Məhkəmə qərarları › İş №2-1(3-6)-1048/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-1048/2026

14.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-1048/2026 14.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Ceyhun Bəşir oğlu (sədrlik edən), X2 və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı iddiaçı9, onun vəkili Vəkil iştirakları ilə, İddiaçılar iddiaçı9, iddiaçı8, X4, iddiaçı6 Fəxərddin oğlu, iddiaçı5, iddiaçı3, iddiaçı2 və iddiaçı1 Telmar qızının cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *- *(***)-****/**** saylı qərarından iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpası barədə ərizəsinin mümkünlük məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçılar iddiaçı9, iddiaçı8, X4, iddiaçı6 Fəxərddin oğlu, iddiaçı5, iddiaçı3, iddiaçı2 və iddiaçı1 Telmar qızı cavabdeh Sabunçu Rayon Polis İdarəsinə qarşı “cavabdehin hərəkətlərinin qanunsuz sayılması, iddiaçı9, iddiaçı8, X4, iddiaçı6 Fəxərddin oğlunun, iddiaçı5, iddiaçı3, iddiaçı2 və iddiaçı1 Telmar qızının Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana İkinci Sahə ev 856 ünvanında qeydiyyata alınma öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər. Bakı İnzibati Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçı iddiaçı9 ##.##.2025-ci il tarixdə ərizə ilə müraciət edərək apellyasiya şikayətinin hazırlanması və hüquqlarının müdafiəsi üçün vəkillə təmin olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərardadı ilə ərizə təmin olunmuş, iddiaçı dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunmuş, apellyasiya şikayəti vəkil tərəfindən tərtib olunaraq ##.##.2026-cı il tarixdə məhkəməyə daxil olmuşdur. Eyni zamanda iddiaçının vəkili Vəkil ötürülmüş prosessual müddətin bərpası barədə ərizə vermişdir. Ərizə onunla əsaslandırılmışıdır ki, prosessual müddətin buraxılmasının səbəbi səhhəti ilə əlaqədar olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 87.2-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Məhkəmədə iddiaçının vəkili izahat verərək, bildirmişdir ki, ##.##.2025-ci ildə dövlət hesabına vəkil təyin edilmiş və ##.##.2025-ci ildə ona order təqdim edilmişdir. ## ###### 2026cı ildə Bakı İnzibati məhkəməsinə ərizə ilə müraciət edərək, onun elektron məhkəmə sisteminə daxil edilməsini məhkəmədən xahiş etmişdir. ##.##.2026-cı ildə isə apellyasiya şikayəti ilə Bakı Apellyasiya məhkəməsinə müraciət etmişdir. İddiaçının özünün səhhəti ilə bağlı problemləri var. Qeyd olunanları nəzərə alaraq iddiaçının vəkili ötürülmüş müddəti üzürlü sayıb apellyasiya şikayətinə baxılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi prosessual müddətin bərpası ilə bağlı məhkəmə iclası vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında işitrak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kolleiyası apellyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdir. II. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti üçün nəzərədə tutulmuş prosessual müddətin bərpası ilə bağlı ərizə təmin edilməməlidir. Belə ki, İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 22.1-ci maddəsinin tələbinə görə bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə elan edilmə anından başlanır. Həmin Məcəllənin 9-1.3-cü maddəsinin tələbinə görə inzibati məhkəmə icraatı elektron qaydada aparıldıqda həmin icraat, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. İş materiallarından görünür ki, iddiaçı iddiaçı9 Bakı İnzibati Məhkəməsinin ## ##### 2025ci il tarixli, *-*(***)-****/**** saylı qərarını ##.##.2025-ci il tarixdə qəbzə imza etməklə əldə etmişdir.(i.v.30). Daha sonra iddiaçı iddiaçı9 ##.##.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək apellyasiya şikayətinin hazırlanması və hüquqlarının müdafiəsi üçün vəkillə təmin olunmasını xahiş etmişdir. İddiaçının vəkili təyin olunmuş Vəkil ##.##.2025-ci il və ##.##.2026-cı il tarixlərdə ərizə ilə müraciət edərək elektron məhkəmə sisteminə daxil edilməsini xahiş etmiş, lakin apellyasiya şikayəti ##.##.2026-cı il tarixdə məhkəməyə daxil olmuşdur. Hazırda iddiaçının vəkili buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etsə də, müddəti üzürlü səbələrdən ötürdüyünü əsaslandırmamış, onun təqsiri olmadan müddətin buraxıldığını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, İPM-in 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2-ci maddəsinin tələbinə görə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Prosessual qanunvericiliyin qeyd olunan tələblərindən də göründüyü kimi, buraxılmış prosessual müddət o halda bərpa oluna bilər ki, müddətin buraxılması proses iştirakçısının təqsiri olmadan buraxılsın və bu sübutlarla əsaslandırılmış olsun. Eyni zamanda “Akif Həsənov Azərbaycana qarşı” məhkəmə işi üzrə qəbul etdiyi Qərarda Avropa İnsan Hüquqları Məhkəməsi göstərmişdir ki, “Hətta .. məhkəmə onu məhkəməyə çağırmamış olsa və onun məhkəmə baxışında iştirakını təmin etməmiş olsa belə (həmçinin qərarın surətini ərizəçiyə verməmiş olsa da), bu faktlar ərizəçinin özünün müvafiq orqanlardan öz şikayətinin nəticəsi barədə məlumat almaq üçün elementar addımlar atmaq öhdəliyindən azad etmir.” Nəzərə alınmalıdır ki, *-*(***)-****/**** saylı inzibati iş üzrə işin araşdırılması və məhkəmə qərarının çıxarıldığı ##.##.2025-ci ildə iddiaçı9 məhkəmə iclasında şəxsən iştrak etmiş və məhkəmənin yekun qərarından xəbərdar olmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsinin yuxarıda qeyd olunan qərarında ərizəçinin barəsində çıxarılan qərardan məlumat almaq barədə addımlar atmaq öhdəliyindən azad etməməsi qeyd edilmişdir. Bu isə onu göstərir ki, məhkəmənin mübahisələndirilən qərarından şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual qaydalara (texniki məsələlərə) riayət eməməsi adı ilə istənilən vaxt apellyasiya şikayəti verilməsi mümkün deyil. Digər tərəfdən o da nəzərə alınmalıdır ki, birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayətinin verilməsi üçün vəkilin məcburi iştirakına ehtiyac yoxdur. Belə ki, Azərbayca Respublikasının Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. “X8 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın ## ###### 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu ## ### 2008-ci il tarixli qərarında da Plenum məhz qeyd etmişdir ki, “… qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.” Beləliklə də, qeyd olunanlar baxımından, iddiaçının müddətin bərpası barədə ərizəsinin təmin olunması və onun apellyasiya şikayətinin mümkün sayılmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir. Bu baxımdan, məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, iddiaçının müddətin bərpası barədə ərizəsinin təmin edilməsindən imtina olunması və onun apellyasiya şikayəti üzrə apelyasiyanın mümkün sayılmaması, onu vermiş tərəfə qaytarılması barədə qərardad çıxarılmalıdır. İPM-in 1.2-ci maddəsi baxımından, MPM-in 130.1-ci maddəsinin tələbinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Belə olan halda apellyasiyanın mükünlüyü də istisna olunur. Həmin Məcəllənin 87.3-cü maddəsi isə nəzərədə tutur ki, apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı iddiaçı9 və digərlərinin verdiyi apellyasiya şikayəti üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarından verdiyi apellyasiya şikayəti mümkün sayılmasın. Apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilsin və onu vermiş iddiaçıya qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar