Məhkəmə qərarları › İş №2-1(3-6)-1037/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-1037/2026

21.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-1037/2026 21.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “əmək pensiyasının təyin edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), X3 və X6 ibarət tərkibdə, Türkan Kamran qızı Haqverdiyevanın katibliyi, İddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi Məmmədli İlqar Elbrus oğlunun iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı ##.##.1961-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır.

2. H3 ******* nömrəli hərbi biletdən görünür ki, İddiaçı ##.##.1979-cu il tarixdən ##.##.1981-ci il tarixədək hərbi xidmətdə olmuşdur.

3. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC Xəzər Dəniz Neft Donanmasının ##.##.2025-ci il tarixli **-*-*/*-***/**** nömrəli arxiv arayışında göstərilmişdir ki, İddiaçı həqiqətən ##.##.1981-ci il tarixində Xəzər Dəniz Neft Donanmasının istifadəsində olan “Volqoqrad” gəmisinə şagird-motorçu peşəsinə (##.##.1981-ci il tarixli ***-r/s nömrəli əmr) işə qəbul edilmişdir. ##.##.1981 -ci il tarixində həmin gəmiyə 2-ci dərəcəli motorçu keçirilmiş, ##.##.1984-cü il tarixində öz xahişi ilə işdən azad edilmişdir. O, ##.##.1985-##.##.1997-ci il tarixlərindən Donanmanın “S.Orucov”, “Baba-zadə”, “Polyus” gəmilərində 1-ci dərəcəli matros, 1-ci və 2-ci dərəcəli motorçu peşələrində işləmişdir. ##.##.1997-##.##.1998-ci il tarixlərindən üzürsüz səbəbdən işə çıxmaması ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70. “ç” maddəsinə əsasən (##.##.1998-il tarixli ***-k nömrəli əmr) əmək müqaviləsinə xitam verilmişdir. Onun tutduğu vəzifələr (peşələr) üzən heyətə, eləcə də işlədiyi gəmilər Donanmanın istifadəsində olan gəmilərə aiddir. Bu gəmilər liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmilərinə aid deyildir. Bu vəzifələr (peşələr) "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1 maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01,2007-ci il tarixli ** №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 21-ci bəndinin (Nəqliyyat) 21.2 “b” yarımbəndi, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli 12 № li qərarı ilə qüvvədən düşmüş ##.##.1993-cü il tarixli *** nömrəli qərarına * №-li əlavə ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" nın 28-ci bəndinin (Nəqliyyat) 28.3 “1” yarımbəndi ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə (Üzən heyət-kod: 23003010, kod: 23003020- 14706) güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələr siyahısına aid edilir. Əmək şəraitinə görə (##.##.1981-##.##.1984-cü, ##.##.1985-##.##.1997-ci il tarixinədək) güzəştli şərtlərlə əmək stajı: 14 il, 10 ay, 10 gün təşkil edir.

4. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının direktoru Şahin Əliyevə ünvanlanmış İddiaçı ##.##.2025-ci il tarixli ərizəsinə əsasən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş dövrün pensiya məbləğinin ödənilməsi xahiş edilmişdir.

5. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ## #### 2025-ci il tarixli *-**-*/*-T-******/**** nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubunda göstərilmişdir ki, Mərkəzi Filiala təqdim edilən İddiaçı dair sənədlərdə qeyd olunan məlumatlara əsasən, onun ümumi iş stajı 25 ildən az (18 il 10 ay 27 gün (##.##.1979-##.##.1981-ci il, ##.##.1981-##.##.1984cü il, ##.##.1985- ##.##.1998-ci il tarixləri arasındakı dövrlər və 2006-2025-ci illər üzrə 8 ay)) təşkil edir. Bundan başqa, İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 46080,00 manat hesablandığı halda, adıçəkilən şəxsin fərdi hesabınının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 19251,88 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin b) bəndində göstərilən zərərli bəndin qeyd olunan, # ###### 1997-ci il tarixə qədər qüvvədə olan axırıncı abzasını ona münasibətdə tətbiq etməklə, 54 yaş 3 aydan, yəni hüququnun yarandığı ##.##.2015ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyasının müraciət etdiyi ##.##.2025-ci il tarixdın 3 il əvvələ, yəni ##.##.2022-ci il tarixdən hesablanaraq ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.1961-ci il tarixdə anadan olmuş, H3 seriyalı, ******* nömrəli hərbi bilet məlumatlarına əsasən, iddiaçı ##.##.1979- cü il tarixdən ##.##.1981-ci il tarixədək Sovet Ordusu sıralarında hərbi xidmət etdi (2 il 1 ay 4 gün ümumi staj). Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC Xəzər Dəniz Neft Donanmasının ##.##.2025-ci il tarixli, **-*-*/*-***/**** nömrəli arxiv arayışının əslinin məlumatlarına əsasən iddiaçı ##.##.1981-ci il tarixdən ##.##.1998-ci il tarixədək Xəzər Dəniz Neft Donanmasında motorçu və matros peşələrində işlədi (14 il 10 ay 10 gün * nömrəli siyahı üzrə güzəştli staj (##.##.1981-##.##.1984-cü il və ##.##.1985- ##.##.1997-ci il tarixləri arasındakı dövrlər)). ******* nömrəli, ##.##.2016-cı il tarixli əmək kitabçasının və ƏƏSMN-nin Mərkəzləşdirilmiş elektron informasiya sistemindən fərdi şəxs hesab haqqında e-sosial arayışın məlumatlarına əsasən iddiaçı 2015-2016-cı il tarixlərdə "İlk İnşaat Taahhüt Sanayi ve Ticaret Anonim" şirkətinin Azərbaycan Respublikasındakı filialında fəhlə peşəsində işlədi (8 ay ümumi staj). İddiaçı ##.##.1961-ci il tarixdə doğulmuşdu, ##.##.2015-ci il tarixdə 54 yaş 3 ayına çatdı. İddiaçının Qanunda edilmiş dəyişikliyədək, yəni ##.##.1997-ci il tarixinədək * nömrəli siyahı üzrə güzəştli iş stajı 14 il 10 ay 10 gün stajı təşkil edir (##.##.1981-##.##.1984-cü il və ##.##.1985- ##.##.1997-ci il tarixləri arasındakı dövrlər). İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün ##.##.2025-ci il tarixdə rəsmi ərizə ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etdi. Cavabdeh inzibati orqan ##.##.2025-ci il tarixli məktubla, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtian etdi. İmtinaya səbəb kimi, iddiaçının ümumi iş stajının 25 ildən az (18 il 10 ay 27 gün (##.##.1979-##.##.1981-ci il, ##.##.1981- ##.##.1984-cü il, ##.##.1985-##.##.1998-ci il tarixləri arasındakı dövrlər)) olması göstərildi. Bu da iddiaçının Azərbaycan Respublikası Konstitsuyasının 38-ci maddəsində təsbit edilmiş sosial təminat hüququnun pozulmasına səbəb oldu. Bu səbəbdən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qaldı. İddiaçı hesab edir ki, ##.##.1997-ci il tarixədək * nömrəli siyahı üzrə 14 il 10 ay 10 gün güzəştli iş stajını qazandığına görə, ona “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin b) bəndində göstərilən zərərli bəndin qeyd olunan, # ###### 1997-ci il tarixə qədər qüvvədə olan axırıncı abzasına əsasən 54 il 3 aydan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. İddiaçı 1997-ci il ######un #-dək olan * nömrəli siyahı üzrə işlədiyi 14 il 10 ay 10 gün güzəştli stajı üçün nəzərdə tutulmuş güzəştlərin tətbiqini (yəni, ümumi əsaslarla yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş yaş həddinin qazanılmış güzəştli stajın müddətinə mütənasib azaldılmasını) iddia edir. Beləliklə, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə edilmiş dəyişikliklərin qüvvəyə mindiyi 1997-ci il ######un #-dək olan iş stajını nəzərə alınmaqla, həmin vaxtda qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin b) bəndinin sonuncu abzasının hazırkı mübahisəyə tətbiq edilərək iddiaçıya (178 ay : 2,5 = 71 ay 2 gün * nömrəli siyahı üzrə güzəştli stajı. 60 yaş - 5 il 9 ay = 54 yaş 3 ay) 54 yaş 3 aydan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

8. Cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiаyа dаir еtirаzında bildirmişdir ki, iddiaçı A.Tağıуevin Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən, onun ümumi iş stajı 25 ildən az (18 il 10 ay 27 gün (##.##.1979-##.##.1981-ci il, ##.##.1981-##.##.1984-cü il, ##.##.1985-##.##.1998-ciil tarixləri arasındakı dövrlər və 2006-2025- ci illər üzrə 8 ay)) təşkil etmişdir. Bundan başqa, İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 46080,00 manat hesablandığı halda, İddiaçı fərdi hesabınının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 19251,88 manat təşkil etmişdir. İddiaçı İddiaçı iddia ərizəsində qüvvədə olmayan “Vətəndaşların pensiya təminatı” haqqında Qanunun 13-cü maddəsinin b bəndinə istinad edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olduğunu iddia etmişdir. Sözügedən Qanunun 13-cü maddəsinin b) bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan * nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa güzəştli şərtlərlə pensiya hüquqları var idi. Göründüyü kimi iddiaçı İddiaçı ümumi iş stajı ##.##.1997-ci il tarixinədək 25 ildən az təşkil etmişdir. Bundan başqa qüvvədə olan Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə kişilər üçün qüvvədə olmayan “Vətəndaşların pensiya təminatı” haqqında Qanunun 13-cü maddəsinin b) bəndi ilə yaş həddi 57 yaşdır. Beləliklə iddiaçı İddiaçı iddia ərizəsində tələb etdiyi 54 yaş 3 aydan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə ziddir. Qeyd olunanları nəzərə alaraq, iddiaçı İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

9. Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.

10. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarında olan sənədlərdən məhkəmə müəyyən etmişdir ki, iddiaçının xüsusilə zərərli və ağır olan işlərdə iş stajı 1997-ci ilin ######un #-dək * nömrəli siyahı üzrə cəmi 14 il 10 ay 10 gün ((##.##.1981-##.##.1984-cü il və ##.##.1985-30-03.1997) təşkil edir.

11. İddiaçıya münasibətdə 1997-ci ilin ######un ##-dək qüvvədə olmuş əmək pensiyaları qanunvericiliyin normalarda nəzərdə tutulmuş güzəştlər tətbiq edilməklə, ümumi əsaslarla yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş yaş həddi qazanılmış güzəştli stajın müddətinə mütənasib azaldılmalıdır.

12. Beləliklə, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə edilmiş dəyişikliklərin qüvvəyə mindiyi 1997-ci il ######un #-dək olan iş stajını nəzərə alınmaqla, həmin vaxtda qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin b) bəndinin sonuncu abzasının hazırkı mübahisəyə tətbiq edilərək iddiaçıya (178 ay : 2,5 = 71 ay 2 gün * nömrəli siyahı üzrə güzəştli stajı. 60 yaş - 5 il 9 ay (14 il 10 ay 10 gün : 2,5 ) = 54 yaş 3 ay) 54 yaş 3 aydan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir.

13. İddiaçının təvəllüdü ##.##.1961-ci il olduğundan, pensiya hüququnun yarandıığı tarixi (54 yaş 3 ay) ##.##.2015- ci il tarix olması müəyyən olunur.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

14. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

15. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla əlavə onunla əsaslandırılmışdır ki, hesab edirlər ki, Bakı İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli 2-1(112)-14400/2025nömrəli qərarı məhkəmənin gəldiyi nəticədə iş üzrə mühüm əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması, qərarda göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi, məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən ləğv edilməli, iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməlidir. Bildirirlər ki, iddiaçı İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin olunması üçün ərizə ilə cavabdeh orqana müraciət etmişdir. Mərkəzi Filial tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2025ci il tarixli *-**-*/*-T-******/**** nömrəli məktubla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina edilmişdir. İmtinanın əsası kimi iddiaçının kifayət qədər ümumi iş stajına və qanunvericiliklə tələb olunan pensiya kapitalına malik olmadığı qeyd edilmişdir. Qeyd edirlər ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun(bundan sonra-Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildirirlər ki, Mərkəzi Filialın əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərancamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, Fondun İdarə Heyətinin qərarlarını, Fondun İdarə Heyətinin sədrinin sərəncam və əmrlərini rəhbər tutur. İddiaçı İddiaçı Mərkəzi Filiala təqdim etdiyi dair sənədlərdə qeyd olunan məlumatlara əsasən, onun ümumi iş stajı 25 ildən az (18 il 10 ay 27 gün (##.##.1979-##.##.1981-ci il, ##.##.1981-##.##.1984-cü il, ##.##.1985- ##.##.1998-ci il tarixləri arasındakı dövrlər və 2006-2025-ci illər üzrə 8 ay)) təşkil etmişdir. Bundan başqa, İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 46080,00 manat hesablandığı halda, İddiaçı fərdi hesabınının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 19251,88 manat təşkil etmişdir. Əlavə olaraq bildirilir ki, iddiaçı İddiaçı iddia ərizəsində qüvvədə olmayan “Vətəndaşların pensiya təminatı” haqqında Qanunun 13-cü maddəsinin b bəndinə istinad edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olduğunu iddia etmişdir. Bununla bağlı qeyd edilir ki, sözügedən Qanunun 13-cü maddəsinin b bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan * nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa güzəştli şərtlərlə pensiya hüquqları var idi. Göründüyü kimi iddiaçı İddiaçı ümumi iş stajı ##.##.1997-ci il tarixinədək 25 ildən az təşkil etmişdir. Eyni zamanda qeyd edirlər ki, Bakı İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-*****/**** nömrəli qərarında iddiaçıya münasibətdə “Vətəndaşların pensiya təminatı” haqqında Qanunun 13-cü maddəsinin b bəndinə uyğun olaraq tələb edilən 25 il ümumi iş stajına münasibət bildirilməmişdir. Onu da bildirirlər ki, sözügedən Qanunun həmin norması imperativ norma olmuşdur. Göründüyü kimi, iddiaçının ümumi iş stajı 25 ildən az (18 il 10 ay 27 gün (##.##.1979- ##.##.1981-ci il, ##.##.1981-##.##.1984-cü il, ##.##.1985- ##.##.1998-ci il tarixləri arasındakı dövrlər və 2006-2025-ci illər üzrə 8 ay)) təşkil etməsinə baxmayaraq, məhkəmə əsassız olaraq üç əsas şərtdən biri olan ümumi staja nəzər yetirmədən iddia təmin edərən qanunvericiliyin tələbləri kobud surətdə pozmuşdur. Xüsusilə vurğulamaq lazımdır ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası yaşa və staja görə əvvəllər qüvvədə olmuş (hazırki halda ##.##.1997-ci ilədək) qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, iddiaçı güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi stajı həmin normanın qüvvədə olduğu ##.##.1997-ci ilədək qazanmış olsun. Belə ki, xüsusi staj həmin Qanunun 13-cü maddəsinin «a» və «b» bəndlərinin axırıncı abzaslarında göstərilsə də, bu, qeyd olunan halda ümumi staja aid tələbin ümumiyyətlə nəzərdə tutulmaması anlamına gəlmir. Bu, sosial ədalət prinsipinə zidd hesab edilir (iş stajının azı bir ilini xüsusilə zərərli və ağır əmək şəraitində toplamış işçilərə güzəştli şərtlərlə pensiyalar bu Qanunun 12-ci maddəsində nəzərdə tutulan yaş həddi kişilərdə və qadınlarda belə işin hər tamayı üçün bir ay azaldılmaqla təyin edildiyi halda, kişilər 50 yaşına çatdıqda, azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışmalarının və qadınlar 45 yaşına çatdıqda, azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışmalarının tələb edilməsi, habelə ümumi iş staı tələb edilmədən yalnız 1 il güzəştli iş stajı olan şəxslərə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi). Qeyd olunan halda ümumi staja olan tələb həmin Qanunun 13-cü maddəsinin «b» bəndində müəyyən edilmişdir (azı 25 il iş stajı). İş materiallarında olan sənədlərdən isə görünür ki, iddiaçının ümumi stajı 25 ildən az (18 il 10 ay 27 gün (##.##.1979-##.##.1981-ci il, ##.##.1981- ##.##.1984-cü il, ##.##.1985-##.##.1998-ci il tarixləri arasındakı dövrlər və 2006- 2025-ci illər üzrə 8 ay)) təşkil etmişdir. Qeyd olunanları nəzərə alaraq, iddiaçı İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.

ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin b) bəndinin 1997-ci il # ###### tarixədək qüvvədə olan qeyd hissəsində 25 il ümumi stajın tələb olunması şərti yox idi. Həmin normaya əsasən, iş stajının azı 2 il 6 ayını zərərli və ağır əmək şəraitində toplamış işçilərə güzəştli şərtlərlə pensiyalar bu Qanunun 12-ci maddəsində nəzərdə tutulan yaş həddi -kişilərdə belə işin hər 2,5 ayı üçün bir ay azaldılmaqla təyin edilirdi. Bu əsaslar həm qanunvericilikdə, həm də məhkəmə təcrübəsində öz təsdiqlərini tapır. İddianı əsaslandırmaq üçün, qanunvericiliyin həmin normalarına və analoji işlərlə bağlı məhkəmə qərarlarına istinad edilir. Analoji işlər üzrə məhkəmə qərarları iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim edildi və iş materiallarında da vardır. Göründüyü kimi, iddiaçının iddia etdikləri həm qanunvercilikdə, həm də son ümid yeri olan ədalət mühakiməsini həyata keçirən məhkəmə təcrübəsində mövcuddur. İddiaçıya münasibətdə fərqli yanaşma, onun Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində təsbit edilmiş bərabərlik. 38-ci maddəsində isə təsbit edilmiş sosial təminat hüquqlarının pozulmasına səbəb ola bilər. İddiaçı həmin stajdan irəli gələn sosial təminat hüququnun tanınmasını tələb etmək haqqına sahibdir. Bu ağır peşələrdə işlədiyi dövrlərdə, gələcəkdə güzəştli şərtlərlə pensiya alacağına ümid etdi. Həmin münasibətləri tənzimləyən sonrakı qanunvericilik aktlarında iddiaçının hüquqlarını aradan qaldıran və ya bu hüquqları məhdudlaşdıran müddəalar ona münasibətdə tətbiq oluna, onun artıq bunadək qazanmış olduğu hüququn aradan qalxmasına səbəb ola bilməz. Əmək fəaliyyətinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləməklə müəyyən edilmiş yaşa çatdıqda gələcəkdə dövlət tərəfindən iddiaçıya güzəştli şərtlərlə pensiya verilməsinə ümid etdi, həmçinin, həmin işlərdə işləməklə əmək haqqının müəyyən hissəsini məcburi sığorta haqqı kimi ödəməklə əmək pensiyasının ödənilməsinə yönəldilən vəsaitlərin yaradılmasında iştirak etdi və həmin vəsaitlərin yaradılması üçün iddiaçı tərəfindən ödənilmiş məbləğ onun mülkiyyəti hesab olundu.

d) Prosses iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

18. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikası Konstitusiyasının: 26-cı maddəsinin II hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 38-ci maddəsinin İ bəndinə əsasən, hər kəsin sosial təminat hüququ vardır, III bəndinə əsasən, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir; 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Hər kəsin pensiya hüququ konstitusion hüquq olan sosial təminat hüququnun subyektiv hüquq növü kimi çıxış edir.

20. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 9.1. –ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.

21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minməmişdən əvvəl qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: # ###### 2006-cı ilə qədər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun ##.##.1997-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən: Maddə 12. Yaşa görə pensiya təyin edilməsinin şərtləri. Yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: kişilər—60 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda; qadınlar—55 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda. Pensiya təyin edilməsi üçün qanunla başqa yaş həddi də müəyyən edilə bilər.

Maddə 13. Əmək şəraitinə görə güzəştli pensiyalar. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər – yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan * nömrəli siyahısı üzrə: kişilər – 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar – 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan * nömrəli siyahısı üzrə:kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa.

22. ##.##.2007-ci ilə qədər qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli, 320 №li qərarı ilə təsdiq olunan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №li siyahısı: 23000000 XXVIII. Nəqliyyat bölməsinə əsasən: 23003010 1) Üzən heyət 23003010 Dəniz, çay donanmasının və balıqçılıq sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olunmaqla) güzəştli şərtlərlə pensiya hüququ verən peşələrdir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə ## #### 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzetində dərci: # #### 1997-ci il, nömrə 135) ilə Qanunun qeyd edilən 13-cü maddəsinin a) və b) bəndlərinin axırıncı abzası qanundan çıxarılana qədər qüvvədə olan müddəasında nəzərdə tutulurdu ki, iş stajının azı bir ilini xüsusilə zərərli və ağır əmək şəraitində toplamış işçilərə güzəştli şərtlərlə pensiyalar bu Qanunun 12-ci maddəsində nəzərdə tutulan yaş həddi kişilərdə və qadınlarda belə işin hər tam ayı üçün bir ay azaldılmaqla təyin edilir; iş stajının azı 2 il 6 ayını zərərli və ağır əmək şəraitində toplamış işçilərə güzəştli şərtlərlə pensiyalar bu Qanunun 12-ci maddəsində nəzərdə tutulan yaş həddi kişilərdə belə işin hər 2,5 ayı üçün və qadınlarda belə işin hər tam-2 ayı üçün bir ay azaldılmaqla təyin edilir (Həmin Qanunun 12-ci maddəsinə əsasən ümumi əsaslarla pensiya yaş həddi kişilər üçün 60 yaş, qadınlar üçün 55 yaş nəzərdə tutulmuşdur).

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1 məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan diger materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

25. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

27. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, iş materiallarında olan sənədlərdən məhkəmə müəyyən etmişdir ki, iddiaçının xüsusilə zərərli və ağır olan işlərdə iş stajı 1997-ci ilin ######un #-dək * nömrəli siyahı üzrə cəmi 14 il 10 ay 10 gün ((##.##.1981- ##.##.1984-cü il və ##.##.1985-30-03.1997) təşkil edir.

28. İddiaçıya münasibətdə 1997-ci ilin ######un ##-dək qüvvədə olmuş əmək pensiyaları qanunvericiliyin normalarda nəzərdə tutulmuş güzəştlər tətbiq edilməklə, ümumi əsaslarla yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş yaş həddi qazanılmış güzəştli stajın müddətinə mütənasib azaldılmalıdır.

29. Beləliklə, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə edilmiş dəyişikliklərin qüvvəyə mindiyi 1997-ci il ######un #-dək olan iş stajını nəzərə alınmaqla, həmin vaxtda qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin b) bəndinin sonuncu abzasının hazırkı mübahisəyə tətbiq edilərək iddiaçıya (178 ay : 2,5 = 71 ay 2 gün * nömrəli siyahı üzrə güzəştli stajı. 60 yaş - 5 il 9 ay (14 il 10 ay 10 gün : 2,5 ) = 54 yaş 3 ay) 54 yaş 3 aydan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir.

30. İddiaçının təvəllüdü ##.##.1961-ci il olduğundan, pensiya hüququnun yarandıığı tarixi (54 yaş 3 ay) ##.##.2015- ci il tarix olması müəyyən olunur.

31. “Əmək pensiyaları haqqında“Azərbaycan Respublikasnın Qanununun 32.1-1. –ci maddəsinə əsasən, “əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

32. Göstərilənlərə əsasən, məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq nəticəyə gəlmişdir ki, iddia təmin edilməli, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin b) bəndində göstərilən zərərli bəndin qeyd olunan, # ###### 1997-ci il tarixə qədər qüvvədə olan axırıncı abzasını ona münasibətdə tətbiq etməklə, 54 yaş 3 aydan, yəni hüququnun yarandığı ##.##.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyasının müraciət etdiyi ##.##.2025-ci il tarixdən 3 il əvvələ, yəni ##.##.2022-ci il tarixdən hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir.

33. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla əlavə onunla əsaslandırılmışdır ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 46080,00 manat hesablandığı halda, İddiaçı fərdi hesabınının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 19251,88 manat təşkil etmişdir. Əlavə olaraq bildirilir ki, iddiaçı İddiaçı iddia ərizəsində qüvvədə olmayan “Vətəndaşların pensiya təminatı” haqqında Qanunun 13-cü maddəsinin b bəndinə istinad edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olduğunu iddia etmişdir. Bununla bağlı qeyd edilir ki, sözügedən Qanunun 13-cü maddəsinin b bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan * nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa güzəştli şərtlərlə pensiya hüquqları var idi. Göründüyü kimi iddiaçı İddiaçı ümumi iş stajı ##.##.1997-ci il tarixinədək 25 ildən az təşkil etmişdir. Eyni zamanda qeyd edirlər ki, Bakı İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli *-*(***)-*****/**** nömrəli qərarında iddiaçıya münasibətdə “Vətəndaşların pensiya təminatı” haqqında Qanunun 13-cü maddəsinin b bəndinə uyğun olaraq tələb edilən 25 il ümumi iş stajına münasibət bildirilməmişdir. Onu da bildirirlər ki, sözügedən Qanunun həmin norması imperativ norma olmuşdur. Göründüyü kimi, iddiaçının ümumi iş stajı 25 ildən az (18 il 10 ay 27 gün (##.##.1979- ##.##.1981-ci il, ##.##.1981-##.##.1984-cü il, ##.##.1985- ##.##.1998-ci il tarixləri arasındakı dövrlər və 2006-2025-ci illər üzrə 8 ay)) təşkil etməsinə baxmayaraq, məhkəmə əsassız olaraq üç əsas şərtdən biri olan ümumi staja nəzər yetirmədən iddia təmin edərən qanunvericiliyin tələbləri kobud surətdə pozmuşdur.

34. Apellyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə Kollegiyası diqqətə çəkir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin b) bəndinin 1997-ci il # ###### tarixədək qüvvədə olan qeyd hissəsində 25 il ümumi stajın tələb olunması şərti yox idi. Həmin normaya əsasən, iş stajının azı 2 il 6 ayını zərərli və ağır əmək şəraitində toplamış işçilərə güzəştli şərtlərlə pensiyalar bu Qanunun 12-ci maddəsində nəzərdə tutulan yaş həddi -kişilərdə belə işin hər 2,5 ayı üçün bir ay azaldılmaqla təyin edilirdi. Bu əsaslar həm qanunvericilikdə, həm də məhkəmə təcrübəsində öz təsdiqlərini tapır.

35. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli Qərarında da məhkəmə oxşar mövqedən çıxış etmişdir.Həmin Qərarda qeyd olunmuşdur ki, “.....29. Apellyasiya məhkəməsi hazırkı mübahisəyə münasibətdə qərarında göstərmişdir ki, iddiaçının yuxarıda qeyd edilən zərərli peşədə “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin b) bəndində göstərilən zərərli iş stajı, yəni, 12 il 6 ay toplanmadığından (10 il 10 ay 24 gün təşkil etdiyindən) həmin bəndin qeyd olunan, # #### 1997-ci il tarixə qədər qüvvədə olan axırıncı abzası ona münasibətdə tətbiq edilməlidir. Həmin abzasın hazırkı qeyd olunan tələbindən isə göründüyü kimi, “iş stajının azı 2 il 6 ayını zərərli və ağır əmək şəraitində toplamış işçilərə güzəştli şərtlərlə pensiyalar bu Qanunun 12-ci maddəsində nəzərdə tutulan yaş həddi kişilərdə belə işin hər 2,5 ayı üçün azaldılmaqla təyin edilir”. 30. Bununla da apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçının Qaz Sənayesi Nazirliyi “Xəzər dəniz neft-qaz sənayesi” ÜİB “Xəzər dəniz neft-qaz donanması” İdarəsi Neft-qaz dəniz donanmasının Abşeron Rayon İdarəsində matros kimi işləməyə başladığı ##.##.1986cı il tarixdən qeyd olunan Qanunun 13-cü maddəsinin a) bəndinin axırıncı abzası qüvvədən düşdüyü ##.##.1997-ci il tarixə qədər, onun topladığı 10 il 10 ay 24 gün güzəştli iş stajı nəzərə alınaraq həmin müddət, onun həmin Qanunun 12-ci maddəsində ümumi əsaslarla nəzərdə tutulan pensiya yaş həddindən (yəni 60 yaşdan) çıxılmaqla (130 ay : 2,5 = 52 ay = 4 il 4 ay) azaldılmalıdır. 31. Odur ki, iddiaçının 55 yaş 08 aydan əmək pensiyası hüququ yaranmış olur. İddiaçı ##.##.1966cı il tarixdə doğulduğundan, pensiya hüququnun yarandığı yaş həddi ##.##.2021-ci il tarixdə tamamlanır. Odur ki, ##.##.2021-ci ildən iddiaçının yaşa görə güzəştli şərtlə pensiya hüququ əmələ gəlir. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış ## #### 2023-cü il tarixli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubdan müəyyən olunur ki, iddiaçı ilk dəfə hazırkı tələblə cavabdeh inzibati orqana ## ###### 2023-cü il tarixində müraciət etmişdir.....”

36. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

37. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar