Məhkəmə qərarları › İş №2-1(3-6)-1097/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-1097/2026

18.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-1097/2026 18.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Sevdimalıyeva Günel Arif qızının sədrliyi və məruzəsi ilə, X4 və Hüseynov Pərviz Aktiv oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, Iddiaçının nümayəndə və vəkili Vəkil və cavabdeh cavabdeh1 nümayəndəsi X10 iştrakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 qarşı (üçüncü şəxslər X6, üçüncü şəxs3, X1, üçüncü şəxs4 cəlb edilməklə) “arayışın verilməsi” tələbinə dair iddiası üzrə Bakı Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*-*(***)-*****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə ## ###### 2026-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 1əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi 1.

2. Məhkəmənin qərardadı ilə X6, üçüncü şəxs3, X1, üçüncü şəxs4 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdirlər.

3. Tələb onunla əsaslandırılmışdır ki, mərhum anası X7 ## ######## 1995-ci il tarixdə vəfat etmişdir. Mərhum anası X7 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, ** saylı evin, * saylı mənzilininistifadəyə verilməsinə dair keçmiş Nizami rayon XDS IK-nin (indiki Nizami RIH) arxiv fondu üzrə ##.##.1984-cü il tarixli **/**** saylı qərarı mövcuddur. Vərəsəlik işinin açılması ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri ** saylı Notariat Ofisinə müraciət edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri ** saylı Notariat Ofisinin ## #### 2024-cü il tarixli məktubuna əsasən Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1n * saylı Bakı Ərazi Idarəsindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ####### 2015-ci il tarixli *** saylı qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimatı”nın 7-ci bəndinə əsasən, Z.M.Filippova adına ** saylı arayışın verilməsi üçün İddiaçı Anatolyevnanın miras qoyanın vərəsəsi olması barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1n * saylı Bakı Ərazi Idarəsinin ##.##.2024-cü il tarixli məktubuna əsasən ** saylı arayışın verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1n * saylı Bakı Ərazi Idarəsinin imtinası əsassızdır. Belə ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi,** saylı evin, * saylı mənzil X7 vəfat etdiyi tarixədək istifadəsində olmuşdur. Yəni bununla bağlı imtinanın verilməsi üçün əsas yoxdur. Bundan başqa qeyd etmək istərdi ki, Suraxanı rayon Icra Hakimiyyətinə və Azərbaycan Respublikası Milli Arxiv Idarəsinə müraciət edilmişdir. Lakin mənzilə dair icarə müqaviləsi barədə məlumat verilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il ###ın ##-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adma rəsmiləşdirilir.

4. Cavabdehin imtina məktubunda qeyd olunmuşdur ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, ** saylı evin, * saylı mənzilinə yaşayış yeri üzrə qeydiyyata alınmamışdır. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, ** saylı evin, * saylı mənzilinin kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (* №-li forma), razılıq ərizələri və mənzilə dair İddiaçı adına kirayə müqaviləsinin bağlanması haqqında (qeyd olunan mənzildə yaşayış yeri üzrə qeydiyyatda olmaq şərti ilə) müvafiq icra hakimiyyəti orqanının sərəncamı əlavə olunmaqla “ASAN xidmət” mərkəzlərinə müraciət edilməsi məqsədəuyğundur.

5. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən yazılı etirazda qeyd olunmuşdur ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, ** saylı evin, * saylı mənzilinə yaşayış yeri üzrə qeydiyyata alınmamışdır. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, ** saylı evin, * saylı mənzilinin kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (* №-li forma), razılıq ərizələri və mənzilə dair İddiaçı adına kirayə müqaviləsinin bağlanması haqqında (qeyd olunan mənzildə yaşayış yeri üzrə qeydiyyatda olmaq şərti ilə) müvafiq icra hakimiyyəti orqanının sərəncamı əlavə olunmaqla “ASAN Xidmət” Mərkəzlərinə müraciət edilməsi bildirilmişdir. Bundan əlavə qeyd olunan ünvana idarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilməsi və inventarlaşdırma işlərinin aparılması üçün şərait yaradılmamışdır. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1n nizamnaməsinin 3.1.16-cı maddəsinə əsasən daşınmaz əmlak, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işləri aparılmalı və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlanması təmin edilməlidir. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (* №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1- ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1- ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.

II. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

6. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli iş üzrə ##.##.2026-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir.

7. Məhkəmə qərarı onunla əsaslandırılmışdır ki, kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Kirayəçi və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Göründüyü kimi iddiaçı və mərhum anası mübahisəli mənzildən qeydiyyatdan çıxaraq başqa yerə getdiklərinə görə faktiki olaraq həmin mənzildən imtina etdiklərini nümayiş etmişdirlər. Beləliklə, iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, mənzilə mülkiyyət hüquqlarının qeydə alınmamasına dair cavabdehin hərəkətləri qanunsuz sayıla bilməz. Belə ki, qeyd edilən mənzilə dair iddiaçının “qanuni gözləntisi” olmadığı üçün arayışın verilməsi tələbi təmin edilməməlidir. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilmir.

8. Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

III. Apellyasiya şikayətinin dəlilləri:

9. Apellyasiya şikayətində göstərilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, ** saylı evin, * saylı mənzilinin istifadəyə verilməsinə dair keçmiş Nizami rayon XDS IKnin (indiki Nizami RIH) arxiv fondu üzrə ##.##.1984-cü il tarixli **/**** saylı qərarında iddiaçı İddiaçı və mərhum anası X7 adları qeyd edilmiş və mənzil onların istifadəsində olmuşdur. Sonradan iddiaçı ailə vəziyyəti əlaqədar ölkə hüdudlarından kənara getmiş və maddi vəziyyəti ilə əlaqədar anasının vəfatından sonra qayıdaraq istifadələrində olmuş mənzilin sənədləşdirilməsini həyata keçirə bilməmişdir. Bundan sonra iddiaçı vərəsəlik hüququnun qeydə alınması ilə bağlı notariat kontoruna müraciət etmiş və müvafiq arayışın alınması üçün Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1n * saylı Bakı Ərazi Idarəsinə müraciət edilmişdir. Lakin arayışın verilməsindən imtina edilmiş və həmin imtinanın əsassız olması ilə əlaqədar tərəfimizdən həmin imtina mübahisələndirilmişdir. Bundan başqa iddiaçının mübahisəli mənzildən hansı hüquqi əsasla qeydiyyatdan çıxarılması, üçüncü şəxslər kimi qeyd edilən şəxslərin hansı şəraitdə mənzilə qeydiyyata alınması araşdırılmamışdır. Belə ki, üçüncü şəxslərin həmin mənzilə qeydiyyata alınması üçün mənzilin hüquqi sənədlərində adları qeyd edilən şəxslərin razılığı tələb edilirdi. Qeyd edilən hallar mübahisəlidir. Mənzilin faktiki olaraq üçüncü şəxslər tərəfindən hüququnun yaranmasını təsbit edən sübutlar yoxdur.

Tərəflərin izahatları:

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndə və vəkili apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını xahiş etdi.

Əsaslandırıcı hissə

IV. Tətbiq olunan hüquq

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən:

139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il #######ın #-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 1133.1. Şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

13. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının HYPERLINK "https://e-qanun.az/framework/46955" \o "Azərbaycan Respublikasının Mənzil Məcəlləsi"Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il #######ın #-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair HYPERLINK "https://e-qanun.az/framework/5474" \o "yerli icra hakimiyyəti orqanları"müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

14. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər.

15. ## ####### 2009-cu il tarixinə qədər qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən: 53 (3-cü hissə). Kirayəçinin ailə üzvləri kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də kirayəçinin ailə üzvləri hesab edilə bilərlər.

123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.

60. Kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir.

87. Kirayəçi və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

V. Məhkəmənin mövqeyi

16. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla yanaşı kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd edir:

17. X2 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.

18. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia * saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam II Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).

19. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı ##.#.2010 tarixli qərar [II Bölmə] ərizə № *****/**).

20. X2 Konvensiyasının * saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.

21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanunun 11.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər üzrə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

22. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (* №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir.

23. Iddia ərizəsindən görünür ki, iddiaçının hüquqi marağı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, ** saylı evin, * saylı mənzilə dair mülkiyyət hüquqlarının mərhum anası X7 məxsus olması haqqında arayışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1n * saylı Bakı Ərazi Idarəsinin üzərinə qoyulmasına dair qərar çıxarılmasından ibarətdir.

24. Iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş keçmiş Nizami rayon XDS IK-nin ##.##.1984-cü il tarixli, **/**** saylı qərarı ilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, ** saylı evin * saylı mənzili X7 (özünün) və X13 (qızının) istifadəyə verilməsinə dair qərar verilmişdir. ##.##.1984-cü il tarixli ****** nömrəli orderə əsasən Hövsan qəsəbəsi, ** saylı evin * saylı mənzil X7 (özü) və X13 (qızı) verilmişdir. X7 ##.##.1995-ci il tarixdə vəfat etmişdir. Iddiaçı məhkəməyə müraciət edərək vəfat etmiş şəxsin varisi olmasını bildirmiş, sözügedən əmlaka dair ölmüş şəxsin adına hüquqmüəyyənedici sənədin verilməsini xahiş etmişdir.

25. Məhkəmə sorğusu əsasında əldə edilmiş *** saylı MKIS-i tərəfindən verilmiş ##.##.2025ci il tarixli məktubunda qeyd edilmişdir ki, ünvan 2 ünvanı ****** saylı ## ###### 1984-cü il tarixli orderlə Fillipova Zoyaya verilmişdir. Hal-hazırda mənzildə aşağıda adları qeyd olunan şəxslər qeydiyyatdadırlar və yaşayırlar. X3 – ##.##.1965, üçüncü şəxs3 – ##.##.1990, X1 – ##.##.1991, üçüncü şəxs4 – ##.##.1997.

26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa 8.0.11ci maddəsinə əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il #######ın #-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi əsas hesab olunur.

27. Mübahisəli mənzil üzrə bu sənəd Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş keçmiş Nizami rayon XDS IK-nin ##.##.1984-cü il tarixli, **/**** saylı qərarı olmuşdur.

28. Işin hallarına əsasən müəyyən edilir ki, cavabdeh orqanın imtina cavabı verməsinin iki əsas səbəbi olmuşdur: birincisi həmin mənzildə yaşayıb qeydiyyatda olan şəxsin razılıq ərizələrinin olmaması, ikincisi iddiaçının mərhum anasının həmin mənzildə qeydiyyatının olmaması.

29. Məhkəmə kollegiyası imtina əsaslarının düzgün olub-olmamasına aşağıdakı qaydada münasibət bildirir.

30. Işin mübahisəsiz halı ondan ibarətdir ki, 1990-cı il tarixdən etibarən iddiaçı və mərhum anası mübahisəli mənzildən qeydiyyatdan çıxaraq mənzildən köçmüş və başqa yerə getmişlər.

31. Birinci intansiya məhkəməsində üçüncü şəxslərin verdiyi ifadəsinə görə X7 1990-cı illərdə evi S.Əmirova və onun ailəsinə satıb getmiş, sadəcə qanuni rəsmiləşmə olmamışdır.

32. Hal-hazırda üçüncü şəxslərin həmin mənzildə qeydiyyatda olması işin mübahisəsiz halıdır.

33. ## ####### 2009-cu il tarixinə qədər qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53-cü bəndinin 3-cü hissəsinə əsasən kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də kirayəçinin ailə üzvləri hesab edilə bilərlər. Deməli, köhnə qanunvericilik baxımından hal-hazırda mənzildə yaşayan və qeydiyyatda olan X3 – ##.##.1965, üçüncü şəxs3 – ##.##.1990, X1 – ##.##.1991, üçüncü şəxs4 – ##.##.1997 iddiaçının anası - X7 ailə üzvləri hesab edilirlər.

34. Həmin Məcəllənin 123-cü bəndinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Göründüyü kimi evə köçürülmüş iş üzrə üçüncü şəxslərin evdən idddiaçı və onun anası ilə bərabər istifadə etmək hüququ da yaranmış və həmin şəxslər ailə üzvü hesab edilmişlər.

35. Həmin Məcəllənin 60-cı bəndinə əsasən kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 87-ci bəndinə əsasən kirayəçi və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

36. Belə ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər.

37. Qeyd edilən maddələrin məzmunundan belə aydın olur ki, iddiaçı və onun mərhum anası daimi yaşamaq üçün başqa yaşayış sahəsinə getmişsə, həmin mənzildən avtomatik olaraq imtina etmiş hesab edilir, müvəqqəti getmişlərsə belə, 6 ay ərzində geri qayıtmadıqlarına görə iddiaçı mənzildə faktiki yaşayan və qeydiyyatda olan üçüncü şəxslərin mübahisə predmetini təşkil edən əmlakın mülkiyyət hüququ ilə X7 məxsus olmasına dair razılığını ifadə edən müvafiq ərizələri məhkəməyə təqdim etməli idi. Iddiaçı tərəfindən qeyd edilən hallarla bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir.

38. Göründüyü kimi, qanunverici mənzillərin (evlərin) özəlləşdirilməsi zamanı kirayəçiyə, habelə mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinə mənzilin kimin mülkiyyətinə verilməsi ilə bağlı seçim imkanı vermişdir. Belə ki, həmin mənzil könüllü razılıq əsasında onlardan birinin, bir neçəsinin və yaxud hamısının (paylı) mülkiyyətinə verilə bilər. Mənzilin ailə üzvlərindən birinin (bir neçəsinin) mülkiyyətinə verilməsi üçün mənzildə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin öz razılığını verməsi mənzilin özəlləşdirilməsində iştirak etmək hüququndan imtina kimi qəbul edilməlidir. (“Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ###### 2012-ci il tarixli Qərarı)

39. Normaların məzmunundan da göründüyü kimi qanunvericilik mənzilin özəlləşdirilməsində iştirak etmək hüququna malik olan şəxslərin dairəsini dəqiq müəyyən etmişdir. Belə ki, hüquqmüəyyənedici sənəddə kirayəçi ilə yanaşı, həmçinin kirayəçi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin adları (burada həmin ailə üzvləri yuxarıda da qeyd edildiyi kimi hal-hazırda mənzildə qeydiyyatda olan üçüncü şəxslər hesab edilir) göstərilmişdirsə, onlardan birinin mülkiyyətinə keçməsi üçün digər faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin öz razılığını verməsi mütləq şərtdir.

40. Beləliklə nəzərə alınmalıdır ki, mənzilin (evin) mülkiyyətçisi olmayan, lakin özəlləşdirilmə zamanı kirayəçi ilə birlikdə faktiki yaşayan onun ailə üzvlərinin özəlləşdirilən mənzilə əvvəllər əldə olunmuş yaşamaq hüquqları konstitusiya əhəmiyyətli dəyərlərdən irəli gəldiyindən müdafiə olunmalıdır.

41. Göründüyü kimi cavabdehin imtinasının “razılıq ərizəsi olmalıdır” əsası düzgündür.

42. Imtinanın ikinci əsasını -“qeydiyyat olmalıdır”a münasibətdə kollegiya aşağıdakıları qeyd edir.

43. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1 və 3-cü maddələrinin məzmununa görə mənzillər (evlər) əvəzsiz (pulsuz) olaraq şəxsi mülkiyyətə keçirilir.

44. Bundan başqa, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır.

45. Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin ikinci hissəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğu barədə” ## ####### 2000-ci il tarixli Qərarında ifadə olunan hüquqi mövqeyinə görə, mənzillərin özəlləşdirmə hüququ qanunla təsbit olunan hüquqdur və onun yaranması bilavasitə özəlləşdirilən mənzildə yaşamaq hüququ ilə əlaqəlidir. Mənzillərin əvəzsiz olaraq özəlləşdirilməsinin mümkünlüyünü qanunda təsbit etməklə yanaşı, dövlət vətəndaşlara həmin hüququn həyata keçirilməsi üçün şərait yaratmalı və müəyyən əmlakın onların xüsusi mülkiyyətinə verilməsi zamanı Konstitusiyada nəzərdə tutulmuş prinsiplərin qorunmasını təmin etməlidir. Burada xüsusi önəm həm mülkiyyət hüququnun konstitusion təminatlarına, həm də Qanunda istifadə olunan hüquqi vasitələr və konstitusiya əhəmiyyətli dəyərlər arasında olan mütənasiblik prinsipi əsasında müvafiq münasibətlərin bütün iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin müdafiəsinə verilməlidir.

46. Buna müvafiq olaraq qanunverici “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 3-cü maddəsində digər prinsiplərlə yanaşı, həmçinin yaşadıqları mənzillərin Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması və özəlləşdirmənin aşkarlığı, özəlləşdirmə üzərində dövlət nəzarəti və ictimai nəzarət prinsiplərini təsbit etmişdir.

47. Qanunun göstərilən birinci prinsipdən irəli gələn başlıca məqsədi – yaşayış sahəsinə müstəqil şəkildə sahib olmaq, istifadə etmək, sərəncam vermək və daşınmaz əmlak bazarında iştirak etmək imkanının təqdim edilməsi vasitəsilə vətəndaşların mənzil ehtiyaclarının və mənzil fondunun istifadəsinin və qorunmasının daha səmərəli şəkildə təmin edilməsi kimi qəbul edilməlidir.

48. Qanunun yuxarıda qeyd olunan ikinci prinsipdən irəli gələn digər mühüm məqsədi isə özəlləşdirmə zamanı və onun nəticəsində yaranan münasibətlərin bütün iştirakçılarının, o cümlədən yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının müdafiəsinə yönəlmişdir.

49. Kollegiya qanunvericinin iradəsini normaların tarixi təfsiri baxımından əhəmiyyətli hesab edir.

50. Həmin dövrdə qüvvədə olmuş qanunvericilik aktlarının məzmunundan və həmin dövrdə mövcud olan təcrübədən aydın olur ki, şəxslərin yalnız yaşayıb sahiblik etdikləri mənzillərin özəlləşdirmə hüququ qanunla təsbit edilir.

51. Beləliklə, həmin dövrdə mövcud olan qanunvericilik aktları onu ifadə edir ki, şəxslər yaşadığı yer üzrə qeydiyyata alınırdılar. Deməli, qanunvericiliyin tələbi o olmuşdur ki şəxslər qeydiyyatda olduğu mənzildə yaşamalıdır və bu hal mövcud olduqda onların mənzili özəlləşdirmək hüququ yaranırdı. Yəni özəlləşdirmə hüququ yaşamaq hüququ ilə bilavasitə bağlı idi və qeydiyyat uçot xarakteri daşımamaqla şəxsin məhz həmin mənzildə yaşadığını sübut edirdi. Qeyd edilən dövrdə qanunvericinin iradəsi də məhz şəxslərin yaşadığı və sahibləndiyi mənzillərin əvəzsiz olaraq onların mülkiyyətinə verilməsi hüququnu təsbit edirdi.

52. Göründüyü kimi cavabdehin imtinasının ikinci əsası “qeydiyyatı olmalıdır” yox, “şəxs həmin mənzildə yaşamamışdır” şəklində nəzərə alınmalıdır.

53. Işin mübahisəsiz halıdır ki, iddiaçı və onun anası 1990-cı illərdən faktiki olaraq mübahisəli mənzili tərk etmiş və həmin mənzildə yaşamamış, o mənzilə sahiblik etməmiş, qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətinə verilmiş mənzili özəlləşdirmək üçün iddiaçının və onun anasının hüququ yaranmamışdır.

54. Beləliklə, qeyd edilən mənzilə dair iddiaçının “qanuni gözləntisi” yaranmamışdır və bu gözlənti olmadığı üçün arayışın verilməsi tələbi təmin edilməməlidir.

55. Apellyasiya şikayətinin əsas dəlillərindən biri üçüncü şəxslər kimi qeyd edilən şəxslərin hansı şəraitdə mənzilə qeydiyyata alınması ilə bağlı olmuşdur.

56. Apellyasiya şikayətinin dəlilinə münasibətdə isə Kollegiya qeyd edir ki, bu dəlil formal mülahizə xarakteri daşıyır, iddiaçı ən azı 1990-cı illərin əvvəllərindən bəri həmin mənzildə yaşamır və nəticə etibarilə mənzilə dair qanuni gözləntisi yoxdur. Odur ki, mənzilə dair digər şəxslərin hüquqlarının necə yaranmasının araşdırılmasına prosessual qənaət prinsipi baxımından zərurət yoxdur.

57. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli iş üzrə ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır.

Nəticə hissəsi

58. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94- cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli iş üzrə ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati kollegiyasına (AZ 1025, Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Günel Sevdimalıyeva Hakimlər Pərviz Hüseynov Orxan Ismayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar