Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-1035/2026 04.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçılar iddiaçı2, iddiaçı1 cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), X3 və X7 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı iddiaçı2 nümayəndəsi iddiaçı1 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları “Mənzil tikintisi haqqında” “xxxx” MTK ilə iddiaçı2 arasında bağlanmış ##.##.2025-
1. ci il tarixli müqavilədən görünür ki, bir tərəfdən “xxxx” MTK və digər tərəfdən “payçı” adlandırılan vətəndaş iddiaçı2 olmaqla, ünvan 1 ünvanda MTK tərəfindən inşa edilən yüksəkmərtəbəli yaşayış binasının mansard hissəsində yerləşən ** saylı mənzil Bakı şəhəri ** saylı notariat ofisinin ************* saylı ərizəsinə əsasən iddiaçı2 adına sənədləşdirilir, mənzilin dəyəri X2 ödənilir.
2. “xxxx” Mənzil-Tikinti Kooperativinin ## ###### 2025-ci il tarixli arayışında göstərilmişdir ki, iddiaçı1 “xxxx” MTK-nın ünvan 3 ünvanında inşa etdiyi yüksəkmərtəbəli yaşayış binasının mansard hissəsində yerləşən sahəsi 65.7 kv.m olan ** saylı mənzilində ailəsi ilə birlikdə qeydiyyatsız olaraq bu ünvanda yaşayır.
3. Bakı şəhər Baş Polis İdarəsi Nərimanov Rayon Polis İdarəsinin iddiaçı1 ünvanladığı ##.##.2025-ci il tarixli **/*-H-*****/** nömrəli məktubunda göstərilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşadığı evin müvafiq sənədini (dövlət reyestrindən çıxarış, icarə-kirayə müqaviləsi, yaşayış sahəsi verən şəxsin razılıq ərizəsi və.s) təqdim edilməlidir. Əks təqdirdə qeydiyyata alınma mümkün deyildir.
4. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinin ## ###### 2026-cı il tarixli *-**-*-**/*-****/**** nömrəli sorğuya cavab məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, ev 36 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasına dair istismara icazə aktı * saylı Bakı Ərazi İdarəsinə daxil olmamışdır. Həmçinin, sözügedən binada hər hansı mənzilin qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Ümumi sahəsi 858.1 kv.m və 852.6 kv.m təşkil edən qeyri-yaşayış sahələri X1 adına qediyyata alınmışdır.
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçılar iddiaçı2, iddiaçı1 cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə qarşı “ünvan 4 ünvanına iddiaçıların qeydiyyata alınması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” MTK-dan ## #### 2025-ci il tarixli müqaviləyə əsasən ünvan 2 ünvanında inşa etdiyi bir bloklu yaşayış binasının 18ci mərtəbəsində yerləşən ** saylı mənzili almışlar və həmin vaxtdan orada yaşayırlar. Yaşadıqları müddətdə mənzilin kommunal xidmətlər haqqını vaxtıvaxtında ödəməklə mənzildən açıq, fasiləsiz və vicdanla istifadə edərək, mənzildə əsaslı təmir işləri aparmışlar. Yaşamağa başqa evləri yoxdur. İddiaçılar hazırki iddia tələbi ilə bağlı cavabdehə müraciət etsələr də, cavabdeh tərəfindən iddiaçının müraciətinin icrasından imtina edilmişdir.
7. Cavabdeh orqan iddiaya dair hər hansı bir münasibət bildirməmişdir.
8. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir.
9. İddiaçı iddiaçı2 apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI
b) Apellyasiya şikayətinin dəlilləri
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Yaşayış yerinə qeydiyyata alinmaq ücün sənədlərin siyahısında Azərbaycan Respublikası Qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd dedikdə həmin MTK ilə aramizda haqlanmış müqavilə nəzərdə tutulur və həmin sənəd mənim pay hüququmun olduqunu təsdiq edir. Bu da “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğundur. Hazırkı iş üzrə MTK ilə bağlanmış müqavilə əsasında alınmış 18-ci mərtəbədə yerləşən mənzilin dəyəri tam ödənilmişdir. Mənzilin dəyəri tam ödənildiyi üçün həmin mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasa da, həmin mənzillə bağlı münasibətlərə mülkiyyət münasibətlərini tənzimləyən normalar tətbiq edilməlidir.
11. ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatları
13. Məhkəmə iclasında iştirak edən apellyasiya şikayəti verən iddiaçı2ın nümayəndəsi iddiaçı1 apellyasiya şikayətinin təmin edilərək, Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının qüvvədə saxlanılımasını məhkəmədən xahiş etdi.
14. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
15. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
16. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun: - 1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz.
2. Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.
5. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir.
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi
Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYA BAXIŞININ HƏDLƏRİ
18.Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
19. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən)
21. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 15-17-ci bəndləri) əsaslanaraq birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.
22. Belə ki, hazırkı işin hallarından görünür ki, iddiaçılar “xxxx” MTK-dan ## #### 2025-ci il tarixli müqaviləyə əsasən ünvan 2 ünvanında inşa etdiyi bir bloklu yaşayış binasının 18-ci mərtəbəsində yerləşən ** saylı mənzili almışlar və həmin vaxtdan orada yaşayırlar. Hazırda həmin mənzildə qeydiyyata alınmalarını tələb edirlər.
23. İşin apellyasiya baxışı zamanı Nərimanov rayon Polis İdarəsi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli sorğuya cavab məktubundan görünür ki, aparılmış yoxlamalar əsasında Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, ev 36 ünvanında qeydiyyatda olan şəxsləri müəyyən etmək üçün olan proqram təminatı (Yaşayış yeri haqqında arayış-Forma2) “ASAN xidmət” mərkəzində olduğundan aşkar edilməsi mümkün olmamışdır.
24. Azərbaycan Respublikası DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli sorğuya cavab məktubuna Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, ev 36 ünvanında qeydiyyatda olan şəxslərin siyahısı əlavə edilmişdir. Lakin qeydiyyata alınması üçün hüquqi əsaslarla bağlı hər hansı bir sənəd təqdim edilməmişir.
25. Qanunvericiliyin normalarından göründüyü kimi qeydiyyata alınmanın hansı sənədlər əsasında həyata keçirilməli olduğunu dəqiq müəyyən edilmişdir. Belə ki, şəxs (şəxslər) mülkiyyətçi kimi, icarə və ya kirayə müqaviləsi üzrə sənəd (razılıq ərizə) təqdim etdikdə həmin sənədlərdə qeyd edilən ünvana qeydiyyata alına bilər.
26. Lakin, iddiaçıların ünvan 4 ünvanına dair nə mülkiyyət hüququ, nə icarə (və ya kirayə) müqaviləsi, mövcuddur.
27. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
28. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
29. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
30. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
İddiaçı iddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.