Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-1059/2026 18.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X48 və Uçotunun Təşkili Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X114 (sədrlik edən və məruzəçi), İbrahimli İbrahim Adil oğlundan və Nuriyev Elnur Aləm oğlundan ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi X49, cavabdehin nümayəndəsi X16 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları
1. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ##.##.2025-cü il tarixli ************** nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarına əsasən “xxxx” MMC Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azəbraycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 44 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 88000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilmişdir.
2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən ##.##.2025-ci il tarixli, KY********* nömrəli Çıxarışdan görünür ki, yoxlayıcı orqanın adı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, yoxlanılan sahibkarlıq fəaliyyəti subyektinin adı İddiaçı, yoxlanılan sahibkarlıq fəaliyyəti subyektinin VÖEN-i **********, yoxlamanın müddəti (başlama, sona çatma tarixi) ##.##.2025-##.##.2025, yoxlanılan dövr – ##.##.2023 - ##.##.2025, yoxlamanın predmeti və hüquqi əsasları Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi olmuşdur. “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə X48nin nəticəsi haqqında” DVX ****** nömrəli ##.##.2025-ci il tarixli akta əsasən, tikinti sahəsind müvafiq işlərin, xidmətlərin yerinə yetirilməsinə cəlb olunmuş 94 fiziki şəxsdən 44 nəfəri Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən həmin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Akta əlavə edilmiş siyahıda 44 nəfərin adları qeyd edilmişdir. Vergi orqanı tərəfindən akta əlavə edilmiş şəxslərin izahatları alınmışdır.
3. “xxxx” MMC tərəfindən verilmiş # ###### 2025-ci il tarixli **-M-** nömrəli məktubla bildirilmişdir ki, “xxxx” MMC ilə İddiaçı MMC arasında bağlanmış **/T-Xm/** saylı ##.##.2023-cü il tarixli Xidməti müqaviləyə əsasən işləri yerinə yetirmək məqsədi ilə tərəflərindən X35, X17, X50, X6, X26, Əhmədov İbadət Qədulla oğlu, İsmayılov Nihat Tofiq oğlu, X28, X18, X29, Süleymanov İmran Hümbət oğlu, X52 İddiaçı MMC-yə məxsus Bakı şəhəri, Təbriz, N.Quliyev, Qarabağ və F.Məmmədov küçələrinin kəsişməsində yerləşən tikinti sahəsinə göndərilmişdir. Yuxarıda qeyd olunan şəxslərdən 1 nəfər - Süleymanov İmran Hümbət oğlu “xxxx” MMC ilə subpodratçı – fərdi sahibkar X2 arasında bağlanmış subpodrat müqaviləsi əsasında tikinti sahəsində fəaliyyət göstərirdilər. Yuxarıda göstərilən şəxslərə aid subpodrat və əmək müqavilələrinin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.
4. “xxxx” MMC tərəfinədn ## ###### 2025-ci il tarixli məktubla bildirilmişdir ki, İddiaçı MMC ilə aralarında bağlanmış **/T-Pm/** saylı, ##.##.2024-cü il tarixli Podrat müqaviləsində nəzərdə tutulmuş işlərin görülməsi üçün podratçı “xxxx” MMC-nin subpodratçısı X19 tərəfindən (VÖEN: 5102208672) Bakı şəhəri, Təbriz küçəsində yerləşən “Triumf Palace” yaşayış kompleksinin tikinti ərazisinə aşağıda adı göstərilən işçi göndərilmişdir: - X7. Qoşma olaraq subpodrat müqaviləsinin surəti təqdim edilmişdir.
5. “xxxx” MMC tərəfindən ## ###### 2025-ci il tarixli məktubla bildirilmişdir ki, İddiaçı MMC ilə “xxxx” MMC arasında bağlanmış **/T-PM/** saylı, ##.##.2023-cü il tarixli podrat müqaviləsində nəzərdə tutulmuş işlərin görülməsi üçün podratçı “xxxx” MMCnin subpodratçısı X30 VÖEN (6800691712) tərəfindən Bakı şəhəri, Təbriz küçəsində yerləşən “Triumf Palace” yaşayış kompleksinin tikinti ərazisinə aşağıdakı adları göstərilən işçilər göndərilmişdir: 1. X53; 2. İmanzadə Yadulla Elman oğlu. Qoşma olaraq subpodrat müqaviləsinin surəti təqdim edilmişdir.
6. “xxxx” MMC tərəfindən ## ###### 2025-ci il tarixli, ** nömrəli məktubla bildirilmişdir ki, İddiaçı MMC ilə “xxxx” MMC arasında bağlanmış **/T-PM/** saylı, ##.##.2023-cü il tarixli Podrat müqaviləsi üzrə işləri görmək məqsədi ilə X8, X20 və X115 “xxxx” MMC tərəfindən “Triumf Palace” yaşayış kompleksinin tikinti sahəsinə göndərilmiş və müqavilədə nəzərdə tutulmuş işlər görülərək İddiaçı MMC-yə təhvil verilmişdir. Onu da, nəzərə çatdırırlar ki, “xxxx” MMC ilə subpodratçı X61 arasında bağlanmış subpodrat müqaviləsi əsasına yuxarıda qeyd edilən işçilər tikinti sahəsinə göndərilmişdir. Qoşma olaraq subpodrat müqaviləsinin surəti təqdim edilmişdir.
7. “xxxx” MMC tərəfindən ## ###### 2025-ci il tarixli, ** nömrəli məktubla bildirilmişdir ki, İddiaçı MMC ilə “xxxx” MMC arasında ##.##.2022-ci il tarixli, **/T-PM saylı podrat müqaviləsi bağlanmış və həmin müqavilə üzrə öhdəlikləri yerinə yetirmək məqsədi ilə podratçı “xxxx” MMC adları aşağıda göstərilən şəxslərdən ibarət işçi qrupunu Bakı şəhəri, Təbriz, N.Quliyev, Qarabağ və F.Məmmədov küçələrinin kəsişməsində yerləşən “Triumf Palace” yaşayış kompleksinin tikintisi ərazisinə göndərilmişdir: 1. Əhmədov Nehməd Vəkil oğlu; 2. X54; 3. X38; 4. X3; 5. X5; 6. X31; 7. İmaməliyev İbadət Ramazan oğlu; 8. X39; 9. Əliyev Murtuz İsrayıl oğlu; 10. İsayev Əşrəf Maqsud oğlu. Həmin işçilərlə bağlanmış əmək müqavilələrinin surətləri məhkəməyə təqdim edilmişdir.
8. Məhkəmə iclasında şahid qismində dindirilmiş X55 öz izahatında bildirmişdir ki, onunla İddiaçı MMC arasında ##.##.2023-cü il tarixidə **/T-Xm** saylı xidməti müqavilə bağlanmış və həmin müqavilədə nəzərdə tutulmuş işlərin görülməsi üçün X21, X10, X11, X40, X83, X56 və X33 ibarət işçi briqadası onun tərəfindən Bakı şəhəri, Təbriz küçəsində yerləşən “Triumf Palace” yaşayış kompleksinin tikinti ərazisinə göndərilmişdir. 4 nəfər işçi ilə əmək müqaviləsinin bağlanılmaması onun məsuliyyəti olmuşdur. Belə ki, həmin işçilər yoxlama olduğu gün sınaq üçün yaşayış kompleksinə göndərilmiş, lakin onların işləri bəyənilmədiyindən sonradan da, həmin şəxslərlə hər hansı bir əmək müqaviləsi bağlanılmamışdır.
9. Məhkəmə iclasında şahid qismində dindirilmiş X41 öz izahatında bildirmişdir ki, onunla İddiaçı MMC arasında ##.##.2025-ci il tarixdə bağlanmış xidməti müqavilə üzrə işləri görmək üçün onun tərəfindən X42, İbadov Faiq Bağır oğlu, X1, Mohsen Sadeghi, X57 və X58 tikinti sahəsinə işə cəlb edilmiş, lakin adları göstərilən şəxslərlə onun arasında əmək müqaviləsi olmadığından yuxarıda göstərilən müqaviəyə İddiaçı MMC tərəfindən xitam verilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X48 və Uçotunun Təşkili Baş İdarəsinə qarşı cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” *************** nömrəli, ##.##.2025-ci il tarixli qərarının ləğv edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
11. İddiaçı bildirir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri X48 İdarəsinin 1-ci şöbəsinin əməkdaşları tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məqsədi ilə keçirilmiş X48 nəticəsində ## #### 2025-ci il tarixli DVX seriyalı ****** nömrəli Akt (bundan sonra Akt) tərtib edilmişdir. Tərtib edilmiş Akta əsasən İddiaçı MMC-yə məxsus Bakı şəhəri, Təbriz küçəsində yerləşən tikinti sahəsində müvafiq işlərin yerinə yetirilməsinə cəlb olunmuş 94 fiziki şəxsdən 44 nəfəri əmək müqaviləsi hüquqi qüvvəyə minmədən həmin işlərin yerinə yetirilməsinə cəlb edilməsi göstərilmişdir. Həmin Aktı İddiaçı MMC-nin direktor əvəzi – Kənan Məmmədov qəbul etməyərək imza etməkdən imtina etmiş və bildirmişdir ki, aktda qeyd olunan 44 nəfər podratçı şirkətlərin işçiləridir. Nəzərə çatdırmaq istəyirlər ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ###### 2016-cı il tarixli ** nömrəli Qərarından irəli gələn Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının ##.##.2016-cı il tarixli *** №-li Sərəncamı ilə pilot layihə çərçivəsində Bakı şəhəri, Nərimanov rayonunun, Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində yerləşən qəzalı vəziyyətdə olan mənzillərin sökülməsi, yerində yeni, çoxmənzilli hündürmərtəbəli binaların inşa edilməsi və 300 ailənin yeni mənzillə təmin edilməsi İddiaçı MMC-yə həvalə edilmişdir. İddiaçı MMC hüquqi şəxslər və fərdi sahibkarlarla podrat və xidməti müqavilələr bağlayaraq özünün və podratçıların fəaliyyəti nəticəsində Bakı şəhəri, Nərimanov rayonunun Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində “Triumf Palace” yaşayış kompleksini inşa etmiş və hal-hazırda tamamlanma işləri aparılır. Tikinti işlərinin icra edilməsi üçün İddiaçı MMC ilə hüquqi şəxslər - nələsküY“ İnşaat” MMC, “xxxx” MMC, “xxxx” MMC, “xxxx” MMC, “xxxx” MMC, “xxxx” MMC arasında, həmçinin fərdi sahibkarlar – Elnur Süleymanov, Sənan Əzimov və qeyriləri ilə xidməti və podrat müqavilələri bağlanmışdır. Lakin cavabdeh X48 İdarəsinin əməkdaşlarına yuxarıda qeyd olunanlar izah olunaraq sözügüdən müqavilələrin surəti təqdim edilsə də, yenədə İddiaçı MMC-nin barəsində Akt tərtib edilmişdir. İddiaçı MMC ## #### 2025ci ildə rəsmi məktubla İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri X48 və Uçotun Təşkili Baş İdarəsinin rəisinin 1-ci müavini, R cənab Araz Kərimova müraciət edərək Podratçı şirkətlərin müvafiq məktublarını və müqavilələrini təqdim edib bildirmişdir ki, Aktda göstərilən şəxslərin podratçı şirkətlərin işçilərinin olduğunu, ## #### 2025-ci il tarixli DVX seriyalı ****** nömrəli Aktda adları göstərilən şəxslər podratçı şirkətlərin əməkdaşlarıdır və bu səbəbdən İddiaçı MMC-nin barəsində tərtib edilmiş ## #### 2025-ci il tarixli DVX seriyalı ****** nömrəli Aktın ləğv edilməsini xahiş etmişdir. Həmin müraciət elektron formada Vergi Xidmətinin portalına da yerləşdirilmişdir. Lakin, İddiaçı MMC-nin müraciətləri cavabsız qalmışdır. Daha sonra, İddiaçı MMC-yə daxil olunmuş ##.##.2025-ci il tarixli bildirişə əsasən İddiaçı MMC-nin direktoru ##.##.2025- ci il tarixdə Dövlət Vergi Xidmətinin Bakı Şəhəri X48 İdarəsinin rəisinin qəbulunda olmuş, yenidən sənədləri, məktubları və əmək müqavilələrini təqdim edərək Aktda göstərilən şəxslərin podratçı şirkətlərə məxsus olmasını qeyd etmiş, X48 İdarəsinin rəisi – Elmar müəllim təqdim edilmiş sənədləri qəbul edərək həmin sənədlər əsasında vergi əməkdaşlarına araşdırmanın aparılmasına göstəriş verərək, sonradan yenidən direktorun dəvət olunması və izahatın alınmasını bildirmişdir. Lakin, ##.##.2025-ci il tarixdə Dövlət Vergi Xidmətinin elektron portalından İddiaçı MMC-yə Vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında ************** nömrəli Qərar daxil olmuşdur. Həmin Qərara əsasən İddiaçı MMC Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən əmək müqaviləsi olmadan 44 nəfər fiziki şəxsi işlərin yerinə yetirilməsinə cəlb etdiyinə görə 88000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmişdir. Yuxarıda qeyd olunanlarla bağlı şikayət ərizəsi ilə müraciət edərək İddiaçı MMC-nin barəsində tərtib edilmiş ## #### 2025-ci il tarixli DVX seriyalı ****** nömrəli Akt tam əsassız və qanunsuz olduğundan həmin aktın əsasında qəbul edilmiş ************** nömrəli qərar ləğv edilməsini xahiş etmişlər. Lakin, müraciətlərinin heç bir nəticəsi olmamışdır. Qeyd edirlər ki, ## #### 2025-ci il tarixli DVX seriyalı ****** nömrəli Aktda adları göstərilən şəxslər aşağıda qeyd olunan hüquqi şəxslər və fərdi sahibkarların işçiləridir: 1. İddiaçı MMC ilə bağlanmış ##.##.2022- cü il tarixli, **/T-PM saylı podrat müqaviləsinə əsasən işlərin görülməsi üçün podratçı “xxxx” MMC tərəfindən Əhmədov Nehməd Vəkil oğlu, X54, X38, X3, X5, X31, İmaməliyev İbadət Ramazan oğlu, X39, Əliyev Murtuz İsrayıl oğlu, İsayev Əşrəf Maqsud oğlu cəlb edilmiş; 2. İddiaçı MMC ilə bağlanmış ##.##.2023- cü il tarixli, **/T-Xm/** saylı Xidməti müqaviləyə əsasə işlərin görülməsi üçün podratçı “xxxx” MMC və subpodratçı - X2 tərəfindən X34, X17, X50, X6, X43, Əhmədov İbadət Qədulla oğlu, İsmayılov Nihat Tofiq oğlu, X44, X18, X29, Süleymanov İmran Hümbət oğlu, X52 cəlb edilmiş; 3. İddiaçı MMC ilə bağlanmış **/T-PM/** saylı, ##.##.2023- cü il tarixli Podrat müqaviləsiə əsasən işlərin görülməsi üçün podratçı “xxxx” MMC tərəfindən X53 və İmanzadə Yadulla Elman oğlu işlərə cəlb edilmiş; 4. İddiaçı MMC ilə bağlanmış **/T-PM/** saylı, ##.##.2023-cü il tarixli Podrat müqaviləsinə əsasən işlərin görülməsi üçün X8, X20 və X115 “xxxx” MMC tərəfindən işlərə cəlb edilmiş; 5. İddiaçı MMC ilə bağlanmış **/T-Pm/** saylı, ##.##.2024- cü il tarixli Podrat müqaviləsinə əsasən işlərin görülməsi üçün podratçı “xxxx”MMC tərəfindən X7 cəlb edilmiş; 6. İddiaçı MMC ilə bağlanmış **/T-ASM-**** saylı, ##.##.2024- cü il tarixli Alqisatqı müqaviləsində və həmin müqavilənin * saylı əlavəsinə əsasən inşa edilən yaşayış kompleksinin tikinti ərazisinə “xxxx” MMC tərəfindən X12 və X22 cəlb edilmiş;
7. İddiaçı MMC ilə bağlanmış ##.##.2023- cü il tarixli, **/T-XM-** saylı Xidməti müqaviləyə əsasən fərdi sahibkar Elnur Süleymanov tərəfindən X23, X13, X14, X59, X83, X56 və X24 cəlb edilmiş; 8. İddiaçı MMC ilə bağlanmış ##.##.2025- cü il tarixli, **/T-XM saylı Xidmət müqaviləyə əsasən fərdi sahibkar Anar Nuriyev tərəfindən X42, İbadov Faiq Bağır oğlu, X1, Mohsen Sadeghi, X57 və X58 cəlb edilmişdir. 9. İddiaçı MMC ilə bağlanmış ##.##.2025-ci il tarixli, **/T-XM-** saylı Xidməti müqaviləyə əsasən fərdi sahibkar X15 tərəfindən İddiaçı MMC-yə xidmət göstərmiş, lakin xidməti müqavilənin rekvizitlər hissəsində texniki səhvə yol verilmiş və X15 məxsus VÖENnin son rəqəmi “2” əvəzinə səhvən “7” rəqəmi göstərilmişdir. Qeyd olunanlardan açıq aydın görünür ki, İddiaçı MMC tərəfindən heç bir qanun pozuntusuna yol verilməmişdir. Bu səbəbdən hesab edirik ki, xxxx” MMC-nin barəsində qəbul edilmiş Vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında ************** nömrəli ##.##.2025-ci il tarixli Qərarı ləğv edilməlidir.
12. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, Baş İdarənin ##.##.2025-ci il tarixli ************** nömrəli “X48nin həyata keçirilməsi haqqında” Qərarına əsasən, ##.##.2025-ci il tarixdə ünvan 1 ünvanında yerləşən tikinti sahəsində keçirilmiş X48 tədbiri zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 44 (nəfər) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən edilmişdir. Aşkar edilmiş pozuntular “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə X48nin nəticəsi haqqında” ##.##.2025-ci il tarixli DVX seriyalı ****** nömrəli aktla rəsmiləşdirilmişdir. Tərtib edilmiş “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə X48nin nəticəsi haqqında” ##.##.2025-ci il tarixli DVX seriyalı ****** nömrəli akt əsasında Baş İdarə tərəfindən ##.##.2025-ci il tarixli ************** nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq vergi ödəyicisinə 88.000 (səksən səkkiz min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, ## #### 2025-ci il tarixli AVX seriyalı ****** nömrəli Aktda adları göstərilən şəxslər İddiaçı MMC ilə bağlanmış podrat və xidməti müqavilə əsasında cəlb edilmiş işçilərdir. Bununla bağlı podrat və xidməti müqavilələrin surəti inzibati orqana təqdim edilmişdir. Qeyd olunanların əksinə bildiririk ki, aparılmış təhlillər nəticəsində iddiaçı tərəfindən 2024-ci ilin yanvar ayı ərzində aktiv əmək müqavilələrinin sayının 44 işçidən çox azaldıldığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. “Dövlət vergi orqanları tərəfindən operativ vergi və digər nəzarət tədbirlərinin həyata keçirilməsi Qaydaları”na əsasən qeyd olunan hallar X48nin həyata keçirilməsi üçün əsas hesab edilir. Aşkar edilmiş faktla bağlı İddiaçı MMC-nin rəhbəri X49 Cəmiyyətdə təyin olunmuş X48 tədbiri və aşkar edilmiş vergi hüquq pozuntusu barədə vergi ödəyicisini məlumatlandırmaq, habelə OVN-nə dair sənədlərlə ##.##.2025-ci il tarixli ************** nömrəli “X48nin həyata keçirilməsi haqqında” Qərar, ##.##.2025-ci il tarixli KY2522091 yoxlama kodlu sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarış, Baş İdarənin ##.##.2025-ci il tarixli ************** nömrəli X48nin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” Tələbnamə ilə tanış edilmək üçün ona təqdim edilmiş və cəmiyyətin rəhbəri X103 təqdim edilmiş sənədlərlə tanış olduqdan sonra qeyd olunan sənədləri imzalamışdır. Daha sonra keçirilən OVN tədbiri zamanı bir nəfər şəxs özünü İddiaçı MMC-nin baş mühasibi kimi təqdim edən X25 (ş/v AZE № ********), İddiaçı MMC ilə bağlı “direktorun əmək məzuniyyətində olduğu müddətdə səlahiyyətlərinin müvəqqəti olaraq həvalə olunması haqqında” ## ###### 2025-ci il tarixli №**/TK-D nömrəli ƏMR əsasında səlahiyyətli nümayəndəsinin olduğunu bildirməklə özünə məxsus şəxsiyyət vəsiqəsinin və ona verilmiş həmin Əmrin surətini araşdırmaya təqdim etmişdir. Əlavə olaraq bildirilmişdir ki, İddiaçı MMC-nin baş mühasibi X25 aşkar edilmiş faktla bağlı ##.##.2025-ci il tarixli izahatı alınmışdır. O, izahatında həmin tarixli X48 tədbiri zamanı müəyyən edilmiş 44 (qırx dörd) nəfər əmək müqaviləsiz fəaliyyət göstərən işçilər barədə heç bir məlumatının olmadığını, çünki həmin işçilərin Podratçı şirkətlərin əməkdaşları olduqlarını qeyd etmişdir. Həmçinin, izahatında vergi orqanı tərəfindən təqdim edilmiş Tələbnamə ilə əlaqədar müvafiq sənədlərin 1 (bir) iş günü ərzində çatdırılacağını bildirmişdir. Qeyd etmək istəyirlər ki, vergi orqanının Tələbnamə əsasında İddiaçı MMC tərəfindən təqdim edilmiş şəxsiyyət vəsiqələrinin surətləri, xidməti və podrat müqavilələrinin sürətləri, **/TK-D nömrəli Əmrin surəti ##.##.2025-ci il tarixli DVX seriyalı ****** nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” Protokolla rəsmiləşdirilərək götürülmüşdür. Bundan başqa, yəni əmək müqaviləsi bildirişləri barədə məlumatlar, həmin şəxslərin iş üzrə mövcud podrat müqavilələrinin işçiləri olması barədə sübutlar araşdırmaya təqdim edilməmişdir. Göründüyü kimi, bu hal bir daha onu sübut edir ki, həmin şəxslər həqiqətən iddiaçının işçiləri olmuş, iddiaçı tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdirlər. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən bildiririk ki, X48 tədbiri hər hansı pozuntu olmadan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun formada keçirilmişdir. İddiaçı isə öz ərizəsində həyata keçirilmiş X48nin və mübahisələndirdiyi qərarın əsassız olduğunu bildirsə də, qeyd etdiklərini əsaslandıra bilməmiş, özünün qanun pozuntusuna haqq qazandırmaq üçün müxtəlif arqumentlər irəli sürmüşdür.
13. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə iddianın təmin edilməsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X48 və Uçotunun Təşkili Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” *************** nömrəli, ##.##.2025-ci il tarixli qərarın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul etmişdir.
14. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X48 və Uçotunun Təşkili Baş İdarəsi apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI
b) Apellyasiya şikayətinin dəlilləri
15. Apellyasiya şikayəti iddiaya dair etiraza uyğun əsaslandırılmışdır.
ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, əmək qanunvericiliyin tələblərinə uyğun olaraq, İddiaçı MMC-nin işçilərinin ştat cədvəli 2023-cü ildən hər ay müvafiq əmrlərlə təsdiq olunurdu və tikintidə aparılan iş həcmi ilə əlaqədar işçilərin sayı 78 - 88 arası dəyişirdi, lakin MMCdə nəinki 2024-cü ilin yanvar ayı, ümumiyyətlə hər hansı bir ilin ayında 44 nəfərin əmək müqaviləsinə xitam verilməmiş və bu hal məhkəməyə təqdim edilmiş işçilərin ştat cədvəli ilə təsdiq olunur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Azərbaycan Respublikasında işçilər və işəgötürənlər arasında əmək münasibətlərinin tam rəqəmsallaşdırıldığı vahid elektron platforması olan ƏMAS portalı mövcuddur və həmin ƏMAS portalı vasitəsilə işəgötürən və işçi arasında elektron əmək müqavilələrinin onlayn qaydada bağlanması, onlara dəyişiklik edilməsi və ya xitam verilməsi, kadr uçotu -rəqəmsal kadr uçotunun aparılması, məzuniyyət, ezamiyyət və digər əmrlərin sistem üzərindən yaradılması əməliyyatları aparılır. Həmin ƏMAS portalında hər bir şəxs yalnız özüna aid məlumatları görür, podratçı şirkətlərin işçiləri barədə məlumatlarını əldə edə bilmir və bu səbəbdən OVNnə podratçı şirkətin işçilərin bildirişini təqdim etmək qeyri-mümkün olmuşdur. Halbuki, Dövlət Vergi Xidmətinin ƏMAS portalından hər bir şəxs barədə məlumatı əldə etmək imkanı var və belə olan halda, “xxxx" MMC tərəfindən verilmiş məlumatları ƏMAS portalından maneəsiz əldə edə bilərdi. Şikayətdə cavabdeh özü qeyd edir ki, yoxlama aparılan gün “xxxx'* MMC-nin baş mühasibi podrat müqavilələrini təqdim etmişdir və belə olan halda cavabdeh hər bir podratçı şirkətin ƏMAS portalına daxil olaraq məlumatı əldə edə bilərdi. Digər tərəfdən, hər bir xidməti və podratçı şirkət rəsmi məktubla OVN-ə müraciət edərək tikinti sahəsində müəyyən olunmuş işçilərin podratçılara məxsus olmasını etiraf etmiş, lakin cavabdeh yenədə bu hala heç bir əhəmiyyət verməmişdir.
c) Proses iştirakçılarının izahatları
17. Məhkəmənin ##.##.2026-cı ildə keçirilən iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iddia tələbinə uyğun izahat verərək, apellyasiya şikayətinin rədd edilməsini, cavabdehin nümayəndəsi isə apellyasiya şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
18. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
19. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 752.3. Podratla bağlı smetanın tərtibi, əgər razılaşmada ayrı qayda müəyyənləşdirilməyibsə, ödənilmir.
20. Azərbaycan Respublikası Vergi Məcəlləsi: 50.1. X48 sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəəmaterial ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarında uçota durmayan, bu Məcəllənin 33.2-ci maddəsinə uyğun olaraq təsərrüfat subyekti (obyekti) vergi orqanlarında uçotda olmayan və ya bu Məcəllənin 221.4.7-ci maddəsinə əsasən "Fərqlənmə nişanı"nı almayan vergi ödəyicilərinin aşkar edilməsi; 50.2. X48nin həyata kecirilməsi ücün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 50.3. X48 vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə X48 ilə əhatə olunmalı olan məsələ (məsələlər), X48nin müddəti və X48ni həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Həmin Məcəllənin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audiovideo sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYA BAXIŞININ HƏDLƏRİ
22. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
23. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.3-cü maddələrinə əsasən)
25. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 18-21-ci bəndləri) əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalıdır.
26. Belə ki, iddiaçı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” *************** nömrəli, ##.##.2025-ci il tarixli qərarının ləğv edilməsini tələb edir.
27. Cavabdeh orqan isə İddiaçı MMC-yə məxsus Bakı şəhəri, Təbriz küçəsində yerləşən tikinti sahəsində müvafiq işlərin yerinə yetirilməsinə cəlb olunmuş 94 fiziki şəxsdən 44 nəfərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən həmin işlərin yerinə yetirilməsinə cəlb edildiyini bildirərək, imtina cavabı vermişdir. İşin faktiki hallarından göründüyü kimi İddiaçı MMC tikinti sahəsində müvafiq işlərin yerinə yetirilməsi məqsədilə müxtəlif hüquqi şəxslər və fərdi sahibkarlarla podrat və xidməti müqavilələr bağlayaraq özünün və podratçıların fəaliyyəti nəticəsində Bakı şəhəri, Nərimanov rayonunun Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində “Triumf Palace” yaşayış kompleksini inşa etmiş və hal-
28. hazırda tamamlanma işləri aparır.
29. İşin apellyasiya baxışı zamanı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X48 və Uçotunun Təşkili Baş İdarəsi tərəfindən verilmiş sorğuya cavab məktubuna əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X48 və Uçotun Təşkili Baş İdarəsinin ##.##.2025-ci il tarixli, ************** nömrəli “X48nin həyata keçirilməsi haqqında” qərarına əsasən vergi ödəyicisi "xxxx" MMC-nin (VÖEN: **********) fəaliyyət göstərdiyi Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən obyektdə keçirilmiş X48 tədbiri zamanı çəkilmiş video görüntü təqdim edilmiş və həmin görüntülərə baxış keçirilmişdir..
30. Eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilmiş sorğuya cavab məktubuna əsasən DVX-nin ##.##.2025-ci il tarixli müraciətinə əsasən Reyestrdə KY252292091 kodu ilə həmin tarixlərə X48 tədbirləri qeydiyyata alınmışdır.
31. Yuxarıda qeyd olunanlara əsasən müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçının ünvanında həyata keçirilmiş X48 qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilməmiş, yoxlama zamanı tərtib edilmiş aktda göstərilənlərin doğruluğu iş materiallarında olan kifayət qədər mötəbər sübutlarla təkzib edilmişdir.
32. Belə ki,## #### 2025-ci il tarixli Aktında adları göstərilən 44 nəfər şəxsin podratçı şirkətlərin işçiləri olması iş materiallarına əlavə edilmiş podrat müqavilələri, əmək müqavilələri və digər sənədlərlə sübut edilmişdir. Həmin 44 nəfər “xxxx“xxxx“xxxx’* MMC-nin ,“xxxx** MMC-nin və subpodratçı - X2, Nuriyev Anarın, “xxxx** MMC-nin, “xxxx” MMC-nin, “xxxx”MMC-nin, fərdi sahibkar Elnur Süleymanovun və “xxxx” MMCnin işçiləri olmuşdur.
33. Məhkəmədə cavabdehin nümayəndəsi tərəfindən fərdi sahibkar Elnur Süleymanovun əməkdaşları kimi təqdim edilən şəxslərlə əmək müqaviləsinin olmaması və belə olduğu tədqirdə həmin şəxslərin İddiaçı MMC tərəfindən əmək müqaviləsi bağlamadan işlərə cəlb edilməsi ilə bağlı gətirilən arqumenti məhkəmə aşağıdakılara əsasən əsaslı hesab etmir.
34. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ## ####### 2023-cü il tarixli **/T-XM/** saylı Xidməti Müqavilədən, 2023-cü ilin elektron qaimələrindən, 2025-ci ilin elektron qaimə fakturalarından görünür ki, fərdi sahibkar Elnur Süleymanov podrat müqaviləsi əsasında operativ nəzarət tədbirləri həyata keçirildikdən öncə də, sonra da İddiaçı MMC xidmətlər göstərmiş və bunun müqabilində işlərini təhvil verərək müəyyən məbləğdə haqq almışdır. İşlərin irihəcimli olmasını nəzərə alsaq həmin işlərin Elnur Süleymanovun özü tərəfindən deyil onun cəlb etdiyi şəxslər tərəfindən həyata keçirilməsi müəyyən edilir. Belə olduğu təqdirdə fərdi sahibkar Elnur Süleymanov tərəfindən əmək müqaviləsi bağlamadan işlərə cəlb etdiyi şəxslərə görə sifarişçi olan İddiaçı MMC barəsində maliyyə sanksiyasını tətbiq edilməsi qanunun tələblərinə ziddir. Nəzərə alınmalıdır ki, hətta X48nin həyata keçirilməsi zamanı qeyd olunan halların vergi xidməti tərəfindən aşkar edilməməsi sonrakı mərhələlərdə təqdim edilmiş sənədlər, o cümlədən birinci instansiya məhkəməsində fərdi sahibkar Elnur Süleymanov tərəfindən verilən etirafedici ifadə inzibati orqanın özü tərəfindən İddiaçı MMC barəsində tətbiq etdiyi maliyyə sanksiyasının aradan qaldırılmasını mümkün edirdi. Lakin qeyd olunan hallırın aşkar olmasına baxmayaraq cavabdeh təşkilat 44 əməkdaşın İddiaçı MMC inşa etdirdiyi binada olmasına, İddiaçı MMC ilə həmin şəxslər arasında əmək müqaviləsinin olmamasına istinad edərək əsassız olaraq iddiaçının barəsində maliyyə sanksiyası tətbiq etmişdir.
35. Qeyd olunanlar bir daha ona əsas verir ki, cavabdeh təşkilat İddiaçı MMC barəsində maliyyə sanksiyasının tətbiq edilməsində haqlı olmamışdır.
36. Ona görədə məhkəmə kollegiyası hesab edir ki, iddianı təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
37. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
38. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X48 və Uçotunun Təşkili Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.