Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-111/2026 12.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh Cavabdeh qarşı işi üzrə QƏRARİ (Açar sözlər: “siyahıya alınmış əmlakın satılması”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), X4 və X2 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, Bakı İnzibati Məhkəməsinin *-*(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh Cavabdeh vergi orqanlarında vergi ödəyicisi kimi qeydiyyatdan keçərək sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün ********** saylı VÖEN almışdır. Vergi orqanı tərəfindən vergi ödəyicisinin dövlət büdcəsinə yaranmış borcunun ödənilməsi üçün cavabdehə bildiriş göndərilmişdir.
2. Cavabdeh bildirişi aldıqdan sonra borc məbləği üzrə ödəniş etmədiyindən vergi orqanının ##.##.2020-ci il tarixli *********** nömrəli və ##.##.2020-ci il tarixli **************** nömrəli qərarı ilə cavabdehin ümumilikdə 38000 manat məbləğində əmlakı siyahıya alınmışdır.
3. Əmlakın siyahıya alınmasına dair ##.##.2020-ci il tarixli *********** nömrəli protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın 2 (iki) vərəqdən ibarət siyahısı əlavə edilmişdir.
4. Bakı İnzibati Məhkəməsinin *-*(***)-**/**** nömrəli ##.##.2024-cü il tarixli qərardadı ilə iddiaçı Cavabdeh cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı ##.##.2020-ci il tarixli *********** saylı qərar və həmin qərar əsaında tərtib edilmiş ##.##.2020-ci il tarixli *********** nömrəli protokolun ləğv olunması barədə iddia tələbi mümkün sayılmamışdır.
5. İddiaçı tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2025-ci il tarixli, *-**-**/*- *******/**** nömrəli məktubla bildirilmişdir ki, Cavabdeh (VÖEN: 1303564092) ##.##.2020-ci il tarixli *********** nömrəli qərar üzrə dövlət büdcəsinə ##.##.2025-ci il tarixə vergi üzrə 97970.8 manat ödənilməmişdir. Siyahıya alınmış əmlakın qeyd edilən ünvanlara fiziki şəxsə xəbərdarlıq göndərilmiş lakın vergi ödəyicisi iştirak etməmişdir, bu səbəbdən fotoşəkillərin cəkilməsi münkun olmamışdir. Həmin əmlakların qiymətləndirilməsi internet portalın məlumatları əsasında mövcud bazar qiymətlərinə əsasən müəyyən edilmişdir. Məlumat üçün Cavabdeh əmlakının siyahıya alınması haqqında ##.##.2020-ci il tarixli *********** nömrəli qərarın, protokolun surətləri təqdim edilmişdir.
6. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli ***-*-**/*-*****/**** nömrəli məktubla bildirilmişdir ki, Cavabdeh adına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir.
7. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli ***-*-**/*-*****/**** nömrəli məktubla bildirilmişdir ki, Cavabdeh adına hazırda qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Qeyd olunan şəxsin adına Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mkr, 2018ci məhəllə, Alı Mustafayev ünvanında yerləşən qeyri-yaşayış sahəsinin dövlət qeydiyyatına alınmasına dair məlumat aşkar edilməmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər:
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi cavabdeh Cavabdeh qarşı cavabdehin ##.##.2020-
8. ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 378801.46 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 405000 manat məbləğində siyahıya alınmış əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
9. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə ona bildirişlər verilmişdir. Lakin, cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə, baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də, Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə ##.##.2025-ci il tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin ##.##.2025-ci il tarixə yaranan 378801.46 manat borcuna görə 405000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə ##.##.2020-ci il tarixli *********** saylı protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müdətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin ##.##.2020-ci il tarixə yuxarıda qeyd edilən borc məbləğindən dövlət büdcəsinə 378801.46 manat ödənilməmiş borcu qalmışdır.
10. Məhkəmənin *-*(***)-****/**** nömrəli ##.##.2023-cü il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin icraatında olan iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh Cavabdeh qarşı cavabdehin ##.##.2020-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 378801.46 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 405000 manat məbləğində siyahıya alınmış əmlakın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması barədə *-*(***)-****/**** saylı inzibati işin icraatı, Bakı İnzibati Məhkəməsinin icraatında olan digər 2-1(112)-198/2023 (*-*(***)-**/****) saylı inzibati iş üzrə yekun məhkəmə aktı qəbul edilib qanuni qüvvəsini alanadək dayandırılmışdır.
11. Məhkəmənin *-*(***)-***/**** nömrəli ##.##.2025-ci il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmiş və bu barədə tərəflərə müvafiq qaydada məlumat verilmişdir.
12. Bakı İnzibati Məhkəməsinin *-*(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh Cavabdeh ##.##.2020-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş qalan 97970.8 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 405000 manat məbləğində siyahıya alınmış əmlakı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması, göstərilən əmlakın satılmasından əldə edilmiş məbləğdən borc tutularaq dövlət büdcəsinə ödənilməsi, satışdan artıq qalan məbləğ Cavabdeh Haqveri oğluna qaytarılması və iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
13. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, “iddia ərizəsinə əlavə edilən şəxsi hesab vərəqəsindən görünür ki, vergi ödəyicisi olan cavabdehin dövlət büdcəsinə ödənilməmiş borcu mövcuddur. Cavabdehin ona hesablanmış dövlət büdcəsinə ödənilməli olan borcunun məbləğini mübahisələndirməməsi, nəticə etibarı ilə hazırkı mərhələdə həmin borcun cavabdehin əmlakına yönəldilərək vergi borcunun ödənilməsinin təminatı qismində çıxış etdiyini təsdiq edir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, vergi ödəyicisi vergi orqanı tərəfindən edilmiş xəbərdarlıqlara baxmayaraq qanunla müəyyən edilmiş müddətdə borcunu ödəmək vəzifəsini yerinə yetirmədiyindən iddiaçı həmin borcun cavabdehin siyahıya alınmış əmlakına yönəldilməsini tələb etməkdə haqlıdır. İddiaçı tərəfindən təqdim edilmiş məlumatlara əsasən müəyyən edilmişdir ki, hazırda ##.##.2025-ci il tarixə həmin icraat vərəqəsinə əsasən vergi ödəyicisinin 97970.8 manat borcu qalmışdır.” b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
14. Qərardan cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin *- *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərarının mübahisələndirilən hissədə ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ##.##.2024-cü il tarixli qərarının 13-cü bəndində qeyd edilir ki, “cavabdeh (vergi orqanı) tərəfindən iddia tələbinə dair yazılı etirazda qeyd edilmişdir ki: Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Vergi Məcəlləsinin 23.1.5-ci və 23.1.6-cı maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək, müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Eyni zamanda Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Məcəllənin 59.2-ci maddəsinə əsasən bu Məcəllənin 59.1-ci maddəsində müəyyən edilmiş faiz vergi ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir. Cavabdeh ##.##.2022-ci il tarixə dövlət büdcəsinə vergilər üzrə ümumilikdə 274962,40 manat (o cümlədən, faizlər üzrə 222203,56 manat və dövlət torpaq sahələrinin icarəsi üzrə 52758,84 manat) borcu mövcuddur. Belə ki, vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə əsasən 2018-ci ilin 4-cü rübü üzrə vergi orqanı tərəfindən analoji qaydada hesablanmış bina tikintisi ilə məşğul olan sadələşdirilmiş vergi bəyannaməsi üzrə əsas vergilər üzrə hesablanmış vergilərə tətbiq edilən faizlərdən ibarətdir.
ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
Apellyasiya şikayətinə dair yazılı etiraz təqdim edilmişdir.
d) Prosses iştirakçılarının izahatları
16. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 23.1.15-1-ci maddəsinə əsasən, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. 89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. 89.2. Əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. 89.3. Vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməməsinə görə vergi ödəyicisi bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır. Vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirməkdən boyun qaçırması barədə vergi orqanının kifayət qədər əsası olduqda, habelə vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə eyni zamanda ondan vergi öhdəliyini dərhal ödəməyi tələb edə bilər. Vergi ödəyicisi bu maddənin ikinci abzasında nəzərdə tutulmuş hallarda vergi öhdəliyini yerinə yetirmədikdə, vergi orqanı özünün əsaslandırılmış qərarı əsasında vergi ödəyicisinin əmlakının siyahıya alınmasını həyata keçirə bilər. 89.4. Vergi ödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, vergi ödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı siyahıya alına bilər. Maddə 89.5. Yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır. 89.10. Siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı əmlakın fotoşəkli ilə birlikdə protokola əlavə edilir. Siyahıda əmlakın dəqiq adı, sayı, fərdi əlamətləri, mümkün olduqda qiymətləri göstərilməklə əmlak tam təsvir edilir. Siyahıya alınan bütün əmlak müşahidəçilərə və vergi ödəyicisinə (onun nümayəndəsinə) baxış üçün təqdim edilir. Vergi ödəyicisi siyahıya alınmış əmlakı barəsində bu Məcəllənin 89.2-ci və 89.11-ci maddələrində müəyyən edilmiş məhdudiyyətlərin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıdığı barədə vergi orqanı tərəfindən xəbərdar edilir. 90.1. Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. 90.3. vergi ödəyicisinin siyahıya alınmış əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5.000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra qətnamə ilə təmin edilmiş borca faizin hesablanması dayandırılır və bu Məcəllənin 90.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla vergi borcunun dövlət büdcəsinə ödənilməsi vergi orqanı tərəfindən təmin edilir. Vergi ödəyicisinin siyahıya alınmış əmlakı vergi orqanının sifarişinə əsasən elektron hərrac vasitəsi ilə də satıla bilər. Elektron hərracın təşkili və keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya şikayətində qərar qismən mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı yalnız iddia tələbinin təmin edilən hissəsində yoxlanılır.
20. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
22. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının vergi öhdəliyini yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında qərar ilə cavabdeh tərəfindən vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün əmlakının siyahıya alınması qərara alınaraq cavabdehə məxsus əmlak siyahıya alınmış və bu barədə əmlakın siyahıya alınması haqqında protokol və akt tərtib edilmişdir.
23. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir.
24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, yuxarıda qeyd edilən qanunvericilik normalarından göründüyü kimi əmlakın siyahıya alınması - vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. Vergi orqanının vergi ödəyicisinin əmlakının siyahıya alınması hüququ o zaman yaranır ki, vergi ödəyicisi vergi öhdəliyini bu məcəllə ilə məyyən edilmiş müddətdə yerinə yetirməmiş olsun ki, belə olan halda vergi ödəyicisinin yaranmış vergi borclarını, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi əmlakın siyahıya alınması üsulundan istifadə oluna bilər.
25. Məhkəmə kollegiyası qeyd edir ki, borc mövcuddur və belə olan halda cavabdeh vergi borcunun tam şəkildə ödənilməsi təmin etmədiyindən iddiaçı həmin borcların cavabdehin əmlakına yönəldilməsini tələb etməkdə haqlıdır.
26. Cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edilməlidir ki, göstərilən dəlillər vergi orqanı tərəfindən cavabdehə hesablanmış vergi məbləği ilə əlaqədardır ki, cavabdeh hesablanmış vergi məbləğlərini digər məhkəmə icraatlarında mübahisələndirmiş və bununla əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə aktları mövcuddur.
27. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə sorğu göndərmiş və yuxarıda qeyd olunan borc məbləğinin Bakı İnzibati Məhkəməsinin icraatında olan e-*-*(*-*)-***/**** saylı iş üzrə iddiaçı Cavabdeh cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Öhdəliklərin İdarə edilməsi Baş İdarəsinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsində silinməsi tələb olunan borc məbləğinə aidiyyəti olub-olmaması barədə məhkəməyə məlumat verilməsi xahiş olunmuşdur.
28. Həmin sorğuya # ##### 2026-cı il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, ##.##.2022-ci il tarixdə Cavabdeh tərəfindən borcunun silinməsi məqsədilə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət olunmuş və məhkəmə prosesi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2024-cü il tarixli 2- *(***)-****/**** nömrəli Qərarı ilə yekunlaşaraq, iddianız təmin edilməmişdir. Məhkəmədə aparılan mübahisə dövrü tələbetmə müddətinə daxil edilmədiyindən həmin faiz borclarını vergi orqanları tutmaq hüququna malikdirlər. Bundan əlavə ##.##.2022-ci il tarixdə əmlaka yönəldilən məbləğ üzrə vərəqəyə işlənilmiş 80373,35 manat faiz məbləği Bakı Kommersiya Məhkəməsinin ##.##.2022-ci il tarixli e-2- 2(113)-315 /**** nömrəli qətnaməsinə əsasən təmin edilmişdir ki, məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçməmişdir.
29. Həmçinin, İşin apellyasiya icraatı zamanı ##.##.2026-cı il tarixdə cavabdeh məhkəməyə vəsatət təqdim edərək, hazırkı iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
30. Vəsatət onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-116/2025, ##.##.2025-ci il qərarı ilə cavabdeh Cavabdeh ##.##.2020-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş qalan 97970.8 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 405000 manat məbləğində siyahıya alınmış əmlakı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılmasına qərar verilmişdir. Cavabdeh ona yazılmış (FİN: AA3132032, FİN-*******, fiziki şəxs-VÖEN:1303564092) 222.203,56 (iki yüz iyirmi iki min iki yüz üç) manat 56 (əlli altı) qəpik vergi faiz borcunun 5 illik tələb etmək müddətinin keçməsi ilə əlaqədar silinməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Öhdəliklərin İdarə Edilməsi Baş İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsi ilə üçün iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Hazırda bu iş Bakı İnzibati Məhkəməsində e-2-1(4-6)-906\2026 sayla hakim ##.##.2026-cı il tarixdən Ramin Quliyevin icraatındadır və iş üzrə icraat başlamışdır. Bu iş üzrə məhkəmə mübahisəsi baxılıb qurtarmadan hazırkı işə baxılması qanunun tələblərinə ziddir. Belə ki, Bakı İnzibati Məhkəməsinin iş № *-1(112)- 116/2025, ##.##.2025-ci il qərarı ilə cavabdeh Cavabdeh ##.##.2020-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş qalan 97970.8 manat məbləğində borc Bakı İnzibati Məhkəməsində baxılan iş üzrə 222.203,56 (iki yüz iyirmi iki min iki yüz üç) manat 56 (əlli altı) qəpik vergi faiz borcuna daxildir və iddia tələbi təmin edildiyi təqdirdə borclu hesab olunan şəxs Cavabdeh Vergi orqanı qarşısında heç bir öhdəliyi qalmayacaqdır. Belə ki, cavabdeh Cavabdeh faiz borcundan başqa bir borcu yoxdur. Digər bir tərəfdən Cavabdeh vergi orqanına 300.000 AZN artıq ödənişi var və artıq ödənilmiş bu məbləğin də geri qaytarılması üçün iddia ərizəsi müraciət olunmaqdadır. Belə ki, tərəflər arasında məhkəmə çəkişməsinin nəticəsi kimi qanuni qüvvədə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ##.##.2024-cü il tarixli qərarının 44-ci bəndində qeyd edilmiş Ali Məhkəmənin mövqeyinə əsasən: “hazırkı, tədqiqatla iş materiallarında olan vergi ödəyicisinin şəxsi hesab vərəqəsi məlumatlarına əsasən vergi orqanı tərəfindən həmin sahəyə görə hesablanmış vergi (BTFSV) üzrə ümumilikdə 815758,00 manat məbləğində ödənişlərin aparıldığı, eyni zamanda aparılan tədqiqatla 2018-ci ilin 4-cü rübü üzrə hesablanmalı olan verginin məbləğinin 518312,25 manat olması nəzərə alındıqda vergi ödəyicisi tərəfindən artıq vergi ödənişinin aparıldığı müəyyən edildi” sitatın sonu, yəni riyazi dilə desək 815758,00 - 518312,25= 297.445,75 manat artıq vergi ödənişləri aparılmışdır. Reallıqda vergi odəyicisi kimi iddiaçı Cavabdeh 831.368,33 manat vergi ödəməklə dövlət büdcəsinə 313.056,08 manat atrıq vergi ödəmişdir. Şəxs tərəfindən 313.056,08 manat atrıq vergi ödənilməsinə baxmayaraq, 222.203,56 manat faiz borcu yazmaqla və tələb edilməklə hüquqlar kobud şəkildə pozulmaqda davam edir. Bu borc ən azı artıq ödənilmiş vergi ödənişindən çıxılmaqla və ya əvəzləşdirilməklə aradan qaldırıla bilərdi. Belə olan halda tərəfimizdən artıq ödənilmiş vergi ödənişlərinin tələb edilməsi hüquqdan istifadə edilməsinə də zərurət qalmazdı. Hətta iddiaçı olan vergi orqanı faiz borcunun silinməməyi üçün 5 illik müddətin keçməməyi ilə bağlı ləğv edilmiş Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-***/**** saylı ##.##.2022-ci il tarixli qətnaməsinə də istinad etməkdən belə çəkinmir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ##.##.2022-ci il tarixli qərardadına əsasən Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-***/**** nömrəli iş üzrə ## ###### 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal gəlirlər baş idarəsinin cavabdeh Cavabdeh qarşı cavabdehin ##.##.2021-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 169.187,15 manat məbləğdə borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 405.000 manat məbləğdə siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair iş üzrə icraata xitam verilmişdir. Ona görə də iddia tələblərinə baxılıb yekun hüquqi nəticələr əldə edilmədən iş üzrə tam, hərtərəfli və obyektiv araşdırmanın təmin edilməsi mümkünsüz olmaqla, son nəticədə iddiaçının məhkəmə aktlarına istinad etməsi üçün sui-istifadələ yol aça bilər. Hesab edir ki, bu işlər baxılıb həll edilmədən, işlər üzrə yekun qərar qəbul edilmədən və məsələyə son hüquqi qiymət verilmədən icraatda olan *-*(*-*)-***/**** saylı iş üzrə iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh şəxs Cavabdeh qarşı “cavabdeh Cavabdeh ##.##.2020- ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş qalan 97970.8 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 405000 manat məbləğində siyahıya alınmış əmlakı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması” tələbinə dair inzibati işi üzrə tələbə baxıla bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 254.1.4 və 254.2-ci maddələrinin tələblərinə əsasən “Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa və Məhkəmə qanunla nəzərdə tutulan digər hallarda da iş üzrə icraatı dayandırır”.
31. Bununla bağlı məhkəmə Kollegiyası qeyd edir ki, iş materiallarına əlavə edilmiş iddia ərizəsinin surətindən görünür ki, iddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Öhdəliklərin İdarə Edilməsi Baş İdarəsinə qarşı “ona yazılmış (FİN: AA3132032, FİN-*******, fiziki şəxs- VÖEN:1303564092) 222.203,56 (iki yüz iyirmi iki min iki yüz üç) manat 56 (əlli altı) qəpik vergi faiz borcunun 5 illik tələb etmək müddətinin keçməsi ilə əlaqədar silinməsi öhdəliyinin cavabdehə həvalə edilməsi”nə dair iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.
32. Həmçinin iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəmə İnzibati Kollegiyasının *-*(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qərarı ilə iddiaçı Cavabdeh cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı ona münasibətdə vergi borcu qismində hesablanmış 222.203,56 manat faiz borcunun ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair işi üzrə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının ## ###### 2023-cü il tarixli, *-*(***)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
33. Göründüyü kimi hazırda Bakı İnzibati Məhkəməsinin icraatında olan iş üzrə Cavabdeh tərəfindən tələb etmə müddətinin keçməsi ilə əlaqədar silinməsi xahiş edilmiş 222.203,56 manat vergi borcu, digər məhkəmə icraatında mübahisələndirilmiş və kassasiya instansiya məhkəməsi tərəfindən yekun məhkəmə aktı çıxarılmışdır.
34. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, barəsində qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcud olan eyni borc məbləğinin yenidən mübahisələndirilməsi ilə əlaqədar hazırkı iş üzrə icraatın dayandırılması əsassızdır.
35. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
36. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin *-*(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.