Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-1086/2026 18.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Xəzər Rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “torpaq sahəsinə dair cizginin verilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X8 (sədrlik edən və məruzəçi), X3 və X9 ibarət tərkibdə, Türkan Kamran qızı Haqverdiyevanın katibliyi, Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. - Əzizbəyov Rayon X2 İcraiyyə Komitəsinin ##.##.1990-cı il tarixli * nömrəli “Vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında” Qərara əsasən Buzovna qəsəbəsi, Ordubadi küçəsi, * nömrəli evdə yaşayan Buzovna Tərəvəzçilik- Südçülük Sovxozunda fəhlə işləyən, Əzizbəyov rayon XDS İcraiyyə Komitəsinin ** nömrəli ##.##.1989-cu il tarixli qərarı ilə kooperativ mənzil növbəsinə duran X4 Buzovna qəsəbəsində *** nömrəli sahədə fərdi ev tikmək üçün 600 kv.m torpaq sahəsi ayrılması qərara alınmışdır. Ailə tərkibi:4 nəfər, evin ümumi sahəsi 118.3 kv.m, yaşayış sahəsi 66 kv.m təşkil edir.
2. - Bakı şəhər ** saylı Notariat Ofisinin ##.##.2024-cü il tarixli x/o-***/** nömrəli məktubunda göstərilmişdir ki, Bakı şəhəri ** saylı notariat ofisində qanun üzrə Bakı Şəhəri, Xəzər Rayonu, Buzovna Qəsəbəsi, ünvan 1 ünvanında qeydiyyatda olan vərəsəsi İddiaçı (AA5229618 FİN: *******) müraciəti, mirasqoyanla qohumluq əlaqəsini təsdiq edən həmçinin, mirasın açıldığı yer və vaxt barədə təqdim edilmiş sənədlər əsasında ##.##.2012-ci il tarixdə vəfat etmiş X1 mirası üzrə vərəsəlik işi açılmışdır. Mirasqoyanın miras əmlakına Bakı Şəhəri, Xəzər Rayonu, Buzovna Qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evi və 600 kv.m torpaq sahəsindən ibarət daşınmaz əmlak daxildir. Göstərilənlərə əsasən, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 5.1-1-ci və 8-ci, "Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi haqqında Təlimat"ın 7-ci bəndinə və "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin tələblərinə uyğun olaraq vəfat etmiş X1 Əli Oğluna göstərilən əmlaka arayış verilməsi xahiş olunur.
3. Məhkəmə sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyətinin ##.##.2025-ci il tarixli *-**/*-****/**** nömrəli məktubunda göstərilmişdir ki, vətəndaş X4 adına olan Bakı Şəhər Əzizbəyov rayon X2 İcraiyyə Komitəsinin ##.##.1990-cı il tarixli, * nömrəli qərarının təsdiqlənmiş surəti göndərilmişdir.
4. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin * saylı Bakı Ərazi İdarəsinin ##.##.2025-ci il tarixli *-**-*-**/*-*****/**** nömrəli məktubunda göstərilmişdir ki, göstərilən torpaq sahəsi sənəd üzrə 600.0 kv.m olsa da, faktiki olaraq 951.0 kv.m təşkil edir. Vahid elektron kadastr baza məlumatlarına əsasən sözügedən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neftqaz əməliyyatlarının aparılması üçün istifadəsində olan "Kontrakt sahəsi"nin hüdudları daxilində yerləşir (H.Z.Tağıyev adına NQÇI). Torpaq sahəsinin ətrafında coxlu sayda ləğv edilmiş neft quyu məlumatları var. Bundan əlavə sahəyə dair cizgi təqdim edilməmişdir.
5. Həmin məktubla təqdim edilən ortofoto görüntüdən müəyyən olunur ki, İddiaçı tərəfindən iddia olunan torpaq sahəsinin faktiki sahəsi hüquqmüəyyənedici sənəd üzrə 600 kv.m torpaq sahəsindən 351 kv.m artıqdır. İddia olunan torpaq sahəsinin digər şəxslərə məxsus sahə ilə üst-üstə düşmə halı, mühafizə zonasında yerləşməsi faktı müəyyən edilmir. Ortofoto görüntüdən iddia olunan torpaq sahəsinin yaşayış məntəqəsi torpağı olduğu müəyyən olunur.
6. Cavabdeh Bakı Şəhər Xəzər Rayon İcra Hakimiyyətinin iddiaçıya ünvanladığı ##.##.2025-ci il tarixli *-**/*-Ə-**-***/**** nömrəli məktubunda bildirilmişdir ki, nümayəndəlikdən verilən məlumatda bildirilir ki, göstərdiyiniz torpaq sahəsi "X6" MMC-nin ərazisində yerləşdiyindən sözü gedən sahəyə cizgi və xəritədən çıxarışın verilməsi məqsədəuyğun sayılmır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı İddiaçı cavabdeh Xəzər Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, *** nömrəli sahədə yerləşən 600 kv.m torpaq sahəsinin yerquruluşu cizgisinin çəkilməsi və təsdiqlənməsi öhdəliyinin cavabdeh Bakı Şəhər Xəzər Rayon İcra Hakimiyyətinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Əzizbəyov rayon XDS İK-nin (indiki Xəzər RİH) ## ###### 1990-cı il tarixli, * №-li qərarına əsasən iddiaçı İddiaçı ##.##.2012-ci ildə vəfat etmiş əri, X1 adına fərdi yaşayış evinin tikintisi üçün Əzizbəyov rayonu (indiki Xəzər rayonu), Buzovna qəsəbəsi, 129 № li sahədə 600 m² torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsi 1993-cü ildə hasarlanmış, fərdi yaşayış evi inşa edilmiş və 1995-ci ildən bu günə kimi mübahisəsiz olaraq iddiaçı İddiaçı istifadəsindədir. Əzizbəyov rayon XDS İK Buzovna qəsəbə XDS İKnin ##.##.1990-cı il tarixli, 4 № li qərarını, "ƏZİZBƏYOVNEFT" NQÇİ-nin (indiki X6 MMC) ##.##.1989-cu il tarixli, 3187/01-4 № li və Bakı şəhər XDS İKnin ## ##.1989-cu il tarixli, 7-7192/7 № li məktublarını rəhbər tutaraq ## ###### 1990-cı ildə 3 № li qərarı vermişdir. Bakı Şəhər İcra Hakimiyyət Başçısının Aparatının ##.##.2024-cü il tarixli, 3-52/2-2-64- 112/2024 № li arxiv arayışına əsasən Əzəzbəyov rayon XDS İK-nin ## ###### 1990cı il tarixli, 3 № li Qərarının təsdiqlənmiş surəti təqdim olunmuşdur. İddiaçı İddiaçı ##.##.2025-ci ildə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 129 № li sahədə yerləşən 600 m² torpaq sahəsinin cizgi sxeminin çəkilməsi və təsdiq edilərək ona təqdim olunması üçün cavabdeh Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət etmiş, lakin cavabdeh Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti ##.##.2025-ci il tarixli, 5-12/2-2-52-091/2025 № li cavab məktubu ilə sözü gedən sahəyə cizgi sxeminin çəkilməsinin və xəritədən çıxarışın verilməsini məqsədəuyğun saymadığı üçün imtina etmişdir. İmtinaya səbəb kimi isə iddiaçı İddiaçı 1990-cı ildən istifadəsində olan fərdi yaşayış evinin və torpaq sahəsinin "X6" MMC-nin ərazisində yerləşdiyi qeyd edilmişdir. Buzovna qəsəbə inzibati ərazi dairəsində yerləşən "X6" MMCnin "ərazilərində" minlərlə fərdi yaşayış evləri inşa edilib. Torpaq sahələrinin və evlərin bir hissəsi Dövlət Reyestrində qeydiyyatdan keçmişdir. Cavabdeh Bakı şəhəri, Xəzər RİH-nin imtinası əsassızdır. Cavabdehin imtinası iddiaçının hüquqlarının pozulması halı kimi qiymətləndirilir. İddiaçı İddiaçı sözügedən torpaq sahəsinin qanuni sahibi və istifadəçisi olduğu üçün sadalanan normalara əsasən onun torpaq üzərində sahiblik hüququna təminat verilməlidir.
9. Cavabdeh orqanın iddiaya yazılı münasibəti məhkəməyə təqdim edilmiş və onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin icraatında olan iddiaçı İddiaçı cavabdeh Xəzər Rayon İcra Hakimiyyətinə qarşı torpaq sahəsinə cizgi sxeminin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə etiraz olaraq bildiririk ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2015ci il tarixli, * nömrəli Qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə əsasən yoxlamalıdırlar. Belə ki, iddiaçı İddiaçı Xəzər Rayon İcra Hakimiyyətinə ünvanladığı müraciətinə əsasən Buzovna qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən məlumata əsasən torpaq sahəsinin "X6" MMCnin ərazisində yerləşdiyindən sözügedən sahəyə cizgi və xəritədən çıxarışın verilməsinin məqsədə uyğun olmadığı bildirilmişdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 22-ci maddəsinin 1-ci bəndinə əsasən sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır. "Texniki təhlükəsizlik haqqında" Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2000-ci il tarixli, ** nömrəli qərarına əsasən neft hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə törədə biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Sənədlərdən göründüyü kimi, iddiaçı İddiaçı mərhum həyat yoldaşı X1 adına olan ## ###### 1990-cı il tarixli * nömrəli qərar əsasında sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaq sahəsinə cizgi və xəritədən çıxarışın verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin nəzərinə çatdırılır ki, iddiaçı İddiaçı sözü gedən torpaq sahəsinə əvvəllər də öz adına olan digər torpaqayırma sənədi təqdim edərək eyni tələblə Bakı İnzibati Məhkəməsinə və Bakı Apellyasiya Məhkəməsinə müraciət etmiş, lakin iddia tələbi və apellyasiya şikayəti təmin edilməmişdır. Azərbaycan Respublikası Prezidentinin # #### 2012-ci il tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"də Xəzər Rayon İcra Hakimiyyətinin əvvəllər Rayon İcra Hakimiyyəti tərəfindən ayrılmış torpaq sahələrinin yerini və koordinatlarını müəyyənləşdirmək, o cümlədən həmin sahələrə dair cizgilər, xəritədən çıxarışlar vermək öhdəliyi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 65-ci maddəsinin 5-ci bəndində qeyd olunur ki, torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikasının ## #### 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin ##.##.1999-cu il tarixli, *** nömrəli Fərmanına əsasən həmin Məcəllənin 65- ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, torpaq sahələrinə plan (cizginin) verilməsi Xəzər Rayon İcra Hakimiyyətinin səlahiyyətləri xaricindədir. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il # #### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş "Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə"nin 2-ci bəndinin tələblərinə əsasən yerquruluşu işləri Respublikanın ərazisində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən aparılır. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyində bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Bununla əlaqədar olaraq hazırki inzibati iş üzrə Xəzər Rayon İcra Hakimiyyəti cavabdeh inzibati orqan hesab oluna bilməz. Qeyd olunanları nəzərə alaraq, iddiaçı İddiaçı cavabdeh Xəzər Rayon İcra Hakimiyyətinə qarşı torpaq sahəsinə cizgi sxeminin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
10. Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.
11. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, işin hallarından müəyyən olunur ki, Əzizbəyov Rayon X2 İcraiyyə Komitəsinin ##.##.1990-cı il tarixli * nömrəli qərarına əsasən iddiaçının mərhum əri X1 fərdi yaşayış evinin tikintisi məqsədilə Buzovna qəsəbəsində *** nömrəli sahədə fərdi yaşayış evi tikmək üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır. Sözügedən əmr Bakı Şəhər İcra Hakimiyyəti Aparatının arxivinə təhvil verilmiş, lakin həmin əmrlə birgə arxivə torpaq sahəsinin yerləşmə cizgisi təhvil verilməmişdir. X1 ##.##.2012-ci il tarixdə vəfatından sonra arvadı İddiaçı mərhumun vərəsəsi kimi tanınmışdır. Hazırda iddia olunan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, *** saylı sahədə yerləşən torpaq sahəsi iddiaçının faktiki sahibliyində və istifadəsindədir. Başqa sözlə, iddiaçı faktiki olaraq torpaqayırma barədə hüquqmüəyyənedici sənədə malik olsa da torpaq sahəsinin yerində yerləşməsini təsdiq edən sənədi mövcud deyildir. İddiaçı məhz həmin sənədin tərtib edilərək verilməsini cavabdehdən tələb edir.
12. İş üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsindən alınmış rəyə əsasən iddiaçının naturada göstərdiyi torpaq sahəsinin yerləşmə koordinatları müəyyən edilmiş, həmçinin vahid elektron kadastr baza məlumatlarına əsasən sahənin qeydiyyatdan keçməsi və ya hər hansı üst-üstə düşməsi halı ilə bağlı məlumat aşkar edilməmişdir.
13. Torpaq sahəsinin ortofotogörüntüsündən sahənin yaşayış məntəqəsi olduğu adi gözlə müşahidə olunmuşdur.
14. Eyni zamanda torpaq sahəsinin ətrafında çoxlu sayda ləğv edilmiş neft quyusu məlumatının mövcud olması iddiaçıya ayrılmış torpaq sahəsinə dair onun yerləşmə sxeminin verilməsi üçün maneə deyildir.
15. Əvvəla ona görə ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in * saylı Bakı Ərazi İdarəsinin mübahisəli ünvanda yerləşən torpaq sahəsi hasarlanmış və ortofoto görüntüdə də göstərilən sahənin«yaşayış məntəqəsi olduğu görünür. Belə olan halda, qanunvericiliyin qeyd olunan tələblərinə münasibətdə mübahisəli torpaq sahəsi ayrılarkən yerli icra hakimiyyəti olaraq cavabdeh (hüquq sələfi) torpaq qanunvericiliyinin həmin vaxt qüavvədə olan tələblərinə uyğun hərəkət etmişdir.
16. İkincisi, iddiaçının tələb etdiyi sənəd yerli icra hakimiyyəti orqanının qərarı ilə ayrılmış torpaq sahəsinin yerini əks etdirən plan-cizgi olaraq hüquqmüəyyənedici hesab edilməyən, texniki bir sənəddir. Odur ki, bu hal qüvvədə olan inzibati aktın tərkibinə aid yerləşmə cizgisi kimi texniki sənədin verilməsini istisna etmir.
17. Məhkəmə torpaq sahəsinin faktiki ölçüsünün hüquqmüəyyənedici sənəd üzrə olan 600 kv.m ölçüdən 315 kv.m artıq olmaqla 915 kv.m təşkil etdiyinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən iddia tələbində məhz Əzizbəyov Rayon X2 İcraiyyə Komitəsinin ##.##.1990-cı il tarixli * nömrəli qərarı əsasında ayrılan 600 kv.m torpaq sahəsinin yerləşmə cizgisinin tərtib edilməsi tələb olunduğundan hazırki halda əlavə sahənin mövcud olması iddia tələbinin təmin olunmasına mane olan əsas kimi qiymətləndirilə bilməz.
18. Beləliklə, nə qədər ki, iddiaçıya torpaq sahəsi ayrılması barədə Əzizbəyov Rayon X2 İcraiyyə Komitəsinin ##.##.1990-cı il tarixli * nömrəli qərarı hazırda da qüvvədədir, iddiaçının naturada faktiki istifadəsində olan torpaq sahəsi var və bu torpaq sahəsi hər hansı şəxsin qeydiyyatı ilə üst-üstə düşmür, bu halda sənəd üzrə ayrılmış 600 kv.m ölçüdə torpaq sahəsinin yerləşmə cizgisi inzibati ərazi üzrə yerli icra hakimiyyəti orqanı tərəfindən verilməlidir
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
19. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
20. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla əlavə onunla əsaslandırılmışdır ki, iddia ərizəsindən göründüyü kimi, iddiaçının Xəzər Rayon İcra Hakimiyyətinə daxil olmuş müraciətinə cavab olaraq torpaq sahəsi "X6” MMC-nin ərazisinə düşdüyündən cizgi və xəritədən çıxarışın verilməsi məqsədəuyğun sayılmamışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Resyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinin məhkəməyə ünvanladığı mütəxəssis rəyində qeyd edilmişdir ki, sahədə elektrik xətti keçir, vahid elektron kadastr baza məlumatlarına əsasən sahə Dövlət Neft Şirkətinin neft-qaz əməliyyatları aparılması üçün istifadəsində olan "Kontrakt sahəsinin” hüdudları daxilində yerləşir (H.Z.Tağıyev adına NQÇİ), sahədən 25.0 m, 57.0 m məsafədə ləğv olunmuş quyu məlumatlar var. Həmçinin, torpaq sahəsi sənaye, nəqliyyat, rabitə və digər təyinatlı olduğundan Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin 3-cü şəxs qismində məhkəmə icraatına cəlb olunmasını məhkəmədən xahiş edirlər. Bundan əlavə, hər hansı formatda xəritəçəkmə, planaalma və ya mərz nöqtələrinin yerə keçirilməsi fəaliyyəti rayon icra hakimiyyətlərinin səlahiyyətində deyil. Torpaq sahələrinin sənədləşdirilməsi zamanı texniki kadastr sənədi kimi plan-sxem, cizgi-plan, cizgisxem və sair terminlər tətbiq olunmur. Bu cür hallarda tələb olunan texniki kadastr sənədi ‘Torpaq sahəsinin yerquruluşu planı” adlanır. Qanunvericiliklə müəyyən edilmiş qaydada yerquruluşu işləri Azərbaycan Respublikası vahid kadastr fondu məlumatlarından istifadə edilərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilir. ’’Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”nin 2-ci bəndinin tələbinə uyğun olaraq yerquruluşu işləri Respublikanın ərazisində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən aparılır. "Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 4-cü abzasının tələbinə uyğun olaraq dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul edilməsi üçün əsasdır. Həmin qanunun 10-cu maddəsinin tələbinə uyğun olaraq torpaq kadastr sənədlərinin dəqiqliyini təmin etmək üçün Azərbaycan Respublikasının bütün inzibati-ərazi vahidləri üzrə torpaq sahələrinin yerdə (naturada) tədqiqi aparılır və kadastr sənədləri ilə müqayisə olunaraq sənədlərdə düzəlişlər edilir. Başqa sözlə çöl planaalma işlərinin nəticələləri kadastr fondu məlumatları ilə müqayisəli ekspertiza edildikdən sonra müvafiq sənədlər hazırlanır. Həmin qanunun 12-ci maddəsinin 2-ci abzasına uyğun olaraq Dövlət torpaq kadastr fondu müvafiq icra hakimiyyəti orqanı-Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin sərəncamında olur.
ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
d) Prosses iştirakçılarının izahatları
22. Məhkəmə kollegiyasının iclasında tərəflər (nümayəndəsi) iştirak etməmişlər.İddiaçı ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir.Məhkəmə İPMin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: (torpaq sahəsi iddiaçının istifadəsinə verilərkən qüvvədə olan (## ###### 2001-ci il tarixli **-IIQD saylı Qanuna əsasən qüvvədən düşmüşdür)) -14-cü maddəsinə əsasən müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir. Torpaq daimi istifadəyə rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən kolxozlara, sovxozlara, kooperativlərə, sənaye, nəqliyyat və başqa müəssisələrə, idarələrə, təşkilatlara, assosiasiyalara, səhmdar cəmiyyətlərinə, elmi tədqiqat idarələrinə, hərbi və dini təşkilatlara, respublika və xarici hüquqi şəxslərin iştirakı ilə birgə müəssisələrə, beynəlxalq birliklərə və təşkilatlara onlara həvalə edilmiş vəzifələri həyata keçirmək üçün verilir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər. -22-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək; 4) onların ərazisində və istifadəsində olan torpaqlarda əsas məhsul istehsalını nizama salmaq; 5) yaşayış məntəqəsinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yertəsərrüfat quruluşu planlarının hazırlanması və həyata keçirilməsini təşkil etmək; 6) torpağa görə haqq (vergi) almaq güzəştlər müəyyən etmək və rayon, şəhər üzrə torpaq vergisinin ümumi məbləğini dəyişdirmədən eyni keyfiyyət dərəcəli torpaqların yerləşməsindən asılı olaraq verginin məbləğini artırmaq və ya azaltmaq; 7) dövlət ehtiyacları və ictimai ehtiyaclar üçün torpaq sahəsini bu Məcəllənin 27-ci maddəsinə uyğun olaraq geri almaq, o cümlədən torpağı mülkiyyətçidən satın və ya məcburi satın almaq; 8) torpaqların mühafizəsinə və yaxşılaşdırılmasına dair proqramlar hazırlamaq və təsdiq etmək; 9) torpaqdan istifadə edən müəssisələrin və təsərrüfatların işinin ekoloji ekspertizasının keçirilməsini təşkil etmək və ekoloji ekspertizanın müsbət rəy vermədiyi obyektlərin tikintisini dayandırmaq və ya onların rekonstruksiyası haqqında qərar qəbul etmək; 10) torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirmək; 11) torpağın mühafizəsi haqqında qanunvericiliyin pozulduğu halda təqsiri olan hüquqi və fiziki şəxsləri inzibati məsuliyyətə cəlb etmək; 12) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını qorumaq; 13) torpaq mübahisələrini həll etmək. Yerli icra hakimiyyəti orqanları torpaqların mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə verilməsinə və geri alınmasına dair rayon, şəhər xalq deputatları Sovetləri qarşısında vəsatət qaldırır. -23-cü maddəsinə əsasən vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpağayırma qaydasında həyata keçirilir. Torpaq sahəsinin məqsədli təyinatı torpaqayırma aktında göstərilir. -29-cu maddəsinə əsasən müvafiq rayon, şəhər X2 tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. -57-ci maddəsinə görə yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən vətəndaşların mülkiyyətinə mövcud şərait və torpaq imkanları nəzərə alınmaqla verilir.
24. Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında Azərbaycan Respublikası Prezidentinin ## ####### 1991-ci il № *** fərmanına əsasən "Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə" təsdiq edilmişdir (## #### 1999-cu il tarixli, *** nömrəli Fərmana əsasən qüvvədən düşmüşdür). Əsasnamənin 13-cü maddəsinin (İcra hakimiyyəti başçısının əsas səlahiyyətləri) “q)” bəndinə əsasən (torpaqdan istifadə, təbiəti mühafizə və təbii ehtiyatlardan istifadə sahəsində icra hakimiyyətinin başçısının səlahiyyətləri torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll edir.
25. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il # #### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamənin” 4.16.6-cı maddəsinə əsasən torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid edilmişdir.
26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1 məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan diger materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
27. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
28. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
30. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, işin hallarından müəyyən olunur ki, Əzizbəyov Rayon X2 İcraiyyə Komitəsinin ##.##.1990-cı il tarixli * nömrəli qərarına əsasən iddiaçının mərhum əri X1 fərdi yaşayış evinin tikintisi məqsədilə Buzovna qəsəbəsində *** nömrəli sahədə fərdi yaşayış evi tikmək üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır. Sözügedən əmr Bakı Şəhər İcra Hakimiyyəti Aparatının arxivinə təhvil verilmiş, lakin həmin əmrlə birgə arxivə torpaq sahəsinin yerləşmə cizgisi təhvil verilməmişdir. X1 ##.##.2012-ci il tarixdə vəfatından sonra arvadı İddiaçı mərhumun vərəsəsi kimi tanınmışdır. Hazırda iddia olunan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, *** saylı sahədə yerləşən torpaq sahəsi iddiaçının faktiki sahibliyində və istifadəsindədir.
31. Başqa sözlə, iddiaçı faktiki olaraq torpaqayırma barədə hüquqmüəyyənedici sənədə malik olsa da torpaq sahəsinin yerində yerləşməsini təsdiq edən sənədi mövcud deyildir. İddiaçı məhz həmin sənədin tərtib edilərək verilməsini cavabdehdən tələb edir.
32. Sadalanan normalardan müəyyən olunur ki, istər torpaq sahəsinin ayrıldığı zaman, istərsə də hazırda qüvvədə olan torpaq qanunvericiliyi torpaqayırma prosesi torpaq sahəsinin şəxsin istifadəsinə verilməsi barədə ilkin torpaqayırma sənədlərinin - qərar, əmr, sərəncam və s. hüquqmüəyyənedici sənədlərin qəbul edilməsi, ayrılmış torpaq sahasinin naturada bölünüb təhvil verilməsini, sərhədlərinin yerində və xəritədə müəyyən edilərək yerləşmə cizgisinin hazırlanması, torpaq sahəsinin sərhədləri yerində yoxlanıldıqdan sonra hazırlanmış yerləşmə cizgisinin təsdiq edilməsi kimi ardıcıl hərəkətləri əhatə edir. Qanunvericilik qeyd edilən torpaqayrıma ilə bağlı hərəkətlərin icrasını bilavasitə torpaqayıran quruma həvalə etmişdir. Qeyd edilən torpaqayrıma prosesi başa çatdıqdan sonra ayrılmış torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyetsrində qeydiyyata alınmaqla torpaq sahəsinin plan-ölçüsünün tərtib edilməsi hüquqların dövlət reyestrində qeydiyyatını həyata keçirən orqanın səlahiyyətlərinə aid edilmişdir.
33. İş üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsindən alınmış rəyə əsasən iddiaçının naturada göstərdiyi torpaq sahəsinin yerləşmə koordinatları müəyyən edilmiş, həmçinin vahid elektron kadastr baza məlumatlarına əsasən sahənin qeydiyyatdan keçməsi və ya hər hansı üst-üstə düşməsi halı ilə bağlı məlumat aşkar edilməmişdir.
34. Birinci instansiya məhkəməsində icraat zamanı torpaq sahəsinin ortofotogörüntüsündən sahənin yaşayış məntəqəsi olduğu adi gözlə müşahidə olunmuşdur.
35. Eyni zamanda torpaq sahəsinin ətrafında çoxlu sayda ləğv edilmiş neft quyusu məlumatının mövcud olması iddiaçıya ayrılmış torpaq sahəsinə dair onun yerləşmə sxeminin verilməsi üçün maneə deyildir.
36. Əvvəla ona görə ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in * saylı Bakı Ərazi İdarəsinin mübahisəli ünvanda yerləşən torpaq sahəsi hasarlanmış və ortofoto görüntüdə də göstərilən sahənin«yaşayış məntəqəsi olduğu görünür. Belə olan halda, qanunvericiliyin qeyd olunan tələblərinə münasibətdə mübahisəli torpaq sahəsi ayrılarkən yerli icra hakimiyyəti olaraq cavabdeh (hüquq sələfi) torpaq qanunvericiliyinin həmin vaxt qüavvədə olan tələblərinə uyğun hərəkət etmişdir.
37. İkincisi, iddiaçının tələb etdiyi sənəd yerli icra hakimiyyəti orqanının qərarı ilə ayrılmış torpaq sahəsinin yerini əks etdirən plan-cizgi olaraq hüquqmüəyyənedici hesab edilməyən, texniki bir sənəddir. Odur ki, bu hal qüvvədə olan inzibati aktın tərkibinə aid yerləşmə cizgisi kimi texniki sənədin verilməsini istisna etmir.
38. Məhkəmə torpaq sahəsinin faktiki ölçüsünün hüquqmüəyyənedici sənəd üzrə olan 600 kv.m ölçüdən 315 kv.m artıq olmaqla 915 kv.m təşkil etdiyinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən iddia tələbində məhz Əzizbəyov Rayon X2 İcraiyyə Komitəsinin ##.##.1990-cı il tarixli * nömrəli qərarı əsasında ayrılan 600 kv.m torpaq sahəsinin yerləşmə cizgisinin tərtib edilməsi tələb olunduğundan hazırki halda əlavə sahənin mövcud olması iddia tələbinin təmin olunmasına mane olan əsas kimi qiymətləndirilə bilməz.
39. Beləliklə, nə qədər ki, iddiaçıya torpaq sahəsi ayrılması barədə Əzizbəyov Rayon X2 İcraiyyə Komitəsinin ##.##.1990-cı il tarixli * nömrəli qərarı hazırda da qüvvədədir, iddiaçının naturada faktiki istifadəsində olan torpaq sahəsi var və bu torpaq sahəsi hər hansı şəxsin qeydiyyatı ilə üst-üstə düşmür, bu halda sənəd üzrə ayrılmış 600 kv.m ölçüdə torpaq sahəsinin yerləşmə cizgisi inzibati ərazi üzrə yerli icra hakimiyyəti orqanı tərəfindən verilməlidir.
40. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla əlavə onunla əsaslandırılmışdır ki, iddia ərizəsindən göründüyü kimi, iddiaçının Xəzər Rayon İcra Hakimiyyətinə daxil olmuş müraciətinə cavab olaraq torpaq sahəsi "X6” MMC-nin ərazisinə düşdüyündən cizgi və xəritədən çıxarışın verilməsi məqsədəuyğun sayılmamışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Resyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinin məhkəməyə ünvanladığı mütəxəssis rəyində qeyd edilmişdir ki, sahədə elektrik xətti keçir, vahid elektron kadastr baza məlumatlarına əsasən sahə Dövlət Neft Şirkətinin neft-qaz əməliyyatları aparılması üçün istifadəsində olan "Kontrakt sahəsinin” hüdudları daxilində yerləşir (H.Z.Tağıyev adına NQÇİ), sahədən 25.0 m, 57.0 m məsafədə ləğv olunmuş quyu məlumatlar var. Həmçinin, torpaq sahəsi sənaye, nəqliyyat, rabitə və digər təyinatlı olduğundan Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin 3-cü şəxs qismində məhkəmə icraatına cəlb olunmasını məhkəmədən xahiş edirlər. Bundan əlavə, hər hansı formatda xəritəçəkmə, planaalma və ya mərz nöqtələrinin yerə keçirilməsi fəaliyyəti rayon icra hakimiyyətlərinin səlahiyyətində deyil. Torpaq sahələrinin sənədləşdirilməsi zamanı texniki kadastr sənədi kimi plan-sxem, cizgi-plan, cizgisxem və sair terminlər tətbiq olunmur. Bu cür hallarda tələb olunan texniki kadastr sənədi ‘Torpaq sahəsinin yerquruluşu planı” adlanır. Qanunvericiliklə müəyyən edilmiş qaydada yerquruluşu işləri Azərbaycan Respublikası vahid kadastr fondu məlumatlarından istifadə edilərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilir. ’’Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”nin 2-ci bəndinin tələbinə uyğun olaraq yerquruluşu işləri Respublikanın ərazisində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən aparılır. "Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 4-cü abzasının tələbinə uyğun olaraq dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul edilməsi üçün əsasdır. Həmin qanunun 10-cu maddəsinin tələbinə uyğun olaraq torpaq kadastr sənədlərinin dəqiqliyini təmin etmək üçün Azərbaycan Respublikasının bütün inzibati-ərazi vahidləri üzrə torpaq sahələrinin yerdə (naturada) tədqiqi aparılır və kadastr sənədləri ilə müqayisə olunaraq sənədlərdə düzəlişlər edilir. Başqa sözlə çöl planaalma işlərinin nəticələləri kadastr fondu məlumatları ilə müqayisəli ekspertiza edildikdən sonra müvafiq sənədlər hazırlanır. Həmin qanunun 12-ci maddəsinin 2-ci abzasına uyğun olaraq Dövlət torpaq kadastr fondu müvafiq icra hakimiyyəti orqanı- Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin sərəncamında olur.
41. Bu dəlillərlə bağlı məhkəmə Kollegiyasının mövqeyi belədir ki, Qanunvericilik qeyd edilən torpaqayrıma ilə bağlı hərəkətlərin icrasını bilavasitə torpaqayıran quruma həvalə etmişdir. Qeyd edilən torpaqayrıma prosesi başa çatdıqdan sonra ayrılmış torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyetsrində qeydiyyata alınmaqla torpaq sahəsinin plan-ölçüsünün tərtib edilməsi hüquqların dövlət reyestrində qeydiyyatını həyata keçirən orqanın səlahiyyətlərinə aid edilmişdir.
42. Birinci instansiya məhkəməsində icraat zamanı torpaq sahəsinin ortofotogörüntüsündən sahənin yaşayış məntəqəsi olduğu adi gözlə müşahidə olunmuşdur və torpaq sahəsinin ətrafında çoxlu sayda ləğv edilmiş neft quyusu məlumatının mövcud olması iddiaçıya ayrılmış torpaq sahəsinə dair onun yerləşmə sxeminin verilməsi üçün maneə deyildir.
43. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
44. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.