Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-1019/2026 04.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X7 (sədrlik edən və məruzəçi), X4 və X9 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Cavabdehin nümayəndəsi Məmmədli İlqar Elbrus oğlunun iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları
1. Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ##.##.1968-cı il təvəllüdlüdür. Azərbaycan Respublikasının vətəndaşıdır.
2. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin ##.##.2024-cü il tarixli 3-29-63/2-E-737-**/**** №-li Arayışının surətindən görünür ki, İddiaçı ##.##.1983-cü ildə ** nömrəli Bakı Texniki Peşə Məktəbinin “Texnoloji qurğu operatoru-cihazçı” ixtisasına qəbul olmuş və ##.##.1986-cı il tarixində həmin ixtisası əyani formada bitirmişdir. Onun adına yazılmış ****** №-li diplom təhsil müəssisəsinə verilmiş dövlət nümunəli sənəddir.
3. ##.##.1986-cı il tarixli ИТ seriyalı 1313280 №li əmək kitabçasının surətindən görünür ki, İddiaçı ##.##.1983-cü ildən ##.##.1986-cı ilə qədər ** №-li Bakı Texniki Peşə Məktəbində “texnoloji qurğu operatoru-cihazçı” ixtisası üzrə təhsil almışdır. Təhsilini bitirdikdən sonra ##.##.1986-cı ildən ##.##.2002-ci ilə qədər “xxxx” ATSC-də (keçmiş endokrin preparatları zavodu) ampula sahəsində aparatçı, texniki nəzarət şöbəsində aparatçı, quru preparatlar sahəsində ferment preparatları istehsalı aparatçısı, ampula sahəsində steril məhlulların hazırlanması aparatçısı, kimyəvi analiz labarantı vəzifələrində işləmişdir. ##.##.2002-ci ildən ##.##.2008-ci ilə qədər “xxxx” Azərbaycan X3 mühasib, ##.##.2013-cü ildən ##.##.2015-dək Azərbaycan Dəmir Yolları QSC-də elektromexanik vəzifələrində işləmişdir.
4. “xxxx” ASC-nin ## #### 2024-cü il tarixli, *-M-* nömrəli arayışdan görünür ki, İddiaçı ##.##.1986-cı ildən ##.##.2002-ci ilə qədər “xxxx” ATSC-də (keçmiş endokrin preparatları zavodu) ampula sahəsində aparatçı, texniki nəzarət şöbəsində aparatçı, quru preparatlar sahəsində ferment preparatları istehsalı aparatçısı, ampula sahəsində steril məhlulların hazırlanması aparatçısı, kimyəvi analiz labarantı vəzifələrində işləmişdir. “xxxx” ASC-nin istehsalat sexləri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli *** №-li Qərarı ilə təsdiq olunmuş güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı əsasında 7 saatlıq iş gününə aid zərərli sexlər kateqoriyasına daxildir. Bölmə XXIII Dərmanlar,tibbi və bioloji preparat və materiallar istehsalı kod 2250100a-10065 (bütün adlarda aparatçılar), kod 2250600- 13265 (bütün adlarda laborantlar, o cümlədən sex laborantları). “xxxx” ASC-nin (keçmiş Endokrin preparatları zavodunun) istehsalat sexlərində insulin, vitamin B12, xlorlu kalsium, Teymurov pastası, müxtəlif adda mazlar və emulsiyalar və s. Adda dərman preparatları istehsal olunurdu. Bu preparatların istehsalında zərərli və zəhərli kimyəvi maddələr olan etil spirti, sulfat turşusu, xlorid turşusu, fenol, formalin və s. İstifadə olunub. Adı çəkilən zərərli maddələrdən həmçinin laboratoriyada kimyəvi və bakterioloji analizlərin aparılmasında da istifadə olunub. Zərərli şəraitdə işləyərkən iddiaçı dərmanların istehsalında, laboratoriyada dərman preparatlarının analizində istifadə olunan zərərli və zəhərli kimyəvi maddələrlə: sulfat turşusu, fenol, spirt və s. Birbaşa təmasda olmuşdur. İddiaçı bütün güzəştlərdən, əlavə məzuniyyətdən, qısaldılmış iş günündən istifadə etmiş, xüsusi süd məhsulu ilə təmin olunmuşdur.
5. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin məhkəmənin sorğusuna verdiyi ##.##.2025-ci il tarixli 3-34/2-148/01-*/**** №-li cavabdan görünür ki, “xxxx” Azərbaycan-X3 ##.##.1998-ci il tarixdən Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatdadır.
6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin məhkəmənin sorğusuna verdiyi ##.##.2025-ci il tarixli 3-21-2-2-1/2-*****/**** №-li cavab məktubundan görünür ki, “xxxx” Azərbaycan-X3 ##.##.1998-ci il tarixdə dövlət qeydiyyatına alınmış, hüquq varisliyi barədə məlumat aşkar edilməmişdir.
7. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məhkəmənin sorğusuna verdiyi ##.##.2025-ci il tarixli 3-21-3/2-****/**** №-li cavab məktubundan görünür ki, “xxxx” Azərbaycan-X3 ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinin arxivində hər hansı məlumat yoxdur.
8. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının iddiaçının nümayəndəsinə ünvanlandığı ##.##.2024-cü il tarixli 3-48-2F/2-E-2182-33-****/**** №-li məktubundan görünür ki, “xxxx” Azərbaycan-X3nin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir.
9. Məhkəmə tərəfindən “xxxx” Azərbaycan-X3 ünvanlanmış ##.##.2025-ci il tarixli məktub “qapı bağlıdır” qeydi ilə poçt şöbəsi tərəfindən geri qaytarılmışdır.
a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 52 yaşın tamam olduğu ##.##.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyanın ##.##.2021-ci il tarixdən hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir).
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ##.##.1968-ci ildə doğulmuşdur. O, ##.##.1983-cü ildən ##.##.1986-cı ilə qədər ** №-li Bakı Texniki Peşə Məktəbində “texnoloji qurğu operatoru-cihazçı” ixtisası üzrə təhsil almışdır. Təhsilini bitirdikdən sonra ##.##.1986-cı ildən ##.##.2002-ci ilə qədər “xxxx” ATSC-də (keçmiş endokrin preparatları zavodu) ampula sahəsində aparatçı, texniki nəzarət şöbəsində aparatçı, quru preparatlar sahəsində ferment preparatları istehsalı aparatçısı, ampula sahəsində steril məhlulların hazırlanması aparatçısı, kimyəvi analiz labarantı vəzifələrində işləmişdir. ##.##.2002-ci ildən ##.##.2008-ci ilə qədər “xxxx” Azərbaycan X3 mühasib, ##.##.2013-cü ildən ##.##.2015-dək Azərbaycan Dəmir Yolları QSC-də elektromexanik vəzifələrində işləmişdir. İddia ərizəsinə əlavə edilmiş əmək kitabçası və güzəştli arayışdan görünür ki, iddiaçının ##.##.2006-cı ilə qədər 16 il 01 ay güzəştli iş stajı, 22 il 03 ay 24 gün isə ümumi iş stajı mövcuddur. İddiaçı tərəfindən ona 52 yaşın tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin olunması barədə cavabdeh orqana müraciət edilsə də, onun müraciəti təmin olunmamışdır. Cavabdeh imtinanı onunla əsaslandırmışdır ki, iddiaçının ##.##.2002-ci ildən ##.##.2008- ci ilə qədər işlədiyi müəssisə üzrə məcburi dövlət sosial sığorta ayırmaları həyata keçirilmədiyindən adıçəkilən dövrü ümumi iş stajına daxil etməmişdir. Hesab edir ki, cavabdehin bu imtinası əsassızdır.
12. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iş materiallarından aydın olur ki, iddiaçı İddiaçı ümumi iş stajı 18 il 8 ay 17 gün (##.##.1983-##.##.1986-ci il, ##.##.1986- ##.##.1996-cı il və ##.##.1996-##.##.2002-ci il tarixləri arasındakı dövrlər) təşkil edir ki, bu da qanunvericiliklə tələb olunan həddən (20 il) azdır. Belə ki, iddiaçının “xxxx” Azərbaycan-X3 işlədiyi ##.##.2002-##.##.2008-ci il tarixləri arasındakı illər üzrə ##.##.2006-##.##.2008-ci il üzrə həmin müəssisə tərəfindən ödənilməli olan məcburi dövlət sosial sığorta haqlarının iddiaçının fərdi hesabının sığorta hissəsində öz əksini tapmadığı müəyyən edilmişdir. Buna görə də həmin dövr bütövlükdə sosial sığorta stajına daxil edilməmişdir.
13. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçı İddiaçı 52 yaşın tamam olduğu ##.##.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyanın ##.##.2021-ci il tarixdən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilmişdir.
14. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI
b) Apellyasiya şikayətinin dəlilləri
15. Apellyasiya şikayəti iddiaya etiraza uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, 2006-2008-ci illərdə məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsi özüözlüyündə iddiaçının müraciətindən imtinanın birmənalı əsasını təşkil etməmişdir. Belə ki, həmin illər üzrə iddiaçıya münasibətdə məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsi cavabdeh inzibati orqanda iddiaçının həmin müəssisədə işləməsinin şübhə altına alınmasına zəmin yaratmışdır.
ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatları
17. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini, iddianın rədd edilməsinin məhkəmədən xahiş etmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə kollegiyası apellyasiya şikayətinə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
18. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun: 9.1-ci bəndinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (## #### 2017-ci il tarixli ***-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir). Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər. ## ### 2022-ci il tarixədək olan qüvvədə redaksiyada: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. ## ### 2022-ci il tarixdən qüvvədə redaksiyada: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYA BAXIŞININ HƏDLƏRİ
21. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
22. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
23.Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.3-cü maddələrinə əsasən)
24. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 18-20-ci bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.
25. Belə ki, iddiaçı 52 yaşının tamam olduğu ##.##.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini tələb edir.
26. Cavabdeh orqan isə iddiaçının “xxxx” Azərbaycan-X3 işlədiyi ##.##.2002- ##.##.2008-ci il tarixləri arasındakı illər üzrə ##.##.2006-##.##.2008-ci il üzrə həmin müəssisə tərəfindən ödənilməli olan məcburi dövlət sosial sığorta haqlarının iddiaçının fərdi hesabının sığorta hissəsində öz əksini tapmadığına istinad edərək nəticədə iddiaçıya pensiya təyin edilməsi üçün ümumi sığorta stajının tələb olunan həddən (20 il) az olması qənaətinə gəlmiş və müraciəti təmin etməkdən imtina etmişdir. 27.Belə ki, cavabdeh iddiaçı İddiaçı ##.##.2006-cı il tarixədək 18 il 8 ay 17 gün (##.##.1983-##.##.1986-ci il, ##.##.1986-##.##.1996-cı il və ##.##.1996-##.##.2002-ci il tarixləri arasındakı dövrlər) ümumi iş stajı hesablamış, lakin iddiaçının əmək kitabçasında qeyd edilmiş ##.##.2002-##.##.2008-ci il tarixlərdə "xxxx" Azərbaycan-X3 işlədiyi dövrü onun stajına daxil etməmişdir. Göründüyü kimi cavabdeh inzibati orqanın yeganə mübahisə açdığı məqam iddiaçının ümumi iş stajının toplanmamasıdır.
28. Belə ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir.
29. Həmin Qanunun 69.1-ci maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.
30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1996-cı il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları”nın 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir.
31. Qanunvericiliyin müddəalarından göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il # ###### tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alındığı halda, 2006-cı il # ###### tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün onların ümumi iş stajı əsas götürülür və həmin iş stajı işçinin əmək kitabçasının məlumatlarına əsasən müəyyən edilir.
32. İşdən göründüyü kimi iddiaçının əmək kitabçasında ##.##.2002-ci ildən ##.##.2008ci ilə qədər “xxxx” Azərbaycan X3 mühasib işlədiyi əmək fəaliyyəti dövrləri ilə bağlı müvafiq qeydiyyat aparılmış, aparılan araşdırma ilə müəssisənin mövcudluğu təsdiqlənmişdir.
33. Belə olan halda kollegiya qeyd edir ki, iddiaçının əmək kitabçasında qeyd olunan “xxxx” Azərbaycan-X3 işlədiyi ##.##.2002-##.##.2008-ci il tarixləri arasındakı illər üzrə əmək fəaliyyəti dövrü barədə onun əmək kitabçasında müvafiq qeydlər aparıldığından, həmin qeydlər müəssisəsinin möhürü və vəzifəli şəxsin imzası ilə təsdiqlənmiş və cavabdeh tərəfindən həmin qeydlərin mötəbərliyini şübhə altına alan hər hansı tutarlı dəlil təqdim edilməmişdir. Ona görə də sözügedən müəssisənin arxiv sənədlərinin təhvil verilməməsi və onun əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından, bu, onun pensiya hüquqlarını məhdudlaşdıran nəticələr doğurmamalı və iddiaçının qazandığı iş stajına dair əmək kitabçasındakı qeydlərin mötəbərliyinə təsir etməməlidir.
34. Eyni zamanda işin apellyasiya baxışı zamanı Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli sorğuya cavab məktubundan görünür ki, vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim olunmuş sonuncu Muzdlu işlə ələqədar ödəmə mənbəyində tutulan vergi (2011-ci il) bəyannaməsinin surəti təqdim edilmişdir. Bu isə ona dəlalət edir ki, qeyd olunan müəssisə ən azından 2011-ci ilə qədər fəaliyyətdə olub.
35. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçının ##.##.2002-##.##.2008-ci il tarixləri arasındakı işlədiyi dövr onun ümumi iş stajına daxil edilməlidir. Belə olan halda iddiaçının qanunla tələb olunan 20 ildən artıq iş stajı tamamlanır (mübahisəsiz 18 il 8 ay 17 gün + ##.##.2006-cı ilədək yaranan 03 il 03 ay 28 gün= 22 il 15 gün) və onun həmin müəssisədə ##.##.2006-cı ildən sonrakı fəaliyyət dövrünün staja daxil edilməsinə zərurət qalmır.
36. Eyni zamanda iddiaçının hüququ yarandığı vaxtdan sonra, ilk dəfə ##.##.2024-cü ildə cavabdeh inzibati orqana ona güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün müraciət etməsi təsdiq olunur. Odur ki, qanunvericiliyin tələblərinə əsasən cavabdeh inzibati orqan tərəfindən 2024-cü ilin iyunundan əvvəlki 3 il üzrə əmək pensiyası hesablanaraq ödənilməsi həyata keçirilməlidir.
37. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
38. Beləliklə kollegiya qeyd edir ki, iddiaçıya 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Belə olan halda, cavabdeh tərəfindən ona 52 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən imtina olunması onun hüquqlarını pozur.
39. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
40. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
41. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.