Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-1104/2026 23.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı Nəbiyev İsmail Şahmar oğlunun cavabdeh Cavabdeh qarşı “qeydin ləğvi və qabaqcadan qeydiyyata alınma” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X8 (sədrlik edən və məruzəçi), X11 və X6 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili vəkil2, cavabdehin nümayəndəsi X4, 3-cü şəxs Üçüncü şəxs MTK-nın qanuni təmsilçisi X1, 3-cü şəxs Üçüncü şəxs MTK-nın nümayəndəsi və vəkili vəkil1 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları
1. ##.##.2011-ci il tarixli Müqaviləsinə əsasən podratçı xxxx MTK Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanında inşa etdiyi çoxmərtəbəli binada qeyri-yaşayış sahəsi olan yola yaxın ərazidə yerləşən 1-ci mərtəbənin tam sahəsi 100 kv.m sahəni payçı Nəbiyev İsmail Şahmar oğluna satmışdır.
2. xxxx MTK tərəfindən verilən Maliyyə Arayışına əsasən Bakı şəhəri, Səbail rayonu,, A.Abbaszadə küçəsi ev ** saylı ünvanda yerləşən kooperativ yaşayış binası xxxx MTK-ya məxsusdur. Bu binanın 1-ci mərtəbəsində yerləşən 100 kv.m olan qeyriyaşayış sahəsinin dəyəri payçı Nəbiyev İsmail Şahmar oğlu tərəfindən ödənilmişdir, MTK-ya borcu yoxdur.
3. Prestije Palace ##.##.2011-ci il tarixli Müqaviləsinə əsasən payçı Nəbiyev İsmail Şahmar oğlu Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanında yerləşən çoxmərtəbəli binanın tikintisini podratçı xxxx MTK-ya həvalə edir.
4. xxxx MTK tərəfindən verilən Maliyyə Arayışına əsasən Bakı şəhəri, Səbail rayonu,, A.Abbaszadə küçəsi ev ** saylı ünvanda yerləşən kooperativ yaşayış binası xxxx MTK-ya məxsusdur. Bu binanın 4-cü mərtəbəsində yerləşən yaşayış sahəsi 238.1 kv.m olan mənzilin dəyəri payçı Nəbiyev İsmail Şahmar oğlu tərəfindən ödənilmişdir, MTKya borcu yoxdur.
5. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının ##.##.2016-cı il tarixli *(***)-****/**** nömrəli Qərarına əsasən iddiaçı X1 və vəkili Şahverdi Ağaveys Nurkişi oğlunun kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının ## ###### 2015-ci il tarixli *(***)-****/**** saylı qətnaməsi iddiaçı X1 şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır.
6. Bakı Şəhər Səbail Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli Qətnaməsinə əsasən iddia təmin edilmiş, ünvan 2 ünvanında inşa edilmiş yaşayış binasının 1-ci mərtəbəsində yerləşən, sahəsi 100 kv.m olan qeyriyaşayış sahəsinin, həmin binanın 4-cü mərtəbəsində yerləşən, sahəsi 238.1 kv.m olan mənzilin Nəbiyev İsmail Şahmar oğlunun istifadəsinə verilməsi vəzifəsi və həmin binanın 11-ci mərtəbəsində yerləşən sahəsi 238.1 kv.m olan mənzilin X3 istifadəsinə verilməsi vəzifəsi xxxx MTK-ya həvalə edilmişdir.
7. xxxxnin * saylı Bakı Ərazi İdarəsinin ##.##.2025-ci il tarixli *-**-*-**/*-****/**** nömrəli məktubu ilə təqdim edilən Daşınmaz Əmlakın texniki vəziyyətini əks etdirən ##.##.2024-cü il tarixli müayinə aktından müəyyən olunur ki, 4-cü mərtəbədə ümumi sahəsi 238.1 kv.m olan mənzil və 1-ci mərtəbədə ümumi sahəsi 100 kv.m olan qeyri yaşayış sahəsi yerləşir. Sözü gedən mənzil 4-cü mərtəbədə yerləşir. Mənzil 2-ci girişdə soldan 1-ci qapıda yerləşir. Mənzil yaşayışın 3-cü (238.1m²) mərtəbəsindədir. Məhkəmənin qərarındada gösdərildiyi kimi mənzil və qeyri yaşayış sahəsi (100.0m²) sahəsi ərizəçiyə verilmişdir. Lakin qeyri yaşayış sahəsi binada yerləşmə sxemi təqdim edilməyibdir. Ərizəçi gösdərdiyi hissə özəl olub olmadığını təyin etmək olmur. Bölgü sxemi təqdim edilməyibdir. Mənzilə yeni qapı qoyulubdur. Mənzilə baxış keçirildi. Mənzilin daxilində arakəsmələr tikilməyibdir. Sözü gedən mənzil və OYS-si ilə bağlı 2023-cü ildə Elçin Şahverdiyevin ərizəsi olmuşdur.
8. Cavabdeh Cavabdeh * saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı ##.##.2024cü il tarixli 3-21-3-02/2- *****/**** nömrəli məktubunda göstərilmişdir ki, ünvan 3 ünvanında yerləşən 100 kv.m qeyri-yaşayış sahəsi və 238,1 kv.m mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Cavabdeh publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsində yaranmış mübahisəli məsələnin araşdırılmasına köməklik göstərilməsi barədə daxil olmuş müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Müraciətlə əlaqədar aparılmış araşdırma zamanı qeyd olunan ünvanda inşa edilmiş yaşayış binasına dair tikintisi başa çatmış obyektin istismarına icazə sənədinin * saylı Bakı Ərazi İdarəsinə təqdim edilmədiyi müəyyən edilmişdir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il ######ın #-dək) inşa edilmiş tikililərə dair çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquq əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab edilir. Həmin qanunun 8.0.10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən sonra (2013-cü il ######ın #-dən sonra) tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə təqdim olunmalıdır. Həmçinin araşdırma zamanı * saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən mənzilə texniki baxış keçirilən zaman iddia etdiyiniz mənzilin binanın 2-ci girişinin yaşayış mərtəbəsinin 3-cü mərtəbəsində deyil, faktiki olaraq 4-cü mərtəbəsində yerləşdiyi və soldan 1- ci qapı olduğu müəyyən edilmişdir. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsi, ** saylı ünvanda inşa edilmiş 16 (+texniki mərtəbə, 1-ci mərtəbəsi qeyri- yaşayış sahəsi - 831.0 kv.m.) mərtəbəli, 2 girişli, 90 mənzilli yaşayış binası daşınmaz əmlakın dövlət reyestrində ##.##.2017-ci il tarixdə hüquqi şəxsin adına qabaqcadan qeydiyyata alınmışdır. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsi, ** saylı 2ci giris. 3-cü mərtəbəsində yerləşən, soldan 1-ci qapı, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsi, ** saylı ünvanda inşa edilmiş yaşayış binasının 2-ci giriş, 3-cü mərtəbəsində yerləşən, soldan 1-ci qapı, ** saylı mənzili daşınmaz əmlakın dövlət reyestrində hüquqi şəxsin adına qabaqcadan qeydiyyata alınmışdır. Qeyd olunan yaşayış binasının 1-ci mərtəbəsində yerləşən sahəsi 831,0 kv.m olan qeyri-yaşayış sahəsinin 301,0 kv.m hüquqi şəxsin və 200,0 kv.m digər fiziki şəxsin adına paylı mülkiyyət hüququ ilə, 80 kv.m, 95 kv.m, və 155 kv.m digər fiziki şəxsin adına qabaqcadan qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- ****/**** saylı qərarı ilə sözügedən daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasına dair hər hansı öhdəlik qoyulmamışdır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
9. Cavabdeh Cavabdeh * saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı ##.##.2024cü il tarixli 3-4-30/2- *****/**** nömrəli məktubunda bildirilmişdir ki, aparılmış araşdırma zamanı qeyd olunan ünvanda inşa edilmiş yaşayış binasına dair tikintisi başa çatmış obyektin istismarına icazə sənədinin * saylı Bakı Ərazi İdarəsinə təqdim edilmədiyi müəyyən edilmişdir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il ######ın #-dək) inşa edilmiş tikililərə dair çoxmənzilli binalara, qeyriyaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquq əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab edilir. Həmin Qanunun 8.0.10.1- ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən sonra (2013-cü il ######ın #-dən sonra) tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə təqdim olunmalıdır. Həmçinin araşdırma zamanı * saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən mənzilə texniki baxış keçirilən zaman iddia etdiyiniz mənzilin binanın 2-ci girişinin yaşayış mərtəbəsinin 3- cü mərtəbəsində deyil, faktiki olaraq 4-cü mərtəbəsində yerləşdiyi və soldan 1-ci qapı olduğu müəyyən edilmişdir. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsi, ** saylı ünvanda inşa edilmiş 16 (+texniki mərtəbə, 1-ci mərtəbəsi qeyri- yaşayış sahəsi - 831,0 kv.m) mərtəbəli, 2 girişli, 90 mənzilli yaşayış binası daşınmaz əmlakın dövlət reyestrində ##.##.2017-ci il tarixində hüquqi şəxsin adına qabaqcadan qeydiyyata alınmışdır. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsi, ** saylı ünvanda inşa edilmiş yaşayış binasının 2-ci giriş, 3-cü mərtəbəsində yerləşən, soldan 1-ci qapı. ** saylı mənzili daşınmaz əmlakın dövlət reyestrində hüquqi şəxsin adına qabaqcadan qeydiyyata alınmışdır. Qeyd olunan yaşayış binasının 1-ci mərtəbəsində yerləşən sahəsi 831,0 kv.m olan qeyri-yaşayış sahəsinin 301,0 kv.m hüquqi şəxsin və 200,0 kv.m digər fiziki şəxsin adına paylı mülkiyyət hüququ ilə, 80 kv.m, 95 kv.m, və 155 kv.m digər fiziki şəxsin adına qabaqcadan qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- ****/**** saylı qərarı ilə sözügedən daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasına dair hər hansı öhdəlik qoyulmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı Nəbiyev İsmail Şahmar oğlu cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Cavabdeh Publik Hüquqi şəxsin * saylı Baki Ərazi İdarəsinin ## ##### 2011-ci il tarixində Üçüncü şəxs Mənzil-Tikinti Kooperativinə 200.000 (iki yüz min) manat məbləğində pul verib satın aldığı ünvan 1 ünvanında yerləşən "Prestij Palace" binasının 1-ci mərtəbəsindəki 100 kvadratmetrdən ibarət olan qeyriyaşayış sahəsinə və ## ###### 2011-ci il tarixində isə onun Üçüncü şəxs Mənzil-Tikinti Kooperativinə 238.000(iki yüz otuz səkkiz min) manat məbləğində pul verib satın aldığı həmin ünvan 1 ünvanında yerləşən "Prestij Palace" binasının 4-cü mərtəbəsində yerləşən, sahəsi 238,1 kvadratmetr sahəsi olan mənzilə görə Hüquqi şəxsə ## #### 2017-ci il tarixdə vermiş olduğu İlkin Qeydiyyat Sənədlərinin, yəni Hüquqların qabaqcadan qeydiyyatı barədə Daşınmaz Əmlakın Dövlət reyestrindən Arayışlarının ləğv olunmaları və ## ##### 2011-ci il tarixində onun Üçüncü şəxs Mənzil-Tikinti Kooperativinə 200.000 (iki yüz min) manat məbləğində pul verib satın aldığı ünvan 1 ünvanında yerləşən "Prestij Palace" binasının 1-ci mərtəbəsindəki 100 kvadratmetrdən ibarət olan qeyri-yaşayış sahəsinə və ## ###### 2011-ci il tarixində isə onun Üçüncü şəxs Mənzil-Tikinti Kooperativinə 238.000(iki yüz otuz səkkiz min) manat məbləğində pul verib satın aldığı həmin ünvan 1 ünvanında yerləşən "Prestij Palace" binasının 4-cü mərtəbəsində yerləşən, sahəsi 238,1 kvadratmetr sahəsi olan mənzilə görə Nəbiyev İsmayıl Şahmar oğluna əmlakın ilkin qeydiyyat Sənədlərinin, yəni Hüquqların qabaqcadan qeydiyyatı barədə Daşınmaz Əmlakın Dövlət reyestrindən Arayışların vermələri öhdəliklərinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində "Cavabdehn * saylı Baki Ərazi İdarəsinin üzərinə bir vəzifə kimi qoyulması, ## ##### 2011-ci il tarixində onun Üçüncü şəxs Mənzil-Tikinti Kooperativinə 200.000(iki yüz min) manat məbləğində pul verib satın aldığı ünvan 1 ünvanında yerləşən "Prestij Palace" binasının 1-ci mərtəbəsindəki 100 kvadratmetrdən ibarət olan qeyri-yaşayış sahəsinə və ## ###### 2011-ci il tarixində isə onun Üçüncü şəxs Mənzil-Tikinti Kooperativinə 238.000 (iki yüz otuz səkkiz min) manat məbləğində pul verib satın aldığı həmin ünvan 1 ünvanında yerləşən "Prestij Palace" binasının 4-cü mərtəbəsində yerləşən, sahəsi 238,1 kvadratmetr sahəsi olan mənzilə görə Hüquqi şəxsə əmlakın ilkin qeydiyyat Sənədlərini, yəni Hüquqların qabaqcadan qeydiyyatı barədə Daşınmaz Əmlakın Dövlət Reyestrindən Arayışlarını vermiş şəxslərin barələrində bu işin özgənin əmlaklarını mənimsəmək məqsədi ilə edilməsi məhkəmə tərəfindən müəyyən ediləcəyindən, bu faktlar üzrə cinayət işi başlanılaraq, icraata qebul edilib, ibtidai araşdırılmasının aparılması üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinin tələblərinə uyğun olaraq, (265.4. Məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir) cinayətin əlamətlərini aşkara etdiyindən, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsi ilə bağlı yekun məhkəmə qərarları çıxarılmasını xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, ## ##### 2011-ci il tarixində o Üçüncü şəxs Mənzil-Tikinti Kooperativinə 200.000(iki yüz min) manat məbləğində pul verib, ünvan 1 ünvanında yerləşən “Prestij Palace” binasının 1-ci mərtəbəsindəki 100 kvadratmetrdən ibarət olan qeyri-yaşayış sahəsini və ## ###### 2011- ci il tarixində isə "xxxx” Mənzil-Tikinti Kooperativinə 238.000(iki yüz otuz səkkiz min) manat məbləğində pul verib, həmin ünvan 1 ünvanında yerləşən "Prestij Palace" binasının 4-cü mərtəbəsində yerləşən, sahəsi 238,1 kvadratmetr sahəsi olan mənzili Üçüncü şəxs Mənzil-Tikinti Kooperativindən nəğd pulla satın almışdır. "Bəzi Azərbaycan Respublikası Prezidentinin 19 çoxmənzilli binaların istismarına fevral 2019-cu il tarixli icazə verilməsinin sadələşdirilməsi haqqında" Fərmanına görə, bir il müddətinə, yəni ## ###### 2020-ci il tarixə kimi bütün işlər, o cümlədən istismara verilmiş qeyriyaşayış sahələrinə qazın verilməsi işləri tamamilə başa çatdırılmalı idi. Bu məsələ Azərbaycan Respublikasının Baş Prokuroru Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində dəfələrlə müzakirə olunmuş və həmin müzakirələr zamanı bu məsələlərin ## ###### 2020-ci il tarixə kimi öz həllini tapmasının vacibliyi qeyd olunmuşdur. Həmin qeyriyaşayış sahəsi və mənzillə bağlı bütün müvafiq sənədlərinin, hətta alqı-satqı əməliyyatlarının tamamilə qanun normalarına uyğun olmalarını təsdiq edən qanuni qüvvədə olan Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ### 2016-cı il tarixli *(***)-****/**** saylı qərarını, eyni zamanda, satın aldığım qeyriyaşayış sahəsinin və mənzilin məhkəmənin qeyd etdiyim yekun qərarı əsasında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı şəhəri Səbail rayon İcra şöbəsinin əməkdaşları tərəfindən ## ###### 2021-ci il tarixdə ona təhvil vermişlər. lakin bununla belə və müxtəlif ünvanlara çoxsaylı şikayət və müraciətlərimə baxmayaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində "Cavabdehn * saylı Baki Ərazi İdarəsi Üçüncü şəxs Mənzil- Tikinti Kooperativinin rəhbərliyi ilə əlaqəyə girərək, göstərdiyi qeyri-yaşayış sahəsinin və mənzilin çıxarışlarını və texniki pasportlarını, heç olmazsa, ilkin Qeydiyyat Sənədlərini, yəni Hüquqların qabaqcadan qeydiyyatı barədə Daşınmaz Əmlakın Dövlət reyestrindən Arayışlarını ona vermək əvəzinə, onun Üçüncü şəxs Mənzil- Tikinti Kooperativindən nağd pula satın aldığı "Prestij Palace" binasının 1-ci mərtəbəsindəki 100 kvadratmetrdən ibarət olan qeyri-yaşayış sahəsinə və ## ###### 2011- ci il tarixində isə həmin binanın 4- cü mərtəbəsində yerləşən, sahəsi 238, 1 kvadratmetr sahəsi olan mənzilə görə ## #### 2017-ci il tarixdə heç bir hüquqi əsas olmadan Hüquqi şəxsə (Üçüncü şəxs Mənzil-Tikinti Kooperativinə) Hüquqların qabaqcadan qeydiyyatı barədə Daşınmaz Əmlakın Dövlət reyestrindən Arayışlarını vermişlər. Belə ki, Azərbaycan Respublikasının İqtısadıyyat Nazırlıyı yanında Əmlak Məsələlərı Dövlət Xidmətinin tabeliyində "xxxx" Publik Hüquqi şəxsin İdarə Heyətının sədr müavini Elvin Məmmədov ədaləti onun əmlak hüquqlarını bərpa etmək əvəzinə ## ######## 2024-cü il tarixli *-*-*-**/*-*****/**** saylı məktubunda bildirir ki, onun Üçüncü şəxs Mənzil-Tikinti Kooperativindən nağd pulla satın aldığı "Prestij Palace" binasının 1-ci mərtəbəsindəki 100 kvadratmetrdən ibarət olan qeyri-yaşayış sahəsinə, ## ###### 2011-ci il tarixində isə həmin binanın 4-cü mərtəbəsində yerləşən, sahəsi 238,1 kvadratmetr sahəsi olan mənzilə görə ## #### 2017-ci il tarixdə Hüquqi şəxsə (Üçüncü şəxs Mənzil-Tikinti Kooperativinə) Hüquqların qabaqcadan qeydiyyatı barədə Daşınmaz Əmlakın Dövlət reyestrindən Arayışlarını vermişlər. Belə çıxır ki, Azərbaycan Respublikasının İqtisadıyyat Nazırlıyı yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Cavabdeh mənim Üçüncü şəxs Mənzil-Tikinti Kooperativindən nağd pulla satın aldığı "Prestij Palace" binasının 1- ci mərtəbəsindəki 100 kvadratmetrdən ibarət olan qeyri-yaşayış sahəsini, ## ###### 2011- ci il tarixində isə həmin binanın 4-cü mərtəbəsində yerləşən, sahəsi 238,1 kvadratmetr sahəsi olan mənzili Hüquqi şəxsə (Üçüncü şəxs Menzil- Tikinti Kooperativinə) hədiyyə etmişlər. Onun şəxsi əmlaklarını Azərbaycan Respublikasının İqtisadıyyat Nazırlıyı yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyinde "Cavabdehn vəzifəli şəxsləri Hüquqi şəxslə (Üçüncü şəxs Mənzil-Tikinti Kooperativi ilə) birlikdə əlaqədə olmaqla mənimsəmişlər. O, məcbur qalmış ki, mülkiyyət hüquqlarının bərpa olunması məqsədi ilə Üçüncü şəxs Mənzil-Tikinti Kooperativindən nəğd pulla satın aldığı ünvan 1 ünvanında yerləşən "Prestij Palace" binasının 1-ci mərtəbəsindəki 100 kvadratmetrdən ibarət olan qeyri-yaşayış sahəsi və həmin binanın 4-cü mərtəbəsində yerləşən, sahəsi 238,1 kvadratmetr sahəsi olan mənzillə bağlı onun heç olmazsa, ilkin qeydiyyat Sənədlərini, yəni Hüquqların qabaqcadan qeydiyyatı barədə Daşınmaz Əmlakın Dövlət reyestrindən Arayışların verilməsinin təmin olunması məqsədi ilə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etdi ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində "Cavabdehn * saylı Baki Ərazi İdarəsinin ## ##### 2011-ci il tarixində onun Üçüncü şəxs MənzilTikinti Kooperativinə 200.000(iki yüz min) manat məbləğində pul verib satın aldığı ünvan 1 ünvanında yerləşən "Prestij Palace" binasının 1-ci mərtəbəsindəki 100 kvadratmetrdən ibarət olan qeyri-yaşayış sahəsinə və ## ###### 2011-ci il tarixində isə onun Üçüncü şəxs Mənzil-Tikinti Kooperativinə 238.000(iki yüz otuz səkkiz min) manat məbləğində pul verib satın aldığı həmin ünvan 1 ünvanında yerləşən "Prestij Palace" binasının 4-cü mərtəbəsində yerləşən, sahəsi 238.1 kvadratmetr sahəsi olan mənzilə görə Hüquqi şəxsə ## #### 2017-ci il tarixdə heç bir qanuni əsas olmadan vermiş olduğu İlkin Qeydiyyat Sənədlərinin, yəni Hüquqların qabaqcadan qeydiyyatı barədə Daşınmaz Əmlakın Dövlət reyestrindən Arayışlarının ləğv olunmaları və ## ##### 2011-ci il tarixində onun Üçüncü şəxs Menzil-Tikinti Kooperativinə 200.000(iki yüz min) manat məbləğində pul verib satın aldığı ünvan 1 ünvanında yerləşən "Prestij Palace" binasının 1-ci mərtəbəsindəki 100 kvadratmetrdən ibarət olan qeyri-yaşayış sahəsinə və ## ###### 2011-ci il tarixində isə onun Üçüncü şəxs Mənzil-Tikinti Kooperativinə 238.000(iki yüz otuz səkkiz min) manat məbləğində pul verib satın aldığı həmin ünvan 1 ünvanında yerləşən "Prestij Palace" binasının 4-cü mərtəbəsində yerləşən, sahəsi 238,1 kvadratmetr sahəsi olan mənzilə görə Nəbiyev İsmayıl Şahmar oğluna əmlakın ilkin qeydiyyat Sənədlərinin, yəni Hüquqların qabaqcadan qeydiyyatı barədə Daşınmaz Əmlakın Dövlət reyestrindən Arayışların vermələri öhdəliklərinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Cavabdeh Publik Hüquqi Şəxsin * saylı Baki Ərazi İdarəsinin üzərinə bir vəzifə kimi qoyulması, ## ##### 2011-ci il tarixində onun Üçüncü şəxs Mənzil-Tikinti Kooperativinə 200.000(iki yüz min) manat məbləğində pul verib satın aldığı ünvan 1 ünvanında yerləşən "Prestij Palace" binasının 1-ci mərtəbəsindəki 100 kvadratmetrdən ibarət olan qeyri-yaşayış sahəsinə və ## ###### 2011-ci il tarixində isə onun Üçüncü şəxs Mənzil-Tikinti Kooperativinə 238.000(iki yüz otuz səkkiz min) manat məbləğində pul verib satın aldığı həmin ünvan 1 ünvanında yerləşən "Prestij Palace" binasının 4-cü mərtəbəsində yerləşən, sahəsi 238,1 kvadratmetr sahəsi olan mənzilə görə Hüquqi şəxsə əmlakın ilkin qeydiyyat Sənədlərini, yəni Hüquqların qabaqcadan qeydiyyatı barədə Daşınmaz Əmlakın Dövlət reyestrindən Arayışlarını vermiş şəxslərin barələrində bu işin özgənin əmlaklarını mənimsəmək məqsədi ilə edildilməsi məhkəmə tərəfindən müəyyən ediləcəyindən, bu faktlar üzrə cinayət işi başlanılraq, icraata qəbul edilib, ibtidai araşdırılmasının aparılması üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinin tələblərinə uyğun olaraq, (265.4. Məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir.) cinayətin əlamətlərini aşkara etdiyindən, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsi ilə bağlı müvafiq məhkəmə qərarları çıxarılmalıdır.
12. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsi, ** saylı ünvanda yerləşən yaşayış binasının istismarına icazə sənədinin * saylı Bakı Ərazi İdarəsinə təqdim edilmədiyi müəyyən edilmişdir. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsi, ** saylı ünvanda inşa edilmiş 16 (+texniki mərtəbə, 1-ci mərtəbəsi qeyriyaşayış sahəsi - 831.0 kv.m) mərtəbəli, 2 girişli, 90 mənzilli yaşayış binası daşınmaz əmlakın dövlət reyestrində ##.##.2017-ci il tarixdə hüquqi şəxsin adına qabaqcadan qeydiyyata alınmışdır. İdarənin mütəxəssisləri tərəfindən mənzilə texniki baxış keçirilən zaman iddia etdiyiniz mənzilin binanın 2-ci Əlavə girişinin yaşayış mərtəbəsinin 3-cü mərtəbəsində, faktiki olaraq 4-cü mərtəbəsində yerləşdiyi və soldan 1-ci qapı olduğu 2-ci girişinin yaşayış mərtəbəsinin 3-cü mərtəbəsində, faktiki olaraq 4-cü mərtəbəsində yerləşdiyi və soldan 1-ci qapı olduğu müəyyən edilmişdir. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsi, ** saylı ünvanda inşa edilmiş yaşayış binasının 2-ci giriş, 3-cü mərtəbəsində yerləşən, soldan 1-ci qapı, ** saylı mənzili daşınmaz əmlakın dövlət reyestrində hüquqi şəxsin adına qabaqcadan qeydiyyata alınmışdır. Qeyd olunan yaşayış binasının 1-ci mərtəbəsində yerləşən sahəsi 831.0 kv.m. olan qeyri-yaşayış sahəsinin 301.0 kv.m. hüquqi şəxsin və 200.0 kv.m. digər fiziki şəxsin adına paylı mülkiyyət hüququ ilə, 80 kv.m., 95 kv.m., və 155 kv.m. digər fiziki şəxsin adına qabaqcadan qeydiyyata alınmışdır. Müraciətdə qeyd olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** saylı qərarı ilə İdarənin üzərinə hər hansı öhdəlik qoyulmamışdır. "Daşınmaz əmlakın dövlət reyestn haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il ######ın #-dək) inşa edilmiş tikililərə dair çoxmənzilli binalara, qeyri- yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquq əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün esaslardan biri hesab edilir. Həmin qanunun 8.0.10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən sonra (2013-cü il ######ın #-dən sonra) tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə təqdim olunmalıdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vazifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər.
13. Bakı İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli *-*(***)-*****/**** nömrəli qərardadı ilə xxxx" MTK inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir.
14. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə iddia təmin edilməmişdir.
15. İddiaçı Nəbiyev İsmail Şahmar oğlu apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI
b) Apellyasiya şikayətinin dəlilləri
16. Apellyasiya şikayəti iddiaya uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, iddiaçı tərəfindən bütün sənədləri «xxxx” Mənzil-Tikinti Kooperativinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Cavabdeh Publik Hüquqi Şəxsinə müraciətləri ilə birlikdə dəfələrlə təqdim edilsə də, hansı səbəbdənsə, mənzil və qeyri yaşayış sahəsi hüquqi şəxs «xxxx” Mənzil-Tikinti Kooperativinin adına keçirilib, həmin hüquqi şəxsin adında saxlanılmaqda davam edir.
ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatları
18. Məhkəmədə iddiaçının nümayəndəsi və vəkili izahat verərək, bildirmişdir ki, 91 mənzillə bağlıÜçüncü şəxs MTK-nın adına qabaqcadan qeydiyyat barədə arayış verilmiş və MTK öz istəyinə uyğun bina sakinlərinin bir çoxuna müvafiq sənəd təqdim edərək qabaqcadan qeydiyyat arayışını onların adına dəyişdirmişdir. Lakin iddiaçı ilə 2011-ci ildə payçı müqaviləsinin, bir neçə məhkəmə qətnaməsinin, o cümlədən Səbail icra şöbəsinin icra vərəqəsi üzrə icraata xitam verilməsi ilə bağlı aktının olmasına baxmayaraq Üçüncü şəxs MTK qərəzli şəkildə lazımi sənədləri verməkdən imtina edir. Cavabdeh təşkilat isə 3-cü şəxsin hərəkətlərinə göz yumaraq mübahisə predmeti olan mənzilə qabaqcadan qeydiyyat arayışının verilməsindən imtina edir. Qeyd olunanlara əsasən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.
19. Cavabdehin nümayəndəsi verilən apellyasiya şikayətinə etiraz edərək, sorğuda qeyd edilən sakinlərə qabaqcadan qeydiyyat barədə arayışın Üçüncü şəxs MTK ilə notarial qaydada bağlanmış alqı-satqı müqaviləsi əsasında verildiyini bildirmişdir. İddiaçının təqdim etdiyi payçı müqaviləsinin əsasında mübahisəli mənzilə mülkiyyət hüququnun qeydə alınması yalnız bina istismara qəbul edildiyi tədqirdə mümkündür. Qeyd edilənlərə əsasən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini məhkəmədən xahiş etdi.
20. 3-cü şəxs Üçüncü şəxs MTK-nın qanuni təmsilçisi X1 verilmiş apellyasiya şikayətinə etiraz edərək, bildirmişdir ki, iddiaçının adına qabaqçadan qeydiyyat barədə arayışın dəyişdirilməsi, MTK-nın ümumi yığıncağın qərarı (səs çoxluğu) və maliyyə arayışı olduğu tədqirdə notarial qaydada təsdiq edilmiş müqaviə rəsmiləşdirilir. Həmin müqavilənin əsasında adına DƏDRX tərəfindən qabaqcadan qeydiyyat barədə arayış verilir. Ümumi yığıncağın qərarı olmadığına, yəni bina sakinlərinin buna razılığı olmadığına görə qeyd olunan prosedurun aparılması mümkün deyil.
21. 3-cü şəxs Üçüncü şəxs MTK-nın nümayəndəsi və vəkili vəkil1 verilmiş apellyasiya şikayətinə etiraz edərək, bildirmişdir ki, payçı müqaviləsi anlayışı qanunvericilikdə öz əksini tapmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində MTK tərərifnədən inşa edilmiş binaların tərkib hissələrinə mülkiyyət hüququnun qeydə alınması qaydası müəyyən edilib. İddiaçının qeyd olunan Qanunda tələb edilən sənədləri təqdim edə bilməməsi səbəbindən onun iddiasının təmin edilməsi mümkün deyil. 3-cü şəxsin vəkili qeyd olunanlara əsasən apellyasiya şikayətinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
22. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 8.0.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 8.0.9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il ######ın #-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10-cu maddəsinə görə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il ######ın #-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: ## ###### 2017-ci il tarixə qədər qüvvədə olan redaksiya: 147.1. Torpaq sahəsinə olan hüququn və ya torpaq sahəsini yüklü edən hüququn əldə edilməsinə və ya ləğvinə, yaxud belə hüququn məzmununun və ya növbəliliyinin dəyişdirilməsinə dair tələbi təmin etmək üçün daşınmaz əmlakın dövlət reyestrində qabaqcadan qeydiyyat aparıla bilər. Gələcək və ya şərti tələblərin təmin edilməsi üçün də qabaqcadan qeydiyyatın aparılmasına yol verilir. 147.2. Qabaqcadan qeydiyyat aparıldıqdan sonra torpaq sahəsinə və ya ona olan hüquqa dair verilən sərəncam, onun göstərilən tələbin həyata keçirilməsinə təsir etdiyi və ya mane olduğu hissəsində etibarsızdır. Həmin qayda sərəncamın məcburi icra və ya həbsin qoyulması qaydasında verildiyi halda da tətbiq edilir. 147.3. Hüququn əldə edilməsinə yönəldilmiş tələbin üstünlüyü qabaqcadan qeydiyyat üçün tələb barəsində ərizənin reyestrə təqdim edilməsi vaxtı ilə müəyyən edilir.
## ###### 2017-ci ildən sonra əlavə edilmiş: 144-1.2. Mülkiyyətindəki torpaq sahəsində tərkib hissələrdən ibarət binanın tikintisinə icazə almış mülkiyyətçi tikiləcək binanın tərkib hissələrinin sayına və sahəsinə mütənasib olaraq həmin torpaq sahəsini bu Məcəllənin 144.5-ci maddəsində nəzərdə tutulmuş qaydada bölünmə planı əsasında paylara bölə bilər və bölünmə nəticəsində yaranan payların hər birinə mülkiyyət hüququnun qeydə alınmasını tələb edə bilər. 144-1.3. Mülkiyyətindəki torpaq sahəsində tərkib hissələrdən ibarət binanın tikintisinə icazə almış şəxs bölünmə planına əsasən yaranan paylara və tikintisi başa çatmayan binanın həmin paylara bağlı olan tərkib hissələrinə bölünmə nəticəsində yaranan payların hər birinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra sərəncam verə bilər. 144-1.4. Bölünmə planına əsasən mülkiyyətindəki torpaq sahəsində yaranan paylara və tikintisi başa çatmayan binanın həmin paylara bağlı olan tərkib hissələrinə sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməli və tərkib hissələri əldə edən şəxslərin xeyrinə bu Məcəllənin 147-ci maddəsinə uyğun olaraq təminat qeydi aparılmalıdır. 144-1.5. Bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə digər müddəalarla yanaşı, tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində müvafiq tərkib hissələrin bağlı olduğu payların alqı-satqı şərtləri, təminat qeydinin aparılmasına dair torpaq sahəsi mülkiyyətçisinin və torpaq sahəsinə hüquq əldə etmək istəyən şəxsin bu Məcəllənin 178.8-ci maddəsində nəzərdə tutulan öhdəlikləri və 147.2-ci maddəsində nəzərdə tutulan razılıqları, habelə bu Məcəllənin 178.8-ci maddəsində nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsindən sonra torpaq sahəsində müvafiq paya və tərkib hissəyə mülkiyyət hüququnun xeyrinə təminat qeydi aparılmış şəxsə keçməsinə dair torpaq sahəsi mülkiyyətçisinin razılığı açıqaydın ifadə edilməlidir. 144-1.6. Xeyrinə təminat qeydi aparılmış şəxs tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində müvafiq tərkib hissənin bağlı olduğu pay ilə əlaqədar hüquqlarını və öhdəliklərini yazılı formada sifarişli poçt göndərişi vasitəsilə torpaq sahəsinin mülkiyyətçisini məlumatlandırmaqla notariat qaydasında təsdiq edilmiş müqavilə əsasında üçüncü şəxsə ötürə bilər. Müqavilədə digər müddəalarla yanaşı, hüquqların və öhdəliklərin ötürüldüyü məqamda mövcud olmuş həcmi və həmin həcmdə ötürülməsi, aparılmış təminat qeydində hüquqların və öhdəliklərin ötürüldüyü üçüncü şəxsin xeyrinə müvafiq dəyişikliklərin edilməsinə dair hər iki tərəfin razılıqları aydın şəkildə ifadə edilməlidir. Belə hüquqlar və öhdəliklər onların üçüncü şəxsə ötürüldüyü məqamda mövcud olmuş həcmdə və şərtlərlə ötürülməlidir. Notarius bu müqaviləni təsdiqlədikdən dərhal sonra onu elektron formada informasiya sistemləri vasitəsilə və təsdiqlənmiş yazılı formada sifarişli poçt göndərişi vasitəsilə daşınmaz əmlakın dövlət reyestrinə, habelə təsdiqlənmiş yazılı formada sifarişli poçt göndərişi vasitəsilə torpaq sahəsinin mülkiyyətçisinə göndərməlidir. Belə müqavilə daşınmaz əmlakın dövlət reyestrində aparılmış təminat qeydində müvafiq dəyişikliklərin edilməsinə dair ərizə hesab olunur və həmin müqavilə əsasında müvafiq qeydiyyat hərəkətləri aparılır.
25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYA BAXIŞININ HƏDLƏRİ
26. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
27. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.3-cü maddələrinə əsasən)
29. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 22-25-ci bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.
30. İddia tələbinin mübahisə predmeti olan mənzilə dair Üçüncü şəxs Mənzil-Tikinti Kooperativinin adına vərilmiş “Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyesterindən” Arayışın ləğvi hissəsinə dair iddiaçının gətirdiyi arqumentlə məhkəmə kollegiyası razılaşmır. Belə ki, Mülki Məcəllənin 147.1-ci maddəsinin ## ###### 2017-ci il tarixə qədər qüvvədə olan redaksiyasına əsasən (qeyd olunan binanın 90 mənzilinin ##.##.2017-ci ildə Üçüncü şəxs Mənzil-Tikinti Kooperativinin adına qabaqçadan qeydiyyata alınmasını nəzərə alaraq) mənzillərə dair qabaqçadan qeydiyyata alınması üçün hər hansı bir məhdudiyyət mövcud deyil. Lakin qeyd olunan Məcəllənin 147.2-ci maddəsinə əsasən qabaqcadan qeydiyyat aparıldıqdan sonra hüquqa dair verilən sərəncam, onun (hüququn) göstərilən tələbin həyata keçirilməsinə təsir etdiyi və ya mane olduğu hissəsində etibarsızdır. Göründüyü kimi Üçüncü şəxs Mənzil- Tikinti Kooperativi öz adına qabaqcadan qeydiyyat aparılmasına dair dövlət reyesterindən arayış əldə etdikdən sonra həmin mənzilin üzərində hər hansı bir sərəncamverici hərəkət etməmişdir. Belə olduğu tə qdirdə, məhkəmə kollegiyası hesab edir ki, Üçüncü şəxs Mənzil-Tikinti Kooperativi adına qabaqcadan qeydiyyat aparılmasına dair dövlət reyesterindən verilmiş arayışın ləğv edilməsi üçün həmin Məcəllənin 147.2-ci maddəsində nəzərdə tutulmuş heç bir əsas mövcud deyil.
31. Belə ki, iddiaçı ## ##### 2011-ci il tarixində Üçüncü şəxs Mənzil-Tikinti Kooperativinə 200.000 manat ödəniş edərək, ünvan 1 ünvanında yerləşən “Prestij Palace” binasının 1-ci mərtəbəsindəki 100 kvadratmetrdən ibarət olan qeyri-yaşayış sahəsini və ## ###### 2011- ci il tarixində isə "xxxx” Mənzil-Tikinti Kooperativinə 238.000 manat ödəniş edərək, ünvan 1 ünvanında yerləşən "Prestij Palace" binasının 4-cü mərtəbəsində yerləşən, sahəsi 238,1 kvadratmetr sahəsi olan mənzilə dair Üçüncü şəxs MTK-nın adına olan qeydin ləğvi edilməsini və öz adına qabaqcadan qeydiyyata alınmanı tələb edir.
32. Cavabdeh orqan isə inşa edilmiş yaşayış binasına dair tikintisi başa çatmış obyektin istismarına icazə sənədinin olmadığını bildirərək, iddia ərizəsini təmin etməkdən imtina etmişdir.
33. İşin apellyasiya baxışı zamanı Cavabdeh tərəfindən verilmiş ##.##.2026-cı il tarixli sorğuya cavab məktubuna əlavə edilmiş sənədlərdən görünür ki, Üçüncü şəxs MTKnın adına olan qeydin bina sakinlərinin adına dəyişdirilməsi aralarında bağlanmış və notarial qaydada təstiq edilmiş alqı-satqı müqaviləsi əsasında həyata keçirilmişdir. Həmin müqavilənin tərəfləri olan şəxslərə DƏDRX tərəfindən müqafiq qaydada arayışlar verilmişdir.
34. Qeyd olunan sənədlərin təhlilidən müəyyən olundu ki, Üçüncü şəxsMTK qabaqcadan qeydiyyat hüququnu (sahiblik hüququnu) notarial qaydada təsdiq edilmiş müqavilə əsasında bina sakinlərinə ötürmüşdür. Həmin sakinlər isə qeyd olunan müqavilələr əsasında yaranmış sahiblik hüquqları ilə bağlı arayışlar əldə etmişdirlər. İddiaçıya münasibətdə isə qeyd olunan müqavilə mövcud deyil. Lakin buna baxmayaraq iddiaçı cavabdeh tərəfindən ona qabaqcadan qeydiyyat barədə arayışın verilməsini tələb edir. Başqa sözlə desək iddiaçı hər hansı bir hüququnun dövlət reyesterində qeydə alınması tələb edilən proseduruna riayət olunmadan qeydiyyat tələb edir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının sahibliyində iddia olunan mənzil və qeyri yaşayış sahəsi üzərində onun adına qabaqcadan qeydiyyatın aparılması mümkün deyil.
35. Qanunvericilik normalarına əsasən tikintisi başa çatmayan binaların tərkib hissəsinə mülkiyyət hüququnun qeydə alınması üçün həmin tikilinin inşa edildiyi torpaq sahəsi tikinti sahibinin mülkiyyətində olmalı və bölünmə planına əsasən mülkiyyətindəki torpaq sahəsində yaranan paylara və tikintisi başa çatmayan binanın həmin paylara bağlı olan tərkib hissələrinə sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir.
36. İddiaçının iddia etdiyi mübahisəli mənzil və qeyri-yaşayış sahəsi ilə bağlı istinad etdiyi payçı müqaviləsi və maliyyə arayışları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6-cı maddəsində qeyd edilmiş MTK tərəfindən tikilən mənzil və qeyri yaşayış sahələri üçün tələb olunan mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarını ehtiva etmir.
37. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
38. Belə olan halda kollegiya hesab edir ki iddiaçı tələbinin təmin edilməsi üçün qanunla nəzərdə tutulmuş əsaslardan hər hansı birini cavabdeh inzibati orqana təqdim etməmdiyindən birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
39. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
40. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
İddiaçı Nəbiyev İsmail Şahmar oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.