Məhkəmə qərarları › İş №2-1(3-6)-1116/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-1116/2026

02.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-1116/2026 02.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh cavabdeh1 qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın, plan və ölçünün verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), X2 və Fərid İlham oğlu Mədətlidən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Cavabdeh Allahverdiyev Nazim Hüseyn oğlunun iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları

1. Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının ** nömrəli, ##.##.1997-ci il tarixli qərarından çıxarışa əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 1991-ci il tarixli *** saylı və ## ######## 1991-ci il tarixli *** saylı qərarları ilə Maştağa qəsəbəsində fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpaq fondu ayrıldığı nəzərə alınmışdır. 1030 “Q” saylı həyətyanı torpaq sahəsi İddiaçı ayrılmışdır.

2. Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfinədn verilmiş # ##### 2025-ci il tarixli, *-**-*/*-**/**** nömrəli məktubla bildirilmişdir ki, sorğuda qeyd olunan Sabunçu rayon İcra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə nümayəndəliyi Aparatının ##.##.1997-ci il tarixli ** nömrəli qərarından çıxarışa əsasən torpaq sahəsinin ayrılmasına dair qeydiyyat qəsəbə nümayəndəliyində tapılmamışdır və hər hansı bir sənəd, torpaq sahəsinin yerləşmə sxemi arxivləşdirilməmişdir.

3. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən # ##### 2025-ci il tarixli, *-**-*F/*-***/**** nömrəli məktubla bildirilmişdir ki, Sabunçu rayon İcra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə Nümayəndəliyi Aparatının arxiv sənədləri Dövlət Arxivinin Bakı Filialına təhvil verilməmişdir.

4. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən ## ##### 2025-ci il tarixli, *-**/*-****/**** nömrəli məktubla bildirilmişdir ki, Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının ** nömrəli, ##.##.1997-ci il tarixli qərarı barədə Sabunçu Rayon İcra Hakimiyyətində məlumat yoxdur.

5. Cavabdeh tərəfindən ## ######## 2025-ci il tarixli, *-**-*-**/*-*****/**** nömrəli məktubla bildirilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsinin bitişik hasar qonşuluğunda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş sahə barədə məlumat aşkar edilməmişdir. Bundan başqa daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktını və ortofoto görüntüsü məhkəməyə təqdim edilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı İddiaçı cavabdeh cavabdeh1 * saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə nümayəndəsinin ##.##.1997ci il tarixli, ** saylı qərarı ilə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, 2-ci kvartal, **** saylı sahədə istifadəsinə ayrılmış 1200 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınaraq bu barədə çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1991-ci il tarixli, *** nömrəli və ##.##.1991-ci il tarixli, *** nömrəli qərarlarına əsasən Maştağa qəsəbəsində fərdi yaşayış evləri üçün həyətyanı torpaq fondu ayrılmışdır. Fərdi mənzil tikintisinə ehtiyacı olan vətəndaşlara Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilmiş, baş plana uyğun olaraq hər ailəyə 1.200 kv.m həyətyanı torpaq sahəsi verilməsi nəzərdə tutulmuşdur. O, 1997-ci il tarixdə fərdi yaşayış evi tikmək üçün 1200 kv.m (0,12 ha) torpaq sahəsinin ayrılması ilə bağlı ərizə ilə Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə nümayəndəliyinə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə nümayəndəliyi Aparatının ## ####### 1997-ci il tarixli, ** saylı qərarına əsasən Azərbaycan SSR Nazirlər Kabinetinin ## ### 1991-ci tarixli, *** saylı və ## ######## 1991-ci il tarixli, *** saylı qərarları ilə Maştağa qəsəbəsində fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpaq fondu ayrıldığı nəzərə alınaraq, eləcə də Bakı Şəhər İcra Hakimiyyətinin Baş planına uyğun olaraq ona fərdi yaşayış evinin tikintisi üçün 1200 kv.m (0,12 ha) torpaq sahəsi ayrılmışdır. Həmin vaxtdan torpaq sahəsi onun sahibliyində və istifadəsindədir. Hazırda tərəfindən ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Bakı Ərazi İdarəsinə müraciət edilərək, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının ## ####### 1997-ci il tarixli, ** saylı qərarına əsasən fərdi yaşayış evinin tikintisi üçün ona Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, 2-ci kvartal, **** saylı sahədə ayrılmış 1200 kv.m (0,12 ha) torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi xahiş olunsa da, cavabdeh inzibati orqan müraciətinə cavab olaraq ##.##.2022-ci il tarixli, ************ saylı məktubla bildirmişdir ki, Sabunçu rayon İcra Hakimiyyətinin Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin torpaq sahəsi ayırma səlahiyyəti qanunvericilikdə nəzərdə tutulmamışdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Aşağıda göstərilənlərə əsasən hesab edir ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, 2-ci kvartal, **** saylı sahədə yerləşən 1200 kv.m (0,12 ha) torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsindən cavabdeh1 * saylı Bakı Ərazi İdarəsinin imtinası əsassız və qanunsuzdur. Belə ki, imtina formal mülahizələrə istinadən verilmişdir və əsaslı dəlillərə söykənmir. Belə ki, tərəfindən müvafiq torpaq sahəsinə hüquqlarının qeydiyyatı ilə bağlı qanunvericiliklə müəyyən edilmiş sənədləri təqdim etdiyindən cavabdehin imtinası «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.1-ci və 10.2-ci maddələrinin müddəalarına, eləcə də «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci, 24-cü maddələrinin tələblərinə uyğun deyil. Bundan əlavə hesab edir ki, qanunvericiliyin tələbi baxımından mübahisə predmeti olan torpaq sahəsi ona qanunla müəyyən edilmiş prosedur qaydalara əməl edilməklə heç bir pozuntuya yol verilmədən ayrıldığından, həmin torpaq sahəsinin ayrılması barədə Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının ## ####### 1997-ci il tarixli, ** saylı qərarı hal-hazıradək heç bir fiziki və hüquqi şəxs tərəfindən mübahisələndirilmədiyindən və torpaq sahəsinə dair qərar hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edildiyindən onun həmin torpaq sahəsi üzərində hüquqları dövlət qeydiyyatına alınmalıdır.

8. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, təqdim edilmiş Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Maştağa Qəsəbəsi üzrə Nümayəndəliyi Aparatının qərarından çıxarışda yerli icra hakimiyyəti orqanının qərarına istinad edilməmişdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## ###### tarixli, *** nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin ##.##.2022-ci il tarixli Fərmanının 2.7-ci bəndinə uyğun olaraq yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədi ilə torpaq sahəsinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il ######ın #-dək verilmiş qərarların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması ilə bağlı həmin Fərmanın 3.1-ci bəndinə əsasən aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il ######ın #-dək verilmiş qərarlarla bağlı məlumatların yerli icra hakimiyyəti başçısının və inzibati ərazi dairəsi üzrə nümayəndənin müvafiq qərarlarının sürətləri, torpaq sahəsinin ayrıldığı şəxsin adı, soyadı, atasının adı, torpaq sahəsinin ölçüsü və ünvanı göstərilməklə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə təqdim olunduqdan sonra ərizəyə qanunamüvafiq qaydada baxılacaqdır. Həmçinin, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## ###### tarixli *** nömrəli Fərmanına dəyişiklik edilməsi haqqında ##.##.2022-ci il tarixli, **** nömrəli fərmanının 3.1-ci bəndinə əsasən yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il ######ın #-dək verilmiş qərarlarla bağlı məlumatların (yerli icra hakimiyyəti başçısının və inzibati ərazi dairəsi üzrə nümayəndənin müvafiq qərarlarının surətləri, torpaq sahəsinin ayrıldığı şəxsin adı, soyadı, atasının adı, torpaq sahəsinin ölçüsü və ünvanı göstərilməklə) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim olunmasını təmin etməlidirlər. Təqdim edilmiş cizgidə dəqiq istinad, istinad məsafəsi qeyd edilməmişdir. Elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi Savalan yaşayış massivi ərazisindən kənarda Maştağa Tərəvəzçilik-Südçülük Sovxozunun Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir.

9. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, 2-ci kvartalda yerləşən sahəsi 1200 kv.m olan **** saylı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın, plan və ölçünün verilməsi öhdəliyinn cavabdeh cavabdeh1n üzərinə qoyulması barədə qərar qəbul edilmişdir.

10. Cavabdeh cavabdeh1 apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI

b) Apellyasiya şikayətinin dəlilləri

11. Apellyasiya şikayəti iddiaya dair etiraza uyğun əsaslandırılmışdır

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, mübahisəli torpaq sahəsinin iddiaçıya ayrılmasına dair Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə nümayəndəliyi Aparatının ##.##.1997-ci il tarixli, ** saylı qərarının əsli iddiaçıda mövcuddur və məhkəmə həmin qərarı “inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin (Mötəbərlilik prezumpsiyası) tələbləri baxımından mötəbər qiymətləndirir. Eyni zamanda cavabdeh tərəfindən həmin torpaq sahəsinin Savalan yaşayış massivi ərazisindən kənarda, Maştağa Tərəvəzçilik-Südçülük Sovxozunun Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşməsinə istinad edilsə də, məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələri digər fiziki şəxslərin adına Maştağa qəsəbə üzrə nümayəndəliyinin qərarlarına əsasən ayrılmışdır. Bununla da, cavabdeh tərəfindən eyni mühim faktiki və hüquqi hallara söykənən işlər üzrə iddiaçıya münasibətdə fərqli hüquqi mövqe sərgilənməsi (torpaq sahəsinin dövlət mülkiyyətində olmasının iddia edilməsi) əsas konstitusion hüquqlardan olan bərabərlik hüququnun və ona əsasən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 12ci maddəsində öz əksini tapmış bərabərlik prinsipinin pozulması kimi qiymətləndirilməlidir.

c) Proses iştirakçılarının izahatları

13. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

14. Məhkəmə kollegiyasının iclası barədə lazımı qaydada xəbərdar edilmiş iddiaçı məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmiş və elektron məhkəmə vasitəsi ilə iddia tələbini müdafiə etdiyini, iclasın onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

15. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

16. “Torpaq ayrılması barədə” Bakı şəhər XDS İK-nin ##.##.1991-ci il tarixli, */*** saylı Qərarına əsasən, Bakı şəhəri, Lenin rayonu, Maştağa qəsəbəsinin sosialiqtisadi inkişafı barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 1991-ci il tarixli *** nömrəli qərarının icrası ilə bağlı Maştağa tərəvəzçilik-südçülük sovxozunun ərazisində və Maştağa qəsəbəsinə bitişik ərazisində fərdi yaşayış və ictimai-iaşə tikintisi üçün torpaq sahələrinin ayrılması qərara alınmışdır.

17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır.

18. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”

2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə Azərbaycan Respublikasının ərazisində yaşayış və bağ evləri, eləcə də onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair qüvvədə olmuş qanunvericilikdə nəzərdə tutulan aşağıdakı sənədlər: 2.7. yaşayış evinin tikintisi məqsədilə həyətyanı torpaq sahəsinin ayrılması barədə yerli icra hakimiyyəti orqanlarının inzibati ərazi dairələri üzrə nümayəndələri tərəfindən 2001-ci il ######ın #-dək qəbul edilmiş qərarlar yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsi üçün əsas sayılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin ## ###### 2015-ci il tarixli *** saylı Fərmanının 7-ci bəndinə əsasən bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər üzrə hüquqların dövlət qeydiyyatına alınması həmin sənədlərin milli arxiv fondunda əsası olduğu halda həyata keçirilir.

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA BAXIŞININ HƏDLƏRİ

20. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

21. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.3-cü maddələrinə əsasən)

23. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 15-19-cu bəndləri) əsaslanaraq hesab edir ki, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

24. Belə ki, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, 2-ci kvartal, **** saylı sahədə istifadəsinə ayrılmış 1200 kv.m torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə müvafiq çıxarışın verilməsini tələb edir.

25. Cavabdeh orqan isə iddia ərizəsini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahı”sının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## ###### tarixli *** nömrəli Fərmanına dəyişiklik edilməsi haqqında ##.##.2022-ci il tarixli, **** nömrəli Fərmanın 3.1-ci bəndində əsasən yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001ci il ######ın #-dək verilmiş qərarlarla bağlı məlumatların (yerli icra hakimiyyəti başçısının və inzibati ərazi dairəsi üzrə nümayəndənin müvafiq qərarlarının surətləri, torpaq sahəsinin ayrıldığı şəxsin adı, soyadı, atasının adı, torpaq sahəsinin ölçüsü və ünvanı göstərilməklə) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim olunmasının təmin edilməsinin nəzərdə tutulmasına baxmayaraq qeyd olunan məlumatların təqdim edilməməsinə istinad edilmişdir.

26. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə nümayəndəliyi Aparatının ## ####### 1997-ci il tarixli, ** saylı qərarına əsasən Azərbaycan SSR Nazirlər Kabinetinin ## ### 1991-ci tarixli, *** saylı və ## ######## 1991-ci il tarixli, *** saylı qərarları ilə Maştağa qəsəbəsində fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpaq fondu ayrıldığı nəzərə alınaraq, eləcə də Bakı Şəhər İcra Hakimiyyətinin Baş planına uyğun olaraq iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün 1200 kv.m (0,12 ha) torpaq sahəsi ayrılmışdır. Həmin vaxtdan torpaq sahəsi onun sahibliyində və istifadəsindədir.

27. Eyni zamanda işin apellyasiya baxışı zamanı Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş ##.##.2026-cı il tarixli sorğuya cavab məktubundan görünür ki, Sabunçu Rayon İH Maştağa qəsəbə üzrə Nümayəndəliyi Aparatının arxiv sənədləri, o cümlədən 1995- 1999-cu illərə dair qərarları Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir.

28. cavabdeh1 * saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli sorğuya cavab məktubuna əsasən torpaq sahəsi faktiki olaraq 0.12 ha təşkil edir. Bununla bağlı torpaq sahəsinin ortofoto görüntüsü təqdim edilmişdir.

29. Maştağa qəsəbəsi üzrə Nümayəndəliyinin qeyd olunan torpaq sahəsinin ayrılması səlahiyyətinin olması ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir.

30. Belə ki, ## ###### 1991-ci ildə qəbul edilmiş və # ###### 1999-cu ilə qədər qüvvədə olmuş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 75-ci maddəsinə əsasən Azərbaycan Respublikasının fərdi mənzil tikintisi qadağan edilməmiş yaşayış məntəqələrində yaşayan vətəndaşlara şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin torpaqlarından şəxsi mülkiyyət hüququn əsasında birmənzilli yaşayış binalarının tikilməsi üçün torpaq sahələri xüsusi mülkiyyətə verilir.

31. Hazırki iddia tələbi üzrə yaranmış mübahisənin ## ####### 1997-ci ildə Maştağa qəsəbə üzrə Nümayəndəliyinin qəbul etdiyi qərardan irəli gəlməsini nəzərə alaraq ## ###### 1991-ci ildən # ###### 1999-cu ilə qədər qüvvədə olmuş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin müddəalarına istinad edilməsi zəruridir. Lakin bəzi məsələrin qeyd olunan Məcəllədə tənzimlənmədiyini, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1991-ci il tarixli *** saylı qərarı ilə ayrıca olaraq Maştağa qəsəbə nümayəndəliyinə (rayon icra hakimiyyətinə ayrılmadan) torpaq sahəsi ayrılmasını nəzərə alsaq, ## ###### 1991-ci ilə qədər qüvvədə olan Azərbaycan SSR Torpaq Məcəlləsinə diqqət yetirilməsi məqəsədəmüvafiq hesab edilir. Həmin Məcəllənin tələblərinə görə (maddə 17 və 131) qəsəbə və kənd XDS-nin İcrayyə Komitələrinin Nazirlər Soveti tərəfindən onlara ayrılmış yaşayış məntəqələri torpaq sahələrindən vətəndaşların mülkiyyətinə müstəqil şəkildə torpaq sahələrinin verilməsi səlahiyyəti olmuşdur. Qeyd olunan maddi hüquq normalarından məlum olur ki, Rayon XDS-nin İcraiyyə Komitəsinin vətəndaşlara torpaq sahəsinin verilməsi məqsədi ilə qəsəbə və kənd sovetliyinə əlavə torpaq sahələrinin ayrılması ilə bağlı Nazirlər Soveti qarşısından vəsatət qaldırmaq hüququ var idi, lakin İcrayyə Komitəsi (hal hazırda səlahiyyətlər yerli icra hakimiyyəti tərəfindən həyata keçirilir) Azərbaycan Respublikası Nazirlər Soveti tərəfindən qəsəbə və kənd sovetliyinə ayrılmış torpaq sahələrinin üzərində sərəncam vermək səlahiyyətinə malik deyildi. Başqa sözlə desək qəsəbə və kənd XDS-ləri özlərinə ayrılmış yaşayış məntəqələri torpaq sahələrindən hər hansı bir qurumun icazəsi olmadan torpaq sahələrini vətəndaşlara ayırmaq səlahiyyətləri mövcud olmuşdur. Nəzərə alınmalıdır ki, qeyd olunan Azərbaycan SSR Torpaq Məcəlləsi keçid dövrünü əhatə etmiş və Azərbaycan Respublikasında ilk dəfə yerli icra hakimiyyəti institutu 1991-ci ildə təsis edilmiş, sonrakı illərdə həmin institut tam formalaşdığı dövrədə həmin funksiya Rayon XDS-nin İcraiyyə Komitəsi tərəfindən həyata keçirilmişdir. 32.Tədqiq olunan sənədlərlə müəyyən edilən hallardan göründüyü kimi, iddiaçıya ayrılmış torpaq sahəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 1991-ci il taixli *** saylı və ## ######## 1991-ci il tarixli *** saylı qərarlarına əsasən ayrılmışdır. Eyni zamanda üzərində hüququn qeydə alınmasının tələb edildiyi torpaq sahəsi yerli icra hakimiyyətinin inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən deyil, Maştağa qəsəbəsi üzrə Nümayəndəliyinin ## ####### 1997-ci il tarixli qərarı ilə ayrılmışdır. Həmin qərar hal-hazıradək qüvvədədir.

33. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin ## #### 2025-ci il tarixli *** nömrəli Fərmanı ilə qeyd edilən Siyahıya yeni redaksiyada 2.7-ci bənd əlavə edilmişdir. Həmin bəndin tələbinə əsasən yaşayış evinin tikintisi məqsədilə həyətyanı torpaq sahəsinin ayrılması barədə yerli icra hakimiyyəti orqanlarının inzibati ərazi dairələri üzrə nümayəndələri tərəfindən 2001-ci il ######ın #-dək qəbul edilmiş qərarlar həmin torpaq sahələrinin üzərində mülkiyyət hüququnun qeydə alınması üçün əsas sayılır. Eyni zamanda həmin tarixdə qeyd olunan Fərmana 7-ci bənd əlavə edilmişdir və həmin bəndə əsasən Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər üzrə hüquqların dövlət qeydiyyatına alınması həmin sənədlərin milli arxiv fondunda əsasının olması barədə qeyd əlavə edilmişdir.

34. Oxşar iddia tələbi ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin *-*(***)- ****/**** saylı ##.##.2026-cı il tarixli qərarının 30-cu bəndində göstərmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci hissəsini (fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran normativ hüquqi aktların qüvvəsinin geriyə şamil edilməsi) nəzərə alaraq, hesab edir ki, inzibati orqanın imtinasının qanuniliyini yoxlayarkən, həmin imtina verilən zaman qüvvədə olan normativ aktla yanaşı, şəxsin vəziyyətini yaxşılaşdıran sonrakı aktların (hətta geriyə qüvvəsi birbaşa nəzərdə tutulmadıqda belə) tətbiq edilməsi məsələsini nəzərdən keçirməlidir. Bundan başqa qeyd olunan qərarının 31-ci bəndində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını tələb etdiyi torpaq sahəsinin yerləşdiyi ərazidə qonşu torpaq sahələrinə mülkiyyət hüququna dair reyestrdən çıxarışların verilibverilmədiyi, belə çıxarışlar verilmişdirsə, onların hansı hüquqmüəyyənedici sənədlər əsasında rəsmiləşdirildiyi, həmin şəxslərin iddiaçı ilə eyni və ya oxşar faktiki və hüquqi vəziyyətdə olub-olmadığı məhkəmələr tərəfindən ətraflı araşdırılmalı olması qeyd edilmişdir.

35. İş materiallarına əlvə edilmiş sənədlərdən görünür ki, qeyd olunan torpaq sahəsinin rəsmiləşdirilməsində DƏDRX-nin * saylı Bakı Ərazi İdarəsi tərəfindən verilən imtina ##.##.2022-ci ilə təsadüf etmiş və həmin imtinanın əsasında hazır ki, iddia tələbinə mahiyyəti üzrə baxılır. Göründüyü kimi, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri Azərbaycan Respublikası Prezidentinin ## #### 2025-ci il tarixli *** nömrəli Fərmanından öncə yaranmış, yəni cavabdeh təşkilat tərəfindən imtina verilərkən Fərmanın 7-ci bəndi mövcud olmamışdır. Başqa sözlə desək mübahisəyə baxılan zaman iddiaçının hüquqi vəziyyətini ağırlaşdıran (Fərmanın yeni 7-ci bəndi) normanın hazırki, mübahisəyə tətbiq edilməsi bərabərlik prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 149.1-ci maddəsində göstərilən haqq-ədalətə ziddir.

36. Digər tərəfdən o da nəzərə alınmalıdır ki, məhkəmə araşdırması zamanı Maştağa qəsəbə nümayəndəliyinin hər hansı bir qərarı, o cümlədən hazırki, torpaq sahəsinin qonşuluğunda olan və Maştağa qəsəbə nümayəndəliyi tərəfindən verilən qərarlar əsasında üzərində mülkiyyət hüququ qeydə alınmış torpaq sahələrinə dair ilkin sənədlərin Milli arxiv fonduna təqdim edilmədiyi müəyyən edilmişdir. 37.Azərbaycan Respublikası Prezidentinin ## ######## 2003-cü il tarixli *** saylı Fərmanı ilə “Azərbaycan Respublikası Milli Arxiv İdarəsi” haqqında Əsasnamə təsdiq edilmişdir. Həmin Əsasnamənin 1-ci bındinə əsasən müəyyən olunur ki, Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmışdır. 38.Qeyd olunur ki, iddiaçıya 1997-ci ildə torpaq sahəsi ayrılarkən ## #### 1999-cu ildə qəbul edilən “Milli arxiv fondu haqqında” Qanunun 10 maddəsinin 4-cü hissəsində olan norma (saxlama müddəti ilə bağlı) qüvvədə olmamışdır. Bundan başqa həmin Qanunun 5-ci maddəsində göstərilən sənədlərin içərisində (Milli arxiv fonduna verilməli olan sənədlərin siyahısı) rayon icra hakimiyyətinin qəsəbə üzrə nümayəndəliklərinin torpaq sahələrinin ayrılması barədə qərarları nəzərdə tutulmamışdır. Ona görə də məhkəmə kollegiyası qeyd olunan sənədlərin Milli arxiv İdarəsində nüsxəsinin olmamasını anlaşılan qəbul edir. 39.Cavabdeh təşkilatın iddia tələbinə dair verdiyi etirazda, o cümlədən apellyasiya şikayətində - mübahisəli torpaq sahəsinin Savalan yaşayış massivinin ərazisindən kənarda yerləşməsi ilə bağlı gətirdiyi arqumentinə dair birinci instansiya məhkəməsi tərəfindən verilən hüquqi əsaslandırma ilə məhkəmə kollegiyası razılaşır. 40.Beləliklə də tədqiq olunan sübutlarla və müəyən edilən hallarla cavabdehin istinad etdiyi dəlillərin əsassız olduğu sübuta yetirilir. 41.Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilmir. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. 42.İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 43.Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmmamalı, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. 44.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar