Məhkəmə qərarları › İş №2-1(3-6)-1101/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-1101/2026

24.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-1101/2026 24.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Giriş hissə: Hakimlər Aytən Pənah qızı Oruczadənin sədrliyi və məruzəsi ilə, X2 və X4 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli ## #### 2026-cı il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Bakı Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Yasamal rayon Bələdiyyə sədrinin ##.##.2006-cı il ***/** saylı sərəncamı, ##.##.2011-ci il **/** saylı sərəncamı, ##.##.2012-ci il tarixli **/** saylı sərəncamı və ##.##.2012-ci il * nömrəli torpağın icarə müqaviləsi əsasında iddiaçının icarəsinə verilmiş Bakı şəhəri, Yasamal rayonu, A,M.Şərifzadə küçəsində yerləşən, ümumi sahəsi 0.0113 ha olan torpaq sahəsinə dair İddiaçı adına plan və ölçünün tərtib edilərək, hüquqların dövlət qeydiyyatı haqqında dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər Yasamal rayon Bələdiyyə sədrinin ##.##.2006-cı il ***/** saylı sərəncamı, ##.##.2011-ci il **/** saylı sərəncamı, ##.##.2012-ci il tarixli **/** saylı sərəncamına və ##.##.2012-ci il * nömrəli torpağın icarə müqaviləsinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən 0.0113 ha torpaq sahəsi iddiaçının icarəsinə verilmiş və həmin hüquq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi Idarəsi tərəfindən verilmiş ## ###### 2019-cu il tarixli, № ******* saylı dövlət reyestrindən çıxarışa əsasən dövlət qeydiyyatına alınmışdır. Tərəfindən torpaq sahəsinə görə icarə haqqı ödənilmişdir. Sözügedən torpaq sahəsi uzun müddətdir ki, iddiaçının mübahisəsiz olaraq sahiblik və istifadəsindədir. Qeyd edilən torpaq sahəsinə dair çıxarışın və plan və ölçü sənədinin verilməsi ilə bağlı Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Cavabdehn * saylı Bakı Ərazi Idarəsinə müraciət edilmiş, cavabdeh ##.##.2025-ci il tarixli məktubu ilə ərizəsinin icrasından imtina etmişdir. Cavabdeh imtinasında göstərmişdir ki, "torpaq sahəsi ilə bağlı əlavə olunmuş sənədlər sahənin icarəyə verilməsi ilə bağlıdır və həmin sənədlər əsasında X1 icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim olunmamışdır". Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatından imtina edilmişdir. Hesab edir ki, cavabdeh orqanın imtinası formal mülahizələrə əsaslanmaqla qanuna zidd olmuşdur və hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Hazırkı işin hallarından və iddia ərizəsindən göründüyü kimi, iddiaçının hüquqi marağı Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən 0.0113 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınmasına nail olmaqdan ibarətdir. Cavabdeh isə mövqeyini qanunsuz və əsassız hesab edərək bildirmişdir ki, sözügedən torpaq sahəsinin dövlət qeydiyyata alınması ilə bağlı hüquqmüəyyənedici sənədlər təqdim olunmadığından hüquqlar qeydə alına bilməz. Hazırki iş üzrə 8.0.1-ci maddədə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənəd-##.##.2006-cı il ***/** saylı sərəncamı, ##.##.2011-ci il **/** saylı sərəncamı, ##.##.2012-ci il tarixli **/** saylı sərəncamı və ##.##.2012-ci il * nömrəli torpağın icarə müqaviləsi mövcud olduğundan və bu sənədlərin mötəbərliliyi şübhə doğurmadığından iddiaçının qeyd edilən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması yol veriləndir. Cavabdeh tərəfindən verilmiş iddiaya etiraz onunla əsaslandırılmışdır ki, torpaq sahəsi ilə bağlı əlavə olunmuş sənədlər sahənin icarəyə verilməsi ilə bağlıdır və həmin sənədlər əsasında İddiaçı icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Iddiaçı tərəfindən torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim olunmamışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yer qurluşu haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.3-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olubolmamasının müəyyən edilməsi yolu ilə aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1- ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli ## #### 2026-cı il tarixli qərarı ilə (hakim L.Musayeva) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, qeyd edilən torpaq sahəsinə dair iddiaçının hər hansı hüquqmüəyyənedici sənədi olmadığı üçün çıxarışın verilməsi tələbi təmin edilməməlidir. Iddiaçı tərəfindən təqdim edilmiş sənədlər torpaq sahəsinin icrarəyə verilməsi ilə bağlıdır və bunun əsasında icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi və işin faktiki halları baxımından da əsassızdır. Məhkəmə qanuni və düzgün nəticəyə gəlməmişdir. Işin mübahisəsiz hallarından görünür ki, Bakı şəhər Yasamal rayon Bələdiyyə sədrinin ##.##.2006-cı il ***/** saylı sərəncamı, ##.##.2011-ci il **/** saylı sərəncamı, ##.##.2012-ci il tarixli **/** saylı sərəncamı və ##.##.2012-ci il * nömrəli torpağın icarə müqaviləsi əsasında həmin torpaq sahəsi onun icarəsinə verilmişdir. Göstərilən sənədlər hüquqmüəyyənedici sənəddir və torpaq üzərində hüquqlarının qeydiyyata alınması üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 8.0.1-ci maddəsinə görə qanunla müəvvən edilmiş qavdada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və va bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Hazırkı iş üzrə 8.0.1-ci maddədə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənəd- ##.##.2006-cı il ***/** saylı sərəncamı, ##.##.2011-ci il **/** saylı sərəncamı. ##.##.2012-ci il tarixli **/** saylı sərəncamı və ##.##.2012-ci il * nömrəli torpağın icarə müqaviləsi mövcud olduğundan və bu sənədlərin mötəbərliliyi şübhə doğurmadığından onun qeyd edilən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması yol veriləndir. Həmin sənədlər cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilməmiş və sənədlərin etibarsızlığına dair bir sənəd yoxdur. Bununla həmin sənədlərin legitimliyi məhkəmə tərəfindən qəbul edilməli idi. Bundan başqa, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### 2011-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə miibahisələndirilən torpaq sahəsinin mövcud vəziyyətdə icarə əsasında onun adına sənədləşdirilməsi vəzifəsi Bakı şəhər Icra Hakimiyyətinə həvalə edilmişdir. Həmin qətnamədən açıq şəkildə müəyyən olunur ki, torpaq sahəsi uzun müddət ərzində onun tərəfindən istifadə olunmuşdur, faktiki sahibliyi o həyala keçirmiş, torpaq sahəsinə görə mütəmadi olaraq icarə haqqı ödənilmiş və torpaq sahəsinə dair situasiya planı mövcuddur. Bundan əlavə, mübahisəli torpaq sahəsinin plan-ölçü sənədinin hazırlanaraq onun adına rəsmiləşdirilməsi ilə bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə qarşı qaldırdığı iddia da məhkəmənin ## ### 2012-ci il tarixli, *inz(**)-***/**** saylı qərarı ilə təmin edilmiş və bu barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcuddur. Göstərilən məhkəmə aktları mübahisəli torpaq sahəsinin faktiki istifadəçisi və sahibliyinin məhz ona məxsus olduğunu təsdiq edir. Həmin qərarlar əsasında torpaq sahəsi üzrə icarə hüququ rəsmiləşdirilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, guya torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd mövcud deyildir. Bu nəticə aşağıdakı səbəblərə görə də əsassız və qanunsuzdur. Məhkəmə qətnamələri hüquqmüəyyənedici sənəd kimi çıxış edir. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri hüquqların yaranması, dəyişdirilməsi və təsdiqi üçiin əsasdır. Yuxarıda qeyd edilən məhkəmə qərarları onun torpaq sahəsinə olan hüquqlarını təsdiq edir və hüquqi nəticə yaradır. Icarə hüququnun mövcudluğu hüquqi əsasdır. Torpaq sahəsinin onun adına icarəyə verilməsi barədə məhkəmə qətnaməsinin icrası nəticəsində yaranmış hüquqi vəziyyət dövlət tərəfindən tanınmış hüquqi münasibətdir. Bu isə mülkiyyət hüququnun əldə edilməsi üçün ilkin və hüquqi əsas kimi qiymətləndirilməlidir, faktiki sahibliyin və istifadənin təsdiqi məhkəmə aktları ilə müəyyən olunmuş faktiki istifadə və sahibliyin mövcudluğu mülki hüquq münasibətlərində mühüm əhəmiyyət kəsb edir və hüququn tanınması üçün nəzərə alınmalıdır. Plan-ölçü sənədlərinin mövcudluğu torpaq sahəsinə dair plan-ölçü sənədlərinin məhkəmə qərarı ilə hazırlanması və rəsmiləşdirilməsi artıq həmin torpaq sahəsinin hüquqi dövriyyədə olduğunu və fərdiləşdiriIdiyini göstərir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarları hüquqların tanınması üçün əsasdır, şəxsin uzun müddətli istifadə və sahibliyi hüquqi nəticələr doğura bilər, dövlət orqanlarının üzərinə qoyulmuş vəzifələrin icrası nəticəsində yaranan hüquqlar qorunmalıdır. Birinci instansiya məhkəməsi bu halları nəzərə almamış, sübutları düzgün qiymətləndirməmiş və nəticədə səhv hüquqi nəticəyə gəlmişdir. Eyni zamanda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinin tələbinə görə, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iddiaçı iştirak etməmişdir. ##.##.2026-cı il tarixdə iddiaçı məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və bununla bağlı məhkəmə iclasının başqa vaxta keçirilməsini xahiş etmişdir. Iddiaçı səhhətində yaranmış rahatsızlığı təsdiq edən sənədi məhkəməyə etməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (IPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (IPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (IPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). Iddiaçı IPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. Iddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Iddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. IPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası iddianın mahiyyəti üzrə aşağıdakıları qeyd edir: Iddia mümkün olsa da, mahiyyəti üzrə əsassız olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə Kollegiyası ilk olaraq aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. - 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. - 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; - 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. - 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. - 12.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın:

2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları Ittifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il ######ın #-dək tərtib olunmuş texniki pasport həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); 2.7. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il ######ın #-dək verilmiş qərar.

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir:

Işin faktiki hallarından görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Yasamal rayon Bələdiyyə sədrinin ##.##.2006-cı il ***/** saylı sərəncamı, ##.##.2011-ci il **/** saylı sərəncamı, ##.##.2012-ci il tarixli **/** saylı sərəncamına və ##.##.2012-ci il * nömrəli torpağın icarə müqaviləsinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən 0.0113 ha torpaq sahəsi iddiaçının icarəsinə verilmiş və həmin hüquq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi Idarəsi tərəfindən verilmiş ## ###### 2019-cu il tarixli, № ******* saylı dövlət reyestrindən çıxarışa əsasən dövlət qeydiyyatına alınmışdır. Iddiaçı tərəfindən torpaq sahəsinə görə icarə haqqı ödənilmişdir. Sözügedən torpaq sahəsi uzun müddətdir ki, iddiaçının mübahisəsiz olaraq sahiblik və istifadəsindədir. Qeyd edilən torpaq sahəsinə dair çıxarışın və plan və ölçü sənədinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edir. Iddiaçı eyni tələblə cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Cavabdeh inzibati orqan imtina əsası kimi hüquqmüəyyənedici sənədlərin təqdim olunmamasına istinad etmişdir. Kollegiya hesab edir ki, cavabdehin imtinası, eyni zamanda buna bağlı olaraq birinci instansiya məhkəməsinin iddia tələbinin rədd edilməsi ilə bağlı gəldiyi nəticə əsaslı olmuşdur. Belə ki, apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, qanunvericilikdə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin konkret əsasları müəyyən edilmişdir, hazırki iş üzrə iddiaçı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinə əsas olan sənədlərdən heç birini təqdim etməmişdir. Iş materiallarından görünür ki: - Iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli ##.##.2019-cu il tarixli çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, A,M.Şərifzadə küçəsində yerləşən, ümumi sahəsi 0.0113 ha torpaq sahəsi icarə hüququ əsasında İddiaçı adına qeydiyyatdan keçmişdir. - Cavabdehin məhkəməyə təqdim etdiyi daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən ## ###### 2025-ci il tarixli müayinə (baxış) aktında qeyd edilmişdir ki, torpaq sahəsi beş mərtəbəli yaşayış binalarından 6-7 metr aralı məsafədə məhəllə içi yer daşları döşənmiş ərazidən ibarətdir. Faktiki göstərilən sahənin koordinatları digər hallarla bağlı baxılması üçün akta əlavə olundu. Torpaq sahəsi hər tərəfdən şərti olaraq göstərildi. - Iddiaçının müraciətinə cavabdeh inzibati orqan ##.##.2025-ci il tarixli imtina məktubunda bildirmişdir ki, torpaq sahəsi ilə bağlı əlavə olunmuş sənədlər sahənin icarəyə verilməsi ilə bağlıdır və həmin sənədlər əsasında İddiaçı icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim olunmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyini haqlı sayaraq diqqətə çatdırır ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmiş, iddiaçı həmin Siyahıda göstərilən sənədlərdən hər hansı birini də təqdim etməmişdir. Inzibati iş materiallarından müəyyən edilir ki, iddiaçı tərəfindən təqdim edilmiş edilmiş sənədlər torpaq sahəsinin icarəyə verilməsi ilə bağlıdır və bunun əsasında icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Beləliklə, torpaq sahəsi üzərində mülkiyyət hüquqların dövlət qeydiyyatı üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslardan hər hansı biri təqdim edilmədiyindən cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi Idarəsinin iddiaçının həmin torpaq sahəsinə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinası qanuni olmuşdur. Yuxarıda göstərilənlərə əsasən, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Nəticəvi hissə:

Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası

Qərara aldı: Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli ## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar