###### tarixli, 2- *(***)-****/**** nömrəli və 2025-ci il ## ##### tarixli, 2-1 (***)-****/**** nömrəli üçulduz (***) qərarlarında göstərilmiş hüquqi mövqelər rəhbər tutulmalıdır. Məhkəmələr, həmçinin nəzərə almalıdır ki, qanunverici müddətin axımının başlanmasını buna dair əsasın inzibati orqana məlum olduğu, yəni bildiyi və ya bilməli olduğu vaxtla şərtləndirir. Bundan başqa, inzibati aktın qanunsuzluğuna səbəb olmuş halların konkret nələrdən ibarət olduğunu göstərmək, eləcə də həmin halların ona məlum olma vaxtı barədə bildirməklə bağlı sübutetmə yükü inzibati orqanın üzərinə düşür. Ona görə də, hər bir işdə müddətin axımının başlanğıcının müəyyənləşdirilməsi üçün inzibati orqan konkret, uyğun və yetərli əsaslar və buna dair sübutlar təqdim etməli, öz növbəsində, məhkəmələr də hər bir işin fərdi hallarını da nəzərə almaqla inzibati orqanın inzibati aktın ləğv olunmasını şərtləndirən halların ona məlum olduğu gündən 1 (bir) illik müddət daxilində hərəkət etdiyini dəqiq müəyyənləşdirməlidir. Əgər inzibati orqan 1 (bir) illik müddətin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə bağlı daxili nəzarət qaydasında aparılmış yoxlamaların (araşdırmaların, monitorinqlərin, auditlərin və s.) nəticələrinə istinad etmişsə, bu zaman mütləq sözügedən yoxlamaların keçirilməsinə səbəb olmuş legitim faktiki hallar və əsaslı hüquqi səbəblər aydın və konkret şəkildə göstərilməli, eləcə də yoxlamaların başlanılmasına, aparılmasına və nəticələrinin rəsmiləşdirilməsinə dair sənədlər məhkəməyə təqdim edilməlidir. İnzibati aktın ləğv olunmasını şərtləndirən hallar kim kənar rəsmi mənbədən daxil olmuş məlumata istinad olunduğu zaman isə inzibati orqan məlumatın konkret nədən ibarət olduğunu, hansı rəsmi mənbədən və nə vaxt daxil olduğuna dair dəqiq və mötəbər məlumatlar təqdim etməlidir. Məhkəmələr sözügedən həmin sənədlər və məlumatlar əsasında apardıqları qiymətləndirmə ilə hər bir işdə iddiaçının konkret halına münasibətdə inzibati aktın ləğv olunmasını şərtləndirən halların inzibati orqana məlum olma (bildiyi və ya bilməli olduğu vaxt) anını düzgün müəyyənləşdirməli, 1 (bir) illik müddət şərtinin hüquqi müəyyənlik və hüquqi təhlükəsizlik prinsiplərinin vacib təminatlarından biri olduğunu həmişə nəzərə almalıdırlar. Bu mənada, daha əvvəl aparılmış yoxlamalar və ya yenidən hesablamalarla əhatə olunan (olunmalı olan), lakin aşkarlanmamış, yaxud aşkarlansa da lazımi münasibət bildirilməmiş hallarla bağlı müddətin axımı sonrakı yoxlama və ya yenidən hesablama ilə əlaqələndirilə bilməz....”
45. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla★bağlı★düzgün★nəticəyə★gəlmişdir.★
46. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərarı dəyişdirilmədən★saxlanılmalıdır.
47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı: ★★★★★Apellyasiya★şikayəti★təmin★edilməsin. Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərarı dəyişdirilmədən★saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası★Ali★Məhkəməsinin★İnzibati★Kollegiyasına★verilə★bilər.