Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-1090/2026 25.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI GIRIŞ HISSƏ: Hakimlər Aytən Pənah qızı Oruczadənin sədrliyi və məruzəsi ilə, X3 və X2 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh qarşı “mənzilin xidməti mənzillər siyahısından çıxarılması və s.” tələbinə dair inzibati iş üzrə Bakı Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(*-*)-***/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVIRI HISSƏ: Iddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi, ev 15, mənzil ** saylı mənzilin xidməti mənzillər siyahısından çıxarılaraq daimi yaşayış üçün sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ##.##.1979-cu il tarixində Laçın rayonu, Pircahan kəndində anadan olmuşdur. 1996-cı ildən 2013-cü ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət etmişdir. Xidmət müddətində Müdafiə Nazirliyinin tərkibində olan N saylı hərbi hissələrdə R rütbəsində zabit kimi müxtəlif vəzifələrdə xidmət etmişdir. Hal-hazırda ehtiyatda olan zabitdir, rütbəsi Rdur, Prezident təqaüdçüsü, 2-ci dərəcə müddətsiz Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlildir. 2004- cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001) yubley medalı ilə, 2008ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illik yubley medalı ilə, 2011-ci ildə 3-cü dərəcəli qüsursuz xidmətlərə görə medalı ilə təltif olunmuşdur. Iddiaçı qeyd edir ki, xidmətinin son 8 ilini düşmənlə təmas xəttində olan Qazax rayonu Daşsalahlı, Kəmərli, Aslanbəyli, Qaymaqlı, Abbasbəyli, Fərəhli, Məzəm, Quşçuayrım, Cəfərli, Qızılhacılı kəndlərinin ərazilərində keçirmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan 44 günlük X1, Tərtər və Murov dağ istiqamətlərində bir çox hərbi hissələrdə şəxsi heyətə maddi və mənəvi dayaq olmaqla ehtiyatda olan zabit kimi əsgərlərin yanında olmuşdur. Qeyd edilir ki, iddiaçı 1993-cü ilin iyun ayından hazırda yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, ** saylı evin ** saylı mənzilində 31 ildir ailə üzvlərilə birlikdə yaşayır və həmin mənzilə dair bütün kommunal xərcləri də bu günə kimi ödəyir. Artıq 31 ildən artıqdır ki, fasiləsiz olaraq cavabdeh təşkilat tərəfindən bu günədək heç bir etiraz və maneə olmadan yaşadığı mənzilə sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirir. Yaşadığı mənzilə dair kirayə müqaviləsi bağlanması üçün məhkəməyə müraciət etmişdir. * saylı Bakı Inzibati- Iqdisadi Məhkəməsinin ## ###### 2018-ci il tarixli, *-*(**)-****/**** nömrəli qərarı ilə ilə iddia tələbi təmin edilmiş və iddiaçıya Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, ** saylı evin ** saylı mənzilinə dair kirayə müqaviləsi verilmişdir. Halhazırda iddiaçı uzun müddətdir yuxarıda qeyd etdiyi mənzildə yaşamasını nəzərə alıb, Bakı Apellyasiya Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadına əsasən həmin mənzilin xüsusi təyinatlı mənzil fondundan çıxarılması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etmiş, lakin Cavabdeh və Müdafiə Nazirliyi müraciətinə imtina cavabı vermişdir. Əlavə olaraq Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi, ev 15, mənzil ** saylı mənzilin xidməti mənzillər siyahısından çıxarılaraq və daimi yaşayış üçün verilməsi barədə Sərəncam verilməsinə müraciət etsə də, müraciətinə ##.##.2025-ci il tarixdə aidiyyəti olmayan biganə cavab verilmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Cavabdeh tərəfindən iddiaya qarşı yazılı münasibət (etiraz) məhkəməyə təqdim edilmişdir. Etirazda bildirilmişdir ki, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi ** saylı evin ** saylı mənzili Azərbaycan Respublikası Müdafiə Nazirliyinin balansında olan yaşayış sahəsidir və * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin *-*(**)- ****/**** saylı, ##.##.2018-ci il tarixli qərarı ilə iddiaçının adına sözügedən yaşayış sahəsinə kirayə müqaviləsinin bağlanılması Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilmişdir. Qeyd olunanları nəzərə alaraq RIH-ə qarşı iddianı əsassız hesab etməklə tələbin təmin edilməməsinə dair qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Bakı Inzibati Məhkəməsinin Bakı Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli *- *(*-*)-***/**** nömrəli qərardadı ilə (hakim T.Məlikov) iddia tələbinin mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilməsi və iddia tələbinin mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o 1993-cü ilin iyun ayından hazırda yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, ** saylı evin ** saylı mənzilində 31 ildir ailə üzvlərilə birlikdə yaşayır və həmin mənzilə dair bütün kommunal xərcləri də bu günə kimi ödəyir. Artıq 31 ildən artıqdır ki, fasiləsiz olaraq cavabdeh maraqlı təşkilat tərəfindən bu günədək heç bir etiraz və maneə olmadan yaşadığı mənzilə sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirir. Yaşadığı mənzilə dair kirayə müqaviləsi bağlanması üçün məhkəməyə müraciət edib. * saylı Bakı Inzibati-Iqdisadi Məhkəməsinin ## ###### 2018-ci il tarixli 2- 1 (**)-****/**** nömrəli Qərarı ilə ilə iddia tələbi təmin edildi və ona Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, ** saylı evin ** saylı mənzilinə dair kirayə müqaviləsi verildi. Halhazırda müraciəti ondan ibrətdir ki, uzun müddətdir yuxarıda qeyd etdiyi mənzildə yaşamağını nəzərə alıb, Baki Apellyasiya Məhkəməsinin *-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qərardadına əsasən həmin mənzilin xüsusi təyinatlı mənzil fondundan çıxarılması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etmiş, lakin Cavabdeh və Müdafiə Nazirliyi müraciətinə imtina etmişdir. Cavabdeh Bakı şəhər, Suraxanı rayon, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi, ev 15, mənzil ** saylı mənzilin xidməti mənzillər siyahısından çıxarılaraq və daimi yaşayış üçün verilməsi barədə Sərəncam verilməsinə müraciət etsə də, müraciətinə ##.##.2025-ci il tarixdə aidiyyatı olmayan biganə cavab verilmişdir. Tərəflərin iştirakı: Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası IPM-nin 62-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. ƏSASLANDIRICI HISSƏ: Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan iddianın müddətinə dair mümkünlük şərtinin ödənilməməsi əsası ilə mümkün sayılmaması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Bununla əlaqədar iddianın mümkünlüyü ilə bağlı Məhkəmə kollegiyası aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. "Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * saylı qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddihüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Işin araşdırılması prinsipi bu hallara da şamil olunur. IPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur” (1.1-2.2-ci bəndlər). Göründüyü kimi, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin, iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qeyd olunan Plenum Qərarında həmçinin vurğulanır ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. Iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (6.1, 6.2 və 7-ci bəndlər). Işin hallarından müəyyən olunur ki, * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin 2- 1(82)- ****/**** saylı, ##.##.2018-ci il tarixli qərarı əsasında, ehtiyatda olan hərbi qulluqçu kimi 1993- cü ildən ailə üzvləri ilə birlikdə yaşadığı ünvan 1 ünvanında yerləşən ** nömrəli mənzilə dair iddiaçı İddiaçı ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi arasında ##.##.2019-cu il tarixli, ** nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi bağlanmışdır. Hazırda iddiaçının hüquqi marağı və məqsədi istifadəsində olan sözügedən mənzilin xidməti mənzillər fondundan çıxarılaraq onunla kirayə müqaviləsinin bağlanması və özəlləşdirilməsinə yönəlmişdir. Bununla bağlı qeyd olunan yaşayış sahəsinin yerləşdiyi ərazi üzrə Cavabdeh müraciət etmiş, imtina cavabı aldıqdan sonra həmin quruma qarşı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddia düzgün cavabdehə qarşı qaldırılmamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il ## #### tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi Qaydası”nın 1.8-ci bəndinə əsasən, yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə, xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət mənzil fonduna münasibətdə Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə razılaşdırılmaqla, sərəncamında və istifadəsində (balansında) yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanı, dövlət təşkilatı və müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanının qərarı, bələdiyyə mənzil fonduna münasibətdə isə müvafiq ərazi üzrə bələdiyyənin qərarı əsasında həyata keçirilir. Iş materiallarında olan sənədlərdən görünür ki, ünvan 1 ünvanında yerləşən ** nömrəli mənzil Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin balansındadır və xidməti mənzil statusuna malikdir. Belə olan halda, mübahisəli yaşayış sahəsinin xidməti mənzil fonduna daxil edilməsi və həmin fonddan çıxarılması ilə bağlı qərar qəbul etmək səlahiyyəti də birbaşa həmin mənzilin balansında olduğu Azərbaycan Respublikası Müdafiə Nazirliyinə aid olduğundan, Suraxanı Rayon Icra Hakimiyyəti hazırkı iddiaya cavab verməli olan orqan deyildir. Qeyd edilməlidir ki, iddiaçı hüquqi marağına uyğun olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia tələbi ilə Bakı Inzibati Məhkəməsinə müraciət etmiş və həmin iş üzrə Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı ##.##.2025-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Daha sonra iddiaçının apellyasiya şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının 2-1(103)- ****/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə şikayəti qismən təmin edilərək qərardad ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün Bakı Inzibati Məhkəməsinə göndərilmişdir. Göründüyü kimi, iddiaçı hazırkı tələbi üzrə düzgün cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı Bakı Inzibati Məhkəməsinə daha əvvəl verilmiş və hal-hazırda məhkəmənin icraatında olan iddia ərizəsi mövcuddur. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki iddianın mümkünlük şərtlərinə cavab vermədiyi üçün mümkün saymamaqla gəldiyi qənaəti düzgün və haqlı hesab edir. Istinad olunan Plenum Qərarında həmçinin göstərilmişdir ki, IPM-in 45.5.1-ci maddəsinə görə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz (15.4-cü bənd). IPM-in 78ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir (15.5-ci bənd). Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar (15.6- cı bənd). Ali Məhkəmənin qeyd olunan Plenum qərarında göstərilmişdir ki, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir (3.1). Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir (3.3.). Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər (3.4.). Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda iddiaçının hüquqi marağı və çatmaq istədiyi məqsəd aydın olduğundan, bu baxımdan ona hüquqi yardımın göstərilməsi belə, işə mahiyyəti üzrə baxılmasının mümkün olması ilə nəticələnməyəcəyindən işin hallarının tərəflərlə müzakirə edilmədən iddianın mümkün sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququnun pozulması hesab edilə bilməz. IPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin olunmamalıdır. NƏTICƏVI HISSƏ: Göstərilənlərə əsasən və IPM-in 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(*-*)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Nigar Nəbizadə Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(3-6)-1090/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-1090/2026
25.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver