Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-109/2026 17.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər Qasımov Vidadi Kamal oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Əlizadə Bahar Famil qızının katibliyi ilə iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "Müharibə veteranı adının və statusunun verilməsi" barədə iddiasına dair iş üzrə Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli ##.##.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. BIRINCI INSTANSIYA MƏHKƏMƏSINDƏ APARILAN ICRAAT: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, ona "Müharibə veteranı adının və müvafiq vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə olunması" barədə qərar qəbul olunmasını xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində müəllim vəzifəsində xidmət edərkən 44 günlük Vətən Müharibəsində iştirak etmək üçün N №-li hərbi hissəyə ezamiyyətə göndərilmişdir. N №-li hərbi hissədə onun fəaliyyətinin ##.##.2020-ci ildən ##.##.2020-ci ilədək olan müddət ərzində N №-li hərbi hissənin şəxsi heyətini döyüşə hazırlamaqdan ibarət olmuşdur. Lakin ona indiyədək Müharibə veteranı adı və vəsiqəsi verilməmişdir. O, ##.##.2025-ci ildə etibarnamə üzrə nümayəndəsi vasitəsilə cavabdehə ərizə ilə müraciət edərək ona Müharibə veteranı adının və vəsiqəsinin verilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, lakin müraciətinə ##.##.2025-ci il tarixli məktubla imtina cavabı verilmişdir. Imtinanı isə əsassız və qanunsuz hesab edir. Imtinada göstərilir ki, İddiaçı "Müharibə veteranı" adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin Aparatı nəzdində "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"nın ##.##.2023-cü il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Barəsində təqdim olunmuş sənədlərdə iştirak etdiyiniz ərazi (Şəmkir rayonu) Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarında qeyd olunan ərazi meyarlarına uyğun olmadığına görə vətəndaş Seymur Abdullayevə "Müharibə veteranı" adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. Əlavə olaraq bildiririk ki, "Vətəndaşların müraciətləri haqqında" Qanunun 14.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati yə (və ya) məhkəmə qaydasında 30 (otuz) gün müddətinə şikayət vermək hüququna malikdir. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli ##.##.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçı İddiaçı "Müharibə veteranı" statusu və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçı Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində müəllim vəzifəsində xidmət edərkən 44 günlük Vətən Müharibəsində iştirak etmək üçün N №-li hərbi hissəyə ezamiyyətə göndərilmişdir. N №-li hərbi hissədə iddiaçının fəaliyyəti ##.##.2020-ci ildən ##.##.2020-ci ilədək olan müddət ərzində N №-li hərbi hissənin şəxsi heyətini döyüşə hazırlamaqdan ibarət olmuşdur. Azərbaycan Respublikası Müdafiə nazirinin # #### 2021-ci il tarixli müvafiq əmrinə əsasən N hərbi hissə döyüş əməliyyatlarında iştirak etmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin # #### 2021-ci il tarixli müvafiq əmrinə əsasən, N nömrəli hərbi hissənin qərargahı, zenit-raket artilleriya divizionu və qərargah təchizat bölüyü (44 nəfərlik heyətlə) döyüş əməliyyatlarında iştirak etmişdir. Göründüyü kimi, iddiaçının döyüş əməliyyatlarında döyüş təminatının həyata keçirilməsi iş materialları ilə öz təsdiqini tapmışdır. Hərbi doktrina nöqteyi-nəzərincə, sülh və ya müharibə dövründə silahlı qüvvələrin arxa təminatı - silahlı qüvvələrin silahla, hərbi sursatla, yanacaqla, sair maddi-texniki vasitələrlə təmin edilməsi üzrə kompleks tədbirlər sistemini ehtiva edir. Arxa hissə təminatı silahlı qüvvələrin döyüş qabiliyyətinin lazımi səviyyədə saxlanılması üçün onların ehtiyaclarının ödənilməsi, döyüş əməliyyatları zonasında hərbi hissələr tərəfindən hərbi vəzifələrin uğurla həyata keçirilməsinin təmin edilməsi məqsədlərinə xidmət edir və döyüş əməliyyatları təminatının tərkib hissəsi sayılır. Bu baxımdan döyüş təminatı ilə bağlı tapşırıqların yalnız və sadəcə olaraq əməliyyat təminatı kimi təfsir olunması məqbul sayıla bilməz. Döyüş əməliyyatlarının uğurlu olması üçün əməliyyat təminatı ilə yanaşı həm də digər təminat növlərinin, o cümlədən arxa hissə təminatının lazımi şəkildə və qaydada həyata keçirilməsi tələb olunur. Məhkəmə hesab edir ki, iddiaçı İddiaçı N nömrəli hərbi hissəyə ezam olunduğu dövrdə döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmişdir. Belə olan təqdirdə iddiaçının faktiki vəziyyəti "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin on birinci yarımbəndindəki dispozisiya şərtinə (2020-ci il ########ın ##-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş şəxslər) uyğun gəlir. Məhkəmə tərəfindən iddiaçının məhkumluğu, barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi, amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi barədə məlumat olmadığı müəyyən edilmişdir (bu hal cavabdeh tərəfindən mübahisələndirilməmişdir). Azərbaycan Ordusunun "Vətən müharibəsi" zamanı döyüş fəaliyyətlərində iştirak edən hərbi hissə və bölmələrin müəyyənləşdirilməsi haqqında Azərbaycan Respublikası Müdafiə nazirinin # #### 2021-ci il tarixli müvafiq əmrinə əsasən N nömrəli hərbi hissənin qərargahı, zenit-raket artilleriya divizionu və qərargah təchizat bölüyü (44 nəfərlik heyətlə) döyüş əməliyyatlarında iştirak etmişdir. N nömrəli hərbi hissə komandirinin ##.##.2020-ci il tarixli *** nömrəli əmrdə qeyd edilmişdir ki, xidməti zərurətlə əlaqədar olaraq ayrı-ayrı hərbi hissələrdən, N nomrəli hərbi hissəyə ezam olunmuş, aşağıda adları çəkilən hərbi qulluqçular, ##.##.2020-ci il tarixdən gəlmiş hesab edilməsi əmr edilmişdir. Həmin əmrin Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Təlim və X7-R X3, R X1, R İddiaçı adları qeyd edilmişdir. Məhkəmə nəzərə alır ki, X4 döyüş əməliyyatları zamanı R rütbəsində N nömrəli hərbi hissədə xidmət etmişdir və ona Müdafiə Nazirliyi tərəfindən "Müharibə veteranı vəsiqəsi" hazırlanaraq təqdim edilmişdir. Iddiaçıya münasibətdə isə cavabdeh orqanın mövqeyi iddiaçı Şəmkir rayonuna ezam olunaraq şəxsi heyətin döyüşə hazırlanmasında iştirak etməsi, lakin həmin tapşırıqları Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə yerinə yetirməməsindən ona "Müharibə veteranı" adı və vəsiqənin verilməsinin mümkün olmamasından ibarətdir. Məhkəmə qeyd edir ki, birinci Qarabağ müharibəsindən fərqli olaraq ikinci Qarabağ müharibəsinin iştirakçılarına Müharibə veteranı adı və vəsiqəsi müvafiq siyahı Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Yəni bu proses Müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı vahid inzibati icraatın tərkib hissəsidir. Bununla belə, yekun olaraq (müvafiq razılaşdırmadan sonra) müvafiq ad və vəsiqə məhz Müdafiə Nazirliyi tərəfindən verildiyindən məhkəmə hesab edir ki, iddia tələbi məhz Müharibə veteranı adı və vəsiqəsinin verilməsi kimi təmin edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, iddiaçıya Müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmalıdır. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, iş materiallarında olan iddiaçının adına tərtib olunmuş Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi tərəfindən təqdim olunmuş arayış məlumatdan görünür ki, iddiaçı İddiaçı Vətən müharibəsi zamanı silah və atış kafedrasının hava hücumundan müdafiə silsiləsinin baş müəllimi vəzifəsində hərbi xidmət keçərkən Şəmkir rayonunda yerləşən N nömrəli hərbi hissəyə ezam olunaraq xidməti vəzifələrini icra etmiş və o, döyüş əməliyyatlarına cəlb edilməmişdir. Iş materiallarında olan iddiaçının adına tərtib olunmuş arayış məlumatdan da görünür ki, iddiaçı döyüş əməliyyatları zamanı ##.##.2020-ci ildən ##.##.2020-ci ilədək ezam olunduğu N nömrəli hərbi hissənin tərkibində Şəmkir rayonunda döyüşən şəxsi heyətin döyüşə hazırlanmasında iştirak edərək xidməti vəzifələrini yerinə yetirmişdir. Iddiaçının xidmət keçdiyi Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi tərəfindən iddiaçının adına tərtib edilmiş arayış-məlumatdan görünür ki, iddiaçı döyüş əməliyyatları zamanı ##.##.2020-ci ildən ##.##.2020-ci ilədək işğaldan azad olunmamış Şəmkir rayonuna ezam olunaraq xidməti vəzifələrini icra etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamənin 10 və 11-ci abzaslarına istinad edərək aşağıda qeyd edilən qaydaları: - 10-cu abzas- Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda ## ######## 2020-ci il tarixdən ## ###### 2020-ci il tarixədək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd, Xocalı və Tərtər rayonunun Talış, Suqovuşan, Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının ## ######## 2020-ci il tarixədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkili və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş, hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə- hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrdən çıxarışları və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; "11 -ci abzas- ## ######## 2020-ci il tarixdən ## ###### 2020-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əkskəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu əsasnamənin birinci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə- hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrdən çıxarışları və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında Müharibə veteranı adı və vəsiqəsi verilir. - 2-ci bəndə əsasən bu Əsasnamənin 1 -ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Qeyd olunan hüquq normalarının qarşılıqlı təhlilindən müəyyən edilir ki, Şəmkir rayonu istiqaməti üzrə yerləşmiş hərbi hissənin maddi-texniki təminat bölüyünün tərkibində döyüş əməliyyatlarında iştirak etmiş iki kateqoriyadan olan şəxslərə "Müharibə veteranı" adı və vəsiqəsi verilir: 2020-ci il ########ın ##-dən noyabrın 10-dək həmin bölmələrin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş; Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd edilən ərazilərdə döyüş əməliyyatlarının bütün növ təminatları üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə. Yəni, döyüş əməliyyatlarının döyüş təminatından başqa digər bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə o şərtlə "Müharibə veteranı" adı və vəsiqəsi verilir ki, həmin şəxslər qeyd olunan tapşırıqları Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə yerinə yetirmiş olsunlar. Işin yuxarıda qeyd edilən faktiki hallarından görünür ki, iddiaçı işğaldan azad olunmuş ərazi olmayan vəzifəsini icra etdiyi ərazi Şəmkir rayonu olmuşdur. Göründüyü kimi Şəmkir rayonu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərə daxil deyildir və iddiaçı hazırkı tələbində haqlı olmamışdır. Beləliklə inzibati iş materialına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı Şəmkir rayonuna ezam olunaraq şəxsi heyətin döyüşə hazırlanmasında iştirak etmiş, lakin həmin tapşırıqları Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə verinə yetirməmişdir. Həmçinin, iş materiallarında olan sənədlərdə iddiaçının Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə döyüş əməliyyatlarında bilavasitə iştirak etməsi və ya döyüş təminatı üzrə tapşırıqları verinə yetirməsi barədə məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il ## ######## tarixli *** nömrəli qərarına dəyişiklik edilməsinə dair ## ###### 2021-ci il tarixli *** nömrəli qərarına əsasən şəxslərə- hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən nizami hissə üzrə əmrlər və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işləri, ezamiyyət vərəqələri, əmrlərdən çıxarış və hərbi döyüşlərdə iştirakını sübut edən başqa sənədlər əsasında "Müharibə veteranı" adı və vəsiqəsi verilir. Əsasnaməyə əlavə edilmiş *** nömrəli qərarına əsasən ##.##.2020-ci ildən ##.##.2020-ci ilədək aparılmış döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə o şərtlə "Müharibə veteranı" adının və vəsiqəsi verilir ki, həmin şəxslərin hərbi döyüşlərdə iştirakını sübut edən yuxarıda qeyd olunan sənədlər mövcud olsun. Hazırki inzibati iş üzrə təqdim edilmiş sənədlərdən sabit olur ki, iddiaçının ona Müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur. Bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir (IPM-14.3), cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır (IPM- 73.1), imtina mövcud praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (IPM-13.2 və 17). TƏRƏFLƏRIN IZAHATLARI: Işə baxılmanın vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasının tərəflərin iştirakı olmadan keçirilməsini mümkün hesab etdi. IŞIN HALLARI: Işin faktiki halları ondan ibarətdir ki, iddiaçı Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində müəllim vəzifəsində xidmət edərkən 44 günlük Vətən Müharibəsində iştirak etmək üçün N №-li hərbi hissəyə ezamiyyətə göndərilmiş, N №-li hərbi hissədə onun fəaliyyətinin ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək olan müddət ərzində N №-li hərbi hissənin şəxsi heyətini döyüşə hazırlamaqdan ibarət olmuş və buna görə iddiaçı Müharibə veteranı adı və vəsiqəsinin verilməsini tələb edir. Işdə olan Müdafiə Nazirliyi Şəxsi Heyət Baş Idarəsi ##.##.2025-ci il tarixli **/*-****/**** nömrəli məktubunda qeyd edilmişdir ki, Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *- *(***)-*****/**** nömrəli sorğusunda adı göstərilən X6 (3GAYTS8) "Müharibə veteranı" adının və vəsiqəsinin verilməsinə dair müvafiq siyahı Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilmişdir. Təqdim olunan sənədlərə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən vətəndaşlara "Müharibə veteranı" adı verilmiş və tərəfimizdən "Müharibə veteranı vəsiqəsi" hazırlanaraq təqdim edilmişdir. Məlumat üçün bildirirəm ki, "Müharibə veteranı" adının verilməsinə əsas olmuş sənədlər bizim ünvana geri qaytarılmır, Azərbaycan Respublikasının Nazirlər Kabinetində saxlanılır. Işdə olan məhkəmənin sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin ##.##.2025-ci il tarixli *-**-*/*-****/** nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Ordusunun "Vətən müharibəsi" zamanı döyüş fəaliyyətlərində iştirak edən hərbi hissə və bölmələrin müəyyənləşdirilməsi haqqında Azərbaycan Respublikası Müdafiə nazirinin # #### 2021-ci il tarixli müvafiq əmrinə əsasən 286 döyüş əməliyyatlarında iştirak etmişdir. Işdə olan məhkəmənin sorğusuna cavab olaraq Müdafiə Nazirliyi Şəxsi Heyət Baş Idarəsi ##.##.2025-ci il tarixli */*-****/** nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Ordusunun "Vətən müharibəsi" zamanı döyüş fəaliyyətlərində iştirak edən hərbi hissə və bölmələrin müəyyənləşdirilməsi haqqında Azərbaycan Respublikası Müdafiə nazirinin # #### 2021-ci il tarixli müvafiq əmrinə əsasən N nömrəli hərbi hissənin qərargahı, zenitraket artilleriya divizionu və qərargah təchizat bölüyü (44 nəfərlik heyətlə) döyüş əməliyyatlarında iştirak etmişdir. Iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Müdafiə Nazirliyi Şəxsi Heyət Baş Idarəsinin ##.##.2025-ci il tarixli ***-**/*-Q-***/**-**/**** nömrəli məktubunda qeyd edilmişdir ki, vətəndaş İddiaçı "Müharibə veteranı" adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"nın ##.##.2023-cü il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Barənizdə təqdim olunmuş sənədlərdə iştirak etdiyiniz ərazi (Şəmkir rayonu) Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarında nəzərdə tutulmuş ərazi meyarlarına uyğun gəlmədiyinə görə vətəndaş İddiaçı "Müharibə veteranı" adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. Əlavə olaraq bildiririk ki, "Vətəndaşların müraciətləri haqqında" Qanunun 14.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında 30 (otuz) gün müddətinə şikayət vermək hüququna malikdir. Məhkəmənin sorğusuna cavab olaraq Müdafiə Nazirliyi Şəxsi Heyət Baş Idarəsi tərəfindən təqdim edilmiş N nömrəli hərbi hissə komandirinin ##.##.2020-ci il tarixli *** nömrəli əmrdə qeyd edilmişdir ki, xidməti zərurətlə əlaqədar olaraq ayrı-ayrı hərbi hissələrdən, N nomrəli hərbi hissəyə ezam olunmuş, aşağıda adları çəkilən hərbi qulluqçular, ##.##.2020-ci il tarixdən gəlmiş hesab edilməsi əmr edilmişdir. Həmin əmrin Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Təlim və X7-R X3, R X1, R İddiaçı adları qeyd edilmişdir. TƏTBIQ EDILƏN HÜQUQ: "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş vəzifələri, hərbi xidmətin şəraiti və xarakteri hərbi qulluqçuların statusunu müəyyən edir. Hərbi qulluqçuların statusu Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının başqa qanunvericilik aktlarında müəyyən edilən hüquqlardan, vəzifələrdən, bunların həyata keçirilməsi üçün təminatlardan və məsuliyyətdən ibarətdir. Həmin Qanunun 2-ci maddəsinin 1-ci bəndinə əsasən, bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə, toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Azərbaycan Respublikasının "Veteranlar haqqında" Qanununun 3-cü maddəsinin 1-ci hissəsinin ikinci abzasına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin qanunun 7-ci maddəsinin 1-ci hissəsinə əsasən, Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il ## ######## tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə"nin: 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən, Müharibə veteranı adı - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il ######ın #-dən 1994-cü il ###ın ##-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım Ismayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il ## ### tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında" ## ######## 1995-ci il tarixli, *** nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2021-ci il tarixli 420 Qərarı təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin 10 və 11-ci bəndlərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il ## ######## tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında "Müharibə veteranı" adı verilir. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) Müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin halhazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və Informasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin on birinci yarımbəndinə əsasən, 2020ci il ########ın ##-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 14.3-cü maddəsinə görə, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI: Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası aşağıdakı hallara görə bu qənaətə gəldi ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilib, iddia rədd olunmalıdır. Inzibati işdən müəyyən olunur ki, iddiaçı Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində müəllim vəzifəsində xidmət edərkən 44 günlük Vətən Müharibəsində iştirak etmək üçün N №-li hərbi hissəyə ezamiyyətə göndərilmiş, N №-li hərbi hissədə onun fəaliyyətinin ##.##.2020-ci ildən ##.##.2020-ci ilədək olan müddət ərzində N №-li hərbi hissənin şəxsi heyətini döyüşə hazırlamaqdan ibarət olmuş və buna görə iddiaçı Müharibə veteranı adı və vəsiqəsinin verilməsini tələb edir. Cavabdehin etirazının əsası və apellyasiya şikayətinin dəlilləri isə ondan ibarətdir ki, iş materiallarında olan iddiaçının adına tərtib olunmuş Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi tərəfindən təqdim olunmuş arayış məlumatdan görünür ki, iddiaçı İddiaçı Vətən müharibəsi zamanı silah və atış kafedrasının hava hücumundan müdafiə silsiləsinin baş müəllimi vəzifəsində hərbi xidmət keçərkən Şəmkir rayonunda yerləşən N nömrəli hərbi hissəyə ezam olunaraq xidməti vəzifələrini icra etmiş və o, döyüş əməliyyatlarına cəlb edilməmişdir. Iş materiallarında olan iddiaçının adına tərtib olunmuş arayış məlumatdan da görünür ki, iddiaçı döyüş əməliyyatları zamanı ##.##.2020-ci ildən ##.##.2020-ci ilədək ezam olunduğu N nömrəli hərbi hissənin tərkibində Şəmkir rayonunda döyüşən şəxsi heyətin döyüşə hazırlanmasında iştirak edərək xidməti vəzifələrini yerinə yetirmişdir. Iddiaçının xidmət keçdiyi Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi tərəfindən tərəfindən iddiaçının adına tərtib edilmiş arayış-məlumatdan görünür ki, iddiaçı döyüş əməliyyatları zamanı ##.##.2020-ci ildən ##.##.2020-ci ilədək işğaldan azad olunmamış Şəmkir rayonuna ezam olunaraq xidməti vəzifələrini icra etmişdir. Beləliklə, iş materiallarında iddiaçının döyüş əməliyyatlarında iştirak etməsi barədə sübutlar mövcud deyildir. Məhkəmə kollegiyası onu da qeyd etmək istəyir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən döyüşlərdə iştirakının hüquqi əsası iş materialları ilə müəyyən edilmir. Şəmkir rayonu istiqaməti üzrə yerləşmiş hərbi hissənin maddi-texniki təminat bölüyünün tərkibində döyüş əməliyyatlarında iştirak etmiş iki kateqoriyadan olan şəxslərə "Müharibə veteranı" adı və vəsiqəsi verilir: 2020-ci il ########ın ##-dən noyabrın 10-dək həmin bölmələrin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş; Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd edilən ərazilərdə döyüş əməliyyatlarının bütün növ təminatları üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə. Yəni döyüş əməliyyatlarının döyüş təminatından başqa, digər bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə o şərtlə "Müharibə veteranı" adı və vəsiqəsi verilir ki, həmin şəxslər qeyd olunan tapşırıqları Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə yerinə yetirmiş olsunlar. Işin yuxarıda qeyd edilən faktiki hallarından görünür ki, iddiaçı işğaldan azad olunmuş ərazi olmayan vəzifəsini icra etdiyi ərazi Şəmkir rayonu olmuşdur. Göründüyü kimi, Şəmkir rayonu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərə daxil deyildir və iddiaçı hazırkı tələbində haqlı olmamışdır. Beləliklə, inzibati iş materialına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı Şəmkir rayonuna ezam olunaraq şəxsi heyətin döyüşə hazırlanmasında iştirak etmiş, lakin həmin tapşırıqları Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə verinə yetirməmişdir. Həmçinin, iş materiallarında olan sənədlərdə iddiaçının Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə döyüş əməliyyatlarında bilavasitə iştirak etməsi və ya döyüş təminatı üzrə tapşırıqları verinə yetirməsi barədə məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il ## ######## tarixli *** nömrəli qərarına dəyişiklik edilməsinə dair ## ###### 2021-ci il tarixli *** nömrəli qərarına əsasən şəxslərə- hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən nizami hissə üzrə əmrlər və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işləri, ezamiyyət vərəqələri, əmrlərdən çıxarış və hərbi döyüşlərdə iştirakını sübut edən başqa sənədlər əsasında "Müharibə veteranı" adı və vəsiqəsi verilir. Əsasnaməyə əlavə edilmiş *** nömrəli qərarına əsasən ##.##.2020-ci ildən ##.##.2020-ci ilədək aparılmış döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə o şərtlə "Müharibə veteranı" adının və vəsiqəsi verilir ki, həmin şəxslərin hərbi döyüşlərdə iştirakını sübut edən yuxarıda qeyd olunan sənədlər mövcud olsun. Hazırki inzibati iş üzrə təqdim edilmiş sənədlərdən aydın olur ki, iddiaçının ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur. Həmçinin, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin olunması zamanı əsas kimi götürülmüş iddiaçı İddiaçı N nömrəli hərbi hissəyə ezam olunduğu dövrdə döyüş təminatı üzrə tapşırıqları yerinə yetirməsi və N №-li hərbi hissənin şəxsi heyətini döyüşə hazırlaması "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin on birinci yarımbəndindəki dispozisiya şərtinə (2020-ci il ########ın ##-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş şəxslər) uyğun gəlmir. Məhkəmə kollegiyası hesab edir ki, qanunverciliyin tələblərinə əsasən də iddiaçının xidməti vəzifəsi ilə əlaqədar olaraq Şəmkir rayonu ərazisində ezam olduğu dövrdə döyüş təminatı üzrə tapşırıqları yerinə yetirməsi onun Müharibə veteranı adı və vəsiqəsinin alması üçün hüquqi əsas sayılmır. Işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranı adı qanunvericiliyə əsasən səlahiyyətli dövlət qurumları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma, travma, kontuziya alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilməli olduğundan, lakin iddiaçının özünümüdafiə batalyonunun tərkibində döyüş əməliyyatlarında iştirak etməsi mötəbər sübutlarla təsdiq edilmədiyindən, iddia sübüta yetirilmiş sayıla bilməz. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, iddiaçının ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi barədə arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir bununla bağlı cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "X11 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının ##.##.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" ##.##.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Ona görə də məhkəmə kollegiyası bu qərara gəldi ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan, şikayət təmin edilməli, Bakı Inzibati Məhkəməsinin qərarı ləğv edilməli, iddia rədd edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli ##.##.2025-ci il tarixli qərarı ləğv edilsin və iş üzrə yeni qərar qəbul edilsin. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "Müharibə veteranı adının və statusunun verilməsi" barədə iddiası təmin edilməsin. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-6)-109/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-109/2026
17.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver