Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-1087/2026 10.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Giriş hissə: Hakimlər Aytən Pənah qızı Oruczadənin sədrliyi və məruzəsi ilə, X8 və X12 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, Iddiaçı X2 cavabdeh Cavabdeh qarşı “icazə sənədində ad, soyad və ata adının dəyişdirilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Iddiaçı X2 cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək adının(yeni ad) Həmid, soyadının Sultani, ata adının Nik Mohammad dəyişdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Hamid Sultani ## ### 1979-cu ildə Əfqanıstan Islam Respublikasında anadan olmuşdur. Doğulduğu ölkədə vətəndaş təhlükəsizliyinin təmin olunmasına, insan və vətəndaş hüquq və azadlıqların müdafiəsinə yönələn tədbirlər səmərə vermədiyindən ##.##.2000-ci ildən doğulduğu Əfqanıstan Islam Respublikasını tərk edib, müstəqil və təhlükəsizliyin təmin olduğu Azərbaycan Respublikasına gəlmişdir. Yaşadığı müddət ərzində hər hansı bir hərəkət və hərəkətsizliyə, hüquqpozmalara yol verməmişdir. Onun şəxsiyyətini təsdiq edən sənədin əslində adı "X1" səhvən düzgün qeyd edilməmişdir. Məhkəməyə təqdim etdiyi doğum haqqında şəhadətnamədə adı "Hamid", soyadı "Sultani", ata adı isə "Nik Mohammad" əxz edilib və doğrudur, mötəbər mənbədir, onun əsil adı sayılır. Adının şəxsiyyətini təsdiq edən sənəddə düzgün qeyd olunmaması onu mənəvi cəhətdən incidir. Ailə üzvlərindən olan qızının da şəxsiyyətini təsdiq edən sənəddə "ata" qrafasında "Həmid", soyadının "Sultani" yerinə "Fazal Aqa" getməsi qızına da əzab verir. Belə hallar və cəmiyyətdə təmasda olduğu insanlarla münasibətlərə arzuolunmaz ovqat bəxş etdiyindən adının, soyadının və ata adının "Həmid, Sultani və "Nik Mohammad" olaraq dəyişdirilməsini zəruri edir. Cavabdeh Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, Əfqanıstan Islam Respublikası vətəndaşı X2 müraciəti əsasında ona ## ### 2025-ci il tarixdən ## ### 2030-cu il tarixədək olan Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə verilmişdir. Miqrasiya Məcəlləsinin 53-cü maddəsində əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq icazəsinin verilməsi (müddətinin uzadılması) üçün tələb olunan sənədlərin siyahısı qeyd edilmişdir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən müvafiq yaşama icazəsinin verilməsi pasport və ya digər sərhədkeçmə sənədinin surəti əsasında həyata keçirilir. Həmçinin, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilən Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqələrində əks olunan şəxsi məlumatlar, beynəlxalq standartlar nəzərə alınmaqla, onların pasportlarının (və ya digər sərhədkeçmə sənədi) üz tərəfinin altı boyunca maşınla oxuna bilən iki zolaqlı optik nəzarət oxusu hissəsində olduğu kimi qeyd edilir. Bu baxımdan, şəxsə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün verilmiş icazə vəsiqəsində ad və soyadın PO******* nömrəli pasporta qeyd edilən kimi əks olunması zəruridir. Əcnəbinin pasport məlumatlarında müvfiq dəyişikliklərin edilməsi Dövlət Miqrasiya Xidmətinin qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlərinə aid olmadığını nəzərə alaraq, iddianin mümkün hesab edilməməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarı ilə (hakim A.Əhədova) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin iş üzrə ##.##.2026cı il tarixli qərarı inzibati orqanın - cavabdehin iddia tələbinə olan diskresion səlahiyyətləri daxilində sərgilədiyi münasibət əsasında qəbul etdiyi üçün insan və vətəndaş hüquq və azadlıqlarının prinsiplərinə zidd sayılmalıdır. Şəxsiyyətlə bağlı təqdim etdiyi yeni sənədlər üzrə inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən edilmiş hüdudlar daxilində (ona verilən səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Belə səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Şəxsiyyəti ilə bağlı sənədlər səhin mənbələrə söykəndiyindən və özündə saxtakarlığa dair hər hansı bir sübut və dəlil ehtiva etmədiyindən mötəbər sayıldığına baxmayaraq, inzibati orqanın nümayəndəsi müraciətinin təmin etməməsini ## ### 2025-ci il tarixdən ## ### 2030-cu il tarixinədək Azərbaycan Respublikasının ərazisində yaşamaq müddətinin uzadılması üçün keçmiş illərdə təqdim olunan sənədlərlə əlaqələndirir. Lakin belə vəziyyət onun və ailə üzvlərinin Azərbaycan Respublikasının ərazisində yaşayarkən hüquq münasibətlərinin həyata keçirilməsində bir sıra ziddiyyətlər və çətinliklər yaradır. Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi iddia tələbini qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlərə aid olmadığını nəzərə almasını məhkəmədən xahiş etmiş, iddianın mümkün hesab edilməməsi barədə qərardad qəbul etməsini bildirmiş, lakin hansı normativ hüquqi akta zidd olduğu bildirilməmişdir. Dövlət Miqrasiya Xidmətinə və məhkəməyə şəxsiyyətini təsdiq edən sənədləri yeni redaksiyada təqdim etməyi həqiqətə uyğundur, mötəbər hesab olunur. Əfqanıstan Respublikasının dövlət orqanının verdiyi sənəd kimi Azərbaycan Respublikası Ədliyyə nazirliyinin dövlət Notariat tərəfindən təsdiq edildiyindən inzibati icraat haqqında Azərbaycan Respublikasının ## ###### 2005-ci il qanunun 19-cu maddəsinə uyğun mötəbərdir. Qeyd edir ki, insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi Konstitusiyanın 12ci maddəsində təsbit edildiyindən onun məhkəməyə təqdim etdiyi adı: Hamid, soyadı Sultani, ata adı isə Nik Məhəmməd kimi təsdiqi ölkədə yaşamağına hər hansı bir zərər vermir. Tərəflərin iştirakı: Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, tərəflər məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (IPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (IPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Iddia ümumi və xüsusi mümkünlük şərtlərinə cavab verir. Belə ki, hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. Inzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Inzibati iş materiallarından görünür ki, iddiaçının hüquqi marağı cavabdeh inzibati orqan tərəfindən ona Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün DYI seriyalı ******* nömrəli ##.##.2025-ci il tarixli icazə vəsiqəsində ad və soyadının dəyişdirilməsinə yönəlmişdir. Həmin icazə vəsiqəsi iddiaçıya münasibətdə onun barəsində qəbul edilmiş, onun üçün hüquqi nəticə doğuran, yəni ölkə ərazisində daimi yaşamasına imkan verən inzibati akt sayılır. Həmin aktda hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmamışdır. Iddiaçı cavabdeh inzibati orqana ##.##.2025-ci il tarixdə müraciət etmiş, cavabdeh Dövlət Miqrasiya Xidməti tərəfindən isə ##.##.2025-ci il tarixdə iddiaçının müraciətinə cavab verilmişdir. Hazırkı iş üzrə cavabdeh tərəfindən belə bir aktın, həmçinin hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti barədə məlumatın iddiaçıya təqdim edilməsi aydın görünmür. Bununla belə iddiaçının hazırkı iddia ərizəsi ##.##.2025-ci il tarixdə məhkəmə dəftərxanasına daxil olmuşdur. Həmçinin məhkəmə kollegiyası diqqətə çatdırır ki, “Inzibati Icraat haqqında” Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Göründüyü kimi, iddiaçı tərəfindən hazırkı iddia tələbinin irəli sürülməsinə dair müddət ötürülməmişdir. Iddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassız olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir: Miqrasiya Məcəlləsinin: - 3.0.1-ci maddəsinə əsasən əcnəbi – Azərbaycan Respublikasının vətəndaşı olmayan və başqa dövlətin vətəndaşlığına mənsub olan şəxs; - 3.0.4-cü maddəsinə əsasən pasport – şəxsə vətəndaşı olduğu ölkə tərəfindən verilən, ona ölkədən getmək və ölkəyə gəlmək hüququ verən, habelə onun şəxsiyyətini və vətəndaşlığını təsdiq edən sənəd; - 52.1-ci maddəsinə əsasən bu Məcəllənin 45.1.1-45.1.7-ci maddələrində nəzərdə tutulmuş əsaslarla müvafiq icazə əsasında son 2 il ərzində fasiləsiz olaraq Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə (bu Məcəllənin 45.1.8-45.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə almış əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin ailə üzvü olduğuna görə müvəqqəti yaşamaq üçün icazə almış şəxslər və bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) aşağıdakı hallarda Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə verilir. - 52.2-ci maddəsinə əsasən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. - 52.3-cü maddəsinə əsasən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə verildikdə, həmin şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi təqdim edilir. - 52.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə və etibarlılıq müddətində Azərbaycan Respublikasından getmək və viza almadan Azərbaycan Respublikasına qayıtmaq hüququ verən, habelə həmin şəxslərin ölkə ərazisində şəxsiyyətini və yaşayış yeri üzrə qeydiyyata alındığını təsdiq edən sənəddir. - 53.1. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq icazəsinin alınması (müddətinin uzadılması) üçün aşağıdakı sənədləri təqdim etməlidirlər: 53.1.1. nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş ərizəanket; 53.1.2. pasportun və ya digər sərhədkeçmə sənədinin surəti; 53.1.3. doğum haqqında şəhadətnamə və ya ona bərabər tutulan digər sənədin notariat qaydasında təsdiq olunmuş surəti (pasportu olmayan 18 yaşına çatmamış şəxslər üçün); 53.1.6. müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən təhlükəli yoluxucu xəstəliklərin siyahısında nəzərdə tutulmuş xəstəlik virusu daşıyıcısı olmaması haqqında arayış; 53.1.7. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin və onlarla gələn ailə üzvlərinin minimal tələbatını ödəyə bilən vəsaiti olması barədə sənəd (yaxın qohumu olan Azərbaycan Respublikasının vətəndaşı və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə almış şəxs ölkədə qaldıqları vaxtda onların təminatını öz üzərinə götürdüyü, habelə yüksəkixtisaslı miqrantın icazə üçün müraciət etdiyi hallar istisna olmaqla); 53.1.9. Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsinin surəti; 53.1.10. bu Məcəllənin 52.1-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birini təsdiq edən sənədin notariat qaydasında və ya ona bərabər tutulan qaydada təsdiq olunmuş surət 53.1.10-1. bu Məcəllənin 52.1.1-ci və 52.1.8-ci maddələrində göstərilən əsaslarla əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə daimi yaşamaq üçün icazənin verilməsi ilə bağlı həmin maddələrdə nəzərdə tutulmuş ailə üzvünün və ya yaxın qohumun notariat qaydasında təsdiq edilmiş razılıq ərizəsi 53.1.11. 3,5x4,5 sm ölçüdə iki ədəd fotoşəkil; 53.1.12. 14-18 yaşında olan uşaqların notariat qaydasında təsdiq edilmiş razılığı; 53.1.13. qeydiyyata alınacağı yaşayış sahəsinin sənədi (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə (kirayə) müqaviləsi və ya Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər sənəd); 53.1.14. əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə yaşayış sahəsi verən şəxsin ərizəsi (əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin mülkiyyətində yaşayış sahəsinin olduğu hallar istisna olmaqla); 53.1.15. əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə yaşayış sahəsi verən şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti (əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin mülkiyyətində yaşayış sahəsinin olduğu hallar istisna olmaqla); 53.1.16. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Hazırkı inzibati işin faktiki hallarından görünür ki, iddiaçı ##.##.1979-cu il təvəllüdlü X2 Əfqanıstan Islam Respublikası vətəndaşıdır. Iddiaçı Azərbaycan Respublikası vətəndaşı X10 ilə ##.##.2014-cü il tarixdə nikahda olmaqla ona sonuncu dəfə ##.##.2025-ci il tarixdən ##.##.2030-cu il tarixədək 5 il müddətinə Azərbaycan Respublikası ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi verilmişdir. Iddiaçı Əfqanıstan Islam Respublikası səlahiyyətli qurumu tərəfindən verilmiş doğum haqqında şəhadətnamə məlumatlarına istinad edərək adının Həmid, soyadının Sultani, ata adının Nik Mohammad olduğunu əsas gətirərək cavabdeh inzibati orqanın onun barəsində verdiyi daimi yaşamaq üçün verilmiş icazə sənədində adının X2 adından X4raq dəyişdirilməsini xahiş edir. Bununla bağlı iddiaçı ##.##.2025-ci il tarixdə Cavabdeh müraciət etmiş, cavabdeh müraciətinə cavab olaraq iddiaçının Azərbaycan Respublikası ərazisində daimi yaşamaq üçün verilmiş icazə vəsiqəsində adının iddiaçıya məxsus PO******* nömrəli pasporta uyğun qeyd edildiyi əsas gətirilərək müraciətin təminindən imtina edilmişdir. Hazırkı inzibati işdə iddiaçının hüquqi marağı və istəyi X2 adının icazə vəsiqəsində X4raq dəyişdirilməsindən ibarətdir. Kollegiya cavabdeh inzibati orqanın imtinasını və müvafiq olaraq iddia tələbinin rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. Məhkəmə kollegiyası iş materiallarında olan sənədlərə nəzər yetirir: Cavabdeh Cavabdeh *-**/*-R-****-**-*-**-****/**** nömrəli ##.##.2025-ci il tarixli məktubunda bildirilmişdir ki, Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilən Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqələrində əks olunan şəxsi məlumatlar, beynəlxalq standartlar nəzərə alınmaqla, onların pasportlarının (və ya digər sərhədkeçmə sənədi) üz tərəfinin altı boyunca maşınla oxuna bilən iki zolaqlı optik nəzarət oxusu hissəsində olduğu kimi qeyd edilir. Bu baxımdan, Sizə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün verilmiş icazə vəsiqəsində adınız PO******* nömrəli pasporta uyğun qeyd edilmişdir. Dövlət Miqrasiya Xidməti tərəfindən Bakı Inzibati Məhkəməsinin sorğusuna cavab olaraq məhkəməyə təqdim edilən sənədlərdən görünür ki: - ******* nömrəli “Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazənin verilməsi ilə bağlı müraciətə dair” Bildirişə əsasən X2 müraciətinin nəticəsinin ##.##.2025-ci il tarixdə məlum olacağı, daimi yaşama icazəsi veriləcəyi təqdirdə bunun üçün tələb olunan dövlət rüsumunu ödəməklə icazə vəsiqəsinin götürülməsinin zəruriliyi və ##.##.2025-ci il tarixədək dövlət rüsumu ödənilmədikdə həmin icazənin ləğv ediləcəyi barədə məlumatlandırılmışdır. - DYI seriyalı ******* nömrəli Azərbaycan Respublikası ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinə əsasən ##.##.1979-cu il təvəllüdlü X2 Əfqanıstan Islam Respublikası vətəndaşıdır. Yaşayış yeri: Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Vəkilov küçəsi, 2d qeyd edilmişdir. Icazənin verilmə tarixi ##.##.2025-ci il. Etibarlıdır ##.##.2030. - AFG ******* nömrəli ##.##.2021-##.##.2026-cı il tarixədək etibarlı olan pasporta əsasən X3 ##.##.1979-cu il təvəllüdlü olmaqla, milliyyətcə əfqandır. - ID№******** nömrəli Əfqanıstan Islam Respublikası Daxili Işlər Nazirliyi Statistika və Qeydiyyat Idarəsi Ümumi Siyahıyaalma Baş Idarəsi tərəfindən verilmiş sənədə əsasən Hamid “Sultani” X7 Mohammad ##.##.1358-##.##.1979-cu il tarixdə doğulmuşdur. Doğum tarixi ##.##.1358 uyğundur, ##.##.1979. Dini islam, milliyyəti Əfqan, cinsiyyəti kişi, ailə statusu evlidir. - ##.##.2025-ci il tarixli X9 Aqali vəsatəti əsasında Əfqanıstan vətəndaşı ##.##.1979-cu il təvəllüdlü X2 Qulamrzanın Azərbaycan Respublikası ərazisində müvəqqəti (daimi) yaşamaq icazəsi alınmasına (uzadılmasına) etiraz etmədiyini bildirmişdir. - AZ-İ seriyalı ****** nömrəli Nikah haqqında Şəhadətnaməyə əsasən ##.##.1979cu il təvəllüdlü Rzai Fəzlağa və ##.##.1990-cı il təvəllüdlü X10 arasında ##.##.2014-cü il tarixdə nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında ##.##.2014-cü il tarixdə 12 nömrəsi ilə qeyd edilmişdir. - ******* nömrəli ##.##.2025-ci il tarixli “Azərbaycan Respublikası ərazisində daimi yaşamaq üçün icazənin verilməsi haqqında” Qərara əsasən Əfqanıstan Islam Respublikası vətəndaşı X2 daimi yaşamaq üçün icazənin verilməsi barədə ##.##.2025-ci il tarixli ******/m nömrəli müraciət təmin edilməsi, Əfqanıstan Islam Respublikası vətəndaşı X2 5 il müddətinə Azərbaycan Respublikası ərazisində daimi yaşamaq üçün icazə verilməsi, Əfqanıstan Islam Respublikası vətəndaşı X2 Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə verilməsi barədə etibarlılıq müddəti ##.##.2025-ci il tarixdən ##.##.2030-cu il tarixədək olan Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi təqdim edilməsi qərara alınmışdır. Yuxarıda istinad olunan qanunvericilik normalarından göründüyü kimi pasport əcnəbinin vətəndaşı olduğu ölkənin səlahiyyətli qurumu tərəfindən verilməklə bilavasitə onun şəxsiyyətini və vətəndaşlığını təsdiq edən sənəd qismində çıxış edir. Əcnəbiyə xarici ölkə ərazisində daimi və ya müvəqqəti icazə sənədi məhz onun dövlət sərhədini keçərkən istifadə etdiyi və aid olduğu ölkə tərəfindən verilmiş şəxsiyyətini təsdiq edən pasport əsasında verilir. Iş materialları ilə müəyyən edilir ki, iddiaçı X2 ## ### 2025-ci il tarixdən ## ### 2030cu il tarixədək olan Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə verilmiş və həmin icazənin verilməsi üçün iddiaçı inzibati orqana şəxsiyyətini təsdiq edən sənəd qismində AFG ******* nömrəli ##.##.2021-##.##.2026-cı il tarixədək etibarlı olan pasportunu təqdim etmiş və həmin pasportda iddiaçının adı X3 kimi qeyd edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyini haqlı sayaraq diqqətə çatdırır ki, belə olduğu təqdirdə daimi yaşamaq üçün verilmiş icazə sənədində iddiaçı barəsində təqdim edilmiş etibarlı pasport məlumatı əsasında ad və soyadın qeyd edilməsi əsaslı olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətində qeyd olunan dəlilləri əsassız sayaraq qeyd edir ki, iddiaçının təqdim etdiyi doğum haqqında məlumat sənədi onun əcnəbi olaraq şəxsiyyətini müəyyən edən sənəd deyildir və bu sənədə əsasən onun pasport məlumatlarının dəyişdirilməsi səlahiyyəti də pasportu təqdim edən iddiaçının aid olduğu ölkənin müvafiq qurumlarının səlahiyyətindədir. Başqa sözlə, pasport məlumatları əcnəbinin vətəndaşı olduğu ölkənin səlahiyyətli qurumları tərəfindən dəyişdirilmədiyi və iddiaçı qeyd etdiyi ad və soyadda yeni pasport təqdim etmədiyi halda Dövlət Miqrasiya Xidmətinin iddiaçı barəsində vermiş olduğu icazə sənədində əcnəbinin ad, soyad və ata adında dəyişiklikdən imtinası əsaslı olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən miqrasiya və inzibati icraat haqqında qanunvericiliyin tələblərinin pozulması öz təsdiqini tapmadığından mübahisələndirilən imtina əsaslıdır və qanunsuz sayıla bilməz. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. IPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. IPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. IPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. IPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(3-6)-1087/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-1087/2026
10.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver