Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-1041/2026 07.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə Hakimlər: X7 (sədrlik edən və məruzəçi), Oruczadə Aytən Pənah qızından və X5 ibarət tərkibdə, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə, Iddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə ## #### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: IŞIN HALLARI:
1. Iddiaçı İddiaçı ##.##.1961-ci il təvəllüdlüdür.
2. Iddiaçıya məxsus B seriyalı ****** nömrəli Diplomdan görünür ki, iddiaçının peşə təhsil müddəti ##.##.1983-##.##.1983-cü il tarixləri əhatə edir.
3. Iddiaçıya məxsus ******* nömrəli Hərbi biletdən görünür ki, iddiaçı 1980-1982-ci illərdə orduda xidmət etmişdir.
4. Iddiaçıya məxsus IT-1 seriyalI ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçı ##.##.1979-cu il tarixdən ##.##.1980-ci il tarixədək “Göyçaytəmirtikinti” sahəsində ikinci dərəcəli fəhlə, ##.##.1980-ci il tarixdən ##.##.1980-ci il tarixədək Goycay ATZ-də maşın təmiri sexində ikinci dərəcəli çilingər, ##.##.1983-cü il tarixdən ##.##.1983-cü il tarixədək “Azərsvedstoy” Trestində, ##.##.1983-cü il tarixdən ##.##.1984-cü il tarixədək Göyçay Tikinti fabrikində fəhlə, ##.##.1985-ci il tarixdən ##.##.1985-ci il tarixədək “Göyçaytəmirtikinti” sahəsində elektrik paylayıcısı, 1985-ci il tarixdən 1986-cı il tarixədək Bakı Tədris Istehsal Kombinatında oxuyub, ##.##.1986-cı il tarixdən ##.##.1992-ci il tarixədək Göyçay ƏMXII-də bərbər, ##.##.2008-ci il tarixdən ##.##.2012-ci il tarixədək Azərbaycan Tibb Universitetində * saylı Yataqxana gözətçisi vəzifəsində işləmişdir.
5. Iddiaçıya məxsus ******* nömrəli əmək kitabçasından görünür ki, ##.##.2007-ci il tarixdən ##.##.2009-cu il tarixədək “xxxx» firmasında fəhlə, “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin Biləcəri stansiyasında ##.##.2010-cu il tarixdən ##.##.2013-cü il tarixədək təcrübəçi qatar qəbuledicisi, ##.##.2013-cü il tarixdən ##.##.2013-cü il tarixədək təcrübəçi vaqonların hərəkət sürətinin tənzimləyicisi, ##.##.2013-cü il tarixdən ##.##.2021-ci il tarixədək sərbəst vaqonların hərəkət sürətinin tənzimləyicisi, ##.##.2021-ci il tarixdən “xxxx” Qapalı Səhmdar Cəmiyyəti Yük Daşımaları Departamentinin sinifdənkənar Biləcəri stansiyası daşıma təsərrüfatı sahəsinə vaqonların hərəkət sürətlərinin tənzimləyici vəzifəsinə qəbul edilmişdir.
6. “xxxx” LTD tərəfindən verilmiş arayışdan görünür ki, iddiaçı ##.##.2007-ci il tarixdən ##.##.2009-cu il tarixədək Bakı şəhəri, Biləcəri qəsəbəsi, Rəşid Ismayılov 100 ünvanında yerləçən «xxxx» firmasında X4 istehsalında fəhlə vəzifəsində işləyib. Bu vəzifə üzrə İddiaçı əmək stajı 1 il 10 ay təşkil edir. Qeyd olunan peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında" nəzərdə tutulmuşdur (8.2ci bənd).
7. “xxxx” QSC tərəfindən verilmiş ##.##.2022-ci il tarixli ****** nömrəli arayışdan görünür ki, iddiaçı ##.##.2010-cu il tarixdən ##.##.2011-ci il tarixədək “xxxx” QapalıSəhmdar Cəmiyyətinin Biləcəri stansiyasında, ##.##.2013-cü il tarixindən ##.##.2019-cu il tarixinədək Yük daşımaları departamentinin Biləcəri stansiyasında, ##.##.2019-cu il tarixindən ##.##.2021-ci il tarixinədək Infrastruktur departamentinin Biləcəri stansiyasında, ##.##.2021-ci il tarixindən ##.##.2021-ci il tarixinədək “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin Yük daşımaları departamentinin Stansiyaların idarə edilməsi xidmətinin Sinifdənkənar Biləcəri stansiyasında vaqonların hərəkət sürətinin tənzimləyicisi peşəsində çalışmışdır. Bu peşə üzrə İddiaçı əmək stajı 10 il 04 ay 18 gün təşkil edir. Hal-hazırda "xxxx” Qapalı Səhmdar Cəmiyyətinin Yük daşımaları departamentinin Stansiyaların idarə edilməsi xidmətinin Sinifdənkənar Biləcəri stansiyasında çalışır. Qeyd olunan peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuşdur (21.4-cü bənd).
8. Iddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək ona güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş etmiş, lakin cavabdeh ##.##.2022-ci il tarixi məktubla iddiaçıya bildirilmişdir ki, mərkəzi Filiala təqdim etdiyiniz ИТ-İ ******* nömrəli əmək kitabçanızda və “xxxx” firması tərəfindən sizə dair verilmiş ##.##.2022-ci il tarixli *** nömrəli arayışda ##.##.2007-##.##.2009-cu il tarixləri arasındakı dövr ərzində adıçəkilən firmada işlədiyiniz qeyd olunmuşdur. “xxxx” firmasında iş stajınıza aid məlumatların Mərkəzi Filial ofisindən yerində dəqiqləşdirilməsi zamanı həmin müəssisədə sözügedən dövrə dair arxiv sənədlərinin saxlanılmadığı, yuxarıda göstərilən sizə dair verilmiş arayışda qeyd olunan məlumatların əmək kitabçası əsasında yazıldığı və həmin müəssisənin plastik məhsulların istehsalı deyil plastik su çənlərinin satışı ilə məşğul olduğu müəyyən edilib. Bu fakt “xxxx” firması tərəfindən ## ###### 2022-ci il tarixli birgə Akt ilə təsdiq edilmişdir. Buna görə də, sizin güzəştli iş stajınız 12 il 6 aydan az (10 il 4 ay 17 gün (##.##.2010-##.##.2011-ci il, ##.##.2013-##.##.2021 -ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
BIRINCI INSTANSIYA MƏHKƏMƏSINDƏ ICRAAT:
9. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
10. Iddia tələbi onunla əsaslandırılmışdır ki, onun işlədiyi illər nəzərə alındıqda onun iş stajı 25 ildən, güzəştli iş stajı isə 12 il 06 aydan çox təşkil edir. Iddiaçının fəaliyyət göstərdiyi vəzifələr isə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuşdur. Iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi ilə bağlı aidiyyəti üzrə cavabdeh orqana müraciət etmiş, lakin güzəştli iş stajının az olması səbəbi ilə ona pensiyanın təyin olunmasından imtina edilmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
11. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi ИТ-1 ******* nömrəli əmək kitabçasında və "xxxx" firması tərəfindən ona dair verilmiş ##.##.2022-ci il tarixli *** nömrəli arayışda 06.2007- ##.##.2009-cu il tarixləri arasındakı dövr ərzində adıçəkilən firmada işlədiyi qeyd olunmuşdur. “xxxx” firmasında iş stajına aid məlumatların Mərkəzi Filial tərəfindən yerində dəqiqləşdirilməsi zamanı həmin müəssisədə sözügedən dövrə dair arxiv sənədlərinin saxlanılmadığı, yuxarıda göstərilən iddiaçıya dair verilmiş arayışda qeyd olunan məlumatların əmək kitabçası əsasında yazıldığı və həmin müəssisənin plastik məhsulların istehsalı ilə deyil, plastik su çənlərinin satışı ilə məşğul olduğu müəyyən edilmişdir. Bu fakt “xxxx” firması tərəfindən ## ###### 2022-ci il tarixli birgə Akt ilə təsdiq edilmişdir. Buna görə də, iddiaçı A. Mütəllimovun güzəştli iş stajı 12 il 6 aydan az (10 il 4 ay 17 gün (##.##.2010-##.##.2011-ci il, ##.##.2013-##.##.2021-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
12. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarı ilə iddianın təmin edilərək, iddiaçı İddiaçı 60 yaşının tamam olduğu ##.##.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və qeyd edilən tarixdən ödənilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır.
13. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI VƏ MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI
Apellyasiya şikayətinin dəlilləri:
14. Apellyasiya şikayəti iddia tələbinə qarşı etirazın məzmununa uyğun əsaslandırılmaqla əlavə olaraq bildirilmişdir ki, Bakı Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı məhkəmənin gəldiyi nəticədə iş üzrə mühüm əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması, qərarda göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi, məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən ləğv edilməli, iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməlidir. Məhkəmə qənaətə gəmişdlir ki, iddiaçının ##.##.2007–##.##.2009-cu illərdə “xxxx” LTD firmasında işlədiyi müddət ərzində icra etdiyi əmək funksiyaları müvafiq Siyahıda nəzərdə tutulmuş 8.2-ci bəndində göstərilən peşəyə uyğun olmuşdur ki, bu halda göstərilən müddət iddiaçının güzəştli iş stajına daxil edilməlidir. Məhkəmə, iddiaçının ##.##.1985- ##.##.1985-ci il tarixləri arasındakı dövr ərzində Göyçay Təmir Tikinti Sahəsində elektrik qaynaqçısı peşəsində işlədiyi müddətidə güzəştli iş stajı kimi qəbul edir. Belə ki, iddiaçının işlədiyi peşənin güzəştli olmasını təsdiq edən güzəştli arayış təqdim olunmasa belə, bu hal hazırki vəziyyəti iddiaçının ziyanına dəyişmir. Ona görə ki, iddiaçının həmin dövrdə işlədiyi müəssisə ilə bağlı sənədlər aşkar olunmasa da, bu hal hər bir halda iddiaçının məsuliyyət sferasına aid olmayan hal olduğundan, onun ziyanına şərh edilməməlidir. Buna baxmayaraq ki, onun işlədiyi peşəsinin adından da göründüyü kimi o, həmin dövrdə elektrik qayanqçısı kimi işləmişdir ki, həmin peşənin zərərli olması ona pensiya hüququnun yaranmasına dəlalət edir. Buna münasibətdə bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra- Qanun) İddiaçı dair “xxxx” firmasının ##.##.2025-ci il tarixli məktubunda ##.##.2007-##.##.2009-cu il tarixləri arasındakı dövr ərzində onun sözügedən müəssisədə plastik məhsulların istehsalı sahəsində işlədiyi qeyd olunmuşdur. İddiaçı iş stajına aid məlumatların Mərkəzi Filialın mütəxəssisləri tərəfindən yerində dəqiqləşdirilməsi zamanı, həmin müəssisədə sözügedən dövrə dair arxiv sənədlərinin saxlanılmadığı, arayışda qeyd olunan məlumatların əmək kitabçası əsasında yazıldığı, həmin dövr ərzində onun hansı işi yerinə yetirdiyini müəyyən etmək mümkün olmadığı aşkar edilib. Həmçinin adıçəkilən şəxsə dair ИТ-İ ******* nömrəli əmək kitabçasında onun sözügedən dövr ərzində plastik kütlə tökücüsü deyil, fəhlə vəzifəsində işlədiyi qeyd olunub. Bu fakt “xxxx” firması tərəfindən ## ###### 2026-cı il tarixli birgə Akt ilə təsdiq edilib. Buna görə də ##.##.2007-##.##.2009-cu il tarixləri arasındakı dövrü İddiaçı güzəştli iş stajına aid etmək mümkün deyil. Mərkəzi Filialın ##.##.2025-ci il tarixli*-**-*/*-*-*****/**** nömrəli məktubuna əsasən bildirilmişdir ki, İddiaçı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun hazırda ona münasibətdə ##.##.2021-ci il tarixinə 40800,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalı 24194,21 manat təşkil edir. Məhkəmə qeyd edilən məsələni də araşdırmamışdı. Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın ümumi peşələr bölməsində (35) plastik kütlənin tökücüləri peşəsi nəzərdə tutulmuşdur. ##.##.1985-##.##.1985-ci il tarixləri arasındakı dövrə münasibətdə bildiririk ki, həmin dövrlə əlaqədar hər hansısa güzəştli arayış təqdim edilməmişdir. X3 Filialıının ##.##.2025-cı il tarixli *-**-DA-*f-*-**/**** nömrəli məktubuna əsasən bildirilmişdir ki, Göyçay TəmirTikinti Idarəsinin məlumatları arxivə verilməmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin sözügedən Qaydada göstərilənlərə uyğun hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulanhansı sahəyə və koda uyğun olması, iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları ( iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Lakin həmin sənəd təqdimedilməmişdir. Göründüyü kimi məhkəmə qeyd edilən nüanslara münasibət bildirməmişdir. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu təsdiqləməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Həmçinin bildiririk ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2020-ci il tarixli, *-***/** saylı icmal məktubunda göstərilmişdir ki, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Eyni zamanda, sözügedən icmal məktubunda qeyd edilmişdir ki, iddiaçının zərərli əmək şəraitində işlədiyini iddia etdiyi müəssisələr məhkəmə araşdırılmasının aparıldığı dövrdə fəaliyyət göstərməyən müəssisələr ola bilər. Bu halda ilk növbədə həmin müəssisənin iddiaçının işlədiyi dövrdə fəaliyyət göstərən müəssisə olub-olmaması yoxlanılmalıdır. Zərurət yaranarsa bununla bağlı müvafiq dövlət qurumlarına sorğular verilə bilər. Bu növ araşdırma yalnız güzəştli staj barəsində deyil, həmçinin tələb olunduğu halda ümumi iş stajının yoxlanılması zamanı da aparılmalıdır. Müəssisənin məhkəmə araşdırılmasının aparıldığı dövrdə fəaliyyət göstərməyən müəssisə olduğu müəyyən edildikdə, güzəştli işlə bağlı arayış onun hüquqi varisindən, hüquqi varis olmadıqda isə müəssisənin sənədlərinin saxlanıldığı qurumdan əldə edilə bilər. Hər hansı səbəbdən müəssisənin sənədləri qorunub saxlanılmamışsa, oxşar sahədə fəaliyyət göstərən müəssisə ona təqdim edilmiş iş stajına dair sübutlar əsasında lazimi qaydada əsaslandırılmaqıa iddiaçının işlədiyi sahələrin, peşələrin və vəzifələrin siyahıdakı kodlara uyğunluğuna dair arayış verə bilər. xşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir.
Apellyasiya şikayətinə etirazın dəlilləri:
15. Apellyasiya şikayətinə etiraz iddia tələbininin məzmununa uyğun əsaslandırılmışdır.
Tərəflərin izahatları
16. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi.
17. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək ##.##.2022-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və qeyd edilən tarixdən ödənilməsi öhdəliyinin cavabdehin üzrəinə qoyulamsını xahiş etmişdir.
TƏTBIQ EDILƏN HÜQUQ
18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. 4.1. Bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; ... əvvəlki redaksiyada deyilirdi: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. ##.##.2022-ci il tarixdən qüvvədə olan readaksiya 9.1. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”
1. Dağ-mədən işləri 1.1.2. Tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağmədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər a) fəhlələr: əl ilə qaynaqda elektrik qaynaqçıları
8. Kimya istehsalatı 8.2. Məhsul istehsalının texnoloji proseslərində tam iş günü məşğul olan xalq təsərrüfatının və sənayenin başqa sahələri üzrə müəssisələrin ustaları və fəhlələri; qeyriüzvi kimya, gübrələr, polimerlər, plastik kütlələr, kompozik materiallar, şüşə plastik və poliuretanlar (o cümlədən tozlama üsulu ilə), kauçuklar, lakboyama, məişət kimyası, üzvi sintez, sintetik rəngləyicilər, neft-kimya, rezin texniki və azbest, kimyəvi reaktivlər, xüsusi sexlərdə, bölmələrdə, sahələrdə və qurğularda, iş zonalarında, havada 1-ci və 2-ci sinif təhlükəli zərərli maddələr olan yüksəktəmizlikli maddələr, həmçinin kanserogenlər. Sadalanan istehsalatlarda texnoloji avadanlığın və elektrik avadanlığının xidməti və təmiri ilə məşğul olan ustalar və fəhlələr.
20. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
APELLYASIYA INSTANSIYA MƏHKƏMƏSININ MÖVQEYI
21. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
22. Hazırki işdə apellyator birinci instansiya məhkəməsinin qərarını tam mübahisələndirdiyindən məhkəmə kollegiyası həmin qərarın qanuniliyini və əsaslılığını tam həcmdə yoxlayır.
23. Iddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir.
24. Işin mahiyyətinə gəldikdə isə hazırda iddiaçının tələbi “ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması” barədədir. Cavabdeh inzibati orqan iddiaçının güzəştli iş stajının olmamasına istinad edərək iddiaçının tələbini təmin etməkdən imtina etmişdir. Işə baxan birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir.
25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə qismən razılaşır və aşağıdakıların qeyd edilməsini zəruri hesab edir:
26. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
27. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #- dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır.
28. Hazırki işdə iddiaçı ##.##.1961-cü il təvəllüdlü olmaqla ##.##.2021-ci il tarixdə 60 yaşını tamamlamışdır.
29. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir.
30. Həmin Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir.
31. Həmin Qanunun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti işçinin iş stajına daxil edilir.
32. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.
33. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ##### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il ######ın #-dək olan dövr üzrə: 1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;(....) 4.1.2. 2006-cı il ######ın #-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən;(....)
35. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə hərbi biletini, diplomunu, əmək kitabçasını və müvafiq güzəştli arayışları təqdim etmişdir. Həmin sənədlərdən görünür ki, iddiaçının 60 yaşının tamam olduğu tarixə ümumilikdə 25 ildən çox sığorta stajı vardır.
36. Hazırda cavabdeh orqan iddiaçının ümumi iş stajını mübahisələndirmir. Inzibati mübahisə iddiaçının güzəştli iş stajı ilə bağlıdır. Belə ki, hazırda cavabdeh iddia edir ki, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (10 il 4 ay 17 gün (##.##.2010- ##.##.2011-ci il, ##.##.2013-##.##.2021 -ci il tarixləri arasındakı dövrlər)) təşkil edir və bunu onunla əsaslandırır ki, ““xxxx” firmasında iş stajına aid məlumatların Mərkəzi Filial ofisindən yerində dəqiqləşdirilməsi zamanı həmin müəssisədə sözügedən dövrə dair arxiv sənədlərinin saxlanılmadığı, yuxarıda göstərilən sizə dair verilmiş arayışda qeyd olunan məlumatların əmək kitabçası əsasında yazıldığı və həmin müəssisənin plastik məhsulların istehsalı deyil plastik su çənlərinin satışı ilə məşğul olduğu müəyyən edilib. Bu fakt “xxxx” firması tərəfindən ## ###### 2022-ci il tarixli birgə Akt ilə təsdiq edilmişdir.” Cavabdeh ##.##.2010–##.##.2011- ci illərdə “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin Biləcəri stansiyasında, ##.##.2013–##.##.2019-cu illərdə Yük daşımaları departamentinin Biləcəri stansiyasında ##.##.2019–##.##.2021-ci illərdə Infrastruktur departamentinin Biləcəri stansiyasında, ##.##.2021–##.##.2021-ci illərdə isə Yük daşımaları departamentinin Stansiyaların idarə edilməsi xidmətinin Sinifdənkənar Biləcəri stansiyasında vaqonların hərəkət sürətinin tənzimləyicisi vəzifəsində işlədiyi müddətləri güzəştli iş stajı kimi nəzərə almışdır.
37. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na * nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur.
38. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir.
39. Iddiaçının məhkəməyə təqdim etdiyi arayışlardan görünür ki, “xxxx” LTD tərəfindən verilmiş arayışdan görünür ki, iddiaçı ##.##.2007-ci il tarixdən ##.##.2009cu il tarixədək Bakı şəhəri, Biləcəri qəsəbəsi, Rəşid Ismayılov 100 ünvanında yerləçən «xxxx» firmasında X4 istehsalında fəhlə vəzifəsində işləyib. Bu vəzifə üzrə İddiaçı əmək stajı 1 il 10 ay təşkil edir. Qeyd olunan peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında" nəzərdə tutulmuşdur (8.2-ci bənd).
40. “xxxx” LTD tərəfindən verilmiş birinci instansiya məhkəməsinə təqdim edilmiş cavab məktubundan görünür ki, “xxxx” LTD ##.##.1998-ci ildən ##.##.2016-cı ilədək X4 istehsalı ilə fəaliyyət göstərib. Istehsal sahə Su çənləri, Şüşə lifli plastik kütləli su çənləri, Uşaq oyun parkları, Gözətçi köşkləri olmuşdur.
41. Birinci instansiya məhkəməsinə təqdim edilmiş “xxxx” sertifikatla təsdiq edilmişdir ki, həmin müəssisə ##.##.1998-ci ildən ##.##.2016-cı ilədək sair plastik məmulatların istehsalı fəaliyyəti ilə məşğul olmuşdur.
42. Beləliklə, məhkəmə araşdırması nəticəsində “xxxx” LTD Plastik məhsulların istehsalı istiqamətində fəaliyyət göstərdiyi müəyyən olunmuşdur.
43. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının 8.2-ci bəndinə Məhsul istehsalının texnoloji proseslərində tam iş günü məşğul olan xalq təsərrüfatının və sənayenin başqa sahələri üzrə müəssisələrin ustaları və fəhlələri; qeyri-üzvi kimya, gübrələr, polimerlər, plastik kütlələr, kompozik materiallar, şüşə plastik və poliuretanlar (o cümlədən tozlama üsulu ilə), kauçuklar, lakboyama, məişət kimyası, üzvi sintez, sintetik rəngləyicilər, neft-kimya, rezin texniki və azbest, kimyəvi reaktivlər, xüsusi sexlərdə, bölmələrdə, sahələrdə və qurğularda, iş zonalarında, havada 1-ci və 2-ci sinif təhlükəli zərərli maddələr olan yüksəktəmizlikli maddələr, həmçinin kanserogenlər. Sadalanan istehsalatlarda texnoloji avadanlığın və elektrik avadanlığının xidməti və təmiri ilə məşğul olan ustalar və fəhlələr. vəzifəsi zərərli iş stajı kimi nəzərdə tutulmuşdur.
44. Bu da iddiaçının ##.##.2007–##.##.2009-cu illərdə “xxxx” LTD firmasında işlədiyi müddət ərzində icra etdiyi əmək funksiyaları müvafiq Siyahıda nəzərdə tutulmuş 8.2-ci bəndində göstərilən peşəyə uyğun olduğundan həmin müddət iddiaçının güzəştli iş stajına daxil edilməlidir.
45. Məhkəmə kollegiyası iddiaçının ##.##.1985-##.##.1985-ci il tarixləri arasındakı dövr ərzində Göyçay Təmir Tikinti Sahəsində elektrik qaynaqçısı peşəsində işlədiyi müddəti münasibətdə də qeyd edir ki, həmin dövr də güzəştli iş stajı kimi qəbul edilməlidir.
46. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının 1.1.2ci bəndində tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ-mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər a) fəhlələr: əl ilə qaynaqda elektrik qaynaqçıları vəzifəsi zərərli iş stajı kimi nəzərdə tutulmuşdur.
47. Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, “ixtisasca məhz qaynaçı olan iddiaçının əmək kitabçasında işlədiyi qeyd olunan peşənin “23200000-19906 - əl ilə qaynaq aparan elektrik qaynaqçıları” peşəsi ilə eyni olması, SSRI və postsovet dövrlərində elektrik qaynaqçılarının tam əksəriyyətinin əl ilə qaynaq aparan elektrik qaynaqçıları olması səbəbindən, inandırıcı, ağlabatan və məntiqlidir, bu işlərin fərqli olması məhkəmə təcrübəsi və iş materialları ilə təsdiqini tapmır, cavabdeh də Məhkəməyə bu barədə və ya təcrübədə ixtisasca qaynaqçı olan şəxslərin əslində əl ilə qaynaq aparan elektrik qaynaqçıları olmamasına dair yaxud ümumiyyətlə faktın əksini sübut edəcək heç bir mötəbər dəlil təqdim etməmişdir.”
48. Eyni zamanda birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X2 öz ifadəsində iddiaçını şəxsən tanıdığını, onun Göyçay Təmir-Tikinti Sahəsində əmək fəaliyyəti ilə məşğul olduğu dövrdə əl ilə elektrik qaynaqçısı kimi işlədiyini bildirmişdir.
49. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının güzəştli iş stajı 12 il 06 aydan çox təşkil etdiyindən (##.##.1985-##.##.1985+ ##.##.2007–##.##.2009 + 10 il 04 ay 17 gün= 13 il 10 gün ) birinci instansiya məhkəməsi iddiaçı İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair qənaəti düzgündür.
50. Məhkəmə kollegiyası iddiaçının 60 yaşının tamam olduğu ##.##.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün 3 şərtin 1cisi və 2-cisi, yəni 25 il ümumi, 12 il 6 ay zərərli iş stajı tələbləri təmin olunsa da, hazırki işdə iddiaçının ona bu əsaslarla pensiya təyinatının aparılması üçün fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verib-verməməsi məsələsi birinci instansiya məhkəməsi tərəfindən yoxlanılmamışdır.
51. Cavabdeh qurum tərəfindən təqdim olunmuş ##.##.2025-ci il tarixli *-**-*/*-*- *****/**** nömrəli məktubuna əsasən müəyyən olunur ki, İddiaçı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun hazırda ona münasibətdə ##.##.2021-ci il tarixə 40800,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalı 24194,21 manat təşkil edir.
52. Işdən görünür ki, birinci instansiya məhkəməsi qeyd olunan məsələni araşdırmamış və sözügedən əsaslarla iddiaçıya pensiya təyin olunması üçün hər 3 şərtin təmin olunubolunmaması məsələsinə qiymət verməmişdir.
53. Işin apellyasiya baxışı zamanı məhkəmə kollegiyası “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin ## ### 2022-ci il tarixdən sonraki redaksiyasına əsasən həmin dəyişkliyin qüvvəyə mindiyi ##.##.2022-ci il tarixdən adı çəkilən Qanunda pensiya kapitalı ilə bağlı nəzərdə tutulan tələbin aradan qaldırıldığını nəzərə alaraq iddiaçıya hüquqi yardım göstərmiş, həmin hüquqi yardıma uyğun olaraq iddiaçı iddia tələbini dəqiqləşdirərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ##.##.2022-ci il tarixdən təyin olunması öhdəliyinin cavabdeh qurumun üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir.
54. Nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin ## ### 2022-ci il tarixdən sonraki redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.
55. Qanunun tələblərinə görə əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranmasını üç xüsusatla şərtləndirir: 1) iddiaçının müvafiq (qanunla müəyyən edilmiş) yaş həddinə, yəni 60 yaşa çatması; 2) həmin vaxtadək 25 ildən artıq ümumi iş stajının toplanması, 3) həmin vaxtadək toplanmış ümumi iş stajının 12 il 6 ayının əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (AR NK-nın ** nömrəli ## ###### 2007-ci il tarixli qərarı ilə təsdiqlənmiş Siyahıda göstərilən) çalışması.
56. Beləliklə, ##.##.2022-ci il tarixdən adı çəkilən Qanunda pensiya kapitalı ilə bağlı nəzərdə tutulan tələb aradan qaldırıldığı üçün məhkəmə kollegiyası iddiaçıya 60 yaşı tamam olduğu tarixdən sonra, dəyişikliyin qüvvəyə mindiyi tarixdən -yəni ##.##.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunla tələb olunan bütün şərtlərin təmin olunduğu qənaətindədir.
57. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya ##.##.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdeh qurumun üzərinə qoyulması daha məqsədəmüvafiqdir.
58. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdehin imtinası qanunazidd olmuş və onun Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
59. Odur ki, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarı dəyişdirilməli və iddiaçı İddiaçı ##.##.2022ci tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməli və qeyd edilən tarixdən ödənilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir.
60. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarı dəyişdirilsin. Iddiaçı İddiaçı ##.##.2022-ci tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və qeyd edilən tarixdən ödənilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Mədətli Hakimlər: Aytən Oruczadə Elvin Əliyev