Məhkəmə qərarları › İş №2-1(3-6)-1024/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-1024/2026

09.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-1024/2026 09.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyası təyin edilməsi” tələbinə dair iddiası üzrə Hakimlər: Fərid İlham oğlu Mədətlidən (sədrlik edən və məruzəçi), X5 və X2 ibarət tərkibdə, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə, İddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyası təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə ## #### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İŞİN HALLARI:

1. İddiaçı İddiaçı ## ### 1960-cı il təvəllüdlüdür.

2. ##.##.1977-ci il tarixli İT-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı ***/k №-li ##.##.1997-ci il tarixli əmrlə həmin tarixdə Bakı Montaj İdarəsi "Azsantexmontaj" trestinə 2-ci dərəcəli santexnikelektrik vəzifəsinə qəbul edilmişdir. ** №-li ##.##.1978-ci il tarixli əmrlə ##.##.1978-ci il tarixdən 3-cü dərəcəli santexnik vəzifəsinə keçirilmişdir. *** №-li ##.##.1978-ci il tarixli əmrlə ##.##.1978-ci il tarixdə 4-cü dərəcəli santexnik vəzifəsinə keçirilmişir. SSRİ Silahlı Qüvvələrinə çağırışla əlaqədar ***/k №-li ##.##.1978-ci il tarixli əmrlə ##.##.1978-ci il tarixdən işdən azad edilmişdir. ##.##.1978-ci il tarixdən ##.##.1980-ci il tarixinədək SSRİ Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur. * №-li ##.##.1981-ci il tarixli əmrə əsasən həmin tarixdə həmin müəssisədə yenidən 4-cü dərəcəli çilingər-santexnik vəzifəsində fəaliyyətimi davam etdirmişdir. ** №-li ##.##.1983-cü il tarixli əmrlə ##.##.1983-cü il tarixdə Bakı tresti “Azsantexmontaj”ın * nömrəli idarəsindən “Azsantexmontaj” trestinin əsas tədris istehsalat bazasına köçürülmüşdür (iş yeri dəyişmişdir). ** №-li ##.##.1984-cü il tarixli həmin tarixdən 5-ci dərəcəli çilingər-santexnik vəzifəsinə keçirilmişdir. ** №-li ##.##.1885-ci il tarixli əmrlə Bakı Montaj İdarəsinin “Azsantexmontaj”ın * nömrəli idarəsindən * nömrəli idarəyə köçürülmüşdür. *** №-li ## ###### 1985-ci il tarixli əmrlə həmin tarixdən Təhsil Nazirliyinin Təmir tikinti idarəsinə işə qəbul edilmişdir. ** №-li yanvar 1985-ci ii tarixli əmrlə çilingər vəzifəsinə keçirilmişdir. ** №li ## ##### 1989-cu ii tarixli əmrlə yeni ştat cədvəlinə əsasən 4-cü dərəcəli elektrik montyoru vəzifəsinə keçirilmişdir. ** №-li ##.##.1990-cı il tarixli əmrlə 5-ci dərəcəli çilingər-santexnik vəzifəsinə keçirilmişdir. 86 №-Ii ##.##.1990-cı il tarixli əmrlə ##.##.1990-cı ii tarixdən öz xahişimlə işdən azad olunmuşdur. ** №-li ##.##.1990-cı il tarixli əmrlə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təmir tikinti idarəsinə 5-ci dərəcəli çilingər-santexnik vəzifəsinə qəbul olunmuşdur. ** №-li ##.##.1992-ci il tarixli əmrlə iş yerinin dəyişdirilməsi ilə (Azərbaycan Texniki Unuversitetinə) işdən azad olmuşdur. *** №-li ##.##.1992-ci ii tarixli əmrlə ##.##.1992-ci ii tarixdən həmin universitetin Texniki istismar şöbəsinə santexnika və eiektromontaj işləri üzrə təmir tikinti idarəsindən keçirilmə yolu ilə 6-cı dərəcəli çilingər vəzifəsinə təyin edilmişdir. *** №-li ##.##.1996-cı il tarixli əmrlə ##.##.1996-cı il tarixdə idman sarayına mexanik vəzifəsinə keçirilmişdir. ** №-li ##.##.1997-ci il tarixli əmrlə ##.##.1997-ci il tarixdə 6-cı dərəcəli qaynaqçı vəzifəsinə keçirilmişdir. ** №-li ##.##.2004cü il tarixli əmrlə ##.##.2004-cü il tarixdə öz xahişi ilə işdən azad olunmuşdur.

3. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına ərizə ilə müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2025-ci il tarixli yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyuiun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. ##.##.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Təqdim etdiyi sənədlərin surətlərində qeyd olunmuş məlumatlara əsasən ##.##.1978-ci il tarixindən 03.11,1980-ci il tarixinədək hərbi xidmətdə olduğunuz müddət də nəzərə alınmaqla ümumi sığorta stajınız 21 il 3 ay 28 gün təşkil edir. ##.##.2025-ci il tarixinədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1996-cı il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalan”nın 3.2-ci bəndinə əsasən əmək kitabçanızın surətində qeyd edilmiş ##.##.1985-ci il tarixindən ##.##.1990-cı il tarixinədək (işə daxilolma qeydində əmr tarixi qeyd edilmədiyindən) olan dövrün doldurulma qaydası pozulduğu üçün həmin dövrün sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, ümumi sığorta stajınız qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə) sizə yaşa görə əmək pensiyasımn təyin edilməsi qanunvericiliyin tələbləri baxımında mümkün hesab edilmir. Məlumat üçün bildiririk ki, əlavə sənədlər təqdim edəcəyiniz təqdirdə ümumi sığorta stajınız 25 ilə tamamlanarsa, əmək fəaliyyəti dövrləriniz araşdırılaraq pensiya təyinatı hüququnuza yenidən baxılacaqdır. Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il ######ın #dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin # #### tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019- 2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il ######ın #-dək olan sığorta stajı 25 il, 2026- cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Həmçinin Nazirliyin elektron informasiya ehtiyatları ndakı məlumatlara əsasən ##.##.2006-cı il tarixindən ##.##.2018-ci il tarixinədək fərdi şəxsi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından sizə avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilmir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə sosial müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən sizə ##.##.2025-ci il tarixindən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Məlumat üçün bildiririk ki, ##.##.2025-ci il tarixli müraciətinizlə bağlı sizə ##.##.2025-ci il tarixli 3-17-1/2-N******/202* nömrəli rəsmi məktubla cavab göndərilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciətiniz üzrə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır.

BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT:

5. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh orqanın ## ###### 2025-ci il tarixli imtina məktubunun qanunsuz hesab edilməsi, yaşa görə emək pensiyasının təyin edilməsi və pensiyanın ## ### 2025- ci il tarixdən hesablanması vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. Cavabdeh müraciətin həllindən ## ###### 2025-ci il tarixli məktubla imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, təqdim etdiyi sənədlərə əsasən ##.##.1978-ci iI tarixindən ##.##.1980-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla ümumi sığorta stajı 21 il 3 ay 28 gün təşkil edir. Əmək kitabçasında qeyd edilmiş ##.##.1985-ci il tarixindən ##.##.1990-cı il tartixinədək (işə daxilolma qeydində əmr tarixi qeyd edilmədiyindən) olan dövrün doldurulma qaydası pozulduğu üçün həmin dövrün sığorta stajına daxil olması mümkün olmamışdır. İddiaçı hesab edir ki, imtina qanunsuz və əsassızdır. Belə ki, iddiaçı ***/k №-li ##.##.1997-ci il tarixli əmrlə həmin tarixdə Bakı Montaj İdarəsi "Azsantexmontaj" trestinə 2-ci dərəcəli santexnik-elektrik vəzifəsinə qəbul edilmişdir. ** №-li ##.##.1978-ci il tarixli əmrlə ##.##.1978-ci il tarixdən 3-cü dərəcəli santexnik vəzifəsinə keçirilmişdir. *** №-li ##.##.1978-ci il tarixli əmrlə ##.##.1978-ci il tarixdə 4-cü dərəcəli santexnik vəzifəsinə keçirilmişir. SSRİ Silahlı Qüvvələrinə çağırışla əlaqədar ***/k №-li ##.##.1978-ci il tarixli əmrlə ##.##.1978-ci il tarixdən işdən azad edilmişdir. ##.##.1978-ci il tarixdən ##.##.1980- ci il tarixinədək SSRİ Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur. * №-li ##.##.1981-ci il tarixli əmrə əsasən həmin tarixdə həmin müəssisədə yenidən 4-cü dərəcəli çilingərsantexnik vəzifəsində fəaliyyətimi davam etdirmişdir. ** №-li ##.##.1983-cü il tarixli əmrlə ##.##.1983-cü il tarixdə Bakı tresti “Azsantexmontaj”ın * nömrəli idarəsindən “Azsantexmontaj” trestinin əsas tədris istehsalat bazasına köçürülmüşdür (iş yeri dəyişmişdir). ** №-li ##.##.1984-cü il tarixli həmin tarixdən 5-ci dərəcəli çilingər-santexnik vəzifəsinə keçirilmişdir. ** №-li ##.##.1885-ci il tarixli əmrlə Bakı Montaj İdarəsinin “Azsantexmontaj”ın * nömrəli idarəsindən * nömrəli idarəyə köçürülmüşdür. *** №-li ## ###### 1985-ci il tarixli əmrlə həmin tarixdən Təhsil Nazirliyinin Təmir tikinti idarəsinə işə qəbul edilmişdir. ** №-li # ###### 1985-ci ii tarixli əmrlə çilingər vəzifəsinə keçirilmişdir. ** №-li ## ##### 1989-cu ii tarixli əmrlə yeni ştat cədvəlinə əsasən 4-cü dərəcəli elektrik montyoru vəzifəsinə keçirilmişdir. ** №-li ##.##.1990-cı il tarixli əmrlə 5-ci dərəcəli çilingər-santexnik vəzifəsinə keçirilmişdir. 86 №-Ii ##.##.1990-cı il tarixli əmrlə ##.##.1990- cı ii tarixdən öz xahişimlə işdən azad olunmuşdur. ** №-li ##.##.1990-cı il tarixli əmrlə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təmir tikinti idarəsinə 5-ci dərəcəli çilingərsantexnik vəzifəsinə qəbul olunmuşdur. ** №-li ##.##.1992-ci il tarixli əmrlə iş yerinin dəyişdirilməsi ilə (Azərbaycan Texniki Unuversitetinə) işdən azad olmuşdur. *** №-li ##.##.1992-ci ii tarixli əmrlə ##.##.1992-ci ii tarixdən həmin universitetin Texniki istismar şöbəsinə santexnika və eiektromontaj işləri üzrə təmir tikinti idarəsindən keçirilmə yolu ilə 6cı dərəcəli çilingər vəzifəsinə təyin edilmişdir. *** №-li ##.##.1996-cı il tarixli əmrlə ##.##.1996-cı il tarixdə idman sarayına mexanik vəzifəsinə keçirilmişdir. ** №-li ##.##.1997ci il tarixli əmrlə ##.##.1997-ci il tarixdə 6-cı dərəcəli qaynaqçı vəzifəsinə keçirilmişdir. ** №li ##.##.2004-cü il tarixli əmrlə ##.##.2004-cü il tarixdə öz xahişi ilə işdən azad olunmuşdur. Bu müddət ərizində iddiaçının ümumi iş stajı 26 il 1 aydan çox olmuşdur. Yəni “Əmək pensiyaları haqqında” Azerbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələbinə uyğun olaraq iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün 25 il iş stajı olmuşdur. Əmək kitabçasında qeyd edilmiş ##.##.1985-ci il tarixindən ##.##.1990-cı il tarixinədək işə daxilolma qeydində əmr tarixi əmək kitabçasının 4-cü qrafasında qeyd edilməsə də, həmin tarixlər əmək kitabçasının 2-ci qrafasında öz əksini tapmışdır. Həmin dövr ərzində olan əmrlər müəssisə daxilində iş yerlərinin dəyişdirilməsi ilə bağlıdır. İmtina məktubunda qeyd edilən ##.##.1990-cı il tarixindən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı ** nömrəli ##.##.1990-cı il tarixli əmr işəgötürənin imzası və möhürü ilə təsdiq olunmuşdur. Yəni iddiaçı həqiqətən də həmin müəssisədə işləməsə idi, əmək müqaviləsinə də qanunauyğun şəkildə xitam verilməzdi. Qeyd olunduğu kimi ##.##.1985-ci ildən ##.##.1990-cı ilədək Təhsil Nazirliyinin Təmir-tikinti idarəsində vəzifə dəyişikləri ilə çalışmışdır. Əmək kitabçasında əmrlərin qeydində texniki uyğunsuzluqlar olsa da, həmin dövrün mövcudluğu həm işə qəbul, həm də işdən azadetmə barədə əmrlərlə təsdiqlənmişdir. Əmək kitabçasının düzgün doldurulmaması işçinin məsuliyyəti deyil, bu işəgötürənin öhdəliyidir. İşçinin pensiya hüququ işəgötürənin texniki xətaları səbəbindən məhdudlaşdırıla bilməz.

7. İddia tələbinə dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, iddiaçı İddiaçı ona ümumi əsaslarla yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə Mərkəzi Filiala ərizə ilə müraciət etmişdir. İddiaçı İddiaçının Mərkəzi Filiala daxil olmuş ərizəsinə aidiyyəti üzrə baxılaraq, ##.##.2025-ci il tarixli *-**-*/*-N-******/**** nömrəli məktubla bildirilmişdir ki, onun ümumi sığorta stajı qanunla nəzərdə tutulan müddətdən (25 il) az olduğu üçün İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Bundan narazı qalan iddiaçı Bakı inzibati Məhkəməsinə müraciət etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra -Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. ##.##.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilmişdir. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021 -ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya yaşa görə əmək pensiyası təyin olunması üçün Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda. Bildiririk ki, iddiaçı İddiaçı təqdim etdiyi ******* nömrəli hərbi biletin surətinə əsasən ##.##.1978-ci il tarixindən ##.##.1980-ci il tarixinədək hərbi xidmət müddəti, ******* nömrəli əmək kitabçasının surətinə əsasən ##.##.1977-ci il tarixindən ##.##.1978-ci il tarixinədək, ##.##.1981 -ci il tarixindən ##.##.1985-ci il tarixinədək, ##.##.1990-cı il tarixindən ##.##.1992-ci il tarixinədək, ##.##.1992-ci il tarixindən ##.##.2004-cü il tarixinədək əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla ümumilikdə 21 il 3 ay 28 gün mübahisələndirilməyən sığorta stajı nəzərə alınmışdır. ##.##.2025- ci il tarixinədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1996-cı il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş ‘‘İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalan”nın 3.2-ci bəndinə əsasən əmək kitabçanızın surətində qeyd edilmiş ##.##.1985-ci il tarixindən ##.##.1990-cı il tarixinədək (işə daxilolma qeydində əmr tarixi qeyd edilmədiyindən) olan dövrün doldurulma qaydası pozulduğu üçün həmin dövrün İddiaçı sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Qanunun 22—1.1 -ci maddəsinə uyğun olaraq, 2019-cu il ######ın #-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin # #### tarixə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il ######ın #-dək olan sığorta stajı 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il ######ın #-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən ##.##.2006-cı il tarixindən ##.##.2018-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində avtomatlaşdırılmış qaydada pensiya təyinatına imkan verən pensiya kapitalı qeydə alınmamışdır. Bu səbəbdən iddiaçıya avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi də mümkün hesab edilməmişdir. Qeyd etmək istəyirik ki, vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi “Əmək pensiyaları haqqında” Qanunla müəyyən edilmişdir. ##.##.2025-ci il tarixinədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1996-cı il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarr’nın 3.2-ci maddəsinə əsasən, işəgötürənlər tərəfindən əmək kitabçasında aşağıdakı qeydlər aparılır: İşçinin soyadı, adı, atasının adı (işçinin soyadı, adı və atasının adı ixtisar olunmadan yazılır), doğulduğu gün, ay, il, təhsili (o cümlədən başa çatdırılmamış tam orta, orta ixtisas və ali təhsil), peşəsi, ixtisası təsdiqedici sənədlərə əsasən aparılır. İşçinin isə götürülməsi, bir isdən başqa isə keçirilməsi və isdən azad edilməsi haqqında məlumat tarixi (gün, av, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə, uyqun aparılır. “İş haqqında məlumat” bölməsinin 3-cü qrafasında başlıq formasında işəgötürənin tam adı yazılır. Bu başlıq altında 1-ci qrafada daxil edilən yazılışın sıra nömrəsi, 2-ci qrafada isə işçinin qəbul edildiyi tarix göstərilir. 3-cü qrafada işin adı, peşəsi, yaxud vəzifəsi, həmçinin vahid tarif cədvəli üzrə əməyin ödənilməsi dərəcəsi konkret göstərilməklə hansı sexə, şöbəyə, bölməyə, sahəyə, peşə və ya vəzifəyə təyin edilməsi yazılır. İşçinin qəbul edildiyi işin, peşənin, yaxud vəzifənin adı haqqında qeyd fəhlə peşələri və qulluqçu vəzifələri üzrə ümumrespublika təsnifatına və müvafiq sahələr üzrə fəhlə peşələrinin və qulluqçu vəzifələrinin vahid tarif ixtisas sorğu kitabçalarına və digər müvafiq sənədlərə əsasən aparılır. İşəgötürən hüquqi şəxsin adı dəyişdirildikdə, fəhlə və qulluqçuya yeni dərəcə verildikdə, ştat cədvəlində; vəzifələrdə, əmək şəraitinin şərtlərində dəyişikliklər aparıldıqda əmək kitabçasında dəyişikliklər işəgötürənin əmrinə (sərəncamına) müvafiq aparılır. Əmək kitabçasının birinci səhifəsində işçi haqqında məlumatları işçi şəxsi imzası ilə təsdiq edir. Qaydaların 3.4.cü maddəsinə əsasən əmək kitabçasında işə qəbul, başqa daimi işə keçirmək, yaxud işdən azad etmək haqqında bütün qeydlər işəgötürən tərəfindən əmr (sərəncam) verildikdən 5 gündən gec olmamaq şərtilə, işdən azad etmək haqqında isə işçinin işdən çıxarıldığı gün edilir. Bütün qeydlər əmək müqaviləsinin, əmrin (sərəncamın) məzmununa uyğun olmalıdır. Gün və ay ikirəqəmli ərəb rəqəmləri ilə yazılmalıdır. Sözügedən Qaydaların 4.1 -ci maddəsinə əsasən işçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir. İşəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Qərarında qeyd olunduğu kimi, əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Başqa sözlə, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Oxşar işlər üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin ##.##.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli qərarının 45-ci bəndində göstərilmişdir ki, mübahisə üzrə iddiaçının sosial təminat hüququnun təmin edilməsi istiqamətində məhkəmə tərəfindən onun mübahisəli iş illərinə dair xüsusatlar hərtərəfli araşdırılmalı və əldə edilən mötəbər sübutların qiymətləndirilməsi nəticəsində yekun nəticəyə gəlinməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci bəndinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — isə girdiyi gün, av, il, işlədiyi peşəsi (vəzifəsi), isdən çıxarılmanın əsası, günü, avı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair # ###### 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Yuxarıda qeyd olunanlara əsasən iddiaçı İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsində göstərilən hər iki şərti ödənməlidir. İddiaçı ona pensiya təyin edilməsi üçün qanunla tələb olunan yaş həddinə çatmışdır. Lakin yuxarıda qeyd olunan Qanunun 7-ci maddəsində tələb olunan sığorta stajının 25 il olmasına baxmayaraq iddiaçının əmək kitabçasında mövcud olan sığorta stajına uyğun olaraq ona pensiya təyin edilməsi qanuna ziddir. Qeyd etmək lazımdır ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinin tələblərinə əsasən iddiaçıya ##.##.2025-ci il tarixdən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmiş, hazırda ödənişi davam etdirilir. Qeyd olunanlara əsasən bildiririk ki, İddiaçı ##.##.1985-ci il tarixindən ##.##.1990-cı il tarixinədək Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təmir tikinti idarəsində əmək fəaliyəti dövrünün onun sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin olunması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Qeyd olunanlardan bir daha görünür ki, iddiaçının iddia tələbi qanunsuz və əsassız, cavabdehin mövqeyi isə qanuni və əsaslı olmuşdur.

8. Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ###### 2026cı il tarixli qərarı ilə iddianın təmin edilərək, iddiaçı İddiaçı ##.##.1985-##.##.1990-cı il tarixədək əmək stajı nəzərə alınaraq 65 yaşı tamam olduğu ##.##.2025-ci ildən hesablanmaqla yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır.

9. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ VƏ MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI

Apellyasiya şikayətinin dəlilləri:

10. Apellyasiya şikayəti iddia tələbinə yazılı etirazın məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, birinci instansiya məhkəməsi işi tam araşdırmamış, düzgün əsaslandırma aparmadan qərar çıxarmış, bununla da maddi hüquq normalarını pozmuşdur.

Apellyasiya şikayətinə etirazın dəlilləri:

11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Tərəflərin izahatları

12. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərarın əsassız olduğunu, bu səbəbdən də ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi.

13. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

14. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.1. əmək pensiyası- bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.

7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un # -dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. 21.1.Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 23.2. 1992-ci il ######ın #-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir.

15. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu (qüvvədən düşmüşdür)

67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla # ###### 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. # ###### 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır.

69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci il tərixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”

3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi ##.##.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il ######ın #-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 4.1-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il ######ın #-dək olan dövr üzrə: “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən. 4.1.10. Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il ######ın #-dək qazanmış olsunlar.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1992-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

18. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

20. Hazırki işdə apellyator birinci instansiya məhkəməsinin qərarını tam mübahisələndirdiyindən məhkəmə kollegiyası həmin qərarın qanuniliyini və əsaslılığını tam həcmdə yoxlayır.

21. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın sonuncu imtina məktubunun tarixi ##.##.2025-ci il tarixdir. Həmin məktubun iddiaçı tərəfindən nə vaxt əldə olunması iş materiallarından müəyyən olunmur. İddiaçı isə hazırki iddia ilə məhkəməyə ##.##.2025-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası iddianın vaxtında verildiyini nəzərə alaraq hesab edir ki, iddia mümkündür.

22. İşin mahiyyətinə gəldikdə isə hazırda iddiaçının tələbi “ona yaşa görə əmək pensiyasının təyin edilməsi” barədədir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, “iddiaçının əmək kitabçasında qeyd edilən iş stajı nəzərə alınmaqla, 25 ildən artıq sığorta stajının olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, 25 il sığorta stajı öz təsdiqini tapdığı üçün sığorta kapitalı tələbinə zərurət qalmadığından cavabdeh inzibati orqanın imtinası əsassız hesab edilməli və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir.”

23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və aşağıdakıların qeyd edilməsini zəruri hesab edir:

24. İddiaçı X8 ##.##.1960-cı il tarixdə doğulduğundan onun 65 yaşının tamam olduğu ##.##.2025-ci il tarixə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 2 şərti mövcud olmalıdır. 1) İddiaçının pensiya yaşının tamam olması, 2) İddiaçının 25 il ümumi iş stajının mövcud olması və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı.

25. İddiaçıya məxsus hərbi bilet və əmək kitabçası qeydlərinə əsasən iddiaçının mübahisələndirilməyən iş stajı iddiaçının ##.##.2006-cı il tarixədək sosial sığorta stajı ##.##.1978-ci il tarixindən ##.##.1980-ci il tarixinədək hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla 21 il 03 ay 28 gün təşkil edir.

26. Cavabdeh hesab edir ki, ##.##.1985-ci il tarixdən ##.##.1990-cı il tarixədək (işə daxilolma qeydində əmr tarixi qeyd edilmədiyindən) olan dövrün doldurulma qaydası pozulduğu üçün həmin dövrün sığorta stajına daxil edilə bilməz.

27. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1992-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

29. Həmin Əsasnamənin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

30. Birinci instansiya məhkəməsi qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq düzgün olaraq hesab etmişdir ki, “iddiaçı İddiaçı ##.##.1985-ci il tarixindən ##.##.1990-cı il tarixinədək Təhsil Nazirliyinin Təmir Tikinti İdarəsində işləməsi əmək kitabçasında əks olunmuşdur. Məhkəmə şəxsin (iddiaçının) işlədiyi dövrlə bağlı əmək kitabçasında işə daxilolma qeydində əmrin tarixinin qeyd olunmamasına münasibətdə qeyd etməyi zəruri hesab edir ki, əmək kitabçasının doldurulması zamanı yanlışlığa yol verilməsi iddiaçının məsuliyyət sferası ilə əhatə olunmur və şəxsi pensiya hüququndan məhrum edə bilməz.”

31. Qeyd olunmalıdır ki, iddiaçının mübahisələndirilən dövr üzrə (##.##.1985-ci il tarixindən ##.##.1990-cı il tarixinədək) işləməsi əmək kitabçasında əksini tapmışdır. İddiaçı ##.##.1960-cı il təvəllüdlüdür, qeyd edilən dövr nəzərə alındığı təqdirdə ##.##.2006-cı il tarixədək ümumi sığorta stajı 26 il 03 ay 05 gün təşkil edir.

32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda 2006-cı il ######ın #-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur. İddiaçının iş stajını təsdiq edən əmək kitabçası mövcuddur, əmək kitabçası yuxarıda qeyd edilən normativ sənədlərə uyğun tərtib edilmişdir, cavabdeh iddiaçıya məxsus əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmamasına dair mötəbər sübutu nə birinci, nə də ki apellyasiya instansiya məhkəməsinə təqdim edə bilməmişdir. Halbuki iddiaçı mübahisəli dövrlərdə qeyd edilən müəssisələrdə işləməsini təsdiq edən kifayət qədər sübutlar məhkəməyə təqdim etmişdir.

33. Nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur.

34. İddiaçının əmək kitabçasındakı məlumatların mötəbərliyini şübhə altına alan hər hansı hal işdə mövcud deyildir.

35. Nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur.

36. İddiaçının əmək kitabçasındakı məlumatların mötəbərliyini şübhə altına alan hər hansı hal işdə mövcud deyildir.

37. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində qeyd etdiyi iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində ##.##.2006-cı il tarixdən ##.##.2018-ci il tarixədək avtomatlaşdırılmış qaydada pensiya təyinatına imkan verən pensiya kapitalının qeydə alınmaması dəlilinə münasibətdə qeyd edir ki, həmin dəlil də əsassızdır. Belə ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında Azərbaycan Respublikasının Qanunu”nun 1-ci maddəsinə (Məcburi dövlət sosial sığorta haqları üzrə 2006-cı ilin # ###### tarixinədək yaranmış borcların tənzimlənməsi) əsasən, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin # ###### tarixinə yaranmış və 2018-ci ilin # ##### tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Göründüyü kimi, sığortaedənin (hazırkı halda, iddiaçının işlədiyi müəssisənin) 2006-cı ilin # ###### tarixinə yaranmış və 2018-ci ilin # ##### tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcu olsaydı belə, həmin borc 2018-ci ilin # ##### tarixdə tam məbləğdə silinmiş olurdu.

38. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı İddiaçı ##.##.1985-##.##.1990cı il tarixədək əmək stajı nəzərə alınaraq 65 yaşı tamam olduğu ##.##.2025-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsinə dair birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olmuşdur.

39. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin *- *(***)-*****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

40. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fərid Mədətli Hakimlər: Aytən Oruczadə Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar