Məhkəmə qərarları › İş №2-1(3-6)-1067/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-1067/2026

11.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-1067/2026 11.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə qarşı “torpaq sahəsinə cizgisinin verilməsi” tələbinə dair iş üzrə (Açar sözlər: iddianın mümkünlüyü) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi ilə, İddiaçı İddiaçı, onun nümayəndəsi və vəkili İsmayılov Səlimxan İsa oğlunun iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə qarşı “torpaq sahəsinin cizgisinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları İddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin cizgisinin (plan və ölçü sxeminin) çəkilməsi və təsdiq edilərək iddiaçı İddiaçı verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 1991-ci il tarixli *** nömrəli və ## ######## 1991-ci il traixli *** saylı qərarları ilə Maştağa qəsəbəsində fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpaq fondu ayrıldığı nəzərə alınmaqla Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Maştağa Qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən ## ####### 1991-ci il tarixdə X3 0,12ha (1200 kv.m) ölçüdə torpaq sahəsi ayrılmışdır. İddiaçı X3 fərdi yaşayış evi tikmək üçün ayrılmış torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi İdarəsi tərəfindən imtina cavabı verilmişdir. ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin yerləşmə cizgisinin hazırlanması məqsədi ilə Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbəsi inzibati ərazi dairəsi üzrə nüməyəndəliyinə ərizə ilə müraciət etmişdim. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin Maştağa qəsəbəsi üzrə Nümayəndəliyi Apartaının ##.##.1997-ci il tarixli qərarı ilə ona ayrılmış torpaq sahəsinə plan sxeminin (cizginin) tərtib edilərək verilməsindən imtina etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Bakı İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli (sədrlik edən hakim Ramin Quliyev) qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qərardadından apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-*****/**** saylı qərardadını ləğv edərək işə mahiyyəti üzrə baxılaraq iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1991 -ci il tarixli, *** saylı və ##.##.1991-ci il tarixli, *** saylı qərarlarına əsasən Maştağa qəsəbəsində fərdi yaşayış evlərinin tikintisi üçün həyətyanı torpaq fondu ayrılmışdır. Həmin Qərarlara əsasən fərdi mənzil tikintisinə ehtiyacı olan bir sıra vətəndaşlara Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən təıtib edilmiş Baş Plana uyğun olaraq hər bir ailəyə 1200 kv. metr həyətyanı torpaq sahəsi ayrılması nəzərdə tutulmuşdur. Həyətyanı torpaq sahəsinə ehtiyacı olan vətəndaşlar topraq sahəsi almaq üçün tələb olunan sənədləri Sabunçu rayon Maştağa qəsəbəsi üzrə Nümayəndəliyə təqdim etmişdir. Təqdim olunan sənədlər Sabunçu RİH-nin Maştağa qəsəbəsi üzrə Nümayəndəliyinin komissiyası tərəfindən yoxlanılmışdır. Torpaq sahəsinin ayrılması və konkret ölçülərinin müəyyən edilməsi məqsədilə iddiaçı tərəfindən təqdim olunan sənədlər komissiya tərəfindən yoxlanılmış və ##.##.1997-ci il tarixli, ** saylı qərar qəbul edilmişdir. Həmin Qərara əsasən 2-ci kvartal yaşayış massivi ünvanında yerləşən 120 kv. metr torpaq sahəsi iddiaçıya ayrılmışdır. Lakin, buna baxmayaraq, cavabdeh tərəfindən hələ də həmin torpaq sahəsinin plan və ölçü sxemi tərtib olunmayıb və təqdim edilməyib. Bu səbəbdən, iddiaçının torpaqdan maneəsiz istifadə və digər hüquqlarının təmin edilməsi imkanı məhdudlaşır. Qeyd etmək lazımdır ki, Sabunçu Rayon İcra Hakimiyyətinin Maştağa qəsəbəsi üzrə Nümayəndəliyi tərəfindən ##.##.1997-ci il tarixli və ** saylı qərarla verilmiş akt, əslində rayon icra hakimiyyətinin səlahiyyətlərinin icrası çərçivəsində qəbul edilmişdir. Konkret olaraq, Azərbaycan Respublikası Nazirlər Kabineti torpaq fondu ayırmış, Bakı Şəhər İcra Hakimiyyəti isə həmin torpaq sahələrinin istifadəsini və şəhərsalma tələblərini nəzərə alaraq Baş Plan hazırlamışdır. Maştağa qəsəbəsi üzrə Nümayəndəlik isə bu qərarların yerli səviyyədə icrasını təmin edən operativ mexanizm kimi fəaliyyət göstərmişdir. Beləliklə, Nümayəndəlik yalnız yuxarı orqanların qərarlarının icrasını təmin etmiş, torpaq sahələrinin faktiki bölgüsü, plan və ölçü sxemlərinin tərtibi üzrə icra funksiyasını həyata keçirmişdir. Yəni ##.##.1997-ci il tarixli ** saylı qərarın Maştağa nümayəndəliyi tərəfindən qəbul edilməsi onun müstəqil səlahiyyəti deyil, yerli icra funksiyası vəzifəsi idi. Nəticə etibarilə, ## ####### 1997-ci il tarixli qərar müstəqil torpaq ayırma aktı deyil, yuxarı orqanların qərarlarının yerli səviyyədə həyata keçirilməsi məqsədilə qəbul edilmiş icra xarakterli hüquqi akt kimi qiymətləndirilməlidir. Bu akt yalnız Nazirlər Kabineti və Bakı Şəhər İcra Hakimiyyətinin qərarlarının icrasına xidmət edir və müstəqil torpaq ayırma hüququ yaratmır. Hüquqi sabitlik və legitim gözlənti prinsipi - Hüquqi sabitlik və legitim gözlənti prinsipi dövlətin və ya səlahiyyətli orqanların verdiyi qərarlara güvənərək fəaliyyət göstərmiş vətəndaşların hüquqlarını qorumağa yönəlmişdir. Bu prinsipə əsasən, dövlət yə onun orqanları tərəfindən yaradılmış hüquqi vəziyyətə güvənən şəxsin hüquqları təmin olunmalı və onun legitim gözləntisi pozulmamalıdır. İddiaçı uzun müddət dövlət orqanlarının qəbul etdiyi qərarlara güvənərək torpaq sahəsi ilə bağlı hüquqlarının təmin olunacağına əsaslı hüquqi gözlənti (legitim gözlənti) formalaşdırmışdır. Konkret olaraq, ## ####### 1997-ci il tarixli Maştağa qəsəbəsi üzrə Nümayəndəliyin qərarı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1991-ci il tarixli 123 və *** nömrəli qərarları iddiaçıya aid torpaq sahəsinin ayrıldığını təsdiqləyir. İddiaçı bu hüquqi baza əsasında torpaq sahəsinin istifadəsi, fərdi yaşayış evinin tikintisi və müvafiq planlaşdırma işlərini həyata keçirməyə hazırlaşmış, gündəlik həyatını və yaşayış planlarını bu qərarlara güvənərək qurmuşdur. Hazırda isə cavabdehin torpaq sahəsinin plan və ölçü sxemini tərtib etməməsi və təqdim etməməsi faktiki olaraq iddiaçının hüquqi gözləntisini pozur və onun hüquqi sabitliyini təhlükəyə atır. İddiaçının faktiki vəziyyəti göstərir ki, torpaq sahəsinin plan və ölçü sxeminin tərtib edilməməsi onun hüquqlarını məhdudlaşdırır, bu isə hüquqi sabitliyi pozur. Buna görə də, qanuni tədbirlərin görülməsi və torpaq sahəsinin plan və ölçü sxeminin tərtib olunaraq təqdim edilməsi vacibdir. ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin iddiaçı İddiaçı qızma ayrılması barədə Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin Maştağa qəsəbəsi üzrə Nümayəndəliyi Aparatının ##.##.1997-ci il tarixli Qərarı qüvvədədir, etibarlıdır, qüvvəsinin dayandırılması, ləğv olunması və ya etibarsız hesab edilməsi haqqında hər hansı qərar mövcud deyildir. Bu səbəbdən Qərar icra oluna bilən hüquqi sənəd statusuna malikdir. Məhkəmə isə formal olaraq ona əsaslanmışdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Halbuki, əvvəlki iş üzrə cavabdeh Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti olsa da, hazırkı işdə cavabdeh Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyidir. Çünki Sabunçu Rayon İcra Hakimiyyəti öz imtina məktubunda bildirmişdir ki, sözügedən məsələnin həlli onun səlahiyyətlərinə aid deyildir. Buradan da aydın olur ki, ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin iddiaçıya Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin Maştağa qəsəbəsi üzrə Nümayəndəliyi Aparatının ##.##.1997-ci il tarixli Qərarı ilə verildiyinə görə, həmin torpaq sahəsinin cizgisinin (plan və ölçü sxeminin) çəkilməsi və təsdiq edilərək iddiaçıya təqdim olunması öhdəliyi də Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin Maştağa qəsəbəsi üzrə Nümayəndəliyinin üzərinə qoyulmalıdır. Prosessual məsələlər Apellyasiya məhkəməsində iddiaçı və onun nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)- *****/**** saylı qərardadını ləğv edərək iddianın mümkün sayılması və işin mahiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq İnzibati Prosessual Məcəllə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına şikayət verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Hazırda iddiaçının hüquqi marağı Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən ünvan 1 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin cizgisinin (plan və ölçü sxeminin) çəkilməsi və təsdiq edilərək ona verilməsinə nail olmaqdan ibarətdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. Bunu belə, apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi məqsədəuyğun hesab edir. İş materiallarından görünür ki, Bakı İnzibati Məhkəməsinin ##.##.2022-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə iddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinin cizgisinin verilməsi” tələbinə dair iddası təmin edilməmişdir. Qərarda qeyd edilmişdir ki, “Sadalanan normalardan müəyyən olunur ki, istər torpaq sahəsinin ayrıldığı zaman, istərsə də hazırda qüvvədə olan torpaq qanunvericiliyi torpaqayırma prosesi torpaq sahəsinin şəxsin istifadəsinə verilməsi barədə ilkin torpaqayırma sənədlərinin - qərar, sərəncam və s. hüquqmüəyyənedici sənədlərin qəbul edilməsi, ayrılmış torpaq sahəsinin naturada bölünüb təhvil verilməsini, sərhədlərinin yerində və xəritədə müəyyən edilərək yerləşmə cizgisinin hazırlanması, torpaq sahəsinin sərhədləri yerində yoxlanıldıqdan sonra nazırlanmış yerləşmə cizgisinin təsdiq edilməsi kimi ardıcıl hərəkətləri əhatə edir. Qanunvericilik qeyd edilən torpaqayrıma ilə bağlı hərəkətlərin icrasını isə bilavasitə torpaqayıran quruma həvalə etmişdir. Lakin işdən görünür ki, mübahisəli torpaq sahəsi iddiaçıya cavabdeh tərəfindən ayrılmamış, həmçinin cavabdeh Maştağa qəsəbəsi üzrə nümayəndəliyinə belə bir səlahiyyət verməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, nə qədər ki, Maştağa qəsəbəsi üzrə nümayəndəliyi ##.##.1997-ci il tarixli qərarı ona belə bir səlahiyyət verilmədən qəbul etmişdir, deməli, onun qəbul etdiyi qərar ilə ayrılmış torpaq sahəsinin yerləşmə cizgisinin tərtib edilməsi cavabdehin öhdəliyi ola bilməz.” Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin ##.##.2022-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Göründüyü kimi, iddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinin cizgisinin verilməsi” tələbinə dair iddası təmin edilməmişdir. Digər tərəfdən nəzərə alınmalıdır ki, cizginin verilməsinə dair səlahiyyətli orqan yerli icra hakimiyyətləridir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ## ##### 2015-ci il tarixli, * nömrəli qərarının 15.5-ci bəndində qeyd edilmişdir ki, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Eyni zamanda həmin qərarın 15.6-cı bəndində qeyd edilmişdir ki, qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar Beləliklə, məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 80, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar