Məhkəmə qərarları › İş №2-1(3-6)-1052/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-1052/2026

12.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-1052/2026 12.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh cavabdeh1 qarşı, Üçüncü şəxs üçüncü şəxs qismində cəlb edilməklə “daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydə və texniki pasporta dəyişiklik edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası Hakimlər Ağalarov Həmid Azər oğlunun sədrliyi və məruzəsi ilə, İsmayılzadə Fərid Sabir oğlu və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, üçüncü şəxs Üçüncü şəxs iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh cavabdeh1 qarşı, Üçüncü şəxs üçüncü şəxs qismində cəlb edilməklə “daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydə və texniki pasporta dəyişiklik edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *- *(***)-****/**** nömrəli qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə ##.##.2026-cı il tarixdə, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, ** saylı evin *a saylı mənzilinə dair ##.##.2016-cı ildə və ##.##.2021-ci ildə qanunsuz tərtib edilmiş texniki pasportların ləğv edilməsi və ##.##.2016-cı ildə Üçüncü şəxs adına aparılan reyestr qeydiyyatında 1 kv. metr sahə ilə bağlı düzəliş edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli qərardadı ilə, Üçüncü şəxs üçüncü şəxs qismində zəruri cəlbetmə qaydasında inzibati məhkəmə icraatına cəlb edilməsi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmasından imtina edilməsi qərara alınmışdır. İddiaçı iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, ** saylı evin *a saylı mənzilinə dair ##.##.2016-cı ildə və ##.##.2021-ci ildə qanunsuz tərtib edilmiş texniki pasportların sanitar qovşaqlar hissəsində ləğv edilməsi və ##.##.2016-cı ildə Üçüncü şəxs adına aparılan reyestr qeydiyyatında 1 kv. metr sahə ilə bağlı düzəliş edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə, iddianın dəyişdirilməsi qeyd edilən məzmunda qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Nazirlər Kabinetinin ##.##.2001-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş * saylı əlavə üzrə 2545 inventar nömrəli yerli əhəmiyyətli tarixi abidə olan Mirzə Mənsur küçəsi, ** saylı binanın 9 (reyestr № ************- 05101-093001), 12 (reyestr № ************-05101- 093003) və 14a (reyestr № ************-*****-******) saylı mənzilləri mülkiyyət hüquqları ilə iddiaçıya məxsusdur. ** saylı ümumi yaşayış qaydalı bina 6 payçı, yəni mülkiyyətçi olmaqla, giriş dəhliz, həyət, su kranı, pilləkən qövsü, ikinci mərtəbə üzrə ümumi keçid eyvanı və üç ədəd sanitar qovşaqdan ibarət ümumi istifadə sahələri ilə məhdudlaşır. 133.2 kv.m olan **a saylı mənzil – iddiaçıya, 36.4 kv.m olan ** saylı mənzil - iddiaçıya (ailə tərkibi 4 nəfər), 31.4 kv.m olan * saylı mənzil – iddiaçıya, 38.3 kv.m olan *a saylı mənzil – üçüncü şəxsə, 31 kv.m olan **a saylı mənzil - Emin həkimə, 98 kv.m olan ** saylı mənzil - Abdinzadələrə ( ailə tərkibi 6 nəfər) məxsusdur. Ümumi istifadədə olan sanitar qovşaqlar və hamam otağı zərurət halı kimi qanun üzrə sakinlərin istifadələrindədir. Üçüncü şəxs iddiaçının qonşusu olmaqla *a saylı mənzilin mülkiyyətçisidir. Onun mülkiyyət hüquqları reyestrdə ## ######## 2016-cı ildə qeydə alınıb. Bu qeydiyyat aparılarkən üçüncü şəxsin adına ## ###### 2016- cı ildə texniki pasport tərtib edilib. Lakin həmin texniki pasporta mənzildən naturada ayrı yerləşən, ** saylı binada olan mənzillərin mülkiyyətçilərinin ümumi istifadəsində olan 1 kv.metr sahəli sanitar qovşaq üçüncü şəxsin mülkiyyətində olan sahəyə aid edilmiş və həmin sahə üçüncü şəxsin çıxarışında əks olunmuşdur. Bundan əlavə üçüncü şəxs mənzildə heç bir icazə almadan qanunsuz və özbaşına rekonstruksiya işləri aparmışdır. Bu hal qanuni qüvvəsini almış Bakı şəhəri Səbail rayon Məhkəməsinin ## ####### 2021-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə müəyyən edilmişdir. Həmin rekonstruksiya işlərinin qanunsuz olmasına baxmayaraq, ## #### 2021-ci ildə cavabdeh tərəfindən üçüncü şəxsə verilən texniki pasporta dəyişiklik edilərək onun mənzilində aparılan rekonstruksiya işlərinin nəticələri rəsmiləşdirilib. Bunun qanunsuzluğu və texniki sənədlərin etibarsız hesab edilməsi ilə bağlı iddiaçı ## ### 2023-cü ildə cavabdehə müraciət etmişdir. Cavabdehin ## #### 2023-cü il tarixli məktubunda bildirilib ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ####### 2021-ci il tarixli *(***)-***/**** saylı qətnaməsi ilə onların üzərinə hər hansı öhdəlik qoyulmamışdır. Yerli əhəmiyyətli tarixi abidə olan binanın, yenidən qurulması hadisəsi baş vermədiyindən və bütün sahə mülkiyyətçilərinin razılığı olmadığı halda, ümumi əmlakın azaldılması hərəkəti, cavabdeh tərəfindən qanunsuz olaraq icra edilmişdir. Həmin rekonstruksiya işlərinin tikinti norma və qaydalarına uyğun olmaması Bakı şəhəri Səbail rayon Məhkəməsinin ## ####### 2021-ci il tarixli, 2(009)- ***/**** saylı qətnaməsi ilə müəyyən edilmişdir. Həmçinin həmin mənzil “İçəri şəhər” Qoruğunda yerləşdiyi üçün həmin mənzildə rekonstruksiya işləri “İçərişəhər” Dövlət TarixMemarlıq Qoruğu İdarəsinin qərarı ilə aparılmalı idi. Lakin sonuncu qurum belə qərar qəbul etməmişdir, əksinə, rəsmi məktublarla öz mövqeyini məhkəmə qarşısında bildirmişdir. Belə qərar olmadan cavabdeh təşkilat tərəfindən hüquqi və texniki qeydiyyatın aparılması qanunsuz idi. Cavabdehin etirazları: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, ərizəyə əlavə edilmiş Səbail rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2021-ci il tarixli qətnaməsi rəsmi qaydada * saylı Bakı Ərazi İdarəsinə daxil olmamış, həmçinin qeyd olunan qətnamə ilə * saylı Bakı Ərazi İdarəsinin üzərinə hər hansı öhdəlik qoyulmamışdır. Bundan başqa, İdarənin mütəxəssisləri tərəfindən ünvanda texniki baxış keçirilərkən məlum olmuşdur ki, iddiaçı mənzilin texniki pasportundakı * saylı sahənin (S=1.0 kv.m) ümumi sahə olduğunu əsas gətirərək həmin sahənin ləğv edilməsini istəyir. Həmin sahənin texniki paportdakı ölçüləri 1m x 1m göstərilsə də, faktiki göstərilən sahənin ölçüləri 0,85 m x 1,25m-dir. Yerli baxış digər tərəfin iştirakı olmadan keçirilmişdir. Üçüncü şəxsin etirazları: Üçüncü şəxs iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, iddiaçı **a saylı mənzilini Süleymanova Zibadan bank əməkdaşı olmasından sui istifadə edib 15 min kredit borcu müqabilində almışdır. 12 və * saylı mənzilləri də iddiaçı hazırkı uslubda zorla digər qonşulardan almışdır. ** saylı binada hazırda 4 payçı və 1 nəfər həmin həyətdən giriş-çıxış üçün istifadə edən digər qonşu bina sakini var. Həyət-giriş dəhliz, onun 15 kv.m zəbt etdiyi həyət, ona məxsus bu gün onun tamah saldığı 1 kv.m sanitar qovşağı, pilləkan qövsü, 2-ci mərtəbə üzrə digərlərindən fərqli olaraq üstünü örtmədiyi 9a mənzilinə məxsus eyvan və 1 ümumi istifadə hamamı, həmçinin 1 il 4 ay iddiası ilə hakim Tural Məlikovun icraatında olan 1,2 kv.m mətbəx otağı, iddiaçı tərəfindən alınmaqla 2-ci mərtəbədə yerləşən ** saylı mənzil otağına qanunsuz biləşdirilmiş 1-ci mərtəbədə yerləşən ümumi mətbəx və **a saylı mənzilinə qanunsuz birləşdirimiş ümumi anbar məhdudlaşır. İddiaçının bina üzrə mülkiyyət payı tərəfindən mübahisələndirilib. Çünki üçüncü şəxs 2016-cı ildə 9a mənzilinə qanunauyğun mülkiyyət hüququ əldə edəndə hələ iddiaçı 94 binasında 30 faiz mülkiyyət sahəsi üzrə saxta sənədlərlə məskunlaşmışdı. 1 kv.m sanitar qovşağın onun sahəsinə məxsus olması onun 9a mənzilinə qoruq idarəsi tərəfindən 90-cı illərdə verilmiş möhürlü cizgi-plan əsasında yaranan hüquqi vəziyyətin olması və onun köhnə sahib Mehman həkimdən bu mənzili alarkən onun da şəxsi istifadəsində digər şəxsdən alarkən 1 kv.m tualet sahənin olması faktı mövcuddur. O, kosmetik təmir apararkən qoruğun *** saylı rəsmi icazə məktubu əsasında işlər görmüşdür. Qoruqda icazəsiz işlər aparmaq qanunsuzdur. Bu səbəbdən 2016-cı ildə qoruq iddiaçını məhkəməyə vermişdir. # #### 2021-ci ildə üçüncü şəxs qoruğun real vəziyyət haqqında 9a mənzili plan-sxemini asan xidmət şöbəsinə təqdim edilməklə və əməkdaşın baxış keçirməsi ilə buna müvafiq yeni texniki pasport almışdır. 2021-ci il tarixli, iddiaçının əsassız iddiası əsasında qəbul olunmuş qətnamənin icraatından sonra üçüncü şəxs məcbur olub 2002-ci ildə *** saylı məktubla 9a mənzili üçün təhkim olunmuş 1,2 kv.m hamam (mətbəx) otağın və mənzilində icradan sonra yaranmış boşluğ üzrə 1,8 kv.m mətbəx otağın təyinatın dəyişdirilməklə rəsmiləşdirmə addımı atmışdır. Bundan əlavə üçüncü şəxs 9a mənzilini alarkən orda yalnız kosmetik təmir işləri görmüş, alçipan və plastik yüngül avadanlıqlardan istifadə etmişdir. 2008-ci ildən və 2016-cı ildə iddiaçının rəhbərliyi ilə 94 binasında genişmiqyaslı yenidənqurma təmir və söküntü işləri görülmüş, bu norma pozuntusu və qanunsuz dəyişikliklər səbəbindən 2016-cı ildə qoruq iddiaçıya qarşı iddia qaldırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilərək, Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, ** saylı evin *a saylı mənzilinə dair ##.##.2016-cı ildə və ##.##.2021-ci ildə tərtib edilmiş texniki pasportların sanitar qovşaq (1 kv.metr) hissəsində ləğv edilməsi və ##.##.2016-cı ildə Üçüncü şəxs adına aparılan reyestr qeydiyyatında 1 kv.metr sahə ilə bağlı düzəlişin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Bakı Ərazi İdarəsinin (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1) üzərinə qoyulması qərara alınmışdır. Üçüncü şəxs həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti etirazın məzmunu ilə eynilik təşkil edir. Apellyasiya icraatı zamanı ##.##.2026-cı il tarixli məhkəmə iclasında məhkəmə kollegiyasının protokol qaydasında qəbul etdiyi qərardadla, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 58-ci maddəsinə əsasən, cavabdeh cavabdeh1 * saylı Bakı Ərazi İdarəsi hüquq varisi cavabdeh1 ilə əvəz edilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verilməmişdir. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə iclasında iştirak edən üçüncü şəxsi apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDIRMA HİSSƏSİ Apellyasiya şikayətinin və iddianın mümkünlüyü: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur Məhkəmə kollegiyası iddia tələbi ilə bağlı qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, ##.##.2019-cu il qeydiyyat tarixli çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, ev 94, mənzil 14a iddiaçının xüsusi mülkiyyətindədir; Daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, ##.##.2019- cu il qeydiyyat tarixli çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, ev 94, mənzil 9 iddiaçının xüsusi mülkiyyətindədir; Daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, ev 94, mənzil 12 iddiaçının xüsusi mülkiyyətindədir; Daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, ##.##.2016-cı il qeydiyyat tarixli Çıxarışa əsasən ünvan 4 üçüncü şəxsin xüsusi mülkiyyətindədir; Cavabdeh tərəfindən ünvan 3 ünvanına dair üçüncü şəxsin adına ##.##.2016-ci il tarixli 004011000622-05101- ****** reyestr nömrəli texniki pasport tərtib edilmişdir; Cavabdeh tərəfindən ünvan 4 ünvanına dair üçüncü şəxsin adına ##.##.2021-ci il tarixli 004011000622-05101- ****** reyestr nömrəli texniki pasport tərtib edilmişdir; Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Üçüncü şəxs tərəfindən Bakı şəhəri, Mirzə Mənsur küçəsi, ** saylı evin 9 a saylı mənzilində özbaşına tikilmiş sanitar qovşağının sökülməsi və mənzildə texniki sənədlərdə olmayan kommunikasiya xətlərinin ləğv edilməsi, Üçüncü şəxs dəymiş maddi ziyanın əvəzi olaraq 333 manatın tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmişdir; Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2025-ci il tarixli qərardadı ilə iddiaçı İddiaçı cavabdeh Üçüncü şəxs qarşı “qanunsuz tikilinin sökülməsi və zərər” barədə mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli *(***)-***/**** saylı qətnaməsinə izah verilməsi barədə Səbail rayon İcra Şöbəsinin ərizəsi təmin edilmiş, həmin qətnamənin nəticə hissəsində qət edilən “Üçüncü şəxs tərəfindən Bakı şəhəri, M.Mənsur küçəsi, ** saylı evin *a saylı mənzilində texniki sənədlərdə olmayan kommunikasiya xətlərinin ləğv edilməsi” sözləri “Üçüncü şəxs tərəfindən Bakı şəhəri, Mirzə Mənsur küçəsi ** saylı evin *a saylı mənzilində texniki sənədlərdə olmayan kommunikasiya xətlərinin tamamilə sökülərək çıxarılması” kimi izah olunmuşdur; Bakı İnzibati Məhkəməsinin *-*(***)-***/**** saylı ##.##.2025-ci il tarixli qərarı ilə iddiaçı Üçüncü şəxs cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: İddiaçı) texniki sənədə düzəliş edilməklə, ünvan 2 ünvanlı 2 otaq mənzil daxilində * saylı 1,8 kv.m sahəli otağın təyinatın zəruri mətbəx qeyd olunmaqla dəyişdirilməsi; 184 saytı qoruq idarəsi aktı əsasında 9a mənzili istifadəsi üçün tikilmiş 1-ci mərtəbədə mənzilin sanitar qovşağına bitişik yerləşən 1,2 kv.m sahəli otağın mətbəx otağı olaraq 9a mənzilinin ümumi sahəsinə qaytarılmaqla daxil edilib, mütənasib mülkiyyətçi hüququ tanınmaqla yeni texniki pasportun təqdim olunması; ünvan 2 mənzilinin texniki pasportunda otaqların təyinatı hissəsində yanlış qeyd olunmuş 8,9 kv.m sahəli dəhliz otağının təyinatının 94 binası Qoruq Arxiv surəti plan sxeminə uyğun mətbəx otağı təyinatı ilə əvəzlənməklə 9A mənzilinə dair yeni texniki pasportun təqdim olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməmişdir; İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Mənzil-Kommunal və təmir xidmətinin iddiaçıya ünvanlanan məktublarında göstərilmişdir ki, M.Mənsur 94 mənzil 9a ünvanına baxış keçirərkən mənzildə texniki sənədlərdə öz əksini tapmayan, özbaşına qanunsuz tikilmiş bir ədəd sanitar qovşaq və mətbəx aşkar edilmişdir, baxmayaraq ki, sanitar qovşaq texniki pasportda həyətdə yerləşir. Eyni zamanda, sözügedən sanitar qovşaq və mətbəxin kommunikasiya xətlərinin çəkilişi də texniki normativlərə cavab vermir; Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2016-cı il tarixli qətnaməsi ilə iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin cavabdeh İddiaçı qarşı ünvan 1 ünvanında cavabdeh tərəfindən zəbt edilmiş 17.0 sahənin boşaldılması və abidənin tərkib hissəsi olan sahələrin ilkin vəziyyətə gətirilməsi barədə iddiası təmin edilməmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli **/**** saylı ekspert rəyində göstərilmişdir ki, baxış zamanı müəyyən edilmişdir ki, Üçüncü şəxs mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, ** saylı evin *a saylı mənzilinə dair ##.##.2016-cı ildə və ##.##.2021-ci ildə tərtib edilmiş texniki pasportda yerləşmə mövqeyinə görə mənzilin tərkib hissəsi olmayan və hər iki texniki pasportda qeyd olunmuş “sahəsi 1 kv.metr olan sanitar qovşağı” əks olunmuşdur. Sözügedən “sahəsi 1 kv.metr olan sanitar qovşağı” Üçüncü şəxs məxsus RX seriyalı, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Üçüncü şəxs mülkiyyətində olan mənzilin ümumi sahəsinə daxil edilmişdir və iki mərtəbəli binanın birinci mərtəbəsində yerləşdiyi göstərilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət I.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. ... Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. ... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 3. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativhüquqi aktlardan ibarətdir. ... Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və onun hüquqi əsaslandırması ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı Mirzə Mənsur küçəsi ** saylı, yerli əhəmiyyətli tarixi abidə olan binada yerləşən 9, 12 və **a saylı mənzillərin mülkiyyətçisidir. Üçüncü şəxs isə həmin binada yerləşən *a saylı mənzilin mülkiyyətçisidir. Hazırda iddiaçı iddia edir ki, üçüncü şəxsin adına həmin mənzilə dair tərtib edilmiş texniki pasportlarda səhvən binada yerləşən sakinlərin ümumi istifadəsində olan 1 kv.metr sanitar qovşaq mənzilin tərkib hissəsi kimi göstərilmiş və daşınmaz əmlakın dövlət reyestrində üçüncü şəxsin adına qeydə alınmışdır. İddiaçı texniki pasportların həmin hissədə ləğv edilməsini xahiş edir və daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydi mübahisələndirir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququ ümumi paylı daşınmaz mülkiyyətə olan hüquqdur, yəni binanın müəyyən hissələrindən müstəsna istifadə etmək və onların içərisində bəzək-tamamlama işləri aparmaq üçün mülkiyyətçinin xüsusi hüquq əldə etməsidir. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi öz otaqlarını idarə etməkdə, onlardan istifadə etməkdə və bəzək-tamamlama işləri aparmaqda sərbəstdir, lakin o, digər belə mülkiyyətçinin eyni hüquqları həyata keçirməsini çətinləşdirməməli və ümumi tikinti elementlərini, qurğuları zədələməməli və ya onların funksiyasını və ya zahiri görkəmini pisləşdirməməlidir. O öz otaqlarını bütün binanın qüsursuz vəziyyətdə saxlanması və ya onun yaxşı zahiri görkəminin qorunması üçün tələb edilən tərzdə saxlamalıdır (226.1.). Yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur (227.1.). Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ixtiyarı yoxdur ki, yaşayış binasının ümumi əmlakına mülkiyyət hüququndakı payını özgəninkiləşdirsin, habelə həmin payın yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququndan ayrılıqda verilməsinə səbəb olan digər hərəkətləri yerinə yetirsin (227.2.). Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə (bundan sonra – Mənzil Məcəlləsi) əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir (35.1.). Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir (35.2.). Çoxmənzilli binada ümumi mülkiyyətin azaldılmasına yalnız həmin binanın yenidən qurulması yolu ilə binanın bütün sahə mülkiyyətçilərinin razılığı ilə yol verilir (35.3.). Çoxmənzilli binada olan sahənin mülkiyyətçisinin aşağıdakıları etməyə hüququ yoxdur: 36.4.1. çoxmənzilli binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payını natura şəklində ayırmağa; 36.4.2. çoxmənzilli binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payını özgəninkiləşdirməyə, habelə həmin payın göstərilən sahəyə mülkiyyət hüququndan ayrılıqda keçməsinə səbəb olan digər hərəkətləri etməyə (36.4.). Qeyd edilən hüquq normalarının məzmunundan göründüyü kimi çoxmənzilli binanın sakinlərinin ümumi mülkiyyətində olan əmlakın hər hansı sakin tərəfindən özününküləşdirilməsinə və özgəninkiləşdirilməsinə yolverilmir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli **/**** saylı ekspert rəyində üçüncü şəxsin mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, ** saylı evin *a saylı mənzilinə dair ##.##.2016-cı ildə və ##.##.2021-ci ildə tərtib edilmiş texniki pasportlarda yerləşmə mövqeyinə görə mənzilin tərkib hissəsi olmayan və hər iki texniki pasportda qeyd olunmuş “sahəsi 1 kv.metr olan sanitar qovşağı” əks olunmuşdur. Sözügedən “sahəsi 1 kv.metr olan sanitar qovşağı” üçüncü şəxsə məxsus RX seriyalı, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən onun mülkiyyətində olan mənzilin ümumi sahəsinə daxil edilmişdir və iki mərtəbəli binanın birinci mərtəbəsində yerləşir. Ekspert rəyindən də görünür ki, hazırda mübahisə predmetini təşkil edən sanitar qovşaq üçüncü şəxsin mülkiyyətində olan mənzilin tərkib hissəsi deyildir. Həmin sanitar qovşaq binanın birinci mərtəbəsində yerləşir. Buradan belə nəticə çıxır ki, həmin sanitar qovşaq binanın sakinlərin ümumi istifadəsində olan hissəsinə, yəni bina sakinlərinin ümumi müllkiyyətinə aiddir. Belə olan halda həmin tikilinin üçüncü şəxsin mənzilinin tərkib hissəsi kimi texniki pasporta daxil edilərək üzərində üçüncü şəxsin mülkiyyət hüququnun qeydə alınması əsaslı hesab edilə bilməz. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, üçüncü şəxsin mülkiyyətində olan mənzilin tərkib hissəsi olmayan tikilinin ona məxsus texniki pasporta daxil edilməsi və üzərində üçüncü şxsin mülkiyyət hüququnun qeydə alınması iş üzrə ekspert rəyi ilə təsdiq edildiyindən və bunu təkzib edən hər hansı sübut müəyyən edilmədiyindən iddia təmin edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Üçüncü şəxs Üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Həmid Ağalarov Hakimlər Fərid İsmayılzadə Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar