Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-1099/2026 04.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Ceyhun Bəşir oğlu (sədrlik edən), X3 və X5 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı İddiaçı cavabdeh 9-cu polis bölməsinə qarşı “qərarın ləğv olunması″ tələbinə dair Bakı İnzibati Məhkəməsinin *-*(*-*)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı İddiaçı cavabdeh 9-cu polis bölməsinə qarşı (üçüncü şəxs qismində Səbail rayon Prokurorluğu göstərilməklə) məhkəmədə iddia qaldıraraq, 9-cu Polis bölməsinin 2016 və 2021-ci il tarixli qərarlarınln ləğv olunması və hazırkı mübahisə haqqında xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı bildirir ki, o, 2016-cı ildə Bakı şəhəri, Mirzə Mənsur küçəsi, ev 94, mənzil 9A-nı alqı-satqı yolu əldə etmişdir. Elə həmin zaman alt qonşusu X1 dava salmış, xəsarət yetirmiş, ekspertizadan keçmişdir. Lakin 9- cu Polis Bölməsinə müraciət etməyinə baxmayaraq idarə cinayət işinin başlanmaması haqqında qərar qəbul etmişdir. 2021-ci ildə o, prokurorluğa müraciət etmiş iş baxılmaq üçün 9-cu polis bölməsinə göndərilmiş, müvafiq tapşırıq verilmiş, lakin qonşusuna bu xəbərdarlığa baxmayaraq təkrar bu qonşusu süni dava salmış xəsarət yetirmiş, ekspertizadan keçirilmiş, 9-cu bölmə yenə bu qonşuya qarşı hər hansı tənbeh tədbiri görməmişdir. 2024-cü ildə bu qonşu paltaryuyan xəttini mənbədən özbaşına ayırmış, xortumu evin işinə atmış, süni su sızması yaratmışdır. Paltaryuyandan istifadəyə maneçilik törətmişdir. Bu barədə 9-cu bölməyə (102 xidməti əsasında) məlumat vermiş və sahə müvəkkilini ünvana dəfələrlə dəvət etsə də, müvəkkil heç bir baxış keçirməmiş, sonda 9- cu bölmə işin cinayət tərkibi olmadığı və mülki qaydada qərarında bildirmişdir. Bu andan məhkəməyə müraciət etmiş, Qoruq İdarəsi və qonşunu cavabdeh qismində məhkəməyə cəlb etmişdir. 2024-cü ilin avqust ayında bu qonşusu 9A mənzilində yaşayan qohumu Hüseynzadə Lətafətə ümumi hamamda çimərkən hücum etmiş, bu 102 xidmətində qeydə alınmış, nəticədə * saylı Polis İdarəsi təkrar cinayət işi başlamaqdan imtina etmişdir. Son olaraq ##.##.2025-ci il tarixdə *A saylı mənzilin 2-ci mərtəbə eyvanında texniki suların (kombi və kondisioner) nizamlı axıdılması üçün çanaq qabyuyanı yerləşdirmək istəyərəkən alt qonşunun müdaxiləsi ilə rastlaşmış, 2-ci mərtəbəyə qalxıb ustaya maneçilik törətmiş, sonra ona məhəl qoyulmadığını görəndən sonra 9-cu bölmənin xidməti nömrəsinə dərhal ünvana patrul göndərilməsini tələb etmiş, 5 dəqiqə ərzində bu tələb həyata keçirilmişdir. Halbuki yuxarıda qeyd etdiyi hərəkətlər səbəbindən müraciəti əsasında indiyənə qədər heç bir polis məmuru bu ünvana baxış keçirməmişdir. 9-cu bölməsinin növbətçi hissənin əməkdaşları xəbərdarlıq etməyinə baxmayaraq təhlükəsizlik əməkdaşlarına aidiyyəti olmayan, mülki işə müdaxilə edərək, dərhal işi dayandırmağı əmr etdi. Bu hal onun mülkiyyətçi hüquqlarına toxunsa da, iddiaçı qanunsevər vətəndaş olaraq Polis əməkdaşının bu təşəbbüsünün əleyhinə getməyərək mülki təminat işimi dayandırdı. Bu yuxarıda qeyd olunanlara əsasən qanunauyğun tənzimləmələrin həyata keçirilməsi üçün iddia aidiyyatı İnzibati məhkəməsinə verilmişdir. Bakı İnzibati Məhkəməsinin *-*(*-*)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və iddianın mümkün sayılması barədə yeni qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmədə nümayəndələrinin iştirakını təmin etməmişdirlər. Qanunvericiliyin tələbləri baxımından apellyasiya şikayətinin tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılması mümkün hesab edildi. II. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin sözügedən norması onu ehtiva edir ki, inzibati məhkəmədə qaldırılan iddia – subyektiv hüququ olan şəxs tərəfindən və inzibati icraat qaydalarına uyğun iddia növünə müvafiq olan və prosessual qanunvericiliyin tələbləri (iddia müddətinə, formasına və s. riayət olunmaqla) qaydasında, cavabdehliyi qanunvericiliklə müəyyən olunan inzibati orqana qarşı qaldırıldıqda və formal olaraq hüquq və azadlıqların pozulması (müvafiq sübutlar da əlavə edilməklə) əsaslandırıldığı halda, məhkəmə icraatı mümkündür. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli * saylı Qərarında qeyd etmişdir ki, inzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir (b.b. 1.1;1.4; 2.3). Konkret halda, iddiaçının cavabdehə qarşı ″ qərarın ləğv olunması″ tələbinə dair hazırkı iddiasının məhkəmə icraatını mümkün edən əsasların mövcudluğu müəyyən olunmur. İş materiallarından göründüyü kimi iddiaçının tələbi cinayət-prosessual qanunvericiliyə uyğun olaraq istinaq orqanının hərəkətlərindən (cinayət faktlarının araşdırılması və müvafiq tədbirlərin görülməsi) şikayətlə bağlıdır, inzibati hüquq münasibətlərindən yaranmır və inzibati məhkəmə icraatının tənzimləmə predmetinə daxil deyildir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 442.2-ci maddəsinə əsasən məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmə aşağıdakılara baxır: 442.2.2. cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə. 7.0.5. cinayət prosesini həyata keçirən orqanlar — icraatında cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar olan təhqiqat, istintaq, prokurorluq orqanları və ya məhkəmələrdir. Qeyd olunanlardan göründüyü kimi, həmin qəbildən olan işlərə baxılması ümumi məhkəmələrin səlahiyyətlərinə aiddir. Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, məhkəmə yuxarıda qeyd olunanlar nəzərə alınmaqla iddianı mümkün saymamışdır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə də, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən hərtərəfli araşdırma aparılmadığını, təqdim edilmiş subutlara prosessual qanunvericiliyinin tələbləri səviyyəsində hüquqi qiymət verilmədiyini, əsassız olaraq iddianı mümkün saymadığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin *-*(*-*)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(*-*)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-6)-1099/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-1099/2026
04.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver