Məhkəmə qərarları › İş №2-1(3-6)-1119/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-1119/2026

18.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-1119/2026 18.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı Cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ”iddiaçının müharibə əlili kimi ailə üzvləri ilə birlikdə mənzil növbəsinə alınması barədə sərəncamın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X4 və X3 ibarət tərkibdə, Türkan Kamran qızı Haqverdiyevanın katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. AA ******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı ##.##.1987-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır və Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon,18 ünvanında qeydiyyatdadır.

2. Salyan Rayon İcra Hakimiyyəti başçısının ***-s saylı ##.##.2022-ci il tarixli sərəncamından çıxarışa əsasən, Salyan rayon Çuxanlı kəndində qeydiyyatda olan III dərəcəli Vətən Müharibəsi əlili İddiaçı rayon İcra Hakimiyyətində Vətən Müharibəsi əlili kimi mənzil növbəsinə götürülməsi qərara alınmışdır.

3. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair ##.##.2025-ci il tarixli məlumatından görünür ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar üçüncü dərəcəli əlilliyi müəyyən edilmiş şəxsdir.

4. Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun məhkəməyə ünvanladığı ## ######## 2025-ci il tarixli **-*/*-****/**** nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı və Xudiyeva Aytac Səfər qızına verilmiş güzəştli ipoteka kreditləri barədə Fondun elektron informasiya sistemində məlumat mövcud deyildir.

5. Ekologiya və Təbii Sərvətlər Nazirliyi X5 məhkəməyə ünvanladığı ##.##.2025-ci il tarixli *-**-**/*-***/**** nömrəli məktubunda göstərilmişdir ki, Xudiyeva Aytac Səfər qızı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində X5 Geoloji inteqrasiya və təhlil şöbəsinin “kosmoşəkillərin deşifrələyicisi” vəzifəsində işləyir.

6. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin İddiaçı ünvanladığı ## #### 2025-ci il tarixli **/*-X-*/*-***/*-t/*/**** nömrəli məktubunda bildirilmişdir ki, qüvvədə olan Bakı Şəhər X1 ##.##.1989-cıı il tarixli Qərarına əsasən təsdiq edilmiş "Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi qaydaları" əsas götürülməklə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarının icrasım həvata keçirmək məqsədilə şəhid ailələrinin və müharibə əlillərinin mənzil və məişət şəraitinin yaxşılaşdırılması üçün tədbirlər görülür. Təqdim edilən sənədlərdən yaşayış yeri üzrə daimi qeydiyyatı Salyan rayonunda olduğu, lakin Bakı şəhəri, Binəqədi rayonunda ##.##.2023-cü il tarixdən qeydiyyata düşdüyü müəyyən edilmişdir. Eyni zamanda daşınmaz əmlakının olub-olmaması barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin * saylı Bakı Ərazi İdarəsindən təqdim etdiyi ##.##.2025-ci il tarixli *-**-*-**/*-X-****-*/**** saylı arayışa əsasən Salyan rayonu, Çuxanlı kəndində 0.1300 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi ümumbirgə əsaslarla adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. İddiaçı Bakı şəhərində yaşayış yeri üzrə daimi qeydiyyatı 7 (yeddi) ildən az olması və istifadəsində həyətyanı torpaq sahəsi olduğundan müraciətdə qeyd olunmuş məsələnin müsbət həlli mümkün olmamışdır. İş üzrə qəbuledilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı İddiaçı cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinə qeydiyyata alınaraq iddiaçının mənzillə təmin edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

8. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “İddiaçının müharibə əlili kimi ailə üzvləri ilə birlikdə mənzil növbəsinə alınması barədə sərəncamın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi”ni xahiş etmişdir.

9. Məhkəmənin Qərardadı ilə iddianın dəqiqləşdirilməsi barədə ərizə məhkəmə icraatına qəbul edilmişdir.

10. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı hazırki tələbi ilə cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciətinin icrasından imtina edilmişdir. İddiaçı cavabdehin imtinasını əsassız hesab edərək bildirir ki, o, 2021-ci ildə N saylı hərbi hissədən ehtiyata buraxılmış, ehtiyata buraxıldıqdan sonra qeydiyyatda olduğu Salyan Rayon İcra Hakimiyyəti tərəfindən müraciəti əsasında mənzil növbəsinə götürülmüşdür. Həmçinin iddiaçının həyat yoldaşı əvəllər (2008-ci ildə) imtahan vasitəsi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qəbul olunsa da, sonradan iddiaçı ilə ailə həyatı qurduğu üçün əmək fəaliyyətini dayandırmışdır. Buna səbəb isə 2014-cü ildə övladlarının dünyaya gəlməsidir. Bu baxımdan həyat yoldaşı analıq məzuniyyətinə çıxıb. 2015-ci ildə xidmətini davam etdirmək üçün Beyləqana təyinat aldığı üçün, məcbur olub ailəlikcə Beyləqan rayonuna köçmüşdürlər. 2017-ci ildə isə 2-ci övladları dünyaya gəldiyi üçün, analıq məzuniyyəti növbəti 3 il müddətinə uzadıldı. Həmçinin, 2020-ci ildə yoldaşının analıq məzuniyyəti bitdiyinə görə, yoldaşı öz əvvəlki iş yerinə qayıtmaq məcburiyyətində qaldı. Təbii ki, onun iş yeri Bakıda olduğu üçün, ailə başçısı kimi onunda Bakıya gəlməyi məcburi oldu. Beləliklə ailəvi olaraq Bakı şəhərinə köçməli oldular. Bu hal iddiaçıdan asılı olmayan səbəblər idi. 2021-ci ildən Bakıda kirayə yaşıyırlar və iddiaçı dövlətdən kirayə haqqı almır. Bütün bunlara rəğmən 2023-cü ildə Binəqədi rayonuna qeydiyyata düşdü və köçürülmə yolu ilə Binəqədi rayonuna mənzillə təmin olunmağına görə müraciət etdi. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

11. Cavabdeh Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair münasibətini təqdim edərək bildirmişdir ki, vətəndaş İddiaçı müharibə əlili kimi (Vətən müharibəsi) mənzil növbəsinə qəbul edilməsi barədə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə ##.##.2025-ci il tarixli *-**/*-X- */*-***/*-t/*/**** saylı ərizə ilə rayon icra hakimiyyətinə müraciət etmişdir. Həmin müraciətə baxılmasının nəticəsi olaraq, Binəqədi Rayon İcra Hakimiyyətinin ##.##.2025ci il tarixli 5-10/1-X-9/2-068/2- t/*/**** nömrəli cavab məktubunda bildirilmişdir ki, qüvvədə olan Bakı Şəhər X1 ##.##.1989-cu il tarixli Qərarına əsasən təsdiq edilmiş “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi qaydaları”nın 8-ci bəndinə əsasən vətəndaşlar Bakı şəhərində qeydiyyata düşdükdən və 7 (yeddi) il yaşadıqdan sonra mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində uçota götürülürlər. Təqdim etdiyi sənədlərdən yaşayış yeri üzrə daimi qeydiyyatının əvvəllər Salyan rayonunda olduğu, ##.##.2023-cü il tarixdən Bakı şəhəri, Binəqədi rayonunda qeydiyyata düşdüyü müəyyən edilmişdir. Bakı şəhərində yaşayış yeri üzrə daimi qeydiyyatı 7 (yeddi) ildən az olduğundan müraciətdə qeyd olunmuş məsələnin müsbət həlli mümkün olmamışdır. Həmçinin qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin * saylı Bakı Ərazi İdarəsindən təqdim etdiyi ##.##.2025ci il tarixli *-**-*-**/*-X-****-*/**** saylı arayışa əsasən Salyan rayonu, Çuxanlı kəndində 0.1300 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi ümumbirgə əsaslarla adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Bakı şəhərində yaşayış yeri üzrə daimi qeydiyyatının 7 (yeddi) ildən az olması və mülkiyyətində yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi olduğundan müraciətində qeyd olunmuş məsələnin müsbət həlli mümkün olmamışdır. Vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülməklə bağlı Rayon İcra Hakimiyyətinə müraciət edərkən onların hər iki növ daşınmaz əmlaka (yaşayış sahəsinə və torpaq sahəsinə) malik olub-olmamaları yoxlanılmalıdır. Bu səbəbdən də, vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülmələri ilə bağlı Rayon İcra Hakimiyyətinə müraciət etdikdə ilk olaraq onlardan adlarına Azərbaycan Respublikası üzrə keçmiş və hazırki dövr üzrə daşınmaz əmlakın olub-olmaması barədə arayışın təqdim olunması xahiş olunur. Qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 55.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq bələdiyyə tərəfindən vətəndaşlara yaşayış sahəsinin tikintisi üçün torpaq sahəsi verildikdə vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılır. Bu o deməkdir ki, vətəndaşın adına həyətyanı (fərdi yaşayış evinin tikintisi üçün yararlı olan) torpaq sahəsi mövcud olduqda o, mənzil növbəsinə götürülə bilməz. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin * saylı Bakı Ərazi İdarəsindən təqdim edilən ##.##.2025-ci il tarixli *-**-*-**/*-X-****-*/**** saylı arayışadan da göründüyü kimi iddiaçının adına Salyan rayonu, Çuxanlı kəndində 0.1300 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi mövcuddur. İşin araşdırılan hallarından və istinad olunan qanunvericilik normasından görünür ki, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı qarşı onun hüquq və azadlıqlarını pozan qanunsuz hərəkətlər edilməmiş və müraciətinə əsasən ona qanunvericiliyin tələblərinə uyğun müvafiq cavab məktubu göndərilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

12. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.

13. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının mənzil növbəsinə alınmasına dair müraciəti ilə bağlı hallar Salyan Rayon İcra Hakimiyyəti tərəfindən tam araşdırıldıqdan sonra, iddiaçının mənzil uçotuna alınması barədə müvafiq inzbati akt qəbul edilmişdir.

14. Salyan rayon İcra Hakimiyyətinin sərəncamı etibarsız və ya qanunsuz hesab edilməmiş və ya ləğv edilməmişdir.

15. Odur ki, cavabdehin hazırki mübahisə ilə bağlı hərəkəti (hərəkətsizliyi) yuxarıda qeyd edilmiş qanunvericilik normalarına uyğun olmamış, iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir.

16. Halbuki, iddiaçı hərbi xidmət vəzifələrini icrası ilə əlaqədar əlilliyi müəyyən edilmiş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçu olduğundan və yaşayış sahəsi olmadığı üçün, seçdiyi yaşayış yerində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ mövcuddur. İddiaçı yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi yaşayış sahəsinə ehtiyacı olan şəxslərin siyahısına daxil edilməsini və mənzil növbəsinə götürülməsini qeydiyyatda olduğu yer üzrə müvafiq orqan qismində Binəqədi RİH-dən tələb etməkdə haqlıdır.

b) Apellyasiya instansiya məhkəməsində icraat Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

17. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin *-*(***)- *****/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

18. Apellyasiya şikayəti iddia ərizəsinə etiraz ilə oxşar məzmunda olmaqla əsaslandırılmışdır.

ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

d) Prosses iştirakçılarının izahatları

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

21. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi iştirak etməmişdir.Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər

23. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunu:

24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.

24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. ......

24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. ....

24. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən: Maddə 48. Sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələri 48.1. sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir; 48.2. qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Maddə 50. Vətəndaşların sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan hesab edilməsinin əsasları 50.1. aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). Maddə 51. Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması 51.2. yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər; 51.3. vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.4. uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. 51.5. uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. 51.6. uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. 51.7. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 52. Vətəndaşlar tərəfindən yaşayış şəraitinin qəsdən pisləşdirilməsinin nəticələri Yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Maddə 53. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtina 53.1. yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. Maddə

55. Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçotdan çıxarılması 55.1. aşağıdakı hallarda vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılır: 55.1.5. müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq bələdiyyə tərəfindən vətəndaşlara yaşayış sahəsinin tikintisi üçün torpaq sahəsi verildikdə;

25. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin ##.##.2009-cu il tarixli Fərmanına əsasən: 2.1. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.5-ci maddəsinin birinci cümləsində, 49.6-cı, 103.2.1-ci, 146.4-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; 2.3. həmin Məcəllənin 51.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur.

26. «Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları»nın (Qaydalar XX çağırış Bakı Şəhər Xalq Deputatları Soveti 4-cü sessiayasının 1988-ci il # ##### tarixli qərarı ilə təsdiq edilmişdir) 4-cü bəndinə görə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu, mənzil sahəsi almaq üçün növbənin müəyyənləşdirilməsi, habelə dövlət və ictimai mənzil fondunun evlərində mənzillərin bölüşdürülməsi ictimai nəzarət altında və aşkarlığa əməl olunmaqla həyata keçirilir. İcraiyyə komitələrinin qərarı ilə bu məqsəd üçün Bakı şəhər və rayon xalq deputatları Sovetlərinin icraiyyə komitələri yanında mənzil məsələləri üzrə ictimai komissiyalar yaradılır. Qaydaların 7.1-ci bəndinə görə Bakı şəhərində daimi yaşayan ailəsinin hər üzvü beş kvadratmetr və daha az mənzil sahəsi ilə təmin edilən vətəndaşlar mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşlar hesab edilirlər. 17-ci bəndin İ hissəsinə görə, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna qəbul edilmək üçün vətəndaş müvafiq surətdə yaşayış yerində rayon X1 İcraiyyə Komitəsinə ərizə verir. 17-ci bəndin II hissəsinə görə, ərizəçi ilə birlikdə Bakı şəhərində nə qədər yaşadıqlarından asılı olmayaraq onunla birlikdə pasport qeydiyyatına alınmış və onunla birlikdə yaşayan arvad, habelə onların öhdəsində olan uşaqlar və səhhətinə görə qulluğa ehtiyacı olan əmək qabiliyyətini itirmiş valideynlər mənzil şəratinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna götürülə bilərlər. 17-ci bəndin III hissəsinə görə, ailənin birlikdə yaşayan digər ailə üzvləri ərizəçi ilə birlikdə mənzil şəratini yaxşılaşdırmağa ehtiyacı olanların uçotuna yalnız bu şərtlə qəbul edilirlər ki, son 5 il ərzində Bakı şəhərində yaşamış olsunlar və bunun pasport qeydiyyatı təsdiq etsin.

27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 73.1-inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

28. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

29. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

31. Daha sonra məhkəmə Kollegiyası iddia tələbi və apellyasiya şikayəti ilə bağlı qeyd edir ki, işin hallarından müəyyən olunur ki, iddiaçı hərbi xidmət vəzifələrini icrası ilə əlaqədar əlilliyi müəyyən edilmiş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçudur. İddiaçı ##.##.2022-ci ildə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində mənzil uçotuna Salyan Rayon İcra Hakimiyyəti tərəfindən alınmış, sonradan iddiaçının qeydiyyat ünvanının dəyişdirilməsi səbəbindən Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə mənzil növbəsinə götürülməsini xahiş etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinin icrasından imtina edilmişdir.

32. Nəzərə alınmalıdır ki, tətbiq olunan mənzil qanunvericiliyinin tələblərinə əsasən imtyazından aslı olmayaraq şəxs yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində bir yer üzrə mənzil uçotunda olmalıdır.

33. İddiaçı ##.##.2022-ci ildə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində mənzil uçotuna Salyan Rayon İcra Hakimiyyəti tərəfindən alınmışdır.

34. Həmçinin, tətbiq edilən qanunvericilik aktlarının tələblərindən məlum olur ki, yerli icra hakimiyyəti orqanları qanunla müəyyən edilmiş tələblərə uyğun olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmasını həyata keçirməlidir.

35. Lakin işin hallarından görünür ki, Salyan Rayon İcra Hakimiyyəti başçısının ***-s saylı ##.##.2022-ci il tarixli sərəncamından çıxarışa əsasən, Salyan rayon Çuxanlı kəndində qeydiyyatda olan III dərəcəli Vətən Müharibəsi əlili İddiaçı rayon İcra Hakimiyyətində Vətən Müharibəsi əlili kimi mənzil növbəsinə götürülməsi qərara alınmışdır.

36. Bundan başqa təqdim edilən sənədlərdən iddiaçının yaşayış yeri üzrə daimi qeydiyyatı Salyan rayonunda olduğu, lakin Bakı şəhəri, Binəqədi rayonunda ##.##.2023-cü il tarixdən, yəni 5 ildən az olan müddətdə qeydiyyata düşdüyü müəyyən edilmişdir.

37. Halbuki, «Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları»nın (Qaydalar XX çağırış Bakı Şəhər Xalq Deputatları Soveti 4-cü sessiayasının 1988-ci il # ##### tarixli qərarı ilə təsdiq edilmişdir): 4-cü bəndinə görə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu, mənzil sahəsi almaq üçün növbənin müəyyənləşdirilməsi, habelə dövlət və ictimai mənzil fondunun evlərində mənzillərin bölüşdürülməsi ictimai nəzarət altında və aşkarlığa əməl olunmaqla həyata keçirilir. İcraiyyə komitələrinin qərarı ilə bu məqsəd üçün Bakı şəhər və rayon xalq deputatları Sovetlərinin icraiyyə komitələri yanında mənzil məsələləri üzrə ictimai komissiyalar yaradılır. 7.1-ci bəndinə görə Bakı şəhərində daimi yaşayan ailəsinin hər üzvü beş kvadratmetr və daha az mənzil sahəsi ilə təmin edilən vətəndaşlar mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşlar hesab edilirlər. 17-ci bəndin İ hissəsinə görə, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna qəbul edilmək üçün vətəndaş müvafiq surətdə yaşayış yerində rayon X1 İcraiyyə Komitəsinə ərizə verir. 17-ci bəndin II hissəsinə görə, ərizəçi ilə birlikdə Bakı şəhərində nə qədər yaşadıqlarından asılı olmayaraq onunla birlikdə pasport qeydiyyatına alınmış və onunla birlikdə yaşayan arvad, habelə onların öhdəsində olan uşaqlar və səhhətinə görə qulluğa ehtiyacı olan əmək qabiliyyətini itirmiş valideynlər mənzil şəratinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna götürülə bilərlər. 17-ci bəndin III hissəsinə görə, ailənin birlikdə yaşayan digər ailə üzvləri ərizəçi ilə birlikdə mənzil şəratini yaxşılaşdırmağa ehtiyacı olanların uçotuna yalnız bu şərtlə qəbul edilirlər ki, son 5 il ərzində Bakı şəhərində yaşamış olsunlar və bunun pasport qeydiyyatı təsdiq etsin.

38. Beləliklə, məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir.

39. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür.

40. Belə olan halda, cavabdehin imtinası qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz.

41. Məhkəmə Kollegiyası nəzərə alır ki, İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

42. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ləğv edilərək iddia rədd olunmalıdır.

43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ləğv edilsin. İddia rədd olunsun. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar