Məhkəmə qərarları › İş №2-1(3-6)-1092/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-1092/2026

11.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-1092/2026 11.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “mənzilin qeyri-yaşayış sahəsi kimi qeydiyyata alınması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), X3 və X6 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları

1. Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil iddiaçının mülkiyyətindədir.

2. Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş ##.##.2013-cü il tarixli məktubdan görünür ki, X1 məxsus (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ##.##.2013-cü il tarixli, ******* saylı çıxarışı) Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1-ci Zavod döngəsi, ev 2, mənzil * saylı ünvanda yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə dair təqdim olunmuş memarlıq-planlaşdırma həlli layihəsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şəhərsalma əsaslandırılmasına dair müsbət rəyinin alınması şərti ilə razılaşdırılır. Obyektin lisenziya əsasında memarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən hazırlanmış işçi layihəsi Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət X7 Dövlət Ekspertiza Baş İdarəsində ekspertiza edildikdən sonra memarlıq-planlaşdırma bölməsi razılaşdırılması üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim olunmalıdır.

3. Tikinti-quraşdırma işləri başa çatmış obyektin istismara qəbul edilməsi haqqında möhürlə təstiq edilməmiş qəbul komissiyasının aktından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1-ci Zavod döngəsi, ev 2, mənzil * saylı ünvanda yaşayış sahəsi Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin məktubuna və razılaşdırdığı eskiz layihəsinə uyğun olaraq qeyriyaşayış sahəsinə keçirilmişdir. İstismar olunmağa tam hazırdır.

4. Əmlaka dair texniki pasport və eskiz layihəsindən görünür ki, əmlakın texniki parametr göstəriciləri müəyyən olunmuşdur.

5. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, “Tikinti-quraşdırma işləri başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının aktı” Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilməmişdir.

6. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin arxivində mövcud olan müvafiq sənədlərə baxış nəticəsində qeyd edilən məsələ ilə bağlı sənəd aşkar edilməmişdir.

7. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş ##.##.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, sorğuya əlavə olunan tikinti obyektinin istismara qəbul aktı Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmədiyindən və bununla bağlı Suraxanı RİH-də heç bir məlumat olmadığından sorğunuzun cavablandırılması imkanlarımız xaricindədir.

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1-ci Zavod döngəsi, * saylı evdə/binada yerləşən iddiaçıya məxsus * saylı mənzilin/yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin daşınmaz əmlakın dövlət kadastrı və reyestri orqanında adına qeydiyyatının aparılması, bununla bağlı iddiaçıya müvafiq elektron çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın mülkiyyətçisidir. Həmin əmlak hüquqi və texniki sənədlərlə mənzil kimi qeydiyyatdadır, 4 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşir, ümumi sahəsi 49.1kv.m-dən ibarətdir. Bakı şəhər İH Memarlıq və Şəhərsalma Baş İdarəsinin **/**-*/**** nömrəli ## ###### 2013-cü il tarixli məktubu ilə həmin yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi razılaşdırılmışdır. Müvafiq tikinti-quraşdırılma işlərinin aparılmasına həmin məktubla icazə verilmişdir. Daha sonra Bakı şəhər İH Memarlıq və Şəhərsalma Baş İdarəsinin təsdiq etdiyi razılaşdırılmış layihə əsasında yaşayış sahəsində yenidənqurma işləri aparılaraq mənzil qeyri-yaşayış sahəsinə keçirilmişdir. 2014-cü ilin iyun ayında yenidənqurma işləri (tikintiquraşdırılma işləri) başa çatdırılmış və obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının aktı tərtib edilmişdir. Həmin akt Suraxanı RİH-nin səlahiyyətli şəxsinin, FHN-nin X2 Xidmətinin səlahiyyətli şəxsinin, həmçinin AR Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin məsul şəxsinin imzaları və adları çəkilən orqan və qurumların möhürləri ilə təsdiq edilmişdir. İstismara qəbul aktında qeyd edilmişdir ki, "Komissiya qərara alır: Bakı şəhəri,Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1-ci Zavod Döngəsi,ev 2, mənzil * saylı ünvanda yaşayış sahəsi Bakı şəhər İH Memarlıq və Şəhərsalma Baş İdarəsinin məktubuna və razılaşdırdığı eskiz layihəsinə uyğun olaraq qeyri-yaşayış sahəsinə keçirilmişdir. İstismar olunmağa tam hazırdır." Ayrıca olaraq FHN-nin X2 Xidmətinin ərazi İdarəsinin səlahiyyətli şəxsinin ünvanladığı ## #### 2014-cü il tarixli məktubda bildirilmişdir ki, "ünvan 1 ünvanında qeyri-yaşayış obyektinin istismara qəbulu ilə bağlı sənədlər razılaşdırılaraq sizə göndərilir". Eləcə də, 'Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1-ci Zavod Döngəsi, * saylı evdə X1 məxsus * saylı mənzilinin yaşayış sahəsinin qeyriyaşayış sahəsinə keçirilməsinə dair' Eskiz Layihəsindən də görünür ki, layihə Suraxanı RİH nəzdində Layihə Smeta Bürosu tərəfindən tərtib edilmişdir və həmin Layihə Smeta Bürosunun möhürləri ilə təsdiqlənmişdir. Layihədən, həmçinin, görünür ki, bu, İH Memarlıq və Şəhərsalma Baş İdarəsinin səlahiyyətli şəxsinin imzası və həmin İdarənin "Razılaşdırma' qeydli möhürü ilə təsdiqlənmişdir. Göründüyü kimi, iddiaçı qeyri-yaşayış sahəsinin qeydiyyatının aparılması üçün müvafiq sənədlərə malikdir. İstismara qəbul aktı ilə obyektdə keçirilmənin tikinti norma və qaydalarına uyğun icra olunması müəyyən edilmiş və istifadəsi, istismara yararlı olması uyğun görülmüşdür. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, mənzilin yaşayış fondundan qeyri-

10. yaşayış fonduna keçirilərək üzərindəki hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan hüquqmüəyyənedici sənədlər təqdim olunmamışdır. Bundan başqa, təqdim olunan sənədlər toplusuna soyadın dəyişməsi ilə bağlı əlaqəli sənəd təqdim edilməmişdir.

11. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir.

12. İddiaçı İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI

b) Apellyasiya şikayətinin dəlilləri

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sözügedən iş üzrə (yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə kçeirilməsi işi üzrə) inzibati icraat qanunvericiliyə müvafiq qaydada aparılmış, müvafiq komissiya yaradılmış, müvafiq prosedurlardan sonra qəbul komissiyasının aktı tərtib və qəbul edilmiş, sifarişçiyə/ərizəçiyə,yəni iddiaçıya təqdim edilmişdir. Həmin akt hazırda qüvvədədir. Soyadla bağlı bildirir ki, ata soyadı “Səfərli” olmuş, lakin ailə qurduqdan və bununla bağlı həyat yoldaşı ilə nikah bağladıqdan sonra soyadı "Hüseynova” soyadına dəyişdirilmişdir.Bunu təsdiq edən nikah haqqında şəhadətnamənin surəti məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi iş üzrə tələb olunan bütün qanuni sənədləri vardır və hüququnun qeydiyyata alınması təmin olunmalıdır

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatları

15. Məhkəmədə iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.

16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə kollegiyası iclasın cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

17. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu: 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Eyni Qanunun 10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri və torpaq sahəsinin planı və ölçüsü əlavə olunmalıdır (10.2.1, 10.2.2.). Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda.

19. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: 21.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir. 21.5. Sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.4-cü maddəsində göstərilən qərarlardan birini qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq göstərilən qərarlardan birinin qəbul edilməsini təsdiqləyən sənədi ərizəçiyə təqdim edir və ya ərizədə göstərilən ünvana göndərir. Həmin sənədin forma və məzmunu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sahənin keçirilməsini həyata keçirən orqan ərizəçiyə həmin sənədi verməklə və ya göndərməklə yanaşı, qəbul edilmiş qərar barədə barəsində qərar qəbul edilən sahəyə bitişik olan sahələrin mülkiyyətçilərini məlumatlandırır. 21.6. Keçirilən sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsini təmin etmək üçün həmin sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və ya digər işlərin aparılması zəruri olan hallarda bu Məcəllənin 21.5-ci maddəsində göstərilən sənəddə belə işlərin aparılmasına dair tələblər, aparılması zəruri olan digər işlərin siyahısı göstərilməlidir. 21.7. Əgər keçirilən sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb edilmirsə, bu Məcəllənin 21.5-ci maddəsində nəzərdə tutulmuş sənəd sahənin keçirilməsini təsdiq edir və həmin sahənin yaşayış və ya qeyriyaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. 21.8. Sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb edilirsə, bu Məcəllənin 21.5-ci maddəsində nəzərdə tutulmuş sənəd həmin sənəddə nəzərdə tutulmuş müvafiq yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) siyahısı göstərilən digər işlərin ərizəçi tərəfindən görülməsi üçün əsasdır. 21.9. Bu Məcəllənin 21.8-ci maddəsində göstərilən yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin başa çatması sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən yaradılan qəbul komissiyasının aktı ilə təsdiqlənir. Yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin bitməsini (sona çatmasını) təsdiqləyən qəbul komissiyasının aktı sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir. Qəbul komissiyasının aktı sahənin keçirilməsinin başa çatmasını təsdiqləyir və keçirilmiş sahənin yaşayış və ya qeyriyaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. 21.10. Keçirilmiş sahə yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilərkən yanğın təhlükəsizliyi, sanitariya-gigiyena, ekoloji və qanunvericiliklə nəzərdə tutulmuş digər tələblərə, o cümlədən, çoxmənzilli binalarda qeyri-yaşayış sahələrinin istifadəsinə dair tələblərə riayət olunmalıdır.

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA BAXIŞININ HƏDLƏRİ

21. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

22. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.2-ci maddələrinə əsasən)

24. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 17-20-ci bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

25. Belə ki, iddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1-ci Zavod döngəsi, * saylı evdə/binada yerləşən ona məxsus * saylı mənzilin/yaşayış sahəsinin qeyriyaşayış sahəsinə keçirilməsinin daşınmaz əmlakın dövlət kadastrı və reyestri orqanında adına qeydiyyatının aparılması, bununla bağlı iddiaçıya müvafiq elektron çıxarış və texniki pasportun verilməsini tələb edir.

26. Cavabdeh orqan isə mənzilin yaşayış fondundan qeyri-yaşayış fonduna keçirilərək üzərindəki hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan hüquqmüəyyənedici sənədlərin təqdim olunmamasına əsaslanaraq ona imtina cavabı vermişdir.

27. İş materiallarından göründüyü kimi Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1ci Zavod döngəsi, ev 2-də yerləşən * saylı mənzil üzərində iddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. İddiaçı qeyd olunan daşınmaz əmlakın faktiki olaraq qeyri-yaşayış sahəsi kimi istifadə edildiyini, həmçinin Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin məktubu və həmin qurum tərəfindən razılaşdırılmış eskiz layihəsi əsasında mənzilin qeyri-yaşayış sahəsinə keçirildiyini bildirmişdir. Bununla yanaşı, iddiaçı tərəfindən aparılmış tikinti-quraşdırma işlərinin başa çatması ilə bağlı obyektin istismara qəbul edilməsi barədə qəbul komissiyasının aktının mövcudluğuna istinad edilərək, mülkiyyət hüququ artıq dövlət qeydiyyatına alınmış mənzilin qeyri-yaşayış sahəsi kimi yenidən qeydiyyata alınmasına nail olmaq istəmişdir. Lakin iş üzrə aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, iddiaçı tərəfindən sözügedən mənzilin qeyri-yaşayış sahəsi kimi dövlət qeydiyyatına alınması üçün qüvvədə olan qanunvericiliklə nəzərdə tutulmuş sənədlər təqdim edilməmişdir.

28. Qanunvericiliyin normalarından göründüyü kimi yenidənqurma və ya yenidənplanlaşdırma işlərinin aparılması, onların qanunvericiliyin tələblərinə və təsdiq edilmiş layihə sənədlərinə uyğunluğunun müəyyən edilməsi üçün müvafiq hüquqi əsaslar və sənədlər dairəsi müəyyən edilmişdir. Lakin iş materiallarının araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən qeyri-yaşayış sahəsi ilə bağlı aparıldığı iddia edilən tikinti və yenidənqurma işlərinin təsdiq olunmuş layihə sənədlərinə uyğun şəkildə icra edildiyini, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə qərarın, ümumiyyətlə istismara qəbul aktının mövcdluğu müəyyən olunmur.

29. İşin apellyasiya baxışı zamanı Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş ##.##.2026-cı il tarixli sorğuya cavab məktubundan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1-ci Zavod döngəsi, ev 2 yerləşən * saylı mənzilin qeyri-yaşayış sahəsinə çevrilməsi barədə razılığın olub-olmaması barədə Suraxanı RİH-də heç bir məlumat mövcud deyildir.

30. Odur ki, iddiaçı mülkiyyətində olan mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə dair qanunvericiliklə nəzərdə tutulmuş sənədləri cavabdeh inzibati orqana təqdim etmədiyindən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqanın imtinası qanuni və əsaslı olmuşdur.

31. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

32. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

33. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar